Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

94-cü  səhifədə isə Türkiyə dövlətinə  şər atır və yazır ki, 
guya 1918-ci ildə Türkiyə Brest sülh müqaviləsini pozaraq 

Фаиг Абдуллайев____________________________________  
 
146
Ermənistanın  ərazisini işğal edib və Ermənistanın içində iki 
qəza yaradıb: Eçmiədzin və İrəvan. 
Azərbaycanın  əzəli və  əbədi qardaşı olan Türkiyə dövlə- 
tinə böhtan atmaqla o, ermənilərin dəyirmanına su tökür. 
Hansı ki, tarixdən bizə məlumdur ki, həmin ərazilərin hamısı 
qədim Azərbaycan torpaqlarıdır. Göründüyü kimi, Aslan bə- 
yə böhtan atan Nəzər eyni zamanda Türkiyə dövlətinə, Pey- 
ğəmbər əfəndimizə də utanmadam böhtan atır. 
Yaşadığımız son tarix bir daha onu sübut etdi ki, bu millətin 
ən çox qəhrəmanlara ehtiyacı var.  
 
**** 
Bu yerdə Qubadlı Qəzası Milis İdarəsinin rəisi Aslan bəy 
Sultanovun 10 aprel 1921-ci il tarixində mərkəzə göndərdiyi 
ittihamedici məruzəsini təhlil etməyə çalışaq. 
İlk baxışdan insanlarda müəyyən qədər çaşqınlıq yarana 
bilər. Çünki məruzənin  əvvəlində Qubadlı  qəzasında sovet 
hökumətinin vəziyyətinin son dərəcə böhran içində olmasını 
qeyd edir. Aslan bəy Sovet Hökumətinin fəhlə-kəndli höku-
məti olduğna, daha demokratik bir quruluş olduğuna inanırdı. 
Bu fikirləri məruzəsinin sonunda işlətdiyi ifadələr də  təsdiq 
edir. O göstərir ki, biz bütün gücümüzü və səylərimizi bu qu-
ruluşun qorunub saxlanılmasına o inamla sərf edirdik ki,  bu 
quruluşun xalqı xoşbəxtliyə  və xilasa aparmağına inanırdıq. 
Məruzənin başlanğıcında göstərir ki,  hər dəfə qəzanın ümu-
mi vəziyyəti və  mənim tabeliyimdə olan milis işçilərinin 
fəaliyyəti barədə ardıcıl olaraq mərkəzə vaxtı-vaxtında yazılı 
olaraq məlumat verirdim. Ancaq nədənsə verdiyim yazılı 
məlumatlara bir dəfə  də olsa cavab almamışam. Daha sonra 
göstərir ki, sovet hakimiyyətinin bu vəziyyətə düşməsinin 
əsas səbəbi bir tərəfdən onun nüfuzunun arzuolunmaz həddə 
qədər azalması, digər tərəfdən  daxildəki zərərli elementlərin 
fəaliyyətidir. Başqa  tərəfdən də daşnaklar əl çəkmədən, zəhlə 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
147
tökməklə özlərinin qəbuledilməz tələblərini irəli sürürlər 
onlarla həm siyasi həm də ticarət  əlaqələrinə girməyi 
istəyirlər.  
Qubadlı  Qəza Milis İdarəsinin Rəisi Aslan bəy 
Sultanovun Azərbaycan  Mərkəzi  İnqilab Komitəsinə 
Ünvanladığı ittihamedici  Məruzəsi                                
№603    
                                      
10 aprel 1921-ci il. 
Xocalan 
 
 “Rəhbərlik etdiyim İdarə    tərəfindən qəzadakı ümumi 
vəziyyət, rəhbərliyim altında sədaqətlə xidmət göstərən 
milisin fəaliyyəti barədə  mərkəzə vaxtaşırı verdiyim  yazılı 
məlumatlar nədənsə  hər dəfə cavabsız qalmışdır. 
Sovet Hakimiyyətinin Qubadlıdakı durumu  hal-hazırda 
son dərəcə gərgin bir vəziyyətə gəlib çatmışdır: bu da onunla 
bağlıdır ki, onun nüfuzu bir tərəfdən daxildəki bolşevizmə 
arzuolunmaz və  mən deyərdim ki, təhlükəli elementlər 
tərəfindən aşağı düşür, digər tərfdən isə daşnakların özlərinin 
onlarla həm siyasi, həm də ticari əlaqələrə girmək  kimi   
qəbuledilməz tələbləri ilə baş apardıqlarından irəli gəlir. 
1. Daşnaklarla  müsəlman əhalisinin nümayəndələrinin bu 
ilin 6 aprelində vacib məsələləri həll etmək üçün Aqarak 
kəndində ali baş komandan Nijdenin iştirakı ilə görüşlərinin 
təşkili.  
2.  Ticarət məqsədləri ilə yarmarkaların təşkili, onların və 
müsəlman camaatının  qarşılıqlı münasibətlərinin yaradılması  
və s. 
Sərhədyanı ərazilərdə yaşayan müsəlmanların daşnaklarla 
əlaqələrinin qarşısını almaq üçün lazımi tədbirlər görülüb və 
bu barədə Mərkəzə dəfələrlə məlumat vermişəm.” 

Фаиг Абдуллайев____________________________________  
 
148
Göründüyü kimi bu xəyanətkar təkliflərin qarşısını alan 
Aslan bəy Nijdenin təkliflərini rədd etdiyini, onlara qarşı 
amansız mövqe tutduğunu, daşnakların qatı düşməni oldu- 
ğunu yazılı  şəkildə  mərkəzə bildirmişdir. Ancaq təəssüflər 
olsun ki, bütün bu hərəkətləri Savalan Şirinov məruzəsində 
yazır ki, guya yerli kompartiya (gizlinə sıxışdırılmış kommu- 
nist partiyası üzvləri) üzvləri etmişlər. Əllərində heç bir səla- 
hiyyət və gücü olmayan adamlara Nijdenin hər hanısa bir 
təkliflə müraciət etməsi nə  dərəcədə doğru ola bilər?  İkrah 
hissi doğuran isə  mərkəzin bu məsələlərə  qərəzli münasibə- 
tidir. 
Nəzər Heydərov kitabında yazır ki, “Aqarakda Nijdenin 
birləşmə və yaxınlaşma təklifini guya yerli kompartiya üzvlə- 
ri müsəlmanlarla pozublar. İnsan vicdanına nə qədər xəyanət 
edə bilər?  İnsanları necə hiyləgərliklə aldadırlar? Bu yerdə 
Bəyalı  Səfaoğlunun 28 iyun 1990-cı il tarixli “Azərbaycan 
gəncləri”  qəzetində çap olunan Aslan bəy haqqında yazdığı  
“Özümlə oynadığım  şahmata güldüm” adlı  məqaləsində 
göstərdiyi kimi “şirlərin ovuna tülkülər sahib çıxmağa çalışır” 
fikirlərini  xatırlamaq yerinə düşür. O adamlardan soruşmaq 
lazımdır ki, sizin əlinizdə hansı hakimiyyət, hansı hərbi güc, 
hansı ixtiyar var idi ki, daşnak generalı Nijde sizinlə hesabla- 
şa və sizə hansısa bir təklif verə? Daha sonra Aslan bəy 
məruzəsində bir məsələni də xüsusi olaraq vurğulayır;  
“Qeyd etmək istəyirəm ki, daşnakların antibolşevik təşəb-
büsləri  bizə o qədər təhlükəli görünmür,  amma daxili düş-
mənlərimizin, partiyaya sədaqətlə xidmət göstərmək  maskası 
altında gizlənərək bizim aralarımıza soxulan və hakimiyyətə 
can atmaqda qəti maraqları olan, öz şəxsi mənfəətlərini düşü- 
nən, səlahiyyətləri  ələ keçirməyə çalışan adamların hansısa 
xəyanətkar məqsədləsə  təmiz və vicdanlı adamlara ləkə 
yaxmaları təhlükəlidir. Təhlükəli olan  daşnakların təxribatla- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
149
rı  və  təklifləri də deyil, bizim ideyalarımıza xəyanətkarlıqla 
zərbə vurmağa çalışan, sədaqətli işçilərə qarşı tam fırıldaqçı 
münasibətdə olan  həmin elementlərin ölkənin daxilində So- 
vet hakimiyyətinin fəaliyyətinə mane olmalarıdır“. 
Məruzənin bu yerində Aslan bəy içimizdə olan xainlərin 
daşnaklardan daha təhlükəli olduğunu, onun anladığı  fəhlə-
kəndli hökumətinin inkişafına maneçilik törətmələrindən na- 
rahatlığını bildirir.  
Mərkəzin diqqətini bir daha daxildəki xainlərə  tərəf 
yönəldərək bildirir ki, onların məqsədləri təmiz və vicdanlı 
işçiləri ləkələmək, onların qazandıqları  uğurlara kölgə sal- 
maq, ləyaqətli insanların gördükləri bütün işləri öz adlarına 
çıxarmaq olmuşdur. 
Hər bir məsələni yoxlayıb dəqiqləşdirdikdən sonra qərar 
qəbul etməyin vacib olduğunu mərkəzə göstərməyə çalışmış- 
dır. O vaxtlar qəza kommunist partiyasının başında duran 
Mirzə Muxtar Bayramov kommunist partiyasının üzvü 
deyildi. Bunu Nərimanovun komissiyası da təsdiq edir. 
Savalan  Şirinov, Nəzər Heydərov və başqaları  mərkəzə 
ötürdükləri qərəzli məlumatlarında qəza yerli hakimiyyətinin 
başında duran yerli bəylərin kommunist partiya üzvü 
olmadıqlarını xüsusi olaraq vurğulayırlar, ancaq nədənsə 
özlərinin yerli kommunist partiya rəhbəri olan Mirzə Muxtar 
Bayramovun kommunist partiya üzvü olmadığının üstündən 
sükutla keçirlər. Diqqət edin yerli kommunistlərin başında 
kommunist olmayan cinayətkar durur və  Nərimanovun 
komissiyası da bunu təsdiqləyir. Buradan nə nəticə çıxarmaq 
olar? Başda Mirzə Muxtar Bayramov, Savalan Şirinov, Nəzər 
Heydərov və qeyriləri əvvəlcədən bilirdilər ki, onların böhtan 
dolu məlumatları  həqiqət kimi qəbul olunacaq. Əks halda 
onların böhtan atdığı bu qəhrəman insanların mərkəzin çox 
gözəl tanıdığını  və hansı  zərurətdən onların qəzanın 

Фаиг Абдуллайев____________________________________  
 
150
rəhbərləri olmasını daha dəqiq desək, xalqın qəhrəman 
oğulları olduqlarını biləcəyindən çəkinərək onları 
əksinqilabçı damğası ilə damğalamağa cürət etməzdilər. Necə 
deyirlər, balıq başından iylənər. Mirzə Muxtar Bayramov 
kimi cinayətkarı  Nəzər Heydərov öz kitabında müdafiə 
etməyə çalışır və onu dəstəkləməyi ilə  də sübut edir ki, 
onların ikisi də eyni cəbhənin adamlarıdır. Nə  qədər 
gülməlidir kommunist partiya üzvü olmayan Mirzə Muxtar 
Bayramov yerli  kommunist partiya üzvlərinə rəhbərlik edir. 
Necə deyərlər, “elçisi Gülüm olanın başına külüm olar”. 
Daha sonra Aslan bəy məruzəsində bildirir ki; “Bu 
günlərdə  mənə  məlum olub ki, Qəza  İnqilab Komitəsi Mər- 
kəz tərəfindən yenidən təşkil edilib. Eləcə də mən tutduğum 
vəzifədən-Qəza Milis İdarəsinin Rəisi vəzifəsindən azad 
olunmuşam. Bəs nədən bu barədə  mənim heç bir rəsmi 
məlumatım yoxdur?” 
Bu məsələyə diqqət edək: əvvəla Aslan bəy qəzada olduğu 
halda Nərimanovun kabinetində  qəbul edilən gizli qərardan 
necə xəbər tuta bilib? Özü də üstündən bir-neçə gün keçdik- 
dən sonra... Bu fakt özü-özlüyündə Aslan bəyin nə qədər ayıq 
olduğuna, əlinin hər yerə çatdığına, mərkəzi hakimiyyət orqa- 
nında baş verənlərdən yerindəcə  xəbər tutmasına və onun 
kəşfiyyatının yetərincə dəqiq işlədiyinə sübutdur. Bu bir daha 
Aslan bəyin mərkəzdə oturanlardan daha ağıllı, savadlı, daha 
güclü təhlil qabiliyyətinin olmasını sübut edir. 
İkincisi, mərkəzi hakimiyyət  şəxsən Nəriman Nərimanov 
onu vəzifəsindən azad etməsini gizli saxlayır və bu barədə 
rəsmi olaraq ona heç nə bildirmir. Bəlkə onun nüfuzundan 
ehtiyat edirdilər? Axı Aslan bəy hər kəsin birmənalı olaraq 
qəbul etdiyi qəhrəman sərkərdəydi. Daşnak hökumətinin 
məhv edilməsi planının müəllifi idi. Ona sadiq hərbi qüvvələr 
Aslan bəyin necə qəhrəman olduğunu, xaqlının düşmənlərin- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
151
dən onun layiqli qisasını necə aldığını öz gözləri ilə 
görmürdülər. Bütün bunlara görə  də onu xalq və ona sadiq 
hərbi qüvvələr çox sevirdilər. Onun bir çağırışına yüzlərlə 
insanlar ayağa qalxar, öz qəhrəman sərkərdələrinin arxasınca 
ölümə belə gedərdilər. Bütün bunları çox gözəl bilən mərkəzi 
hakimiyyət  başda Nəriman Nərimanov olmaqla onun nüfu- 
zundan ehtiyatlanaraq Aslan bəyin vəzifəsindən kənarlaşdırıl- 
masını gizlində saxlamağa üstünlük vermişdi. 
Bir məsələyə  də diqqət yetirək. Aslan bəy hadisələri qa- 
baqcadan necə təhlil edir və hadisələrin sonrakı inkişafı onun 
tamamilə haqlı olduğunu sübut edir. Məruzəsində  bildirir; “ 
Mən əminəm ki, bütün bunlar qəzanın  bəzi məsul şəxslərinin 
və hakimiyyətin düşmənlərinin Mərkəzə ötürdükləri yalan və 
böhtan dolu məlumatların nəticəsində baş verib. Əldə etdiyim 
məlumata  əsasən Qubadlı  kəndinin sakini, fırıldaqçı, qaçaq, 
18 cinayət  əməlində birbaşa təqsiri sübuta yetirilən Mirzə 
Muxtar Bayramov özünün fırıldaqçı  məharəti nəticəsində  
kommunist partiya üzvü olmadan Qubadlı qəzasının kommu- 
nist partiyası təşkilatının katibi təyin edilib və partiya maska- 
sı altında gizlənərək öz  hakimiyyətini gücləndirmiş, bir sıra 
qeyri-qanuni hərəkətlərə yol vermiş, daşnak rayonlarından 
Qubadlıya gələn  gizli erməni-işçilər ilə görüşmüş,  onları 
bir-neçə gün evində qonaq saxlamış  və daha sonra  Bakıya 
yola salmışdır. Öz cinayətkar əməllərini ört-basdır etmək və 
günahı onların üstünə atmaq  üçün isə    başqa bir əclaflıqla 
onları Nijdenin və burjuaların tərəfdarı kimi  qələmə vermiş- 
dir. Eyni zamanda Mirzə Muxtar Bayramovun təşkilatçılığı 
sayəsində  Şuşada, eləcə  də  Mərkəzdə  rəhbər orqanların Qu- 
badlının məsul şəxslərinə qarşı  mənfi  münasibəti formalaşır. 
Elə bu səbəbdəndir ki, tamamilə yalan və böhtan dolu 
məlumat nəticəsində heç kəs  tərəfindən yoxlanılmadan  əks- 
inqilabi fəaliyyətdə günahlandırılaraq Qubadlı  qəza  İnqilab 

Фаиг Абдуллайев____________________________________  
 
152
Komitəsinin sədri  Xudabaxış bəy Sultanov Şuşada həsb olu- 
nub. Hansı ki, o bütün varlığı ilə Sovet hakimiyyətinə 
sədaqətli olduğu ilə seçilən bir şəxsdir (Müəllif: onlar həqiqə- 
tən bu hakimiyyətin fəhlə-kəndli hakimiyyəti, demokratik bir 
quruluş olduğuna inanırdılar.) Məlumatın sonunda bu fikri 
Aslan bəyin özü də etiraf edir. Aslan bəy bildirir ki, əgər biz 
bütün gücümüzü və enerjimizi bu quruluşun saxlanmasına, 
möhkəmlənməsinə sərf ediriksə bunu yalnız o inamla, düşün- 
cə ilə edirik ki, yeni yaranmış  fəhlə-kəndli hökuməti (Sovet 
hökuməti) xalqı xoşbəxtliyə, xilasa aparır. İnqilab komitəsin- 
də işlədiyi dövrdə Xudabaxış bəy kasıb və ehtiyac içində olan 
xalqa həmişə təmənnasız olaraq yardım etmiş, onların mənəvi 
dayağına çevrilmişdir. Xudabaxış bəy Sultanov İnqilab komi- 
təsinin sədri olduğu dövrdə sərhəd ərazisində yerləşən Ələd- 
din postunun rəhbəri Abbasəli Almuradova yazılı olaraq əmr 
verir ki, daşnakların və  şübhəli müsəlmanların birgə alver 
etdikləri “avdan yarmarkası”nda daşnaklara  ərzaq satanların 
hamısı  nəinki həbs edilərək malları müsadirə edilsin,  hətta 
daşnaklarla  əlaqəyə girən hər kəs yerindəcə güllələnsin. Bu 
yazılı əmr faktı tam olaraq aydın göstərir ki, Xudabaxış bəy 
Sultanov əksinqilabçı deyil.” 
Bu yerdə bir haşiyəyə  çıxmaq istəyirik. Onun əmri ilə 
qəzanın keçmiş milis rəisi  Əli  Şərifov yarım milyon dövlət 
pulunu mənimsədiyi üçün həbs olunub. Bu həmin Əli Şərifov 
idi vaxtilə Aslan bəy Sultanova fövqəladə səlahiyyət verilər- 
kən qəzada milis rəisi olmasını mərkəzə o  təklif edib. Lakin 
sonralar onun cinayət törətdiyini bildikdən sonra artıq onun 
həbs edilməsi barədə  qərar qəbul olunub. Onu da bildirmək 
yerinə düşər ki, hər bir inqilab komitəsinin rəhbəri mərkəzdən 
göstəriş almadan qəza milis idarəsinin rəisini həbs edə bil- 
məz. Aslan bəyin belə müstəqil hərəkətləri mərkəzi qıcıqlan- 
dırırdı. Erməni rəhbərləri Nərimanova göndərdiyi siyahıda 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
153
təklif edir ki, Nəzər Heydərov inqilab komitəsinin sədri, Əli 
Şərifov isə  qəza milisinin rəisi olsun. Bunu arxiv sənədi də 
təsdiq edir. Cinayəti sübut olunmuş  Əli  Şərifov da erməni 
rəhbərlərinin xoşuna gəlir. Onun kimi yarım milyon dövlət 
pulunu mənimsəyən bir cinayətkarın da adı olan siyahını 
(qəzada cinayətkarlara qarşı mübarizə aparacaq olan bir və- 
zifəyə) Nərimanov təsdiq edir. Paradoks ondadır ki, cinayət- 
kar bundan sonra qəzada milis rəisi olaraq cinayətkarlara 
qarşı mübarizə aparacadı. 
Sonra Xudabaxış bəyin əmri ilə Xanlıq sahə inqilab komi-
təsinin sədr Yusif Yusifov da bir sıra cinayətlərdə ittiham 
olunaraq həbs olunur. O eyni zamanda fırıldaqçı, cinayətkar 
Mirzə Muxtar Bayramovun cinayətlərinin izinə düşərək onu 
həbs etmək istəyir, hansı ki, yalandan özünü partiya üzvü 
kimi göstərmişdir. Onun partiya üzvü olmaması barədə yerli 
kommunist partiyasından arayış da var. 
Sonra onu törətdiyi cinayətlərə görə həbs etmək istəyərkən 
qaçıb hakimiyyətdən və qanundan gizlənə bilmişdir. Həmin 
bu Mirzə Muxtar Bayramovun partiya üzvü olmadığını Nəri- 
manovun göndərdiyi komissiya da təsdiq edir. Diqqət edin, 
Savalan  Şirinov mərkəzdə etdiyi məruzədə hansı ki, axırda 
200 qızıl ordu əsgəri tələb edirlər ki, yerli rəhbərləri həbs et- 
sinlər. Özlərinin dediyi kimi gizlinə  sıxışdırlmış kommunist 
partiyası üzvlərinin tələbi ilə.  İmza edirlər Savalan Şirinov, 
Nəzər Heydərov, Mirzə Muxtar Bayramov və qeyriləri. 
Erməni rəhbərlərinin dəyirmanına su tökən, Zəngəzurun er- 
mənilərə verilməsinə imza atan bu xainlər növbəti olaraq 
qəhrəmanlarının həbs olunmasına imza atdılar. 200 əsgər ça- 
ğırmaq onları fiziki cəhətdən məhv etmək məqsədi daşıyırdı. 
Nərimanov ona görə  rəsmi olaraq heç nə bildirmirdi. Guya 
yerli insanlar özləri 200 əsgər tələb edirlər. Ancaq Nərima- 
novun gizli planını Aslan bəy məruzəsində ona bildirir. Nəri- 

Фаиг Абдуллайев____________________________________  
 
154
manova bildirir ki, bu günlərdə  mənə  məlum olub ki, qəza 
hökuməti (yəni Aslan bəyin qurduğu yerli hökumət) yenidən 
mərkəz tərəfindən  təşkil olunub və mən də tutduğum vəzifə- 
dən azad olunmuşam. Nə üçün mənə bu barədə rəsmi məlu- 
mat verilmir. Bu mesaj ilə Aslan bəy  əslində  Nərimanova 
onun gizlində qurduğu oyunlarından xəbərdar olduğunu bil- 
dirmək istəyirdi. Aslan bəyə bu məlumatları ötürənlər quru- 
lan məkrli planların arxasında nəyin durduğunu da bildirmiş- 
dilər.  
 Həqiqət gün kimi aydın idi. Sadəcə həqiqəti bilmək Nəri- 
manovun və onun ətrafındakıların xəyanətkar niyyətlərinin 
həyata keçməsinə mane olardı. Çünki qarşıda Zəngəzurun və 
Qarabağın  ermənilərə verilməsi kimi tarixi bir xəyanət sse- 
narisi dururdu. Buna görə də bu ssenariyə qarşı çıxa biləcək 
insanları ləkələmək və məhv etmək, əksinə onların cinayətkar 
planlarına dəstək verənləri isə mükafatlandırmaq lazım idi. 
Ona görə  də  həqiqəti bilmək onlara sərf etmirdi. Bu cür 
adamlar üçün həqiqət nəyin bahasına olursa-olsun kariyera 
əldə etmək və onu qoruyub saxlamaqdır. Onunçün də belə 
anlarda insan müdrik qərar qəbul etməlidir, ya kariyerasını 
mənəviyyatına qurban verməli, ya da əksinə  mənəviyyatını 
kariyerasına qurban verməlidir. Çox təəssüflər olsun ki, Nəri- 
man Nərimanov müdrik qərar qəbul edə bilmədi. Ona görə də 
xalqın qəhrəman oğullarına qarşı qurulmuş böhtan kompani- 
yasına nəinki göz yumdu, hətta Zəngəzurun və onun qəhrə- 
man insanlarının taleyini öz kariyerasına qurban verdi. Bu an- 
da Aslan bəy Sultanovun öz məruzəsində göstərdiyi bir 
məqama nəzər salaq; Məruzəsində yazır ki, bugünlərdə mənə 
məlum oldu ki, qəza hakimiyyəti mərkəzdən qurulub. Bu nə 
demək idi? Yəni  ən çətin, mürəkkəb tarixi şəraitdə, qarşıda 
daşnak hökumətinə qarşı  ağır müharibə dayanırdı, o zaman 
mərkəz öz seçimini etmişdi və yerli sərkədə Aslan  bəyə 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
155
bütün ümidlərini bağlamışdı elə ona görə də o zonada bütün 
fövqəladə  səlahiyyət ona verilmiş, o da öz növbəsində 
inandığı  sədaqətli insanlardan ibarət yerli hakimiyyəti təşkil 
etmişdi. Hadisələrin sonrakı inkişafı bu seçimin nə  qədər 
doğru olduğunu sübut etmişdi. Ancaq Nərimanov özünü elə 
qələmə verməyə çalışırdı ki, guya hakimiyyətin nə məqsədlə 
kommunist partiyasının üzvü olmayan Sultanovların sima- 
sında təmsil olunmağının hansı tarixi zərurətdən yarandığını 
bilmir. 
Yerli hökumətdə təmsil olunan Sultanovlar Aslan bəy Sul- 
tanovun ən yaxın qohumları olmaqla ən ağır sınaq dövründə 
daşnak hökuməti ilə ağır müharibələrdə sınaqdan çıxan insan- 
lar idilər. Onlar öz sədaqətlərinin sübut etmişdilər. Təsadüfi 
deyil ki, daşnaklarla müharibədə  qələbə çalındıqdan sonra 
Aslan bəyə yeni böyük etimad göstərilir və onu bütün 
Qarabağın və Zəngəzurun fövqəladə komissarı təyin edirlər. 
Bu yerdə bir məsələyə diqqət yetirək, əgər onun yaratdığı 
yerli hökumət doğrudan da özünü doğrultmasaydı Aslan bəyi 
general səlahiyyətli bir vəzifəyə irəli çəkməzdilər. Nərimnov 
və onun əlaltıları Aslan bəy Sultanovu da, onun çiyindaşlarını 
da, yaratdığı yerli hökumətin üzvlərinin kimliyini də çox 
yaxşı bilirdi. Araşdırmalarımız zamanı bir şeyi də  yəqinləş- 
dirdik ki, fövqəladə komissar vəzifəsi tabeçiliynə daxil olan 
bütün ərazilərdə Ali Hakimiyyət, onun fövqəaladə komissarı 
isə ali hakimiyytəin başında dayanan şəxs hesab edilirdi. 
Artıq Qarabağda da missiyasını şərəflə başa vuran Aslan bəy 
mərkəzə daha böyük vəzifəyə çağırılır.  Aslan bəy kimi ayıq, 
tükü-tükdən seçən, hətta erməni keşişini özünə  işlədən bir 
sərkərdə yaxşı başa düşürdü ki, bu təklif  ancaq onun üçün 
hazırlanan bir tələdir. Onu mərkəzə dəvət edən şəxslər onun 
xarakterini çox gözəl bilirdilər.  Bilirdilər ki, o heç vaxt 
partiya üzvü olmayacaq, bununla da həm bəy nəslindən 

Фаиг Абдуллайев____________________________________  
 
156
olması, həm də kommunist partiyasının üzvlüyünü qəbul 
etməyən bir insanın böyük dövlər vəzifəsinə  təyin olunması 
sual altında qalacaq. Ən başlıcası da onu ona sadiq hərbi 
qüvvələrdən uzaqlaşdırmaq, sonra da həbs edərək “ermə- 
nilərin düşməni” adı altında ermənilərə təhvil vermək idi.  Bu 
da  Şaumyanların rəğbətinin qazanmaq üçün Nəriman Nəri- 
manovların, Çingiz İldırımların,  Əliheydər Qarayevlərin bö- 
yük  şans  əldə etməsi sayılardı. Aslan bəyin kəşfiyyatı  mər-
kəzdən ona qarşı hansı  tələnin qurulması barədə  məlumat 
vermişdi. Ona görə də mərkəzin ona daha böyük etimad gös- 
tərməsinin arxasında hansı  məkrli planın dayandığını Aslan 
bəy çox gözəl bilirdi. 
Artıq mərkəzdə Aslan bəyin yaratdığı yerli qəza hökumə- 
tinə ironiya ilə bəylərdən ibarət olan inqilab komitəsi deyirdi- 
lər. Axı  bəylər Sovet hökuməti üçün sinfi düşmən sayılırdı. 
Ona görə də ən tutarlı damğalardan biri də “bəy” damğası idi. 
Əvvəl bu bəylərin gücündən, nüfuzundan istifadə edib daşnak 
müharibəsini qələbə ilə başa çatdırmaq, sonra isə onları bəy, 
əksinqilabçı damğası ilə aradan götürmək. Ataların dediyi 
kimi mərdi qova-qova namərd etmək. 
Aslan bəy mərkəzdəkilərə kommunist partiyasına keçmə- 
yəcəyini və heç bir böyük vəzifə iddiasında olmadığını, öz 
yerinə qayıdaraq qəzanın milis idarəsinə  rəhbərlik etməklə 
cinayətkarlığa qarşı mübarizə aparacağnı bildirmişdi. Əslində 
özünün yaratdığı qəza hökumətinə rəhbərlik etmişdi. Görün- 
düyü kimi mərkəzi hakimiyyətin hiyləsi baş tutmur. Qəzada 
işləyərkən onu işdən azad etməsini və ona rəsmi olaraq heç 
bir məlumat bildirilməməsini məruzəsində yazır. Diqqət edin 
qəzada otura-otura mərkəzdə Nərimanovun kabinetində quru- 
lan bütün gizli oyunları bilir. Hadisələrin gələcək inkişafı da 
onun tamamilə haqlı olduğunu sübut etdi. Yəni Aslan bəy 
1929-cu ildə xaincəsinə öldürüldükdən sonra onun qəhrəman 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
157
dəstə  rəhbərləri Lətiflə  Kərim aldadıldılar. Onlara yalandan 
deyildi ki, guya məhkəmə onlara bəraət verəcək, qaçaqlıq 
damğası üzərlərindən götürüləcək və onlar bu xalqın qəhrə- 
man oğulları olmaqla tarixdə qalacaqlar. Düzdü, onlar tarixdə 
xalqın qəhrəman oğulları kimi qaldılar və bu gün də ürəklər- 
də yaşayırlar. Lakin çox təəssüf ki, Lətiflə Kərim də növbəti 
xəyanətin qurbanları oldular. İçimizdə olan xainlər onları 
aldadaraq ermənilərə təhvil verdilər və onların sonrakı talelə- 
rindən heç bir məlumat olmadı. Çox güman ki, illər boyu 
daşnaklara qan udduran bu qəhrəman xalq oğulları erməni 
qəsbkarlarının  əlində olmazın işgəncələrə  məruz qalıblar. 
Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət etsin. Zaman bizə 
bir həqiqəti də sübut etdi ki, qəhrəmanlar ölmür, onlar öz 
xalqının tarixində, yaddaşlarında daim yaşayır və yaşayacaq. 
Onların ruhları o zaman rahatlıq tapır ki, arzuları, ideyaları və 
tapdanmış haqları gerçəkləşir və qiymətini alır.  Yəqin ki, bu 
anlarda Aslan bəyin, onun yaxın silahdaşlarının və əqidə qar- 
daşlarının, Lətiflə Kərim kimi mərd oğulların ruhları dinclik 
tapır, şad olur. Amma çox güman ki, bu anlarda əzab çəkən, 
rahatlıq tapmayan xain ruhlar da var və o ruhlar zamanın gər- 
dişindən, həqiqətlərin üzə çıxmasından çox narahatdırlar! 
Nəriman Nərimanovun komissiyasının heç bir arqumet 
gətirmədən və heç bir ittiham sübuta yetirilmədən Aslan bəyi 
ittiham etməsi və bu ittihamlar əsassız olduğuna görə ictimai 
rəy tərəfindən rədd edildikdən sonra  Aslan bəyə qarşı yeganə 
və gülüş doğuran bir ittiham tapılır:  (Lixoy strelok, vraq 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin