26 fevral xocali soyqirimi güNÜDÜR 1992-ci ilin fevralında



Yüklə 131,8 Kb.
Pdf görüntüsü
tarix06.09.2017
ölçüsü131,8 Kb.
#29029

        26 FEVRAL XOCALI SOYQIRIMI GÜNÜDÜR 

 

1992-ci  ilin    fevralında  tarixdə  görülməmiş  qətliam  baş 

verdi.Türkləri  özlərinin  əbədi  düşməni  hesab  edən  ermənilər, 

məskunlaşdıqları  türk  torpaqlarında  insanlığa  xas  olmayan  vəhşiliklər 

törətməklə,  Xocalı  adlı  bir  yurd  yerini  yer  üzündən  tamamilə  sildilər. 

İnsanları  amansızlıqla  qətlə  yetirdilər,  əsir  götürdülər,  şəhər  isə  oda 

qalandı.Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi idi. 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni silahlı qüvvələri 

və keçmiş sovet 366-ci motoatıcı alayı Xocalıya divan tutdu. Ən dəhşətli 

soyqırım  törədildi.  Buna  qədər  isə  Xocalı  erməni-daşnaqlar  tərəfindən 

tam  mühasirəyə  alınmışdır.Yollar  tamamilə  kəsilmiş,  Xocalı  taleyin 

ümidinə  buraxılmışdır.Halbuki  Xocalılar  ermənilərə  mərdliklə 

müqavimət 

göstərir, 

şəhəri 

çətinliklə 



də 

olsa 


qoruyub 

saxlayırdılar.Düşmən  elə  buna  görə  də  Xocalı  sakinlərini 

vəhşiliklə,qəddarlıqla və kütləvi surətdə qətlə yetirdi. 

Faciənin  miqyası  son  dərəcə  böyük  və  dəhşətli  idi.Ermənilər 

qadınlara  və  uşaqlara,  qocalara  və  xəstələrə  rəhim  etmədən  hamını 

güllələyərək süngüdən keçirdilər. 

Xocalı soyqırımının 20 ili tamam olur.Bu faciə zamanı böyük bir 

yaşayış  məntəqəsi  yer  üzündən  silinib,  azərbaycanlılara  qarşı  amansız 

soyqırımı  törədilib.  613  nəfər  qətlə  yetirilib,  1275  nəfər  əsir 

götürülmüşdür.  Qanunsuz  erməni  silahlı  qüvvələri  mühasirədən  çıxıb 

qaçmağa  müvəffəq  olmuş  azərbaycanlıları  milli  mənsubiyyətinə  görə 

yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər. 

Xocalıların  harayına  isə  kənardan  kömək  gəlmədi.  O  vaxt  Xocalı 

Aeroportunun komendantı Əlif Hacıyev və onun dəstəsi səhər saat 5  -ə 

qədər azğınlaşmış  rus hərbiçiləri  və  erməni  yaraqlıları  ilə vuruşdular.O 

bu  qanlı  döyüşdə    misilsiz  qəhrəmanlıqlar  göstərərək,  bir  dəstə  dinc  

Xocalı sakinini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxarmışdı. 

Əlif Hacıyev bir daha geri dönərək, yenidən döyüşə atılmış və bu zaman 

ağır yaralanmışdır. Vətənini, torpağını canından əziz bilən Əlif Hacıyev 

Xocalı faciəsi zamanı qəhrəmancasına şəhid olmuşdur. 

Azərbaycan  Respublikası  Prezidentinin  6  iyun  1992-  ci  il  tarixli 

831 saylı Fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğluna ölmündən sonra 

“Azərbaycanın  Milli  Qəhrəmanı”fəxri  adı  verilmiş,  və  Bakı  şəhər 

Şəhidlər Xiyabanında dəfn edilmişdir.2013-cü il iyun ayının 24-də Milli 

Qəhrəman  Əlif  Hacıyevin  anadan  olmasının  60  illik  yubileyi  tamam 

olur.Əlif Hacıyev və onun timsalında Xocalı soyqırımında şəhid olmuş 



oğullarımız  xalqın  qəlbində  əbədi  yaşayacaq  və  gənc  nəsilə  örnək 

olacaqdır. 

Xocalıya  hücüm  edən  erməni  dəstələri  ölkə  iqtisadiyyatına  170 

milyon  dollardan  artıq  ziyan  vurub.Şəhərin  toxuculuq  fabriki,  onlarla 

ictimai iaşə obyekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif dərəcəli 

əlilə  çevrilib.  Ermənilər  buna  görə  cavab  verməlidirlər.  Əgər  bunu  edə 

bilməsək, gələcək nəsillər bizi hec vaxt bağışlamayacaqdır! 

Azərbaycan  Milli  Məclisi  hər  il  fevralın  26-nı  “Xocalı  soyqırımı 

günü” elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da azərbaycan xalqı 

Xocalı  soyqırımının  qurbanlarının  xatirəsini  1  dəqiqəlik  sükutla    yad 

edir. 

Doğma  yurdlarından  didərgin  düşmüş  və  Azərbaycanın  48 



rayonuna  səpələnmiş  Xocalı  sakinləri  Dağlıq  Qarabağ  münaqişəsinin 

ədalətli  həlli,    Ermənistanın  Azərbaycana  qarşı  təcavüzünün  dəff 

edilməsi,  ölkənin  ərazi  bütövlüyünün  bərpa  edilməsi  ümidi  ilə 

yaşayırlar. 

Xocalı  soyqırımı  ilə  bağlı  xarici  kütləvi  informasiya  vasitələrinin 

əməkdaşlarının  qələmə  aldıqları  məqalələrin  sərgisi  keçirilib.  Bununla 

yanaşı,  “  Xocalı  uşaqların  gözü  ilə  ”  rəsm  sərgisi  və.s  böyük  tədbirlər 

təşkil  olunub.Xocalının  başına  gətirələn  müsübətlərin  dünya 

ictimaiyyətinə daha ətraflı çatdırmaq üçün “,İnqilab Vəlizadənin- Xocalı 

faciəsi”,  Əliağa  Cəfərlinin”  Xocalı  XX  əsrin  soyqırımı”,  Əsli 

Xəlilqızının  “Güllələnmiş  uşaqlar”,  Akif  Aşırlının  “Türkün  Xocalı 

soyqırımı  “  və  s.  adlı  kitabların  oxunması  vacibdir.Bütün  bunların  

gənclərdə vətənpərvərlik hisslərinin formalaşmasında böyük rolu vardır. 

“Xocalıya  ədalət!  ”-artıq  dünyada  bu  kampaniyaya  qoşulan  insanların 

sayı günü-gündən çoxalmaqdadır. 

Bu  gün  Dövlətimiz  və  şəxsən  Cənab  Prezidentimiz  zati-aliləri,  İlham 

Əliyev  cənabları  Xocalıda  baş  verən  qətliamın  bir  Soyqırımı  kimi 

dünyada  tanınması  üçün  böyük  səylər  göstərir.  Nəticəsi  odur  ki,  artıq 

dünyanın  bir  neçə  dövləti  o  cümlədən,  ABŞ-ın  bir  neçə  statı  Xocalı 

hadisələrini  bir  Soyqırımı  kimi  tanıyıb  və  bu  hadisələrə  siyasi  qiymət 

vermişlər. 

Harada 


yaşamağından 

asılı 


olmayaraq-Azərbaycanda, 

Azərbaycandan  kənarda  da  hərənin  gücü  nəyə  çatırsa,  Azərbaycan 

həqiqətlərinin-  Xocalı  həqiqətlərinin  təbliğ  edilməsi,  bütövlükdə 

Qarabağ  savaşında  şəhid,  əlil  olmuş,  yaralanmış  qəhrəmanlarımızın, 

ümumən Azərbaycan  xalqının başına gətirilən bütün müsübətlərin təbliğ 


edilməsi,  erməni  yalanlarının  qarşısının  alınması  istiqamətində  öz 

fəaliyyətini ortaya qoymalıdır. 

Tarix hec nəyi unutmur! 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 



 

Yüklə 131,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin