Фаиг Абдуллайев



Yüklə 6,46 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix31.01.2017
ölçüsü6,46 Mb.
#6978
1   ...   11   12   13   14   15   16   17   18   19

 

Фаиг Абдуллайев____________________________________  
 
270
Xatirələr...  Xatirələr...  Xatirələr... 
 
Bu fəsildə arxiv sənədləri və  əldə etdiyimiz digər 
sənədlərdən kənara çıxaraq hadisələrin birbaşa  şahidləri 
olmuş, müxtəlif insanların xatirələri və  şifahi danışıqlar 
əsasında  əldə etdiyimz materialları  təqdim etməyə 
çalışacağıq.  
İlk olаraq isə sizə  Елбрус  Шащмарын  «Ханиманым  Гу- 
бадлы»  китабында  23-жц  сящифядя  Аслан  бяй  Султанов  щаг- 
гында йаздыьы йазыны тягдим едирик: 
Аслан бяй Кярбялайи Щцсейн оьлу Султанов барядя, яс- 
линдя о, бюйцк бир йазынын гящряманыдыр. Анжаг барясиндя 
о  вахт  мялумат  алдым  ки,  артыг  щямин  вахт  китаб  чапда 
иди. Еля билирям буна эюря онун рущу мяни баьышлар. 
Аслан  бяй  Султанов 1889-жу  илдя  Губадлы  гязасынын 
Щажылы  кяндиндя  анадан  олмушдур.  Сонралар  атасы  Кярбя- 
лайы  Щцсейн  бяй  Эорусун  Мач  кяндини  щюкумятдян  алыб 
вя  орада  йашайыб.  Лакин  бир  мцддятдян  сонра  ермяниляр 
бу аилянин орада йашамасына имкан вермяйибляр. Она эюря 
кярбялайы Щцсейн бяй Чардахлы кяндинин йахынлыьында олан 
Гараьаж кяндиня кючцр.  
Аслан бяйин эянжлик илляри бцтцнлцкля, ермянилярля саваш- 
да  кечиб.  Онун  тяшяббцсц  иля  жамаат  сярщядя  йахын  олан 
бир  нечя  кянддя  истещкамлар  гурур,  сянэярляр  йарадыр. 
Аслан бяй мярд вя жясарятли, ейни заманда касыблара, ялсиз-
айагсызлара щямишя кюмяк ялини узадыб. Щямишя касыбларын 
тяряфини сахлайыб вя щямишя онлары юзцня, юзцнц дя онларa 
арха-дайаг билиб. 
Илк дяфя атам Шащмардан, сонра щямкарым вя достум 
Бахшейишин атасы, йашы 100-ü щагламыш Мащрузлу кяндиндян 
олан Яли Бахшяли оьлундан ешитмишям. 
О, Азярбайжан  Демократик  Республикасы  заманы  йцз- 
башы, пристав, вя гяза ряисинин щярби мясяляляр цзря мцавини 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
271
олуб.  Совет  щюкумятинин  илк  илляриндя  ися  Губадлы  гязасы- 
нын илк милис ряиси, Ханлыг гязасынын щярби комиссары, Шуша 
даирясинин милис ряиси вязифяляриндя ишляйиб. ХЫ орду Зянэя- 
зура  эяляркян  ХЫ  орду  иля  бирляшяряк  ермяни  дашнакларына 
гаршы гящряманлыгла вурушур вя гызыл медала лайиг эюрцлцр. 
Qubadlıdakı  Həsən bəy məktəbinin  (orta məktəbin) son 
illərə  qədər direktoru olmuş, xidmətləri dövlət tərəfindən 
qiymətləndirilərək Tərəqqi medalı  ilə  təltif edilmiş,  əqidəli 
insan, gözəl pedaqoq, el ağsaqqallarından biri, hələ arxiv 
sənədlərinə gedən qapılar bağlı olduğu dövrlərdə Aslan bəyin 
fəaliyyətinin tədqiqi ilə məşqul olan, bu yolda bir sıra çətin- 
liklər çəkən, atası Aslan bəylə  şəxsən yaxın olan Nuşirəvan 
Əsədovun xatirələrini təqdim edəcəyik. 
Nuşirəvan müəllim deyirdi ki, tariximizdə elə şəxsiyytələr 
olub ki, onlar öz xoşbəxtliklərini, ailə  həyatını, hətta öz 
canını belə xalq yolunda qurban  verib əvəzində isə heç bir 
təmənnada olmayıblar. Belə  şəxsiyyətlərdən bəziləri nəinki 
tarixdə öz layiq olduğu yerini tutmuş, hətta tarixdən silinmək 
təhlükəsi ilə üzləşmişlər. Böhtanlar, represiyalar belə şəxsiy- 
yətlərin gənc nəslə tanıtdırılmasının qarşısını almış, onların 
layiq olduqları qiyməti almalarına mane olmuşdur. 
DTK xofundan qurtula bilməyən tədqiqatçılarımız  əksər 
hallarda belə adamlar haqqında söhbət açmaqdan çəkinmiş, 
necə deyərlər “ağrımayan başlarını  ağrıtmaq” istəməmişlər. 
Ona görə  də belə adamları üzə  çıxarmaq, onları  gənc nəslə 
tanıtdırmaq, göstərdikləri qəhrəmanlıqlar haqqında məlumat 
vermək bizim hər birimizin ən şərəfli işi olmalıdır.  
Nuşirəvan  Əsədov da vaxtilə DTK arxivinıə müraciət 
etmiş,  Aslan bəy Sultanovun  tam günahsız olduğuna  əmin 
olduqdan sonra, onun haqqında ilk dəfə 1982-ci ildə mətbuat 
səhifələrində yazılar dərc edilmiş, ona layiq olduğu qiymətin 
verilməsinə təşəbbüs göstərmişdir.  

Фаиг Абдуллайев____________________________________  
 
272
Mac kəndi Aslan bəyin atasının olmuşdur. Nuşirəvan 
müəllim həmin kənd haqqında  deyir ki, Kiçik Qafqaz dağla- 
rının Ermənistan  ərazisinə düşən hissəsində, Ağbulaq,  Şam- 
sız, Qurdqalaq, Mac, Danzaver (Armudluq)  adlı Azərbaycan 
kəndləri yerləşir. Bu kəndlərdə  Ağbulaq, Şamsız, Qurdqalaq 
kəndləri 1988-ci ilə  kimi  öz  kəndlik simasını qoruyub 
saxlamış, Danzaver Erməni kəndinə çevrilmiş, vaxtilə bizim 
kəndimiz olan Armudluq erməniləşdirilərək Danzaver kəndi-
nə çevrilmiş, Mac kəndi isə yer üzündən silinmişdir. Tarix- 
dən də məlumdur ki, Mac və Armudluq (erməniləşərək Dan- 
zaver olmuş) kəndlərinin bütün əhalisi yalnız azərbaycan- 
lılardan ibarət olmuş, yalnız 1920-ci ildən sonra Armudluq 
kəndi tamamilə erməniləşdirilərək Danzaver adını almışdır. 
“Dansa” sözü  elə ermənicə “armud” deməkdir və ermənilər 
bu kəndin adını  tərcümə edərək erməniləşdirmişlər. Bir də 
onu demək lazımdır ki, Macla Armudluq kəndinin arasında 
cəmisi üç kilometrə yaxın  məsafə olmuşdur. Mac kəndi 
Aslan bəyin atası  Kərbəlayi Hüseyin bəyə  məxsus olmuş, 
Armudluq kəndi isə Aslan bəyin əmisigillərə məxsus olmuş- 
dur. Ermənilər Armudluq kəndinin bəylərinin mülklərinə 
sahib olmuş, Mac kəndi isə dağıdılaraq ərazisi Armudluq və 
Kürdlük kəndləri arasında bölüşdürülmüşdür. 
Mac kəndi o yerlər üçün xarakterik olmayan böyük bir 
düzəngahın ərazisində salınmışdır. Ermənilər qorxurdular ki
nə vaxtsa Aslan bəy  qayıdıb kəndi geri ala bilər. Ona görə də 
ermənilərə xas olan bir hiyləgərliklə Mac kəndində olan bü- 
tün tikililəri  söküb dağıtmış,  ərazisini isə iki kənd arasında 
bölmüşlər. Baxmayaraq ki, Mac kəndi yaşayış üçün ətrafdakı 
kəndlərdən daha əlverişli idi. Macın sol sahilində kəndin hər 
yerini su ilə təmin edən kiçik çay axır, ön tərəfdə isə Ağa çayı 
adlanan və Çayzəmi deyilən böyük çay axırdı. 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
273
Qeyd etdiyim kimi kəndin qarşısında o relyef üçün az qala 
möcüzə sayılan geniş bir düzəngah var idi ki, 1988-ci ilə 
qədər ora Macın düzü deyirdilər. Kəndi su ilə  təmin edən 
kiçik çayın kənarında bir bulaq axır, adına Lələm bulağı 
deyirmişlər. Yayın istisində barmağını onun içində saxlasan 
donardı. Mac kəndinin qarşısında bir Alban kilsəsi var idi, 
ermənilər onu erməniləşdirib qoruyub saxlamışdılar. Mac 
kəndində 1970-ci illərdə bir otaq və böyründə bir uçurulub 
dağıdılmış bir tikili qalmışdı.  
 
**** 
Qubadlı  ağsaqqallarının sinəsi Aslan bəylə bağlı xatirə- 
lərlə dolu idi, onlar bəzən bu xatirələri göz yaşları içərisində 
xatırlayır, Aslan bəyin ruhunu ehtiramla yad edirdilər. Bu 
xatirələrdən biri ilə sizi tanış etmək istəyirik. 
Deyilənlərə görə baş verən hadisələrdən və məlum səbəb- 
lərdən, Aslan bəygil hakimiyyətdən  uzaqlaşdırıldıqdan sonra 
Qubadlıda ilk rus-tatar məktəbinin qurucusu, Aslan bəyin 
əmisi oğlu, Qori seminariyasını Üzeyir bəy Hacıbəyovla bir- 
likdə bitirmiş, eyni zamanda çox yaxın dost olmuş gözəl 
ziyalı  Həsən bəy Sultanova qarşı yeni hökumət tərəfindən 
hücumlar başlamışdı. Bir gün yeni hakimiyyətdə kommunist 
rəhbərlərdən biri,  camaatı yığaraq bildirir ki,  sabah hər kəs 
gözdə-qulaqda olsun, tövlənin yanındakı meydana toplaşsın, 
müəllimə (yəni Həsən bəy Sultanova)  tövlə  təmizlətdirəcə- 
yəm.  Camaat bu xəbərdən çox sarsılır, adamlar Həsən  bəy 
kimi bir insana belə münasibət göstərməyin haqsızlıq oldu- 
ğunu düşünsələr  də, canlarının qorxusundan hökumət adam- 
larına açıq müqavimət göstərməkdən çəkinirmişlər. Bu hadi- 
səni kimlərinsə xoşuna gəlmək üçün eləmək istəyən həmin 
adamsa hələ ki, xülyalarla yaşayırdı. Çünki Aslan bəy Lətifin
Kərimin dəstələrinə başçılıq etməklə yanaşı  qəzanın içində 

Фаиг Абдуллайев____________________________________  
 
274
qurduğu kəşfiyyatından vaxtı-vaxtında dəqiq məlumatlar 
alırdı. Qəzada quş səksəydi Aslan bəy xəbər tuturdu.  
Aslan bəy Kəpəz dağının  ətrafında olduğu vaxt kəşfiy- 
yatdan bir xəbər alır və sabahkı gündə  Həsən bəyə qarşı 
ediləcək  təhqir planından xəbər tutur. Bu zaman Aslan bəy 
dərhal əməliyyat planı hazırladır, ətrafındakı adamlara bildirir 
ki, Həsən bəyi təhqir etmək istəyən binamusun atasını  öldür- 
mək istəyirdilər, o da gəlib mənim ayağıma düşdü ki, onun 
canını qurtaram.  Bu da onun bizə  çoxsağolu. İndi o Həsən 
bəyə yox, elə mənə sataşır, qoy sataşsın! 
Aslan bəy lazımi adamlarını çağırararq onları təlimatlandı- 
rır. Ertəsi gün deyilən vaxt adamlar həmin meydana toplaşır- 
lar, adamların  əksəriyyəti göz yaşları içərisində baş verəcək 
hadisənin nə ilə qurtaracağını gözləyir, Həsən bəy kimi ziya- 
lı, mötəbər bir adama belə təhqiri heç cürə sığışdıra bilmirdi- 
lər. Hətta kişilər də göz yaşları axıdır, bütün qəza camaatına o 
qədər yaxşılıqlar etmiş bir adama belə  hərəkəti yaraşdırmır, 
Həsən bəyin bu təhqirə dözə bilməyəcəyini, ürəyi partlayaca- 
ğını fikirləşirdilər.     
Vaxt tamam olmuşdu, hamı çaşqınlıq içində gözləyirdi, 
adam iki saatdan da artıq vaxt gecikirdi. Adamlar gecikmənin 
arxasında nəsə bir şeyin, bir vacib xəbərin dayandığını hiss 
etmişdilər. Birdən silahlı hökumət nümayəndələri gəldilər və 
meydana toplaşan adamlardan xəbər aldılar ki, bəs o adam 
(Həsən bəyə tövlə təmizlətdirmək istəyən adam)  haradadır? 
Adamlar da cavab  veriblər ki, iki saatdır hər kəs onu gözlə- 
yir, ondan hələ də bir xəbər yoxdur.  
Hökumət adamları heç bir söz demədən həmin adamın 
evinə gedirlər, evdə isə dəhşətli bir mənzərə ilə qarşılaşırlar. 
Dünən Həsən bəy kimi sakit, ziyalı, maarifçi bir adama mey- 
dan oxuyan, onu təhqir edəcəyi ilə qürrələnən adam evinin 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
275
tavanından asılı vəziyyətdə qalmış, dili isə boğazından dibin- 
dən qoparılaraq  atılmışdı... 
Meydana toplaşaraq  başqa bir mənzərə görəcəyi ilə sar- 
sıntı içində olan adamlar bu xəbəri eşidən kimi sevinclərini 
gizlədə bilməmiş, haqqın-ədalətin bərqarar olduğuna sevin- 
miş, bir-birlərini təbrik edirlərmiş. Camaat deyirmiş ki, Aslan 
bəyin nəfəsi gəlib gedirsə heç kim onun əmisi oğluna  sataşa 
bilməz!  
 
**** 
Xatirələrdən biri isə  Zəngəzur qəzasının istintaq komissi- 
yasının üzvü, eyni zamanda Aslan bəyin işçisi olmuş Behbud  
dəy Sultanovun (Aslan bəyin əmisi oğlu) həyat yoldaşı Minə 
xanımın haqqındadır. Minə xanım günlərin birində duyuq dü- 
şür ki, onun qadın xidmətçilərindən biri  hamilədir. Əri olma- 
yan bir qadının hamilə olması Minə xanımı bərk qəzəbləndi- 
rir və Minə xanım xidmətçini evindən qovur. Qış ayları, qar- 
lı-şaxtalı bir gün olduğundan xidmətçi gedərkən yolda sancı- 
lanır, doğuş başlayır və xidmətçi qarın üstündə doğduğundan 
ölür.  
Minə xanımın qayını Abış  bəyin oğlu  Əziz bu hadisəni 
dərhal hökumət nümayəndələrinə çatdırır və Minə xanımdan 
şikayət edir ki, baş verən ölümün səbəbkarı odur. Bununla da 
Əziz  əmisinin həyat yoldaşını  ağır cinayətə  səbəb olmaqda 
ittiham edir.   
Hökumət nümayəndələrinin içindən Aslan bəyə  işləyən 
qüvvələrdən biri dərhal Aslan bəyə  xəbər çatdırır ki, Minə 
xanımı istintaqa cəlb etmək istəyirlər və onu da çatdırırlar ki, 
şikayətçi də onun əmisi nəvəsi, eyni zamanda bacısı  oğlu 
Əzizdir.  
Aslan bəy Minə xanımı istintaqa cəlb etmək istəyən adam- 
lara dərhal mesajını göndərir və bildirir  ki, əgər Minə xanım 

Фаиг Абдуллайев____________________________________  
 
276
hökumət idarəsinə çağırılsa məndən inciməyin. Bu  hadisə də 
Həsən bəylə bağlı hadisədən sonra baş verdiyindən hökumət 
adamları əks təqdirdə nə baş verəcəyini göz  önünə gətiriblər 
və Minə xanımı istintaqa çağırmaqdan daşınıblar, Aslan bəyə 
xoş gəlmək üçün ona çatdırıblar ki, onsuz da biz Minə xanımı 
istintaqa çağırmayacaqdıq, bu sadəcə olaraq şikayətçini 
sakitləşdirmık üçün buraxılan şayədir. 
Təbii ki, Həsən bəyə qarşı  xəyanət cəhdinin cavabından 
xəbərdar olanlar yaxşı bilirdilər ki, Aslan bəyin mesajları 
sadəcə söz deyil, onun arxasında konkret əməl dayanır. Ona 
görə  də Aslan bəyin mesajı Minə xanıma qarşı qaldırılan 
iddiaların hamısının üstündən xətt çəkdi. 
Daha sonra Aslan bəy  Əzizə  də mesaj göndərir ki, əgər 
Minə  xanım hökumət idarəsinə çağırılsa beynini deşik-deşik 
edəcəyəm. Bu xəbərdən sonra Əziz qorxu içərisində yaşayır- 
mış, hətta ayaqyoluna belə  tək getməyə qorxurmuş, gecənin 
yarısını gözləyirmiş ki, tam qaranlıq düşsün, göz-gözü gör- 
məsin.  
O vaxtın adamlarının dediklərinə görə qohumların arasın- 
da Çingiz İldırıma tərəf olan adamlardan kimsə hadisəni 
Çingiz  İldırıma çatdırır, hökumət adamları da Çingiz İldırı- 
mın xeyir-duasıyla  Əzizlə Aslan bəyin arasındakı konflikt- 
dən istifadə etməyi planlaşdırıb Əzizi Aslan bəyə  agent qo- 
yurlar. Əzizin bu agentliyi  Aslan bəyin xəyanət nəticəsində 
öldürülməsinə səbəb olur, bu barədə Aslan bəyin ölüm səhnə- 
sində məlumat verəcəyik. 
Əzizin Aslan bəyə agent qoyulması  xəbərini Çardaqlı 
kəndindən olan Murad kişi dərhal Aslan bəyə çatdırır. Bu 
xəbəri Murad kişiyə  də Aslan bəyin hökumət içində olan 
adamlarından biri vermişdi.  
 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
277
**** 
Zəngəzurun Ermənistan hissəsində yerləşən Azərbaycan 
kəndlərindən Aslan  bəyə tükürpədici bir xəbər çatır. Xəbərdə 
deyilir ki, Andranikin adamları iki kəndin camaatını tama-
milə  qırıb, uşaqları süngüyə keçirmiş, hamilə qadınların 
qarınlarını yarmış, döşlərini kəsmiş, qocaların belinə qaynar 
samovar bağlayaraq onlara olmazın işgəncələr vermiş, sonra 
da kəndləri qarət edərək od vurub yandırmışlar.   
Kəndlərdən sağ qalan adamlar Aslan bəyə müraciət edərək 
ondan kömək istəmiş, ona çatdrımışdılar ki, Aslan bəy ümidi- 
miz göydə allaha, yerdə  sənədir,  əgər özünü vaxtında bizə 
köməyə çatdırmasan eyni hadisələr başqa kəndlərə  də keçə- 
cək, camaatımız qırılıb-çatılacaq. Aslan bəy də xəbər göndə- 
rir ki, allah şəhidlərimizə rəhmət eləsin, ancaq qoy  daşnaklar 
da bilsinlər ki, orda ölən hər bir şəhidin qanı artıqlaması ilə 
alınacaq.  
Aslan bəy vaxt itirmədən  əməliyyat planı hazırlayır, 
Ermənistanın içində  fəaliyyət göstərən başda erməni keşişi 
olan digər  erməni agentləri vasitəsilə  tam olaraq dəqiqləşdi- 
rir ki, bu hadisələrin təşkilatçıları kimdir. Tam dəqiqləşmə- 
dən sonra Aslan bəy özü birbaşa  əməliyyata rəhbərlik  edir,   
gecə ikən adamları evlərindən çıxardır, onların başlarını kəs- 
dirərək Gorusun ən mərkəzi yerlərində divarlara mismarladır. 
Aslan bəy bu əməliyyatı daşnak yuvası Gorusun içində, heç 
bir qorxu-hürkü bilmədən həyata keçirir və vəhşiləşmiş daş- 
naklara göz dağı verir.  
Səhər açılarkən belə  dəhşətli mənzərə ilə qarşılaşan daş- 
naklar  şoka düşürlər. Hər kəsin içində qorxu və xof yaşanır 
ki, daşnakların mərkəzində, azərbaycanlı kəndlərində insanla- 
ra işgəncələr verən, kəndləri yandıran quldurların, onların 
təşkilatçılarının, başçılarının bu gün başları kəsilərək divarla- 
ra mismarlanırsa, bu aqibət başqalarını da gözləyə bilər. Bu 

Фаиг Абдуллайев____________________________________  
 
278
həm də daşnak rəhbəri Andronikə ciddi  bir xəbərdarlıq idi. 
Doğmalarının qanı soyumadan qisası alınan insanlar Aslan 
bəyə minnətdarlıq məktubları göndərir, ona hədsiz  sayğıları- 
nı bildirirdilər. Camaat Aslan bəyin simasında öz xilaskarını 
görürdü.  
 
**** 
Bu  yaxınlarda dünyasını  dəyişmiş, vaxtilə  Zəngəzurun 
Ermənistan  hissəsində yaşamış,  son deportasiya dövründə 
(1988-ci ildə) köçərək Xızı rayonunda məskunlaşmış  Məm- 
məd kişi xatirələrində qeyd edirdi ki, Aslan bəyi  şəxsən 
görüb, o fəxrlə bildiridi ki, Aslan bəy silah-sursatlarının bir 
hissəsini Ermənistanın içində, atam İmanın evində saxlatdırır. 
Daha sonra əlavə olaraq deyirdi ki, Aslan bəyin Ermənistanın 
müxtəlif yerlərində saxlatdırdığı silah-sursatları daşnaklar  
azərbaycan kəndlərini dağıdarkən onlara qarşı istifadə edirdi. 
Hətta təəccüblə deyirdi ki, Ermənistanın içində məxfi forma- 
da silah saxlatdırmağın nə demək olduğunu dərk etmək o 
qədər də  çətin deyil. Yalnız Aslan bəy kimi təcrübəli, fitri 
istedadlı hərbçilər müharibələr dövründə güclü agentura xid- 
məti yarada bilərlərdilər. O ağız dolusu Aslan bəyin qəhrə- 
manlıqlarından danışır, deyirdi ki, o Zəngəzurun erməni tərə- 
fində yaşayan insanların  ümid yeriydi. 
Sonra bir əhvalat da danışdı: Bir gün daşnaklar qəfildən 
Azərbaycan kəndlərindən birinə hücum edir, kəndi mühasirə- 
yə alırlar. Bu xəbər qonşu kənddəki adamlar vasitəsiylə Aslan 
bəyə çatdırılır. Müraciətdə deyilir ki, Aslan bəy  əgər özünü 
vaxtında bizə çatdırmasan bütün camaatımızı  qırıb çatacaq- 
lar. Aslan bəy dərhal başçılıq etdiyi Zəngəzur igidlərini ayağa 
qaldırır və sürətlə həmin kəndə doğru irəliləyirlər.  Bu zaman  
yol boyu Aslan bəy  özünün fitri hərbi istedadı ilə  döyüş pla- 
nını qururdu. Aslan bəy həmin əraziyə çatdıqda elə bir hərbi 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
279
taktika seçərək  qüvvələrini elə yerləşdirir ki, heç kəs döyüş 
meydanından qaça bilməsin. Əsgərlər elə düzülür ki, kim qa- 
çarsa onu görə  və vura bilsinlər. Sonralar hərbçilər onun bu 
düzülüş qaydasına heyrət edirlərmiş... Aslan bəy döyüş əmri 
verir, plan üzrə Aslan bəyin adamları daşnakları  qəfildən 
mühasirəyə alaraq məhv edirlər, kənddə bir nəfərə güllə 
atmağa macal tapmayan düşmənlər tamamilə  məhv olunur, 
döyüşdən sonra Aslan bəyin qüvvələri çoxlu miqdarda hərbi 
qənimət əldə edirlər. 
Məmməd kişi onu da deyirdi ki, Aslan bəy Zəngəzurun 
müsəlman  əhalisini həmişə böyük qəhrəmanlıqla müdafiə 
edir, onlardan bizim qisasımızı alırdı. Ona görə  də hamı 
Aslan bəyi çox istəyirdi. 
 
**** 
“Azərbaycan gəncləri” qəzetinin 28 iyun 1990-cı il tarixli 
77 (10983) sayında Bəyalı Safaoğlunun  “Özümlə oynadığım 
şahmata güldüm” adlı məqaləısində müəllif Aslan bəy Sulta- 
novla bağlı bir sıra xatirələrə və tarixi faktlara toxunmuş, bəzi 
məqamlara aydınlıq gətirməyə çalışmışdır. Zəngəzur camaa- 
tının ağsaqqalları, XX əsrin əvvəllərində Zəngəzurda və onun 
ətra- 
fında baş verən qanlı olayların canlı  şahidləri ilə söhbətlər 
aparmışdır.  
“Aslan bəy Sultanov bütün Zəngəzuru daşnaklardan, eləcə 
də öz içimizdə olan namərdlərdən qoruya bilirdi. Quldurlar- 
dan saldırdığı mal-qaranı, qiymətli əşyaları təmənnasız olaraq  
sahiblərinə qaytarırdı. Qubadlıda yaşayan 81 yaşlı el ağsaq- 
qalı  Bəndalı baba (maşallah ona bu yaşı verməzsən! (Bəndalı 
babanın  əmisi Burcalı Hüseynov Aslan bəyin dəstəsində 

Фаиг Абдуллайев____________________________________  
 
280
vuruşan igidlərdən biri olub)) danışır ki, Hüseyn dağda 
hazırladığı yağı, pendiri arabaya yığıb kəndə qayıdırmış.  
Ermənilər onun qabağını  kəsib balalarının  illik azuqəsini 
əlindən alıb, özünü də möhkəm döyürlər. Kəndlinin də malını 
almaq canını almaq kimi bir şeydir. Hüseyn başına-gözünə 
döyə-döyə oturub ah-zar edirmiş. Allah bu ara Aslan bəyi ye- 
tirir, əhvalatdan hali olub atını verir Hüseynə: “Mən qayaların 
arası ilə onlara çatacağam,- deyir,- Sən də yavaş-yavaş sür 
gəl”. 
Aslan bəy soyğunçuları xeyli izləyir, nəhayət münasib 
vaxtda başlarının üstünü kəsdirir. Yoğun bir ağacın arxasına 
keçib qışqırır: “Silahları atın, yoxsa hamınızı qıracam”. 
Ermənilər silahları, arabanı verib canlarını qurtarırlar. Hü- 
seyn yalvarır ki, motallardan brini götür. Bəy kişiyə tərs-tərs 
baxıb: “Ə, dörd-beş əlitüfəngli erməninin qabağına bir motal 
pendirinə görə çıxmışdım?” – deyir və uzaqlaşır.” 
Müəllif Aslan bəyin Qarabadakı fəaliyyəti haqqında Şuşa- 
da yaşayan ağsaqqallardan səhih məlumatlar toplamış, 
onlardan biri haqqında öz məqaləsində  söz açmışdır. 
“...Aslan bəyə yeni bir etimad göstərdilər. Bu dəfə onu 
Şuşa, Kəlbəcər, Laçın, Qubadlı  və  Zəngilan rayonlarını bir- 
ləşdirən Şuşa dairəsinə milis rəisi təyin etdilər. (müəllif: Bu- 
rada bəzi yanlışlığa yol verilib, ona görə ki, Şuşa dairəsi 
deyilən bir ərazi vahidi olmayıb Şuşa qəzası olub. Qarabağa 
və Zəngəzura daxil olan bütün qəzalar da mərkəzi Şuşa şəhəri 
olan  ərazi vahidinə daxil olublar. Bu qəzaların da  rəhbəri 
Qarabağın və Zəngəzurun fövqəladə və səlahiyyətli komissarı 
olub, həmin vəzifəni də Aslan bəy Sultanov tutub.) Rəis 
olmasına baxmayaraq (burada “rəis”  sözü də düz deyil, çün- 
ki Qarabağın və  Zəngəzurun fövqəladə komissarı general 

 ___________________Зянэязур асланы–Аслан бяй Султанов
 
 
281
səlahiyyətli bir vəzifədir) inqilab əleyhdarları ilə, qaçaq-qul- 
durlarla mübarizədə (“qaçaq-quldur” deyildikdə də o dövrdə 
yerli camaata qarşı haqsızlıq edən, cinayətlər törədən qüvvə- 
lər nəzərdə tutulur, onlarla mübarizə aparmaq fövqəladə 
komissarın bilavasitə səlahiyyətlərinə daxil olan bir sahə idi) 
bilavasitə  iştirak edirdi. Onun əməliyyatlardan birini bəzi ağ- 
saqqallar indi də xatırlayırlar. A.Sultanov atlara motal və yağ 
dağarcıqları  yüklətdirib dörd milis işçisi ilə birlikdə  çoban 
pal-paltarı geyinib yola çıxır. Gecə  Əsgəran kəndindən ke- 
çəndə  quldurlar qabağını kəsir, yüklərini  alıb  özlərini də pi- 
yada yola salmaq istəyirlər. Çoban bilib saya salmadıqları mi- 
lis işçiləri  fürsət tapıb yeddi nəfər qulduru tərksilah etdilər. 
Onları qala türməsinə gətirdilər. ” 
Məqalədə maraqlı bir abzas da var ki, diqqəti çox çəkir. 
“... Su uçdiyi quyuya tüpürən, onu adam edib adamlar 
içinə çıxaran, paşa rütbəsinə  qədər yüksəldən  türk ordusuna 
xəyanət etmiş qulağıkəsik  (türk xalqalrı ancaq küçüyün qula-
ğını kəsirlər) Andronik növbəti xəyanətə əl atmışdı. Ətrafına 
çoxlu erməni yığıb onları təpədən dırnağa qədər silahlandır- 
mışdı. Bu silahlar Zəngəzurun kəndlərində açılırdı.  Əliyalın 
azərbaycanlılar kənd-kənd tüfəngdən, süngüdən keçirilir,  
adamları dam-daş doldurub qocalı, cavanlı, körpəli yandırır- 
dılar. Andranik türk qadınlarını heysiyyətsizləşdirib  zülm ilə 
öldürməkdən xüsusi zövq alardı. Təkcə Andranikmi? 
Azərbaycan həmin illərdə əli-ayağı qandallanmış Promete-
yə bənzəyirdi. Qarğa-quzğun çox asanlıqla onun iti gözlərini, 
qüvvətli əzələlərini didib parçalayırdı...  ” 
Biz yaxşı bilirik ki, o dövrlərdə Aslan bəy Sultanov və 
onun sadiq, vətənpərvər, igid əsgərləri olmasaydı Zəngəzurda 
və Qarabağda tökülən qanların sayı-hesabı olmazda... 

Фаиг Абдуллайев____________________________________  
 
282
  fond 410, siyahı 1, iş 227 
“Qubadlı qəzası. Fars quldurlarının soyğunçuluğu  böyük 
itkilərə  səsəb olmuşdur: 9\V may tarixində  Əlibəylilərdən, 
Sarıslılardan və Xuramalılaradan 20 iribuynuzlu və 400 
qoyun aparılıb. 16\V ay tarixində Əlibəyli, Sarlı və Xuramalı 
kəndlərinə olan basqının qarşısı alınıb. Çona-Doradan bütün 
sürü oğurlanıb.11\V tarixdə Vartazdan gələn karvana basqın 
edilib. Quldurlar bütün atları aparıb, iki nəfəri də öldürüb- 
lər.”  
Bu sənəd bir daha onu təsdiq edir ki, o dövrdə yerli qəza 
milis idarəsi və ona tabe olan digər hərbi qüvvələr tək bir 
daşnaklara qarşı mübarizə aparmırdı. 35 kiliometrlik bir əra- 
zidə İranla sərhəddi olan Zəngəzurda daşnaklar ayağa qalxan 
kimi, digər tərəfdən iran xanları, quldurları  vəziyyət- 
dən istifadə edərək müsəlman ərazilərində talançılıqla məşqul 
olublar. Bunlara qarşı mübarizə aparan yeganə qüvvə isə qəza 
milis idarəsi və yerli özünümdafiə  dəstələri olub ki, bu 
qüvvələrin də başında Aslan bəy Sultanov dayanıb.  
 
Yüklə 6,46 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin