Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   10   ...   19

**** 
Nəriman Nərimanov Aslan bəyi və onun ətrafında olanları 
yaxşı tanıdığı halda göndərilən donoslara və deyilən böhtan- 
lara göz yumdu. Çünki Zəngəzurun verilməsi planının real- 
laşması üçün yeganə bir yol vardı: Zəngəzurun o vaxtkı yerli 
rəhbərlərini hakimiyyətdən uzaqlaşdırmaq. 
Aslan bəy məruzəsində təkidlə bildirir ki, mənim haqqım-
da məlumatları  mənimlə birlikdə daşnak hökumətinə  qarşı 

Фаиг Абдуллайев____________________________________  
 
134
vuruşan və həmin döyüşdə başımdan aldığım yaranın şahid- 
ləri olan qərəzsiz insanlardan soruşun. Başımdan yaralan- 
mağım barədə 28-ci diviziyanın verdiyi arayış da var. O təklif 
edir ki, yaxşısı budur ki, bu məlumatları 28-ci diviziyanın 
komandiri general Semyonovdan və 28-ci diviziyanın 
tərkibinə daxil olan alay komandirlərindən (alay komandirlə- 
rinin adlarını çəkərək onları bir-bir sadalayır) xəbər alın.  
Burada bir məntiqi sual yaranır. Nə üçün Nəriman 
Nərimanov milliyətcə rus olan Semyonovdan və onun alay 
komandirlərindən bu barədə soruşmur. Ona görə soruşmur ki, 
artıq həqiqəti bilmək onun maraqlarına uyğun deyildir. Əgər 
həqiqəti bilmək Nəriman Nərimanovun maraqlarına uyğun 
olsaydı, o, qısa zamanda Semyonovla əlaqəyə girib, doğridan 
da bu döyüşdə Aslan bəyin  başından yaralanmağını və28-ci 
diviziyadan bu barədə Aslan bəyə tibbi arayışın verildiyini  
dəqiqləşdirərdi. Başqa bir tərəfdən sonradan ironiya ilə 
inqilab komitəsi, yəni, indiki hökumətin sinfi düşmənlərindən 
ibarət inqilab komitəsinin yaranmasına nə üçün xeyir-dua 
verdin? Ən çox ikrah hissi doğuran  odur ki, həmin mühari- 
bədə Aslan bəy  qızıl medalla təltif olunub. Bütün bunları da 
Nəriman Nərimanov başqalarından daha yaxşı bilirdi. Çünki 
daşnak hökumətinə qarşı bu müharibədə Aslan bəyin hərbi 
planı    sayəsində  qələbə çalınmışdır. Bundan sonra da ona 
daha böyük etimad göstərilmiş, bütün Qarabağın və 
Zəngəzurun fövqəladə komissarı, yəni o dövr üçün general 
səlahiyyətli bir vəzifəyə irəli çəkilmişdir. 
Bundan başqa savalan şirinovun məruzəsində 1921-ci ilin 
aprel ayında mərkəzdə çıxış elədiyi məruzəsində Aslan bəyin 
və onun komandasının daşnaklarla əlbir olub sovet hökuməti- 
nin yıxılmasına çalışdıqlarını göstərir və bu sənədin sonunda 
isə imza edirlər Nəzər Heydərov, Savalan Şirinov, Mirzə 
Muxtar Bayramov və qeyriləri. Çox nifrət hissi doğuran odur 
ki, bir ay sonra Nəriman Nərimanovun göndərdiyi komissiya- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
135
da göstərilir ki, Aslan bəy və onun komandası ermənilərin 
qatı düşməni olduğuna görə çox böyük məmnuniyyətlə Qızıl 
ordunun daşnak Ermənistanına hücum etməsinə  bələdçilik 
etmişdilər və bu sənəddə  də  Nəzər Heydərov bildirir ki, biz 
partiya işçiləri məcburiyyət qarşısında qalaraq gizli fəaliyyət 
göstəririk. Bir neçə  dəfə hazırlaşmışıq ki, başqa qəzalara 
köçək. Göründüyü kimi bir ay qabaq aprel ayındakı arxiv 
sənədində daşnakların dostu, qatı əksinqilabçıların Aslan bəy 
və onun komandasının mərkəzi hökumətdən həbs olunmasını 
tələb edən Nəzər Heydərov və onun əqidə qardaşları bir ay 
keçəndən sonra may ayında artıq Nərimanivun göndərditi 
komissiyada Aslan bəyin  erməni xalqının düşməni olduğunu 
göstərirlər. Burada məntiqi sual yaranır. Həmin Nərimanovun 
göndərdiyi komissiyanın məlumatında göstərilir ki, Aslan bəy 
və onun komandası XI orduya daşnak Ermənistanına qarşı 
vuruşmağa bələdçilik ediblər. Necə olur ki, Savalan Şirino-
vun məruzəsində göstərilir ki, daşnaklarla dostluq edirlər. 
Başqa bir tərəfdən də 28-ci diviziyanın missiyası daçnak 
hökumətini məhv etmək olub, bütün erməni xalqını deyil. 
Buradan da açıq-aydın görünür ki, Nəzər Heydərov kimi 
adamlar mərkəzə ötürülən məlumatların birində yazırlar ki, 
Aslan bəy və onun komandası daşnaklarla dostluq edir, 
əksinqilabçıdırlar. Başqa bir mərkəzə ötürülən məlumatda 
göstərirlər ki, daşnakların deyil, bütün erməni xalqının düş- 
mənidirlər. Buradan məbtiqi sual yaranır. Mərkəzi hakimiy- 
yətdə oturan adamlar görəsən nəyə görə  Nəzər Heydərov, 
savalan  Şirinov və başqa  böhtançılardan soruşmurdular ki, 
bir ay qabaq daşnakların dostu etdiyiniz insanları bir ay sonra 
isə bütün erməni xalqının düşməni edirsiniz. Görəsən daşnak- 
lar erməni xalqının üzvü deyillər? Bütün bu hadisələrin 
məntiqi təhlili göstərir ki, mərkəzdə oturanlar bu çirkin oyun- 
ları özləri təşkil etdikləri üçün bu böhtançıları etdikləri 

Фаиг Абдуллайев____________________________________  
 
136
cinayətə görə  cəzalandırmamış  və bu məsələlərə göz yum- 
muşlar. 
 (Bu  məruzə Azərbaycan  Dövlət Milli arxiv idarəsində 
fond 410, siyahı 1, iş 205 qrifi ilə saxlanılır). 
Təssüf ki, Nərimanov bu barədə məlumatları  Aslan bəyin 
qeyd etdiyi qərəzsiz insanlardan deyil, Çingiz İldırımın  və 
erməni  Mirzoyanın himayə etdiyi xainlərdən soruşur və on- 
lara inanır. Çünki həqiqəti bilmək onun maraqları ilə uyğun 
gəlmirdi, əslinə qalanda isə o həqiqəti hər kəsdən daha  yaxşı 
bilirdi. Ona görə  də  qərəzli kommunist partiyası üzvlərinin 
göndərdiyi məlumatlar, erməni rəhbərlərinin göndərdiyi mə- 
lumatlar və erməni məxfi işçilərinin göndərdiyi məlumatlar 
əsasında qərar qəbul edir.  Çünki onun özünün imza atdığı bu 
tarixi xəyanəti (Zəngəzurun ermənilərə verilməsi) gerçəkləş- 
dirmək üçün ona qarşı  çıxa biləcək real qüvvələri aradan 
götürmək onun qarşısında duran  əsas məqsədlərdən biriydi. 
Əgər belə olmasaydı o, Aslan bəyin kimliyi haqqında general 
Semyonovdan da nəsə (XI Qızıl ordunun 28-ci diviziyasının 
komandiri) soruşardı.  
Aslan bəy bunu ironiya ilə Nərimanova xatırlatmaqla  bir 
daha onun yadına salmaq istəyirdi ki, 28-ci diviziyanı daşnak 
tələsindən məhz mən xilas etmişəm və bu  barədə mərkəzin 
xüsusi qərarı olub, mən qızıl medalla təltif olunmuşam.  Heç 
cürə ola bilməzdi ki, Zəngzurda və Qarabağda fövqəladə 
komissar olan bir adamı, daşnak hökumətini darmadağın 
edən, o hökumətin məhv edilməsi hərbi planının  müəllifini 
Nəriman Nərimanov tanımasın.   

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
137
Beşinci fəsil 
 
**** 
Yuxarıda göstərilən arqumentləri  əsaslandırmaq üçün 
digər bir arxiv sənədinin təhlilinə keçərək, mərkəzdən 
Zəngəzura ezam olunan  məxfi işçilərin  yerli qəza 
rəhbərlərinin daşnaklarla əlbir olmaları, onlara hər cür kömək 
göstrəmələri haqqında böhtan dolu məlumatları  təkzib edən 
yeni bir arxiv sənədi üzərində  təhlil və müqayisələr aparaq. 
Kommunist partiyasının  qəzadakı üzvləri də  məxfi erməni 
işçilərlə  həmrəy olduqlarını bildirir, onlar yerli rəhbərləri 
eyni ittihamlarla suçlayırdılar. 
Siyasi Sənədlər Arxivi fond 1, siyahı 2, iş 105, səhifə  
48-51  qrifi ilə qorunan bu sənəddə  Nəriman Nərimanovun 
qəzaya göndərdiyi komissiya üzvlərinin qəzanı tamailə təftiş 
etdikdən sonra mərkəzə ötürdükləri məlumatlar öz əksini 
tapmışdır. Adı  çəkilən komissiya yoxlamanın yekununda 
göstərir ki, ümumazərbaycan sovetlər qurultayına seçkilər 
keçirmək üçün mənə tapşırılan  Şuşa, Qaryagin və Qubadlı 
qəzalarında olduqdan sonra  sovet və partiya quruculuğu 
barədə məndə aşa-ğıdakı təəssürat yarandı:  Qaryagin və Şuşa 
qəzalarında azçox sovet hökumətinin varlığı hiss olunur.  
Qubadlı  qəzasına gəldikdə isə orada sovet hökumətinin izi-
tozu belə yoxdur. Qəzada olan hakimiyyətsizlik, vəziyyəti  
tam hərc-mərcliyə gətirib çıxarmışdır. Belə bir şəraitdə qəza 
əhalisi çaşbaş qalaraq nə edəcəklərini bilmir, onalara ağ gün 
vəd edənlərin qucağına atılmağa hazır vəziyyətdədirlər. 
Daşnaklar və İran xanları tərəfindən əhaliyə belə bir təkliflər  
də olmuşdur. Yerli əhali daşnaklarla düşmən olduqlarından 
belə bir təklifi rədd etmişlər. İran xanları ilə isə geniş ticarət 
əlaqələrinə başlanılmışdır.  

Фаиг Абдуллайев____________________________________  
 
138
Aslan bəyin məruzəsində  də göstərilirdi ki, Nijdenin mü- 
səlmanlarla Aqarakda birləşmək təklifi rədd edilmişdir və bu 
barədə  mərkəzə  ətraflı  şəkildə yazılı  məlumat verilmişdir. 
Daha sonra Nəriman Nərimanovun komissiyası bildirir ki, 
yerli bəylər və mülkədarlar qızıl ordu hissələrinə daşnak hö- 
kumətinə qarşı vuruşmağa məmnuniyyətlə bələdçilik etməklə 
özlərinə böyük nüfuz və  təmiz işçi imici qazana biliblər.  
Göstərilən insanlar rus dilini bilməklə bu nüfuzu asanlıqla 
qazanmışdılar.  
Bu yerdə bir məsələni qeyd etmək yerinə düşər ki, yerli 
bəylər və mülkədarlar daşnak ermənistanına qarşı vuruşmağa 
28-ci diviziyaya böyük məmnuniyyətlə  bələdçilik ediblər. 
Buradan da aydın olur ki, Mirzoyanın göndərdiyi məxfi 
işçilər və yerli kommunistlərin mərkəzə ötürdükləri donoslar- 
da olduğu kimi deyil, əslində həmin qüvvələr daşnak Ermə- 
nistanına qarşı vurumuş  və mübarizə aparmış qüvələr kimi 
başa düşülməlidir. Çünki o zaman ermənistanda daşnak 
hökuməti hökm sürürdü. Komissiya daha sonrakı  məlumat- 
larda hadisələri və  həqiqəti təhrif etməyə başlayır. Yerli 
hakimiyyət qüvvələrinin daşnaklara deyil, bütövlükdə ermə- 
nilərə qarşı düşmən olduğunu qeyd edir və deyir ki, erməni- 
lərə qarşı düşmən olan bu adamlar böyük məmnu-niyyətlə 
qızıl orduya bələdçilik edirdilər. Təzada baxın: bayaqdan bəri 
daşnak hökuməti, daşnak ermənisatnı deyib haray çəkən və 
yerli bəylərin daşnak ermənistanına qarşı müharibədə 
bələdçilik etməsini qeyd edənlər,  indi də onalrın bütün ermə- 
ni xalqına qarşı düşmən olduqlarını qeyd edirlər və buradan 
da belə bir nəticə çıxır ki, guya qızıl ordu daşnak hökumətinə 
qarşı deyil, ermənilərə qarşı vuruşub. Bu da mərkəzi azdır- 
maq üçün düşünülmüş və qurulmuş bir oyundur. Çünki arxiv 
sənədləri və tarixi faktlar bir daha sübut edir ki,  qızıl ordu- 
nun Zəngəzura göndərilən 28-ci diviziyasının missiyası daş- 
nak hökumətini darmadağın etmək və yerində sovet hökumə- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
139
tini (fəhlə-kəndli hökumətini) qurmaq olub. Bu sənədi təhlil 
etdikcə komissiya üzvlərinin nə  qədər böhtançı, qərəzçi və 
riyakar olması sənədin  hər cümləsində  üzə çıxır. 
Beləliklə,  əvvəlki sənədlərdə Azərbaycan  kommunist 
partiyasının göndərdiyi erməni məxfi işçiləri və Çingiz İldı- 
rımın  himayə etdiyi yerli kommunist partiyası üzvlərinin 
qəzanın rəhbərlərini daşnaklarla birgə  fəaliyyətdə ittiham 
edərək haray çəkirdilərsə, Nəriman Nərimanovun göndərdiyi 
komissiya isə  qəza rəhbərlərinin erməni xalqının düşməni 
olduğunu bildirirdi. Komissiya üzvləri unudurdular ki, daş- 
naklar da erməni xalqının bir hissəsidir, bu halda çətinlik 
çəkmədən Aslan bəyin və onun silahdaşlarının daşnakların 
düşməni olmasını başa düşmək olur. Bu faktları təhlil etdikcə 
o donosçuların, böhtançıların hansı əxlaqa sahib olduqları bir 
daha məlum olur. Onların nə  məqsədlə Aslan bəyə  və onun 
silahdaşlarına qara yaxma kompaniyası aparmaqlarını    dərk 
etmək o qədər də çətin deyil. Çünki Aslan bəy və onun yaxın 
silahdaşları o yerlərdə real güc və nüfuz sahibi olmaqla, mər- 
kəzi hökumətin xəyanət planına qarşı çıxa biləcək ən radikal 
qüvvə hesab edilirdi. 
Nəriman Nərimanovun göndərdiyi komissiya hesabatında 
bir fikir işlədir:- “ermənilərə düşmən olan bəylər”. Bu yerdə 
Nəzər Heydərova, Savalan Şirinova və mərkəzdən Zəngəzura 
ezam olunan  məxfi işçilərə belə bir sual olunur ki: Əgər sizin 
təbirinzcə desək, bəylər  ermənilərə düşməndirlərsə,  o zaman 
onlar daşnaklarla necə birləşə, onları  silah və  ərzaqla necə 
təhciz edə bilərdilər?     
Göründüyü kimi onlar mərkəzə ötürdükləri donoslarda, 
yazdıqları hesabatlarda, etdikləri çıxışlarda və  məruzələrdə 
Aslan bəyə  və onun bölgədə  rəhbər vəzifələrə  təyin etdiyi 
ziyalı, savadlı adamlara nə qədər böhtan atırlar. Aslan bəyin 
hərbi fəaliyyətindən, onun 28-ci diviziya ilə birlikdə daşnak-
lara qarşı vuruşmasından,  Aslan bəyin bu diviziyanın kəşfiy-

Фаиг Абдуллайев____________________________________  
 
140
yatına və eyni zamanda bölgədəki partizan hərəkatına 
rəhbərlik etməsindən bir kəlmə  belə yazmır. Buna cəsarət-
ləri, bəlkə də qeyrətləri çatmırdı. 
Aparılan analizlər onu göstərir ki, komissiya üzvləri  
qəzaya gələrkən  əvvəlcədən tam olaraq təlimatlandırılmış-
dılar və onlar dəqiq  bilirdilər ki, onların missiyaları qəzadakı 
bütün rəhbərlərin fəaliyyətinə kölgə salmaq, onlara qara 
yaxmaq və onlar haqqında  mənfi imic yaratmaqdan ibarət 
idi. Onlar bunu birmənalı olaraq qarşılarına məqsəd qoymuş- 
dular. Ancaq nədənsə  bu komissiya Aslan bəyin daha böyük 
fəaliyyəti – XI Qızıl Ordunun 28-ci diviziyasını Ersevənnik 
kəndində daşnak generalı Nijdenin mühasirəsindən çıxararaq 
xilas etməsindən yazmırdı. Bu hadisədən sonra  Aslan bəy 
Sultanov 28-ci diviziyaya faktiki olaraq  komandirlik etmiş, 
bütün hərbi planları və taktikanı birbaşa tərtib edərək daşnak 
hökumətini məhv etmə planını hazırlamışdı. Komissiya 
nədənsə  həmin plan əsasında  Andronikin yaratdığı daşnak 
hökumətinin məhv edilməsindən və bu işdə Aslan bəyin 
xüsusi xidmətlərindən söz açmağa da özündə cəsarət tapmır. 
Bunun üstündən qəsdən sükutla keçərək qarayaxma kom- 
paniyasını davam etdirir.  
Ona görə  də komissiya hesabatında  yazır ki: “...hesabatda 
adları  çəkilən yerli bəylər Qızıl Ordu hissələri Zəngəzurun 
sərhədlərindən geri çağrıldıqdan sonra mərkəzdən gələn 
vəzifəli  şəxslərin və  hərbi komissarların yanında nüfuz və 
etibar qazanaraq qəzada mühüm rəhbər vəzifələri tutdular. 
Onların bu məntiqi ağ yalandır! Faktiki olaraq Aslan bəy və 
onun komanda üzvləri bu nüfuzu və inamı daşnak hökumətini 
məhv etdiklərinə görə qazanmışdılar! Əgər onların xidmətlə-
ri adi bir bələdçiliklə bitsəydi o zaman Aslan bəyi bütün Qa-
rabağın və Zəngəzurun fövqəladə komissarı vəzifəsinə (gene- 
ral səlahiyyətli  bir vəzifəyə)  təyin etməzdilər.  Komissiya 
hesabatında gizlədirdi ki,  XI Qızıl Ordunun komandanlığı 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
141
Aslan bəyin  birmənalı olaraq daşnakların ürəyinə xof sala 
bilməsindən xəbərdardır, elə ona görə də ordu komandanlığı  
bu fakta söykənərək Aslan bəyin (Kommunist partiyası üzvü 
olmayan bir şəxsin) Qarabağda və  Zəngəzurda fövqəladə 
səlahiyyət sahibi olmasına nail ola bilmişdi. Nəriman Nəri- 
manovun və bütünlükdə hakim kommunist partiyasının 
iradəsinə zidd olaraq kommunist partiyası üzvü olmayan 
Aslan bəy Sultanova Qarabağda da Andronikin göndərdiyi 
daşnak quldurlarını məhv etmək missiyası tapşırılmışdı. Daha 
sonra komissiya öz hesabatında göstərirdi: “Beləliklə  də 
qətiyyətlə demək olar  ki, bu qəzada sovet hökuməti bəylər- 
dən və mülkədarlardan təşkil olunmuşdur. Yəni bu bəylər 
əvvəlki kimi hakimiyyəti müsavat hakimiyyəti dövründə 
olduğu kimi idarə etməyə davam edirlər”.  Bu yerdə belə bir 
məntiqi  sual çıxır ortalığa: doğrudanmı bu qədər mühüm və 
taleyüklü vəzifələri və səlahiyyətləri daşıyan  bir şəxs yalnız 
bələdçilik etdiyi, rus dilini yaxşı bildiyi, ermənilərin düşməni 
olduğu üçün  irəli çəkilmişdi?  Əsla yox! Həqiqətdə isə    baş 
verən hadisələr və qurulan oyunların məqsədi o idi ki, xalqın 
qəhrəman oğullarını içimizdən olan xainlərin böhtan və  şəri 
ilə  ləkələməyə, onların  əldə etdikləri uğurların üstünü 
pərdələməyə nail ola bilsinlər.  
Nəriman Nərimanovun göndərdiyi  komissiya hesabatında 
daha sonra yazırdı: “... yerli kommunist partiyasının məsul 
katibi Nəzər Heydərov bildirir ki, bütün yerli kommunistlər 
başqa qəzalara köçməyə hazırlaşmaq məcburiyyəti qarşısında 
qaldıqlarından gizli fəaliyyətə keçiblər”. 
Nəzər Heydərov komissiya üzvlərinə ötürdüyü məlumatda   
yenə  də  həmişə olduğu kimi hədəfə aldığı  qəza milisinin 
fəaliyyətinə toxunur və qeyd edir ki: “Milis sisteminə yalnız 
bəylər və mülkədarlar qəbul olunmuşlar. Ona görə ki, bunun- 
la onlar özlərini sudan quru çıxarmağa və sovet işçiləri kimi 
göstərməyə çalışırlar”.  Qəza milis idarəsinin rəisinə gəldikdə 

Фаиг Абдуллайев____________________________________  
 
142
isə hesabatda qeyd olunur ki: “O sərrast atıcı  və erməni 
xalqının düşmənidir. İnqilab komitəsinin sədri Xudabaxış bəy 
Sultanova gəldikdə isə o ixtisasca məllimdir. Yerli partiya 
işçilərinin dediyinə görə Mirzə Muxtar Bayramovun böhtanı 
və  şəri ilə  həbs olunub. Belə ki, Xudabaxış Sultanov kəndə 
ermənilərin gəldiyini eşitdikdə onların arasında  daşnakların  
da ola biləcəyindən  şübhələndiyi üçün gələnləri saxlayıb, 
onlardan mandat tələb edib, mandatları yoxladıqdan və 
gələnlərin arasında daşnakların olmamasından tam əmin 
olduqdan sonra onları azad edib. Xudabaxış bəyin günahsız- 
lığı sübuta yetirildikdən ay yarım sonra Qubadlı kommunist- 
lərinin tələbi ilə  o, həbsdən azad edilib”.  
Daha sonra Nəriman Nərimnovun göndərdiyi komissiya 
yazır: “Onu (yəni Xudabaxış  bəy Sultanovu)  əksinqilabçı 
adlandırmaq olmaz, sözsüz ki, o kommunist partiyasının  
üzvü deyil, amma ondan yaxşı işçi çıxa bilər”.  
Bu fakt mübaliğəsiz şəkildə qəza rəhbərlərinin daşnaklarla 
əlbir olmasını iddia edən qüvvələrin – erməni məxfi işçilə- 
rinin və yerli kommunistlərin təmiz insanlara böhtan atmaqla 
məşqul olduqlarını  təsdiq edir. Məxfi işçilər mərkəzə ötür- 
dükləri məlumatda əvvəlcə bildirirlər ki, Aslan bəy qırx milis 
işçisi ilə onları  tərksilah edib, aralarında daşnakların ola 
biləcəyindən  şübhələndiyi üçün onlardan mandat tələb edir 
və mandatları yoxladıqdan, içərilərində daşnak olmadıqla- 
rından tam əmin olduqdan sonra onları azad edib. Bu adamlar 
özləri özlərini təkzib edir, özlərini gülünc vəziyyətə salırlar. 
Bir tərəfdən yazırlar ki, yerli rəhbərlər daşnaklarla  əlbir 
olaraq əhalini çapıb-talayır, quldurluqla məşğul olur, daşnak- 
lara ərzaq göndərirlər, digər tərəfdən də qeyd edirlər ki, məxfi 
işçilər qəzaya gələndə  gələnlərin aralarında daşnakların ola 
biləcəyindən  şübhələndikləri üçün onları saxlayıb, mandat 
tələb edib, mandatları yoxladıqdan və bu adamların arasında 
daşnakların olmadığından tam əmin olduqdan sonra məxfi 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
143
işçiləri azad ediblər.  Əgər doğrudan da milisə bilavasitə er-
məniləri, ya da kommunistləri məhv etmək lazım olsaydı, o 
zaman komissiya üzvlərinin özlərinin hesabatda yazdıqları 
kimi qırx silahlı milis işçisinin mühasirəsində olan altı-yeddi 
nəfər məxfi işçini məhv etmək milisə o qədər çətin idimi?  
Əgər onlar doğrudan da daşnaklarla  əlbir olsaydılar onları 
daşnakların düşməni kimi yerindəcə məhv edə bilərdilər.  
Bir də...  Əgər Xudabaxış  bəy Sultanov doğrudan da qatı 
əksinqilabçıydısa, düşmən hesab edilirdisə onun haqqında 
mərkəzə gizli böhtan dolu məlumatlar ötürənlər hansı səbəb-
dən onu  ay yarımdan sonra azad etdirdilər? Bu sualın cava-
bını da arxiv sənədlərinin arasında axtarmaq lazımdır. Sənəd- 
lər təsdiq edir ki, Xudabaxış bəyin həbs olunmasının səbəb- 
karları onun haqqında mərkəzə yalan informasiyalar ötürən 
yerli kommunistlər olublar. Onu ən ağır vətən xaini, əksinqi- 
labçı kimi qələmə verərək ən ağır cinayətlərdə ittiham edib- 
lər. Çox qəribədir ki, onun haqqında belə ittihamları irəli 
sürən adamlar Nərimanovun komissiyasının  şəxsən Nərima-
nova etdiyi məruzədə göstərdiyi kimi onun azad olunmasını 
tələb ediblər. Daha sonra da Xudabaxış  bəyin ziyalılığını, 
müəllim olmağını irəli çəkərək onun kommunist olmamasına 
baxmayaraq ondan yaxşı  işçi çıxa biləcəyini qeyd edirlər. 
Buradan da belə  nəticə  çıxarmaq olar ki, yerli adamların 
haqqın müdafiəsinə qalxmaları  və Aslan bəyin də o zaman 
hüquq orqanının başında duran bir insan kimi vəziyyəti 
düzgün təhlil etməsi və onları çağıraraq heç bir günahı 
olmayan təmiz bir insanın kimlər tərəfindən mərkəzə yalan 
məlumatlar ötürməyini, onu ağır ittihamlarda suçlamağını 
xəbər aldıqda sonralar Savalan Şirinov bildirirmiş ki, bütün 
kommunistlər and içiblər ki, bu işdən onların xəbəri yoxdur, 
o ki, qaldı Xudabaxış  bəyə o çox namuslu və  təmiz bir 
insandır. Bundan sonra yerli adamların və Aslan bəyin şəxsi 
iradəsi ilə bütün kommunistlər  Şuşaya gedərək  Şuşa siyasi 

Фаиг Абдуллайев____________________________________  
 
144
bürosundan Xudabaxış  bəyin həbsdən dərhal azad olunması 
tələbini irəli sürüblər. Göründüyü kimi bu xainlər ictimai 
rəyin qarşısında tab gətirə bilməyib və ay yarım  əvvəl həbs 
etdirməyə çalışdıqları adamın bu dəfə  də  həbsdən azad 
olunmasını  təkidlə  tələb ediblər.  Əsl riyakar kommunist 
əqidəsi də elə budur.  
Göründüyü kimi Aslan bəyin  əvvəlcədən öz məruzəsində 
gətirdiyi bütün faktlar öz təsdiqini tapdı. Bunu bir daha 
xatırlamağı  məsləhət bilirik ki, Aslan bəy öz ittihamedici 
məruzəsində  Nərimanova xatırladırdı ki, Xudabaxış  bəyin 
“daşnaklarla kiminsə  əlaqəyə girməsi faktı  aşkar edilsə 
yerindəcə güllələnməsi haqqında“  yazılı əmri var. Bu fakt bir 
daha onun əksinqilabçı olmadığını  və daşnaklarla heç bir 
əlaqəsinin olmamasını sübut edir. İnsanda ikrah hissi doğuran 
bir də odur ki, bu yerli kommunistlər rüşvətxor, cinayətkar, 
partiya üzvü olmayan Mirzə Muxtar Bayramovu irəli verərək 
onun arxasında gizlənmişlər və Xudabaxış  bəyin həbs 
olunmasında yalnız onu günahkar saymışlar.  
Nəzər Heydərov “Zəngəzur dağlarında” adlı kitabının  
221-ci səhifəsində yazır ki, “1920-ci ildə  bəy banditləri ifşa 
etdiyinə görə Mİrzə Muxtar Bayramovun arvadını öldürdülər, 
özünü isə  ağır yaraladılar”. Qərəzə  və riyakarlığa baxın ki, 
hətta Nərimanovun göndərdiyi komissiya Mirzə Muxtar 
Bayramovun cinayətkar olduğunu təsdiq etdiyi halda Nəzər 
ona dəstək verir. Ancaq əlimizdə olan arxiv sənədləri təsdiq 
edir ki, yerli kommunistlər Savalan Şirinovu səlahiyyətli 
nümayəndələri kimi öz imzaları ilə təsdiq etdikləri bəyanatla 
mərkəzə göndərərək bu insanları  əksinqilabçı damğası ilə 
damğalayaraq onların təcili həbs olunmaları üçün mərkəzdən 
200 qızıl ordu əsgərinin göndərilməsini tələb ediblər. 
Buradan da belə bir nəticə  çıxır ki, ictimai rəyin, yerli 
camaatın və Aslan bəyin qorxusundan əqidəsiz kommunistlər 
bütün məsuliyyəti Mirzə Muxtar Bayramovun üstünə atmaqla 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
145
özlərini sudan quru çıxarmağa çalışıblar və canlarının 
qorxusundan Xudabaxış bəyin həbsdən azad olunmasını tələb 
ediblər. Mərkəzə  təqdim olunan məruzənin sonunda Savalan 
Şirinovun, Nəzər Heydərovun, Mirzə Muxtar Bayramovun, 
Kərimovun və qeyri kommunistlərin imzalarının olması onla- 
rın bir yerdə olmalarını, eyni məslək sahibi olduqlarını təsdiq 
edir. Nərimanovun komissiyasının Aslan bəy Sultanovu er- 
məni xalqının düşməni kimi qələmə verməsi daşnak ideoloqu 
S.Şaumyanın dəyirmanına su tökmək məqsədindən başqa bir 
şey deyildi. Bununla da erməni daşnaklarından azərbaycan 
xalqının qisasını layiqincə alan bir qəhrəmanı erməni xalqının 
düşməni kimi qələmə verməklə  yəqin ki, Nərimanov  Şaum- 
yanın rəğbətini qazanmaq istəyirmiş. Bu Azərbaycan xalqının 
qisasını daşnaklardan alan Aslan bəydən daşnak  Şaumyan- 
ların içimizdən olan xainlərin  əlilə qisas almaq istəyi idi. O 
dövrdəki hadisələri analiz etdikdə açıq-aydın nəzərə çarpır ki, 
Aslan bəyi erməni xalqının düşməni kimi qələmə verənlər bu 
igid və  vətənsevər insandan şəxsi məqsədləri üçün qisas 
almaq istəyirmişlər. O zaman daşnaklara qarşı vuruşan və on- 
larla düşmənçilik edən yüzlərlə igid və qoçaq adamlar olub, 
amma yerli kommunistlər və  Nərimanovun rəhbərlik etdiyi 
mərkəzi hakimiyyət demək olar ki, bütün sənədlərdə dəfələrlə 
Aslan bəyin adını erməni xalqının düşməni kimi bu və ya 
digər halda hallandırırlar. 
Nəzər Heydərov daha da irəli gedərək hətta peyğəmbər 
əfəndimiz Məhəmməd(s.ə.v) peyğəmbərə də qara yaxmaqdan 
çəkinmir (səhifə 163). Onu VII əsrin qolçomaqlarının və feo-
dallarının tərəfini saxlamaqda ittiham edərək öz xəyanətkar 
xislətindən əlavə, dinsizliyini, kafirliyini də orataya qoyur və 
fəxrlə deyir ki, biz bolşeviklər Allahın varlığına inanmırıq 
(səhifə 83). 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin