Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   11   12   13   14   15   16   17   18   19

**** 
Rafiq müəllim atası Balaca Abdullayevdən eşitdiyi bir xa- 
tirəni də həmişə sevgiylə danışmağı xoşlayardı. Atası Balaca 
kişi deyərmiş ki, Aslan bəyin  general Semyonovla dostluğu 
bütün Zəngəzurda ağız-ağız gəzərdi. Bu dostluğun təməli As- 
lan bəy Ersevənikdə Semyonovu və onun ordusunu  daşnak 
mühasirəsindən  xilas etdikdən sonra qoyulmuşdu. Aslan bəy 
həmin mühasirədə Semyonovu real ölümdən xilas etmişdi. 
Bu hadisədən sonra Semyonovla Aslan bəyin arasında çox 
sıx dostluq münasibətləri qurulmuşdu.  
Günlərin birində Aslan bəylə Semyonov ova çıxırlar. Me- 
şənin dərinliyində olarkən onlar ceyran mələməsinin səsini 
eşidirlər.  Aslan bəy Semyonovdan soruşur: 
– O səsi eşidirsənmi? 
Semyonov cavabında: 
– Eşidirəm,- deyir. 

Фаиг Абдуллайев____________________________________  
 
316
Aslan bəyin  silahı qaldırıb hazır saxladığını görən Semyo- 
nov maraqla xəbər alır: 
– Nəyə güllə atmağa hazırlaşırsan? 
Aslan bəy sakitcə: 
– Ceyranın səsi bir də  eşidiləndə onu vuracağam. Mən 
onun səsini müşahidə edirəm. 
Semyonovu gülmək tutur: 
– Bu mümkün deyil, heç  meşənin dərinliyində görünməz 
olan bir heyvanı da səslə təyin edib vurmaq olar?- deyir. 
Aslan bəy: 
– Olar, mən onu başından vuracağam, – deyərək bu zaman 
ceyranın səsinə doğru atəş açır. 
Güllə səsindən sonra bir anlıq sükut olur. Aslan bəy Sem- 
yonova deyir: 
– Gedək ovumuzu götürək. Mən onu başından vurdum. 
Semyonov dostunun bu sözlərini zarafat kimi başa düşür, 
onun dediklərinə  qəti inana bilmir. Onlar birlikdə bir qədər 
əvvəl səsi eşidilən ceyrana doğru səmt alırlar. Azacıq vaxt 
ötdükdən sonra onlar  ceyranın yanına yetişirlər. Bu zaman 
Semyonov gördüyü mənzərədən heyrətini gizlədə bilmir. Hər 
şey Aslan bəyin dediyi kimi idi – ceyran başından cəmi bir 
güllə ilə vurulmuşdu.    
Bu mənzərəni görən Semyonov dostunun fitri atıcılıq 
məharətinə heyranlığını gizlədə bilmir. Aslan bəy Semyonov- 
la dostluğu boyu  onu dəfələrlə belə heyrətamiz atıcılıq məha- 
rəti ilə heyrətləndirə bilmişdi. Semyonov növbəti ovların 
birində Aslan bəyin dediyi kimi, səmada uçan ördəyi dimdi- 
yindən vurmasını təsadüf kimi qəbul etmişdi. Aslan bəy Sem- 
yonova bunun təsadüf olmadığnı sübut etmək üçün dalbadal 
səmada uçan üç ördəyi də dimdiyindən vuraraq yerə salmışdı, 
bütün bunları görən Semyonov öz  dostu Aslan bəy Sultanov 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
317
haqqında bir fikir deyirdi: “Ona Allah tərəfindən mahir atıcı- 
lıq istedadı verilib!” 
 
**** 
Günlərin birində Aslan bəyin kəşfiyyatı iki daşnak zabiti 
ələ keçirir. Onları istintaq etmək Aslan bəyə  həvalə olunur. 
Bu zaman Aslan bəy Semyonovla bir yerdə imiş. Söhbət əs- 
nasında Aslan bəy Semyonova deyir ki, bunlar kəşfiyyatımı- 
zın ələ keçirdiyi daşnak zabitləridir.  
Aslan bəy daşnak zabitləri ilə erməni dilində sorğu-suala 
başlayır. Sorğu-sual bitəndən sonra Semyonava işarə ilə bil- 
dirir ki, mən öz işimi bitirdim,  indi növbə sizindir.  
Bu mənzərənin şahidi olan və əsirlərlə çətinlik çəkmədən 
ermənicə danışdığını görən Semyonov  daşnak zabitlərini  rus 
dilində danışdırmağa başlayarkən onlardan aldığı ilk sual onu 
heyrətləndirir. Daşnak zabitləri maraqla xəbər alırlar: 
– Bizi sorğu-sual edən o adam erməni idi? 
Semyonov eşitdiyi sualdan heyrətlənir: 
– Məgər siz onun danışığında heç bir ləhcə hiss etmədi- 
niz? 
Daşnaklar: 
– Yox, qətiyyən, o təmiz erməni dilində danışırdı,- deyə- 
rək, cavab verirlər. 
Aslan bəyin həm rus, həm erməni dilində heç bir ləhcə 
biruzə vermədən, sərbəst, səlis danışa bilməsi Semyonovda 
ona qarşı daha böyük pərəstiş hissi oyadır. Semyonov Aslan 
bəyin belə gözlənilməz xüsusiyyətlərini kəşf etdikcə ona daha 
da sıx bağlanırdı. 
Aslan bəy Semyonovun onun erməni dilində sərbəst danı- 
şa bilməsinə təəccübləndiyini  gördüyündə ona demişdi: 
– Dostum, yadında saxla, düşmənini məhv etmək istəyir- 
sənsə, ilk növbədə onun dilini yaxşıca bilməlisən!   

Фаиг Абдуллайев____________________________________  
 
318
**** 
Zəngəzur kəndlərindən birində maraqlı bir hadisə baş 
vermişdi. Günlərin birində quldurlardan biri qolunun zoruna  
arxayın olub camaatın mal-qarasını zorla günün  günorta çağı 
əlindən alır. Camaat onun bu hərəkətinə etiraz edərək ona 
xəbərdarlıq ediblər ki, sənin bu hərəkətin barədə Aslan bəyə 
çatdıracaıq. Quldur da arxayın-arxayın deyib ki, gedin kimə 
nə deyirsiz deyin! 
Mal-qarası  oğurlanan adamlar özlərini ümid yerləri olan 
Aslan bəyə çatdırırlar və hadisəni olduğu kimi ona danışırlar. 
Bu xəbəri eşidən Aslan bəy bərk qəzəblənir və ona pənah gə- 
tirən adamlara deyir ki, narahat olmayın, o elədiyi hərəkətin 
cavabını alacaq.  
Aslan bəy vaxt itirmədən elə  həmin gecə bir-neçə yaxın 
adamı ilə quldurun  evinə yollanır. Qapı-baca bağlı, həyətdə 
canavar kimi vəhşi itlər olan bir evin həyətinə girməyin 
mümkün olmadığını düşünən quldur evində arvad-uşağı ilə 
yatırmış. Aslan bəy əvvəlcə itləri zərərsizləşdirib, itlərin səsi 
belə çıxmadan hamısı öldürülür. Evin qapısını açaraq evə gi- 
rən Aslan bəy  hazır saxladığı tüfəngin lüləsini onun başına 
tuşlayır, bu zaman quldurun yanında yatan arvadını görəndə 
tüfəngini geri çəkir, patrondaşdan iki patron çıxarıb quldurun 
qulaqlarının dibinə qoyaraq  evi tərk edir.  
Səhər yuxudan ayılan quldurun arvadı yataqda olan pat- 
ronları görəndə haray-həşir salır. Quldur yuxudan oyanıb pat- 
ronlara baxanda məsələnin nə yerdə olduğunu anlayır. Bu 
hərəkəti ancaq Aslan bəyin edəcəyini başa düşən quldur vaxt 
itirmədən bir-neçə ağsaqqalını da götürüb Aslan bəyin görü- 
şünə gedir. Quldur  bəyin ayağına düşərək yalvarır və deyir: 
– Bəy, məni öldürsəydin bundan yaxşı olardı. Mən sənin 
igidliyinin qarşısında baş  əyirəm. Sən ki, məni arvadımın 
yanında vurub öldürmədin, ömrüm boyu sənə qulam.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
319
Aslan bəy də ona: 
– Səni bu ağsaqqallara bağışlayıram, bir də belə qələt elə- 
mə! Camaatın malını apar özünə qaytar. 
O da verdiyi sözü tutaraq malını əlindən aldığı adamlarla 
görüşüb, onlardan üzr istəyib və apardığı mal-qaranın hamısı- 
nı onlara qaytarıb. 
 
**** 
Deyilənlərə görə Zəngəzur kəndlərindən birində  günlərin  
birində çox murdar bir hadisə baş verib.  Bir evin  qadınla- 
rının zivədən asılan bütün alt paltarlarını gecə ikən gəlib 
oğurlayıb aparıblar. Bu fakt həmin dövrdə ailə üçün, bütün 
nəsil üçün böyük bir biabırçılıq hesab olunurdu. Səhər tezdən 
ev sahibi bu mənzərənin  şahidi olur. Onlar bu hadisədən 
başlarını itirir, məyus olur, nə edəcəklərini bilmirlər. Bu 
şərəfsizliyi hansı düşmənlərinin onlara etdiyini  yəqinləşdir- 
məyə çalışırlar. Bu zaman  oğlunun  hadisədən  az qala dəli 
olacağını görən anası yerindən qalxaraq deyir: 
– Gedirəm Aslan bəyə hər şeyi deyəm... Bu xainlərin cəza- 
sını ancaq o verəcək! Oğlum, Allahdan ümid kəsilməz.  
Qadın vaxt itirmədən Aslan bəyin yanına gedir, bu vaxt 
Aslan bəy evdə yox imiş. Qadın  hadisəni evdə olan yaşlı qa- 
dınlardan birinə danışır. Az sonra Aslan bəy də  gəlib çıxır, 
evdə olan yad qadını gördükdə mehribanlıqla xəbər alır: 
– Ay bacı, gəlişin xeyirdirmi?  
Qadın cavab verməyə utandığından susur, bu vaxt evdəki 
yaşlı qadın astaca Aslan bəyə yaxınlaşıb hadisəni eşitdiyi ki- 
mi ona çatdırır, bu xəbərdən hiddətlənən   bəy: 
– Binamuslar! Biqeyrətlər! – deyərək ayağa qalxır, üzünü 
qadına tutur və əlavə edir: – Narahat olma,  bacı, onlar  etdik- 
ləri binamusluğun  cavabını alacaqlar.  

Фаиг Абдуллайев____________________________________  
 
320
Aslan bəy dərhal yanındakı döyüşçülərinə “atlanın” əmrini 
verir. Aslan bəyin kəşfiyyatı tez bir zamanda hadisənin kim- 
lər tərəfindən törədildiyini müəyyənləşdirir. Aslan bəy dərhal 
həmin adamları tapmağa yola çıxır. Şərəfsizlik edən adamla- 
rın kəndlərinin girəcəyində, hündür bir təpənin üstünə çıxaraq 
havaya bir-neçə  güllə atır. Kənd camaatı  təşvişə düşür, elə 
zənn edirlər ki, kəndə basqın olub. Tez hər kəs silaha əl atıb  
atlanaraq Aslan bəygilin qərar tutduqları təpəyə doğru çapıb- 
lar.  Bu zaman Aslan bəy uzaq məsafədən ona doğru gələn ilk 
atın alnının ortasından vuraraq atı öldürür. Daha sönra növbə- 
ti atları da eyni qayda ilə  və eyni yerdən vuraraq öldürərək 
atlıları yerə sərir. Bu zaman heyrət içində olan kənd adamları 
bir-birlərinə sual edirlər ki, bu adam nədən bizi yox, atları- 
mızı vurub öldürür, burda nəsə  bir iş var. 
 Bu vaxt haraya yetişən kənd ağsaqqaları  gəlib bir-neçə 
atın eyni yerdən, eyni qayda ilə qaşqasından vurulduğunu 
görən kimi, hadisəni anlayıblar və hər kəsə deyiblər ki: 
– Bu Aslan bəydir, xəbərdarlıq edir, nəsə ciddi bir şey 
olub! 
Ağsaqqallar dərhal kənd camaatından xəbər alırlar ki, nə 
olub ki, Aslan bəy belə qəzəblənib, hər şeyi bilməliyik, yoxsa 
Aslan bəy hamımızı güllədən keçirdəcək. 
Bu vaxt qorxu içində olan kənd adamları gecəki hadisəni 
ağsaqqallara çatdırırlar. Ağsaqqallar əllərinə  təslimçilik rəm- 
zi sayılan ağ  mələfəni başlarının üstünə qaldırıb Aslan bəyə 
doğru gedirlər.  
Aslan bəylə görüşən ağsaqqallar onun ayaqlarına düşüb 
yalvarırlar ki: 
– Bəy, kənd cavanlarının qanını bizim ağsaqqallığımıza 
keç. Onları balalarının başına dola, bağışla. Pal-paltarları da 
öz ağbirçəklərimizlə aparıb yiyəsinə çatdıracağıq...  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
321
Aslan bəy ağsaqqalların bu yalvarışlarına cavab olaraq 
deyir: 
– Qoy qurban olsunlar sizə! Gedin camaatdan üzür istəyin, 
pal-paltarı da öz ağbirçəklərinizlə yiyələrinə qaytarın. 
Bu hadisədən sonra şərəfi ləkələnmək təhlükəsindən qur- 
tulan qadın yenidən Aslan bəyin evinə  gələrək ona minnət- 
darlıq edir: 
– Çox sağ ol, Aslan bəy, allah səni bu camaata çox görmə- 
sin! Az qala oğlum dəli olacaqdı. Ömrümüz boyu bu yaxşılığı 
itirmərik, dualarımız həmişə sizinlə olacaq. 
 
**** 
Aslan bəyin uşaqlıq və yeniyetməlik illəri ilə bağlı da 
maraqlı xatirələr az deyil. Onlardan biri də  Zəngəzurun yaşlı 
adamlarının indi də xatirində yaşayan bir əhvalatdır. 
Bir gün kənd qadınlarından ikisi kəndin kənarındakı kol- 
luqdan böyürtkən yığırmışlar. Bu zaman yekəpər  bir erməni 
dığası qadınların yanında heç kəsin olmadığını gördükdə 
onlara sataşmaq fikrinə düşür, qadınlara hücum edir və təca- 
vüz etməyə çalışır. Qadınlar da özlərini qorumaq üçün hay-
həşir salır, ona müqavimət göstərməyə çalışırlar. Dığa qadın- 
lardan birini zorla tutub yerə  çırpanda yaxınlıqdan keçən 
doqquz yaşlı Aslan bunu görür, damarlarındakı qan coşur, 
erməni dığasının bu hərəkətini cavabsız qoya bilməyərək 
özünü itirmədən yerdəki iri payanı götürərək qadını yerə yıx- 
mış dığanın peysərinə bir-neçə zərbə ilişdirir. Dığa qan içində 
özündən gedir və  kənara aşır. Bu hadisədən heyrətlənən qa- 
dınlar balaca bir oğlan uşağının onların namusunu necə xilas 
edə bilməsindən çaşıb qalırlar, qadınlar balaca Aslanı bağırla- 
rına basıb öz xilaskarlarını öpürlər və hələ də qorxu, həyəcan  
içində olan qadınlar deyirlər ki: 
– Oğlum, gəl, qaçaq, yoxsa bu dığa durar bizi öldürər.  

Фаиг Абдуллайев____________________________________  
 
322
Balaca Aslan da cavabında onlara deyir ki: 
– Daha o bizi öldürə bilməz! Çünki o özü ölüb... 
Bu hadisə tez bir zamanda hər tərəfə yayılır. Doqquz yaşlı 
Aslanın etdiyi qəhrəmanlıq dillər əzbəri olur. Hamı deyirmiş 
ki, Kərbəlayi Hüseyn bəyin oğlu Aslan böyüyəndə qəhrəman 
olacaq. 
Bəli tarix bunu göstərdi.  İlk düşmənini xəyanət üstündə 
haqlayan balaca Aslan gələcək taleyini elə o vaxt seçmişdi. 
Allah onu Zəngəzur camatının xilaskarı kimi  göndərmişdi. 
 
**** 
Aslan bəyin  xaincəsinə həlak olmasından sonra bütün ailə 
üzvləri və bütün qohum-əqrabası Azərbaycanın müxtəlif yer- 
lərinə  sürgün olunur. Ailənin özünü isə Nuxanın (indiki Şəki 
rayonu) Daşburun kəndinə sürgünə göndərirlər. Oradan isə 
onları Qazaxstana sürgün etmək planlaşdırılırmış. Ailə bir 
müddət Nuxada yaşadıqdan sonra Nuxanın yerli hakimiyyət 
nümayəndələri  tərəfindən yayılan həyəcan dolu xəbərlər 
eşidirlər. Tezliklə onları Qazaxıstana sürgün edəcəklər. 
Bu xəbərdən az sonra Azərbaycan Fövqəladə Komissiyası-
nın sədri (o vaxtlar bu vəzifə Milli Təhlükəsizlik Nazirliyi sə- 
viyyəsində bir orqan olub) Mircəfər Bağırovun Nuxaya  gələ- 
cəyi, sürgün olunmuş adamlarla görüşəcəyi barədə  məlumat 
dolaşır və  xəbər yayılır ki, Mircəfər Bağırovun Qazaxıstana 
sürgün olunacaq adamlarla görüşünün vaxtı barədə əlavə mə- 
lumat veriləcək. Elə də olur, xəbər verilən vaxt Qazaxıstana 
sürgün olunacaq adamlar meydana toplaşırlar. Bu zaman 
Mircəfər Bağırov izdiham qarşısında çıxış etməyə başlayır.  
Onun rus millətindən olan eynəkli yavəri adamlar arasında 
dolaşarkən qəfildən gözü Aslan bəyin qardaşı Süleyman bəyə 
sataşır. O çaşqın bir vəziyyətdə  yaxınlaşaraq onu bərk-bərk 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
323
bağrına basaraq qucaqlayır. Bu vəziyyət bir-neçə dəfə təkrar- 
lanır.  Heyrətlə xəbər alır: 
- Sizi bura kim sürgün edib? 
Aslan bəyin qardaşı Süleyman bəy vəziyəti olduğu kimi 
ona danışır. Yavər iti addımlarla Mircəfər Bağırovun yanına 
gələrək hərbi təzim edir və deyir: 
– Yoldaş Bağırov, bizi Zəngəzurda banditlər mühasirəyə 
alıb öldürmək istəyərkən real ölümün cəngindən bizi xilas 
edən Aslan bəy Sultanovun qardaşı Süleyman bəyi də bura 
sürgün ediblər. – Yavər  əlavə edərək deyir ki: – Aslan bəy 
bizi xilas edərkən onun dəstəsindən olan üç nəfər igid bandit- 
lər tərəfindən öldürülmüşdü, o vaxt güllələrdən biri Aslan bə- 
yə də dəyə bilərdi. O həyatına risk edərək bizi xilas etmişdi.  
Bağırov bu xəbəri dinlədikdən sonra uca səslə deyir: 
– Bu ola bilməz! Onun qardaşını  təcili yanıma çağırın,- 
əmrini verdi. 
Yavər Aslan bəyin qardaşı Süleyman bəyin qoluna girərək 
onu Mircəfər Bağırovun yanına gətirdi. Bu zaman Mirəfər 
Bağırov  onunla son dərəcə səmimiyyətlə görüşərək əlini bir-
neçə dəfə başının üstünə qaldırıb endirərək hadisənin necə ol- 
duğunu bir daha xəbər alır. 
Prezident Aparatı Siyasi Sənədlər Arxivi sənədləri təsdiq 
edir ki, həmin dövrdə Mircəfər Bağırov  da mərkəzi hakimiy- 
yətin hədəfində olanlardan biriydi. Mərkəzi hökumət onu  
başından etmək üçün Gürcüstana dəxli olmayan su təsərrüfatı 
ilə bağlı bir adi işə göndərmişdilər. (Fond 1. Siyahı 8. İş 14) 
Süleyman  bəy Aslan bəyin ölümündən sonra baş verən 
hadisələri dəqiqliyi ilə Mircəfər Bağırova  çatdırır. Bağırov 
onu diqqətlə dinlədikdən sonra əlini  ərklə onun çiyninə to- 
xunduraraq çox təəssüf etdiyini demiş, daha sonra da əmr 
verib deyir ki, onları  dərhal sürgündən azad etsinlər. Bu in- 
sanların heç bir günahı yoxdur.  

Фаиг Абдуллайев____________________________________  
 
324
Daha sonra Mircəfər Bağırov Aslan bəyin qardaşı Süley- 
man bəylə mehribanlıqla görüşərək ayrılır. Ayrılarkən Mircə- 
fər Bağırov əmr etdiyi adamlara bildirir  ki, bu məsələnin ic- 
rasına şəxsən özüm nəzarət edirəm. Məsələ tam icra olunduq- 
dan sonra mənə məlumat verin. 
Bağırov  getdikdən sonra  Aslan bəyin ailə üzvləri bir-bir- 
lərini təbrik ediblər və rus yavərin onları xilas etməsindən 
məmnun qalıblar. Amma hər halda əmr icra olunana qədər iç- 
lərində bir tərəddüd də var idi. Səhərin alatoranında qapıya 
gələn iki yük maşınının və gələn faytonların atlarının səsi ev 
adamlarını yuxudan oyadır. Gələn hökumət nümayəndələri 
Mircəfər Bağırovun yazılı əmrini onlara təqdim edir. Bu əmri 
alan ailə üzvlərinin sevincləri yerə-göyə sığmır.   
Bu zaman Aslan bəyin qardaşı Süleyman bəyin bir qız 
övladı dünyaya gəlir. Onun ayağı çox düşərli olduğuna görə 
adını Sayalı qoyurlar. O vaxtkı Nuxada (indiki Şəkidə) 
anadan olduğuna görə indi də hərdən zarafatla Sayalı xanımı 
“Nuxalı” deyə çağırırlar. 
Yeri gəlmişkən Aslan bəyin Nuxanın Daşburun kəndində 
sürgün həyatı yaşayan ailə üzvləri həmişə Daşbulaq camaa- 
tını sevgiylə xatırlayardı. Onlar deyərdilər ki, Daşbulaqlılar 
bizə böyük hörmət göstərir, qayğımızı  çəkir və ürək-dirək 
verərək deyərdilər ki: “Pis günün ömrü az olar”. Aslan bəyin 
ailə üzvləri bu gün də Şəki camaatına, xüsusilə də Daşbulaq 
əhalisinə öz dərin minnətdarlığını bildirir.  
Bu hadisəni xatırlayan Aslan bəyin qardaşı deyirdi ki, Ba- 
ğırov və onu müşayiət edənləri quduz banditlərin caynağın- 
dan xilas etdikdən sonra az öncə  vəhşicəsinə öldürüləcəyi 
xofundan  hələ də özünə gələ bilməyən Mircəfər Bağırov As- 
lan bəyi bağrına basaraq üzündən öpmüş, minnətdarlıq hissi 
ilə bildirmişdi: 
– Aslan bəy, sənə bir can borcum var.  

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
325
Bundan sonra süfrə açılmış, çörək kəsilmişdir. Yeməkdən 
sonra Bağırovun yavəri ilə mən onlardan icazə alaraq meşəyə 
çiyələk yeməyə getdik. Zəngəzur meşələrində çox ətirli yaba- 
nı çiyələklər bitərdi. Biz bu çiyələkləri dərib yeyirdik. Mircə- 
fər Bağırovun yavəri tez-tez məni qucaqlayaraq onları 
ölümdən qurtardığımız üçün Aslan bəyə xüsusi minnətdarlı- 
ğını bildirirdi. Bu zaman yavər Aslan bəyin necə qəhrəmanlıq 
göstərməsini, necə dəqiq hərbi taktika seçməsini, bir göz qır- 
pımında vəhşiləşmiş banditləri gəbərtməsini, həmin döyüşdə 
Aslan bəyin cəsur döyüşçülərindən üçünün həlak olmasını 
danışıb, bütün bunlara görə ömrü boyu Aslan bəyə borclu 
olacağını bildirmişdi. 
Bəli, zaman yetişdi və rus yavər Nuxada öz sədaqətini, 
verdiyi sözü kişi kimi tutmasını sübut etdi. Onu da qeyd et- 
mək yerinə düşər ki, Savalan Şirinov və qeyriləri Mircəfər 
Bağırovun Aslan bəyin qəhrəmanlığına qibtə etdiyini və ona 
xüsusi rəğbəti olduğunu deyərdilər.  
Bu faktı arxiv sənədi (Fond 1. Siyahı 1. İş 126.) də təsdiq 
edir. Mircəfər Bağırov 1920-ci ildə Qarabağda inqilab komi- 
təsi sədrinin müavini işləyərkən Aslan bəy Sultanov Qaraba- 
ğın və Zəngəzurun fövqəladə komissarı (ali rəhbəri) olub. Bu 
da o deməkdir ki, o zaman Mircəfər Bağırov  Aslan bəyin ta- 
beçiliyində  işləmiş  və onun bütün fəaliyyətini, qəhrəmalıq-
larını, qeyri-adi sərkərdəlik istedadını  şəxsən öz gözləri ilə 
görmüş, bütün bunlara görə də ona pərəstiş etmişdir.  
Mircəfər Bağırov sonrakı fəaliyyətində də Aslan bəyə olan 
rəğbətini gizlətməmiş, belə ki, onları sürgündən azad etdik- 
dən sonra  nəslin ağsaqqalarına gizli olaraq tövsiyyə etmişdir  
ki, soyadlarını dəyişsinlər. Ona görə də Aslan bəyin qohum- 

Фаиг Абдуллайев____________________________________  
 
326
larının əksəriyyəti Sultanov soyadından Abdullayev soyadına 
keçmişdir. Bu soyadı da ona görə götürmüşdülər ki, Aslan 
bəyin atası  Kərbəlayi Hüseyin bəyin  babasının adı Abdulla 
bəy olmuşdur. Bu soyadı qəbul etdikdən sonra ailə sanki bəy 
damğasından qismən də olsa canını qurtara bilmişdir. 
Mircəfər Bağırovun razılığı, xeyir-duası olmadan heç kəs 
bu soyadı dəyişməyə cürət etməzdi. Çünki birincisi Mircəfər 
Bağırov bu nəsli çox yaxşıl tanıyırdı, bilirdi ki, bu nəsil Azər- 
baycanın ən qədim zadəgan bəy nəsillərindən biridir. İkincisi 
isə Mircəfər Bağırov hüquq-mühafizə orqanlarının başında 
işləyən bir adam kimi kimin kimə necə bağlı olmağını  də- 
qiqliklə bilirdi.  
Bu fikirlərin təsdiqi kimi 50-ci illərdə  onu ölümdən qurta- 
ran Aslan bəyin doğma bacısı oğlu və əmisi nəvəsi Canbaxış 
Ab- 
dullayevi maliyyə naziri, sonra Qutqaşen rayonunun (indiki 
Qəbələ rayonu) birinci katibi, qardaşı  oğlu professor, tarix 
elmləri doktoru Həsi Abdullayevi Mərkəzi Komitənin  şöbə 
müdiri vəzifəsinə  təyin etmişdi. Mircəfər Bağırov çox yaxşı 
bilirdi ki, Həsi Abdullayevin atası Behbud bəy Sultanov hələ  
1920-1921-ci illərdə Aslan Sultanovun işçisi olmuşdu. Can- 
baxış Abdullayev isə Abış  bəy Sultanovun oğlu idi, yəni 
Aslan bəyin əmisi oğlunun oğlu idi. Bütün bunlar da Mircəfər 
Bağırovun Aslan bəyin unudulmaz xatirəsinə  və onun ruhu 
qarşısında olan borcuna dərin hörmətin əksidir.   
 
**** 
Deyilənlərə görə bir gün Aslan bəy Gürcüstana bir tədbirə 
dəvət olunur. Tədbirdə öz dövrünün yüksək hərbi vəzifələrini 
tutan adamlar işturak edirlər. Tədbirin sonunda bir yarışma 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
327
təşkil olunur. Hədəfləri düzüb nişan almaq və  hədfləri vur- 
maq şərt qoyulur. Hər kəs öz atılıcılıq məharətini göstərməyə 
çalışır. Atəş açanlar hədəfləri yüksən ustalıqla vura bilirlər- 
miş. İşi belə görən Aslan bəy qərara alır ki, burada qeyri-adi 
bir şücaət göstərsin. Ona görə də növbə ona çatanda  tüfəngi 
qaldırıb hədəfi nişan almaq əvəzinə hər kəsdən fərqli olaraq  
öz yerini alaraq hədəfə diqqətlə baxmağa başlayır.  Ətrafda 
olanlar təəccüblərini gizlədə bilmirlər. Maraqla onun hərə- 
kətlərinə göz qoyurlar. Bu zaman Aslan bəy arxasını hədəfə 
sarı tutaraq tüfəngi çiyni üstən qaldırıb hədəfi arxası  tərəfə 
vurub aşırır. Onun hədəfi arxası  tərəfə vurub aşırması ora 
toplaşanların hamısını təəccübləndirir. Onun qeyri-adi atıcılıq 
qabiliyyəninə həsəd aparırlar. 
 
**** 
Bir gün Aslan bəyin atası Hüseyn bəy  anası  Mülkü Ca- 
han xanımla birlikdə müqəddəs Kərbəlaya ziyarətə getməyi 
qərara alırlar. Allah bu ziyarəti onlara qismət edir. Ziyarəti 
başa vurduqdan sonra geri dönüb evlərinə qayıtdıqları vaxt 
kənd adamlarından biri hər kəsi qabaqlayaraq bəyin atının 
başından tutur və  üzünü bəyə tutaraq deyir: 
Ay Kərbəlayi Hüseyn bəy, allah mənə də belə bir at qis- 
mət eləsin, mən də Kərbəlanı ziyarət edim.  
Bu vaxt Kərbəlayi Hüseyn bəy gülümsəyərək ona cavab 
verir: 
– Allah belə bir  atı sənə qismət  elədi. Bu  at bu gündən 
sənindir. 
Sevincindən çaşıb qalan bu sadə  kənd adamı üzünü mə- 
yus-məyus Kərbəlayiyə tutaraq  susur. Onun bu mənalı baxış- 
larını görən Kərbəlayi Hüseyn bəy məsələnin nə yerdə oldu- 

Фаиг Абдуллайев____________________________________  
 
328
ğunu başa düşür. Yenə özünəməxsus bir təbəssümlə, həm də 
zarafatla  bildirir: 
– Təkcə Kərbəlayi mən deyiləm ki... Qoy qalan  tədarükü 
də Kərbəlayi Mülki Cahan xanım eləsin! 
Bəli... O sadə adamın sevincinin həddi-hüdudu yox idi. 
Belə səxavətli və allahsevər bir insanların qarşısında olmasın- 
dan, onlardan gördüyü xeyirxahlıqdan allaha şükür  edirdi.  
İlk növbədə qadir Allanın rizası  və yerdə isə  Kərbəlayi 
Hüseyn bəylə  Kərbəlayi Mülkü Cahan xanımın vasitəçiliyi  
ilə  Kərbəla ziyarəti arzusunda olan həmin adama Kərbəla 
ziyarəti qismət oldu! 
Bu yerdə  əlavə etməyi vacib bilirik ki, Kərbəladan qayı- 
dan Kərbəlayi Hüseyn bəy Mac kəndini  öz pulu ilə alaraq öz 
ətrafında ehtiyacı olan insanlara təmənnasız olaraq ehsan ki- 
mi paylayıb. Mac kəndinin gözəlliyi və füsunkar təbiəti barə- 
də isə o kəndi öz gözləri ilə görmüş Nuşirəvan  Əsədovun 
xatirələrində ətraflı məlumat verilmişdir. 
  
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin