Фаиг Абдуллайев


****  fond 410, siyahı 1, iş 227



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə16/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   11   12   13   14   15   16   17   18   19

**** 
fond 410, siyahı 1, iş 227 
“  Qubadlı  qəzası.  Xalq hərbi dəniz komisarlığının  ştabı 
xəbər verir ki, Azərbaycan İnqilab komitəsinin sədri Nəriman 
Nərimanovun yazılı razılığına  əsasən bildirilir ki, Qubadlı 
qəzasında daşnaklara və banditizmə qarşı mübarizədə bila- 
vasitə yerli özünümüdafiə qüvvələrinə kömək etmək  28-ci 
diviziyanın komandiri Semyonova və xüsusi təyinatlı dəstənin 
komandiri Laqofetə həvalə edilir.” 
Bu sənəd bir daha onu sübut edir ki, Aslan bəy “mənim 
haqqımda məlumatları qərəzsiz adamlardan, 28-ci diviziyanın 
komandiri Semyonovdan və digər alay komandirlərindən so- 
ruşun” yazdıqda Semyonovun onun işlərindən birbaşa xəbər- 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
283
dar olduğuna işarə edirdi. Bu sənəddən də görünür ki, 
Nəriman Nərimanov Zəngəzurdakı hadisələri nizamlamağı 
birbaşa Semyonova tövsiyə edib. Nərimanov Semyonovu çox 
yaxşı tanıya-tanıya Aslan bəy haqqında ondan deyil Zəngəzu- 
run verilməsinə qol çəkən Savalan, Nəzər və sairə kimi 
xainlərdən soruşur. 
Aslan bəy Nəriman Nərimanova deyir ki, mənim haqqım- 
da məlumatları, mənim başımdan yaralanmağım barədə Sem- 
yonovdan  soruş. 28-ci diviziyadan  tibbi arayışım var. Nə 
üçün Nəriman Nərimanov qərəzsiz ruslardan, general Semyo- 
novdan deyil, yerli xainlərdən məlumat almağa üstünlük 
verir. 
Bunu təhlil etmək lazımdır. 
Burada digər bir məsələni də qeyd etmək yerinə düşər ki, 
Aslan bəy mərkəzə etdiyi məruzəsindən sonra həyatını xilas 
etdiyi dostu Semyonovla görüşür və vəziyyəti ona izah edir. 
Deyir ki, Xudabaxış  bəyi aldadaraq Şuşaya iclasa çağrıb , 
orada onu əksiniqilabçı damğası ilə  həbs ediblər. Bu xəbəri 
eşidən Sem- 
yonov bərk hiddətlənib, onu daşnak hökumətinə qarşı müha- 
ribə gedən dövrlərdə yerli hökumətin başçısı olaraq xalqına, 
millətinə necə sədaqətlə xidmət etdiyini, daşnaklara qarşı ne- 
cə barışmaz olduğunu bir daha vurğuladı. Daha sonra Aslan 
bəy Semyonova bildirir ki, məni də vəzifəmdən azad ediblər, 
bu barədə Nəriman Nərimanov rəsmi olaraq heç bir məlumat 
vermir. Xudabaxış  bəyin  şər atılaraq həbs olunması  mənim 
işdən çıxarılmam və bunun gizlin saxlanılması açıq aydın onu 
göstərir ki, mərkəzin Zəngəzurla bağlı  nəsə  məkrli bir planı 
var. Bu zaman Semyonov ətrafındakı komandirlərlə birlikdə 
ilk olaraq XI qızıl ordunun komandanlığına məlumat verir ki, 
bizim diviziyanı daşnak mühasirəsindən xilas edərək ölüm- 
dən qurtaran Aslan bəyə əksinqilabçı, daşnakların dostu itti- 

Фаиг Абдуллайев____________________________________  
 
284
hamları ilə damğalamağa çalışırlar. Onun əmisi onlunu, yerli 
hökumətin rəhbəri Xudabaxış Sultanovu aldadaraq Şuşaya 
iclasa çağırıb həbs ediblər. 
Daha sonra Semyonov və onun ətrafındakı hərbçilər Nəri- 
man Nərimanova məlumat verərək bildiriblər ki, bizim divi- 
ziyanı daşnaklara qarşı mübarizədə xilas edən, daşnak höku- 
mətinin məhv olması planının müəllifi olan, daşnaklarla 
müharibədə amansızlıqla mübarizə aparan, Nijde qoşunları-
nın baş komandanı general Sumbatı  şəxsən öldürən, buna 
görə daşnaklar tərəfindən başına külli miqdarda pul qoyulan, 
bu xidmətlərinə görə  mərkəz tərəfindən mənimlə birlikdə 
qızıl medala layiq görülən bir şəxsə- Aslan bəy Sultanov kimi 
bir sərkərdəyə, bir el qəhrəmanına, bir peşəkar hərbçiyə qarşı  
böhtan və şər kompaniyasının başlanması  anlaşılmazdır. Ne- 
cə ola bilər ki, belə bir şəxsiyyət daşnakların dostu, 
əksinqilabçı ola bilsin?   
Yerli camaatın mütəşəkkil  şəkildə öz qəhrəmanının arxa- 
sında dayanması, ictimai rəy, Semyonovun və digər koman- 
dirlərin birbaşa XI qızıl ordunun komandanlığına, XI ordu- 
nun komandanlığının da Nəriman Nərimanova birbaşa təsiri 
və təzyiqi, Savalan Şirinovun da sonralar etiraf etdiyi kimi XI 
ordunun komandiri və onnun xüsusi idarəsinin rəisi general 
Pankratovun Nəriman Nərimanova birbaşa təzyiqləri onu geri 
çəkilməyə  məcbur etdi. Bu təzyiqləırin nəticəsi olaraq Nəri- 
manov başladığı  təxribat planlarının baş tutmadığını görüb 
geri addım atmağa məcbur olaraq Zəngəzur qəzasına növbəti 
bir komissiya göndərib. Bu barədə ətraflı olaraq sizlərə məlu- 
mat vermişdik. Bir daha xatırlatmaq istəyirik ki, Nəriman Nə- 
rimanovun bu komissiyası son rəyində bildirir ki, Xudabaxış 
Sultanov  əksinqilabçı deyil. Düzdür o kommunist partiyası- 
nın üzvü deyil, ancaq ondan yaxşı işçi çıxar. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
285
Bu yerdə bir sual vermək yerinə düşür: Əgər qəza rəhbəri 
əksinqilabçı deyildisə, komissiyanın verdiyi rəyə görə o yaxşı 
işçidirsə, nədən günahsız yerə  həbs olunan və sonra da 
günahsızlıqı sübut olunaraq azadlığıa çıxan Xudabaxış 
Sultanovu həbs edənlər, onu şərləyənlər, onu yalandan olaraq 
ağır cinayətdə ittiham edənlər nə üçün Nəriman Nərimanov 
tərəfindən öz layiqli cəzalarını almadılar?  Cavab aydındır, 
ona görə ki, bu oyunların hamısını Nəriman Nərimanov özü 
qurmuşdu, sadəcə olaraq bu oyunları qurduqda  xalqın  və 
Semyonovun  təzyiqləri ilə qarşılaşacağını  hesablaya 
bilməmişdi.  
Əgər Nəriman Nərimanovun komissiyası təsdiq edirsə ki, 
Xudabaxış Sultanov təmiz işçidir və günahsızdır, o zaman 
ortaya sual çıxır ki, qəzanın digır rəhbər işçiləri də təmiz və 
əqidəli insanlardır. Bu da o deməkdir ki, Aslan bəyə 
fövqəladə  səlahiyyət verilərkən o kadr siyasətini son dərəcə 
dəqiqliklə apara bilib. 
 Qurulmuş oyunlarda ortaya atılan bütün ittihamlar puça 
çıxdıqdan sonra artıq yeganə bir ittiham qalırdı ki, daşnak 
Şaumyanın müti qulu olan Nərimanov öz ağasının, daşnak 
Şaumyanın  düşməninə erməni xalqının düşməni ittihamını 
ortaya atsın. Bu ittiham aydın göstərir ki, Nəriman Nərima-
nov Aslan bəyi daşnaklara qarşı mübarizə apardığı üçün it- 
tiham edir. Daha çox da daşnak Şaumyana yarınmaq üçün bu 
addımı atır, amma, Aslan bəyi “lixoy strelok” yəni göydə 
quşu gözündən vuran sərrast atıcı” ittihamı ilə ittiham etmək 
haradan irəli gəlirdi? Bu da o demək idi ki, Nərimanovun 
komissiyası xüsusi vurğu ilə Aslan bəyin daşnak generallarını 
öldürməsinə  və bununla da daşnak  Şaumyanın ürəyinə dağ 
çəkməsinə işarə edir. 

Фаиг Абдуллайев____________________________________  
 
286
Bütün bunları analiz etdikdə bir sual ortaya çıxır: məgər 
sərrast atıcı olmaq, düşmənə qarşı amansız olmaq sərkərdəyə 
xas olan ən yüksək    keyfiyyətlər deyilmi?  
 
**** 
fond 410, siyahı 1, iş 227 
Zəngəzur qəzasının 1-ci sahəsində daşnaklara qarşı döyüş 
gedir. Qızıl ordu hissələrinin güclü arteleriya atəşlərunə 
baxmayaraq daşnaklar geri çəkilmirlər. Qarabağda və Zəngə- 
zurda Tevan bandasının zülmü davam edir ki, buna qarşı 
təcili tədbirlər götrülməsi vacibdir. (Şuşa siyasi bürosunun 
rəis müavini Tairov. N 227)  
Həmin o Tevan və Tarxanın başçılıq etdiyi dəstələr gah 
Qarabağda, gah da Zəngəzurda aranı qarışdırır, müsəlman 
əhalisinə qarşı olmazın təcavüzlər edir, insanları amansızlıqla 
qətlə yetirirdilər.  
Qarabağda Andronikin göndərdiyi Tevan, Tarxan kimi 
quldurbaşıların dəstələrinin kökünü kəsmək üçün Aslan bəy 
Sultanov XI qızıl ordunun rəhbərliyi tərəfindən Qarabağa və 
Zəngəzura fövqəladə komissar təyin edilmişdi. Son damla 
qanına qədər düşmənə qarşı mübarizə aparan Aslan bəy Sul- 
tanov, Lətif, Kərim və digər qəhrəman oğullara qarşı içi- 
mizdən olan xainlər tərəfindən məkrli planlar hazırlanmış, 
onların fiziki cəhətdən məhv edilmələri üçün bütün iyrənc 
yollardan istifadə edilmişdir. 
Dəhşət doğuran hal odur ki, belə  qəhrəman insanların 
erməni xalqının düşməni kimi ittiham olunmaq üçün erməni- 
lərə verilməsinə Nəriman Nərimanov birbaşa razılıq vermiş- 
dir. Nəriman Nərimanovun bu addımını qiymətləndirməyi siz 
oxucuların ixtiyarına buraxırıq. 
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
287
**** 
Azərbaycan Baş dövlət Arxivi fond 410, siyahı 1, iş 227 
“Şuşa qəzası. Zəngəzurda daşnaklar tərəfindən həm 
erməni, həm də müsəlman əhalisi arasında   qızğın əksinqila-
bi təbliğat işləri aparılır. Yerli bəylər və mülkədarlar daşnak- 
lara gizli köməkliklər göstərirlər. Fəhlə  kəndlilər və qulluq- 
çular  bahalı  və cüzi ərzaq payına görə  narazılıq edirlər. 
(Az.Fövqəladə Komitəsinin məlumatı. Aprel 1921-ci il)” 
Bu sənəddə guya yerli bəylərin daşnaklara gizli kömək 
göstərmələri ortaya atılır. Bu məlumat birbaşa Az. Fövqəladə 
Komitəsinə göndərilib. Bu da onu göstərir ki, həmin dövrdə 
bütün hədəf hakimiyyətdə olan bəylərin daşnaklarla  əlbir 
olduqlarını, onlara hər cür kömək göstərmələri ortaya atmaq- 
la onları ləkləyərək fiziki cəhətdən məhv etməyə yönəlmişdi. 
Bu da o demək idi ki, əgər onlar daşnakların dostudursa, 
demək bizim düşmənimizdir. Yəni düşmənim dostu mənim 
düşmənimdir.  
 
**** 
1990-cı ildə, Sovet hökuməti hələ dağılmamış, ermənilər 
yenidən Qarabağda və Zəngəzurda baş qaldırdıqları vaxt yerli 
camaat o dəqiqə öz tarixi qəhrəmanını, daşnaklara qarşı 
amansız mübarizə aparan Aslan bəyi xatırlayır, 1920-ci 
illərin tarixini bilən insanlar ürək ağrısı ilə Aslan bəyin 
ruhuna dualar oxuyurdular. Nurəli Təmrasoğlu “Bərgüşad” 
qəzetinin 4 sentyabr 1991-ci il tarixli nömrəsində çap 
olunmuş “Çaylı Aslan kimdir?” adlı  məqaləsində yazır: 
Qubadlı rayonu erməni quldurları  tərəfindən işğal olunduğu 
zaman Mahruzlu kəndinin sakini Baxşəli oğlu  Əli kişi 
deyirmiş: “Anan ölməsin, Maclı Aslan bəy, hardan alım səni? 
Aslan bəy əsl xalq qəhrəmanı idi. Ermənilər onun qorxusun- 

Фаиг Абдуллайев____________________________________  
 
288
dan bu tərəflərə səmt düşməzdilər. Dörd nəfər silahlı erməni 
dağdan gələn köçün qabağını  kəsir. Qoyunları alıb gedirlər. 
Heç bir müqavimət göstərə bilməyən azərbaycanlılar kəndə 
çatanda Aslan bəyin qonşu kənddə dostunun toy məclisində 
olduğunu eşidirlər. Gedib dərdlərini Aslan bəyə söyləyirlər. 
Aslan bəy vaxt itirmədən 4 nəfər atlı götürüb quldurların 
dalınca çapır. O, quldurları  tərksilah edir, qoyunları alıb 
kəndə qayıdır. Aslan bəy hər vaxt kasıbların əlindən tutardı.”   
Bəli, Aslan bəy Sultanov əsl xalq qəhrəmanı kimi o 
dövrdə təkbaşına, ətrafına topladığı özünü müdafiə qüvvələri, 
Zəngəzur igidləri və yerli milis işçiləri ilə birlikdə daşnak 
hökumətinə qarşı mübarizə aparmaq qüdrətinə malik idi. 
1990-ci illərdə isə yerli sovet rəhbərləri, başda Moskva 
olmaqla bütün kommunist rəhbərlər azərbaycanda baş qal- 
dıran erməni dalğasına qarşı acizlik göstərdilər. Amma bəzi 
ermənipərəst qüvvələr isə Aslan bəyin adına olan küçənin 
varlığına qarşı çıxır, narahatlıq bildirir, Nəzər Heydərovun da 
kitabında yazdığı kimi antisovet bandaya rəhbərlik edən, 
sovet hökumətinin düşməninin adına küçə verilməsinə etiraz 
edirdilər. 
Nəzər Heydərov kitabının “Banditizm”  fəslində yazır ki, 
Lətiflə Kərimin Qubadlıdakı antisovet bandasına Aslan Sulta- 
nov başçılıq edirdi. Bununla da Nəzər Heydərov Aslan bəyin 
hökumətə qarşı çıxmağını özünəməxsus pafosla vurğulamağa 
çalışır. Burada  bir sual ortaya çıxır; Aslan bəy nə etməliydi? 
Tabe olub Nəriman Nərimanov hökumətinin “vraq armyan” 
yəni erməni xalqının düşməsi damğası ilə razılaşmalı və itti- 
ham olunmaq üçün ermənilərə  təhvil verilməsi ilə barışma- 
lıydı?  
Aslan bəy özünün haqlı olduğunu sübut etmək üçün 
dəfələrlə Azərbaycan  İnqilab Komitəsinin sədri Nəriman 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
289
Nərimanova, onun komandasına ittihamedici faktlarla yazılı 
şəkildə məlumatlar vermiş və onların bu ədalətsizliyinə- Zən- 
gəzurun ermənilərə bağışlanmasına görə  nə vaxtsa tarix və 
zaman qarşısında cavab verəcəklərini dəfələrlə qeyd etmişdi. 
Bu itihamedici məlumatlardan sonra mərkəz tərəfindən Aslan 
bəyə qarşı  təqiblər daha da aktivləşmiş, onun ləkələnməsi 
kompaniyası başlanmışdır. Bunları görən və onu gözləyən 
xəyanətlərdən xəbər tutan Aslan bəy vaxtında hökumətdən 
uzaqlaşmağı  qərara almış  və böyüyüb boya-başa çatdığı 
torpaqların azadlığı uğrunda mübarizəyə qalxmışdır. Hadisə- 
lərin sonrakı gedişatı da onun tamamilə haqlı olduğunu 
göstərmişdir. Yəni 1929-cu ilin yayında o öz evinə  gəlib 
uşaqları ilə görüşərkən onu içəridən yaxın adamlardan biri 
satmış mərkəzdən gələrək  onun məhv olunmasına  əmr alan 
qüvvələr evini mühasirəyə almışlar. Onlar öz nümayəndə- 
lərini Aslan bəyin yanına göndərmiş, onu aldadaraq dilə 
tutmağa çalışmışlar ki, Aslan bəy, sizin bu xalq qarşısında 
böyük xidmətləriniz var, siz xalqın qəhrəman oğlusuz, ona 
görə də hökumətə qarşı çıxmağınız düz deyil. Sizə hökumətə 
tabe olmağınızı, məhkəmədə özünüzün  haqlı olmağınızı 
sübut etmənizi təklif edirik. Müqavimət göstərməyiniz 
yersizdir. 
Əslində mərkəzdən gələnlərin Aslan bəyi dilə tutaraq canlı 
şəkildə ermənilərə  təhvil vermək istəkləri  Şaumyanın Nəri- 
man Nərimanova sifarişinin icrasını  həyata keçirmək istə- 
yiydi. Bununla da daşnak Şaumyan daşnaklara divan tutmuş, 
Azərbaycan xalqının qisasını daşnaklardan yetərincə almış 
Aslan bəydən daşnakların qisasını almış olurdu. Bu zaman 
Aslan bəy fikirləşmək üçün bir qədər vaxt istəyib, uşaqları ilə 
görüşüb halallaşdıqdan sonra gələnlərə  deyib: 

Фаиг Абдуллайев____________________________________  
 
290
– Siz elə fikirləşirsiz ki, mən bir canıma görə silah qaba- 
ğında gedəcəyəm? Gedin sizi bura göndərənlərə  mənim 
fikirlərimi çatdırın!  
Gələnlər bayıra çıxdıqdan sonra Aslan bəy bu namərdlərin 
evi atəşə tutacaqlarını əvvəlcədən dərk edib və evi tərk edib, 
silahına sarılıb düz meşə istiqamətində gedir. Bu zaman  yol 
boyu onu görən və  əvvəllər onun tabeçiliyi altında işləyən 
heç kəs ona qarşı hörmətsizlik etməyib, güllə atmayıb, üzünü 
yana çevirib, getməsinə şərait yaradıblar. Lakin qəfildən, qızı 
Gülüzar atasının uzaqlaşdığını və evdəki gərginliyi, həyətdəki 
silahlı adamları gördüyü zaman həyəcanını gizlədə bilməyib, 
evdən çıxaraq atasının arxasınca qışqırıb: 
–Ata, bizi hara qoyub gedirsən? 
Bu zaman Aslan bəy qızının səsini eşidib, ayaq saxlayıb 
və qıza deyib: 
–Qayıt gir evə, yoxsa sənə güllə dəyər. 
Onun səsini eşidən mərkəzdən gələn qüvvələr başa düşüb- 
lər ki, gedən Aslan bəydir və ona qarşı əməliyyata başlayıb- 
lar. Mərkəzdən gələn snayperlər onu atəşə tutublar. Aslan bəy 
çevrilərək ona arxadan atəş açanlara bir-neçə dəfə güllə atıb. 
Ona güllə atan snayperin kəlləsi parça-parça olub. Bu zaman 
atəş dayanıb, heç kəs cürət edib onun arxasınca gedə bilmə- 
yib. Aslan bəy yaralı olmağına baxmayaraq bir xeyli məsafə- 
ni qət edərək Pəyhan adlanan yerə qədər gedib çıxa bilir. Ora- 
da kürəyini böyük qaya parçasına söykəyərək nəfəsini dərir. 
Bu zaman Tisix ləqəbli bir nəfərin yaxınlıqdan keçdiyini 
görür, onu yanına çağırır və silahdaşlarına xəbər göndərməsi- 
ni tapşırır. Tisix Aslan bəyin yaralı olduğunu görərək bir 
vaxtlar onu etdiyi cinayətə görə həbs edən Aslan bəydən qi- 
sas almağa məqam düşdüyünü yəqinləşdirib və ona arxadan, 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
291
namərdcəsinə bir-neçə güllə vurur, bundan bir qədər sonra 
Aslan bəy dünyasını dəyişir.  
Göründüyü kimi Allah ona şərəfli ölüm qismət edib. Aslan 
bəy son nəfəsində  də ölümün gözünə dik baxmış, düşmən 
qarşısında  əyilməmiş,  şərəfli ölümü  düşmən qarşısında  əsir 
kimi getməkdən üstün tutmuşdur. Şaumyanın  onu ermənilərə 
vermək istəyi də baş tutmayır, arzusu gözündə qalır. Bununla 
da Aslan bəy son nəfəsinə qədər öz  həyat yolunu, əqidəsini 
dəyişmədən ölümü ilə  də yeni bir qəhrəmanlıq dastanı yaza 
bilir...  
Təəsüflər olsun ki, Aslan bəyin ölümündən az sonra Lətif- 
lə Kərimin aldadılaraq içimizdən olan xainlərin əli ilə ittiham 
olunmaq üçün ermənilərə  təhvil verilməsi Aslan bəyin nə 
qədər haqlı olduğunu sübut etdi. Lətiflə Kərim kimi əliyalın  
qəhrəmanlar erməni cəlladları qarşısında amansız işgəncələrə 
məruz qalaraq məhv edildilər.  
Kitabın 145-ci səhifəsində  Nəzər Heydərov yazır ki, 
“Xallava kəndindən olan Kərimin və  Xələc kəndindən olan 
Lətifin bandası Zəngəzurda tüğyan edirdi. İş o yerə gəlib çat- 
mışdı ki, orda-burda qalmış müsavatçı və daşnak ünsürləri az 
qalırdılar ki, bizim qəzanın  bu və ya digər rəhbərlərini öldür- 
məyi onlardan tələb etsin. Kərimlə Lətifin bandası Bərgüşad 
dağlarında, Kəpəzin yaxınlığında meşədə gizlə-nirdilər”. 
Nəzər Heydərov Kərimlə  Lətifin bandası dedikdə Aslan 
bəyin qəhrəman dəstə komandirləri və  həmişə haqq-ədalət 
müdafiəçiləri olan insanları nəzərdə tuturdu. Həmin insanlar 
hər zaman xalqın yanındaydılar və xalq onlara inanırdı, he- 
sablaşırdı və pozulmuş haqq-ədalətin bərpa olunmasını Aslan 
bəydən və onun dəstə komandirləri olan Lətiflə Kərimdən xa- 
hiş edirdilər. Bir fakt heyrət doğurur ki, müəllif Nəzər 
Heydərov kitabında dəfələrlə “müsavatçı-daşnak” fikirlərini 

Фаиг Абдуллайев____________________________________  
 
292
eyniləşdirərək onları azərbaycan xalqının bərabər, ortaq  düş- 
məni kimi qələmə verməyə çalışır.  
 
Kərbəlayi Hüseyn Ocağının Övladları 
 
Allah Kərbəlayi Hüseynə 4 oğul əta etmişdi. 
1.Aslan bəy Kərbəlayi Hüseyn oğlu Sultanov  mərd, 
qoçaq, dediyindən dönməyən, bir az da dəliqanlı olub. Qu- 
badlı kəndində əmisi oğlu Həsən  bəy Sultanovun müdir ol- 
duğu ikisinifli 4 illik təhsil müddəti olan məktəbi bitirmişdir. 
Rus dilində sərbəst danışır, yazır və oxuyurmuş. Sonra Qori 
seminariyasını bitirmiş, daha sonra ali hərbi təhsil almış- 
dır.`Çox böyük sərkərdəlik məharətinə malik imiş. Onun 
cəsarəti, hərbi sahədəki istedadı daşnak ordusunun bütün 
zümrələrdən olan zabitlərini, o cümlədən Andranik Ozanyanı 
belə Aslan bəy ilə hesablaşmağa məcbur etmişdir.   
2.Murad bəy Kərbəlayi Hüseyn oğlu Sultanov rus dilini 
mükəmməl bilirdi. O da Həsən bəyin Qubadlıda açılan 4 illik 
məktəbini bitirmişdir. Murad bəyin xasiyyəti ilə Aslan bəyin 
xasiyyəti təzad təşkil edirdi. O, ipək kimi yumşaq, həlim xa- 
siyyətli bir insan idi. Bir müddət Zəngəzurun Qafan rayo- 
nundakı  kəndlərində müəllimlik etmiş, sonra isə Laçında və 
Xanlıqda hakim kimi fəaliyyət göstərmişdir.  
3.Şirin bəy Kəlbəlayi Hüseyn oğlu Sultanov. Həsən 
bəyin məktəbini bitirmişdir. Atasının təsərrüfatına rəhbərlik 
etmişdir. Qohumlara qarşı həddindən artıq qayğıkeş və meh- 
riban idi. 
4.Süleyman bəy Kərbəlayi Hüseyn oğlu Sultanov.  
O biri qardaşlarının xasiyyətlərinin bir sıra müsbət  cəhətləri 
Süleyman bəyə xas idi.  
Bir fakt çox maraqlıdır ki, cəmi 4 il təhsil verən rus-tatar 
məktəbini bitirən bütün məzunlar rus dilini təmiz bilir, riya- 
ziyyat və digər fənləri yüksək səviyyədə mənimsəyirdilər.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
293
Həmin məktəbim məzunu M.Axundov mənimlə birlikdə 
Qubadlı orta məktəbində  nəinki rus dilini, hətta bəzi illərdə 
V-ci siniflərdə riyaziyyatı tədris etmişdir. 
Halbuki, Sovet məktəblərində 11 il rus dili tədris olunan 
məktəblilər rus dilində nə sərbəst danışa və nə də yaza bilir- 
dilər. 
Necə olub ki, cəmi 4 il təhsil alan o vaxtkı gənclər tədris 
edilən fənləri tələb edilən səviyyədə öyrənməklə bərabər, gö- 
zəl xətlə yazmağı, rus dilində  sərbəst danışmağı, yazıb-oxu- 
mağı öyrənmişlər. Bu barədə fikirləşməyə dəyər. 
1917-ci ildə Çar Rusiyası devrildikdən sonra xain qonşula- 
rımız olan ermənilər, növbəti dəfə bizim ata-babalarımızın 
mal-mülkünü talamaq, onları didərgin salmaq məqsədilə hər 
cür riyakarlıqdan istifadə edir, hər cür cinayətlərə əl atırdılar. 
Zəngəzur qəzasının mərkəzi sayılan Gorus şəhərində An- 
dronik Ozanyanın yaratdığı daşnak hökümətinə başçılıq edən 
general Nijdenin rəhbərliyi ilə ordu yaradılmağa başlandı. 
Şuşada daşnak generalı Dronun, habelə  Zəngəzurda daşnak- 
ların lideri, general xain Andronik Ozanyanın zühr etməsi 
ermənilərin iştahını birə-on artırmışdı. Artıq Qafan və Goru- 
sun azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən 
törədilən qətl-qarətlər adi hal almışdı. Bütün bu hadisələr 
quşu gözündən vuran Aslan bəyin gözü qarşısında baş 
verirdi. Ona görə də Aslan bəy Mac kəndinin cavanlarını bir 
yerə toplayıb özünümüdafiə  dəstəsi yaratdı  və bu dəstəni 
fədailər dəstəsi adlandırdı.  İlk  əvvəl fədailər dəstəsinə Mac 
cavanları, sonralar isə bütün Zəngəzur cavanları daxil oldular. 
Mac kəndi və onun ətrafında fəaliyyət göstərərkən dəstənin 
500 nəfər üzvü olmuşdur. Az müddətdə dəstənin şöhrəti, qo- 
caqlığı təkcə məhəlli erməniləri deyil, bütün Zəngəzur ermə- 

Фаиг Абдуллайев____________________________________  
 
294
nilərini qorxuya salmışdır. Ona görə  də uzun müddət Mac 
kəndinə dəyib-dolaşan olmamışdır. 
Aslan bəyin fədailəri, Qafan və Gorus rayonlarının neçə-
neçə azərbaycanlı sakinini daşnak əsarətinə düşmək təhlükə- 
sindən xilas etmişdir. 
İndi, həmin dövrdə baş vermiş bir sıra hadisələri nəzəri- 
nizə çatdıraq: 
76 yaşlı, ali təhsilli, MirZeynal Mirələsgər oğlu Mirhəşim- 
linin öz əli ilə yazdıqlarından: 1918-1920-ci illərdə Qafan 
rayonunun Dorhnu kəndinin camaatı ermənilər tərəfindən iki 
dəfə qovulub kənddən çıxarılıblar. Onlar Kraxtın (Cəbrayıl) 
və Malakan (Füzuli) rayonunun kəndlərinə qədər gedib çıxıb- 
lar. Ara bir az sakitləşdikdən sonra Dorhnulular öz kəndlərinə 
qayıtmışdı. Atam nəql edirdi ki, həmkəndlim  İmamqulu ilə 
qoyun-quzu otarırdıq. Qəflətən daşnak  əsgərləri bizi ələ ke- 
çirdilər. Hər ikimizə silah-sursat şəlləyib qatdılar qabaqlarına. 
Xeyli yol qət etdikdən sonra Təpəsər adlanan bir dağa dır- 
manmağa başladıq (sonralar öyrəndik ki, Andronikin qərarga- 
hı  həmin dağın başında yerləşir). Bildik ki, bizi öldürməyə 
aparırlar. Atam, Mirələsgər Mirhəşim oğlu təklif edir ki, 
İmamqulu, gəl silahları yerə atıb qaçaq. İmamqulu deyir ki, 
bizi aparanlar hamısı silahlıdır, qaçan kimi vuracaqlar. Atam 
cavab verir ki, əziyyətlə ölməkdən bu daha yaxşıdır. Bu 
əsnada bir nərə səsi eşidilir. Ə, daşnak köpəkuşağı əsir aparır- 
sınız? Ermənilər: “Aslan bəy!..” deyib öz silahlarını da atıb 
qaçdılar. Aslan bəy atama yaxınlaşıb deyir ki, Seyid anan 
namaz üstə idi, yoxsa əclaflar sizi güllələyəcəkdi. Atamın və 
İmamqulunun xilasından sevinən babam Mirhəşim və digər 
kənd camaatı Aslan bəyə minnətdarlıq məktubu göndərdilər. 
Həmin  məktubu sizə təqdim edirik: 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
295
 

Фаиг Абдуллайев____________________________________  
 
296
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
297
Bir gün erməni nümayəndə heyəti ağ bayraqla Mac kən- 
dinə  gəlir. Aslan bəy onlara atəş açmaq istəyən dəliqanlı 
cavanları bu işdən çəkindirdi. Onlar erməni generalı Andro- 
nik Ozanyandan Aslan Sultanova məktub gətirmişdilər. Mək- 
tubda o, Andronikin Təpəsər adlanan yüksəklikdə yerləşən 
qərargahına dəvət olunurdu. Aslan bəy qısa məsləhətləşmə- 
dən sonra dəvətə müsbət cavab verdi. Görüş sabah saat 
10.00-a təyin olundu.  
Səhər saat 9.00-da Aslan bəy kiçik bir heyətlə yola düşdü. 
Görüşdə Qurdqalaq kənd sakini, Aslan bəyin  əsgəri olmuş 
Geroy ləqəbli  Əli də  iştirak etmişdir. Hansı ki, 70-ci illərə 
qədər Gorusun Qurdqalaq kəndində yaşamışdır. 
Geroy Əlinin dediyinə görə  Aslan bəyin qəbulu üçün təm- 
təraqlı bir mərasim düzəldilmişdir. Aslan bəy  mərasim 
qaydalarına riayət etmədən onu müşaiyət eləyən döyüşçüləri- 
lə birlikdə birbaşa qərargahın qarşısına yönəldi və Androniklə 
orada görüşdü. Andronik ona müraciət edərək dedi: 
–Nə üçün imkan vermədiniz ki, bizim himnimiz səslənsin? 
Sizin də varsa himniniz, yoxdursa istədiyiniz musiqi parçası 
ifa olunsun. 
Aslan bəy cavab verdi ki, biz dövlət yox, xalq qisasçıla- 
rıyıq. Sizin dediyiniz tərzdə olan görüş Azərbaycanda yeni 
hökümət bərqərar olduqdan sonra baş tuta bilər. 
Erməni generalı dedi: 
 – Aslan bəy onda razısınızsa,  birbaşa mətləbə keçək. 
Aslan bəy:  
– Sizi dinləyirəm. 
– Mən öz qoşunlarımla birlikdə Şuşa şəhərinə general Dro 
ilə görüşə getmək istəyirəm. Ancaq sənin dəstən əlverişli və- 
ziyyətdən istifadə edərək bizim dəstədə böyük tələfat yarada 
bilər. Ona görə də xahiş edirəm bizə itkisiz Şuşaya qədər get- 
məyə şərait yaradın. Söz verirəm ki, bizim tərəfimizdən sizin 

Фаиг Абдуллайев____________________________________  
 
298
ətraf kəndlərinizə heç bir pislik olmayacaq. Bundan sonra 
Zəngəzur müsəlmanlarına qarşı bizim tərəfdən heç bir basqı 
olmayacaq. 
Aslan bəy  Andronikə dedi:  
– Mən bu barədə düşünməliyəm. Üç gündən sonra sənə 
xəbər göndərərəm.   
Andronik Aslan bəyi onun atının yanına qədər müşayət 
etdi. Aslan bəy qayıdandan dərhal sonra Xələcli Lətif ilə 
Xallavalı Kərimi  yanına çağırıb dedi:   
– Qardaşlarım, Andronik mənə  təklif etdi ki, mən onun 
təhlükəsizliyinə təminat verim ki, itgisiz Susaya gedib gene- 
ralı Dro ilə görüşə  bilsin. Mən artıq bu barədə öz qərarımı 
vermişəm. Bu barədə öz hərbi planım da hazırdır. Bu hərbi 
plana görə Andranikin dəstəsi Laçının Mığı  dərəsinə  qədər 
getməli və orada mühasirəyə alınmalıdır. Bundan sonra bi- 
zimkilər planda göstərdiyim istiqamətlərdən hücuma keçməli 
və onları darmadağın etməlidir. Siz mənim çəkdiyim hərbi 
planı götürüb Laçına gedin və Sultan bəylə görüşün. Yaran- 
mış vəziyyətin ciddiliyini ona başa salın və deyin ki, mən üç 
gündən sonra Andronikə xəbər göndərməliyəm. 
 Lətiflə  Kərim həmin an atlanıb Ağbulaq yolu ilə Laçına 
yola düşdülər. 
Bir müddətdən sonra Laçına çatıb, Sultan bəylə görüşdü- 
lər. Sultan bəy onları xüsusi hörmətlə qarşıladı. Lətiflə Kərim 
Aslan bəyin Androniklə görüşməsi və bu görüşdə müzakirə 
olunan məsələlər barədə Sultan bəyi məlumatlandırdılar. 
Aslan bəyin hərbi planı ilə onu tanış etdilər və bildirdilər ki, 
Aslan bəy daşnakları məhv etmək üçün ən münasib yer Mığı 
dərəsini seçib. Sultan bəy bir mənalı olaraq Aslan bəyin hərbi 
planını  bəyəndiyini bildirdi. Sonra Lətiflə  Kərimə dedi ki, 
Aslan bəyə bildirin, biz onun hərbi planı üzrə hərəkət etməyə 
hazırıq. Lətif və  Kərim dərhal geriyə Aslan bəyin yanına 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
299
qayıtdılar və Laçındakı görüşləri barədə ona məlumat ver- 
dilər. Üç günün tamamında Aslan bəy Andronikin göndərdiyi 
nümayəndə heyətini qəbul etdi və onların təhlükəsiz hərəkə- 
tinə  təminat verdi. Ancaq bir şərtlə: O, insanların şübhələri- 
nin tamamilə götürülməsi üçün əvvəlcə silahlarını göndərmə- 
yi, sonra isə özlərinin hərəkət etmələrini şərt kimi irəli sürdü. 
Gələn adamlar bildirdilər ki, Andronik Aslan bəyin bütün 
şərtlərini qəbul etməyə hazırdır. Razılıq  əsasında Andronik 
əvvəlcə silah-sursatı yola salır, sonra isə özləri hərəkət etmə- 
yə başlayırlar. Aslan bəy plana uyğun olaraq döyüşçülərinə 
göstəriş verir ki, Laçına – Mığı dərəsinə çatıncaya qədər heç 
kim daşnaklara toxunmasın. Andranik hiyləsinin baş tutduğu- 
nu düşünərək arxayınlıqla öz dəstəsiylə Laçına doğru hərəkət 
etməyə başladı. Bir nüddətdən sonra Mığı  dərəsinə çatdıqda 
isə tamamilə başqa bir mənzərə ilə qarşılaşdı. Aslan bəyin 
planına uyğun olaraq daşnaklar üzük qaşı kimi mühasirəyə 
alınmışdı. Bir tərəfdən Lətiflə Kərimin, digər tərəfdən Sultan 
bəyin, başqa istiqamətdən Kəlbəcərdən və Zəngəzurun digər 
bölgələrindən gəlmiş igid oğulların mühasirəsində qalmış 
erməni daşnakları bu mənzərədən şok vəziyyətinə düşmüşdü- 
lər. Aslan bəyin hərbi planına uyğun olaraq müxtəlif istiqa- 
mətlərdən eyni zamanda hücum başlandı  və daşnak ordusu 
tamamilə darmadağın edildi. Ancaq təəssüflər olsun ki, kiçi- 
cik bir dəstə ilə Andronik qaçıb canını qurtara bilmişdi. 
Bununla da onun Dro ilə görüşmək planı alt-üst olur və çox 
böyük bir məğlubiyyətə uğrayır. 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin