Şəhərsalmanın əsasları” fənnindən testlər


Məskunlaşmanın hansı iki forması var?



Yüklə 0,5 Mb.
səhifə2/5
tarix29.11.2016
ölçüsü0,5 Mb.
#438
1   2   3   4   5

83. Məskunlaşmanın hansı iki forması var?

A) iri və xırda

B) şəhər və kənd

C) qrup və muxtar

D) bir yerə cəmlənmiş və səpələnmiş

E) konsentrik və dispers



84. Yaşayış tikintisinin pilləli təşkil prinsipi təqdim edir: evlər qrupu, yaşayış məhəlləsi, ......., yaşayış rayonu. Hansı buraxılmışdır?

A) yaşayış evi

B) ictimai mərkəz

C) mikrorayon

D) məktəb

E) yaşayış məskəni



85. Şəhərsalma sisteminin nüvəsinə əks olan nədir?

A) ox


B) şəbəkə

C) periferiya (ətraf)

D) mərkəz

E) düyün


86. Azərbaycan Respublikasında hansı iki məskunlaşma növü var?

A) şəhər və kənd

B) iri və xırda

C) konsentrik və dispers

D) bir yerə cəmlənmiş və səpələnmiş

E) muxtar və qrup



87. Hansı memarın gələcəyin-şəhəri layihəsində hələ 1914-cü ildə nəqliyyat hərəkətinin səviyyələrə görə bölünməsi, çoxmərtəbəli tikinti və şaquli zonalaşma təklif edilmişdi?

A) Oqüst Perre

B) Toni Qarnye

C) Le Korbüzye

D) Ejen Enar

E) Antonio Sant-Elia



88. Məşhur fransız memarı Le Korbüzye 1922-ci ildə 3 milyon əhalisi olan yeni müasir şəhər layihəsi ilə çıxış etmişdi. Bu şəhər necə adlanırdı?

A) ideal şəhər

B) şəfəqsaçan şəhər

C) sənaye şəhəri

D) gələcəyin şəhəri

E) şəhər-bağ



89. Bu sxem nəyi göstərir?

A) əhaliyə xidmətin təşkilinin pilləvari prinsip sxemi

B) dairəvi şəhər sxemi

C) baş-şəhər sxemi

D) şəhər-peyk sxemi

E) məskunlaşma sxemi



90. Mikrorayonun planlaşdırılma təşkilinin əsas məsələləri aşağıdakılardır:

1-ifadəli obrazın formalaşması; 2-istehsalat müəsisələrinin yerləşdirilməsi; 3-xidmət sisteminin yaradılması; 4-həyət məkanlarının səs-küydən müdafiə olunması; 5-ərazinin yaşıllaşdırılması; 6-piyada və nəqliyyat hərəkətinin təşkili.

Bunlardan hansı artıqdır?

A) 1


B) 2

C) 2; 3


D) 6

E) 4


91. Mikrorayonda keçə-yol şəbəkəsi elementləri hansı kateqoriyalara bölünür?

1– yaşayış küçələri; 2 – keçidlər; 3 – avtomagistrallar; 4 – piyada yolları; 5 – ümumşəhər küçələri; 6 – gəzinti və velosiped yolları; 7 – sürət yolları

A) 3;4;5;7

B) 1;2;4;6

C) 2;4;6;7

D) 2;3;4;5

E) 1;2;3;4



92. İri və böyük şəhərlərdə yaşıllıq ərazilərinin sahəsi 1 nəfərə hansı hesabla götürülür?

A) 1 nəfərə 15-20m2

B) 1 nəfərə 2-3m2

C) 1 nəfərə 30-40m2

D) 1 nəfərə 5-6m2

E) 1 nəfərə 8-10m2



93. Kiçik və orta şəhərlərdə yaşıllıq ərazilərinin sahəsi 1 nəfərə hansı hesabla götürülür?

A) 1 nəfərə 7-15m2

B) 1 nəfərə 15-20m2

C) 1 nəfərə 30-40m2

D) 1 nəfərə 2-3m2

E) 1 nəfərə 20-25m2



94. Kurort şəhərlərdə yaşıllıq ərazilərinin sahəsi hansı hesabla götürülür?

A) 1 nəfərə 30-40m2

B) 1 nəfərə 15-20m2

C) 1 nəfərə 20-25m2

D) 1 nəfərə 1000m2-ə qədər

E) 1 nəfərə 2-5 m2



95. Şəhər mərkəzi ərazisinin neçə %-ini nəqliyyat yolları, piyada yolları və yaşıl ərazilər tutur?

A) 50%


B) 60%

C) 5%


D) 10%

E) 15%


96. Şəhərin məkan inkişafını üç əsas formaya aid etmək olar:

1 –şəhər tikintisinin sıxlaşdırılması, fəal rekonstruksiya;

2 – şəhər sərhədlərinin genişləndirilməsi və yeni yararlı ərazilərin mənimsənilməsi;

3 – şəhərdən ərazicə bir-birindən ayrılmış yeni sərbəst rayonların «törəməsi»

Sadalanan şəhərin inkişaf formalarının hər biri aşağıdakı sxemlərdən hansına aiddir?
а b c

A) 1 – a; 2 – c; 3 – b


B) 1 – a; 2 – b; 3 – c
C) 1 – c; 2 – a; 3 – b
D) 1 – b; 2 – a; 3 – c
E) 1 – b; 2 – c; 3 – a
97. Mikrorayonda daxili keçidlər sistemi hansı sxemlərə görə layihələndirilir?

A) sərbəst

B) perimetr boyunca, dairəvi, dolayı

C) kompakt, düzbucaqlı, qarışıq

D) dalanlı, ikitərəfli, dairəvi

E) dalanlı, halqavari, ilgəkli və qarışıq



98. Qırmızı xətt sərhəddində mikrorayon ərazisinin 1 ha-na düşən yaşayış fondu miqdarı ilə ifadə olunan göstərici hansıdır?

A) əhali sıxlığı

B) yaşayış fondu sıxlığı netto

C) yaşayış fondu sıxlığı brutto

D) tikintinin sıxlığı

E) şəhərsalma həcmi



99. Ərazi vahidinə düşən əhali sayı hansı göstərici ilə ifadə olunur?

A) yaşayış fondu sıxlığı netto

B) tikinti sıxlığı

C) yaşayış fondu sıxlığı brutto

D) əhalinin sıxlığı

E) tikili ərazi sıxlığı



100. Bu termin insanların məskənsalma prosesinin formalaşmasını müəyyən edir:

A) miqrasiya

B) aqlomerasiya

C) məskunlaşma sistemi

D) məskunlaşma

E) urbanizasiya



101. Üzərində birtipli şəhərsalma və ya təbiət komponentlərinin yerləşdirilməsi ilə xarakterizə olunan şəhərsalma sisteminin ərazi elementi necə adlanır?

A) rayon

B) zona

C) kompleks



D) nüvə

E) ox


102. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi təsvir edilib?

A) düzbucaqlı-diaqonal

B) düzbucaqlı (məhəllə)

C) radial

D) radial-halqavari

E) orqanik



103. Şəkildə şəhərin küçə-yol şəbəkəsi təşkilinin hansı prinsipial sxemi təsvir edilib?

A) diaqonal

B) orqanik

C) düzbucaqlı-diaqonal

D) radial

E) radial-halqavari



104. Yunan şəhəri Miletin planı hansı kompozisiya sxeminə uyğun gəlir?

A) sərbəst

B) requlyar-düzbucaqlı

C) halqavari

D) radial

E) düzbucaqlı-diaqonal



105. Qədim zamanlardan requlyar şəhər panının hansı 2 prinsipial tipi məlumdur?

A) içbucaq və kvadrat

B) dairə və uçbucaq

C) dairə və kvadrat

D) oval və düzbucaq

E) üçbucaq və oval



106. Vaşinqton şəhərinin planı hansı kompozisiya sxeminə uyğundur?

A) düzbucaqlı-diaqonal

B) azad-mənzərəli

C) düzbucaqlı-şahmatvari

D) azad-şüavari

E) radial-şüavari



107. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunub?

A) radial

B) fokuslu-şuavari

C)diaqonal

D) halqavari

E) sərbəst



108. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunur?

A) radial-halqavari

B) radial

C) diaqonal

D) düzbucaqlı

E) qarışıq



109. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunur?

A) diaqonal

B) fokuslu-şüavari

C) radial-halqavari

D) azad-şüavari

E) halqavari



110. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunur?

A) azad-mənzərəli

B) düzbucaqlı

C) diaqonal

D) halqavari

E) azad


111. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunur?

A) radial

B) düzbucaqlı-şahmatvari

C) halqavari

D) diaqonal

E) mənzərəli



112. Şəkildə şəhərin planlaşdırılma kompozisiyasının hansı sxemi təsvir olunur?

A) diaqonal

B) requlyar-mənzərəli

C) düzbucaqlı-diaqonal

D) fokuslu-şüavari

E) halqavari



113. Şəhər planının şəkli dəqiq həndəsəyə malikdirsə kompozisiya quruluşu necə adlanır?

A) requlyar kompozisiya

B) qeyri-requlyar kompozisiya

C) mənzərəli kompozisiya

D) landşaft kompozisiyası

E) xaotik kompozisiya



114. Şəkildə hansı şəhərin sxemi təsvir edilib?

A) Le Korbüzye, şəfəksaçan şəhər

B) E.Hovard şəhər-bağ qrupları

C) R.U.İtten, şəhər-peyklər sistemi

D) T.Qarnye, sənaye şəhəri

E) Soria-i-Mata Madridin xətti strukturu




115. Şəkildə hansı şəhər təsvir olunmuşdur?
ле корбюзье. «современный город на 3 миллиона жителей»
A) T.Qarnye, sənaye şəhəri

B) E.Hovard, şəhər-bağlar qrupları

C) R.Uitten, şəhər-peyklər sistemi

D) Le Korbüzye, şəfəqsaçan şəhər

E) K.Kurokava, metabolik şəhər

116. Requlyar (nizamlı) planlaşdırılmanın tətbiqi hansı insanın adı ilə bağlıdır?

A) Doksiadis

B) Vitruviy

C) Le Korbüzye

D) Hippodam

E) E.Hovard



117. Şəhərin hansı hissəsi küçə-yol şəbəkəsinin daha yüksək sıxlığı ilə və funksiyaların konsentrasiyanın yüksək səviyyəsi ilə intensiv mənimsənilmişdir?

A) orta zona

B) periferiya

C) mikrorayon

D) şəhərsalma

E) mərkəz



118. Çox iri şəhərlərdə mərkəzin xüsusiyyətləri nədir?

A) o ətraf rayonlardan uzaqdadır

B) o hissələrə ayrılmışdır

C) o təkcə şəhərə deyil, bütövlükdə aqlomerasiyaya xidmət edir

D) onun sahələridə inzibati-ictimai funksiyalar yerləşdirilir

E) onun sadə plan strukturu var



119. Yaşayış ərazilərinin təşkili zamanı hansı əsas məsələlər həll olunur?

1 -- əsas funksional prosesin təşkili; 2 – nəqliyyat və piyada yollarına nail olmaq; 3 – sanitar-gigyenik şərtlərə görə əlverişli mühitin yaradılması; 4 – yaşayış üçün estetik cəhətdən mükəmməl mühitin yaradılması; 5 – sənaye, kommunal, mühəndis və nəqliyyat obyektlərinin yürləşdirilməsi; 6 – şəhərin təbii resuslarla təmin edilməsi

A) 1;6


B) 3;4;5;6

C) 1;2;3;4

D) 5;6

E) 4;5;6


120. Kanalizasiya təmizlik qurğuları, şəhərin baş təsərrüfat qurğuları, qəbirstanlıqlar şəhərin hansı zonasına aiddir?

A) kommunal-anbar

B) yaşayış

C) sənaye

D) istirahət

E) xarici nəqliyyat



121. Ümumşəhər mərkəzi hansı funksional zonanın bir hissəsidir?

A) sənaye

B) meşəpark

C) yaşayış

D) kommunal

E) nəqliyyat



122. Xarici nəqliyyatın hansı qurğuları şəhər strukturunun formalaşmasında iştirak etmir?

A) dəniz limanı

B) aeropot

C) dəmiryol vağzalı

D) avtovağzal

E) çay limanı



123. Şəhərin istehsalat zonası necə yerləşdirilir?

A) sərbəst

B) axından yuxarıda və küləktutan yerdə

C) axının, relyefinin aşağısında və küləktutmayan tərəfdə

D) rahat nəqliyyat və şəhərin ictimai mərkəzi ilə rahat əlaqədə

E) yaşaış zonasının bilavasitə yaxınlığında



124. Yaşayış zonası ilə dəmiryol arasında məsafə nə qədər olmalıdır?

A) 500 m


B) 50 m-dən şox olmamalıdır

C) 100 m-dən az olmamalıdır

D) 1 km

E) 300 m


125. Yaşayış ərazisi ilə aeroport arasında nə qədər məsafə olmalıdır?

A) 50-100 m

B) 5-30 km

C) 1-5 km

D) 100-500 m

E) 50-100 km



126. İstehsalatın xarakterindən və onun ziyanlığından asılı olaraq sənaye zonası nə qədər məsafədə sanitarqoruyucu zona tələb edir?

A) 50m-dən başlayaraq ziyanlıq dərəcəsindən asılı olaraq hesablama yolu ilə müəyyən edilir

B) 10-dan 100 m- qədər

C) 500-dən 1500 m-ə qədər

D) 5-dən 10 km-ə dək

E) 10 m-dən 50 m-ə dək



127. Yaşayış ərazilərinin sənaye zonasına görə yerləşdirilməsinə nə təsir göstərir?

A) küləklər rejimi (küləklər gülü)

B) temperatur rejimi

C) relyef

D) yaşılllıqlar

E) şəhərin böyüklüyü



128. Hansı şəhər nəqliyyat növü küçə nəqliyyat növünə aid deyil? 1-trolleybus; 2-avtobus; 3-metropoliten; 4-monorels nəqliyyatı; 5-tramvay; 6-asma nəqliyyat

A) 2;5;6


B) 1;2;3

C) 3;4;6


D) 1;2;5

E) 4;5;6


129. Şəhərin mərkəzi və orta zonalarında (çox mərtəbəli tikinti zonası) yaşayış tikintisinin magistral küçədən nisbətən nöqtəsi hansı məsafədə olmalıdır?

A) 800 m


B) 500 m

C) 50 m


D) 100 m

E) 1000 m



130. Periferiya zonalarında və azmərətəbəli tikinti rayonlarında yaşayış tikintisinin magistral küçədən nisbətən uzaq nöqtəsi hansı məsafədədir?

A) 500 m


B) 100 m

C) 750 m


D) 500 m

E) 1500 m



131. Şəkildə yaşıllıq məkanları sistemi təşkilinin hansı prinsipial sxemi göstərilib?

A) xətti


B) pazşəkilli (klinşəkilli)

C) nüvəli

D) halqavari

E) dispers



132. Memarlıq qazıntıları və əlyazmalara əsaslanaraq ən qədim şəhər harada tapılmlşdır?

A) Türkiyə

B) Afina

C) Mesopotamiya

D) Roma

E) Azərbaycan



133. İlk dəfə harada “Hippodam” sistemi istifadə edilmişdir?

A) Almaniya

B) Rusiya

C) İtaliya

D) Türkiyə

E) Yunanıstan



134. “Hippodam” sistemi anlayışı nə deməkdir?

A) şəhərsalmada nəqliyyat infrastrukturu

B) riyazi termin

C) şəhərsalma sistemində düzbucaqlı planlaşdırılma

D) urbanizasiya sistemi

E) sənaye rayonu



135. XIX əsrin sonunda XX əsrin əvvəlində sənayenin inkişafı hansı problemləri yaratdı?

A) şəhərlərin sürətlə böyüməsini və əhalinin sıxlığı problemi

B) inşaat materiallarının çatmaması

C) ərazi çatışmamazlığı

D) istehsalatın maksimuma çatdırılması

E) ıhali sayının azaldılması



136. şəkildə yaşıllıq məkanları sistemi təşkilinin hansı prinsipial sxemi təsvir edilib?

A) dispers

B) su xətti

C) halqavari

D) nüvəli

E) pazşəkilli (klinşəkilli)



137. Rayon planlaşdırılması anlayışına nə daxildir?

A) yaşayış zonası

B) məskunlaşma sistemi ərazisinin funksional-planlaşdırılma təşkili

C) sənaye zonası

D) kənd təsərrüfatı zonası

E) istirahət zonası



138.Baş plan nə deməkdir?

A) ərazinin zonalara bölünmə sxemi

B) şəhərin elmi əsaslandırılmış perspektiv inkişaf planı

C) təbii şəraiti öyrənən şəhərsalma sənədi

D) şəhərin yaşayış zonasının planlaşdırılması

E) tarixən yaranmış yaşayış rayonunun rekonstruksiya sənədi



139. Baş planlar hansı hesablama müddətinə işlənir?

A) 100 il

B) 50 il

C) 60 il


D) 40 il

E) 20 il



140. Şəhərsalmada strateji proqnozlar neçə ilə hesablanır?

A) 5-10 il

B) 50-70 il

C) 10-20 il

D) 30-50 il

E) 20-30 il



141. Baş planın relyefi nəyin əsasında öyrənilir?

A) topoqrafik plan əsasında

B) foto çəkilişlərin əsasında

C) nəzəri hesablamaların əsasında

D) vektor diaqonallarının (küləkgülü) əsasında

E) rayon-iqlim xəritəsinin əsasında



142. Şəkildə yaşıllıq məkanları sistemi təşkilinin hansı prinsipial sxemi təsvir edilib?

A) nüvəli

B) halqavari

C) dispers

D) pazşəkilli (klinşəkilli)

E) su xətti



143. Kəmər zonalaşması bu –

A) müxtəlif funksional təyinatlı ərazilərin paralel və ya konsentrik növbələşməsi

B) şəhər tikintisi artımını məhdudlaşdıran sənaye kəmərinin yaradılması

C) nəqliyyat təşkili forması

D) yaşayış rayonlarının həndəsi qurulması

E) radial yerləşdirilmiş şəhər strukturu



144. Paralel şəhər – bu:

A) əsas şəhərin yanında yeni şəhərin yaradılması

B) bir neçə şəhərin paralel inkişafı

C) nəqliyyat təşkili forması

D) yaşayış rayonlarının həndəsi quruluşu

E) radial yerləşdirilmiş şəhər strukturu



145. Sektor inkişafı bu –

A) şəhərin funksional zonalaşması

B) şəhərin kompozisiya oxu boyunca genişləndirilməsi

C) şəhərin ona bitişən radial istiqamətlərdə genişləndirilməsi

D) nəqliyyat təşkili forması

E) yaşayış rayonlarının həndəsi qurulması



146. Şəkildə yaşıllıq məkanlrı sistemi təşkilinin hansı prinsipial sxemi təsvir edilib?

A) dispers

B) nüvəli

C) halqavari

D) qarışıq

E) xətti


147. Əhali sayına görə şəhərlər bölünür?

A) kiçik (50 minə qədər), orta (50-100 min), böyük (100-250 min), iri (250-500 min) nəhəng (çox iri) (500 mindən çox)

B) kiçik (70 minə qədər), orta (50-200 min), böyük (200-700 min), nəhəng (çox iri) (800 min), şəhər-milyonçular

C) kiçik (20 minədək), iri (100-500 min) nəhəng (500 mindən çox)

D) kiçik (20 minədək), orta (20-100 min), şəhər-milyonçular

E) orta (120 min), iri (150-500 min) nəhəng (500 mindən çox)



148. Şəhərsalma təcrübəsində küçə şəbəkəsi qurulmasının hansı əsas sxemləri var?

A) radial, radial-halqavari, şüavari (yelpikvari), düzbucaqlı, kombinasiya edilmiş, azad

B) radial, şüavari (yelpikvari), düzbucaqlı, kombinasiya edilmiş, azad

C) radial, radial-halqavari, şüavari, dqzbucaqlı, kombinasiya edilmiş, çoxbucaqlı

D) radial, şüavari (yelpikvari), düzbucaqlı, azad

E) radial, halqavari, yelpikvari, konsentrik, kombinasiya edilmiş, azad



149. Xətti şəhər planlaşdırılmasında əsas kompozisiya oxu nədir?

A) yaşayış rayonlarından keçən ox xətti

B) bütün ərazi boyunca keçən şəhər nəqliyyat xətti

C) ictimai mərkəz və yaşayış rayonu ərazilərindən keçən ox xətti

D) mikrorayon boyunca keçən ox xətti

E) ictimai mərkəz boyunca keçən ox xətti



150. Şəhərlərin inkişafına təsir edən “Demoqrafik partlayış” nə ilə bağlıdır?

A) doğum sayının artması

B) doğum sayının artması və daxili miqrasiya axınları

C) yaşayış səviyyəsinin artması

D) əhalinin miqrasiyası

E) qonşu ölkələrdən əhalinin miqrasiyası



151.Reurbanizasiya – bu:

A) şəhərin tənəzzülü

B) köhnə şəhərlərin mərkəzlərinə fəaliyyətin və əhalinin qaytarılması

C) yeni şəhərlərin meydana gəlməsi

D) şəhər əhalisinin xüsusi çəkisi ilə xarakterizə olunan inkişaf səviyyəsi

E) ictimai mərkəzin rekonstruksiyası



152. Sətri (cərgəli) tikinti nə ilə xarakterizə olunur?

A) bir xətt boyunca tikinti

B) tikinti ərazisində bütün binaların eyni tərəfə səmtləşdirilməsi

C) iri xətt şəhərsalma ritmi ilə tikinti

D) həndəsi qurma tətbiq olunmaqla tikinti

E) tikinti ərazisində bütün binaların eyni hündürlükdə olması



153. Şəhərin diskret ərazi-planlaşdırılma inkişafı nə dəməkdir?

A) şəhər inkişafının səpələnməsi

B) bütün zonaların fasiləsiz inkişafı

C) iri xətti şəhərsalma ritmi ilə tikinti

D) tikilən ərazinin bütün binalarının eyni tərəfə səmlənməsi

E) şəhər əhalisinin xüsusi çəkisi ilə xarakterizə edilən inkişaf səviyyəsi



154. Əhalinin sıxlığı (netto) – bu:

A) şəhər əhalisinin sayı

B) tikilən ərazinin sahəsinin mikrorayon səhəsinə olan nisbəti

C) tikilən ərazinin sahəsinin mikrorayonun yaşayış sahəsinə olan nisbəti

D) mikrorayon əhalisinin sayı

E) mikrorayonun yaşayış hissəsinin 1 ha-na düşən əhali sayı



155. İctimai mərkəzin yaşayış rayonu ərazisində yeri nədən asılı deyil?

A) əhalinin sıxlığından

B) yaşayış rayonunun şəhər strukturunda yerindən

C) yaşayış rayonu ərazisinin ölçüləri və konfiqurasiyasından

D) nəqliyyatın trassirovkasından və təbii şəraitdən

E) kompozisiya və memarlıq-bədii nöqteyi-nəzərindən



156. Şəhərsalmada xidmət sistemi təşkilinin əsasında pilləlik prinsipi durur. Bu nə deməkdir?

A) baş planın qurulma prinsipi

B) nəqliyyat xidmətinin təşkili

C) yaşayış tikintisinin qurulma prinsipi

D) inzibati idarələrin bölünməsi

E) xidmət idarələrinin gündəlik, dövri və epizodik istifadə idarələrinə bölüməsi



157. Yaşayış ərazisi hansı 2 dəqiq ifadə olunmuş kateqoriyalara bölünür?

A) yaşayış və sənaye

B) yaşayış və müxtəlif xidmət funksiyaları üçün ictimai təyinat

C) yaşayış və kommunal-anbar

D) sənaye və kommunal-anbar

E) ictimai mərkəz və kommunal-anbar



158. Şəhər aqlomerasiyası – bu:

A) bir sistemdə birləşən şəhər və başqa mərkəzlərin kompakt ərazi qruplaşması

B) sistemdə birləşən şəhərlərin ərazi qurplaşması

C) sistemdə birləşən kənd məskənlərinin ərazi qurplaşması

D) kənd təsərrüfatı funksiyaları üstünlük təşkil edən məskənlərin ərazi qruplaşması

E) orta şəhər



159. Meqapolis – bu:

A) sistemdə birləşən kənd məskənlərinin ərazi qruplaşması

B) kənd təsərrüfatı funksiyaları üstünlük təşkil edən məskənlərin ərazi qruplaşması

C) şəhər aqlomerasiyalarının birləşməsi ilə yaranan və qlobal urbanizasiyanın perspektiv formasını təqdim edən iri məskunlaşma forması D) sənaye istehsalatı üstünlük təşkil edən kiçik şəhələrin yüksək urbanizasiya olunmuş strukturları

E) 20-100 min əhalisi olan orta şəhər

160. Küləklər gülü nəyin əsasında qurulur?

A) küləyin gücünə görə

B) külək rejiminin vektor diaqramlarının qurulması yolu ilə istiqamətlərin təkrarolunmasının faiz hesabına görə

C) topoqrafik plan əsasında

D) şəhərsalma planı əsasında

E) rayon-iqlim xəritəsinin əsasında



161. Şəhərsalmada külək rejiminin öyrənilməsi nəyə təsir göstərir?

A) şəhərsalma planının təyininə

B) il ərzində küləkli günlərin sayının öyrənilməsinə

C) küləyin gücünün təyin edilməsinə

D) əhalinin rahatlığının təmin olunmasına

E) funksional zonalaşma zamanı yaşayış zonasının sənaye zonasına nisbətən yerləşdirilməsi



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin