İnstitutu S. P. Həsənov



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix07.01.2017
ölçüsü3,41 Mb.
#5002
1   2   3   4   5   6   7   8   9   10

Reaktivlər 

 

2,6-dixlorfenol indofenol reaktivindən 0,2q 

çəkib həcmi 1,0 litr olan kolbada 600-700 ml suda həll 

edirlər. Bir gecə saxlayaraq həcmi su ilə ölçü xəttinə 

su ilə çatdırırlar. Sonra onu filtrdən keçirib süzürlər. 


93 

 

Tilmans reaktivinin məhlulu çox davamsızdır 



və işıq təsirindən tez parçalanır. Bu səbəbdən də onu 

tünd şüşə qabda saxlayır və titrinə düzəlişi 1-2 gündən 

sonra müəyyən edirlər. 

Titrə düzəliş  aşağıdakı ardıcıllıqla müəyyən 

edilir.  Əvvəlcə 0,01 n. KMn0

4

  məhlulunun titri 



müəyyən edilir. Konusvari kolbaya 20 ml 0,01n. 

quzuqulağı turşusu və ya onun natrium, amonium 

duzu məhlulu tökülər. Bunu hazırlamaq üçün 0,063 q 

quzuqulağı  və ya 0,067q natrim; və ya 0,062q 

amonium duzu həcmi 100 ml olan təmiz kolbada 

distilə suyunda həll edilir. Üzərinə 2-3 ml qatı sulfat 

turşusu  əlavə edərək 0,01n KMn0

4

  məhlulu ilə 



titrləyirlər. 

Kalium permanqanat məhlulu hazırlamaq üçün 

0,316q ondan çəkərək 1 litr suda həll edir və məhlulu 

2-3 həftə qara kağızla örtərək saxlayırlar. 

Titrləmə zamanı  nümunəni qızdırırlar zəif-

çəhrayı  rəngin alınmasına qədər titrləmə davam 

olunur. 

KMn0


4

-ın titrinə düzəliş  aşağıdakı formul ilə 

hasablanır. 

T

1



=

b

a

Burada a-0,01n. quzuqulağı turşusunun 



(Natrium, ammonium), duzları  məhlulunun miqdarı 

(ml); 


               b-titrləməyə  sərf edilən KMn0

4

-ün 



miqdarıdır (ml). 

94 


 

Sonra 0,01 n. Mor duzu məhlulunun titrinə 

düzəliş təyin olunur. Bunun üçün (3,92q reaktiv 1 litr 

0,02 n. H

2

SO

4



  məhlulu) Mor duzunun məhlulunun 

titrinə olan düzəliş aşağıdakı kimi hesablanır. 

T

2=

C



xb

T

/

1



Burada, T

1

-0,01n KMn0



4

 məhlulunun titrinə 

düzəliş; 

             b- titrləməyə sərf olunan KMn0

4

 

məhlulunun miqdarı (ml); 



             C- Mor duzu məhlulunun tirləmək üçün 

götürülmüş miqdarı (ml). 

Bundan sonra 0,001n.2,6-dixlorfenolindofenol 

məhlulun titrinə düzəlişi müəyyən edirlər.Bunun üçün 

10 ml rəngli məhluldan götürüb konusvari kolbaya 

tökülür. Üzərinə 5 ml doymuş quzuqulağı turşusunun 

natrium (və ya ammonium) məhlulu  əlavə edərək, 

əvvəlcədən hazırlanmış  dəqiq 0,01n. Mor duzu 

məhlulu ilə göy rəngin itməsinə  və sarıyantar rəngin 

alınmasına qədər titrləyirlər. 

Rəngli məhlulun titrinə düzəlişi aşağıdakı kimi 

hesablayırlar. 

 

T

3



=

e

xCx

T

10

3



Burada, T

2

-0,01n. Mor duzu məhlulunun titrinə 



düzəliş; 

C-titrləməyə sərf olunan Mor duzu məhlulunun 

miqdarı (ml); 


95 

 

e-titrləmək üçün 2,6 dixlorfenolindofenol 



məhlulun miqdarı (ml); 

-0,001n.2,66 dixlorfenolindofenol məhlulun 

düzəliş əmsalı sıfıra bərabərdir. 

Mor duzu məhlulunun titri davamlı olduğundan 

ondan 3-5 ay arzində istifadə etmək olar. 

 

Aşı və boyaq maddələrin təyini 



 

Aşı  və boyaq maddələri təzə meyvə-

tərəvəzlərdə əsas vacib keyfiyyət göstəricisidir. Onlar 

meyvə-tərəvəzlərin emalında xüsusi əhəmiyyət kəsb 

edir. 

Meyvə 


tərəvəzlərin 

əlvanlığı, rənginin 

cazibədarlığı, büzüşdürücü xüsusiyyətlərə  aşı  və 

boyaq maddələrinin miqdarı ilə əlaqədardır. 

Qeyd olunur ki, bu maddələrin bitkilərdə çox 

olması  həmin bitkilərin xəstələnməsinə qarşı 

davamlılığını artırır. 

Xüsusilə emal zamanı xammal meyvələrinin 

rənginin xoşagəlməyən rəngə düşməsi bu qrupa aid 

olan metal birləşmələrinin fermentlər təsirindən 

oksidləşməsi ilə əlaqədardır. 

Aşı maddələrin aşkarlığını müəyyən etmək 

üçün onun keyfiyyət reaksiyalarından istifadə olunur. 

Bunun üçün onun tərkibinə  dəmir oksidləri təsir 

edərək qara-göy və ya qara-yaşıl rəngin alınması  aşı 

maddələrin olduğunu göstərir. 

96 

 

Adətən dəmir xloridin 3-5%-li məhlulundan 



istifadə olunur. Sınaq şüşəsində olan 5-10 ml də dəmir 

xloridin məhlulu üzərinə damla meyvə  şirəsini  əlavə 

edirlər. Sınaq  şüşəsində  rəngin dəyişməsi və onun 

rənginin intensivləşməsi həmin məhlulda olan aşı 

maddələrin təqribi midarını müəyyən etməyə imkan 

verir. 


Aşı  və boyaq maddələrinin miqdarca təyini 

üsulu (Neybauer və Levental) tərəfindən onların turş 

mühitdə kalium permanqanatla KMn0

4

 oksidləşməsi 



qabliyyətinə  əsaslanır. Bu reaktivlə eyni zamanda 

başqa maddələr də oksidləşir. Bu səbəbdən də ilkin 

olaraq kalim permanqanata reaksiya verən bütün 

maddələr oksidləşdirlir. Sonra aşı və boyaq maddələri, 

onların adsorbsiya olunma xüsusiyyətlərinə 

əsaslanaraq aktivləşmiş  ağac kömrü ilə ayrılır. Sonra 

yenidən oksidləşdirilir. 

Sonda kalium permanqanatın birinci və ikinci 

dəfə oksidləşməyə sərfi arasındakı fərqə əsasən aşı və  

boyaq maddələrin miqdarı hesablanır. 

İşin gedişi aşağıdakı kimi həyata keçirilir. 

Əvvəlcə xırdalanmış orta nümunədən kimyəvi stəkana 

0,01q dəqiqlikdə 25q nümunə  çəkisi götürərək onu 

itkisiz həcmi 200 və yaxud da 25 ml olan ölçü 

kolbasına köçürülür.Kolbanın boğazına yapışan, 

stəkanın divarlarına yapışan nümunə qalıqları 

yuyularaq kolbanın içərsinə salınır. Burada kolbanın 

içərsindəki qarışıq kolbanın həcminin 0,5-0,75-ni 

tutmalıdır. Sonra kolbanın içərsinə termometr salaraq, 

onu su hamamında 80

0

C temperaturda 10-15 dəqiqə 



97 

 

qızdırırlar. Kolba su hamamından çıxarılır, termometri 



onun içərsindən çıxararaq distilə suyu ilə yuyurlar. 

Kolba, su kranı altında otaq temperaturuna qədər 

soyudulur. 

Distilə suyu ilə kolbanı ölçü xəttinə  qədər 

doldurub çalxalayır və 5 dəqiqə dincəlməyə qoyurlar 

ki, kolbada olan həll olumamış hissəciklər tam 

kolbanın dibinə çöksun. Hansı ki, filtrləmə zamanı 

onlar filtrin məsamələrini qapayırlar. 

Kolbadakı olan ekstrat həcmi 200-300 ml olan 

təmiz quru stəkan və ya kolbaya süzülür. Titrləmək 

həcmi 2 l olan çini kasada və ya kimyəvi stəkanda 

aparılır.  Əvvəlcə  həmin kasaya 20 ml süzüntü, onun 

üzərinə indiqator kimi 20 ml indiqokarmın, 10 ml 1:4 

nisbətində H

2

SO

4



 və 950 ml su əlavə edirlər. Suyu su 

kranından da götürmək olar. Arakəsmədən kasadakı 

məhlulu  şüşə cubuqla qarışdırmaqla büretdən damla-

damla 0,1n. KMn0

4

 əlavə edirlər. Bu zaman kasadakı 



məhlulun rəngi göydən-yaşıl sarıya çevrilir. 

Titrləmə o vaxt başa çatmış hesab olunur ki, 

əlavə olunan permanqanat damlası  qırmızı  rəng 

saxlayır, məhlulun ümumi kolgəsi dəyişmir. Bu 

titrləmədə permonqanat sərf olunur bütün məhluldakı 

maddələrin oksidləşməsinə  və eyni zamanda aşı  və 

boyaq maddələrinin oksidləşməsinəsərf olunur. 

Sonra ilkin ekstratdan 40 ml həcmi 100 ml oaln 

kolbaya tökür üzərinə 5 qram aktivləşdirilmiş  ağac 

kömürü  əlavə edirlər və kolbanı 10-15 dəqiqə 

müddətində qaynar su hamamına yerləşdirirlər. 

98 


 

Bundan sonra kolba su hamamından çıxarılaraq 

su kranı altında soyudulur və ölçü xəttinə qədər su ilə 

doldurulur və filtrdən digər quru və  təmiz kolbaya 

yaxudda stəkana süzülür. 

Süzüntüdən 50 ml götürərək üzərinə 20 ml 

indiqokarmin, 10 ml 1:4 nisbətində sufat turşusu və 

920 ml su kranından su əlavə edərək titrləyirlər. 

Titrləmə bundan əvvəlki, kimi 0,1n. KMn0

4

  məhlulu 



ilə həyata keçirilir, sarı rəngin əmələ gəlməsinə qədər. 

Bu titrləmədə permanqanat sərf olunur ancaq aşı  və 

boyaq maddələrdən başqa digər maddələrin 

oksidləşməsinə sərf olunur. 

Birinci və ikinci titrləmənin nəticələri 

ölçülməlidir. Birinci titrləmə 20 ml ekstrat, ikinci 

titrləmədə ilkin ekstratdan 40 ml götürülmüş  həcmi 

100 ml-ə çatdırılmışdır. Bunlardan da 50 ml titrləməyə 

götürülmüşdür. Hesablama aşağıdakı formul ilə 

aparılır: 

X=

Hxe

xCx

xTx

b

a

100


004157

,

0



)

(



Burada, x-boyaq və aşı maddələrin miqdarı (%); 

a-birinci titrləməyə sərf olunan 0,1n kalim 

permanatın miqdarı (ml); 

b-ikinci dəfə titrləməyə sərf olnan 0,1n. kalium  

permanqanat məhlulunun miqdaraı (ml); 

T-0,1n. KMn0

4

-ün titrinə düzəliş; 



C- sulu ekstratın həcmi (ml); 

H-nümunənin çəkisi (q); 

e-titrləmək üçün görülən məhlulun həcmi (ml); 


99 

 

0,004157-1 qram aşı  və boyaq maddəsinin 



oksidləşməsinə  sərf olunan 0,1n. KMn0

4

  məhlulunun 



hesablama  əmsalıdır. Yəni 1 ml 0,1 n. kalium 

permanqanat məhlulu 0,004157 q aşı  və boyaq 

maddəsini oksidləşdirir. 

 

Reaktivlər 



 

1. 0,1 n. kalium permanqanat məhlulunu 

hazrlamaq üçün 3,2q KMn0

4

 1 litr isti suda həll edilir. 



Məhlulun titri  iki həftədən sonra müəyyən olunur. Bu 

ona görə belə edilir ki, bu müddət  ərzində  məhlulda 

olan maddələr (ammonyak, üzvi birləşmələr) 

oksidləşsin, titrləməni quzuqulağı turşusunun 0,1n. 

məhlulu ilə aparırlar. 

Quzuqulağı turşusunun məhlulunu dəqiq 

çəkilmiş kimyəvi təmiz, quru 6,302 q quzuqulağı 1 litr 

suda həll etməklə hazırlayırlar. Titrin təyinində 

reaksiya turş mühitdə gedir. KMn0

4

  məhlulu tünd 



rəngli şüşə qabda saxlanılır. 

2.  0,1%-li indiqokarmin məhlulunu hazırlamaq 

üçün 1 q reaktivi stəkanda 25 ml qatı sulfat turşusunda 

həll edərək həcmi 1 litr olan kolbaya köçürürlər. 

Kolba  əvvəlcədən yarısına qədər su ilə doldurulur. 

Yenidən stəkanda qalmış indiqokarmın qalıqları 

üzərinə 25 ml turşu tökərək stəkan yaxalanaraq 

kolbaya əlavə olunur və kolbaya ölçü xəttinə qədər su 

ilə doldurulur. 



3. Sulfat turşusu həcmcə 1:4 nisbətində olur. 

4. Fəallaşdırılmış heyvani və ya ağac kömürü.  

100 


 

III Fəsil Əsas reaktivlər və onların hazırlanması 

Məhlulların hazırlanması 

 

Bircinsli iki və daha çox maddənin qarışığı 

məhlul adlanır. 

Məhlulların qarşığı müxtəlif cür ifadə olunur: 

Çəkiyə görə faizlə, yəni 100 qram məhlulda 

olan maddənin qramlarla miqdarı; 

Həcmə görə faizlə, yəni 100 ml məhlulda olan 

maddənin millilitrlə miqdarı; 

Molyarlığa görə, yəni 1 litr məhlulda olan 

maddənin qram-molla ifadəsi (molyar məhlul); 

Normal məhlullar, yəni 1 litr məhlullarda həll 

olan qram-ekvivalent maddənin miqdarı. 

 

Faizli məhlulların qatılığı 

 

Faizli məhlulları hazırlamaq üçün çəkiləcək 

maddəni texniki-kimyəvi tərəzidə, məhlulun həcmi isə 

üzərində ölçüləri olan silindr vasitəsi ilə ölçürlər. 

Faizli məhlulları hazırlamaq üçün bir neçə 

üsuldan istifadə olunur. 



Misal: 1 kq 15% natrium xlor məhlulu 

hazırlamaq üçün nə  qədər duz götürmək lazımdır. 

Hesablama mütənasiblik əsasında həyata keçirilir. 

 

100           15            X=



100

1000


15x

=150q 


1000          x 

101 

 

Beləliklə  də bunun üçün 1000-150=850q su 



götürmək lazımdır. 

Bəzən 1 litr 15%-li natrim xlorid məhlulu 

hazırlamaq üçün lazım olan duzun miqdarını başqa 

üsulla hesablayırlar. 

Bunun üçün kimyaçının məlumat kitabından bu 

məhlulun sıxlığını taparaq, onu verilən məhlulun 

həcminə vuraraq lazım olan məhlulun çəkisini alırıq. 

 

         1000 x 1,184=1184q 



 

         Onda 100            15 

                                      X=

100


1184

15x

=177,6 q 

        1184           x 

Beləliklə lazım olan natrium xlorun 1 litr və ya 

1 kq məhlulunun hazırlanması müxtəlifdir. 

Bəzi hallarda məhlulları tərkibində kristallaşma 

suyu olan reakivlərdən hazırlamaq lazım gəlir. Onda 

hesabat vaxtı bunu nəzərə almaq lazımdır. 

Misal:  Sıxlığı 1,050 olan Na

2

CO



duzundan 

1000 ml 5%-li məhlul hazırlamaq lazımdır. Duzun 

tərkibində (Na

2

CO

3



x10H

2

O) qədər kristallaşma suyu 



vardır. 

1000x1,050=1050q 5%-li Na

2

CO

3



 ün çəkisidir. 

 

     100            5 



 

                      X=

100

5250


=52,5q Na

2

CO



           1050             x 

102 

 

Na



2

CO

3



-ün molekul çəkisi 106 qramdır. 

Na

2



CO

3

.10H



2

O-nun molekul çəkisi isə 286 

qramdır. Bundan istifadə edərək 5%-li Na

2

CO



3

.10H


2

məhlulu hazırlamaq üçün nə  qədər Na



2

CO

3



-10H

2



lazımdır. 

 

 

        286          106 

                                 X=

106

5

,



52

286x

=141,6 qram 

         X          52,5 

 

Na

2



CO

3

x10H



2

O lazımdır. 

Məhlulları durulaşdırma metodu ilə  də 

hazırlayırlar 



Misal: 

Sıxlığı 1,185 (37,3%-li) HCl 

məhlulundan 1-litr 10%-li mıhlulu hazırlamaq 

lazımdır. 

Bunun üçün məlumat cədvəlindən 10%-li HCl 

məhlulunun nisbi sıxlığını tapırıq 1,047, ardıcıl olaraq 

həmin məhlulun 1-litrinin çəkisini tapırıq. 

1000x1,047=1047 qram. 

Bu miqdar məhlulda təmiz hidrogen xloridin 

miqdarı 


 

  100        10 

                                        X=

100


10

1047x

=104,7q olur. 

  1047         x 



103 

 

Qatılığı 37,3 faizli olan hidrogen xlorid 



turşusundan nə qədər götürmək lazım olduğunu təyin 

etmək üçün aşağıdakı mütənasibliyi qururuq: 

 

      100         37,3, 



                                           X=

3

,



37

7

,



104

100x

=280,7 qram 

        X          104,7 

 

 və ya 


185

,

1



7

,

280



=236 ml götürmək lazımdır. 

 

Məhlulların durulaşdırma və yaxud iki 



məhlulun qarışdırılması zamanı hesabatı 

asanlaşdırmaq üçün dioqanal sxemindən və ya “xaç 

qaydası” üsulundan istifadə olunur. 

Iki xəttin kəsişmə nöqtəsində verilən qatılıq 

yazılır. Solda hər iki xəttin sonunda ilkin 

məhlullarının qatılığı göstərilir. Həlledicinin qatılığı 

sıfıra bərabərdir. 

Misal: Qatılığı 25%-li məhluldan 5%-li məhlul 

hazırlamaq tələb olunur. Əvvəlcə yazılar aşağıdakı 

kimi yazılır. 

 

 



 

 

 



         

104 


 

         25 

 

                 5,      25-götürülən məhlulun qatılığıdır; 



     0     -suyu göstərir, 5-tələb olunan qatılıqdır. 

 

Sonrakı  mərhələdə 25-dən 5 çıxılır və alınan 



nəticə kəsişən xətlərin sağ künclərində yazılır. 

 

25               5      Bu sxemdən aydın olur ki,   25%-



li məhluldan 5 həcm, sudan 

isə 20 həcm götürmək lazımdır. 



Misal: 2 Qatılığı 40 və 10% olan 

5                  iki müxtəlif   məhlulları         

 qarışdırmaqla 25%-li məhlulun 

hazırlanması tələb olunur.         

Bu halda sxem aşağıdakı şəkildə 

olacaqdır. 

    0                20 

 

Beləliklə, ardıcıl olaraq hər məhluldan 15 həcm 



götürülməlidir. 

      40                15 

 

 

              25            



 

 

    



10

 

15 



105 

 

Titrli məhlullar 



 

Qatılığı dəqiq məlum olan məhlullar titirli və ya 

standart məhlul adlanır. 

1 millilitr məhlulda olan maddənin qramlarının 

sayı titr adlanır və belə yazılır.-T. 

Təcrübədə  həcmi analiz vaxtı titrli məhlulların 

qatılığını normal və ya molyar məhlul  adlandırırlar. 

1 litrində 1 qram-mol və ya 1 mol həll olunmuş 

maddə olan məhlular molyar məhlullar adlanır və belə 

yazılır-M. 

Molyar məhlulları müxtəlif qatılıqda 

hazırlayırlar. Məsələn 1,2,3 M və ya 0,1, 0,01 M, 

uyğun olaraq həll olan maddənin miqdarını artırmaq 

və azaltmaq olar. 

1 litrində 1q ekvivalent həll olunmuş məhlullar 

normal məhlullar adlanır və normallıq n hərfi ilə işarə 

olunur. 

Qram-ekvivalent maddə, elə çəki miqdarıdır ki, 

0 1,008 qram hidrogeni və ya 8 qram oksigeni 

birləşdirməyə  və ya sıxışdıraraq çıxarmağa qabildir. 

Qram-ekvivalent E hərfi ilə işarə olunur və E yazılır. 

Hər hansı bir turşu və  qələvinin ekvivalent 

çəkisini təyin etmək üçün onun molekul çəkisini 

maddənin  əsasına bölmək lazımdır. Yəni turşunun 

tərkibində olan və metallarla birləşə bilən hidrogen 

atomlarının miqdarına bölürlər. Yaxud da qələvinin 

tərkibindəki hidrooksil qruplarının miqdarına bölmək 

təyin edirlər. 

106 

 

Duzların ekvivalent çəkisini təyin etmək üçün, 



onun molekul çəkisini tərkibindəki metalın 

atomlarının sayına və  metalın valentliyinə bölürlər. 

Oksidləşmə-bərpaolunma reaksiyalarında iştirak 

edən maddənin ekvivalent çəkisini təyin etmək 

istəyəndə onun molekul çəkisini onun molekulları 

tərəfindən verilən və qəbul olunan elektronların sayına 

bölürlər. 

Təcrübədə  həcmi analizlər apardıqda müxtəlif 

qatılıqda olan normal məhlulları  tətbiq edirlər. Misal 

üçün 1,2,3 n. və ya 0,5, 0,1, 0,01n. 

Əgər maddəni təmiz halda almaq mümkün 

deyilsə  və  yaxud da o özünün dayanaqsızlığı ilə 

fərqlənirsə, onda həmin maddədən təqribi qatılığında 

məhlul hazırlayıb və əmsalını təyin edirlər K. Bu onu 

götərir ki, bu məhlul dəqiq normallıqdan neçə  dəfə 

zəif ya da qatıdır. Təqribi məhlulların titrini müəyyən 

etmək üçün kimyəvi təmiz reaktivlərdən istifadə 

olunur. 


Titrli məhlulların uzun müddət saxlanması yol 

verilməzdir. Çünki onlar qaldıqda titrləri dəyişir və 

yaxud da parçalanırlar. Bu məhsulların son saxlama 

həddinin müddəti müxtəlif olur.Titirlənmiş yod 

gümüşnitrat məhlullarına işıq mənfi təsir göstərir. Bu 

səbəbdən də  həmin məhlulları tünd rəngli  şüşə 

qablarda saxlayırlar. 

 

 



 

107 

 

Kükürd və xlorid turşularının titrli 



 məhlulların hazırlanması 

 

Ekvivalent çəkisi 49,04 (98,08:2), kükürd 

turşusu, 36,465 olan xlorid turşusu. Ardıcıl olaraq bu 

turşulardan normal məhlullar hazırlamaq lazımdır. 

Bunun üçün bu turşuların hər birindən uyğun olaraq 

nə qədər miqdar götürmək lazımdır. 

Kükürd və xlorid turşularının titrli məhlullarını 

hazırlamaq üçün onların kimyəvi təmiz qatılaşdırılmış 

məhlullarından istifadə olunur. 

Lazım olan miqdar turşusunu aşadıdakı kimi 

hesablayırlar. 

Nəzərə alsaq ki, bizim ixtiyarımızda nisbi 

sıxlığı 1,84 (95,6%-li), kükürd turşusu vardır. Tələb 

olunur ki, verilən turşudan 1 litr 1 normal turşu 

hazırlamaq lazımdır. 

Bunun üçün qatı turşudan nə  qədər miqdar 

götürmək lazımdır. 

 

                100         95,6 



 X=

6

,



95

04

,



49

.

100



=51,3q 

                 X         49,04 

 

                və ya 51,3:1,84=28 ml 



 

Bu üsulla, eyni ilə lazım olan xlorid turşusunun 

miqdarını da təyin edirlər. 

108 


 

Əgər qatı xlorid turşusunun nisbi sıxlığı 1,185 

(37,3%-li), onda 1 l 1n. məhlul üçün nə  qədər tuşu 

götürmək lazımdır. 

 

    100         37,3 



    X=

3

,



37

465


,

36

.



100

=97,7q 


              X           36,465 

 

  və yaxud 97,7:1,185=82,5 ml 



 

Sonda lazım olan miqdar turşusunun həcmi 

ölçülərək suya qatılır, soyudulur və həcmi bir litr olan 

ölçü kolbasına köçürülərək həcmi ölçü xəttinə  qədər 

su  ilə doldurulur. Turşuların titri kimyəvi təmiz 

reaktivlərlə müəyyən edilir. Bunlar natrium karbonat, 

natrium borat və yaxud da titrlənmiş natrium hidroksid 

qələvi məhluludur. 

 

Titrin natrium karbonatla müəyyən 

olunması 

 

Na

2



CO

3

+2HCl=2Nacl+ Na



2

CO

3



 

 

İlk növbədə 0,0001 qram dəqiqliklə, 0,1 n 



məhlul hazırlamaq üçün üç byuksda 0,15-0,20 q 

natrim karbonat çəkilərək götürülür və 150

0

C-də sabit 



çəki alınana qədər qurudulur. Sonra götürülmüş  çəki 

nümunələri tutumu 250 ml olan kolbalara köçürülür. 



109 

 

Üzərinə 25 ml distilə edilmiş su tökərək həll edirlər. 



Sonra byukslar yenidən tərəzidə çəkilərək qurudulmuş 

nümunənin arasındakı fərq müəyyən edilir. Kolbadakı 

məhlula 1-2 damla metiloranj əlavə edərək, 

hazırlanmış xlorid turşusu məhlulu ilə rəngin sarıdan, 

sarı-aranj rəng olana qədər titləyirlər. 

Düzəliş  əmsalını 0,1 n məhlul üçün aşağıdakı  

formul ilə hesablayırlar. 

 

K=



0053

,

0



Vx

g

 



g-götürülən duzun çəkisi, q; V-titrləməyə  sərf 

olunan turşunun miqdarı ml; 0,0053- natrium 

karbonatın 1 ml dəqiq 0,1 normal turşusunun qramına 

uyğun gələn miqdarıdır. 

 

 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin