Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   19

1.1920-ci ilin dekabr ayında Gorusda keçirilən qurultay. 
Xəyanətin başlanğıcı və satılmış yerli kommunistlərin Zəngə- 
zurun ermənilərə verilməsi zəruriliyini ortaya atmaları  və 
sənədi imzalamaları. Fond 410, siyahı 1, iş 130
2.1921-ci ilin yanvar ayında Erməni məxfi işçilərinin 
Zəngəzura göndərilməsi və yerli hakimiyyətin rəhbərlərini 
ləkələmək üçün mərkəzə göndərilən böhtan dolu məlumat.  
Fond 1, siyahı 2, iş 136. 
3.1921-ci ilin mart ayında Erməni kommunist partiyasının 
sədrinin N.Nərimanova göndərdiyi Zəngəzurun satılmasında 
birbaşça iştirak edən kommunist xainlərin siyahısı. Onların 
rəhbər vəzifələrə irəli çəkilməsi tələbi. Nəriman Nərimanov 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
111
tərəfindən bu tələbin qeyd-şərtsiz yerinə yetirilməsi.  Fond 
27, siyahı 1, iş 150. 
4.1921-il aprel ayının 4-də Ç.İldırımın himayə etdiyi yerli 
xainlərin yerli hökumətin rəhbərlərini ləkləməyə  və  məhv 
etməyə yönəldilmiş, qəza kommunist partiyasının üzlərinin 
nümayəndə kimi seçib mərkəzə göndərdikləri Savalan 
Şirinovun Bakıya gələrək Az. KPMK də  məruzəsi.  Fond 1, 
siyahı 2, iş 139. 
5.1921-ci ilin 10 aprelində, hadisələrdən dərhal xəbər 
tutan Aslan bəyin mərkəzə göndərdiyi ittihamedici məruzəsi. 
Həmin məruzədəki tezislər, Aslan bəyin analizləri və onun 
son dərəcə haqlı olduğunu isbat edən sonrakı hadisələr. Fond 
410, siyahı 1, iş 205. 
6.1921-ci ilin aprel ayının 28-də  Nəzər Heydərovun 
mərkəzə göndərdiyi danoc və yerli hökumətin üzvlərinin heç 
birinin Kompartiya üzvü olmamaqla suçlaması  və yerli 
hakimiyyətə qara yaxaraq yerli hakimiyyətin kommunustləri 
məhv etmək niyyətində olmalarını bildirməsi. Fond 1, siyahı 
2, iş 96. 
7. Həmin ilin may ayında Nəriman Nərimanovun göndər- 
diyi komissiyanın məruzəsi. Məruzədəki yerli hakimiyyətlə 
bağlı  ləkələmə kampaniyasının davamı  və daha əvvəlki da- 
noslardan fərqli olaraq ictimai rəyin təzyiqi qarşısında aciz-

Фаиг Абдуллайев____________________________________  
 
112
liyin hiss olunması, daha öncəki ittihamların təkzibi, Aslan 
bəyin ermənilərin düşməni və  sərrast atıcı damğası ilə 
damğalanması. Fond 1. Siyahı 2. İş 105. 
Бак–рабочи 1920, 4 декабря, стр. 4 
Советская Армения и Советский Азербайджан. 
Декларициа Правительства А ССР 
 О Сов. Армении. 
1-го  декабря на торжественной заседании Бак Совета 
тов.  Нариманов  от  имени  А  ССР  огласил  нижесле-
дующую  декларацию.  Обьявляеть  что  отныне  никакие 
территориальные  вопросы не могут стать причиной вза-
имного    кравопускание  двух  вековых  соседних  народов: 
армян и мусульман. 
Территории  Зангезурского  и  Нахчиванского  уездов 
являются  нераздельной  частью  Советской  Армении,  а 
трудовому крестьянсву нагорного Карабаха предоставля- 
ется полное право самаопредельяться;  
Декларации Нариман Нариманова. 
1920-жи  илин 4 декабрында  «Бакы  фящляси»  гязетиндя 
Няриманов  билдирир  ки,  Зянэязур  вя  Нахчыванын  яразиси  Ер- 
мянистанын  айрылмаз  щиссясидир  вя  Даьлыг  Гарабаьын    зящ- 
мяткеш кяндлиляриня ися юз мцгяддяратларыны щялл етмяк цчцн 
там щцгуг верилир. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
113
 
 
 

Фаиг Абдуллайев____________________________________  
 
114
Коммунист 1921 января стр. 2 
В Советской Армении 
Прекрашение Армяно–Азербайджанских разногласий. 
Тиялис 28 декабря  «Мшак» 28 декабря  по  поводу 
москвоской 
конференции 
пишет 
каждый 
занитересованный 
миром 
востока 
приветствует 
конференцию созывающую в Москве. 
После обьявления деклариции Нариман Нариманова по 
которой  уступается  Армении  Карабах  и  Зенгезур. 
Армянский народ не может иметь сушественных разно- 
гласий с Азербайджанским народом. 
Этой декларацией кончаются армяно–Азербайджанс- 
кая вражда. 
Sənəddən göründüyü kimi, 21-ci ilin yanvar ayında 
Moskvada çağırılan konfransda Nərimanovun bəyənatı 
səslənmiş  və burada göstərilir ki, Qarabağ  və  Zəngəzur 
ermənistana verilir. Axırıncı cümlədə göstərilir ki, Qarabağın 
və Zəngəzurun ermənilərə verilməsi ilə bu iki xalqın arasında 
düşmənçiliyə son qoyulur. 
Yuxarıda göstərilən qəzet yazılarını Azərbaycan Res- 
publikasının Prezident aparatının siyasi sənədlər arxivində 
fond 1, siyahı 1, iş 24 qrifi ilə saxlanılan arxiv sənədi təsdiq 
edir.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
115
 

Фаиг Абдуллайев____________________________________  
 
116
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
117
Bu sənədlərin ardıcıllıqla təhlili bir daha göstərir ki, 
millətimizin mənafeyi yolunda canından belə keçməyə hazır 
olan qəhrəman insanları aradan götürmədən Zəngəzurun 
verilməsi kimi məkrli və  xəyanət dolu bir planı  həyata 
keçirmək mümkün olmayacaqdı. Ona görə  də lap əvvəldən 
başlayaraq planlı  şəkildə  həmin vətənpərvər insanları 
ləkələmək, onlara qara yaxmaq kimi iyrənc metodlardan 
istifadə edərək, onları öz yollarından götürmək üçün hər cür 
çirkin vasitələrə əl atmışlar.  
Bu xronologiyanı ardıcıl olaraq oxuculara çatdırmaqda 
məqsədimiz arxiv sənədləri əldə olunana qədər qaranlıq qalan 
və bir çox müəlliflərin təhrif edərək xalqa çatdırdıqları 
Zəngəzur həqiqətlərini üzə çıxarmaqdır.   
 
**** 
Azərbaycan Respublikası Prezidenti Aparatının  Siyasi 
Sənədlər Arxivində fond 1, siyahı 1, saxlama vahidi 24 qrifi 
ilə saxlanan sənəddə aşağıdakı faktlar diqqəti çəkir. 
“Protokol N8  
Siyasi və Təşkilat bürosunun birgə iclasının Protokolu 
30 noyabr 1920-ci il 
İştirak edirlər: N.Nərimanov, Kaminskiy, Stasova, 
Orcenikidze, Sarkis, Yeqorov, Hüseynov, Qasımov,Qarayev, 
Serebrovski”. 
Bu iclasda gündəlik məsələ olaraq altı  məsələ müzakirə 
edilsə də, ən çox bizim diqqətimizi çəkən bir məsələyə sizin 
də fikrinizi yönəltmək istəyirik. 
“Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir 
sərhəd yoxdur. Zəngəzurla Naxçıvan Ermənistana aiddir. 
Dağlıq Qarabağa isə öz müqəddəratını  təyin etmək hüququ 
verilir. Və s. və ilx.” 
Bu da bu vaxta qədər milli qəhrəman edərək heykəlini 
başımız üstə qaldırdığımız Nərimanovun xalqımıza etdiyi 

Фаиг Абдуллайев____________________________________  
 
118
xəyanət. Gəlin açıq etiraf edək ki, bu gün bizim nəslimiz o 
dövrdəki xəyanətlərin acısını hələ də çəkir. 
1920-ci illərə aid edilən sənədlərdən biri diqqəti çəkir. 
Həmin sənəd Azərbaycan Respublikası Prezident Aparatının 
Siyasi Sənədlər Arxivində fond 1, siyahı 2, saxlama vahidi 
18 qrifi ilə qorunur. Sənədin məzmunu ilə sizi qısaca tanış 
etmək istəyirik. Sənəddə göstərilir ki, Qubadlı  qəzasında 
Partiyanın vəziyyəti yaxşı deyil, yerli ilk partiya təşkilatı 
yaradılaraq yoldaş Sailyan onun məsul katibi seçilmişdir. 
Yoldaş Sailyan Bakıya gedərkən yerinə müavini Nəzər 
Heyədərovu təyin edib.  
Bu sənəddən açıq aydın görünür ki, Qubadlı qəzasının ilk 
partiya təşkilatının məsul katibi erməni Sailyan, onun 
müavini isə  Nəzər Heydərov olmuşdur. Ermənilərin Nəzər 
Heydərova bəslədikləri xüsusi rəğbətin  arxasında hansı 
niyyətlərin dayanmasını sonrakı arxiv sənədləri göstərəcək. 
 
**** 
  Azərbaycan Respublikası  Milli Dövlət arxivi 410-cu 
fond siyahı 1, iş 73 qrifi ilə saxlanan arxiv sənədlərin 
arasında 1920-ci ilin dekabrında bir erməni tərəfindən yazılan 
məktub diqqəti cəlb edir. Erməni ümumi məsələlərdən və öz 
problemlərindən, planlarından bəhs etdikdən sonra sevinclə 
məlumat verir ki,  Nərimanovun teleqramını aldıq. Yoldaşlar, 
Zəngəzur və Naxçıvan Yeni Ermənistana verildi”. 
Bu sadəlövh məktubdan da məlum olur ki, Zəngəzuru və 
Naxçıvanı ermənilərə bağışlayan Nərimanov  erməniləri 
hədsiz dərəcədə sevindirə bilib.  
Zəngəzurun verilməsi ilə bağlı çoxsaylı arxiv sənədləri var. 
Bu işlərdə xüsusi fəallıq göstərənlərdən biri də  əslən 
Zəngəzurdan olan və gizli fəaliyyət göstərən xəyanətkar  
kommunistləri himayə edən Çingiz İldırım olmuşdur. Bu da 
onun  imzaladığı sənəd:  
    

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
119
Azərbaycan  Respublikası  Baş  Milli  Dövlət Arxivi: 
Fond:      410 
Siyahı:        1 
İş:            114 
А.С.С.Р 
Народный Комиссариат Путей Сообщения 
Отдел ОБЩЕ-АДМ. 
«___» Декабря 1920 г. 
№ 19/сек. Г. Баку 
В Азревком 
В ночь с 27 на 28 Апреля сего года, в целях свержения 
Мусаватскому Правительству и установления диктатуры 
пролетариата,  принимая  вместе  со  мной  деятельное 
участие  в  подготовке  к  выступлению  флота  и  отправки 
ультиматума  Мусаватскому  Правительству  о  сдаче 
власти тов. Владимир Хутулошвили. 
Отмечая  с  удовольствием  революционную  энергию 
тов.  Хутулошвили  завершившуюся  свержением  гнета 
мусаватистов  и  торжеством  советской  власти  в 
Азербайджане,  прошу  о  награждении  его  орденом 
Красного Знамени А.С.С.Р.   
НАРКОМПУТЬ 
Xalq  Yollar və Rabitə Komissarı Çingiz İldırım. 
Azərbaycan İnqilab Komitəsinə.  
Bu ilin 27 apreldən 28 aprelinə keçən gecədə Musavat 
Hökumətinin devrilməsi və proletariatın diktarurasını qurmaq  
məqsədi ilə mənimlə birlikdə fəaliyyət göstərən, hərbi dəniz 
qüvvələrinin  hücumunu təşkil edən ultimatumu Müsavat 
hökumətinə  təqdim edən və hakimiyyətin alınmasını  tələb 
edən – yoldaş Vladimir Xutuloşvili. 
Yoldaş Xutulaşvilinin inqilabi enerjisinin  böyük ruh 
yüksəkliyi ilə qeyd etməklə    nəzərinizə çatdırmaq istəyirəm 

Фаиг Абдуллайев____________________________________  
 
120
ki,  musavat hakimiyyətinin devrilməsi və sovet hakimiyyə- 
tinin bərqərar olmasında onun xüsusi xidmətlərini nəzərə alıb 
yoldaş Xutulaşvilini  Az. SSR-nin Qırmızı Bayraq Ordeni ilə 
təltif edəsiniz.  
 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
121
Azərbaycan Respublikası Prezident Aparatının Siyasi 
Sənədlər Arxivi, fond 1, siyahı 74, saxlama vahidi 146  
 
 

Фаиг Абдуллайев____________________________________  
 
122
 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
123
Birinci sənəddə Çingiz İldırım göstərir ki, mənimlə 
birlikdə  fəaliyyət göstərən Xutulaşvili Müsavat hökumətinin 
devrilməsi və hərbi dəniz qüvvələrinin hücumunu təşkil edən 
ultimatumu Müsavat hökumətinə  təqdim edən  Xutulaşvili  
“Qırmızı bayraq” ordeni ilə təltif  edilsin. 
İkinci sənəddə, yəni  fond 1, siyahı 74, iş 146 qrifi ilə 
qorunan sənəddə Çingiz İldırımın qardaşı Çingiz İldırımın 
üzvü olduğu hökumət tərəfindən həbs olunduğu göstərilir. 
Şamil bəy Sultanovun antisovet mövqedə  və eyni zamanda 
bəy olduğu göstərilir. 
Sənəddə xüsusi pafosla göstərilir ki, Qubadlı  kəndinin 
sakini olan Şamil bəy İldırım bəy oğlu həbs olunub. Buradan 
açıq-aydın görünür ki, Çingiz İldırımın xeyir –duası olmasa 
onun qardaşı Şamil bəy Sultanovu həbs edib, sonra da bəyan 
etməzdilər ki, bizim İldırımın qardaşı  Şamil bəy Sultanovu 
həbs etdik. Bu sənəd özü-özlüyündə Çingiz İldırımın hansı 
mənəviyyatın sahibi olduğunu açıq-aydın göstərir. Şahidlərin 
dediyinə görə, Çingiz İldırımın atası  İldırım bəy  oğlu Çin- 
gizlə küsülü olaraq dünyasını dəyişib. İldırım bəyin ittihamı o 
olub ki, sən bizi kafirlərə satdın. Göründüyü kimi, Çingiz İl- 
dırımın həm atası, həm də qardaşı Şamil bəy onunla tamamilə 
əks mövqedə olub. Bu günün prizmasindan baxdıqda  isə 
kimin milli, kimin antimilli mövqedə  olmağı tam çılpaqlığı 
ilə görünür. 
Yollar və rabitə komissarı: Çingiz İldırım. 
 
Bəli, Nəriman Nərimanovlar, Çingiz İldırımlar xalqın 
hakimiyyətini, xalqın dövlətini devirənlərə, millətin qanını 
tökənlərə ordenlərin verilməsini tələb edənlər, o ordenləri 
təqdim edənlərdir. 

Фаиг Абдуллайев____________________________________  
 
124
O zaman 1920-ci ilin dekabr ayında çağrılan qurultayın 
çıxardığı qərar Nəriman Nərimanova göndərilmişdi və (1921-
ci ilin martın 28-də Erməni rəhbərlərinin göndərdiyi siyahı) 
ona məlum idi ki, bu siyahı  Zəngəzurun ermənilərə verilmə-
sində  birbaşa iştirak edən  yerli xainlərin siyahısı idi. Bura- 
dan da belə  nəticə çıxarmaq olur ki, Nəriman Nərimanov bu 
işlərdən bilavasitə  xəbadar imiş  və bu məslələrin bilavasitə 
təşkilatçısıymış. O, həmin dövrdə Azərbaycan  İnqilab komi- 
təsinin sədri idi. Bu da  o demək idi ki, Nəriman Nərimanov 
Azərbaycanın  ən ali hakimiyyətinə  rəhbərlik edirdi. Onun 
icazəsi və xəbəri olmadan belə taleyüklü bir məsələ kimlərsə 
tərəfindən həll oluna bilməzdi. 
 
**** 
1920-ci ilə aid sənədlərin birindən (Siyasi Sənədlər Arxivi. 
fond 1, siyahı 1, saxlama vahidi 126)  məlum olur ki, 1933-
1953-cü illərdə Azərbaycan Kommunist partiyası MK birinci 
katibi olmuş Mir Cəfər Bağırov  Qarabağ inqilab komitəsi 
sədrinin müavini, daxili işlər  şöbəsinin müdiri, təşkilat və 
təbliğat şöbəsinin rəhbəri olub. Bu sənəd təsdiq edir ki, Mir 
Cəfər Bağırov həmin dövrlərdə Qarabağda işləyib, Aslan bəy 
Sultanovla yaxın münasibətləri olub. Aslan bəy Sultanov Qa- 
rabağın və Zəngəzurun fövqəladə komissarı olduğu dövrlərdə 
Mir Cəfər Bağırov da Qarabağda tutduğu vəzifələrə görə As- 
lan bəy Sultanovun tabeçiliyi altında çalışmışdır. O özü dəfə- 
lərlə şahid olmuşdur ki, Aslan bəy Sultanov daşnaklara qarşı 
müharibədə necə qəhrəmanlıqlar göstərir.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
125
Sonrakı dövrlərdə Bağırov AzÇK-nın sədri  olanda Zəngə- 
zura gələrkən onu banditlər mühasirəyə alıb məhv etmək istə- 
dikdə, onu müşayət edənlərdən biri qaçmağa imkan taparaq 
Aslan bəyə müraciət edir və vəziyyəti ona izah edərək deyir: 
-Aslan bəy, banditlər bizi mühasirəyə alıblar, bizi öldürə- 
cəklər. 
Nədən məhz Aslan bəyə xəbər göndərilir? Çünki Bağırov 
artıq yaxşı bilirdi ki, onları belə bir vəziyyətdə xilas edə bilə- 
cək yeganə adam Aslan bəydir. Çünki, Bağırov Aslan bəyin 
bütün şücaətlərindən xəbərdar idi və o yaxşı bilirdi ki, 28-ci 
diviziyanı daşnak təcavüzündən də  məhz Aslan bəy xilas 
etmişdi. 
Eyni zamanda bir vaxtlar 1920-ci ildə Mircəfər Bağırov 
Qarabağda inqilab komitəsinin müavini işləyərkən, Aslan bəy 
isə bütün Qarabağın və Zəngəzurun  fövqəladə komissarı ol- 
muşdur. Bu da o deməkdir ki, Mircəfər Bağırov Aslan bəyin 
tabeçiliyində    işləmiş  və onun bütün fəaliyyətini  şəxsən özü 
görmüşdür. Bundan sonra Mircəfər Bağırov mərkəzə yüksək 
vəzifəyə irəli çəriləndən sonra da Aslan bəyin necə qəhrəman 
olması barədə  ətrafdakılara ağızdolusu danışırmış. 
Bu fikirləri Azərbaycan Respublikası Siyasi Sənədlər 
Arxivində  fond 1, siyahı 1, saxlama vahidi 126 qrifi ilə 
qorunub saxlanılan arxiv sənədi təsdiq edir. 
 
 
 

Фаиг Абдуллайев____________________________________  
 
126
Fond 1, siyahı 1, saxlama vahidi 126 
 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
127
Aslan bəy M.C.Bağırovun xahişini alan kimi o bir an vaxt 
itirmədən Zəngəzur igidlərini ayağa qaldırır və  dərhal 
Bağırovun mühasirəyə düşdüyü istiqamətə  hərəkət edir, ora 
yetişərək   bir-neçə  tərəfdən mühasirəni yarır, Mir Cəfər 
Bağırovu xilas edir. Həmin döyüşdə Aslan bəyin dəstəsindən 
olan iki nəfər də düşmən gülləsindən qəhrəmanlıqla  şəhid 
olur. 
Ölüm  şokundan çıxan Mir Cəfər Bağırov Aslan bəyi 
qucaqlayıb bağrına basıb və deyib ki: 
-Aslan bəy, bizim sənə bir can borcumuz var... 
 Daha sonra Mir Cəfər Bağırov Bakıda işlədiyi dövrlərdə 
təməli Qarabağda qoyulmuş dostluğuna sadiq qalaraq Aslan 
bəy Sultanova olan dərin hörmət və ehtiramını qoruyub 
saxlayıb, onu bir sıra problemlərdən vaxtında xəbərdar 
etməklə kömək edib. 
Bu barədə daha ətraflı sonrakı  fəsillərdə  məlumat 
verəcəyik. 

Фаиг Абдуллайев____________________________________  
 
128
Dördüncü fəsil 
 
Zəngəzurun Ermənilərə Verilməsi 
Ya Da Xainin Vətəni Olmur 
(Arxiv sənədlərinin təhlilləri) 
 
Əldə edilən arxiv sənədlərinin təhlili həmin sənədləri 
qruplaşdırmağın və qruplaşdırılmış  sənədlər üzərində ayrı-
ayrılıqda analizlər aparmağın zəruriliyini ortaya qoydu. 
Həmin sənədlərin arasında 1920-ci ilin dekabrında keçirilən 
qurultay, qurultayın çıxardığı  qərar və  mərkəzi rəhbərliyin 
həmin qərara münasibəti və reaksiyası diqqəti çəkir. 
Zəngəzurdan olan yerli kommunistlər 1920-ci ilin deka- 
brında Gorusda qurultay çağırır və  Zəngəzurun ermənilərə 
verilməsinin labüd olduğunu bəyan edirlər. Bu barədə daha 
ətraflı faktlar gətirməyə  və  təhlillər aparmağa çalışacağıq. 
Lakin nəzərə almaq lazımdır ki, həmin qərarın  müqabilində 
adı məlum olan o yerli xainlərin erməni rəhbərliyi tərəfindən 
mükafatlandırılması birmənalı şəkildə Azərbaycanın mərkəzi 
hökuməti qarşısında qoyulur. Onların siyahısı tərtib edilərək 
Azərbaycan inqilab komitəsinə, şəxsən Nəriman Nərimanova 
göndərilir. 
Sənəddə qeyd edilir ki, guya yerli qəza hakimiyyətinin 
başında duran rəhbər  şəxslər qatı  əksinqilabçılardırlar və 
təcili oaraq onların geri çağırılmaları  tələb olunur, yerlərinə 
isə  ermənilərə  işləyən  yerli xainlər təyin edilməsi təklif 
edilir.  
Əslində qurultayın qərarı  Nərimanova çox yaxşı  məlum 
idi,  çünki əldə etdiyimiz arxiv sənədləri təsdiq edir ki, qəra- 
rın mətni qurultay bitər-bitməz ona – yəni Azərbaycan İnqi- 
lab komitəsinin sədri Nəriman Nərimanova və Azərbay-can 
Kommunist partiyasının Mərkəzi Komitəsinə  göndərilmişdi. 
Daha dərinə getdiktdə isə ortaya çıxır ki, Nəriman Nərimanov 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
129
Azərbaycan İnqilab komitəsinə sədr təyin edildikdə Zəngəzu- 
run, Qarabağın və Naxçıvanın ermənilərə verilməsi kimi 
xəyanətkar bir öhdəliyi üzərinə götürmüşdü,  əks halda bu 
vəzifə ona həvalə olunmazdı.  
Birbaşa Kremldən idarə olunan bu məkrli oyunlar Kremlin 
müti qulu olan Nəriman Nərimanova gün işığı kimi aydın idi. 
Elə ona görə də heç bir araşdırma, yoxlama, təhlil aparmadan 
ermənilərin göndərdiyi siyahını təsdiq edir. Məhz bu hadisə- 
dən sonra onların xəyanətlərinə qarşı  insanları ayağa qaldıra 
biləcək yerli hökumətin rəhbərlərinə  və  şəxsən o hökuməti 
quran, daşnak hökumətinin məhv edilməsi hərbi planının 
birbaşa müəllifi, qəhrəman Aslan bəy Sultanova qarşı  Nəri- 
man Nərimanovun xeyir-duası ilə qarayaxma kompaniyası 
başlayır.  
 
**** 
Nəriman Nərimanov bu qarayaxma  kompaniyasını  təşkil 
etməyi birbaşa Aslan bəy Sultanovun əmisi oğlu Çingiz 
İldırıma həvalə etmişdi. Çingiz İldırımın  himayə etdiyi yerli 
kommunist partiyası üzvləri və Mirzoyanın yaratdığı “Xınzi-
rək” təşkilatının üzvləri  (Gorus Kommunist partiyasının 
filialı)  əlbir olaraq, məqsədli  şəkildə böhtan və qarayaxma 
kompaniyasını  həyata keçirdilər. Bunu əlimizdə olan arxiv 
sənədləri də təsdiq edir. 
1921-ci ilin yanvar ayında mərkəzdən (Bakıdan) 
göndərilən erməni məxfi işçiləri  Zəngəzur qəzasına  gələrək 
yerli hakimiyyətin başında duranları  ləkləyən və onları 
daşnaklarla  əməkdaşlıqda ittiham edən  şər və böhtan dolu 
məlumatları    mərkəzə ötürməyə başladılar.  Həmin sənəddə 
Azərbaycan Kommunist   partiyası  MK-nin mandatı ilə gön- 
dərilən (milliyətcə erməni olan) məxfi işçilər bildirirlər ki
Qəza İnqilab Komitəsinin  Sədri Xudabaxış bəy Sultanov və 

Фаиг Абдуллайев____________________________________  
 
130
qəza milis idarəsinin rəisi Aslan bəy Sultanov qırx milis işçisi 
ilə gələrək onları tərksilah edərək həbs ediblər. Sonra onlar- 
dan mandat tələb olunub. Onları  həbs etməkdə  məqsəd 
aralarında daşnakların olub-olmamasını araşdırmaq olub. Bü-
tün diqqəti bu məqama xüsusilə yönəltmək lazımdır-  
adamların arasında daşnakların olub-olmamasını dəqiqləş-
dirmək! Bəli, onlar daşnak olmaqda şübhəli bilindikləri üçün 
həbs ediliblər. Mandatlar yoxlanıldıqdan və onların daşnak 
olmadıqları  dəqiqləşdikdən sonra isə azad ediliblər. Bu sə- 
nədin o biri səhifəsində isə göstərilir ki, guya qəza rəhbərləri 
daşnaklarla birgə fəaliyyət göstərirlər. Bununla da açıq-aydın 
özləri-özlərini təkzib edirlər və öz ötürdükləri sənədlə təsdiq 
edirlər ki, onlar yalnız daşnaklara qarşı mübarizə aparırlar.  
Nəzərə almaq lazımdır ki, göndərilən məxfi işçilər erməni 
idilər,  əgər yerli hakimiyyət bütövlükdə erməniləri düşmən 
hesab edərək onları məhv etməyi qarşılarına məqsəd qoymuş- 
dusa, o zaman məxfi işçilərin erməni olduqları kifayət edirdi 
ki, onlar yerlərindəcə güllələnsinlər. Özləri də qeyd etdikləri 
kimi, Aslan bəy Sultanov 40 nəfər  milis işçisi ilə onları tərk- 
silah etmişdi, bü güc bəs edirdi ki, 7-8 nəfəri bir göz qırpı- 
mında aradan götürsünlər.  
Bu yerdə Aslan bəyin 1921-ci ilin aprel ayının 10-da 
Azərbaycan İnqilab Komitəsinə ünvanladığı ittihamedici mə- 
ruzəsi diqqəti çəkir. Aslan bəy məruzəsində  bildirir ki, Xuda- 
baxış  bəy Sultanov əksinqilabçı deyil və bu fikrini təsdiq 
edən arqumentlər də gətirir. (Xoşbəxtlikdən həmin o ittiham- 
edici məruzənin  əlyazması  əlimizdədir və bu əlyazma 
Azərbaycan  İnqilab Komitəsində çap olunaraq Nərimano- 
vun iştirak etdiyi yığıncaqda dinlənilib)  O, Xudabaxış bəyin 
qəza inqilab komitəsinin sədri olduğu vaxt yazılı  şəkildə 
verdiyi  əmri xatırladır.  Əmrdə göstərilir ki, kim daşnaklarla 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
131
hər hansı bir əlaqəyə girsə yerindəcə güllələnsin. Bu fakt 
Xudabaxış bəyin əksinqilabçı olmadığını təsdiq edir.  
Azərbaycan  KP MK tərəfindən göndərilən  (Mirzoyanın) 
əvvəlcədən təlimatlandırılımş erməni məxfi işçiləri məruzələ- 
rinin əvvəlində onları daşnak hesab edərək həbs edən insanla- 
rı, həmin məruzənin sonunda onları himayə etdiyi daşnaklara 
ərzaq, silah-sursat və başqa zəruri köməklər göstərən qüvvə- 
lər kimi qələmə verirlər. Hətta ürəklərində Aslan bəy xofu 
olan ermənilər Aslan bəyin onlarla mərkəzdən göndərilən 
Arsen Karentsovu öldürmək istəməsini də qeyd edirlər. Guya 
ki, Karentsov meşəyə qaçaraq canını qurtara bilib. Bu da 
növbəti ağ yalandan başqa bir şey deyil! Arxiv sənədləri və 
şahidlərin dediyi kimi, quşu gözündən vura bilən sərrast 
atıcının qabağından qaçıb can qurtarmaq mümkün ola bilər- 
dimi? 
Məruzənin sonunda göstərilən qarayaxmalar onu bir daha 
sübut edir ki, bütün bu kompaniyalar məhz Aslan bəy 
Sultanova qarşı ünvanlanıb. Arxiv sənədləri göstərir ki, əslən 
Xələc kəndindən olan Aslan bəyin baş milis işçisi  (cinayət 
axtarış şöbəsinin rəisi)  Həsənqulu bəy guya camaatı yığaraq 
bəyan edib ki, mən bütün kommunistlərin hamısını  qıraca- 
ğam, onlar bizim aramızda zərərli elementlərdirlər. Biz daş- 
naklarla birləşməliyik. Bakıda ruslar geri çəkilir, ingilislər 
gəlir. Məruzənin sonunda isə qeyd edilir ki, bütün bunları ona 
Aslan bəy Sultanov diqtə edir. Yenə də aydın şəkildə görünür 
ki, məruzənin əvvəli ilə sonu bir-birini təkzib edir. 
1921-ci ilin aprel ayında isə yerli kommunist  partiyasının 
üzvlərinin, Zəngəzurun satılmasının  əsas ideyaverənlərinin 
mərkəzə ezam etdikləri Savalan Şirinov Zəngəzur qəzası 
barədə  mərkəzə  məlumat vermək üçün Bakıya KP MK-nə 
gələrək çıxış edir və  məruzəsində bildirir ki, guya daşnak 
hökumətinin nümayəndələri qəzaya gələrək  onlara – yəni 

Фаиг Абдуллайев____________________________________  
 
132
yerli kommunistlərə təklif ediblər ki, bizim Zəngəzur müsəl- 
manları ilə heç bir problemimiz yoxdur və biz ancaq bolşe- 
viklərə qarşı mübarizə aparırıq. Ona görə  də biz mütləq 
müştərək bazar açmalı, birgə ticarət etməliyik. Bundan sonra 
daşnak hökumətinin nümayəndələri bizə  təklif etdilər ki, 
müsəlman  ərazilərində olan erməni kommunistləri tutub 
onlara təhvil verək. Gülməlidir, elə deyilmi? 
 Daşnak hökumətinin nümayəndələri Azərbaycan  tərəfin 
kommunistlərinə erməni tərəfin kommunistlərinin tutulma-
sını təklif edir. Sual olunur, özlərinin də təbirincə desək gizli 
fəaliyyətə sıxışdırılan yerli kommunist partiyasının üzvlərinin 
əlində hansı güc və  səlahiyyət var idi ki, daşnak hökuməti 
nümayəndələri onlara təklif etsin ki, kimisə tutub onlara təh-
vil versinlər və birgə bazar yaratsınlar. Onlar sonra da qeyd 
edirlər  ki, biz yerli kommunistlər daşnak hökumətinin bütün 
təkliflərini  rədd etdik.  
Çingiz İldırımın himayə etdiyi bu yerli xainlər utanmadan 
bildirirlər ki, yerli hakimiyyətin rəhbərləri olan bəylər daş- 
nakların səsinə səs verdilər. Hansı ki, Çingiz İldırım və onun  
himayə etdiyi yerli xainlər yaxşı bilirdilər ki, daşnak hökumə- 
tinin dağıdılmasının hərbi planının müəllifi, yerli hakimiyyə- 
tin və  hərbi qüvvələrin başında duran məhz Aslan bəy 
Sultanov olmuşdur və elə ona görə də mərkəz onun fəaliyyə- 
tinə qiymət vermiş, onu qızıl medalla təltif etmişdi. Bundan 
sonra isə ona daha böyük etimad göstərilmiş, o bütün 
Qarabağın və  Zəngəzurun fövqəladə komissarı  vəzifəsinə 
irəli çəkilmişdi. Bu vəzifədə olarkən də Aslan bəy mərkəzi 
Şuşa olan Qarabağ  və  Zəngəzurun fövqəladə komissarı 
olmaqla 20-yə qədər rayonun birbaşa rəhbəri olmuşdu. 
Lakin onlar (yerli kommunistlər) ona görə heç nədən 
çəkinmədən bu qarayaxma kompaniyasını aparırdılar ki, 
Nəriman Nərimanovun onlara birbaşa dəstək verdiyindən 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
133
yaxşı  xəbərdar idilər. Çingiz İldırım da Nəriman Nərimano- 
vun xeyir-duası ilə öz  əmisi oğlanlarına qarşı bu böhtan və 
qarayaxma kompaniyasına başçılıq edirdi. Aslan bəy öz mə- 
ruzəsində daşnak hökumətinin başçısı general Nijdenin bir- 
ləşmək üçün ona müraciət etdiyini (Aqarak kəndində)  və 
onun bu müraciəti rədd etdiyi barədə  mərkəzə  məluimat 
verdiyini göstərir. 
Bir şeyi nəzərinizə çatdırmaq istəyirik ki, daşnak hökuməti 
yerli hökumətin rəhbərlərini qoyub guya gizli fəaliyyət 
göstərən və əllərində heç bir səlahiyyət olmayanlara müraciət 
edir. Buradan da belə bir nəticə çıxır ki, bütün bu oyunların 
arxasında sadəcə  mərdləri qovaraq namərd etmək siyasəti 
dayanırmış. 
Daha sonra Savalan Şirinov bildirir ki, bütün rəhbər vəzi-
fələri sovet maskası altında gizlənən  keçmiş müsavatçılar tu- 
tur. Məruzənin sonunda göstərir ki, qəza milis idarəsinin rəisi 
Aslan bəy Sultanov Şuşadan aldığı bütün pulları öz yaxın 
adamlarına paylayır. Çingiz İldırımın idarə etdiyi bu yerli 
xainlər daha sonra mərkəzdən 200 qızıl ordu əsgərinin kömək 
üçün göndərilməsini və  qəzanın bütün rəhbər işçilərinin 
gizlinə sıxışdırılan  kommunistlərin təkidi ilə  həbs edilməsini 
tələb ediblər. Həmin sənədi isə  aşağıdakılar imzalayıblar: 
Savalan  Şirinov, Nəzər Heydərov, Mirzə Muxtar Bayramov 
və başqaları... 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin