İnstitutu S. P. Həsənov



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix07.01.2017
ölçüsü3,41 Mb.
#5002
1   2   3   4   5   6   7   8   9   10

Baş soğan (təzə) 

 

Baş soğanın xarici görkəmi vizual baxışla 

texniki şərtlərin tələblərinə uyğun həyata keçirilir. Baş 

soğanların ölçüləri sm-lə ifadə olunmaqla ən böyük 

diametri boyu ştangen pərgərlə  və  xətkeşlə ölçülərək 

ümumi partiyanın çəkisinə nisbətən uyğun gəlməyən 

miqdar faizlə ifadə olunur. 

Qəbul olunmuş  tələblərə cavab verməyən 

soğanaqları da deffektli qəbul edərək onların ölçüləri 

boğazlarının ölçüsü yəni az olması, rənginin də 

ümumi kütlədən fərqlənməsini təyin edərək ümumi 

kütləyə nisbətən neçə faiz təşkil etdiyi hesablanaraq 

faizlə ifadə olunur. 

 

Təzə kök və çuğundur 



 

Çuğundur və kökün xarici görkəmi və daxili 

quruluşu vizual baxışla texniki şərtlərə uyğun olaraq 

həyata keçirilir. Kökü meyvələrin ölçüləri santimetrlə 

ifadə olunur. Xətkeş  və  stangen pərgər vasitəsi ilə 

ölçmələri aparırlar.  Ölçmələr ən böyük diametri boyu 

aparılır. 

Kökümeyvələrin zədələnməsi, çatlanması 

xammal partiyasından nümunələr götürməklə 

müəyyən edilir. Seçilmiş  zədəli kökümeyvəlilər 

tərəzidə  çəkilərək faizlə ifadə olunur və ümumi 

məhsula şamil edilir. 

Kənar qarışlar, torpaq çirlənməsi kartof 

məhsulunda olduğu kimi təyin olunur. 



127 

 

Şüyüd, cəfəri, kərövüz göyərtiləri 



 

Bu göyərtilərin xarci görünüşü möcud olan 

texniki  şərtlər uyğun olaraq vizual baxışla həyata 

keçirilir. Bunların  əsas kütləsinin ölçüləri santimetrlə 

ölçülür. Cəfəri və  kərövüzün,  əsas kütlədə olan 

yarpaqların özəyin  əsasına qədər olan uzunluğu 

ölçülür və normadan kənarlaşan miqdar faizlə ifadə 

olunaraq, götürülən nümunənin çəkisinə görə 

hesablanır. 

 

Ağ köklər və kasnı otu (təzə)   



 

Ağ köklərin xarici görkəmini mövcud olan 

texniki  şərtlərə uyğun olaraq vizual baxışla həyata 

keçirirlər. 

Kökümeyvələrin ölçülərini  ştangen pərgərlə  və 

ya xətkeşlə ən böyük diametri boyu ölçərək mnüəyyən 

edərək santimetrlə ifadə edirlər. 

Kökümeyvələrin deffektini müəyyən etmək 

üçün götürülmüş nümunədən qabığı  zədələnmiş 

kökümeyvələr,  şaxələnmiş, düzgün kəsilməyən 

yarpaqlar seçilərək faizə çevrilir və ümumi nümunənin 

kütləsinə görə hesablayırlar. 

Ağ köklərin üzərində olan torpaq 

çirklənmələrinin miqdarı  təzə kartofda olduğu kimi 

müəyyən olunur. 

 

 

128 

 

Təzə göy noxud 



 

Göy noxud paxlasının xarici görkəmi, paxlanın 

və  dənin yetişgənliyi vizual baxışla müəyyən edilir. 

Dənin dadı onun ağızda çeynənilməsi ilə təyin olunur. 

Eyni zamanda paxlaların təzəliyi, onlarda 

müşahidə olunan zədələnmələr, dənin özünün və 

qabığının sıxlığı müəyyən olunur. 

Göy noxud dənlərinin sıxlığını, göy noxud 

dənlərinin 7%-li xörək duzu məhluluna salmaqla 

müəyyən edirlər. Duz məhlulunun nisbi sıxlığı 1,05 

bərabərdir. 

O göy noxud dənləri yararlı sayılır ki, onlar duz 

məhlulunda üzürlər. 

Zərərvericilər tərəfindən göy noxud dənlərinin 

zədələnməsini texniki şərtlərin tələbinə uyğun həyata 

keçirirlər. Eyni zamanda məhsuldan götürülmüş orta 

nümunənin analizi vasaiti ilə müəyyən edirlər. Göy 

noxudun qırmızı çiçək açan yem sortlarında 

mövcuddur ki, onları təyin etmək üçün noxud dənləri 

2%-li kalium xromat (K

2

Cr

2



O

7

) məhlulunda 6-10 



dəqiqə müddətində qaynatmaqla müəyyən edirlər. Bu 

zaman dənlər rəngə boyanır. 

 

 

 



 

 

 



129 

 

V Fəsil. Tərəvəz məhsullarının standartlaşdırılması 



 

 standartlaşdırmanın tarixi və vəzifələri. 

Hələ çox illər keçən əsrin başlanğıcında meyvə-

tərəvəz məhsullarının istehsalının genişlənməsi, 

əhalinin bu  məhsullara olan təlabatının artması, bu 

məhsulların ölkə daxilində daşınması və xarici ixracatı 

bu məhsulların keyfiyyətinə müəyyən nəzarətin xüsusi  

sənəd  əsasında həyata keçirilməsi üçün ehtiyac 

duyulurdu. Bu sənəddə qanunun gücü, meyvə-tərəvəz 

məhsullarının istehsalının və ticarətinin 

stimullaşdırılması əks olunmalıdır. 

Məhsulun və 

məlumatın keyfiyyət 

göstəricilərinin səviyyəsini müəyyən edən bu sənəd 

standart adlanır.  İngiliscə standart qəbul olunmuş 

nümunə, normadır. Standart özündə meyvə-tərəvəzin 

keyfiyyətinə olan təlabatı əks etdirilir. 

Dövlət, müəssisə, dövlətlərarası  və beynəlxalq 

standartlaşdırma (İSO) təşkilatı mövcuddur. 

Standartlar istehsalçı  və realizəedici təşkilatlar 

üçün qanun gücünə malikdir. 

Standartlaşdırma və standartların məqsədi: 

məhsulun keyfiyyətinin yaxşılaşdırılması  və ona 

zəmanət; məhsulun becərilməsin saxlanması  və 

emalında maya dəyərinin aşağı salınması;  əmək 

məhsuldarlığının yüksəldilməsi; istehsal bütün 

mərhələrində itkilərin azaldılmasıdır. 

Standartlaşdırma elmin, texnikanın və 

təcrübənin nailiyyətlərinə  əsaslanır. Standartların 

130 

 

qüvvədə olma müddəti müəyyən vaxt keçdikdən 



sonra, istehlakçıların zövqündən, istehsalın inkşafı ilə 

əlaqədar dəyişdirilir. Standartın dəyişdirilməyə 

zərürəti eyni zamanda texnologiyanın, daşınmanın, 

meyvə-tərəvəzin emalında tətbiq edilən 

təkmilləşmədən irəli gəlir. Bəzən ən vacib məhsullara 

ümüdverici (qabaqlayıcı) standartlar işləyib 

hazırlayırlar. 

Bu standart da əvvəlkindən fərqli olan daha 

yüksək göstəricilər və normalar müəyyən edilmiş 

müddətdə yerinə yetirilməlidir. 

Bu standartlar yüksək keyfiyyətli meyvə 

tərəvəzlərin istehsalında tərəqqiyə yardım edir. 

İlk standartlar 1905-ci ildə meyvələr üzrə 

Avstraliyada meydana gəlmişdir. Onlar ixrac üçün 

nəzərdə tutulan meyvələrin keyfiyyətini müəyyən 

edirdi. 


Alma və armud meyvələrinin ölkədən 

çıxarılaraq ixracatına xüsusi qərar  əsasında uyğun 

olaraq çeşidlənib qablaşdırıldıqdan sonra icazə 

verilirdi. Rusiyada standartlaşdırma işinə 1907-ci ildə 

başlanılmışdır. 

Bu vaxt Rusiyanın Sankt-Peterburq şəhərində 

meyvəçilik, çayçılıq,  şərabçılıq və balıqçılıq üzrə 

birjalarında “Daimi texniki komisiya” təsis edilmişdir. 

Burada bütün alma və armud meyvələri, onların satış 

qiymətinə uyğun olaraq üç qrupa ayrılırdı: bir az 

bahalı meyvələr, orta qiymətli meyvələr, ucuz 

meyvələr. Komisiya tərəfindən çeşidləmə  və  



131 

 

qablaşdırma qaydaları 



işlənib hazırlanmışdır. 

Çeşidləməni meyvələrin kütləsinə, təmizliyinə  və 

formasının düzgünlüyünə görə 2 əmtəə növünə 

ayırırdılar. Sovet standartının bünövrəsinin qoyulması 

günü kimi 15 sentyabr 1925-ci il tarixinin hesab 

olunması qəbul edilmişdir. Bu tarixdə Nazirlər Şurası 

Standartlaşdırma Komitəsinin haqqında qərar qəbul 

edir. 1930-cu ildə bu komitənin adı  dəyişdirilərək 

Ümumittifaq Standartlaşdırma komitəsi adalandırılır. 

1925-ci ildə “Təzə meyvələrin çeşidlənməsi 

qablaşdırılması 

və markalanması haqqında 

standartlaşdırma komisiyasının kitabça şəkilində 

Moskva 


əmtəə birjasının balıq-meyvə-tərəvəz 

meydançasında məcmuə buraxılır. 

Bu məcmuədə relizə olunacaq meyvələr iki əsas 

qrupa bölünür: təmiz və cüzi zədəli. Birinci qrupa-

vaxtında ağacdan dərilmiş, saplaqlı, təmiz, yaxşı 

inkşaf etmiş, sort üçün tipik, yaxşı rəngli, tam zədəsiz 

və zərərvericilər tərəfindən zədələnmiş meyvələr. 

İkinci qrupa-saplaqsız meyvələr,azca səthi  əyri 

meyvələr, azcaləkəli, göbələk xəstəliyi təsirindən və 

saxlanmasına zərər yetirməyən digər qüsurlu 

meyvələr. 

1 iyul 1929-cu ildə keçmiş ittifaq ərazisində ilk 

Ümumi İttifaq alma meyvəsinə şamil olunan standart-

OCT-558 tətbiq edilmişdir. Bu standartda ticarət üçün 

nəzərdə tutulan alma meyvələrinə olan tələblər öz 

əksini tapmışdır və özündə növbəti bölmələri  əks 

etdirilir: Təyin etmə, Təsnifat, Çeşidləmə, 

132 


 

Qablaşdırma, Markalama, Qəbul qaydaları, 

Daşınması, Saxlanması. 

Bu standartlara uyğun olaraq almanın hər 

formoloji sortunu xarici əlamətlərinə görə 3 satış 

sortuna bölürlər. 

Artıq 1930-cu ildə armud, kartof, kök, xiyar, 

göy soğan, istixana xiyarı, mətbəx çuğunduru, turp, 

qırmızı turp, qıtıq otunu standartlar tətbiq edilməsinə 

başlanmışdır. 

1931-ci ildə sovetlər ölkəsində  təzə meyvə-

tərəvəzlər üçün tətbiq edilən standartların sayı 30-u 

ötmüşdür. Nəticədə bu standartlar dəfələrlə 1957-ci ilə 

qədər dəyişdirilmişdir. 

1957-ci ildə meyvə-tərəvəzlərin 

standartlaşdırılması  və onlara qiymət qoyulması 

respublika standartlarının təsdiq edilməsi hüququ 

İttifaq Respublikaları Nazirlər sovetlərinə verilimişdir. 

Bu tədbirlərin məqsədi ittifaq respublikalarında 

məhsuldarlığın yüksəldilməsi keyfiyyətin 

yaxşılaşdırılmasında onların məsuliyyətini 

artırmaqdan ibarət olmuşdur. 

Bununla  əlqədar bütün ittifaq respublikalarında 

meyvə-tərəvəzlərə aid respublika texniki şərtləri 

işlənib hazırlanmışdır. (RTŞ). 

Eyni zamanda bu hal respublikalararası mal 

döriyyəsində dolaşıqların yaranmasına səbəb olur. 

Bununla əlaqədar olaraq 1967-ci ildə bütün növ 

meyvə-tərəvəz və kartofa keyfiyyət üzrə müasir 

təlabatı özündə  əks etdirən dövlət standartları 



133 

 

yaradılır. Nəhayət 1985-ci ildə SSSR-i Nazirlər 



Sovetinin “SSSR-də standartlaşdırma işinin təşkili” 

adlı qərarına əsasən yeni Düst 1.0-85 standartlar qəbul 

edilmişdir. “Standartlaşdırma  haqqında” qanun 

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 

sentyabr 1996-cı ildən tətbiq olunmağa başlanmışdır. 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 

tarixli sərəncamı ilə Azərbaycan Respublikasının 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət 

Komitəsi yaradılmışdır. 

Artıq bu ildən Azərbaycan Respublikasının 

Dövlət standartlarının işlənib hazırlanmasına 

başlanmışdır. (AZS) 

 

Standartların təsnifatı 

 

Standartlaşdırma xammal və 

məhsulun 

keyfiyyətinin normallaşdırılmasının  əsasıdır. Hər bir 

ölkənin standartı kimi Beynəlxalq standartlaşdırma və 

Avropa standartlaşdırma təşkilatları mövcüddur. 

(İSO). 

Standart müəyyən məhsul kompleks norma, 



qaydaları, tələbləri özündə  əks etdirən normativ-

texniki sənəddir və  səlahiyyətli orqanlar tərəfindən 

təsdiq olunur. Standartlar elmi, texniki, qabaqcıl 

təcrübənin nailiyyətdən əsasında işlənib hazırlanır. 

Standart müəyyən  əşya materialı (məhsul, 

etalon, maddə nümunəsinə) işlənib tətbiq olunur. Eyni 

zamanda norma, qayda, məhsula tələblər və  təşkilatı-

134 


 

metodik xarakterə malik olmalıdır. Dövlət 

standartlarını sistemləşdirmək və onlardan asanlıqla 

istifadə etmək məqsədi ilə Dövlət standartları bölmə, 

sinif və qruplara bölünür.  

Hər bir bölmənin indeksinin əsasında rus 

əlifbasının bir hərfi yazılır. Məsələn, dağ  mədən və 

faydalı qazıntılar indeksi A, yeyinti və tumlu mallar 

indeksi H, kənd və meşə təsərrüfatı indeksi C. 

Bölmələr çərçivəsində standartlar sinif və 

qruplara bölünür. Bu onluq sistemində bütün və ya 0-

dan 9-a qədər rəqəmlər istifadə olunur. 

Aşağıdakı 

kənd və meşə 

təsərrüfatı 

standartlarının bölmə üzrə təsnifatı verilmişdir. 



 

Co sinif. Kənd və meşə təsərrüfatı üzrə 

ümumi qaydalar və normalar. 

 

Coo terminlər və işarələr 



Co

1

 texniki sənədlər 



Co

2

 aqrotexniki hesablama norması 



Co

texniki təhlükəsizlik 



Co

8

 tətbiqi və istismarı 



Co

9

 sınaq üsulları, Qablaşdırma. Markalama. 



 

 

 



 

 

 



135 

 

C



1  

sinif. Tarla bitkiləri 

 

C

10



 təsnifatı, aidiyyatı və ümumi normalar 

C

11



 tarla bitkilərinin əkin materialı və toxumları 

C

12



 Dənli bitkilər 

C

13



 Paxlalı bitkilər 

C

14



 Yemlik otlar 

C

15



 Kombinə olunmuş və digər yem vəsaiti 

C

19



 Sınaq üsulları, Qablaşdırma. Markalanma. 

 

C





sinif.  Texniki bitkilər 

 

C

20



 Təsnifatı, aidiyyatı və ümumi normalar 

C

21



 Texniki bitkilərin əkin materialı və toxumları 

C

22



 Lifli bitkilər 

C

23



 Yağlı bitkilər 

C

24



 Şəkərli bitkilər 

C

25



 Narkotik, aromatik, ətirli, ədviyyə və ballı bitkilər 

C

26



 Boyaq və aşı bitkilər 

C

27



 Kauçuk daşıyıcılar 

C

28



 Suda bitənlər 

C

29



 Sınaq üsulları, Qablaşdırma. Markalanma. 

 

C



3  

sinif. Meyvə və giləmeyvə bitkiləri 

 

C

30



 Təsnifatı, aidiyyatı və ümumi normalar. 

C

31



 Meyvə və giləmeyvə bitkilərinin əkin və toxum 

materialı 

C

32

 Tumlu meyvələr 



136 

 

C



33

 Çəyirdəkli meyvələr 

C

34

 Sitrus meyvələri 



C

35

 Giləmeyvələr 



C

39

 Sınaq üsulları, Qablaşdırma. Markalanma. 



 

 

C



4  

sinf. Tərəzi bitkiləri və güllər 

 

C

40



 Təsnifatı, aidiyyatı və ümumi normalar 

C

41



  Tərəvəz bitkiləri və güllərin toxumları  və  əkin 

materialları 

C

42

 Tərəvəzlər 



C

43

 Kökü meyvəli və kökü yumru meyvələr 



C

44

 Bostan bitkiləri 



C

45

 Bağ bitkiləri 



C

49

 Sınaq üsulları, Qablaşdırma. Markalanma. 



 

Sinf C


5

-arıçılığa, C

6

-ipəkçiliyə, C



7

-heyvandarlığa, C

8

-

xəzçilik, ovçuluq və balıqçılq, C



9

-meşə  təsərrüfatı  və 

aqromeşə suvarmaya həsr olunub. 

Aqrar sahədə istifadə olunan standartlar şərti olaraq 

aşağıdakı qruplara bölünür: 

Kənd təsərrüfatı  məhsullarının keyfiyyətinə, hazırlıq 

təşkilatlarına təhvil vermə qaydalarına tətbiq edilən 

standartlar; 

aqrar sahəyə  qəbul olunan, gətirilən gübrə, toxum, 

mexaniki və digər materiallara tətbiq edilən 

standartlar; 


137 

 

texnoloji standartlar, yəni mexanikləşdirilmiş tipli 



becərmə texnologiyaları, məhsulun yığılması, ilkin 

emalı, qablaşdırılmasına, daşınması  və saxlanmasına 

tətbiq edilən standartlar. 

Beləliklə demək olar ki, standartlar nəinki, məhsulun 

keyfiyyətinə olan tələbləri, eyni zamanda kənd 

təsərrüfatı  məhsullarının becərilməsi texnologiyasına, 

onların  əmtəəlik seçimlərinə  və ilkin emalına olan 

tələbləri yerinə yetirilir. 

Standartlar aşağıdakı kateqoriyalara ayrılır. 

Beynəlxalq standartlar. 

Azərbaycan respublikasının Dövlət standartı Azs 

texniki şərtlər tş Az. 

Dövlət standartları kütləvi və ixrac olunan məhsullara, 

istehsal texnologiyalarına, qaydalara və digər 

obyektlərə tətbiq olunur. 

Texniki  şərtlər tş ancaq müəssisə daxilində istehsal 

olunan məhsulun keyfiyyətində  tətbiq olunan 

qaydalara, üsullara olan tədbirləri müəyyən edilir. 

Adları çəkilən standartlar qeyri müəyyən müddətdə və 

yaxud da vaxt çərçivəsində qüvvədə olur. 

Standartın ilk səhifəsində standartların qüvvəyə 

mindiyi və  təsdiqləndiyi gün, ay il, onu təsdiqləyən 

qərarın nöqtəsi qeyd olunur. 

Qüvvədə olma müddətləri bəlli olan standartlara 

yenidən baxılaraq onların qüvvədə olma müddətlərin 

sona çatmasından əvvəl dəyişdirilə bilər. 

Standartın ilk səhifəsində onun mənsub olduğu 

təsnifat sistemindəki qrupun nöqtəsi göstərilməlidir. 

138 

 

Məsələn qıcqırdılmış  kələm AzS 3858-12 qrup H52. 



Təsdiq olunmuş standartın indeksinə (AzS) işarəsi, 

qeydiyyat nömrəsi 3858 və iki rəqəmlə  standartın 

təsdiqləndiyi il yazılır. Misal üçün “kök” üçün AzS 

1721-12. Burada 1721-rəqəmi qeydiyyat nömrəsi, 12-

rəqəmi isə standartın 2012-ci ildə  təsdiqlənərək 

qüvvəyə minməsini göstərir. 

Texniki şərt tş Az 3184221-15-2011 “kornışon xiyar” 

konservləşdirilmiş. Burada ilk rəqəm standartın 

nöqtəsi, 15-qeydiyyat nömrəsi, 2011-isə standartın 

təsdiqləndiya ili göstərir. 

 

Meyvə-tərəvəz standartlarının quruluşu 

 

Meyvə-tərəvəz standartlarının qurluşu eyni tipli 

olmaqla adətən giriş hissə  və bölmələri özündə  əks 

etdirir. 

1-ci bölüm. Keyfiyyətə olan tələblər (texniki tələblər); 

2-ci bölüm. Məhsulun qəbulu və təhvili qaydaları; 

3-cü bölüm. Keyfiyyətin təyini üsulları (sınaq üsulları; 

4-cü bölüm. Qablaşdırma, markalama, daşınma və 

saxlama. 

Giriş hissədə standartlaşdırılan obyektin fəaliyyəti 

sahəsi, tədarük olunan məhsulun təyinatı  (ərzaq, 

toxum və yaxud da emal üçün) göstərilir. 

1-ci bölmə. Məhsulun keyfiyyətinə qoyulan tələblər 

bölməsində keyfiyyətin göstəricilər, istehlakçı 

tərəfindən müəyyən edilən  əsas xarakterik göstərilir 


139 

 

müəyyən olunur. Qaydalara əsasən elə  tələblər 



göstərilir ki, onlar yoxlanmaya malik olsun. 

Kartof, meyvə, tərəvəzlərin keyfiyyəti eyni 

olmadığından, bu bölmədə məhsulun əmtəə sortlarına 

bölünməsi və sortların keyfiyyət xarakteristikası 

verilir. 

Məhsulun qeyri standart elə bir hissəsi qəbul edilir ki, 

ondan qida və emal kimi istifadəsi mümkün olmasın. 

Əmtəəlik sortların sayı meyvə-tərəvəzlərin növündən 

aslı olaraq 2-dən 4-ə  qədər olur. Məhsulun 

keyfiyyətinə görə münasibət nöqsansız və qüsursuz 

olan mallar ekstra-klas (əla və 1-ci növ) sayılır. Aşağı 

növə az ca zədələnmiş formaca dəyişmiş, rəngini 

itirmiş meyvə nüsxələri aid olunur. 

Əmtəəsortları standartlar tərəfindən müəyyən edilir. 

Məhsulun keyfiyyət göstəriciləri təyin etdikdə bir  çox 

göstəricilər götürülür. Şərti olaraq bunları keyfiyyət və 

kəmiyyətə bölürlər. 

Keyfiyyət göstəriciləri sözlə  və ya müqaisə ilə 

xarakterizə edilir. Misal üçün giləmeyvələr təzə, 

yetişmiş, təmiz, kənar iy və tamlardan uzaq olmalıdır. 

Keyfiyyətin miqdarca göstəriciləri rəqəmlə  işarə 

olunur və onlar aşağıdakı normaları özündə əks etdirir. 

Müəyyən hədd hüdud daxilində, məhdudlaşdırıcı  və  

qadağanedici normalar. 

Misal üçün 1-ci qrup karnişan xiyarların uzunluğu 51 

mm-dən 70 mm arasında olmalıdır. 

Məhdudlaşdırıcı normalar sözlə ifadə olunur “az ola 

bilməz” və yaxuda da “çox ola bilməz”. 

140 

 

Mətbəx çuğunduru kökümeyvələrinin diametri 



artdıqca onun keyfiyyəti aşağı düşür. Bu səbəbdən də 

onun diametri 14 sm-dən çox ola bilməz ifadəsi ilə 

normallaşdırılır. 

Qadağanedici normalar norma məhsulun sanitar 

vəziyyətinə  və  təhlükəsizliyinə  təminat verir. Eyni 

zamanda icazə verilmir ifadəsi ilə möhkəmlənir. 

Məsələn,  ərzaq üçün nəzərdə tutulmuş kartof 

yumrularının üst qatının

4

1

-nın rənginin göyərmiş 



olmasına icazə vermir. Meyvə-tərəvəz məhsullarına 

tətbiq edilən standartlar digər kənd təsərrüfatı 

məhsullarına tətbiq edilən standartlardan onlarda olan 

icazələrin çoxluğu ilə seçilir. 

Yəni onların göstəricilərinin standartın tələblərinə 

kənara çıxmasına icazə verilir. Bu da ondan irəli gəlir 

ki, sortların eyni şəraitdə becərilməsinə baxmayaraq 

bioloji dəyişkənlik buna imkan vermir. 

Bu səbəb də onlara tətbiq edilən icazələr faizlə və ya 

sayla məhsulun kütləsinə görə göstərilir. 

Misal üçün kök məhsulunun bir partiyasında 

kökümeyvəyə yapışmış torpağın miqdarının, ümumi 

partiyanın çəkisinin 1%-dək olmasına icazə verilir. 

Dəstə halında olan tərəvəz məhsullarındakı 

standartlarda (qırmızı turp, körpə kök) icazələr sayla 

ifadə olunur. Yəni 10-20 ədədin kənarlanması sözləri 

işlədilir. 

Bəzi meyvə  tərəvəz məhsullarının xarici görkəmi ilə 

yanaşı, onların gizli xəstəlikləri, yetişkənliyini 


141 

 

müəyyən edən göstəricilər də  təyin edilir. Məsələn, 



baş soğan məhsullarında boğaz kürəsi ilə zədələnməni 

müəyyən etmək üçün 50 soğan başından az olmayan 

sayda orta nümunədən götürürlər. Qabığı soyularaq 

boğaz çürüməsi müşahidə olunarsa, onda bütün 

nümunələri qabığının soyulub baxılmasına icazə 

verilir. 

Xiyar, qarmız, yemiş, badımcan və başqa meyvələrin 

standartlarında onların keyfiyyət göstəricilərinə 

yetişkənliyi müəyyən edən daxili quruluş ifadəsi əlavə 

edilmişdir. 

Bu standartlarda onların daxili qurluşunu müəyyən 

etmək üçün orta nümunənin çəkisinin 3%-i qədər 

meyvənin kəsilib baxılmasına icazə verilir. 

Kartof məhsullarına tətbiq olunan standartlarda kartof 

yumrularında olan nişastanın miqdarı becərilmə 

zonasından aslı olaraq 13-16% arasında norma kimi 

qəbul olunur. Bir sıra standartlarda məhsulun dad 

göstəriciləri (şirin bibər) və rənginə görə (qırmızı baş 

kələm) göstəricilər daxil olunur. 

2-ci bölmə. Məhsulun qəbulu və  təhvili qaydalarında 

məhsulun istehsalçıdan, tədarükçüyə  və ya emala 

verilməsində tələb olunan qaydalar verilir.  

Bu bölmədə  əsasən məhsulun keyfiyyətinin sınağı 

üsulları, onların keçirilmə müddətləri, ardıcıl olaraq 

keyfiyyətin yoxlanması  və burada məhsulun tərkibi 

keyfiyyət əlamətləri göstərilir. 

Meyvə  tərəvəzlərin keyfiyyətinin təyin olunmasında 

əsas üsul olaraq seçim nəzarət üsulundan istifadə 

142 

 

olunur. Bunun üçün seçim nümunələri götürülür və bu 



orta nümunə  əsasında, məhsul partiyasının keyfiyyəti 

haqqında göstəricilər müəyyən olunur. Nəticədə 

standartlarda nəzərdə tutulmuş keyfiyyət normaları 

kənarlaşmalar bütün məhsul partiyasına  şamil olnur. 

Məhsul partiyası dedikdə eyni sorta malik, eyni vaxtda 

qəbul olunmuş və təhvil verilən, keyfiyyət göstəriciləri 

eyni vəsiqədə tərtib olunmuş müəyyən miqdar məhsul 

nəzərdə tutulur. Bir sıra standartlarda məhsul 

partiyasının təyin olunmasına məhdudiyyət qoyulur. 

Misal üçün tez yetşən alma məhsullu standartında 

partiyanın həcmi bir nəqliyyat vahidi ifadəsi ilə 

məhdudlaşdırılır. Digər misal təzə çiyələk partiyasının 

standartında: eyni müddətin yığımı, partiyanın çəkisi 1 

tondan çox olmamalıdır ifadəsi yazılır. 

3-cü bölmə keyfiyyətin təyini üsullarıdır. Burada 

standartla müəyyən olunmuş norma və keyfiyyətin 

göstəriciləri öz əksini tapılmalıdır. Bu bölmədə 

aşağıdakı altı bəndlər vardır. 

Orta nümunənin seçilməsi üsulları; 

Keyfiyyətin təyininin keçirilməsi (sınağı); 

Nəticələrin işlənib hesablanması. 

Orta nümunənin götürülməsi üsulu və nümunənin 

miqdarı bu bölmə altı  bəndə öz əksinə tapmalıdır. 

Yeşiklərdə  gətirilən meyvə-tərəvəzlərdən standartla 

vahid nümunə seçimi aparılır. 100 yeşik məhsul 

partiyasından  ən azı 3 yeşikdən nümunə götürülür. 

100 yeşikdən çox olan məhsuldan 50 yerdən və əlavə 

olaraq bir yerdən də nümunə götürülür. Ayrılmış 



143 

 

qablardan götürülən nümunələrdən isə orta 



nümunələrdən isə orta nümunəni ayrırlar. Bu orta 

nümunə yerlərdən götürülən nümunələrin ümumi 

çəkisinin 10%-dən az olmamalıdır. Bir sıra 

standartlardan (çiyələk, qara qarağat, badımcan və 

bibər) məhsullarından hər bir yeşikdən analiz üçün 

nümunənin götürülməsi qeyd olunur. 

Keyfiyyətin sınağı adlı bölmə altında aparılan 

keyfiyyət analizlərinin üsulları, göstəriciləri, analizin 

aparılma müddətləri və ardıcıllığı göstərilməlidir. 

Keyfiyyət analizləri məhsuldan götürülmüş orta 

nümunənin başa çatmasından dərhal sonra və ya 24 

saat müddətində  həyata keçirilməlidir.  İlk dəfə 

məhsulun çirklənmə  dərəcəsi müəyyən edilir. Bura 

torpaq, yarpaq, inkşaf etməmiş meyvələr aid olunur. 

Kartof  və kökümeyvələrdə çirklənməsi onlarda olan 

çirkin yuyulması ilə müəyyən edilir. Əgər çirklənmə 

cüzi miqdardadırsa onu məhsulun üzərində əski parcas 

ilə silirlər. 

Standartda göstərilən nümunə analizlərinin 

göstəriciləri (meyə-tərəvəzin təmizliyi, mexaniki 

zədələnmə, zərərvericilər tərəfindən zədələnmə, 

xəstəlikdən zədələnmə, sorta uyğunluğu, orta ölçü, 

forma, orta çəki) ölçmə, tərəzidə  çəkmə  və vizual 

baxışla qiymətləndirmənin köməyi ilə aparılır. Sonrakı 

mərhələdə orqanoleptiki üsulla nümunənin rəngi, dadı, 

iyi, sıxlığı müəyyən edilir. 

Sonra hər bir göstəricinin nəticələri standartda 

göstərilən göstəricilərlə tutuşdurularaq müqyisə 

144 

 

olunur.  Əgər hər hansı bir göstərici standartda qəbul 



olunmuş göstəricisindən fərqlənirsə, onda onun hansı 

əmtəə növünə uyğun olduğu müəyyən edilir. 

Əgər məhsulun hər hansı bir spesifik göstəricisi tələb 

olunan normaya uyğun gəlmirsə onda bütün məhsul 

partiyası  aşağı növ kimi qəbul olunur. Əgər məhsul 

qüvvədə olan standartın tələblərinə cavab vermirsə, 

aşağı növün tələblərinə cavab vermirsə, onda həmin 

partiyadakı 

məhsul qeyri standart kimi 

qiymətləndirilir.  

3-cü bölmənin bölmə altı  bəndində alınan nəticələrin 

hesablanmasında istifadə olunan formullar, 

hesablamanın dəqiqliyi, alınan məlumatların 

yuvalaşdırma dərəcəsi, təkrar təyin etmələr arasındakı 

fərqlər aydınlaşdırılır. 

4-cü. Qablaşdırma, markalama, daşınma və saxlanma 

bölməsində 

məhsulun qablaşdırılmasına, 

markalanmasına qoyulan tələblər, markalanmasına, 

taraların tipinə, qablaşdırıcı materiallar, onların 

istifadə üsulları, hər bir taraya yerləşdiriləcək 

məhsulun maksimum miqdarı, qablaşdırılan taraların 

daşınma zamanı yığılma üsulu, və məhsulunun tarasız 

daşınmasına olan tələblər göstərilməlidir. 

Eyni zamanda bu bölmədə daşınmanın üsulu, müddəti, 

temperaturu və 

nəmliyi haqqında məlumat 

verilməlidir. Daşınma zamanı  həmin məhsulun 

saxlanma texnologiyası, rejimi, kamerada 

yerləşdirilməsi, qulluq və realizə qabağı hazırlıq işləri 

qeyd olunmalıdır. 


145 

 

Hər bir məhsul partiyası onun keyfiyyət vəsiqəsi ilə 



müşayət olunur. Standartlarda həmin vəsiqənin 

əsasında olan məlumatlar göstərilmişdir: 

vəsiqənin nömrəsi; 

göndərən təşkilatın adı və ünvanı; 

məhsulu qəbul edən təşkilatın adı və ünvanı; 

məhsulun adı; 

əmtəənin növü; 

seleksiya və ya pomaloji növ; 

yerlərin sayı, məhsulun tara ilə və tarasız çəkisi; 

qablaşdırma və göndərmə tarixi; 

vaqonun və ya avtomobilin nömrəsi; 

daşınma müddətinin son həddi, günlə; 

istifadə olunan pestisidin adı və son istifadə tarixi; 

keyfiyyət üçün cavabdehin soy adı;  

qüvvədə olan standartların nömrəsi. 

 

 



 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin