İnstitutu S. P. Həsənov


Turşu titrinin natrium boratla müəyyən



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix07.01.2017
ölçüsü3,41 Mb.
#5002
1   2   3   4   5   6   7   8   9   10

Turşu titrinin natrium boratla müəyyən 

olunması 

 

Bunun üçün əvvəlcə natrium borat duzunu filtr 

kağızının arasında onun kristallarının  şüşə çubuğa 

yapışmayacağına qurudurlar. 

Natrium borat duzunu yaxşı olar ki içərsində 

qatı doymuş natrium xlorid məhlulu və şəkər olan və 

ya doymuş Natrium bromid məhlulu olan ekskatorda 

qurudulsun. 

Na

2

B



4

O

7



+2HCl+5H

2

O=4H



2

BO

3



+2NaCl. 

110 


 

0,1 məhlul hazırlamaq üçün üç təkrarda 

byukslara 0,0001 qram dəqiqlikdə 0,5 q natrium borat 

duzu çəkilərək həcmi 250 ml olan kolbalara 

köçürürlər. Sonra byukslar çəkilərək alınan fərqə 

əsasən nümunənin dəqiq çəkisi müəyyən edilir. 

Kolbaya çalxalanmaqla temperaturu ilıq olamaqla 30-

60 ml su əlavə edilir. Üzərində 1-2 damla metiloranj 

əlavə edərək hazır turşu məhlulu ilə  rəngin sarıdan 

qırmızı rəngə keçməsinə qədər titrləyirlər. 

Düzəliş 

əmsalını 

aşağıdakı formul ilə 

hesablayırlar: 

K=

019072


,

0

Vx



g

 



g və v hərflərinin qiymətləri Natrium karbonatla 

titrin müəyyən olunduğu kimi hesablanır. 

0,019072 natrium boratın 1 ml dəqiq 0,1 normal 

turşusunun qramına uyğun gələn miqdarıdır. 

 

Natrium hidrooksidin titrli məhlulunun 

hazırlanması (NaOH) 

 

NaOH-ın qram-ekvivalent çəkisi 40 qrama 

bərabərdir. Ardıcıl olaraq 1 litr 1n.NaOH məhlulu 

hazırlamaq üçün 40 q reaktiv tələb olunur. 1 litr 0,5n. 

məhlul hazırlamaq üçün 20 q reaktiv, 0,1n NaOH 

məhlulu hazırlamaq üçün isə 4 qram reaktiv tələb 

olunur. 


111 

 

Məhlulu hazırlamaq üçün kimyəvi təmiz NaOH 



qələvisini onun çəkisinə uyğun olan həcmdə distilə 

edilmiş suda həll edərək doymuş natrium hidroksidin 

məhlulunu alırıq. 

Alınmış  məhlul  şüşə  ağzı rezin tıxac ilə bağlı 

qabda 2-3 həftə saxlanılır ki, natrium hidrooksidinin 

tərkibindəki qarışıqlar tam qabın dibinə çöksün. 

Bundan sonra alınmış  məhlulun qatılığı titrləmə yolu 

ilə metiloranjın iştirakı ilə müəyyən edilir. 

Alınmış  nəticə  əsasında lazım olan doymuş 

NaOH-ın nə qədər lazım olduğunu müəyyənləşdirilir. 

Hesablamanın  aparılmasına dair misal: 10 litr 

0,1n natrium hidrooksid məhlulunun hazırlanması 

tələb olunur. 

Bunun üçün 10x4=40q NaOH. Doymuş NaOH 

məhlulunun qatılığını müəyyən olunması  nəticəsində 

aydın olmuşdur ki, 1 l-də 500q NaOH qələvisi vardır. 

Buna uyğun olaraq 40q NaOH doymuş 

məhlulun neçə millilitrində mövcuddur. 

 

 1000       500           X=



500

40

.



1000

=80 ml 


X           40 

 

Deməli, 0,1n 10 litr NaOH məhlulunu 



hazırlamaq üçün 80 ml doymuş  məhlul götürülür və 

distilə olunmuş su ilə  həcmi 10 l çatdırılır. Bunun 

üçün qaynatmaqla CO

2

-dən məhlul azad edirlər. 



112 

 

Doymuş  məhlulu çöküntüdən çox ehtiyyatla 



ayırırlar. 

Titrlənmiş  qələvi məhlulu  şüşə  ağzı rezin tıxac 

və onu havada olan karbon qazından qorumaq üçün 

kalsium xlorlu trubka ilə  təhciz olunan qabda 

saxlanılır. 

Qələvi məhlulunun titri yantar turşusu və ya 

titrli xlorid ilə müəyyən edilir. 

0,1 n NaOH məhlulunun titrini yantar turşusu 

ilə müəyyən etmək üçün 0,0001 q dəqiqliklə 3-4 

təkrarda kimyəvi təmiz sabit çəki alınana qədər 

qurudulmuş 0,20-0,25 qram yantar turşusu götürülür. 

Yantar turşusu nümunəsi həcmi 250 ml olan 

konusvari kolbaya köçürülür, 25-50 ml distilə 

olunmuş su ilə    həll edilir. Sonra bu məhlula 3-4 

damla fenolftalein əlavə edərək Natrium qələvisi ilə 

çəhrayi rəngin 50-60 saniyə müddətində itməsinə 

qədər titrləyirlər. 

NaOH-ın titrlənmiş  məhlulunun düzəliş  əmsalı 

aşağıdakı formul ilə hesablanır. 

 

K=



0059

,

0



Vx

g

 



Burada, g-yantar turşusu nümunəsinin çəkisi q

V-Natrium qələvisinə titrləməyə  sərf olunan 

həcm-ml; 

0,0059-yantar turşusunun, 1 ml dəqiq 0,1n. 

natrium xlorid məhluluna uyğun gələn miqdarıdır. 


113 

 

0,1n gümüş nitrat məhlulunun hazırlanması 



 

Gümüş nitratın ekvivalent çəkisi-169,89-dur. 

Ardıcıl olaraq 1litr 0,1n gümüş nitrat məhlulunun 

tərkibində 16,989 qram reaktiv olmalıdır. 

Məhlulu hazırlamaq üçün 0,01 q dəqiqliklə 17 

qram reaktiv çəkilir və 1 litr distilə olunmuş suda həll 

edilir. 

Hazırlanmış  məhlulun titri 7-10 gündən sonra 

təmiz kimyəvi natrium xloridlə təyin edilir. 

Bunun üçün tutumu 0,3-0,5 ml olan şüşə 

stəkanda 0,0001q dəqiqliklə 0,1-0,2q iki dəfə 

kristallaşdırılmış natrium xloridin nümunə  çəkisi 

götürülərək onu konusvari kolbaya tökərək 25-30 ml 

distilə edilmiş suda həll edirlər. 

Natrium xlorid məhlulunu 0,5 ml 10%-li 

kaliumxramat məhlulunun iştirakı ilə kolbanı 

dayanmadan qırmızı-qonur rəngin itməsinə  qədər 

çalxalayaraq gümüş nitratla titrləyirlər. 

Məhlulun titrini aşağıdakı düsturla 

hesablayırlar; 

T

Ag 


NO

3

=



V

gx

46

,



58

9

,



169

q/ ml-lə 

 

g-natrium xlor nümunəsinin çəkisi, q; 



169,9-gümüş nitratın ekvivalenti; 

58,46-natrium xlorun ekvivalentidir; 

V-gümüş nitratın titrləməyə sərf olunan miqdarı 

ml 0,1 n gümüş nitrat məhlulunun titrini müəyyən 

114 

 

etmək üçün məhlulunun müəyyən olunmuş titrini 



dəqiq 0,1 n gümüş nitratın məhlulunun titrinə 

bölməklə əldə edirlər yəni 0,01699 q/ml. 

0,1n gümüş nitrat məhlulunun titri adətən 

natrium xlorun 2-3 nümunə çəkisi ilə müəyyən edilir. 

Hazırlanmış  məhlul tünd rəngli  şüşə qabda 

saxlanılır. 



 

(Şəkərləri təyin etmək üçün) 

Kalium permanqanat məhlunun 

hazırlanması 

 

Permanqanat metodu ilə  şəkərlərin təyinində 



permanqanatın qatı titrli məhlulundan yəni 0,1 normal 

çox, 1 litr məhlul hazırlamaq üçün 3,2 qram əvəzinə 

5q götürülür. 

Bu məhlulun 1 ml-i 10 mq misə uyğun gəlir. 

Permanqant, məhlulu aşağıdakı kimi hazırlanır 5 qram 

kimyəvi təmiz KMnO

4

  həcmi 1 litr olan ölçülü 



kolbada dayandırılmış distilə edilmiş suda həll 

edilərək həcmi ölçü xəttinə çatdırılır. Sonra 

qarışdırılaraq tünd şüşə qaba tökülür. 8-14 gündən 

sonra permanqant məhlulunu titri müəyyən edilir. 

Bunun üçün quzuqulağı turşusu və ya quzuqulağı 

turşusunun amonium ya da natrium duzundan istifadə 

olunur. 

Quzuqulağı turşusundan 0,20q, onun 

duzlarından 025q nümunə  çəkisi 0,0001q dəqiqliklə 

çəkilərək konusvarı kolbada 100 ml distilə suyunda 



115 

 

həll edilir. Sonra onun üzərinə 2 ml sıxlılğı 1,84 olan 



sulfat turşusu  əlavə edərək kolbanı su hamamında 

80

0



Cqızdıraraq, onu permanqanat məhlulu ilə 

dayanıqlı çəhrayı rəngin alınmasına qədər titrləyirlər. 

Düzəliş  əmsalını milli qramlarla misə uyğun 

ifadə edirlər. Yəni 1 ml permanqanatın məhlulundakı 

qatılıq 10 qram misə uyğundur. 

Düzəliş əmsalı aşağıdakı formul ilə hesablanır. 

 

X=

V



gKx1000

 



g-quzuqulağı turşusu və ya duzlarının nümunə 

çəkisi, q; 

K-quzuqulağı turşusunun və onun duzlarının 

misə görə düzəliş  əmsalıdır, mq; K=1,0036 

quzuqulağı turşusu üçün, K=0,8951-quzuqulağının 

amonium duzu üçün, K=0,9488 isə quzuqulağının 

natrium duzu üzrə düzəliş əmsalıdır. 

V-kalim permanqanatın titrə sərf olunan midarı, ml. 

 

 

0,1n. Hiposulfit məhlulunun hazırlanması 



(Na

2

S

2

O

3

x 5H

2

O) 

 

Hiposulfitin qram-ekvivalenti 248,18 qrama 

bərabərdir. 0,1n hiposulfit məhlulunu hazırlamaq üçün 

bir az çox bu maddədən götürülür. Belə ki, havanın 

116 

 

tərkibində olan karbonat turşusu hiposulfitə az təsirini 



göstərir. 

Əvvəlcə 0,01q dəqiqliklə 25q hiposulfit 

nümunəsi tərəzidə  çəkilir. Onu həcmi  1 litr olan 

kolbaya köçürür və üzərinə  təzə qaynadılıb 

soyudulmuş distilə suyu əlavə edərək həll edirlər. 

Kolbanı ölçü xəttinə qədər distilə suyu ilə doldururlar. 

Sonra məhlulu tünd rəngli şüşə qaba köçürürlər. Qabın 

ağzı üzərinə kalsium xloridli trubka qoyulmuş rezin 

tıxac ilə bağlanır. Trubkanın içərsinə havadakı karbon 

qazından müdafiə olunmaq, üçün natriumlu əhəng 

doldurulur. 10-15 gündən sonra hiposulfitin titri 

müəyyən edilir. Bunun üçün kalium bixromatdan 

istifadə olunur. (K

2

Cr



2

O

7



 

Kalium bixromatla titrin müəyyən edilməsi 



 

Bunu etmək üçün 0,0001q dəqiqliklə üç dəfə 

kristallaşdırılmış kalium bixromat duzundan 3 

nümunə  çəkisi hər biri 0,15-0,20q olmaqla çəkərək 

götürürlər. 

Nümunələri həcmi 500 ml olan və  ağzı 

cilalanmış rezin tıxac ilə bağlanan konusvari kolbaya 

köçürərək üzərinə 50 ml su əlavə edirlər. Sonra onun 

üzərinə 2q kalim yod və 8 ml qatı xlorid turşusu və ya 

10 ml sulfat turşusu (1:2) su ilə durulaşdıraraq həcmi 

400ml-ə çatdıraraq, qarışdıraraq ayrılan yodu 0,1n 

hiposulfitlə titrləyirlər. 



117 

 

Titrləmə zamanı  məhlulu sürətlə çalxalayır və 



titrləməni rəngin qəhvəyidən sarı-yaşıla keçməsinə 

qədər davam etdirirlər. Sonra onun üzərinə qatılığı 1% 

olan 1,5-2,0 ml nişasta məhlulu  əlavə edərək 

titrləməni rəngin göy rəngdən zümrüd-yaşıl rəngə 

keçənə qədər davam etdirirlər. 

Eyni ilə nəzarət titrləməni də həyata keçirirlər. 

Düzəliş 

əmsalını 

aşağıdakı düsturla 

hesablayırlar. 

K=

0049035


,

0

)



(

1

V



V

g



 

g-kalium bixromatın nümunə çəkisi, q; 

V-Na

2

S



2

O

3



 0,1 normal natrium hiposulfitin 

titrləməyə sərf olunan miqdarı, ml; 

V

1

- Na



2

S

2



O

3

 0,1 normal natrium hiposulfitin 



nəzarət titrləməyə sərf olunan miqdardır, ml; 

0,0049035-kalium bixromatın, 1 ml-0,1 normal 

hiposulfit məhluluna dəqiq uyğun gələn miqdarıdır. 

 

0,1 n. Yod məhlulunun hazırlanması 

 

Yodun ekvivalent çəkisi-126,9 qramdır. 1 litr 



0,1 n yod məhlulunu hazırlamaq üçün 12,69 q yod 

tələb olunur. 

Titrlənmiş yod məhlulunu ancaq əvvəlcədən 

təmizlənmiş yod reaktivindən hazırlayırlar. Çünki 

satışda olan yodların tərkibində qarışıqlar olur. 

0,1 n yod məhlulu hazırladıqda lazım olan 

yodun miqdarını yalnız təmizlənmiş yoddan 

118 


 

götürürlər. Sonra onu qatı kalium yod məhlulunda həll 

edirlər. 

0,1 n yod məhlulunu hazırlayarkən görülən yod 

nümunəsi çəkisindən 2-3 dəfə çox olan 30-35q, 50 ml 

suda həll olunmuş kalium yod məhlulunda həll edilir. 

Məhlul orada olan yodun tam həll olunmasına qədər 

çalxalanır, sonra üzərinə lazım olan qədər su əlavə 

edərək lazımı həddə çatdırılır. 

Alınmış yod məhlulu tünd rəngli, ağzı 

cilalanmış rezin tıxac ilə bağlanır  şüşə qabda 

saxlayırlar. 0,1 normal yod məhlulunun titri, 0,1 

normal hiposulfit məhlulu ilə müəyyən edilir. 

Bunun üçün konusvari, ağzı cilalanmış rezin 

probka ilə bağlanan kolbaya 25-30 ml yod məhlulu 

tökülür. Üzərinə 20-30 ml su əlavə edərək 0,1 normal 

Na

2

S



2

O

3



 hiposulfit məhlulu ilə titrlənir. Titrləməni 

qonur rəngin sarı-saman rənginə keçməsinə  qədər 

davam edirlər, sonra üzərinə 1,5-2 ml 1%-li nişasta 

məhlulu əlavə edərək məhlulun tam rəngsizləşməsinə 

qədər titrləmə davam etdirilir. 

Düzəliş  əmsalı K yod məhlulu üçün aşağıdakı 

kimi hesablanır. 

K=

1



1

V

VK

 



V-0,1 Na

2

S



2

O

3



-ün titrləməyə  sərf olunan 

miqdarı, ml; 

V

1

-titrləmə üçün götürülən 0,1n yodun miqdarı, ml; 



K

1

-0,1n Na



2

S

2



O

3

-ün düzəliş əmsalıdır. 



119 

 

Fiksanallardan məhlulların hazrlanması 



 

Dəqiq məhlulları tez bir vaxtda fiksanallardan 

istifadə etməklə hazırlamaq olur. Fiksanallar çəkiləri 

məlum olan 0,1 və ya 0,01q-ekv miqdarda ağzı 

qaynaq şüşə ampulalarda olur. 

Ampulada olan miqdar maddə 1 litrlik kolbaya 

tökülərək 0,1 və ya 0,01n dəqiq məhlul alırlar. 

Aşağıdakı adlarda fiksanallar istehsal olunur. 

H

2

SO



4

; HCl; NaOH; KOH; Na

2

CO

3



; NaHCO

3



NaCl; Na

2

CrO



4

; H


2

CrO


4                 

 x2H


2

O; K


2

Cr

2



O

7



K

2

CrO



4

; Na


2

S

2



O

3

.5H



2

O; KMnO


4

; NH


4

SCN; KSCN; 

K

2

CrO



4

; NaSCN; BaCl

2

.2H


2

O, (NH


4

)

2



 CrO4.H

2

O; J



2; 

Na

2



B

4

O



7

.1OH


2

O; KCl; KJ; NH

4

Cl; K


2

CO

3; 



KJO

3



AgNO

3



Duz və turşu məhlullarının fiksanalları məhdud 

olmayan müddətə dəqiq saxlanılır. 

Qəlivilərin fiksanalları 6 ay müddətində 

saxlanıla bilər. Bundan uzun müddətdə saxlanıldıqda 

şüşənin qələviləşməsi təsirindən alınan məhlullarla 

çirklənməyə məruz qalırlar. 

 

 

 



 

 

 



 

 

120 



 

İndikatorların hazırlanması 

 

1. 

Qırmızı metil-0,2%-li məhlul 

(Dimetilaminozobenzol-o-karbon turşusu).  

Reaktiv parlaq tünd-bənövşəyi kristal və ya 

qırmızı-qonur rəngli toz halında olur. Suda həll 

olmur, spirtdə  həll olur. PH-ın 4,2-6,2 

intervalında rəngin qırmızıdan sarıya keçməsi 

baş verir. 

   Hazırlamaq üçün 0,2q indikatoru 60 ml spirtdə 

həll edərək üzərinə 40 ml su əlavə edirlər. 



2.

 

Metiloranj (Narıncı metil) Metiloranj 

Dimetilaminazobenzol sulfonat natium-0,1%-li 

məhlul. Reaktiv toz və ya yarpaqcıq  şəklində 

narıncı-sarı rəngdə olur. Spirtdə həll olmur. İsti 

suda asan həll olur. Rəngin dəyişməsi fəal 

turşuluğun pH-ın 3,0-4,4 intervalında baş verir 

ki, rəng qırmızıdan-sarıya keçir. 0,1q indikatoru 

100mq suda həll etməklə hazırlayırlar. 

3.

 

Fenolftalein-1%-li məhlul. Kiçik kristallar 

şəkilində  ağ  rəngli tozdur. Bəzən azca krem 

rəngində  də olur. Suda həll olmur, spirtdə  həll 

olur. pH-ın 8,2-100 intervalında rəng dəyişir 


121 

 

rəngsizləşmədən qırmızı  rəngə çevrilir. 1q 



indikatoru 100 ml 96%-li spirtdə  həll etməklə 

hazırlayırlar. 



4.

 

Göy bromfenol-0,1% məhlul 

(tetrabromfenolsulfoftalein)-narın, rəngsiz və 

zəif ağ çəhrayı kristal halında olur. Suda pis həll 

olur. Etil spirtində və kükürd efirində həll olur. 

Qələvi məhlullarda və ammonyakda həll olaraq 

göy rəng verir. 

100 mq indikatoru çini həvəngdə 1,5 ml 0,1 

normal natrium qələvi məhlulu ilə  əzərək 

tədricən üzərinə qaynadılmış distilə suyu əlavə 

edirlər. Ölçü kolbasında məhlulun həcmini 

distilə suyu ilə 100 ml-ə çatdırırlar. 



5. 10%-li kalium xromat məhlulu (K

2

CrO



4

).10 


qram reaktiv 0,01q dəqiqliklə  çəkilərək 90 ml 

distilə olunmuş suda həll edərək hazırlayırlar. 



6. 1%-li nişasta məhlulu. 1q həll olan nişastanı 

həvəngdə az miqdarda soyuq su ilə yoğururlar. 

Alınan sıyığı 100 ml qaynar distilə suyuna əlavə 

edərək, 0 vaxta qədər qaynadırlar ki, məhlul 

tam şəffaflaşsın. 

122 


 

IV Fəsil. Tərəvəz xammalının keyfiyyətinə tətbiq  

edilən texniki nəzarət üsulları. 

 

Ümumiyyətlə,  əksər hallarda tərəvəz və kartof 

məhsullarını  təzə halda saxlanmaya qoyduqda, 

saxlanma prossesində  və ondan əvvəl onların 

keyfiyyəti və saxlandığı anbarlara texniki nəzarət 

tətbiq olunur. 

Texniki nəzarətin nəticəsinə uyğun olaraq 

məhsul partiyasının hansı müddətdə saxlanması 

haqqında və onların emala yararlılığı haqqında fikir 

söylənilir. 



Xammalın sınağı üsulları 

 

Xammalın keyfiyyətinə nəzarət zamanı hökmən 



texniki nəzarət həyata keçirilir. Bunun üçün ilk 

növbədə quru maddənin miqdarı  təyin edilir. Lazım 

gəldikdə şəkərlərin miqdarı da müəyyən olunur. 

Tərkibində  şəkərlərin miqdarı çox olan 

xammalardan qurudulmuş meyvə  və  tərəvəzlər 

saxlanıldıqda onlarda tünd boyanmış melinoidlər 

əmələ  gəlir. Onlar məhsulun rəngini, keyfiyyətini, 

dadını pisləşdirir. Anbarlarda saxlanmaya qoyulmuş 

məhsullarda  şəkərlərin miqdarı dövrü olaraq nəzarət 

saxlanılır.  

Eyni zamanda təzə kartofda, kələmdə C 

vitamini, kökdə karotinin miqdarı təyin olunur. 

 


123 

 

Xammalda texniki analiz (təzə kartofda) 



 

Saxlanma və emal üçün qəbul olunmuş kartofda 

xarici görkəm, yetişkənlik, forma ölçülər yumuruların 

zədələnmə  dərəcəsi və  kənar qarışıqlarla kirlənmə 

səviyyəsi tədqiq olunur. 

Xarici görkəmin təyini. Kartofun xarici 

görkəmi vizual baxışla standartın tələbinə uyğun 

həyata keçirilir. 

Yetişgənliyin təyini.  Kartofun yetişgənliyi, 

onun qabığının davamlılığı ilə xarakterizə olunur. 

Yumurunun səthinə barmaqları 

sıxaraq 


şürüşdürdükdə, onun qabığı soyularaq çıxmamalıdır. 

Yetişgənlik mərhələsinə çatmayan kartof 

yumurularının miqdarını götürülən nümunə  çəkisində 

olan faizə görə hesablayırlar. 



Kartof yumrularının forma və ölcülərinin 

təyini. Kartof yumurularının forması vizual baxışla 

təyin olunur. Yumuruları  ştangen pərgərlə  və ya 

xətkeşlə ən böyük diametri boyu ölçürlər. 

Kiçik kartof yumrularının miqdarı (diametri 5 

sm.dən az olanlar) faizlə götürülən nümunə  kəsişənə 

görə hesablanır. 



Zədələnmiş kartof yumurularının 

miqdarının təyini. Mexaniki xəstəlik və zərərvericilər 

tərəfindən zədələnmiş kartof yumrularını ayrırlar. 

Bütün bunlar götürülmüş nümunədə ayrıca təyin 

edilir. 


124 

 

Zədələnmiş kartof yumrularının bütün 



qüsurlarının hər biri ayrılqda müəyyən edilir və faizlə 

ifadə olunur. 

Xəstəlik nəticəsində 

zədələnmiş kartof 

yumrularının miqdarı, nümunədə olan tam çürümüş 

yumuruların  seçilib müəyyən olunmasından sonra 

təyin olunur. Bunun üçün nümunədə qalan kartof 

nümunəsinin 15%-i qədər seçmədən kartof yumuruları 

götürülərək kəsərək baxılır. 

Əgər kəsilmiş 

yumurularda dəmir ləkələri və digər xəstəliklərlə 

zədələnmə müşahidə edilmirsə, onda digər yumruların 

kəsilməsinə ehtiyac lüzumsuzdur. Əgər xəstəlik 

müşahidə olunarsa onda nümunədəki qalan yumurular 

da kəslir. 

 

Kartof yumrularında çirklənmənin təyin 



 

Kartof yumurularında 

əsas çirklənmələr 

torpaqdakı, çox hallarda yumrulara yapışır. Torpaq 

çirklənmələri yuma yolu ilə müəyyən olunur. Əgər 

yumrular az miqdarda çirklənmişsə onda onu ən iri 

xəlbirdən keçirməklə təyin edirlər. 

Kartof yumurularının çirklənməsini çanaqlı 

tərəzi vasitəsi ilə  təyin edirlər. Bunun üçün 

götürülmüş orta nümunədən 5 kq kartof çəkilərək 

götürülür su ilə olan vedrəyə yerləşdirilərək orada 

yuyularaq torpaqdan təmizlənir sonra metal torlu 

zənbilə  yığaraq 2-3 dəqiqə müddətində suyun 

axmasını gözləyirlər. Yenidən tərəziyə yığaraq çəkilir. 



125 

 

Alınan çəkidən yumurular üzərində qalan su qalığını 



çıxırlar. Sərti olaraq bu ümumi yuyulmuş kartof 

çəkisinin 1% qədər qəbul edilir. Çirklənmənin miqdarı 

ümumi nümunə çəkisinin faizlə ifadəsidir. 

 

Təzə, ağbaş və gül kələm Xarici görkəmi, kütlə, 



ölçü və deffektlərin təyini. 

 

Ağ baş  kələmin xarici görkəmi, kələm 

başlarının təmizlənməsi, keyfiyyətinin 

yaxşılaşdırılması vizual baxışla standartların 

tələblərinə uyğun keçirilir. 

Ağ baş  kələmin kütləsi, gül kələm başlarının 

ölçülərini təyin etmək üçün götürülmüş orta 

nümunədə  kələm başlarının kütləsi kiloqramla (kq), 

gül kələm başlarının ölçüləri sm-lə ən böyük diametri 

boyu  ştangel pərgərlə  və ya xətkeşlə  təyin edirlər. 

Normalardan kənarlanmanı faizlə müəyyən edirlər. 

Ağ baş  kələm və gül kələm başlarının 

deffektlərini təyin etmək üçün götürülmüş nümunədən 

quru çirklənmiş, yuxarı yarpaq səthi mexaniki 

zədələnmiş, özəyi 3 sm-dən artıq olan kələm başlar 

ayrılır. Kələm başları  çəkilib və orada aşkarlanan 

deffektlərin miqdarı götürülmüş nümunənin çəkisinə 

nisbətən faizlə ifadə olunur. 

Partiya halında olan gül kələm başlarının neçə 

faizinin texniki şərtlərə cavab vermədiyi 

dəqiqləşdirilir və ümumi məhsulun çəkisinə nisbətən 

faizlə ifadə olunur. 

126 

 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin