İnstitutu S. P. Həsənov



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix07.01.2017
ölçüsü3,41 Mb.
#5002
1   2   3   4   5   6   7   8   9   10

Xlorofil-yarpaqların mürəkkəb strukturundakı 

xloroplastlarda yerləşərək onların yaşıl rəngini təmin 

edir. Fotositezin vacib mərhələsi xloroplastlarda gedir. 

Xlorofilin iki forması mövcuddur-a və b. Məhsulun 

yetişməsi və yarpaqların qocalması ilə bağlı xlorofilin 

miqdarı azalır. Eyni zamanda onlarda karotinoidlərin 

miqdarı çoxalır.  Əlaqəli olaraq piqmentlərin rəngi 

dəyişir. Bu da alma və    digər meyvələrdə  rəngin 

dəyişməsinə  səbəb olur. Konservləşdirmə zamanı 

meyvə-tərəvəzlərdə  rəngin dəyişməsi xlorofillərin 

çevrilməsi ilə əlaqədardır. 



Karotin-üç forması möcuddur. Onların  ən çox 

yayılanı 

-karotindir. Ərikdə, şaftalıda, kökdə naringi 



rəngin olması onların tərkibində müəyyən dərəcədə 

karotinin olması ilə bağlıdır. Karotin eyni zamanda 

yarpaq tərəvəzlərdə olur və  xlorofil təsirindən 

gizlədilir. Orta hesabla yaşıl yarpaqlarda 0,1-0,2% 

karotinoidlər vardır. Karotin-

 provitamin insan və 



heyvan orqanizmində A  vitaminini əmələ gətirir. 

Ksantofil-karotinin oksidləşməsi məhsulu olub 

yarpaqlardakı sarı piqmentdir. Ksantofilin analoqu 

sitrus meyvələrinin qabığında, sarı qarğıdalı 

dənlərində, alabəzək bənövşə və qızıl gül çiçəklərində 

onların rəngini təmsil edir. 

Likopin-karotininin izomeridir, pomidor 

meyvələrindəki qırmızı-narıncı rəngdir. Onun pomidor 

meyvələrində miqdarı 5-8 mq%-ə çatır. Likopinin 

biosintezi pomidor meyvələrinin yetişkənliyi 

dövründə baş verir və  ən yaxşı hal 22-24

0



32 

 

temperaturda oksigenin bolluğu zamanı daha çox hiss 



olunur. 

Kapsaıtsin- bibər meyvələrinin tərkibində olur. 

Eyni zamanda bibər meyvələrinin tərkibində  rəngsiz 

karotinoidlərdə müşahidə olunmuşdur. 

 

Yağlar və mum 

 

Mum-yarpaq və meyvə epidermasını örtən 

birləşmədir. Onlar əsasən müdafiə rolunu oynayır. 

Bitki orqanlarini rütubətin buxarlanmasından, 

fitopogen mikroorqanizmlərdən artıq olan suyun daxil 

olmasından qoruyur. Təsüflər olsunki,mum təbəqəsi 

epidermanın üzərində olan mum təbəqəsi müxtəlif 

meyvə-tərəvəzlərdə az inkişaf etmiş  və effektliliyi 

aşağıdır. 

Meyvə  tərəvəzlərin kütləvi surətdə saxlandığı 

stasionoz anbarlarda itkilərin qarşısnı almaq məqsədi 

ilə meyvələrin üzərinə yağ  və mumlu emulsiya 

vururlar. Qazı xaricə buraxar xüsusi tərkibli 

örtükdəndə istifadə olunur ki, bu da məhsulu 

buxarlanmadan tənəffüs vaxtı yaranan itkilərdən 

qoruyur və eyni zamanda zərərli mikroorqanizmlərdən 

qoruyur. Bu örtüklərin tərkibi patentləşdirilmişdir. Bu 

örtüklər məhsulun tərkibində olan nəmliyin 

buxarlanmasının və mikroorqamizmlərin onları 

zədələnməsinin qarşısını alır. 

Mum- piyəbənzər maddə olaraq kimyəvi 

təbiətinə görə çoxatomlu spritlərin və yağ turşularının 



33 

 

mürəkkəb efirləridir. Mumların molekulunda karbon 



atomlarının sayı 24-dən 36-a qədər olur. Onların 

tərkibində digər yüksək molekullu karbohidratlar 

müşahidə olunur. 

Bütün mumlar kimyəvi dayanıqlı, adi 

temperaturda gücli üzvi həlledicilərdə belə pis həll 

olurlar. Onlar qələvi məhsullarda qızdırıldıqda həll 

olurlar. 

Yağlar meyvə-tərəvəzlərin tərkibində çox azdır, 

əsasən epidermanın üzərinin örtülməsində mumlarla 

birlikdə iştirak edirlər.Toxumların  tərkibində yağların 

miqdarı nəzərə çarpacaq miqdarda olur.  Çəyirdəkli və 

bostan tərəvəzlərin nüvəsində yağların miqdarı 20%-

dən 60%-ə qədər olur. 

Bu səbəbdən də belə bitki toxumlarından 

yağların istehsalında istifadə olunur. 

Çaytikanı yağı xüsusi marağa malikdir. 

Çaytikanı meyvələrinin tərkibində 2,5-8% toxumlarda 

isə 10-12% yağ vardır. Çaytikanı toxumlarında alınan 

yağlar vacib vitaminlər mənbəyidir. Onun tərkibində 

çoxlu miqdarda karotin (100 mq%-ə  qədər) və E 

vitamini (120 mq%-ə qədər) olur. 

Çaytikanı  təzə meyvələrin tərkibində S və P 

vitaminləri vardır. 

Itburnu və çaytikanı bitkilərini tərkibində  təbii 

çox vitaminli, yüksək dərəcədə karbohidrat və yağlar 

olan bitkilər qrupuna aid edirlər. 

 

 

34 



 

Vitaminlər 

 

Vitaminlər-müxtəlif kimyəvi mühitə malik olan 

üzvü maddələrdir. Onlar maddələr mübadiləsinin 

nizamlanmasında iştrak edirlər.Vitaminlər rusiya 

tədqiqatçısı N.L.Lunin tərəfindən 1880-cı ildə  kəşf 

olunmuşdur. Onun tədqiqatları göstərir ki, heyvan 

orqanizmi pəhrizdə saxladıqda o özünün normal 

fəaliyyətini dayandırır. Baxmayaraq ki, həmin 

pəhrizin tərkibində lazimi qida maddələri zülal 

karbohidratlar, yağlar, mineral duzlar və su var idi. 

Aydın olmuşdur bu qidaların tərkibində  həyat üçün 

vacib olan bir birləşmələr çatışmır. Bunu polyak alimi 

K.Funk (1912-ci il) vitamin adlandırır. Ehtimal edir 

ki, onların qurluşunun  əsasında artıq məlum olan 

tiamin daxildir ki, bura aminlər daxildir. Lakin növbəti 

tədqiqatlar nəticəsində müəyyən olur ki, vitaminlər 

qurluca çox  müxtəlifdir, amin qrupları vitaminlərdən 

çox uzaqdır, ancaq vitamin adı  dəyişdirilməyərək 

saxlanır. 

Hər hansı bir qidada vitaminlərin biri 

çatışmadıqda avitaminoz, hipovitaminoz xəstəliyini 

əmələ  gəlməsinə  səbəb olur. Bunu yalnız qidaya 

vitaminləri  əlavə edilməsi ilə aradan qaldırmaq 

mümkündür. Vitaminlərin orqanizmdə artıq olması da 

hipervitaminoz deyilən xəstələnməyə  səbəb olur. 

Vitaminlər çoxlu ancaq bitkilərdə sintez olunur. 



35 

 

Meyvə-tərəvəzlərdə xüsusi ilə  də  təzə halda 



istifadə olunan məhsullar çoxlu miqdarda vitaminlərin 

mənbəyidir. 

Vitaminlər həll olmaq qabilıyyətlərinə görə iki 

qrupa bölünür-suda həll olanlar və yağda həll olanlar. 

 

Vacib vitaminlərin xüsusiyyətləri 

 

Ənənəvi 

işarələr 

Kimyavi adları 

İnsanın 

gündəlik 

təlabatı, mq

Suad həll olanlar 

B



Tiamin 3,0 

B



Riboflavin 30 

B



Pantoten turşusu 12,0 

B



PP Nikotin 

turşusu və 

nikotinamid 

25,0 


B

pridoksin 2,0 



B

12 


Tsiankobalamin - 

B

15



 Qlyukonodimetilamina 

asetat 


B



Foli turşusu, pteroil 

qeyutamin urşusu 

2,0 

C Askorbin 



turşusu - 

H Biotin  - 

(tsitrin) Rutin resperidin 



katexinlər 

50,0 


U Xlorid 

metilmetionin 

sulfon 



36 



 

Yağa həll olanlar 

A  Petinol                                                           2,5 

D  Kaltsiferol                                                     0,025 

E  Tokoferol                                                       5,0 

K  Filloxinon                                                      0,015  

F  Doymamış yağ turşuları                                 1000,0 

Suda həll olan vitaminlər  əsas etibarı ilə üzvi 

maddələrn oksidləşmə-bərpaolma prosseslərində aşağı 

düşməsində  iştirak edir və onların çevrilməsinə, 

mənimsənilməsinə yardımçı olur. Yağlarda həll olan 

vitaminlərin təsiri asta-asta boy atma prossesində, 

toxumaların çoxalması  və orqanizmin davamlılığında 

özünü göstərir. 



Suda həll olan vitaminlər 

Vitamin B

1

 (tiamin) ilk vitamin, sintetik olaraq 

laboratoriya  şəraitində Polşa alimi K.Funk tərəfindən 

1912-ci ildə alınmışdır. Bu vitamin molekullarının 

tərkibinə kükürd də daxildir. Qidada bu vitamin azlığı 

və çatışmamazlığı  nəticəsində insan və  bəzi 

heyvanların orqanizmində beri-beri və nevrit xəstəliyi 

baş verir. Bu əsəb sisteminin pozulmasına, dəridə 

hissiyatın pozulmasına səbəb olur. Uzun müddət 

vitaminin çatışmamazlığı ölümlə nəticələnə bilər. 



B

1

 vitamini az miqdarda gül kələmdə  və 

brüssel kələmində, noxud dənində, ispanaq və digər 

meyvələrin tərkibində olur. 

Vitamin B

2

(riboflavin)  asan oksidləşən və 

bərpa olandır, bunun əsasında da onun bioloji təsiri 

əsaslandırılır. 


37 

 

Bu vitaminin çatışmamazlığı  görməni zəiflədir, 



boy artımına mane olur və  əsəb sisteminin 

pozulmasına səbəb olur. 

B



vitaminin  əsas mənbəi qabığı soyulmamış 



buğda dənlərindən  əldə olunmuş undan hazırlanan 

çörək, xəmir və pivə mayalarıdır. 



B

2

 vitamini (riboflavin)-bu vitamin əsasən gül 

kələm, göy soğan göy noxud, armud, meşə 

çiyələyində daha çox olur. İnsan üçün bu vitaminin 

əsas mənbəyi heyvanın cecəyi, çörək və pivə 

mayalarıdır. 

Vitamin B

3

 (pantoten turşusu). Bu vitamin 

çatışmamazlığı ayaq barmaqlarının keyləşməsi ilə 

müşahidə olunur. İnsan bədənin dəri zədələnməsi 

daxil orqanların selikli qabığının zədələnməsinə səbəb 

olur. Bu vitaminlər göyərti tərəvəzlərdə, çörək 

mayaları  və pivə mayalarında heyvan ciyərində daha 

çox olur. 

Vitamin B



(PP-nikotin turşusu və nikotin 

amid)-bu  əsasən insan orqanizminin dərsini soyuq 

dəymədən qoruyur əsasən dərinin günəşlə  işıqlanan 

hissəsini. Müəyyən olunmuşdur ki, B

5

 vitamininin 



çatışmamazlığı o zaman baş verir ki, qidanın 

tərkibində triptofan amin turşusu çatışmır. Bu vitamin 

çovdar çörəyində, heyvanların ciyərində kifayət qədər 

olur. 


Vitamin B

6

(

 

piridoksin)-orqanizmdə zülal və 

lipidlərin dəyişməsini nizamlayır. Onun insan 

bədənində çatışmamazlığı qan əmələ  gəlməsini 

38 


 

çətinləşdirir. Bu vitamin işığa qarşı davamsızdır. 

Xüsusən yaşıl tərəvəzlərdə, tərəvəz noxudunda, 

yumurta sarısında, ətdə və balıqda daha çoxdur. 



Vitamin B

12

 (siankobalamin)-bunun 

çatışmamazlığı qan azlığının aşağı düşməsi səbəb olur. 

Bu vitaminin molekulalarının quruluşu aşkarlanaraq 

müəyyən edilmişdir ki, onların tərkibində kobalt 

elementi vardır, onun kristaları  qırmızı  rəngə 

boyanmışdır. Günəş  şüaları  təsirindən bu vitamin öz 

fəallğını tez itirir. Lakin qaranlıqda o uzun müddət 

fəallığını qoruyub saxlayır.  

Bu vitamin ən çox ət, balıq və yumurtada olur. 

İstehsalatda bu vitamin preparatını 

asetonbutilinv tullantilarının mikrobioloji sintezindən 

alırlar. 



Vitamin B

15

 (panqam tuşşusu)-  hava 

çatışmamazlığı zamanı müsbət təsirə malikdir. Bir çox 

qida maddələrinin tərkibində mövcuddur. 

Vitamin B

c

 (foli turşusu)- ilk dəfə, bu vitamin 

ispanaq yarpaqlarından alındığından buna bu ad 

verilmişdir. Bu vitaminin çoxluğu digər yaşıl yarpaq 

tərəvəzlər üçün də xarakterikdir. B

c

 vitamini fəallğı ilə 



bir sıra kimyəvi birləşmələrin qurluşuna uyğun gəlir. 

Bunlardan  əsası pteroilqlutamin turşusudur. Bu 

 

vitamin çatışmamazlığı boy artımını dayanmasına təsir 



edir. 

Meyvə-tərəvəzlərin tərkibində bu vitaminin 

miqdarı 0,1-0,2 mq% qədər olur. Lakin göyərti 

tərəvəzlərdə, xüsusi ilə  də  kələmin müxtəlif 



39 

 

növlərində, çiyələkdə bu vitaminin miqdarı daha 



yüksək olur. 

Ədəbiyyatların məlumatlarından aydın olur ki, 

foliturşusu insan və heyvanın bağırsaqlarında sintez 

olunur. Qara çörək, onun mayası, pivə mayası, 

heyvanın qaraciyəri bu vitaminlərlə zəngindir. 

C Vitamini (askorbin turşusu)- ən çox meyvə 

tərəvəzlərin tərkibində yayılmışdır.  İnsanın 1 gün 

ərzində C vitamininə olan təlabatı 100-200 mq 

olmalıdır. Uşaqlar, hamilə qadınlar,  əqli zəif olan 

insanlar üçün bu təlabat norması artıq olmalıdır. C 

vitamininin orqanizmdə çatışmamazlığı  nəticəsində  

yorqunluq, baş ağrısı müşayət olunur. 

Tərkibində vitamin C-nin miqdarı çox olan və 

əhali tərəfindən daha çox istifadə olunan meyvə 

tərəvəzlər üçün xarakterik olan göstərici aşağıdakı 

miqdardadır mq%: 

Tərəvəz bibəri       – 200-400            itburnu              – 100-5000 

Qıtıqotu kökü        – 150-200            Qoz                   - 100-1000 

Brüssel kələmi       – 70-100             Qara qarağat        - 100-400 

Savoy kələmi         – 50-150              Meşə quşarmudu    - 20-50 

Gül kələm              – 50-100              Çiyələk                – 30-100 

Kolrabi                   – 50-70               Alma                        – 5-30 

Qırmızı baş kələm  – 50-100             Armud                      - 5-10 

Ağ baş kələm          – 30-70               Limon                    – 50-60 

Cəfəri (göyərti)      -100-190              Portoğal                – 40-50 

Kəvər                       - 15-60               Naringi                   - 20-40 

Turp                         - 20-30               Üzüm                       - 5-10 

Qırmızı turp             - 15-25               Ərik                         - 5-10 

Mətbəx çuğunduru   – 5-10                Şaftalı                       -5-10 

Kök                          - 5-10                 Qırmızı qarağat     – 10-50 

40 


 

Kartof                       -10-30          Moruq                        - 10-30 

Pomidor                    -20-40          Gilənar                        -10-15 

Xiyar                        -5-10             Gavalı                        - 15-20 

Yemiş                       -10-40          Gavalı                         - 15-20 

Qarpız                       - 5-15           Quşüzümü                   -10-30 

C vitamini, meyvə-tərəvəzin orqanlarında qeyri 

bərabər olmayan miqdarda paylanır. Bunun miqdarı 

meyvənin qabığında onun daxilində 3-5 dəfə çox olur. 

Kələmin saxlanmaya davamlı sortlarının tərkibində 

40-50 mq% C vitamini var. Onun özəyində bu miqdar 

80-100 mq%-ə çatır. Bu səbəbdən də  kələmi 

qıcqırmaya qoyan zaman kələmin özəyini ayırmaq 

yox, onu xırdalayaraq birlikdə qıcqırmağa qoyurlar. 

Yaşıl tərəvəzlər, göy soğan, ispanaq, kahı yığım 

vaxtı  və bir az yüksək temperaturda bir neçə müddət 

qaldıqda,  əsasəndə günəş altında olduqda C 

vitamininin böyük hissəsini itirir. 

C vitaminin ən yaxşı qorunub saxlanması üsulu 

meyvə-tərəvəzin dondurularaq mənfi temperaturda 

saxlanmasıdır. Belə  məhsullarda C vitamini özünün 

əvvəlki, miqdarının 90%-ni saxlayır. 



D vitamini (sitrin) bu vitaminin çatışmamazlığı 

nəticəsində qan daşıyan kapliyarların kövrəkliyi artır. 

İlk dəfə bu vitamin limonun qabığından ayrılıb və ona 

sitron adı da burdan verilib.Müyyən edilmişdir ki, C 

və P vitaminlərinin gücü birlikdə daha təsirli olur. 

Bunlar ayrı-ayrılıqda öz təsirini itirir. 

Tərkibində yüksək miqdarda P-aktiv maddənin 

olması ilə  aşağıdakı meyvə, giləmeyvə  və  tərəvəzlər 

fəqlənir, mq%: 


41 

 

 



Qara qarağat          1000-2140      üzüm           310-400 

Gavalı                    110-1080        gilənar         150-170 

Armud                   220-450           çiyələk          80-150 

Qırmızı qarağat     290-430            moruq          50-100 

                                                       kök                 40-70 

                                         mətbəxt çuğunduru      10-70 



U vitamini bu viaminin adı latın sözünün ilk 

hərfləri olan ulcer sözündən götürülmüşdür ki, bu da 

xora deməkdir. Başqa sözlə bütün xora xəstəliyin 

dərmanı kimi də adlandırırlar. Bu mədə-bağırsaqlarda 

yaranan yaraların sağalmasına köməklik edir. Kimyəvi 

tərkibinbinə görə xlorid metilmetioninsulfoniyadır. 

Biosintetik prosseslərdə metil qrupu ehtiyatlarını 

yardımçısıdır. Bir çox tərəvəzlərdə, xüsusi ilə də ağbaş 

kələmdə onun miqdarı daha çoxdur mq%: 

 

Ağbaş kələm                                       16,4-10,7    



Gül kələm                                           4,0-6,0  

Kolrabi                                               12,9 

Kərövüz yarpağında                           3,8 

mərəçöyüm qulançar, quşqonmaz      7,3-11,7 

mətbəx çuğunduru                              14,6  

cəfəri yarpağında                                6 

 

U vitamini bitkilərin müxtəlif orqanlarında və  



onların ehtiyat toxumalarında müxtəlifdir. Misal üçün 

ağ baş kələmin səthindəki yaşıl yarpaqlarda, daxilində 

olan ağ rəngli yarpaqlara nisbətən U vitamini daha çox 

42 


 

olur. Təzə  kələmin  şirəsi və onun qaynadılmış 

məhlulu xalq təbabətində 

mədə-bağırsaq 

xəstəliklərində müalicəvi dərman kimi istifadə olunur. 

Qıcqırdılmış  kələmin duz məhlulundan da bu 

xəstəliyin müalicəsində istifadə etmək olar. 

 

Yağda həll olan vitaminlər. 



 

A vitamini (petinol)- bitkilərdə o karotin 

piqmenti  şəkilində olur. Karotinin bir neçə izomeri 

mövcuddur. Ən çox fizioloji əhəmiyyət kəsb edəni 

-

karotindir.  İnsan və heyvan orqanizmində onun bir 



molekulundan iki molekula A vitamini əmələ gəlir. Bu 

vitaminin çatışmamazlığı epitelial toxumalarının 

təzələnməsi və    fəaliyyətini pisləşdirir. Bu səbəbdən 

də  xəstəlik törədən mikroorqanizmlər asanlıqla hava 

yolları ilə insan orqanizminə daxil olaraq olaraq 

soyuqlama xəstliyinə  səbəb olur. A vitaminin az 

olması görmə  fəliyyətini zəiflədir, kartofun yaşıl 

bitkilərin yarpaqlarında xlorofilin əmələ  gəlməsini 

təminedir. 

Onun miqdarı ispanaqda, savoy kələmində, göy 

noxudda, tərəvəz lobyasında 0,2-2,5 mq% qədər olur. 

Karotinlə zəngin olan kökdə-8,0-12 mq%, pomidorda-

1,5-2, ərik və sarı ətli şaftalıda-1-2, sarı ətli yemişdə, 

itburnuda-6-8 mq% olur. 

Karotin temperatura qarşı davamlıdır. 

Qızdırdıqda və məhsulu bişirdikdə hava daxil olmazsa 

onun itkisi 10-20%-dən çox olmur. 


43 

 

Eyni zamanda oksidləşməyə davamsızdır, 



xüsusilə  qızdırdıqda bu səbəbdən də  onu 

konservləşdirməkdə havanın olmamasına çalışırlar. 

ərik məhsulun açıq havada qurutduqda karotinin 

itgisinin miqdarı ilkin göstəricisinin 50%-i qədər olur. 

A vitamini ehtiyyat kimi qara ciyərdə toplanır. 

D-vitamini (kalsi ferol)- bu vitaminin 

orqanizmdə çatışmamazlığı orqanizmdə fosfor-kalsim 

mübadiləsinin pozulmasının 

əmələ 


gəlməsi 

ləngiyir,belə hal uşaqlarda raxit xəstəliyinin baş 

verməsinə  səbəb olur Buna görə  də D vitamini anti 

raxit adlandırırlar. 

Kimyəvi quruluşuna görə bu vitamin 

sterollarının törəməsidir. Orqanizimdə D vitamini 

normal qidalanma zamanı günəş radiasiyası təsirindən 

yaranır. O bir sıra heyvani mənşəi qidaların tərkibində 

mövcuddur. 

Bitki orqanlarında D qrupu vitminləri çox azdır, 

lakin onların provitaminləri sterol və sterinlər 

mövcuddur. Qurluşuna görə bunlar tsiklik spirtləridir. 



E-vitamini (tokoferol) –Bu vitamin ana 

bətnində dölün inkişafını nizamlayır. Bunun 

çatışmamazlığı  nəticəsində dölün inkişafı pozulur. 

Eyni zamanda onurğa beynində fəaliyyət pozulur. 

E vitamininin vacib mənbələri bitki yağları 

çaytikanı  və digər göyərtilər, kələm tərəvəzləridir. 

İnsan orqanizmində yağ toxumaları toplanır. 

Eyni zamanda E vitamininin insan 

orqanizmində antioksidant rolu müəyyən olunub. O 

44 


 

digər maddələri də oksidləşmədən qoruyur, ilk 

növbədə lipidləri. 

K- vitamini (filloxinon) qanın laxtalanmasını 

nizamlayır. Bunun çatışmaması 

nəticəsində 

orqanizmdə öz-özünə qan axma baş verir, xüsusi ilə də 

burunda. Eyni zamanda qaraciyərin tromb hazırlama 

funksiyası ləngiyir. 

K-vitaminin vacib mənbələri-tərəvəz bitiləri 

xüsusilə ispanaq, salat, kələm tərəvəzləri, pomidor 

heyvanların ciyəridir. Sağlam adamların qaraciyəri 

normal fəaliyyət göstərdikdə bağırsaq mikroflorası 

kifayət qədər bu vitaminin yaranmasına səbəb olur. 

K vitamini temperatura davamlıdır, işıqda 

oksidləşir. 

F-vitamini  bu doymamış-Linol, Linolen, 

araxidon, yağ turşularıdır. Bu vitamin bitki yağlarında 

olur.  Ən çox zeytun, günəbaxan və qoz yağlarında 

olur. Bu maddə yağların mənimsənilməsi və 

toxumlarda xolestrinin artmasının qarşısını alır yəni 

atrosklerozun inkişafına mane olur. 

 

Mineral maddələr 

 

Meyvə 


tərəvəzin külünün spessifik 

xüssusiyyətlərindən biri onların qələvi xarakterdə 

olmasıdır. Lakin bir sıra geniş yayılmış yeyinti 

məhsulları vardır ki, ət balıq, yumurta, un 

malumatlarının külün də olan mineral maddələr turşu 

xarakterlidir. 



45 

 

İnsanın qida rasionunun tərkibində hər iki qrup 



ərzaqların kifayət miqdarda olması vacibdir. Bunların 

birinin çatmaması maddələr mübadiləsinin 

pozulmasına səbəb olur. 

Bitki və heyvanların həyat fəaliyyətində mineral 

maddələrin rolu çoxcəhətlidir. Onlar zülallar, nukllin 

turşuları ilə birləşərək müxtəlif birləşmələr  əmələ 

gətirmək qabliyyətinə malikdirlər. 

Misal üçün bitki və heyvanların həyat fəaliyyəti 

üçün vacib olan maddələrin tərkibinə metalionları 

daxildir. Xlorofildə-manqan, hemoqlobində-dəmir 

göstərmək olar. 

 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin