Erməni xəyanəti



Yüklə 1.45 Mb.
Pdf просмотр
səhifə1/11
tarix07.09.2017
ölçüsü1.45 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11


 
 
 
 
 
 
 
Erməni xəyanəti: 
 
 
Terror, soyqırım və  
deportasiya siyasəti 
 
 
 
 
 
 
 
 
Bakı – 2009 
 
 


 
Layihənin rəhbəri və  
tərtibçi – müəllif:                   Sabir Hüseynov 
 
Redaktor:                              Adil ġirin 
 
BuraxılıĢa məsul:                  Aslan XankiĢiyev 
                                   MüĢviq  Nağıyev 
 
 
 
 
Zəngin faktoloji səciyyə daĢıyan bu kitabda ermənilərin Azərbaycan xalqına 
qarĢı  apardığı  soyqırımı  və  genosid  siyasəti,  Dağlıq  Qarabağ  ətrafında  baĢ  verən 
hadisələr,  Qarabağ  və  Ġrəvan  xanlıqlarının  tarixi,  Azərbaycan  iqtidarında  həyata 
keçirdiyi  qətiyyətli  və  çevik  diplomatiya  ölkəmizin  danıĢıqlar  prosesində  tutduğu 
mövqe,  münaqiĢənin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  və  suverenliyi 
formatında həll olunması barədə məlumat verilir. 
 
 
 
 
 
 
 
 
 
 
A  4722110018  qrifli nəĢr 
      121-2008 
 
 
 
ISBN - 978 995225 - 108 - 1  
 
 
 
 
 
© “Avropa nəĢriyyatı servis” MMC, 2009 
 
 
 


 
Erməni millətçiləri tərəfindən xalqımıza qarĢı həyata keçirilən soyqırımı və 
təcavüz siyasətinin iki yüz ilə yaxın bir tarixi vardır. Bu mənfur siyasətin məqsədi 
azərbaycanlıları  tarixi  torpaqlarından  qovmaq,  bu  ərazilərdə  erməni  tarixçilərinin 
və  ideoloqlarının  uydurduğu  “Böyük  Ermənistan”  dövləti  yaratmaq  idi.  Müəyyən 
tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti 
reallaĢdırmaq  üçün  müntəzəm  surətdə  ideoloji,  hərbi  və  təĢkilatı  xarakterli  iĢ 
aparılmıĢ,  tədbirlər  həyata  keçirilmiĢ,  ən  müxtəlif  üsul  və  vasitələrdən  istifadə 
edilmiĢdir. Xalqımızın tarixi kobud Ģəkildə saxtalaĢdırılmıĢ, maddi və mədəniyyət 
abidələrimiz,  toponimlərimiz  erməni  tarixçiləri  və  “ideoloqlarının”  təcavüzünə 
məruz  qalmıĢdır.  Onlar  millətçiliyi  və  Ģovinizmi,  qonĢu  xalqlara  nifrət 
ideologiyasını  əsas  tutaraq  “milli-mədəni”,  siyasi  və  hətta  terrorçu  təĢkilatlar 
yaratmıĢ,  erməni  diasporunun  və  lobbisinin  imkanlarını  bu  məqsədlərə  səfərbər 
etmiĢlər. 
 
Ġlham Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti 
 
 
 


 
I FƏSĠL 
 
“BÖYÜK ERMƏNĠSTAN” UYDURMASI: 
Terror, soyqırımları və özgə torpaqlarına yiyələnmək “ideologiyası” 
 
Ermənilərin əcdadları hesab edilən qəbilələrin yerləĢdiyi Yuxarı Fərat vadisi 
sonralar  Urartu  dövlətinin,  Midiya  (Mada)  imperiyasının  və  Ġran-Əhəməni  
Ģahlığının tərkibinə daxil olmuĢdur. Əhəməni Ģahlığının süqutundan sonra Balkan 
yarımadasından  Kiçik  Asiyaya  köçüb  gəlmiĢ  və  erməni  tarixçilərinin 
“erməniləĢdirdiyi”,  əslində  isə  ermənilərin  əcdadları  olduğu  güman  edilən  (!) 
qəbilələrin  Yuxarı  Fərat  vadisində  kiçik  bir  knyazlığı  istifadə  edərək  tədriclə 
güclənən  bu  knyazlıq  (tarixĢünaslıqda  “erməni  çarlığı”  da  adlandırılır  -  müəllif) 
mənĢəcə  parfiyalı  olan  (yəni  erməni  olmayan!)  II  Tiqranın  (e.ə.95-55) 
hakimiyyətinin  əvvəllərində  qonĢu  ölkələrə  (Kiçik  Asiyanın  qərbinə  və 
Mesopotamiyaya  doğru,  yəni  Ģərqə  -  Azərbaycana  doğru  yox!!!)  iĢğalçı  yürüĢlər 
edərək,  qısa  bir  müddət  ərzində  öz  hakimiyyəti  altında  olan  ərazini  geniĢləndirə 
bildi. Lakin e.ə.66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın   hərbi qüvvələrini 
darmadağın  etdikdən  sonra  Kiçik  Asiyanın  Ģərqində  mövcud  olmuĢ  bu  knyazlıq 
müstəqil dövlət kimi tarix səhnəsindən silinib getmiĢdir. 
Kiçik Asiyanın Ģərqində ermənilərin yenidən siyasi səhnəyə gəlməsi xristian 
dininin meydana gəlməsi və yayılması dövrünə təsadüf edir. 
Xristianlığı  qəbul  etdikdən  bir  müddət  sonra  vahid  xristian  kilsəsindən  üz 
döndərən  ermənilər  təriqətçi  monofizitlərin  tərəfinə  keçdilər  və  özlərinin  əlahiddə 
Qriqoryan  kilsəsini  yaratdılar.  Qriqoryan  kilsəsi,  artıq  erməni  dövlətinin  mövcud 
olmadığı  Ģəraitdə,  erməni  icmalarının  təkcə  dini  deyil,  eyni  zamanda  siyasi 
himayəçisi  funksiyasını  da  yerinə  yetirməyə  baĢladı.  Qriqorian  kilsəsinin  idarə 
etdiyi  ermənilər  bu  vaxtdan  baĢlayaraq  öz  mövqelərini  qoruyub  saxlamaq  və 
təcavüzkar  məqsədlərinə  nail  olmaq  üçün  Ģəraitin  dəyiĢməsindən  istifadə  edərək, 
baĢqa sözlə “küləyin istiqamətindən” asılı olaraq həmiĢə daha güclü xarici qüvvəyə 
sığınmaq yolunu tutdular. Belə ki, ermənilər Xilafət iĢğalları zamanı Bizansa qarĢı 
ərəb  xəlifələri  ilə  sövdələĢməyə  girdilər.  Ərəb  xəlifələri  Bizansa  qarĢı  təriqətçi-
monofizit erməniləri müdafiə etdilər. Beləliklə, Qriqorian kilsəsi öz təsir dairəsini 
geniĢləndirmək  və  keçmiĢ  erməni  knyazlığını  dirçəltmək  üçün  ilk  dəfə  ərəb 
iĢğalları dövründə fəallaĢdı. 
QonĢularına  xəyanət  edərək  ərəb  xəlifələrinə  sığınan  və  yadelli 
təcavüzkarlar  tərəfindən  müdafiə  olunan  Qriqorian  kilsəsi  öz  missionerləri 
vasitəsilə  qonĢu  ərazilərdə,  o  cümlədən  Azərbaycan  dövləti  olan  Qafqaz 
Albaniyasının  qərb-dağlıq  ərazilərində  (indiki  Dağlıq  Qarabağda  və  indiki 
Ermənistan  Respublikasının  mövcud  olduğu  Qərbi  Azərbaycan  topraqlarında) 
yaĢayan  yerli  alban-xristian  əhali  arasında  qriqorianlığı  yaymağa  baĢladı.  Zaman 
keçdikcə 
zorla 
qriqorianlaĢdırılmıĢ 
alban 

Azərbaycan 
tayfalarının 


 
erməniləĢdirilməsinə  baĢlandı.  Bununla  da  Xilafət  dövründə  Qriqorian  kilsəsinin 
dini təsir dairəsi Cənubi Qafqaza doğru geniĢlənməyə baĢladı. 
Qriqorian  missionerlərinin  gəliĢi  ilə  Cənubi  Qafqaz  əvvəlcə  dini 
toqquĢmalar,  bunun  dalınca  etnik  qarĢıdurmalar,  daha  sonralar  isə  soyqırımları 
dövrünə  qədəm  qoydu.  Ərəb  xilafəti  zəiflədikdən  sonra  Qriqorian  kilsəsi  bu  dəfə 
Azərbaycan  türk  dövlətlərinə  -  qaraqoyunlulara,  ağqoyunlulara,  səfəvilərə  və 
nəhayət, Osmanlı imperiyasına sığındı. 
*** 
Azərbaycan  Qaraqoyunlu  dövlətinin  baĢqa  etnoslara,  dinlərə  dözümlü 
münasibətindən  və  himayəsindən  istifadə  edən  Qriqorian  kilsəsi  1441-ci  ildə  öz 
mərkəzini  -  erməni  katolikosluğunu  Azərbaycan  torpağına  (indiki  Ermənistan 
Respublikasının  ərazisinə)  -  Eçmiədzinə  köçürdü.  Sonralar,  Azərbaycan 
Ağqoyunlu və Səfəvi hökmdarları da qaraqoyunluların siyasətini davam etdirərək 
erməniləri və erməni katolikoslarını himayə etdilər. 
Lakin  tarixi  Ģəraitin  dəyiĢməsindən  asılı  olaraq  ermənilər  sonralar  hər  üç 
Azərbaycan dövlətinə də xəyanət etdilər. Daha sonra Qriqorian kilsəsi və ermənilər 
Osmanlı  sultanları  tərəfindən  himayə  olundular.  Zaman  keçdikcə  ermənilər  onlar 
üçün  türklərlə  eyni  Ģərait  yaratmıĢ  Osmanlı  imperiyasının  maliyyə-iqtisadi  və 
hərbi-siyasi həyatında mühüm mövqelər ələ keçirdilər. 
Qriqorian kilsəsi və ermənilər, eyni zamanda, Azərbaycan dövlətlərindən, o 
cümlədən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarlarından da geniĢ imtiyazlar 
qopara  bildilər.  Osmanlı  sultanları  kimi  Azərbaycan  hökmdarları  da  Qriqorian 
kilsəsinə  sərbəstlik  verdilər.  Ölkənin  müxtəlif  yerlərində,  o  cümlədən  indiki 
Ermənistan Respublikasının ərazisini əhatə edən Azərbaycan torpaqlarında erməni 
kilsələri  tikildi.  Yuxarıda  qeyd  edildiyi  kimi,  1441-ci  ildə  erməni  kilsəsinin 
mərkəzi  Azərbaycan  Qaraqoyunlu  dövlətinin  ərazisinə  -  indiki  Eçmiədzinə 
köçürüldü. Ermənilər Səfəvi dövlətində, xüsusilə ġah Abbas [1587-1629] dövründə 
daha mühüm mövqelər ələ keçirdilər. 
Beləliklə,  Qaraqoyunlu,  Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin,  Osmanlı 
imperiyasının  himayəsi  sayəsində  Azərbaycanda,  Anadoluda,  Ġran  ərazisində, 
Cənubi Qafqazda Qriqorian kilsəsi və ermənilərin mövqeyi xeyli gücləndi. 
Tarixi  “ənənələrinə”  sadiq  qalan  ermənilər  qərb  dövlətlərinin  antitürkiyə 
siyasəti  gücləndikcə  Osmanlı  dövlətinə  də  xəyanət  etdilər.  Beləliklə,  vaxtı  ilə 
Qaraqoyunlu,  Ağqoyunlu,  Səfəvi,  Osmanlı  dövlətlərinə  xidmət  edən  ermənilər 
növbəti  dəfə  mövqelərini  dəyiĢib  qərb  hökmdarlarına  “xidmət”  göstərdilər  və 
Osmanlı imperiyasına arxadan zərbə vurulmasında fəal iĢtirak etdilər. Ermənilərin 
qərb  dövlətlərinin  əlində  Azərbaycana  və  Türkiyəyə  qarĢı  alətə  çevrilməsi  dövrü 
baĢlandı. 
Çar  Rusiyası  Cənubi  Qafqazda  iĢğalçılıq  müharibələrinə  baĢladıqda   
Qriqorian  kilsəsi  və  ermənilər  bu  dəfə  yeni  təcavüzkarın  tərəfinə  keçdilər.  Lakin 
budəfəki xəyanət adi xəyanət deyildi! Ermənilər bu dəfə silahlı dəstələr yaradaraq 


 
Rusiya  qoĢunlarının  tərkibində  Azərbaycan  dövlətlərinə  və  Osmanlı  imperiyasına 
qarĢı  hərbi  əməliyyatlarda  iĢtirak  etdilər.  Və  bu  yolla  Azərbaycan  və  Anadolu 
türklərinə qarĢı kütləvi qırğınlar həyata keçirdilər. Çar Rusiyasının ermənilərə arxa 
durması 
nəticəsində 
Azərbaycanın 
xristian 
alban 
əhalisinin 
zorla 
qriqorianlaĢdırılması və alban kilsəsinin təqib olunması gücləndi. 
Bununla  yanaĢı,  silahlı  erməni  quldur  dəstələrinin  Azərbaycanda  və  ġərqi 
Anadoluda dinc türk-müsəlman əhalisinə qarĢı soyqırımları dövrü baĢlandı. 
Çar  Rusiyası  ermənilərin  və  Qriqorian  kilsəsinin  bu  “xidmətlərini”  nəzərə 
alaraq Osmanlı imperiyası və Qacarlar Ġranın ərazisindən erməniləri kütləvi surətdə 
Ģimali  Azərbaycana,  xüsusilə  Ġrəvan,  Qarabağ,  ġirvan,  Bakı,  Gəncə  və  Naxçıvan 
xanlıqlarının  ərazilərinə  köçürdü.  Yeri  gəlmiĢkən,  çar  hökuməti  erməniləri 
Azərbaycan  torpaqlarına  Rusiya  dövlətinin  xüsusi  nəzarəti  altında  və  mütəĢəkkil 
qaydada  köçürür,  onlara  hər  cür  qayğı  göstərilirdi.  Məsələn,  Ġran  və  Türkiyə 
ərazisindən  hərəkətə  baĢlayan  erməni  köçlərini  bütün  yol  boyunca  Rusiyanın 
mühafizə  dəstələri  müĢayiət  edir,  onlara  adambaĢına  pul  və  ərzaq  paylanır,  köç 
üçün  nəqliyyat  ayrılır,  ən  münbit  Azərbaycan  torpaqları  onlara  verilir  və  bütün 
vergilərdən  azad  olunurdular.  Beləliklə,  Çar  Rusiyası  XIX  əsrin  əvvəllərindən 
baĢlayaraq 1873-cü ilədək Cənubi Qafqaza, əsasən ġimali Azərbaycan torpaqlarına 
334.242 nəfər erməni köçürdü. Sonralar Azərbaycan torpaqlarında xristianlaĢdırma 
siyasəti daha da sürətləndirildi. Bunu arxiv sənədləri çox aydın təsdiq edir. Belə ki, 
Cənubi  Qafqazda  erməni  köçkünlərinin  sayı  1886-cı  ildə  690.615  nəfərə,  1897-ci 
ildə 786.447 nəfərə, 1916-cı ildə isə 1.211.145 nəfərə çatdırıldı. Bu qanlı siyasəti 
rusların  özləri  də  təsdiq  edirlər.  Məsələn,  N.N.ġavrov  hələ  1911-ci  ildə  yazırdı: 
“Zaqafqaziyada  yaĢayan  1  milyon  300  min  nəfər  erməninin  1  milyonu  yerli 
deyildir.    Və  onlar  vilayətə  bizim  tərəfimizdən  köçürülüblər”.  Ermənilərin 
Azərbaycan  torpaqlarına  köçürülməsinin  əsas  təĢkilatçılarından  biri  olan 
A.S.Qriboyedov  isə  Rusiya  imperatoruna  belə  məsləhət  verirdi:  “Əlahəzrət, 
olmaya  mərkəzi  rus  torpaqlarında  ermənilərin  məskunlaĢmasına  icazə  verəsiniz. 
Onlar  elə  tayfadırlar  ki,  bir  neçə  on  il  yaĢadıqdan  sonra  dünyaya  hay-küy 
salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır”. 
Beləliklə,  Çar  Rusiyası  Cənubi  Qafqazın  etnik  tarixində  zorla  dəyiĢiklik 
əmələ  gətirdi:  Azərbaycan  torpaqlarında  yeni  bir  etnos-erməni  etnosunu 
məskunlaĢdırdı. 
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən, Azərbaycan 
torpaqları  Rusiya  ilə  Qacarlar  Ġranı  arasında  bölüĢdürüldükdən  və  Azərbaycanın 
müstəqil dövlətləri-xanlıqlar aradan qaldırıldıqdan sonra Çar Rusiyası Azərbaycan 
xalqına  qarĢı  növbəti  cinayətə  əl  atdı,  ermənilərə  isə  növbəti  “bəxĢiĢ”  verdi: 
Azorbaycan  torpaqlarında  (Naxçıvan  və  Ġrəvan  xanlıqlarının  əraziləri  əsasında) 
“Erməni vilayəti” adlı qondarma inzibati idarə vahidi yaratdı. 
Yeri gəlmiĢkən, çar I Nikolay “Erməni vilayəti”nin yaradılması haqqındakı 
sərəncamı  1828-ci  il  martın  21-də  -  Azərbaycan  xalqının  Novruz  bayramı  günü 


 
imzaladı.  Məhz  Novruz  bayramı  günü  iki  Azərbaycan  xanlığının  ləğv  edilib,  bu 
Azərbaycan  torpaqlarında  köçürülüb  gətirilmiĢ  ermənilər  üçün  xüsusi  bir  vilayət 
yaradılması xalqımız üçün həm də mənəvi təhqir idi. 
“Erməni vilayəti”nin nə qədər qondarma bir qurum olduğunu belə bir fakt 
da  sübut  edir  ki,  Çar  Rusiyası  o  zaman  Ġran  və  Türkiyədən  nə  qədər  erməni 
köçürüb  gətirsə  də,  yenə  də  bu  vilayətin  əhalisinin  76,24%-i  azərbaycanlı  idi. 
“Erməni  vilayəti”ndə  1125 kənd vardı.  Onlardan 1111-i  Azərbaycan kəndi idi və 
bu  kəndlərdə  ancaq  azərbaycanlılar  yaĢayırdılar.  Vilayətin  qalan  14  kəndində  isə 
azərbaycanlılarla  qarıĢıq  Ģəkildə  köçürülüb  gətirilmə  ermənilər  yaĢayırdılar.  Yeri 
gəlmiĢkən,  həmin  kəndlərin  də  bir  çoxunun  adları  Azərbaycan-türk  mənĢəli  idi. 
Bununla  belə,  “Erməni  vilayəti”ni  yaratmaqla  Çar  Rusiyası  yenicə  iĢğal  etdiyi 
Azərbaycan  torpaqları  ilə  Osmanlı  imperiyası  arasında  bir  “xristian  səddi”  çəkdi. 
Eyni  zamanda,  tarixi  Azərbaycan  ərazisində  gələcək  erməni  dövlətinin  əsasını 
qoydu. 
Bunun ardınca, 1836-cı ildə erməni Qriqorian kilsəsinin təhriki ilə müstəqil 
alban  kilsəsi  ləğv  olundu.  Çar  Rusiyası  tərəfindən  himayə  və  müdafiə  olunan 
ermənilər bu vaxtdan etibarən Azərbaycanda və Anadoluda türk-müsəlman əhaliyə 
qarĢı kütləvi qırğınlara baĢladılar. 
“Böyük Ermənistan” “doktrinası” ilə zəhərlənmiĢ erməni millətçiləri 19-cu 
əsrin  sonlarında  Qriqorian  kilsəsinin  “xeyir-duası”  ilə  daha  mütəĢəkkil  fəaliyyətə 
baĢladılar.  Bir-birinin  ardınca  millətçi-terrorçu  erməni  partiyaları  (“Hnçak”, 
“DaĢnaksütyun”  və  s.),  cəmiyyətləri  və  terrorçu  qrupların  yaradılması  dövrü 
baĢlandı.  Məsələn, 1887-ci  ildə  yaradılmıĢ  “Hnçaq”  adlı erməni-millətçi partiyası 
öz proqramında Osmanlı imperiyası ərazisində müstəqil erməni dövləti yaratmağı 
qarĢısına baĢlıca məqsəd qoymuĢdu. Bu məqsədə nail olmaq üçün əsas vasitə terror 
aktlarının  həyata  keçirilməsi  olmalı  idi.  Maraqlıdır  ki,  ermənilər  ilk  terror 
aktlarından  birini  onların  “siyasətini”  dəstəkləmədiyi  üçün  Qafqazın  mülki  iĢlər 
rəisi, knyaz Qolitsına qarĢı həyata keçirdilər (14 oktyabr, 1903-cü il). 1890-cı ildə 
yaradılmıĢ digər millətçi-terrorçu erməni partiyası olan “DaĢnaksütyun” da Türkiyə 
ərazisində müstəqil erməni dövləti yaratmağı özünün əsas vəzifəsi elan etmiĢdi. Bu 
planı  həyata  keçirmək  üçün  Osmanlı  imperiyası  ərazisində  “Böyük  Ermənistan” 
təbliğatı  gücləndirilməli,  silahlı  terror  dəstələri  yaradılmalı,  hökumət  idarələrinin 
talan və qarət edilməsinə baĢlanılmalı idi. “DaĢnaksütyun” partiyası, faktiki olaraq, 
hər  biri  10  nəfər  “döyüĢçüdən”  -  tcrrorçudan  təĢkil  olunmuĢ  silahlı  dəstələrdən 
ibarət  idi. BaĢqa  sözlə,  “DaĢnaksütyun”  siyasi  partiya  deyil,  silahlı  terror  təĢkilatı 
idi. 
“Hnçaq”  və  “DaĢnaksütyun”  terrorçuları  ġərqi  Anadolu  və  Azərbaycan 
kəndlərini  çapıb-talamaqda  bir-biri  ilə  rəqabət  aparır,  “yarıĢırdılar”.  Rəsmi 
proqramlarında  terroru  qarĢılarına  vəzifə  qoyan  bu  partiya  və  cəmiyyətlər  “türkə 
ölüm” çağırıĢı ilə tarixin ən qanlı cinayətlərinə baĢladılar. Zaman keçdikcə “Böyük 
Ermənistan”  xəstəliyə  tutulmuĢ  erməni  terrorçuları  onların  mənafeyini  təmin 


 
etməyən  qeyri-türk  millətlərinin  nümayəndələrinə  qarĢı  da  qəsdlər  törətməyə 
baĢladılar.  Birinci  Dünya  müharibəsi  (1914-18)  dövründə  Osmanlı  imperiyasının 
aradan  götürüləcəyinə  ümid  edən  ermənilər  vətəndaĢları  olduğu  və  hər  zaman 
himayə  və  qayğı  gördükləri  Türkiyə  dövlətinə  xəyanət  edərək  Osmanlı 
imperiyasına  qarĢı  vuruĢan  Çar  Rusiyasl  və  digər  böyük  dövlətlərlə  geniĢ  əlaqə 
yaradaraq  ümumdünya  tarixinin  ən  qanlı  cinayətlərini  törətdilər.  Çar  Rusiyasının 
silahlandırdığı  və digər böyük dövlətlər tərəfindən  müdafiə  olunan erməni-daĢnak 
quldur dəstələri ġərqi Anadoluda və Azərbaycanda (həm Ģimalda, həm də cənubda) 
türk-müsəlman  əhalini  kütləvi  surətdə  qurmağa  baĢladılar.  Naxçıvan,  Ġrəvan, 
Zəngəzur, Qarabağ, Urmiya, Salmas,  Xoy, Maku və digər yaĢayıĢ məntəqələrində 
yüz minlərlə Azərbaycan türkü, o cümlədən uĢaqlar, qadınlar, qocalar məhv edildi. 
Bakıda  hakimiyyəti  ələ  keçirən  daĢnak  S.  ġaumyan  Birinci  Dünya 
müharibəsi  cəbhələrindən  qayıdan  erməni  zabit  və  əsgərlərini  səfərbərliyə  alaraq 
Azərbaycan  xalqına  qarĢı  tarixin  ən  dəhĢətli  soyqırımlarından  alaraq  Azərbaycan 
xalqına  qarĢı  tarixin  ən  dəhĢətli  soyqırımlarından  birini  törətdi.  ġimali 
Azərbaycanın  bütün  bölgələrində,  o  cümlədən  Bakı,  ġamaxı,  Göyçay,  Kürdənir, 
Quba,  Salyan,  Lənkəran  və  baĢqa  yerlərdə  türk-müsəlman  əhali  əvvəlcədən 
düĢünülmüĢ plan əsasında kütləvi surətdə ucdantutma məhv edildi, xalqın min illər 
boyunca yaratdığı maddi və mənəvi sərvətlər məhv və talan olundu. 
Birinci  Dünya  müharibəsi  baĢa  çatdı.  Böyük  Atatürk  Türkiyəni  xilas  etdi. 
Bununla  da  böyük  dövlətlərin  həmiĢə  bir  alət  kimi  istifadə  etdikləri  erməni 
millətçilərinin “Böyük Ermənistan” yaratmaq niyyəti iflasa uğradı. 
Bununla  belə,  o  zamankı  mürəkkəb  tarixi  Ģəraitdə  müstəqil  Azərbaycan 
Xalq  Cümhuriyyəti  xoĢ  məram  nümayiĢ  etdirdi.  1918-ci  il  mayın  29-da 
Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  biri  və  keçmiĢ  Azərbaycan 
dövlətlərindən olan Ġrəvan  
Ġrəvan  xanlığının  paytaxtı  olmuĢ  Ġrəvan  Ģəhərini  ermənilərin  “bir  siyasi 
mərkəzləri olması” xatirinə onlara güzəĢtə getdi. Beləcə, ermənilərə 100 il bundan 
əvvəl  öz  torpağında  yer  verən  Azərbaycan  bu  dəfə  onlara  paytaxt  Ģəhəri  də 
bağıĢladı. Beləliklə, tarixdə ilk dəfə olaraq, 1918-ci ildə Cənubi Qafqazda - tarixi 
Azərbaycan ərazisində erməni dövləti yaradıldı. 
Lakin  daĢnaklar  bununla  kifayətlənmədilər.  Növbəti  xəyanət  və  növbəti 
dəfə torpaq qoparmaq üçün məqam gözlədilər. 
Azərbaycana Denikinin hücum təhlükəsi yarandıqda, ermənilər dərhal onun 
tərəfinə  keçdilər  və  ağqvardiyaçı  generalı  Azərbaycana  dəvət  etdilər.  Bu  “siyasət” 
iflasa uğradıqdan sonra da Azərbaycana və Türkiyəyə qarĢı yeni-yeni ərazi iddiaları 
qaldırdılar. 


 
Sovet-bolĢevik  rejimi  Çar  Rusiyasının  ənənəvi  siyasətinin  davamı  olaraq 
erməniləri  daim  himayə  və  müdafiə  etdi.  Ermənistan  Sovet  Sosialist 
Respublikasının  yaradıldığı  Qərbi  Azərbaycan  torpaqlarında  bu  torpaqların  əsl 
sahibləri olan azərbaycanlılara qarĢı növbəti təqiblər və zorakılıqlar dövrü baĢlandı. 
Nəhayət,  öz  torpaqlarında  ermənilərə  yer  vermiĢ  azərbaycanlıların  kütləvi  surətdə 
doğma  yurdlarından  deportasiyası  həyata  keçirildi.  Ermənilər  Qərbi  Azərbaycan 
torpaqlarında  daha  da  möhkəmləndilər.  Sovet  dövründə  Azərbaycan  torpaqları 
hesabına  daim  yeni-yeni  ərazilər  ələ  keçirən  ermənilər  Türkiyə  Cümhuriyyətinə 
qarĢı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk 
diplomatlarına  qarĢı  terror  aktları  həyata  keçirildi.  Dünya  sosializm  birliyinin  və 
Sovet  Ġttifaqının  dağılması  ərəfəsində  qarĢılarına  Azərbaycandan  yeni  ərazilər,  o 
cümlədən  Dağlıq  Qarabağı  qoparmaq  məqsədini  qoymuĢ  erməni-daĢnak 
millətçiləri və terrorçuları yenidən fəallaĢdılar. 
Ermənilərin  çirkin  məqsədlərinə  xidmət  edən  M.Qorbaçov  Azərbaycan 
xalqının  böyük  oğlu  Heydər  Əliyevi  Sovet  Ġttifaqının  ali  rəhbərliyindən  -  Siyasi 
Bürodan uzaqlaĢdırdı. 
Azərbaycan  xalqının  qatili  M.Qorbaçovu  ələ  alan  erməni  millətçilərinin 
təhriki  ilə  1918-20-ci  illərdə  olduğu  kimi,  Dağlıq  Qarabağda  sifariĢlə  separatçı-
erməni  terrorçularının  qiyamı  təĢkil  edildi.  Eyni  zamanda,  Qərbi  Azərbaycanın 
yerli  sakinləri  olan  azərbaycanlıların  tarixi  vətənlərindən  deportasiyası  da  baĢa 

10 
 
çatdırıldı. XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü 
olan  indiki  Ermənistan  Respublikasının  ərazisində  hazırda  bir  nəfər  də  olsun 
azərbaycanlı  qalmamıĢdır.  Azərbaycanlılara  məxsus  olan  bütün  tarixi  abidələr 
məhv  edilmiĢ,  yer  adları  dəyiĢdirilmiĢdir.  Bütün  bunlar  müasir  dünyanın  gözləri 
qarĢısında baĢ vermiĢdir! 
Qorbaçovu  və  Kreml  rejimini  öz  əllərində  oyuncağa  çevirmiĢ  ermənilər 
bütün  Sovet  imperiyasında  Azadlıq  hərəkatının  önündə  gedən  Bakıya  iri  qoĢun 
kontingentinin  yeridilməsinə  və  20  Yanvar  1990-cı  il  qırğınının  həyata 
keçirilməsinə  nail  oldular.  20  Yanvar  qırğınında  Kreml  rejiminin  qəsdən 
azərbaycanlılara  divan  tutmaq  məqsədilə  ġimali  Qafqazdan  səfərbərliyə  aldıqları 
ehtiyatda  olan  erməni  əsgər  və  zabitləri  xüsusi  “fəallıq”  göstərdilər.  Erməni 
millətçiləri  və  terrorçuları  1990-93-cü  illərdə  Azərbaycanda  baĢ  alıb  gedən  hərc-
mərclikdən  və  hakimiyyət  çəkiĢmələrindən  istifadə  etdilər.  Azərbaycanın 
beynəlxalq birlik tərəfindən tanınmıĢ  sərhədlərini pozaraq, ölkəyə  müdaxilə etmiĢ 
Ermənistan  silahlı  birləĢmələri  Rusiya  hərbi  qüvvələrinin  bilavasitə  yaxından 
köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika  ərazisinin 20 faizini iĢğal 
etdilər. Bir milyondan çox Azərbaycan vətəndaĢı doğma yurd-yuvasından didərgin 
salındı,  öz  Vətənində  qaçqına  və  məcburi  köçkünə  çevrildi.  1992-cı  ilin  26 
fevralında  -  20-ci  yüzilliyin  sonuna  yaxın  bütün  dünyanın  gözləri  qarĢısında 
qəddarlığı  ilə  misli  görünməmiĢ  Xocalı  soyqırımını  törətdilər.  ĠĢğal  aktını 
pərdələmək  üçün  Dağlıq  Qarabağda  oyuncaq  “respublika”  yaradıldı.  Dağlıq 
Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və b.) Ermənistanda 
da hakimiyyəti ələ keçirdilər. 
Ġkili  standartlar  və  “xristian  həmrəyliyi”nin  beynəlxalq  münasibətlərdə 
mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıq-aĢkar zidd 
olaraq  Azərbaycan  torpağı  olan  Dağlıq  Qarabağ  erməni  separatçı-terrorçularının 
əlində qalmaqdadır. 
Erməni  millətçiləri  isə  Türkiyə  və  Azərbaycana  qarĢı  yeni  ərazi  iddiaları 
irəli  sürməkdə  davam  edirlər.  Ġkili  standartlar  dünyasında  erməni  terrorçularının 
Azərbaycan  və  Türkiyə  ərazisində  200  ildən  artıq  bir  müddət  ərzində  törətdikləri 
soyqırımları,  deportasiyalar,  vəhĢiliklər,  tarixi  abidələrin,  yaĢayıĢ  məskənlərinin 
yerlə-yeksan olunması faktları qulaqardına vurulur. “Xristian həmrəyliyi” nümayiĢ 
etdirilərək  erməni  yalanları,  saxtakarlıqları,  həqiqət  kimi  qəbul  olunur.  Elə  bunun 
nəticəsidir  ki,  xarici  qüvvələr  tərəfindən  müdafiə  olunan  erməni  separatçı-
terrorçuları  və  beynəlxalq  terroru  dəstəkləyən  Ermənistan  Respublikası  Cənubi 
Qafqazda təhlükəli gərginlik ocağına çevrilmiĢdir. 
Beynəlxalq  terrorun  ən  yaĢlı  və  ən  “təcrübəli”  dəstələri  olan  erməni  terror 
təĢkilatları  himayə  olunduqca,  “Böyük  Ermənistan”  “doktrinası”  ilə  zəhərlənən 
erməni-daĢnak  terror  qrupları  və  təĢkilatları  Beynəlxalq  antiterror  alyansının 
diqqətindən  kənarda  qaldıqca,  regionda  və  dünyada  gərginlik  də  aradan 
qalxmayacaq, bəĢəriyyət terror təhlükəsindən qurtulmayacaqdır. 

11 
 
Müasir  dünyanın  görkəmli  dövlət  xadimi,  Azərbaycan  Prezidenti  Ġlham 
Əliyev  özünün  bütün  yüksək  səviyyəli  görüĢlərində,  nitq  və  çıxıĢlarında 
ermənilərin  Cənubi  Qafqaza  gəlmə  əhali  olduğunu,  onların  bu  ərazidə 
məskunlaĢmasından  sonra  regionda  gərginliyin  artdığını,  müasir  Ermənistan 
Respublikasının  və  nəzarətdən  kənarda  qalmıĢ oyuncaq Dağlıq  Qarabağ rejiminin 
terror yuvalarına çevrildiyini xüsusi olaraq vurğulayır. Zəngin tarixi biliyə malik olan 
Azərbaycan  Prezidenti  indiki  Ermənistan  Respublikasının  tarixi  Azərbaycan 
torpağında  -  keçmiĢ  Ġrəvan  xanlığının  ərazisində  yarandığını  bütün  dünyaya  bəyan 
edir.  Ölkə  baĢçısı  bütün  müvafiq  strukturları  erməni  saxtakarlarına  qarĢı 
informasiya  müharibəsində  hücuma  keçməyə  çağırır.  Erməni  faĢizmi  üzərində 
qələbə  çalmaq,  doğma  torpaqlarımızı  azad  etmək  üçün  öncə  informasiya 
müharibəsində  qalib  gəlmək  gərəkdir.    Bütün  xalqımız  ölkə    baĢçısının  çağırıĢına 
cavab  verməli,  iqtisadi  və  hərbi  cəhətdən  qüdrətli  Azərbaycan  dövləti  yaratmaq 
üçün onun ətrafında sıx birləĢməlidir. 
Tarixi  həqiqəti  dünya  ictimaiyyətinin  diqqətinə  çatdırmaqla  informasiya 
müharibəsində  qələbə  və  hərbi-iqtisadi  cəhətdən  qüdrətli  Azərbaycan  dövləti 
yaratmaq!  –  Terror,  soyqırımları  və  zorla  özgə  torpaqlarına  yiyələnməyə  çalıĢan 
erməni faĢizmini  diz çökdürmək üçün yeganə düzgün yol məhz bu yoldur. BaĢqa 
yol yoxdur! 
* * * 
“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni 
soyqırımı”nı  sübuta  yetirməyə  çalıĢan  erməni  millətçiləri  müasir  qloballaĢan 
dünyada  xalqların  və  ölkələrin  yaxınlaĢması  yolunda  ciddi  əngələ  çevrilmiĢlər. 
Dünyanın  hər  yerinə  səpələnmiĢ  çoxsaylı  erməni  təĢkilatlarının  geniĢ  maliyyə 
imkanları,  Qriqorian  kilsəsinin  istiqamətverici  və  təĢkilatçılıq  rolu,  ayrı-ayrı 
ölkələrin,  o  cümlədən  böyük  dövlətlərin  müxtəlif  strukturlarında  mühüm  mövqelər 
ələ  keçirmiĢ  ermənilərin  dünya  siyasətinə  təsir  göstərməsi  sülh  və  əmin-amanlıq 
üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmiĢdir. 
200  ildən  artıq  bir  müddət  ərzində  Azərbaycan  və  Türkiyə  torpaqlarında 
qanlı  terror  əməlləri,  soyqırımları  həyata  keçirmiĢ  ermənilərin  hazırda  dünyada 
onlarla iri terrorçu təĢkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir. 
Özgə  torpaqlarını  iĢğal  etmək  üçün  terroru,  soyqırımlarını  özlərinə  peĢə 
seçmiĢ  erməni  millətçiləri  bu  bəd  niyyətlərini  guya  vaxtı  ilə  Aralıq  dənizi-Qara 
dəniz-Xəzər  dənizi  arasındakı  geniĢ  torpaqları  əhatə  etmiĢ  uydurma  “Böyük 
Ermənistan” dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. 
Müasir  mərhələdə  Dağlıq  Qarabağla  bağlı  iĢğalçılıq  niyyətlərini  həyata 
keçirməyə  çalıĢan  ermənilər,  Prezident  Ġlham  Əliyevin  dəfələrlə  qeyd  etdiyi  kimi, 
Azərbaycana qarĢı total hücuma keçmiĢlər. 
Erməni  millətçiləri  tarixi  saxtalaĢdırmaqda  da  yeni  mərhələyə  qədəm 
qoymuĢ, Azərbaycan tarix elminə hücumlarını daha da geniĢləndirmiĢlər. Təbriz və 
Ərdəbil  də  daxil  olmaqla  tarixi  Azərbaycanın  cənub  torpaqlarını  uydurma 

12 
 
“Velikaya Armeniya”nın tərkib hissəsi hesab edən ermənilər indi daha da “dərinə” 
getməyə  baĢlamıĢlar.  Erməni  millətçiləri  hazırda  Arazdan  cənubda  -  qonĢu  Ġran 
Ġslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaĢayan və özlərini bu 
gün  də  “türk”  adlandıran  azərbaycanlı  qardaĢlarımızı  ġimali  Azərbaycanda 
yaĢayan  azərbaycanlılardan  (“gəlmə  köçəri  türklərdən”)  tamamilə  fərqli  olan  bir 
xalq  kimi  qələmə  verməyə  baĢlamıĢlar.  Guya  Cənubda  yaĢayan  azərbaycanlılar 
ġimalda yaĢayan qardaĢlarından fərqli olaraq Ġran dillərindən birində danıĢmıĢ olan 
azərilər  adlanan  xalqın  nəsilləridir  və  sonradan,  XV-XVI  əsrlərdə  onların  dilləri 
kütləvi  surətdə  zorla  dəyiĢdirilib.  Sən  demə,  cənubda  yaĢayan  soydaĢlarımız  - 
cənubi  azərbaycanlılar  “genetik  baxımdan  bizə  deyil,  ermənilərə  daha  yaxın  bir 
xalq”  imiĢ.  Lap  bu  yaxınlarda  Yerevan  Dövlət  Universitetinin  Ġranistika 
kafedrasının müdiri, prof. Q.Asatryan bununla əlaqədar çox geniĢ bir müsahibə ilə 
çıxıĢ  edərək  bildirmiĢdir  ki,  ermənilərin  bu  istiqamətdə  apardıqları  tədqiqatların 
nəticələri  artıq  indidən  sübut  edir  ki,  onların  (yəni  ermənilərin)  cənubi 
azərbaycanlılarla  antropoloji  parametrlərinin  çoxu  eynidir;  “azərilər  (Cənubi 
Azərbaycan  türkləri  nəzərdə  tutulur  -  Y.M.)  genetik  baxımdan  özlərinin 
Azərbaycan  Respublikasındakı  həmvətənlərindənsə  ermənilərə  daha  yaxındırlar” 
(www.golos.am;8  iyul  2006-cı  il).  Mətləb  aydındır:  erməni  saxtakarları  tarixi 
Azərbaycanın  Arazdan  cənubdakı  torpaqlarını  öz  saxta  “tədqiqatlarında” 
“özününküləĢdirdikdən”  sonra,  indi  də  həmin  ərazidə  yaĢayan  Azərbaycan 
türklərinin mənĢəyini saxtalaĢdırmağa baĢlamıĢlar. Guya “Velikaya Armeniya”nın 
tərkib  hissəsi  olmuĢ  Cənubi  Azərbaycan  torpaqlarının  əhalisi  də  bizimlə,  yəni 
ġimali  Azərbaycan  türkləri  ilə  deyil,  ermənilərlə  bir  kökdən  imiĢ!?  Narahatçılıq 
doğuran  budur  ki,  artıq  Azərbaycan  Respublikasında  müxtəlif  yollarla  “Böyük 
Ermənistan”ın  guya  həqiqət  olduğunu  təsdiq  edən  xəritələr  və  kitablar  da  nəĢr 
olunmağa  baĢlamıĢdır.  Eyni  fikirlər  burada  da  səslənir.  Ölkəmizdə  xristian 
missionerlərinin  fəaliyyəti  güclənmiĢdir.  Azərbaycandan  olan  bəzi  alimlərin 
yaxından köməyi ilə əcnəbilərə yazdırılmıĢ və gizli Ģəkildə yayılan bəzi üzdəniraq 
“tədqiqatlarda” Azərbaycan bütünlüklə keçmiĢ xristian ölkəsi kimi qələmə verilir, 
xalqımız  isə  türk  deyil,  Dağıstan-nax  qrupuna  daxil  olan  bir  etnos  kimi  təqdim 
olunur.  Hələ  bu  bir  yana  dursun,  Azərbaycan  xalqına  “özünün  xristian  keçmiĢinə 
qayıtmaq”  tövsiyə  olunur,  hətta  Bakının  adını  dəyiĢdirmək  “təĢəbbüsləri”də  baĢ 
qaldırmaqdadır. Minlərlə Azərbaycan abidələrini məhv etmiĢ ermənilər və erməni 
kapitalının  nökərləri  Azərbaycanda  “erməni  xaçı  axtarıĢlarına”  çıxmıĢlar.  Üzdə 
xalqımızın  yüksək  tolerantlıq  mədəniyyətini  tərifləyən  əcnəbilər,  necə  deyərlər, 
“saman  altdan  su  yeridərək”,  Azərbaycanın  türk-islam  mədəniyyətini  dağıtmaq 
üçün  əllərindən  gələni  edirlər.  Xristian  missionerləri,  demək  olar  ki,  ölkənin  hər 
yerinə  yayılmıĢlar.  Bəzi  qüvvələr  Azərbaycanın  Qafqaz  Albaniyası  dövrünə  aid 
xristian  abidələrinin  siyahısını  və  Ģəkillərini  internet  vasitəsilə  xaricə  ötürürlər. 
Əcnəbilər  Azərbaycanda  keçmiĢ  xristian  abidələrinin  bərpasını  diqqət  mərkəzinə 
çəkmiĢlər.  “Böyük  Ermənistan”  təbliğatçıları  və  onların  arxasında  duran  qüvvələr 

13 
 
bu iĢdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq 
və  narahatlıqla  qarĢılanır.  “Böyük  Ermənistan”  uydurması  barədə  növbəti  yazım 
olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır. 
Oxuculara  bəri  baĢdan  bildirmək  istərdim  ki,  tarixdə  heç  zaman  üç  dəniz 
(Aralıq  dənizi,  Qara  dəniz  və  Xəzər  dənizi)  arasındakı  geniĢ  əraziləri  əhatə  edən 
“Böyük Ermənistan” adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmanı elmə 
sırıyarkən  erməni  saxtakarları  vaxtilə  Fəratın  yuxarılarından  Van  gölünə  doğru 
ərazilərdə  mövcud  olmuĢ  “Kiçik  Ermənistan”  və  “Böyük  «Великая»  yox,  məhz 
«Большая»,  yəni  “Böyük”  -Y.M.)  Ermənistan”  adlanan  iki  coğrafi  vilayətdən 
birinin - sonuncunun adından istifadə etmiĢlər və coğrafi termini siyasiləĢdirmiĢlər 
(Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  “Böyük  Ermənistan”  adlanan  coğrafi  vilayət 
həqiqətən  də  “böyük”  olduğu  üçün  deyil,  “Kiçik  Ermənistan”  vilayətinə  nisbətən 
bir qədər “böyük” olduğu üçün belə adlandırılırdı. Yəni bu  “böyük”  sözün həqiqi 
mənasındakı  “Böyük”  deyildir!).  Əslində  isə  heç  bir  ilk  mənbə  tarixdə  “Böyük 
Ermənistan”  adlanan  dövlətin  olduğunu  təsdiq  etmir.  Ġndiyədək  heç  bir  arxeoloji 
qazıntı zamanı “Böyük Ermənistan” adı həkk olunmuĢ pul tapılmayıb. Ermənilərin 
guya erməni  hökmdarı olduğunu  iddia etdikləri parfiyalı II Tiqranın adından zərb 
olunmuĢ  pullarda  da  onun  “Böyük  Ermənistan”  hökmdarı  olduğu  təsdiqlənmir. 
Beləliklə, “Böyük  Ermənistan”  tarixi  həqiqət  deyil,  yalnız  və   yalnız, tarixdə 
heç  bir  zaman  öz  sabit  ərazisi  olmayan  köçəri  ermənilər  üçün  özgə  torpaqlarını 
iĢğal  etməyi  qarĢısına  məqsəd  qoymuĢ  baĢabəla  “milli  ideologiyadır”,  mürtəce 
dini-ideoloji  və  terrorçu-iĢğalçılıq  “doktrinasıdır”.  Bu  iĢğalçı-terrorçu  “doktrina” 
erməni  millətçiləri  tərəfindən  özgə  torpaqlarına  yiyələnmək  məqsədilə 
uydurulmuĢdur.  Və  onun  əsasında,  artıq  yuxarıda  qeyd  etdiyimiz  kimi,  guya 
vaxtilə  “dənizdən-dənizə”  geniĢ  əraziləri  əhatə  etmiĢ  olan  uydurma  “Böyük 
Ermənistan”  dövlətini  dirçəltmək  ideyası  durur.  Bu  “ideya”nın  saxtalığı  ondan 
aydın  olur  ki,  ilk  mənbələrdə,  yuxarıda  qeyd  etdiyimiz  iki  coğrafi  vilayət  istisna 
edilməklə,  tarixdə  nə  vaxtsa  “Böyük  Ermənistan”  adlı  dövlətin  mövcud  olması 
barədə  heç  bir  məlumat  yoxdur.  Və  özlərini  az  qala  regionun  “ən  qədim  xalqı”, 
“Nuh  peyğəmbərin  övladları”  kimi  qələmə  verən  erməni  millətçilərinin 
uydurmalarının  əksinə  olaraq  ermənilər,  daha  doğrusu  onların  ulu  babaları  hesab 
olunan  qəbilələr,  ümumiyyətlə,  Asiya  qitəsinin  yerli  əhalisi  deyillər,  bu  regiona 
köçüb gəlmədirlər. 
Antropoloji,  o  cümlədən  somotoloji  (bədən  ölçüləri),  kranioloji  (kəllə 
ölçüləri),  odontoloji  (diĢ  quruluĢu),  seroloji  (qan  qruplarının  tədqiqi)  araĢdırmalar 
sübut  edir  ki,  uydurma  “armenoid  irqi”  və  ermənilər  nəinki  Cənubi  Qafqazın 
aborigen  əhalisi  -  yerli  sakinləri  deyillər,  ümumiyyətlə  Ön  Asiyaya  da  sonradan 
gəlmiĢlər.  Arxeoloji qazıntılar zamanı indiki Ermənistan Respublikası  ərazisindən 
aĢkar olunmuĢ qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın 
sübut  edir.  Göstərilən  qədim  insan  qalıqlarının  morfoloji  quruluĢu  ilə  sonradan 
həmin  ərazilərdə  məskunlaĢan  ermənilərin  morfoloji  quruluĢu  arasında  heç  bir 

14 
 
oxĢarlıq yoxdur. Eyni fikri son Tunc və Dəmir dövrünə aid tapıntılar da təsdiq edir 
(Bunak V.V., Qraniə Armeniə, M., 1927, str. 26). 
Bundan  əlavə  kəllə  quruluĢuna  görə  aparılan  antropoloji  tədqiqatlar 
erməniləri  qısabaĢlılar  və  ya  braxikranlar  qrupuna  aid  edir.  Antropoloqlar  (böyük 
alman alimi Virxov və baĢqa məĢhur alimlər) Qafqazın qədim qəbiristanlıqlarından 
tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləĢdirmiĢlər ki, bu diyarın aborigen 
əhalisi,  yəni  ən  qədim  yerli  sakinləri  uzunbaĢlılar  və  ya  dolixokranlar  qrupuna 
aiddirlər, yəni ermənilərin  mənsub olduğu qısabaĢlılar və  ya braxikranlar qrupuna 
aid  deyillər!  Bu  da  bir  daha  sübut  edir  ki,  indiki  ermənilər  Qafqazın  yerli  əhalisi 
deyillər (DjavaxaĢvili Ġ.A., Ġstoriə qruzinskoqo naroda, Tiflis, 1916, str. 11-12). 
Tədqiqatçılar göstərir ki, müasir ermənilərin əcdadları olduğu güman edilən 
köçəri  qəbilələr  eramızdan  əvvəl  təxminən  12-ci  əsrdə  Balkan  yarımadasından 
hərəkətə  baĢlayıb  Kiçik  Asiyaya  keçmiĢ  və  Yuxarı  Fərat  vadisində  (Van  gölünə 
doğru  ərazilərdə)  məskən  salmıĢlar.  Ermənilərin  əcdadlarının  bu  əraziyə  gəlmə 
olduqları  tarix  elmində  sübut  edilmiĢ  faktdır  (Məsələn,  bax:  Дяконов  И.М., 
Предыстория  армянского  народа,  Ереван,  1968).  M.Dyakonov  həmin  əsərində 
ermənilərin  əcdadlarının  (əgər  onları  həqiqətən  ermənilərin  əcdadı  hesab  etmək 
mümkünsə!) Yuxarı Fərat vadisinə gəlmə olduqlarını tutarlı linqvistik və arxeoloji 
mənbələrlə sübut edir. O, öz tədqiqatlarını daha da dərinləĢdirərək sonralar yenidən 
bu  mövzuya  qayıtmıĢ  və  yuxarıdakı  konsepsiyasını  təsdiqləyən  əlavə  dəlillər 
gətirmiĢdir  (И.М.Дьяконов.
 
Малая  Азия  и  Армения  около  600  г.  до.  н.э.  и 
северные походы вавилонеких царей// “Вестник древней истории”, 1981, ?2, 
с.34-63).  Ġ.M.Dyakonovun  bu  məqaləsindəki  bəzi  fikirləri  oxucuların  diqqətinə 
olduğu  kimi  çatdırmağı  lazım  bilirəm:  «Протоармяне  появились  в  бассейне 
верхнего  Евррата  в  качестве  пришлого  (а  стало  быть,  неоседлого 
скотоводческого)  народа  в период  господства  здесь  лувийской  и  хурритско-
урартской цивилизаций ... об автохтонности протоармянского нет речи (с.54-
55).  «Следует  учитывать,  что  протоармянские  пришельцы,  повидимому, 
состояли  в  меньшинстве  по  сравнении  с  местным  лувийским  и  хурритским 
населением» (с.59) 
Yeri  gəlmiĢkən,  Ġ.M.Dyakonovun  göstərdiyi  Yuxarı  Fərat  vadisində 
hökmranlıq  edən  yerli-aborigen  hürrilər  Azərbaycan  xalqının  ulu  babalarından 
biridir.  BaĢqa  sözlə,  elm  çox  aydın  təsdiq  edir  ki,  bu  torpaqlarda,  o  cümlədən 
yuxarı  Fərat  vadisində  məhz  biz  azərbaycanlılar  yerliyik,  ermənilər  isə  köçüb 
gəlmədirlər! 
Ermənilərin  Asiya  qitəsinə,  o  cümlədən  də  Cənubi  Qafqaza  gəlmə  etnos 
olduqlarını  baĢqa  tədqiqatlar  da  sübut  edir.  Məsələn,  görkəmli  antropoloq 
V.V.Bunak Göyçə  (indiki Sevan)  hövzəsində qədim  kəllə  sümüklərini araĢdıraraq 
qəti  qənaətə  gəlmiĢdir  ki,  bunların  sonradan  həmin  əraziyə  köçüb  gəlmiĢ 
ermənilərlə heç bir  əlaqəsi  yoxdur (Вах: Бунак В.В. «Черепа железного века из 
Севанского  района  Армении  -  Русский  атроиологически  журнал»,  1928,  том 

15 
 
XVII,  вып.  3-4).  Odontologiya  sahəsində  aparılan  tədqiqatlar  da  eyni  nəticəni 
təsdiq  edir:  “etnik  odontologiya  erməni  etnosunun  “Qafqaz  mənĢəli  olduğunu” 
təsdiq etmir” (Кочиев Р.С. Закавказье и Северный Кавказ. - В кн.: Этническая 
одонтология  СССР.  Москва,  1970,  с.  135,  141).  Rus  QafqazĢünası  Ġ.ġopen  isə 
daha  konkret  və  birmənalı  nəticəyə  gəlmiĢdi:  ermənilər  gəlmədirlər;  onlar 
frigiyalıların  və  ioniyalıların  qərbdən,  yəni  Avropadan  Anadolu  dağlarının  ġimal 
vadilərinə  köçüb  gəlmiĢ  nəsilləridir  (Шопен  И.  Новые  заметки  на  древнюю 
историю Кавказа  и его обитателей. С.-Петербург, 1896, с.26). Bir sözlə, bütün 
yuxarıda göstərilənlər və digər axtarıĢlar “tarixin atası” Herodotun hələ eramızdan 
əvvəl V əsrdə yazdığı bir həqiqəti təsdiq edir: ermənilər Kiçik Asiyaya qərbdən - 
Avropadan  köçüb  gəlmiĢlər;  onlar  frigiyalıların  nəsilləridir  (Геродот.  История  в 
девяти книгах. I: 180, 194; III: 93; В: 49, 52; VII: 73). 
 
Yaqub Mahmudov, 
Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü,  
Tarix İnstitutunun direktoru, Millət vəkili 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə