Фаиг Абдуллайев


armyan! yəni Sərrast atıcı  və erməni xalqının düşməni!)



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə9/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

armyan! yəni Sərrast atıcı  və erməni xalqının düşməni!)   
Düzdü, bu ittihamların hər ikisi Aslan bəyə yaraşır. O, doğru- 
dan da səsə güllə ata bilən, düşmənlərinin alnının ortasında 
imza qoymağı bacaran, xalqının düşmənləri olan daşnaklar- 
dan layiqincə qisas alan bir sərkərdə  və el qəhrəma-nı olub. 
“Vraq armyan” deməklə  yəni Andronikin, Nijdenin, Dronun, 

Фаиг Абдуллайев____________________________________  
 
158
Sumbatın, Manukun düşməni və  ən başlıcası isə  Nəriman 
Nərimanovun itaət etdiyi bir daşnak lideri, türk düşməni, 
Bakıda və Azərbaycanın müxtəlif yerlərində kütləvi qırğınla- 
rın təşkilatçısı olan  Şaumyanın düşməni olmaq deməkdir. 
Nəriman Nərimanovun mərkəzi Qubadlı rayonunun Xan- 
lıq kəndində yaratdığı inqilab komitəsi (yerli hakimiyyət) isə 
1920-ci ildə Zəngəzurun ermənilərə verilməsinin zəruriliyini 
boş-boş, iyrənc arqumentlər gətirməklə təkid edən və imzala- 
yan yerli xainlərin hakimiyyəti idi. Hansı ki, arxiv sənədləri 
də bunu təsdiq edir ki, siyahını Nəriman Nərimanova erməni 
rəhbərləri göndərmişdi. Bu da Nəriman Nərimanovun və 
onun komandasının ermənilərlə əlbir olmasını sübut edir. Nə- 
riman Nərimanovun düşüncəsinə görə bu adamların hakimiy- 
yətdə  təmsil olunması onun gələcəkdə  xəyanətdə  iştirakının  
məsuliyyətini azaldır. Yəni bu onun təşəbbüsü ilə olmayıb, 
həmin tələbi yerli insanlar özləri irəli sürüblər. Hansı ki, Sa- 
valan  Şirinov öz məruzəsində yazır ki, aran Zəngəzur öz 
münbit torpaqları ilə seçilir, müsəlmanlar orada yaxşı  əkin-
biçin edirlər, taxıl bol olur. Buradan da belə bir nəticə çıxar- 
maq olur ki, Zəngəzurun  ən münbit torpaqlarını ermənilərə 
hədiyyə ediblər. Beləliklə də bu hakimiyyət Zəngəzurun ve- 
rilməsini reallaşdırmaq missiyasını, öhdəliyini öz üzərinə 
götürmüşdü.  
Gəlin qısa bir müqayisə aparaq; Aslan bəyin yaratdığı in- 
qilab komitəsi üzvləri ilə Nəriman Nərimanovun yaratdığı in- 
qilab komitəsi üzvlərinin  siyahısını bir də  nəzərdən keçirək. 
Əvvəlki bölmələrdən də bizə  məlumdur ki, Aslan bəyin ya-
ratdığı yerli hökumət heç bir təmənna güdməyən, yalnız öz 
xalqının mənafeyi uğrunda barışmaz mübarizə aparan, bir 
əqidəsi, bir amalı olan savadlı, ziyalı insanlardan ibarət idi, 
Nəriman Nərimanovun yaratdığı yerli hakimiyyət üzvləri isə 
cinayətləri tam sübuta yetirilmiş, xəyanətlərdə əli olan, təmiz 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
159
və namuslu insanlara qara yaxmaq, şər atmaq yolunu tutan və 
törətdiyi cinayətlərə görə Aslan bəyin komandası  tərəfindən 
cəzalandırılan adamlardan ibarət idi.  
Nəriman Nərimanov nədən birincilərə deyil, ikincilərə – 
cinayətkarlara üstünlük verir, onlara etimad göstərirdi? Çünki 
onun özü də o əqidənin sahibi, karyera xəstəliyinə tutulmuş 
bir kommunist idi. Nəriman Nərimanovun komissiyası bir də 
onu qeyd edirdi ki, yerli hakimiyyətdə olan bəylər hökuməti 
əvvəlki kimi müsavatsayağı idarə edirlər. Onlara sual vermək 
lazım idi ki, müsavatsayağı idarəçilik nə deməkdir ki? Bizim 
düşüncələrimizə görə daha ədalətli idarə etmək, daha  demok- 
ratik formada üsul-idarə yaratmaq. Əgər o idarəçilk ədalətsiz 
idisə bəs onda bu gün nə üçün fəxr edirik ki, indiki müstəqil 
Azərbaycanımız 1918-1920-ci illərdə  Şərqdə ilk dəfə qurul- 
muş demokratik dövlətin (hakim partiyası müsavat olan) 
varisidir. Aslan bəy də ittihamedici məruzəsinin sonunda ya- 
zır ki, əgər biz bütün gücümüzü, səylərimizi, enerjimizi bu 
quruluşun saxlanmasına sərfediriksə bunu yalnız o düşüncə 
ilə edirik ki, bu quruluş xalqı xoşbəxtliyə  və xilasa aparır. 
Buradan da açıq-aydın göründüyü kimi, Aslan bəy aldandı- 
ğını etiraf edir və  sətiraltı  mənada bildirir ki, bu quruluş 
demokratiya, bərabərlik,  ədalət maskası altında qurulan 
fırıldaqçı və riyakar bir quruluşdur.    
Eyni zamanda onu da bildirir ki,  həmin Qızıl Ordunun  
28-ci diviziyası ilə birlikdə daşnaklara qarşı vuruşub və 
həmin diviziyanı ölümdən qurtarıb.  İndi Nərimanov onun 
üzərinə qızıl ordu əsgərlərini göndərir. Aslan bəy bildirir ki, 
Xudabaxış  bəyin azad olunması barədə kommunist partiyası 
rəy verib. Onun azad edilməsi haqqında qəzanın bütün məsul 
işçiləri  Şuşa siyasi bürosu qarşısında tələb qoyublar. Az keç- 
dikdən sonra Xudabaxış  bəy azad olunur və onun günahsız 
olduğu sübuta yetirilir. Buradan nə nəticə çıxarmaq olar?  Bu 

Фаиг Абдуллайев____________________________________  
 
160
günahsız insanın tutulmasına imza atmış yerli kommunistlər- 
Savalan  Şirinov, Nəzər Heydərov, Mirzə Muxtar Bayramov 
və qeyriləri özləri cinayətkar deyillərmi? Vəzifə tutmaqdan 
ötəri hər cür xəyanətlərə  əl atmış bu elementlər nə vaxtsa 
arxivlərin açılacağını, həqiqətin bir gün üzə çıxacağını və on- 
ların ifşa olunacaqlarını ağıllarına belə gətirməzdilər. 
Zaman ən böyük hakimdir! O qəhrəmanları ittiham edən- 
ləri bu gün zaman özü ittiham edir. Ən  ədalətli ittiham isə 
zamanın ittihamıdır. Təkcə onu demək kifayətdir ki, Aslan 
bəyin  əvvəlcədən məruzəsində söylədiklərinin hamısını za- 
man təsdiq etdi. Aslan bəy sonra bildirir ki,  o ki qaldı mənim 
xidmətlərim haqqında bu barədə xahiş edirəm ki, məlumatları 
qərəzsiz insanlardan alasınız. Mənimlə birgə vuruşmuş insan- 
lardan. 28-ci diviziyanın komandanı  general Semyonov baş- 
da olmaqla ardıcıl olaraq alay komandirlərinin adlarını sada- 
layır. Bundan sonra göstərir ki, 15-i iyuldan 20-si noyabra 
qədər mən bu yoldaşlarla birlikdə daşnaklara qarşı  fədakar- 
lıqla, canımı belə əsirgəmədən vuruşmuşam. Dəfələrlə həya- 
tımı risqə ataraq ölüm təhlükəsi ilə üzləşmişəm. Qafandakı 
mis zavodunu alarkən isə başımdan yaralanmışam və Gorus- 
da hərbi xəstəxanada yatmışam. Bu barədə 28-ci diviziya 
komandanlığından arayışım var”.  
Bu yerdə bir məsələyə diqqət yetirək. Başından yara almış 
Aslan bəy  heç nədən çəkinmədən daşnak yuvasının mərkəzi 
sayılan Gorusdakı hərbi xəstəxanada müalicə alır. Ona xəbər- 
darlıq edilsə  də ki, sənin həyatın üçün burada təhlükə ola 
bilər, o bunlara əhəmiyyət vermədən məhz Gorusda müalicə 
alır. O zaman  bu hərəkət böyük cəsarət tələb edirdi. 
Qızıl ordu Zəngəzurun sərhədlərindən geriyə çağırıldıq-
dam sonra mənim fəaliyyətimə yüksək qiymət verildi və 
mənə böyük etimad göstərildi. Mən Qarabağın  və Zəngəzu-
run fövqəladə komissarı təyin edildim.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
161
“O zamandan bəri mənim fəaliyyətim və  səylərim 
nəticəsində  qəzada tam inqilabi qayda-qanun hökm sürürdü. 
Mən olmasaydım ərzaq payını və əmək haqqını ala bilməyən 
milis  əməkdaşları çoxdan vəzifələrindən imtina edərdilər. 
Mən onlara maaş  əvəzinə xoş  vədlər verirəm. Sanki bütün 
bunları etmək onların alın yazısı imiş.  
 Mən onları ordunun gələcəyi və  hər  şeyin tezliklə yaxşı 
olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti  davam et- 
mələri üçün saxlayıram. Bir tərəfdən də Fars-İran xanları, 
daşnaklar və daxili zərərli elemenlərə  qarşı rahatlıq  və dinc- 
lik bilmədən mübarizə aparıram”. 
Bu məsələni təhlil etməyə çalışaq. Aslan bəy bu fikirləri ilə 
mərkəzdə oturanların diqqətinə çatdırır ki, yuxarıda saydıq- 
larımı (ərzaq, filan) siz etməliydiniz, sizin yerinizə də bunları 
mən etdim.  
Aslan bəyin bu ittihamedici bəyənatı  mərkəzi hökumətdə,  
Azərbaycan İnqilab Komitəsində Nəriman Nərimanovun işti- 
rakı ilə oxunsa da bu məsələlərə ədalətli qiymət verilməmişdi. 
Sonra Aslan bəy bildirir ki, nəticədə  mən təxribat və yalan 
məlumatlar əsasında vəzifəmdən uzaqlaşdırılmışam
“Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar 
əsasında mən haqsız,  ədalətsiz olaraq  tutduğum vəzifədən 
azad edilmişəm. 
Mərkəzi hakimiyətin mənə qarşı etdiyi bu haqsızlıqdan 
özümü son dərəcə incimiş  hesab edirəm və bütün bunların 

Фаиг Абдуллайев____________________________________  
 
162
müqabilində yalnız bircə xahişim var: mənim fəaliyyətimi 
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin 
komissiya mənim fəaliyyətim haqqında  mərkəzə ötürülən 
məlumatların nə  qədər yalan və böhtan olduğunu müəyyən-
ləşdirsin.  Eyni zamanda qeyd edim ki, bizim fəaliyyətimiz 
Sovet hakimiyyəti üçün də  dəyərli olub. Biz bu hökumətin 
mərkəzdən gələn nümayəndələrinin bizi  inandırdığına,  ən 
əsası da xalqımızın  ən qatı düşməni olan daşnaklara qarşı 
birgə müharibə aparmağı  təklif etdikləri üçün bu hakimiy- 
yətin fəhlə-kəndli hökuməti olduğunu və  demokratik olduğu- 
na bizi inandırmaq üçün yerli hökuməti qurmağı da  qəzanın 
insanlarının özlərinə  həvalə olunması bu quruluşun tam de- 
mokratik  bir quruluş olmasına inam yaratmışdı. Hansı ki, 
müsavat hakimiyyəti dövründə yerli hökumət  mərkəzdən 
təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı müqavi- 
mət göstərmədən razılığa gəldik və yerli qəza hökumətini 
qurduq. Bu gün də biz bütün gücümüzü və enerjimizi yeni 
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu 
quruluş bizimçün əlverişlidir və milləti xoşbəxtliyə və xilasa 
aparır. Elə olmasaydı xalq asanlıqla ona az qala qızıl dağlar 
vəd edən daşnak hökumətinə  etimad göstərədi. 
Ona görə  də  Mərkəz  bizim fəaliyyətimizi qiymətləndir- 
məli  və    dəyər verməlidir. Dəqiqləşdirmə aparmadan suyu 
bulandırdıqdan sonra  bulanıq suda balıq tutmaq istəyənlərin 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
163
məkrli və  qərəzli fikirlərinə  əsaslanıb bizim fəaliyyətimizə 
ləkə salmaq o qədər də asan deyil.  
Xahiş edirəm ki, mənim faktlara əsalanan məlumatlarımı  
Azərbaycan Mərkəzi  İnqilab Komitəsinin Ümumi iclasında  
oxuyub müzakirə edəsiniz.  
Qəza Milis İdarəsinin rəisi A. Sultanov.” 
 
**** 
Bir məsələni də qeyd etmək lazımdır ki, fövqəladə 
komissar Qarabağ və Zəngəzurun bütün orqanlarına rəhbər- 
lik edən  şəxs sayılırdı. Aslan bəy məruzəsində göstərir ki, 
mən bütün Qarabağın və Zəngəzurun fövqəladə komissarı tə- 
yin edildim. Eyni zamanda Qubadlı  qəzasının və aran 
Zəngəzurun da milis rəisi oldum. Qarabağ və Zəngəzurun ali 
hakimiyyətinə rəhbərlik etməklə bütün bu orqanlara  rəhbər- 
lik edir. Ancaq Zəngəzur qəzası düşmənlə sərhəddə olduğuna 
görə daşnak hökumətinə qarşı birbaşa üz-üzə dayandığına 
görə milis də o vaxtın  əsas hərbi gücü hesab edildiyindən 
Zəngəzur qəza milis idarəsini o heç kəsə etibar etməmiş  və 
özü birbaşa idarə etmişdi. 
Bir dəfə Əli Şərifova etibar olunmuş, amma onun fəaliyyə- 
tində cinayətləri və  xəyanətləri üzə  çıxmışdır. O hadisədən 
sonra Aslan bəy Sultanov o vəzifənin məsuluyyətini heç kəsə 
etibar etməmişdir. 

Фаиг Абдуллайев____________________________________  
 
164
XXX 
 
Onun göstərişi  ilə qəza milis idarəsinin keçmiş rəisi, ya- 
rım milyona qədər dövlət pulunu mənimsəməkdə, bu barədə 
İnqilab komitəsinə heç bir hesabat verməyən və çoxsaylı 
şikayətlərdə günahkar bilinən  Əli bəy Şərifov, eləcə də Xan- 
lıq sahəsinin İnqilab Komitəsinin sədri Yusif Yusifov çoxsay- 
lı  şikayətlər və cinayətkar  əməllərdə ittiham olunaraq  həbs 
ediliblər. Həmçinin özünü partiya işçisi kimi qələmə verən, 
əslində isə  fırıldaqçı və sabotajçı kimi tanınan  Mirzə Muxtar 
Bayramovun cinayətkar  əməllərini ifşa etmişdir (kommunist 
partiyasından arayış  təqdim edilib ki, o partiya üzvü deyil). 
Bu  əməllərin ifşa olunduğunu hiss etdikdə Mirzə Muxtar 
Bayramov hakimiyyətin onu  cinayətkar əməllərinə görə cə- 
zalandıracağını bilərək qaçıb canını qurtara bilmişdir.  
Xudabaxış  bəy Sultanovun həbsdən azad edilməsi barədə 
Kommunist Partiyasının bütün üzvləri rəy verib.  
Qəzanın kommunist partiyası üzvləri olan bütün məsul 
işçiləri  Şuşa Siyasi Bürosuna onun azad edilməsi barəsində 
müraciət ediblər.   
O ki, qaldı  mənə, mənim xidməti fəaliyyətimə, xahiş 
edirəm ki, o barədə  qərəzsiz insanlardan məlumat alasınız:  
1)  28-ci diviziyanın 84-cü briqadasının komandiri yoldaş 
general Semyonovdan, 2) Hərbi komissar yoldaş  Korkoven-
kodan,  3)  Qərargah rəisi Mızrıkovdan,  4)  Hərbi komissar 
Çernikovskidən,  5) Briqada yavəri Fyodorovdan, 6)25-ci  
alayın komandiri Kopiyankadan, 7)252-ci alayın komandiri 
Qornostayevdən,  8)  251-ci alayın keçmiş komandiri, onun 
köməkçisi Parsadanovdan, 9)252-ci alayın  Şuşadakı keçmiş, 
250-ci alayın hazırkı komandiri Çelovdan, 10)  252-ci alayın 
keçmiş komandiri yol. Veyçexovskidən, 11) 28-ci diviziyanın 
rəisi Nesterovskidən. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
165
İyulun 15-dən noyabrın 20-dək mən adları  çəkilən 
yoldaşlarla çiyin-çiyinə  həyatımı əsirgəmədən  fədakarcasına 
vuruşmuşam. Mis zavodunu  (müəl: Kafanda yerləşir)  ələ 
keçirmə  əməliyyatında daşnaklar tərəfindən başımdan yara- 
lanmışam və Gorusdakı  hərbi xəstəxanada müalicə olunmu- 
şam. Bu barədə 28-ci diviziyanın 84- cü briqadasının verdiyi  
tibbi  arayış hal-hazırda özümdə saxlanılır. 
Qırmızı ordu heyəti Zəngəzur sərhədlərindən geri çağırıl- 
dıqdan sonra  mən Zəngəzurun və Qarabağın fövqəladə ko- 
missarı, eləcə də Qubadlı Qəzasının və aran Zəngəzurun milis 
idarəsinin rəisi vəzifəsinə  təyin olunmuşam (müəl: o dövr 
üçün mərkəzi Şuşa olan  Zəngəzurun və Qarabağın fövqəladə 
komissarı generel vəzifəsi idi.) Mərkəzin hansı fəaliyyətlərinə 
görə hakim partiyası sayılan kommunist partiyası üzvü 
olmayan Aslan bəy Sultanova bu qədər etimad göstərməsi 
haqqında daha ətraflı növbəti fəsillərdə  məlumat verəcəyik. 
Bircə bunu deməklə kifayətlənirik ki, onun düzgün hərbi 
planı, döyüş taktikası  və  həmçinin qeyri-adi sərkərdəlik 
istedadı 28-ci diviziyanın bütün heyətini Ersevənnik kəndin- 
də Nijdenin, Dronun mühasirəsindən çıxartmış  və onların 
həyatlarını ölümdən xilas etmişdir. Andronikin Gorusda ya- 
ratdığı daşnak hökumətini məhv etdiyinə görə  28-ci diviziya- 
nın komandanlığı tərəfindən verilən təqdimata əsasən mərkəz 
tərəfindən alternativsiz olaraq Qarabağ  və  Zəngəzurun föv- 
qəladə komissarı  vəzifəsinə  təyin olunmuşdur və bu qali-
biyyəti əldə etdiklərinə görə Aslan bəy Sultanov, Semyonov 
və Çelov qızıl medalla təltif olunmuşlar. O zamandan bəri 
mənim fəaliyyətim və səylərim nəticəsində qəzada tam inqi- 
labi qayda-qanun hökm sürür. Mən olmasaydım ərzaq payını 
və  əmək haqqını ala bilməyən milis əməkdaşları çoxdan 
vəzifələrindən imtina edərdilər. Mən onlara maaş əvəzinə xoş 
vədər verirəm. Sanki bütün bunları etmək onların alın yazı- 

Фаиг Абдуллайев____________________________________  
 
166
sıdır. Mən onları ordunun gələcəyi və hər şeyin tezliklə yaxşı 
olacağı ilə ruhlandıraraq bu yolla onları xidməti  davam etdir- 
mələri üçün saxlayıram. Bir tərəfdən də Fars xanları, daşnak- 
lar və daxili zərərli elementlərə    qarşı rahatlıq  və dinclik 
bilmədən mübarizə aparıram. 
Mərkəzə verilən yalan və böhtan dolu məlumatlar əsaında 
mən haqsız olaraq  tutduğum vəzifədən azad edilmişəm. 
Mərkəzi hakimiyyətin mənə qarşı etdiyi bu haqsızlıqdan 
özümü son dərəcə incimiş  hesab edirəm və bütün bunların 
müqabilində yalız bircə xahişim var: mənim fəaliyyətimi 
araşdırmaq üçün qərəzsiz komissiya təşkil edilsin. Qoy həmin 
komissiya mənim fəaliyyətim haqqında  mərkəzə ötürülən 
məlumatların nə  qədər yalan və böhtan olduğunu müəyyən-
ləşdirsin.  Eyni zamanda qeyd edim ki, bizim fəaliyyətimiz 
Sovet hakimiyyəti üçün də  dəyərli olub. Biz bu hökumətin 
mərkəzdən gələn nümayəndələrinin bizi  inandırdığına və ən 
əsası da xalqımızın  ən qatı düşməni olan daşnaklara qarşı 
birgə mübarizə aparmağı təklif etdikləri üçün və bu hakimiy- 
yətin fəhlə-kəndli hökuməti olduğunu və  demokratik olduğu- 
na bizə inandırmaq üçün yerli hökuməti qurmağı da qəzanın 
insanlarının özlərinə  həvalə olunması bu quruluşun tam de- 
mokratik  bir quruluş olmasına inam yaratmışdı. Hansı ki, 
müsavat hakimiyyəti dövründə yerli hökumət  mərkəzdən 
təyin edilirdi. Bütün bunlardan sonra heç bir silahlı müqavi- 
mət göstərmədən razılığa gəldik və yerli qəza hökumətini 
qurduq. Bu gün də biz bütün gücümüzü və enerjimizi yeni 
quruluşun saxlanması üçün yalnız ona görə sərf edirik ki, bu 
quruluş bizimçün əlverişlidir və milləti xoşbəxtliyə və xilasa 
aparır. Elə olmasaydı xalq asanlıqla ona  qızıl dağlar vəd 
edən daşnak hökumətinə  etimad göstərədi. 
Ona görə  də  Mərkəz  bizim fəaliyyətimizə qiymətləndir-
məli  və dəyərləndirməlidir. Dəqiqləşdirmə aparmadan   suyu 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
167
bulandırdıqdan sonra  bulanıq suda balıq tutmaq istəyənlərin 
məkrli və  qərəzli fikirlərinə  əsaslanıb bizim fəaliyyətimizə 
ləkə salmaq o qədər də asan deyil.  
Xahiş edirəm ki, mənim faktlara əsalanan məlumatlarımı  
Azərbaycan Mərkəzi  İnqilab Komitəsinin Ümumi iclasında  
oxuyub müzakirə edəsiniz.  
Qəza Milis İdarəsinin rəisi A. Sultanov. 
 
Yeri gəlmişkən demək lazımdır ki, 1921-ci ildə  qəza 
hökumətinin rəhbərliyinin hamısının Sultanov olması 
Aslan bəyin  ətrafına  ən inandığı adamları  yığması  mərkəz 
tərəfindən ona verilmiş fövqəladə səlahiyyətlə bağlı idi. 
Xudabaxış  bəyin böhtanla həbs olunmasına imza atan 
kommunistlər ay yarımdan sonra eyni imzanı onun azad 
olunması haqqında sənədə atdılıar. Xudabaşıx bəyin 
günahsızlığı tam olaraq isbat olundu. Lakin ona şər atan, 
onun həbsini istəyənlər və bu barədə müraciətlərə imza 
atanların  şər və böhtana görə  cəzalandırılmaması  nə ilə 
bağlı idi? Onlar Nərimanova Zəngəzurun ermənilərə ve- 
rilməsi guya ki, yerli əhalinin  öz tələbi və istəyi  ilə oldu 
donunu geyindirməkdə lazım olan qüvvələr idilər.  
Narazılıq dalğasının artdığını görən mərkəzi hakimiyyət 
yeni yaranmış yerli hökumətdə Aslan bəyi qəza hərbi 
komissarı vəzifəsinə - Xanlıq qəza komissarı vəzifəsinə təyin 
etsələr də Aslan bəy hakimiyyətdən incimiş, küsmüş halda 
məzuniyyətə getmişdir. Bu zaman mərkəzdən cürbəcür vəzi- 
fəli şəxslər qəzaya gələrək o zamankı qəzanın icrayyə komi- 
təsinin yeni təyin olunmuş  sədri Hüsü Hacıyevin vasitəsiylə 
Aslan bəylə görüşləri olmuş, onu yola gətirməyə çalışmışlar. 
 Bu barədə Savalan Şirinov sonralar öz xatirələrində deyir- 
di ki, mərkəzdən gələn vəzifəli adamları Hüsü Hacıyev qəbul 
etdi və onlar təklif etdilər ki, Aslan bəyi bura çağıraq və onu 

Фаиг Абдуллайев____________________________________  
 
168
öz tərəfimizə çəkək. Yeni hökumətin reallığını ona başa salaq 
ki, o bizimlə olsa yaxşı olar. Aslan bəyi öz tərəflərinə çəkmək 
üçün cürbəcür təkliflər ediblər. Hüsü Hacıyev bildirib ki, biz 
Aslan bəyi bura dəvət etməliyik, o bu yerlərin əfsanəvi qəhrə- 
manıdır, onun bir barmağının işarəsiylə bizi havaya sovurar- 
lar.  
Onlar Aslan bəylə görüşmüş onu kommunist partiyası 
sıralarına daxil olmağa, Mərkəzi hökumətlə barışmağa və 
bunun müqabilində Mərkəzə daha böyük vəzifəyə irəli çəkil- 
məsi vəd olunmuşdur. Aslan bəy isə bildirmişdi ki, mən 
hərbçiyəm, heç bir partiyanın üzvü olmayacağam, nə  qədər 
ömrüm varsa onu xalqımın daxili və xarici düşmənlərinə 
qarşı mübarizəyə  həsr edəcəyəm. Bundan sonra Aslan bəy 
gələnlərə etiraz şəklində bir qədər də əsəbi tonda bildirib ki, 
artıq heç kəsə inanmım qalmayıb. Mərkəzi  Xanlıq olan (Qu- 
badlının kəndi) yeni yaradılmış  qəza hökuməti az keçmə- 
dən yeni bir böyük təhlükə ilə üzləşdi. 1922-ci ili oktyabrın 
18-də  Bəhlul  əfəndi Qoçu Təhməzin başçılıq etdiyi silahlı 
dəstəylə  qəza mərkəzi olan Xanlığı tutdu. Qəzanın bütün 
rəhbərləri qəza mərkəzindən qovuldu. 
Bir məsələni də qeyd etmək lazımdır ki, bu hadisəni törə- 
dən Bəhlul  əfəndi  İranda təhsil almışdı, qəzanın da 35 
kilometr  ərazisi  İranla sərhəddə yerləşir.  İran tərəfindən də 
dəfələrlə  təkliflər olmuşdur ki, Zəngəzurun qalan hissəsinin 
əhalisi onlarla birləşsin. Bu fikri Azərbaycan Respublikası 
Prezident Aparatının Siyasi Sənədlər arxivi fond 1, siyahı 2, 
iş 105 qrifi ilə qorunub saxlanan arxiv sənədi təsdiq edir. 
Yoxsa 500-600 silahlı atlı ilə  Bəhlul  əfəndi Azərbaycana 
necə meydan oxuya bilərdi?!  Əlbəttə  ki, onun arxasında 
güclü bir dövlət durmasaydı. Günlər keçdikcə  Bəhlul 
əfəndinin və Qoçu Təhməzin tərəfdarları artmağa başladı. 
Qəza hakimiyyəti tamailə  Bəhlul  əfəndi və Qoçu Təhməzin 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
169
hakimiyyəti altına düşdü. Bu hadisələri öz gözləri ilə görən 
kənd ağsaqqalı  Şəmil  kişinin oğlu  İman müəllim  şəxsi 
görüşümüzdə atasının xatirələrini  əsas götürərək bir daha 
bildirdi ki, deyilənlərə görə  Qəzada otuz bir gün haki- 
miyyət Bəhlul əfəndi ilə Qoçu Təhməzin hakimiyyəti altında 
olub. 
Vəziyyətin nəzarətdən çıxdığını  və getdikcə  Bəhlul  əfən- 
dinin dini çağırışlarına səs verənlərin sayının artması mərkəzi 
hakimiyyəti qorxuya salmışdı. Bu hadisə tarixə Xanlıq üsya- 
nı adı altında daxil olmuşdur. Həmin tarixi hadisənin işti- 
rakçılarından biri olan, hadisələr zamanı  qəza mərkəzindən 
qovulan rəhbər işçilərin arasında olan Nəzər Heydərov öz 
kitabında hadisələri təhrif edərək belə qələmə verir: “Bəhlul 
Əfəndi Qoçu Təhməzin rəhbərlik etdiyi hərbi qüvvələrlə qəza 
mərkəzi olan Xanlığı tutur. Qəzanın bütün rəhbərləri qəza 
mərkəzindən qovulur. Qoçu Təhməz qəza mərkəzini götür-
dükdən sonra bir-neçə silahlı atlı ilə mənim evimi mühasirəyə 
almışdı. Qoçu Təhməz ancaq bilmirdi ki, mən qaçıb  canımı 
qurtarmışam”. Göründüyü kimi, Nəzər Heydərov qaçdığını 
etiraf edir, amma həmişə olduğu kimi kimin gəlib bu üsyanı 
yatırması barədə, Qoçu Təhməzi kimin öldürdüyü barədə heç 
nə yazmır. Bəs  əslində hadisələr necə olmuşdu? Bəyalı 
Safaoğlu “Azərbaycan Gəncləri” qəzetinin 28 iyun 1990-cı il 
tarixli nömrəsində çap olunmuş “Özümlə oynadığım şahmata 
güldüm...” adlı məqaləsində Savalan Şirinova istinad edərək 
yazır: “Qubadlının milis idarəsinin rəisi vəzifəsindən sonra 
onu mərkəzi Xanlıq olmaqla yeni yaradılmış hökümətdə qə- 
zanın hərbi komissarı təyin edirlər. Aslan Sultanov məzuniy- 
yətdə olarkən qəzanın mərkəzi Xanlıq kəndində üsyan baş 
verdi. Yeni hökümət başçıları qəza mərkəzindən qovuldular. 
Bu xəbər Aslan bəyə Mac kəndində çatdırıldı.  İstirahətdən 
yarımçıq qayıdıb zor gücünə üsyanı yatırtdı.” Məqalədə haq- 

Фаиг Абдуллайев____________________________________  
 
170
qında söhbət gedən Xanlıq üsyanına ümumi rəhbərliyi Bəhlul 
Əfəndi, hərbi qüvvələrə başçılığı isə Qoçu Təhməz etmişdir. 
Həmin bu döyüşdə Aslan bəy Qoçu Təhməzi öldürərək 
üsyanı yatırtmış və yerli qəza hakimiyyətini bərpa etmişdir. 
Çətin vəziyyətə düşən mərkəz yeni bir hiyləyə əl atır. Mər- 
kəzdən Aslan bəyə yeni müraciətlər olmuş, Aslan bəylə danı- 
şıqlar başlanmışdır. Mərkəzi hökumət Aslan bəyə üz tutaraq 
Azərbaycanın parçalanmasının qarşısının alınmasında kömək 
etməyi ondan xahiş etmişdir. Savalan Şirinovun dediyinə 
görə mərkəzi hökumət ehtiyat edirdi ki, birdən Aslan bəy də 
qəza hakimiyyətini faktiki olaraq əlinə almış Qoçu Təhməzlə 
birləşə bilər. O halda qəzada vəziyyət daha da gərginləşər. 
Mərkəzdən gələn nümayəndələr o zaman qəza icraiyyə komi- 
təsinin sədri vəzifəsini daşıyan Hüsü Hacıyevlə görüşürlər. 
Hüsü Hacıyevə yaranmış  vəziyyəti müzakirə etmək üçün 
Aslan bəyin qəza mərkəzinə çağrılmasını tövsiyə edirlər. 
Hüsü Hacıyev isə mərkəzdən gələn səlahiyyətli adamlara bil- 
dirir ki, biz onu bura dəvət etməliyik. Aslan bəy bu diyarın 
əfsanəvi qəhrəmanıdır, bir barmağının işarəsiylə bizim külü- 
müzü göyə sovurarlar. Aslan bəy dəvəti qəbul edir və  qəza 
mərkəzində danışıqlar başlayır. Mərkəzdən gələnlər vəd edir- 
lər  ki, hər şey ədalətlə həll olunacaq və Zəngəzur məsələsinə 
də yenidən ədalətlə baxılacaq. Şəxsən Nəriman Nərimanovun 
ona müraciət etdiyi bildirilir: “Aslan bəy Azərbaycanın 
parçalanmasının qarşısını almaq üçün bütün hərbi gücünüz- 
dən və nüfuzunuzdan istifadə etməyinizi sizdən xahiş edi- 
rik”.Aslan bəy mərkəzin bu çağırışına müsbət cavab verərək 
nəyin bahasına olursa olsun Azərbaycanın parçalanmasının 
qarşısını almaq məqsədiylə özünə sadiq bütün hərbi qüvvələri 
ayağa qaldırdı və hərbi əməliyyat planını hazırladı. İlk olaraq 
Qoçu Təhməzin yanına bir-neçə adam göndərdi və bildirdi ki, 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
171
müqavimət göstərmədən ona qəza mərkəzindən çıxıb getmə- 
yini məsləhət görür. O Qoçu Təhməzə başa salmağa çalışır 
ki, bu gün heç bir ad altında Azərbaycanın parçalanmasına 
yol vermək olmaz. Aslan bəy Qoçu Təhməzə vaxtilə səmimi 
münasibətdə olduqlarını xatırladaraq əvvəlcədən onun yanına 
adamlarını göndərməyə üstünlük vermişdir. Ancaq Qoçu 
Təhməz onun təklifi ilə razılaşmamış və cavab olaraq bildir- 
mişdir ki, “Aslan bəy mənim də sizə böyük hörmətim var, 
ancaq təəsüf ki, bundan sonra yollarımız ayrıldı. Bu yolda ya 
sənə verən Allah, ya da mənə...!” 
Qoçu Təhməzin bu hərəkəti onun sonrakı faciəsi ilə 
nəticələnmişdi. Aslan bəy dərhal hərbi qüvvələri səfərbər 
edərək qəza mərkəzi olan Xanlığa hücum edir. Ağır döyüşlər 
başlanır. Aslan bəy çox keçmədi ki, ona hücum edərkən uzaq 
məsafədən sərrast atəşlə Qoçu Təhməzi alnından vurdu. Qoçu 
Təhməz isə can üstə olduğu halda ətrafındakılardan xahiş 
etmişdir ki, mənin xahişimi Aslan bəyə çatdırın. Bu xahiş də 
ondan ibarət idi ki, Qoçu Təhməz Aslan bəydən xahiş edirdi 
ki, məni özünüz dəfn edin, gədə-güdə  məni atın quyruğuna 
bağlayıb sürüyüb beiman etməsin”. Qoçu Təhməz  əslində 
Aslan bəyin  şəxsiyyətinə yaxından bələd olduğu üçün bu 
müraciəti ona etmişdi. Qoçu Təhməzin vəsiyyəti Aslan bəyə 
çatan kimi dərhal göstəriş veririr ki,  onu bütün  qayda-qa-
nunlara əməl olunaraq hörmətlə torpağa tapşırsınlar. Baxma-
yaraq ki, Qoçu Təhməz hücum etdiyi zaman ilk güləni Aslan 
bəyə özü atıbmış. Ancaq Aslan bəyin fitri hərbi istedadı bu 
dəfə  də onu xilas etmişdi. Qoçu Təhməz ilk gülləni atsa da 
Aslan bəy atın altından fırlanıb çıxaraq Qoçu Təhməzi 
alnından vurmuşdu. 

Фаиг Абдуллайев____________________________________  
 
172
Aslan bəyin Qoçu Təhməzi dəfn etdirməyi Zəngəzur 
qəzasında əhali arasında birmənalı qarşılanmamışdı. Əslində  
onun bu əməli bəyliyin, kişiliyin, mərdliyin fəlsəfəsini açırdı. 
Beləliklə, Xanlıq üsyanı da Aslan bəyin hərbi gücü və 
taktikası əsasında dəf edilir və qəzada hökumət bərpa olunur. 
Bu hərəkatı yatırdığına görə  mərkəz tərəfindən Aslan bəy 
mükafatlandırılır. Ancaq əfsuslar olsun ki, əlimizdə olan 
arxiv sənədləri təsdiq etdiyi kimi, Aslan bəyin əmisi oğlu və 
qəzada kommunist rəhbərlərindən biri olan Abbas Sultano- 
vun mərkəzə göndərdiyi yazılı məlumatlarda bu üsyanı məhz 
Aslan bəyin yatırdığı, üsyanın rəhbəri Qoçu Təhməzin  şəx- 
sən Aslan bəy tərəfindən öldürüldüyü barədə heç nə yazılmır. 
Abbas Sultanov, Nəzər Heydərovun bu hərəkətləri Çingiz 
İldırımın xeyir-duası ilə olsa da əslində bu bizim gerçək tari- 
ximizə qarşı xəyanət idi. Başqa sözlə desək, 
bu növbəti dəfə  “şirlərin ovuna çaqqalların sahib çıxması” 
demək idi. 
Nəzər Heydərov kitabında yazır: “Döyüş zamanı Qoçu 
Təhməz bizim tərəfə hücuma keçərkən döyüşçülərimiz 
tərəfindən vuruldu və çox keçmədi ki, ağ atın belində  həlak 
oldu”. İnsan vicdanına nə qədər xəyanət edər, nə qədər yalan 
danışar? Belə yerdə deyirlər ki, “Utanmasan oynamağa nə var 
ki?” Göründüyü kimi Aslan bəyin bu xidmətinin də üstündən 
xətt çəkərək bunu öz adlarına çıxarırlar. Hansı ki, Nəzər 
Heydərov kitabında səhifə 176-da döyüş zamanı qaçıb 
gizləndiyini özü də etiraf edir. Bəs nədən Nəzər Heydərov 
onun qaçıb gizləndiyi vaxtda kimin gəlib hərəkatı yatırmağını 
və Qoçu Təhməzi kimin vurduğunu yazmır? Bu dəstənin fəal 
üzvü Savalan Şirinov 1984-cü ildə Qubadlıdakı məktəbin 100 
illik yubuleyində  iştirak edərkən bu üsyanın Aslan bəyin 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
173
yatırdığını, eyni zamanda üsyana rəhbərlik edən Qoçu 
Təhməzi  şəxsən öldürməsini bütün rayon ictimaiyyəti 
qarşısında bəyan etmişdir. Bu barədə lent yazısı da olub və 
çox  əəsüf ki, hal-hazırda həmin lent yazısının axtarışları bir 
nəticə vermir. 
Aslan bəyin bu fəaliyyətini–Azərbaycanın parçalanma-
sının qarşısını almasını da yetərli kompariya üzvləri öz 
fəaliyyətləri kimi qələmə veriblər. Bu yerdə zamanın süzgə- 
cindən keçərək zərb məsələ çevrilmiş bir fikri xatırlamaq 
yerinə düşər: “Kimin kim olduğunu yalnız zaman və tarix 
təyin edir. Heç bir  hakimi-mütləq, heç bir məhkəmə kimin 
kim olduğunu təyin edə bilməz. Kimin qəhrəman, kimin xain 
olduğunu ancaq və ancaq tarix və zaman  müəyyən edir”. Bu 
hadisələrə bu günün prizmasından baxdıqda bu sözlərin nə 
qədər həqiqət olduğunun  şahidi oluruq. Zaman və tarix o 
qəhrəmanları ittiham edənlərin bu gün özlərini ittiham edir. 
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin