İnstitutu S. P. Həsənov



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix07.01.2017
ölçüsü3,41 Mb.
#5002
1   2   3   4   5   6   7   8   9   10

 

harda x-reduksiyaedici şəkərlərin miqdarı (%); 

    a-titirləməyən gedən A məhlulunun miqdarı (ml); 

    T-1%-li K

3





6

)

(cN



Fe

 titrinə düzəliş; 

     b-ekstraktın filtrləməyə qədər olan həcmi (200 ml); 

     H-nümunənin çəkisi q

           Əgər A məhlulunda şəkərlərin miqdar çoxdursa 

və titrləməyə ondan az sərf olunursa onda başqa 

həcmdə reaktivlərin tətbiqi lazımdır. Kolbaya 

titrləmək üçün 20 ml həcmində 1%-li K

3



6



)

(cN



Fe

 və 


5 ml həcmində 2,5 H. Kalium və ya natrium qələvəsi 

78 


 

görülür. Yenə  də hesablama əvvəlki formula ilə 

hesablanır. 

 

X=



10

)

035



,

0

12



,

20

(



axHx

xb

xa

Tx



Ümumi  şəkərlərin miqdarını  təyin etmək üçün 

A məhlulunda saxarozanın inversiyasını  həyata 

keçirirlər. Bunun üçün A məhlulundan pipetka ilə 50 

ml götürülür həcmi 100 ml olan kolbaya tökürlər. 

Üzərinə 3 ml qatılaşdırılmış HCL turşusu əlavə edərək 

içərisinə termometr salaraq kolbanı su hamamına 

qoyaraq  8 dəqiqə müddətində 68-70

0

C qızdırırlar. 



Sonra termometr çıxarılaraq kolbanın üzərində az 

miqdarda distilə suyu ilə yuyulur. Kolba su kranı 

altında otaq temperaturuna qədər soyudulur. Sonra 

kolbadakı məhlul quru soda ilə sakitcə neytrallaşdırılır 

ki, kolbada köpüklənib daşıb tökülməsin. 

Neytrallaşmanın o zamana qədər davam etdirirlər ki, 

CO

2

 qazanın qabarcıqların çıxması dayansın. Bundan 



sonra kolba ölçü xəttinə  qədər distilə suyu ilə 

doldurulur. Alınmış B məhlulunda  şəkərlərin ümumi 

miqdarını, reduksiyaedici şəkərləri təyin edilən 

qaydada təyin edirlər. 

Ümumi 

şəkərlərin miqdarı 



(qlükoza+fruktoza+invert 

şəkər) saxarozanın 

inversiyasından  əmələ  gəlmiş  şəkərlər yuxarıda 

göstərilən formula ilə hesablanır. Alınan nəticə 2-yə 

vurulur. Çünki 50 ml götürülmüş A məhlulu, inversiya 


79 

 

üçün olan həcmi 100 ml-ə su ilə durulaşdırılaraq 



çatdırılmışdır. 2 dəfə durulaşdırılmışdır. 

İnversiya tənliyinə əsasən, invert şəkərin 1 çəki 

hissəsinə, 1 yox, 0,95 çəki hissə saxaroza və 0,05 hissə 

su  əmələ  gəlir. Bu səbəbdən də saxarozanın miqdarı 

bərabər olmalıdır. ( şəkərlərin cəmi-reduksiyaedici 

şəkər)x 0,95. 



Bənd 1. Beləliklə, aparılan analizlər imkan verir 

ki, A məhlulunda olan (qlükoza+fruktoza) 

reduksiyaedici  şəkərlər yuxarıdakı formul ilə 

hesablansın. 



Bənd 2.  Şəkərlərin cəmi (qlükoza+fruktoza 

+invert şəkər) B məhlulu ücü formula ilə hesablanmalı 

və nəticə 2-yə vurulmalıdır. 

Bənd 3.  İnvert  şəkər (qlükoza+fruktoza+invert 

şəkər)-(qlükoza+fruktoz). 



Bənd 4. Saxaroza (invert şəkər x 0,95). 

Bənd 5.  Şəkərlərin həqiqi miqdarı (qlükoza+ 

fruktoza+saxaroza). (qlükoza + fruktoza) + (bənd 1 + 

bənd 4) kimi hesablanır. 

 

Qlükozanın miqdarının təyini 

 

Təcrübə  bəzən təkcə ümumi şəkərlərin 

miqdarını  təyin etmək üçün yox, yəni reduksiyaedici 

şəkərlərin miqdarı deyil, ayrılıqda qlükoza və fruktoza 

təyin etmək lazım gəldikdə onda qlükozanı ayrıca 

yodometrik üsulla təyin edirlər. 

80 

 

Qlükoza tam miqdarda qələvi mühütdə yodla 



oksidləşdirilir. ( bu şəraitdə fruktoza yodla heç bir 

reaksiyaya girmir). 

Qlükozanı  təyin etmək üçün əvvəlki səhfədə 

göstərilən hazırlanmış A məhlulundan istifadə olunur. 

Pipetka vasitəsi ilə ölçərək tədqiq olunan 

məhluldan 10 ml konusvari kolbaya tökülür. Sonra 

digər pipetlə həmin kolbaya 25 ml 0,1 n yod məhlulu 

əlavə edirlər. Ardınca ehtiyyatla kolbanı çalxalaya-

çalxalaya onun üzərinə ölçü silindiri ilə ölçərək 30 ml 

0,1n. natirum qələvəsi tökürlər. Kolbanın ağzını saat 

şüşəsi ilə örtərək 10-15 dəqiqə otaq temperaturunda 

qaranlıq yerdə saxlayırlar. Sonra saat şüşəsi kolba 

üzərində az miqdarda distilə suyu ilə yuyulur. 

Kolbadakı mühiti turşulaşdırmaq üçün kolbaya 35 ml 

0,1 n.H

2

 SO



4

 məhlulu tökürlər. Bu vaxt məhlul yodun 

istifadə olumayan qalığı təsirindən qonur rəng olur. 

Nəhayət sonda yodun qalığını 0,1 n. hiposulfat 

məhlulu ilə, 1%-i nişasta indikatorunun iştirakı ilə 

məhlulun tam rəngsizləşməsinə  qədər titrləyirlər. 

Qlükozanın miqdarını aşağıdakı düsturla hesablayırlar. 

 

X=





Hxe



x

xbx

T

á

axT

100


009

,

0



2

1



 



Burada, x-qlükozanın miqdarı (%); 

a- reaksiya üçün görülən 0,1n yodun miqdarı (ml); 

T

1

-0,1n. yodun titrinə düzəliş; 



81 

 

b- titirləməyə sərf olunan 0,1 n. hiposulfat məhlulunun 



miqdarı (ml); 

T

2



-0,1n. hiposulfat məhlulunun titrinə düzəliş

б-filtrləməyə qədər ümumi ekstraktın həcmi (200 ml); 

e-ekstraktın reaksiya üçün götürülən miqdarı (ml); 

H-nümunə çəkisi (q);   

0,009-yod məhlulunun qlükozaya hesablama əmsalı  

(1 ml. 0,1n. yod məhlulu 0,009 qram qlükozanı 

oksidləşdirir). 

 

Lazım olan reaktivlər 

 

1.1%-li kalium ferrosianid məhlulunu 

hazırlamaq üçün 10 qram K

3





6

)

(cN



Fe

 

reaktivi 



çəkərək həcmi 1 l olan kolbaya tökürlər.  Əvvəlcə az 

suda həll edirlər, sonra kolbanı su ilə ölçü xəttinə 

qədər su ilə doldururlar. Məhlulun titrinə olan düzəlişi 

növbəti ardıcılıqla həyata keçirirlər. 

Konusvairi kolbaya pipetka ilə 50 ml 

hazırlanmış məhluldan tökürlər. Üzərinə 3 qram Kİ və 

kimyəvi təmiz sink sulfat 1,5 qram  əlavə edərək yaxşı 

çalxalayırlar. Sonra məhlulda  əmələ  gələn yodun və 

əlavə olunan 1-2 damla 1% nişastanın iştirakı ilə 0,1n. 

hiposulfit məhlulu ilə rəngini itirənə qədər titrləyirlər 

Titrə düzəlişi bu düsturla müəyyən edirlər. 

 

T=



5

,

0



03292

,

0



ax

82 



 

Burda,  a-titrləmənyə sərf edilən 0,1n. hiposulfit 

məhlulunun miqdarı (ml); 

0,0392- hiposulfitin kalim ferrosianıdə düzəliş 

əmsalıdır. (1 ml 0,1 n.hiposulfit məhlulu 0,0392 q 

kalium ferrosianidə uyğundur); 

0,5- ferrosianid kaliumun 50 ml 1%-li 

məhlulundakı miqdarıdır (q). 



2. 2,5 n.natrim qələvi məhlulunun hazırlanması. 

Əvvəlcə 45%-li natrim qələvi məhlulu hazırlanıır. 

Bunun üçün 45 q NaOH 55 ml suda həll olunur. Sonra 

bu məhlulun sakitləşməsi üçün on gün dincə qoyurlar. 

Sonra həmin məhluldan qaynadılmış su ilə 

durulaşdırmaqla 10%-li məhlul hazırlayırlar. (bunun 

üçün 10 hissə 45%-li məhlula 35 hissə su əlavə 

edirlər). Məhlulun titrinə düzəlişi müəyyən etmək 

üçün 1n. HCl və ya H

2

 SO



4

 məhlulu ilə titrləyirlər. 10 

ml qələvini titrləmək üçün 25 ml turşu sərf olunur. 

Əgər nəticə bu rəqəmdən fərqli olarsa onda  ya qələvi 

su ilə durulaşdırılmalı  və yaxudda dincə qoyulmuş 

45%-li məhluldan əlavə etmək lazımdır. 



3. Neytral quğuşun asetatın hazırlanması üçün 

300q qurğuşun asetat 50 q quğuşun oksidi PbO və 50 

ml su ilə çini çanaqda yoğrulur. Şüşə ilə ağzı örtülərək 

su hamamında qarşığın rəngsizləşməsinə  qədər 

saxlayırlar. Sonra qarışığa 950 ml qaynamış su əlavə 

edirlər, butulkaya keçirərək dincələməyə qoyurlar və 

sonra fitrdən süzülür. Süzüntü şüşə qabda ağzı bağlı 

saxlanır. 



83 

 

4.  Doymuş natrium sulfat məhlulu hazırlamaq 

üçün 165q kristal reaktiv 1 litr suda həll edilir. 

5. 10-15%-li soda məhlulu və quru soda toz 

halında. 



6. 1%-li metilen abısının suda məhlulu. 

7. Xüsusi çəkisi 1,19 olan qatı xlorid turşusu. 

8. 0,1 n. hiposulfit məhlulunu hazırlamaq üçün 

25 q Na


2

S

2



0

3

x5H



2

O-nu qaynadıb soyudulmuş suda 

həll edirlər, sonra üzərinə 0,2 q soda tozu əlavə edərək 

həcmi 1 litrə çatdırırlar. Məhlul tünd rəngli  şüşə 

butulkada saxlanır. 

Məhlulun titri 0,1n. K MnO

4

-la yoxlanlır. 



Konusvari kolbaya 20 ml  10%-li KJ məhlulu, 30 ml 

2n. H


2

SO

4



  və  20  ml  dəqiq 0,1 n. KMnO

4

  məhlulu 



əlavə edirlər. Kolbanın ağzı saat şüşəsi ilə qapanır, 5 

dəqiqə sonra kolbadakı su ilə durulaşdırılır  əmələ 

gələn yod hiposulfitlə 1%-li nişastanın iştirakı ilə göy 

rəngin itməsinə qədər titrləmə davam olunur.  

Hiposulfitin titrinə düzəliş  aşağıdakı düstürla 

hesablanır. 

 

T=

a



xK

20



Burada, -0,1n. hiposulfitin titirləməyə sərf 

olunan miqdarı (ml); 

K-0,1n. KMnO

4

 titrinə düzəliş. 



9. 0,1 n yod məhlulunu hazırlamaq üçün 50 ml 

suda 20-25 q kalium yod həll edilərək məhlula 13q 

(daha dəqiq 12,69q) yodun metal birləşməsi  əlavə 

84 


 

olunur. Kolba yodun həll olmasına qədər çalxalanır və 

sonra məhlulun həcmi su ilə ölçü xəttinə  qədər 

doldurularaq həcmi 1 litrə çatdırırlar. Məhlulun titriini 

0,1 n. hiposulfit məhlulu ilə müəyyən edirlər. 25 ml 

yod məhlulu üzərinə 100 ml su əlavə edərək 

hiposulfitlə sarı  rəngin müşahidə olunmasına qədər 

titrləyirlər. Sonra bir neçə damla 1%-li nişasta 

məhlulu  əlavə edərək titrləməni göy rəngin itməsinə 

qədər davam etdirirlər. Yod məhlulunun titrinə düzəliş 

aşağıdakı düsturla müəyyən olunur. 

 

T=



25

exk

 



Burada, e-titrləməyə sərf olunan hiposulfitin 

miqdarıdır (ml); 

k-0,1 normal Na

2

 S



2

03 məhlulunun titrinə 

düzəliş. 

10. 0,1 n. Natrium qələvisi məhlulunun 

hazırlanması üçün 45-50q Na OH 10,0 litr 

qaynadılaraq soyudulmuş suda həll edilir. Karbonat 

duzlarının məhluldan tam ayrılırması üçün oraya 5%-

li barium xlorid məhlulu  əlavə edirlərki, karbonatlar 

tam çökmüş olsun. Çökmüş barium karbonatın  şəffaf 

məhlulu təmiz butulkaya süzülür və ağzı kip bağlanır. 

Məhlulun titri 0,1n. H

2

S0

4



  və HCl-un fiksanoldan 

hazırlanmış məhlulu və ya 0,1n. quzuqulağı turşusu ilə 

müyyən edilir.(6,3024q 1litr). 


85 

 

11. 0,1n sulfat turşusu məhlulu fiksanaldan 

hazırlanmır. 

12. 1%-li nişasta məhlulunu hazırlamaq üçün 1 

q nişastanı az miqdarda suda isladaraq üzərinə 90 ml 

qaynar su əlavə edirlər. Sonra onu 1-2 dəqiqə 

qaynadaraq isti halda filtrləyirlər. 

 

 

Nişastanın fermentativ hidroliz üsulu ilə təyin 



 

Nişastanın miqdarının dəqiq təyin olunması 

üçün, xüsusi ilə  də onun miqdarı az olan meyvə-

tərəvəzlərdə fermentativ hidroliz üsulundan istifadə 

olunur. Bu üsulun əsas prinsipi ondan ibarətdir ki, 

nişasta fermentin təsirindən suda həll olan maltoza və 

dekstrin formasına keçirilir. Hidroliz nəticəsində 

alınan məhlulu bitki kütləsindən ayırmaq üçün 

filtirləyirlər. Sonra şəkərlər turş hidrolizlə qlükozaya 

çevrilir və məhlulda onun miqdarı müəyyən edilir. 

Hidrolizdən əvvəl və sonra qlükozanın miqdarı 

arasındakı fərqə əsasən nişastanın miqdarı hesablanır. 

Tərkibində nişasta olan meyvə  və  tərəvəzlərdən 20-

25q (kartofdan isə 3-5q) xırdalanaraq,  əzilmiş  və 

bircinsli hala salınmış nümunə götürülür və həcmi 200 

ml olan kolbaya itkisiz tökülür. Üzərinə kolbanın 

yarısına qədər isti su tökərək 0,5-1 saat su hamamında 

nişastanın yapışqanlığı üçün saxlayırlar. Sonra kolba 

soyudulur və nişastanın fermentativ hidrolizi həyata 

keçirilir. 

86 

 

Amiloza preparatı əvəzinə hazırda ağız suyunun 



durulaşdırılmış  məhlulundan istifadə olunur. Bunun 

üçün ağız boşluğu su ilə yaxalanır təmizlənir. Sonra 

ağızda tüpürcəyi bir qaba boşaldaraq 5 dəfə su ilə 

durulaşdıraraq filtrdən keçirirlər. Süzüntüdən 10 ml 

götürərək kolbaya tökürlər. Üzərinə 5 ml 10%-li 

natrium xlorid məhlulu  əlavə edirlər. Bu məhlulda 

amilozanın təsirini fəalaşdırır. 

Hidrolizin həyata keçirilməsi termostatda 40

0



olur.Hidrolizin müddəti yoxlanılan xammalın 



xüsusiyyətindən asılı olaraq bir neçə saat çəkir. 

Hidrolizin başa çatmasını yod nümunəsi ilə müəyyən 

edirlər. 

Kolbadakı  məhluldan  şüşə çubuqla 1-2 damla 

götürüb çini lövhə üzərinə salırlar. Onun üzərinə 1-2 

damla kalim yod əlavə edirlər. Hansı ki, 100 ml suda 4 

qram kalium yod və 2 qram yodu həll etməklə 

hazırlanmışdır. Bu zaman göy rəng alınmırsa deməli 

hidroliz tam baş vermişdir. Ardınca kolbadakı məhlul 

ölçü xəttinə  qədər distilə suyu ilə doldurulur və 

qarışdırılaraq filtirlənir. 

Süzüntüdən 100 ml götürərək konusvari həcmi 

200 ml olan kolbaya köçürülür. Üzərinə 12 ml 25%-li 

HCl  əlavə edərək su hamamına qoyub 3 saat 

müddətində sorucu şkafda saxlanılır. Bu müddətdə 

nişastanın süzüntüdəki hidroliz məhlulu qlükozaya 

hidroliz olur. 

Hidrolizin sonunda kolbanı soyudur, oradakı 

məhlul 10%-li Na (OH)-la qırmızı metil indikatorunun 


87 

 

iştirakı ilə  məhlulun sarı  rəng olmasına qədər 



neytrallaşdırılır. 

Bundan sonra məhlul həcmi 200 ml olan ölcülü 

kolbaya köçürülür. Sonra məhlul kolbanın ölçü xəttinə 

qədər doldurulur və onda qlükozanın miqdarı  təyin 

olunur  (bax əvvəlki səhifələrə). 

Qlükozanın nişastaya görə hesablama zamanı 

onun miqdarını 0,9 vururlar. 

Nümunədə nişastanın miqdarı (mq), alınan 

nəticə 40 vurulur. Çünki qlükozanını təyin etmək üçün 

götürülən nümunədən 1/40 hissə nümunə 

götürülmüşdür. Materialdan götürülən nümunənin 

çəkisini bilməklə ondan olan nişastanın miqdarı faizlə 

hesablanır. 

 

Sellülozanın miqdarının təyini 



 

Sellüloza meyvə-tərəvəzlərin tərkib hissəsi 

olub, insan orqanizmi tərəfindən həzm olunmur və 

eyni zamanda o qidalılıq dəyərinə malik deyildir. 

Həzm orqanlarının işinə yardımçıdır. Meyvə 

tərəvəzlərin mexaniki təsirdən zədələnməsinə 

davamlılığını artırır. 

Sellülozanın miqdarının təyini digər maddələrin 

qatılaşdırılmış azot, sirkə  və üç xlorlu sirkə turşuları 

qarışığında parçalanmasına əsaslanır. 

Təyin etmək üçün 5q material götürülür. Bu 

material əvvəlcədən sabit çəkiyə qədər qurudulmuş və 

1mq dəqiqliklə çəkilərək götürülür. 

88 


 

Götürülmüş nümunə  həcmi 300 ml olan 

konusvarı kolbaya köçürülür üzərinə 100 ml turşu 

qarışığı  əlavə olunur. Hansı ki, qarşıqda sellülozadan 

başqa bütün maddələr parçalanır. 

Sonra kolba vertikal su soyuducusu ilə 

birləşdirilir. Kolba ilə soyuducunun birləşməsi yaxşı 

cilalanmış olmalıdır. Rezindən istifadə etmək olmaz 

sıx ağacdan olan probkadan  istifadə etmək olar. 

Birləşmədən sonra kolba içərsindəki ilə birlikdə 

asta və  səliqəli məftilli-oda davamlı azbest üzərində 

qızdırılaraq qaynadılır. Qaynatma 30 dəqiqə 

müddətində davam etdirilir. 

Sonra kolbaya isti distilə suyunun köməyi ilə 

dəqiq çəkilmiş (0,3q) miqdarında quru azbest əlavə 

olunur. 


Kolba icərsindəki ilə birlikdə yaxşı 

qarışdırılaraq çini materialdan hazırlanmış diametr 3 

sm, hüdürlüyü 6 sm, məsamələrin ölçüsü 90-150 mk 

süzücüdən sorma üsulu ilə süzülür. 

Sorma Bunzen kolbası  və ona oturdulmuş çini 

süzgəc su nasosu ilə həyata keçirilir. 

Süzücü üzərində qalan qalıq isti distilə suyu ilə 

süzüntüdə olan turşuluğun tam itməsinə  qədər 

yuyulur. Sonda qalıq 50 ml spirtlə və etil efir ilə sorma 

olmadan yuyulur. Yuyulmuş süzgəc qalıqla birlikdə 

quruducu  şkafda 130

0

C qurudulur. Sonra ekskatorda 



soyudularaq tərəzidə çəkilir. 

Sellülozanın miqdarı bu formul ilə təyin olunur. 

 


89 

 

X=



H

ax100

Burada, x-sellülozanın miqdarı (%-lə quru 



madənin çəkisi); 

          H-quru nümunə materialının çəkisi (q); 

          a-süllülozanın çəkisi (azbestlə çini 

süzgəcin çəkisi və nümunənin hidrolizdən və 

qurutmadan sonrakı çəkisi çıxaq çini süzcəklə azbestin 

çəkisi)q. 

Ancaq qeyd etmək lazımdır ki, təyin olunan 

sellülozanın tərkibində kül elemetləri mövcuddur. Bu 

səbəbdən də bu qeyri dəqiqliyi aradan qaldırmaq üçün 

başqa üsuldan istifadə edirlər. 

Süzgəcdə qalan süzüntü qalığı külhalına 

salınmaq üçün çəkisi məlum olan süzgəclə köçürürlür. 

Bunu 1 saat ərzində 130

0

C qurudurlar, sorudaraq 



tərəzidə çəkir və 900

0

C közərtmək üçün mufel peçinə 



yerləşdirirlər. Sonra süzgəc soyudulur alınan ağ rəngli 

qalıqla birlikdə tərəzidə çəkilir. Küldən azad olunmuş 

sellülozanın miqdarı aşağıdakı düsturla təyin olunur. 

 

X=



H

x

b

a

100


)

(



 

Burada x-küldən azad olmuş sellülozanın 

miqdarı (quru maddənin       çəkisi%-lə) 

         a-sellülozanın küllə çəkisi (q); 

          b-külün  miqdarı (süzgəcin nümunə ilə 

çəkisi, filtrdən keçirmək üçün başqa süzgəc köçürülən 

çıxaq süzcəkin közərmədən sonrakı çəkisi) (q); 

90 


 

           n-quru materiaların çəkisi (q). 

Turşu qarışığı hazırlamaq üçün 900 ml xüsusi 

çəkisi 1,068 olan 70%-li sirkə turşusu məhlulu xüsusi 

çəkisi 1,4 qatılaşdırılmış azot turşusu 60 ml və 24 q üç 

xlorlu sirk turşusu qarışdırılır. 

 

 C vitaminin təyini 

 

Meyvə və tərəvəzlər vitaminlərin mənbəyi kimi 



xüsusi qiymətə layiqdir. Birinci növbədə  də C 

vitaminin (askorbin turşusu) göstərmək olar. Bir gün 

ərzində insanın C vitaminə olan təlabatı 50-100 mq, 

ağız fiziki əməklə məşğul olduqda bu təlabat bir azda 

artır. 

Qeyd etmək lazımdır ki, C vitamini insan 



orqanizmində hasil olunmur. Bu səbəbdəndə ondan 

bütün il boyu istifadə etmək lazımdır. Bununla 

əlaqədar olaraq əhalinin bütün il boyu təzə  və emal 

olunmuş halda meyvə-tərəvəzlə  təmin olunması 

vacibdir. C vitaminin miqdarca təyin üsulu onun bərpa 

edici xüsusiyyətinə  əsaslanır. Spesifik rektiv kimi bu 

üsulda 2,6-dixlorfenolindofenol (Tilmans reaktivi) 

istifadə olunur. Bu reaktivin suda göy rəngli məhlulu 

ackorben turşuusu ilə reaksiyada rəngsizləşir. 

Ekstraktda C vitaminin miqdarını titrləməyə  sərf 

olunan rəngli məhlulun miqdarına görə təyin edirlər.  

Onu da qeyd etmək lazımdır ki, məhlulda 

askorbin turşusu ilə digər birləşmələr də  rəngə  təsir 


91 

 

götərir. Bu səbəbdən də alınan nəticələr bəzən yüksək 



olur. Üsulun dəqiqliyi 

10% intervalında dəyişir. 



C vitaminin təyin etmək üçün yaxşı xırdalanmış 

və qarışdırılmış  orta nümunədən 0,01q dəqiqliklə 10q 

miqdarında nümunə çəkisi götürülür. Askorbin turşusu 

havanın oksigeni ilə  təmasda olduqda, xüsusi ilə  də 

metallarla (dəmir, mis) tez oksidləşir. Bu səbəbdən də 

götürülən nümunələr paslanmayan bıçaqla və 

xırdalayıcılarla xırdalanmalıdır. 

Götürülən nümunə çini qaba köçürülür üzərinə 

20-30 ml  2,5%-li xlorid turşusu  əlavə edilir ki 

nümunədə olan fermentlər fəallığını dayandırsınlar. 

Turş  məhlulu qabdakı nümunənin səthini tam 

örtməlidir. Çini qabdakı nümunə çini dəstəklə  əzilir 

xırdalanır və  həcmi 100 ml olan ölçü kolbasına 

köçürülür və  dəstək distilə suyu ilə yuyularaq su 

kolbaya tökürlər. Kolbadakı  məhlulun səviyyəsi ölçü 

xəttinə  qədər çatdırılır. Askorbin turşusunun ekstrata 

keçməsi üçün 10 dəqiqə  vaxt kifayət edir. Bu müddət 

ərzində kolba qaranlıqda saxlanmalıdır. 

Sonra ekstratdan pipet vasitəsi ilə 10 ml 

götürülür konusvarı kolbaya tökür və 0,001n 2,6-

dixlorfenolindofenolla titrləyirləyirlər o vaxta qədər 

ki, məhlulda dayanıqlı 30 saniyə müddətində itməyən 

çəhrayi rəng alınsın. 

Askorbin turşusunun miqdarı  aşağıdakı formul 

ilə hesablanır: 

X=

Hxe



x

xTxbx

a

100


088

,

0



.

92 



 

 

Burada, x-C vitaminin miqdarı (mq%). 



a-titrləməyə  sərf olunan rəngli məhlulun 

miqdarı (ml); 

T-0,001n.rəngli məhlulun titrinə düzəliş; 

b-ekstratın həcmi (ml); 

H-nümunənin çəkisi (q); 

e-titrləmə üçün götürülən ekstratın həcmi (ml); 

0,088-askorbin turşusuna sərf olunan rəngli 

məhlulun hesablanması  əmsalıdır. (1 ml 0,001 n. 

rəngli məhlul, 0,088 mq askorbin turşusunun 

oksidləşdirir). 

C vitaminin miqdarını  rəngi meyvə    və 

tərəvəzlərdə (gilənar, gavalı, qara qarağat, pomidor, 

mətbəx çuğundurunda) təyin etmək çətinlik törədir. 

Bunun üçün digər metodik qaydalar tətbiq olunur. 

Titrlənəcək ekstrakt dar diametrli stəkana tökülür və 

onun üzərinə  bərabər həcmdə toluol, xloroform, 

dixloretan maddələrindən biri əlavə edilir. Titrləməni, 

rəngli məhlulu az-az əlavə etməklə, stəkanı 

çalxalamadan üzvi məhlul qatında üzərində  çəhrayı 

rəngin yaranmasına qədər davam etdirirlər. Alınan 

nəticəni əvvəldə göstərilən düsturla hesablayırlar. 

 


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin