oriJİnal məqaləLƏR



Yüklə 1.87 Mb.
Pdf просмотр
tarix12.12.2016
ölçüsü1.87 Mb.

31

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

UOT: 617.741-004.1-089:617.753.3

 Məhərrəmov P.M., Sultanova A.İ., Mədətli Ş.C.

 

KATARAKTANiN FAKOEMULSİFİKASİYASi ZAMANi TEMPORAL 



VƏ YUXARi KORNEAL KƏSİKLƏRİN ƏMƏLİYYATDAN SONRAKi 

ASTİQMATİZMİN İNKİŞAFiNDA ROLU



Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: katarakta cərrahiyyəsi, fakoemulsifikasiya, korneal kəsik, astiqmatizm

Müasir  katarakta  cərrahiyyəsində  fakoemulsifikasiya  əməliyyat  müddətinin  qısalması,  daha  kiçik  kəsik, 

əməliyyatdan sonra sürətli görmə bərpası kimi üstünlükləri sayəsində ən uyğun metod sayılır [1, 2]. Əməliyyatdan 

sonra  yüksək  görmə  bərpası  ilə  yanaşı  görmənin  keyfiyyəti  də  önəmlidir.  Postoperativ  astiqmatizm  görmənin 

keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Əməliyyatdan sonra minimal astiqmatizm, sürətli görmə bərpası, 

emmetropiya,  keyfiyyətli  görmə  müasir  katarakta  cərrahiyyəsinin  əsas  hədəfləridir.  Katarakta  cərrahiyyəsində 

astiqmatizmin formalaşmasında cərrahi texnika, kəsiyin ölçüsü, lokalizasiyası, buynuz qişa mərkəzindən uzaqlığı 

önəmli faktorlardır. Bu faktorlar buynuz qişanın əyriliyinə təsir göstərərək astiqmatizmin formalaşmasını induksiya 

edə bilərlər [3, 4, 5]. Bunlardan başqa cərrahi əməliyyatdan sonra kəsik sahəsindəki stromal ödem də astiqmatizmə 

təsir göstərə bilir. Buynuz qişa əyriliyində ən az dəyişikliyə səbəb olacaq ölçü və lokalizasiyada kəsik aparmaqla 

postoperativ  astiqmatizmi  azaltmaq  mümkündür.  Əsas  hədəf  əməliyyatdan  sonra  şəffaf  və  düzgün  əyriliyə 

malik buynuz qişanın əldə olunmasıdır [6, 7, 8, 9]. Bu baxımdan son dövrlərdə cərrahi yanaşma da müxtəlifdir. 

Kataraktanın  ekstrakapsular  ekstraksiyası  dövrünün  cərrahları  daha  çox  yuxarı  korneal  kəsikləri  üstün  tutduğu 

halda, gənc cərrahlar temporal kəsiyə üstünlük verirlər [6]. Amerikan oftalmoloqları arasında cərrahların 71%-i 

temporal girişi üstün tutur. Avropada isə bu göstərici 35% təşkil edir [10].

Məqsəd  –  kataraktanın  fakoemulsifikasiyası  zamanı  temporal  və  yuxarı  korneal  kəsiklərin  əməliyyatdan 

sonrakı astiqmatizmin inkişafında rolunun müqayisəsi.



Material və metodlar

2016-ci  il  aprel  –  oktyabr  ayları  ərzində  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya  Mərkəzinin 

buynuz qişa cərrahiyyəsi və transplantasiyası şöbəsində 113 gözdə (87 xəstə) fakoemulsifikasiya cərrahi əməliyyatı 

aparılmışdır.  Müqayisə  üçün  əməliyyat  aparılan  xəstələrdə  sol  gözlərdə  temporal  kəsik  -  62  göz  (54,87%), 

sağ  gözlərdə  isə  yuxarı  korneal  kəsik  -  51  göz  (45,13%)  aparılmışdır. Tədqiqat  apardığımız  xəstələrdə  cərrahi 

əməliyyat zamanı heç bir fəsad olmamışdır, iOL kisədə yerləşmişdir. Pasientlərin yaş həddi 36 - 98 yaş olmuşdur. 

Kəsik nahiyəsinə müvafiq olaraq cərrah sol gözü əməliyyat edərkən temporal (Şək.1), sağ gözü əməliyyat edərkən 

isə alın pozisiyasında dayanmışdır (Şək.2).



Şək.1. Temporal kəsik zamanı cərrahın pozisiyası

Şək.2. Yuxarı korneal kəsik zamanı cərrahın pozisiyası

Kataraktanın fakoemulsifikasiyası 2,4 mm sağda yuxarı, solda temporal korneal tunel kəsiyi ilə Laureate Alcon 

fakoemulsifikatoru  ilə  aparılmışdır.  Fasiləsiz  dairəvi  kapsuloreksis  aparıldıqdan  sonra  fakoemulsifikasiya  icra 

olunmuşdur. Aspirasiya - irriqasiyadan sonra İOL kapsula kisəsinə implantasiya olunmuşdur. 



32

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Aparılmış cərrahi əməliyyatlardan sonra pasiyentlərdə refraktometrik müayinələr aparıldı. 

1) əməliyyatın ilk günlərində 

2) 2 həftədən sonra 

3) əməliyyatın 1 ayında 

4) əməliyyatın 3 ayında



Nəticələr və onların müzakirəsi

Aparılmış cərrahi əməliyyatlardan sonra pasientlər analiz edildi (cədvəl 1): 

Cədvəl 1

Astiqmatizm və görmə itiliyinin əməliyyatdan sonrakı nəticələri

Astiqmatizm

Görmə itiliyi 

OD

Görmə itiliyi OS

OD (n=51)

OS (n=62)

≤0,75

>0,75

≤0,75

>0,75

İlk günlər

22

43,48%


29

56,52%


49

79,33%


13

20,67%


0,6±0,03

p>0,05


0,75±0,03

p>0,05 


2 həftə

22

43,48%



29

56,52%


49

79,33%


13

20,67%


0,6±0,07

p>0,05


0,7±0,07

p>0,05


1 ay

27

52,12%



24

47,88%


47

75,47%


15

24,53%


0,7±0,06

p>0,05


0,8±0,06

p>0,05


3 ay

30

58,43%



21

41,57%


46

73,66%


16

26,34%


0,7±0,1

p>0,05


0,8±0,1

p>0,05


1) 

Əməliyyatdan sonrakı ilk günlərdə temporal kəsiklə daha effektiv nəticələr əldə olundu. Belə ki, temporal 

kəsik icra olunmuş sol gözlərin 79,33%-də (49 göz) astiqmatizmin dərəcəsi 0,75 - dən az oldu. Yuxarı 

korneal kəsik aparılmış sağ gözlərdə isə bu göstərici yalnız 43,48% (22 göz) təşkil etdi. Görmə itiliyi sol 

gözlərdə orta hesabla 0,75, sağ gözlərdə isə 0,6 oldu. 

2) 


Əməliyyatın 2 həftəsində bu nəticələrdə dəyişiklik müşahidə olunmadı. 

3) 


Əməliyyatın 1 ayında sağ gözlərdə 0,75-dən aşağı olan astiqmatizm dərəcəsi 52,12%-də (227 göz), 0,75 

- dən yuxarı olan astiqmatizm isə 47,88%-də (24 göz) qeyd olundu. Sol gözlərdə 0,75 - dən aşağı olan 

astiqmatizm 75,47%, (47 göz) 0,75-dən yuxarı astiqmatizm 24,53% (15 göz) təşkil etdi. Görmə itiliyi sağ 

gözlərdə orta hesabla 0,7, sol gözlərdə 0,8-ə çatdı.

4) 

Əməliyyatın 3 ayında sağ gözlərdə 0,75-dən aşağı olan astiqmatizm dərəcəsi 58.43%-də (30 göz), 0,75-



dən yuxarı astiqmatizm 41.57%-də (21 göz) qeyd olundu. Sol gözlərdə 0,75-dən aşağı olan astiqmatizm 

dərəcəsi 73,66% (46 göz), 0,75-dən yuxarı astiqmatizm 26,34% (16 göz) təşkil etdi. Lakin sol temporal 

kəsik istifadə olunan 2 gözdə astiqmatizmin 0,5 dərəcə artdığı nəzərə çarpdı. Sol temporal kəsiklə olan 

gözlərdə görmə itiliyi orta hesabla 0,8, sağ superior kəsiklə olan gözlərdə 0,7 oldu.



Yekun

Beləliklə, temporal kəsik aparılmış gözlərdə postoperativ astiqmatizm dərəcələri az olduğundan daha yüksək 

və keyfiyyətli görmə nəticələri əldə edilmişdir.

Cərrahi  giriş  ilk  növbədə  orbitanın  sümük  skeletinin  quruluşundan  asılıdır.  Yuxarı  korneal  kəsiklərdə  alın 

sümüyü cərrahın fəaliyyətini məhdudlaşdırdığı üçün temporal kəsiklər fakoemulfikasiya zamanı daha rahat giriş 

hesab  olunur.  Bundan  başqa  temporal  kəsik  cərrahi  əməliyyat  zamanı  irriqasiya  məhlulunun  asanlıqla  çıxışına 

imkan verir. Temporal korneal kəsiklər görmə oxuna daha uzaq olduqları üçün refraktiv olaraq daha stabil kəsiklər 

hesab  olunur.  Yuxarı  korneal  kəsiklərdə  üst  qapağın  kəsik  sahəsinə  təzyiqi  fluktuasiyaya  səbəb  olduğundan 

temporal  kəsiklərlə  müqayisədə  qeyri-düzgün  astiqmatizmin  əmələgəlmə  ehtimalı  daha  yüksəkdir.  Həmçinin 

temporal  kəsik  aparılması  yuxarı  limbal  zonanın  gələcəkdə  antiqlaukomatoz  cərrahi  əməliyyatların  aparılması 

üçün saxlanmasına imkan yaradır.

Beləliklə,  əməliyyat  texnikasının  təkmilləşdirilməsi,  əməliyyatdan  sonrakı  astiqmatizmin  minimuma 

endirilməsi, stabil refraksion effektin əldə edilməsi oftalmoloqlara pasientlərdə keyfiyyətli görmə nəticələri əldə 

etməyə imkan verir.



33

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

ƏDƏBİYYAT :

1. 

Masket  S.,  Wang  L.,  Belani  S.  İnduced  astigmatism  with  2.2–3.0  mm  coaxial  phacoemulsification 



incisions // Jю Cataract. Refract. Surg., 2009, v.25, p.21-24.

2. 


Wei Y.H.., Chen W.L., Su P.Y. et al. The influence of corneal wound size on surgically induced corneal 

astigmstism after phacoemulsification // J. Formos Med. Assoc., 2012, v.111, p.284-289.

3. 

Barequet i.S., Yu E., Vitale S. et al. Astigmatism outcomes of horizontal temporal versus nasal clear 



corneal incision cataract surgery // J. Cataract. Refract. Surg., 2004, v.30(2), p.418-423.

4. 


Borasio  E.,  Mehta  J.S.,  MaurinoV.  Surgically  induced  astigmatism  after  phacoemulsification  in  eyes 

with mild to moderate corneal astigmatism: temporal versus on-axis clear corneal incisions // J. Cataract. 

Refract. Surg., 2006, v.32(4), p.565-572.

5. 


Amesbury  E.C.,  Miller  K.M.  Curr  Opin  Correction  of  astigmatism  at  the  time  of  cataract  surgery  // 

Ophthalmol., 2009, v.20(1), p.19-24.

6. 

Al Mahmood A.M., Al-Swailem S.A., Behrens A. Clear corneal incision in cataract surgery // Middle 



East Afr. J. Ophthalmol., 2014, v.21(1), p.25-31.

7. 


Briesen S., Roberts H. Cataract surgery outcomes by temporal small incisiontechniques with and without 

phacoemulsification. Results of a prospective study from Kenya // Ophthalmol., 2012, v.109(5), p.462-467.

8. 

Mallik V.K., Kumar S., Kamboj R. Comparison of astigmatism following manual small incisioncataract 



surgery: superior versus temporal approach // Nepal. J. Ophthalmol., 2012, v.4(1), p.54-58.

9. 


Ozkurt Y., Erdoğan G., Güveli A.K. et al. Astigmatism after superonasal and superotemporal clear corneal 

incisions in phacoemulsification // int. Ophthalmol., 2008, v.28(5), p.329-332. 

10.  Hashemi  H.,  Khabazkhoob  M.,  Soroush  S.  et  al. The  location  of  incision  in  cataract  surgery  and  its 

impact on induced astigmatism // Curr. Opin. Ophthalmol., 2016, v.27(1), p.58-64.

Магеррамов п.М., Султанова А.и., Мадатли ш.Д.

рОль теМпОрАльНОгО и ВерхНегО КОрНеАльНОгО рАЗреЗОВ 

В рАЗВитии пОСтОперАЦиОННОгО АСтигМАтиЗМА при 

ФАКОЭМульСиФиКАЦии КАтАрАКтЫ



Национальный Центр Офтальмологии имени акад. Зарифы Алиевой, Баку, Азербайджан

Ключевые слова: хирургия катаракты, факоэмульсификация, корнеальные разрез, астигматизм

реЗЮМе


Цель – сравнительная оценка роли темпорального и верхнего корнеального разрезов в развитии посто-

перационного астигматизма при факоэмульсификации катаракты.



Материал и методы 

За период с апреля по октябрь месяц 2016 года в отделении хирургии и трансплантации роговицы На-

ционального Центра Офтальмологии имени акад. Зарифы Алиевой на 113 глазах (87 больных в возрасте 

36-98 лет.) проведена операция факоэмульсификации. при проведении факоэмульсификации на 62 глазах 

(54,87%) был произведен темпоральный, а на 51 (45,13%) правом глазу верхний корнеальный разрезы. 

Результаты

проведенный сравнительный анализ результатов указанных выше разрезов при факоэмульсификации 

показал, что на 3-м месяце после операции на правом глазу степень астигматизма в 58,43% случаев (30 

глаз) была меньше 0,75 Д, а в 41,57% случаев (21 глаз) была выше 0,75 Д. На левом глазу 73,66% случа-

ях (46 глаз) степень астигматизма была меньше 0,75Д, а в 26,34% случаев (16 глаз) выше 0,75 Д. Однако 

внимание привлекло увеличение степени астигматизма на 0,5 Д на 2-х глазах, где использовался левый 

темпоральный разрез. На глазах, где выполнялся левый темпоральный разрез острота зрения в среднем 

составила 0,8, на правых глазах с применением верхнего разреза – 0,7.



34

2016/3 (22)

ORİJİNAL MƏQALƏLƏR

Заключение

Оперативное вмешательство в первую очередь зависит от костного скелета орбиты. помимо этого во 

время операции темпоральный разрез создает условия для выведения ирригационного раствора. темпо-

ральные корнеальные разрезы рефрактивно считаются более стабильными из-за более отдаленного рас-

положения относительно зрительной оси. Верхние корнеальные разрезы из-за давления на верхнее веко в 

области разреза флюктуации и, тем самым, по сравнению с темпоральными разрезами, повышают вероят-

ность развития неправильного астигматизма. 

 

Maharramov P.M., Sultanova A.i., Madatli Sh.D.



THE ROLE OF THE TEMPORAL AND UPPER CORNEAL iNCiSiONS iN 

POSTOPERATiVE ASTiGMATiSM iN CATARACT PHACOEMULSiFiCATiON



National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: cataract surgery, phacoemulsification, corneal incision, astigmatism

SUMMARY


Aim – comparative estimation of the role of temporal and upper incisions in the cataract phacoemulsification 

of postoperative astigmatism development.



Material and methods

Since April to October, 2016 the phacoemulsification surgery was performed on 113 eyes (87 patients) in the 

department of surgery and corneal transplantation of the National Centre of Ophthalmology named after acad. 

Zarifa Aliyeva. The age of patients was wilhin 36-98 years. For the comparative analysis on the left eye of 54,87% 

(62 eyes) there was made the temporal and on the right one 45,13% (51 eye) – the upper corneal incisions. 

Results

At the 3th month postoperatively the degree of astigmatism lower than 58,43% (30 eyes), higher than 0,75-

41,57% (21 eyes) of cases on the right eyes. On the left eyes the degree of astigmatism lower than 0,75 was 73,66%, 

higher than 0,75 – 26,34% of cases. But the attention was attracted to the increase of degree of astigmatism on 

0,5 in 2 eyes where the left temporal incision was used. On eyes with left temporal incision the visual acuity on 

average was 0,8, on right eyes with upper incision – 0,7.



Conclusion

Surgical intervention depends on the bony skeleton of orbit. Besides, during the surgery the temporal incision 

creates conditions for irrigation solution. Temporal corneal incisions refractively are more stable due to the remote 

distance from the visual axis. During the upper corneal incisions because of the pressure in the zone of incision on 

the upper eyelid is the cause of fluctation and so as compared with the temporal incisions, increases the possibility 

of incorrect astigmatism development.



Для корреспонденции:

Магеррамов Полад Магеррам оглы, доктор философии по медицине, руководитель приемного отдела 

Национального Центра Офтальмологии имени акад.Зарифы Алиевой

Султанова Айтен Ихтияр кызы, доктор философии по медицине, руководитель консультативно-поли-

клинического отдела Национального Центра Офтальмологии имени акад. Зарифы Алиевой

Тел.: (99412) 569-91-36, (99412) 569-91-37 

Адрес: AZ1114, г.Баку, ул. Джавадхана, 32/15 

Email: administrator@eye.az : www.eye.az



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə