Erməni xəyanəti



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix07.09.2017
ölçüsü1,45 Mb.
#29216
1   2   3   4   5   6   7   8   9   10   11

 
“ERMƏNĠLƏR BĠZĠ ÜÇ GÜN 
OV KĠMĠ OVLADILAR, QARIġQA KĠMĠ QIRDILAR” 
 
Xocalı  yanğısını  canında,  varlığında  yaĢandanların  sayı  ilbəil  azalır,  bu 
yanğıya  acıyanlar,  ağlayanlar  isə  azalmır,  əksinə,  illər  ötdükcə  yaralarımız, 
yaddaĢlarımız daha Ģiddətlə qövr eləyir, ürəyimiz sızıldayır. Əgər 15 il əvvəl övlad, 
vətən,  torpaq  itirmiĢ  Ģikəst  taleli,  sınıq  qəlbli  Xocalı  köçkünü  öz  dərdini  tək  özü 
çəkirdisə, indi bu, bütöv bir millətin, xalqın dərdidir. 
Sumqayıtda  yerləĢmiĢ  Xocalı  məcburi  köçkünlərinin  icra  nümayəndəsi 
Aydın  Əliyev  deyir  ki,  26  fevral  1992-ci  il  qırğınından  salamat  qalmıĢ  hər  bir 
xocalının baĢına gələnlər qələmə alınsa, bu, üç-dörd kitablıq bir dastan olar. 
Ermənilər bizi üç gün qarlı-Ģaxtalı çöllərdə ov kimi ovladılar, qarıĢqa kimi 
qırdılar,  baĢımıza  olmazın  müsibətlər  gətirdilər.  Həmin  müdhiĢ  günlərdə  təkcə 
bizim ailə 12 nəfər ən yaxın adamını itirdi, 17 nəfər Ģikəst oldu. 
Hadisə baĢ verən günə qədər Xocalı 4 ay idi ki, ermənilərin mühasirəsində 
ürək  kimi  çırpınırdı.  Həmin  müddətdə,  demək  olar  ki,  hər  gün  üstümüzə  güllələr 
yağıĢ  kimi  yağırdı,  lakin  Xocalı  gəncləri,  könüllülər  səngərlərdə  növbə  çəkərək 
erməni  basqınçılarının  qarĢısını  mərdliklə  alırdılar.  Tez-tez  güclü  artilleriya  atəĢi 
olanda  bizim  ailələr  qaçıb  yaxınlıqdakı  dəmir  yolu  körpüsünün  altında  mərmi  və 

78 
 
güllələrdən  mühafizə  olunurdu.  Bir  növ  atəĢə  alıĢmıĢdıq.  Lakin  fevralın  25-i 
axĢamı  daha  xalq  dözüm  gətirə  bilmədi.  AxĢam  saat  10-dan  sonra  ermənilər  hər 
cür  müasir  odlu  silahla  üstümüzə  güclü  hücuma  keçdilər,  dörd  tərəfdən  baĢımıza 
güllə, mərmi yağıĢ kimi yağırdı. 
DüĢmən  soyuq  səmanı  fiĢənglərlə  iĢıqlandırıb  qaçanlara  aman  vernıirdi. 
Vahimə  içərisində  baĢsız  qalmıĢ  dinc  əhali  ev-eĢiyini  buraxıb,  hara  gəldi  qaçır, 
yerdən,  göydən  -  aman  istəyirdi.  Bizim  məhəllənin  300-dən  çox  sakini  -  gecənin 
zülmətində və qıĢın sazağında Qarqar çayını  keçib Əsgərana tərəf getmək istədik. 
Lakin xəbər gəldi ki, ermənilər orda da qırğın törədiblər. Gülablı tərəfə üz tutduq, 
lakin  hansı  tərəfə  döndüksə  erməni  silahlılarının  atəĢi  ilə  qarĢılaĢdıq.  Belə 
qarĢılaĢmalardan  sonra  sıralarımız  seyrəlir  və  gözümüzün  qarĢısında 
doğmalarımızı,  əzizlərimizi  qarlı  çöllərdə,  meĢə  və  dağlarda  qoyub  hey  qaçır, 
sürünür  və  yenə  qaçırdıq.  Nabələdlik  və  hər  tərəfin  qarla  örtülməsi  ucbatından 
neçə-neçə  Xocalı  sakini  qayadan  uçdu,  uĢaqlar,  qocalar  Ģaxtaya,  yorğunluğa, 
xüsusən susuzluğa dözməyib heysizləĢərək çöllərdə, meĢələrdə donub buz heykələ 
döndülər. Bizim dəstə doğmalarımızı itiri-itirə üç  gündən sonra Ģil-küt vəziyyətdə 
gəlib  Gülablıya,  doğmalarımızın  nəfəs  aldığı  müqəddəs  torpağa  çatdıq.  Bizi 
gülablılar necə dəhĢətli vəziyyətdə gördülərsə, bütün kənd ağlayırdı... 
O  günlərin  faciəsi  kitab-dəftərə  sığan  dərd  deyil.  Hər  dəfə  gözümüzün 
qarĢısında əzabla məhv edilmiĢ körpə nəvələrim yadıma düĢəndə tüklərim biz-biz 
olur və “Allah ermənilərə lənət eləsin!” deyirəm. Heç faĢist də bu qələti eləməyib. 
Erməni  daĢnakları  Xocalı  faicəsini  törətməklə  insan  olmadıqlarını,  yəni  əsl 
simalarını  dünyaya  göstərdilər.  Allah  bizə  səbr  versin!  Ümidvaram  ki,  qisas 
qiyamətə qalmaz. Xocalıya dönməyimiz bizim ən böyük qisasımız olacaq. 
 
Qalib Əhmədov, 
Azərbaycan 
 
NƏ ÇƏTĠNDĠR QAÇQIN ÖMRÜ YAġAMAQ... 
 
Qarabağ  savaĢının  əvvəlindən  tökülüĢüb  kəndi-kəsəyi      qoruyurduq.  Nə 
gecəmiz  vardı,  nə  gündüzümüz.    Qarım  qapının    ağzına  yığıĢan  mal-qaranı    içəri 
salmaq  üçün  küçəyə  çıxanda  “Qrad”a  tuĢ  gəldi.    Anasının  parçalanmıĢ  cəsədini 
görən  balaca  qızım  dözmədi  bu  dərdə.    Sağalmaz  xəstəliyə  düçar  oldu.  Bir  ayın   
içində  Ģam  kimi  əridi  yazıq  balam.  Allah  bala  dərdini  heç  kimə  göstərməsin,  ay 
oğul! 

79 
 
Dörd  oğul  atası  idim.  Böyük  oğlumun  qorxusundan  düĢmən  kəndin 
həndəvərinə  çönə  bilmirdi.  Kəndə  yaxınlaĢan  ZTR-i  susduran  oğlum  minaya 
düĢdü.  Ġki  oğlum  da  qardaĢlarınını  intiqamını  almaq  üçün  getdi.  Qayıtmadılar. 
Balaca  oğlum,  mən,  bir  də  qızım  birlikdə  kənddən  çıxdıq.  Nə  vaxtsa  harada 
qaldığım yadıma gəlmir. Ġndi 13 ildir ki, qarımın, oğlanlarımın ruhu dolaĢan yurd 
yerindən  aralı  düĢmüĢük.  Hər  cümə  axĢamı  ev-eĢiyimizi  dolaĢan  ruhlara  onlarla 
görüĢəndə  nə  deyək,  görəsən?  Vallah,  cənnət  qapısının  ağzına  belə  bizi 
buraxmayacaqlar bu əməllərimizlə. 
Hər ayın əvvəlinci günü bura gəlirəm. Bir gün yuxuda gördüm ki, üç oğlum 
və  qarım  burada  dayanab  söhbət  edir.  Elə  xoĢbəxt  görünürdülər  ki,  elə  bil  toya 
gedəcəklər.  Bax,  bu  dayandığım  yerdə  qucaqlaĢıb  görüĢdük.  Qarım  susub  üzümə 
baxırdı.  SoruĢdum  ki,  niyə  bir söz  demirsən? Böyük oğlum cavabında  mənə  belə 
dedi: “Lələ, anam nənəmə söz verib ki, səninlə danıĢmayacaq”. 
Niyəsində dedi ki, nənəmin qəbrini ermənilər  yandırıblar. O da anama and 
verdirib  ki,  səninlə  danıĢmasın.  Taxıllıqlarımızı  yandırırlar,  qəbiristanlıqları 
yandırırlar, onlar da  susub dayandıqlarına görə  nənəmi burada incidirlər ki, yaxĢı 
oğul böyütməmisən. Cavabında  dedim ki,  ay bala,  mən  neyləyə  bilərəm  ki? Mən 
nə  günah  etmiĢəm  ki?  Yuxudan  ayıldım.  Bax,  o  vaxtdan  hər  ayın  əvvəlində  bura 
gəlirəm. Vallah, mənə elə gəlir ki, onlar mənimlə birgədirlər. 
Buynuzlu  qoçun  qisası  buynuzlu  qoçda  qalmaz  -  demiĢlər.  Bu  gün  erməni 
öz  ayağının  altındakı  torpağı  yandırır.  Vay  o  gündən  ki,  həmin  torpağı  biz 
yandırmağa baĢlayaq. Yəqin onda küsən ruhlarda bizimlə barıĢar. 
 
Akif Əliyev 
 
CĠHAD!!! 
(esse) 
 
Qoz ləpəsi üstündəki qırıĢlarıyla insan beyninin yarımkürəsini xatırladır. Ġki 
qoz  ləpəsi  (ceviz  içi)  insan  beyninin  kiçik  modelidir  -  yeməli!..  Yadıma  vaxtilə 
məni  heyrətə  gətirən  bir  yazı  düĢdü:  Hansısa  inkiĢaf  etmiĢ  Qərb  ölkəsində  tutiya 
(delikates) sayılan və yalnız ən varlı adamların menyusunda olan bir yemək (təam) 
var:  -  “Diri  meymun  beyni”.  Canlı  meymun  xüsusi  bir  qurğuya  fiksə  olunur. 
BaĢının qapağı kəsilib götürülür. Meymun bağırır və adam qaĢıqla diri meymunun 
beynini yeyir... 

80 
 
Xocalı  faciəsi  XX  əsrin  ən  böyük  cinayəti!  Həmin  gün  mən  özüm  öz 
beynimi yeyirdim. Xocalı qırğınının 11 dəqiqəlik kinoxronikasına baxmamaq üçün 
45 dəqiqə mübahisə edən millət vəkilləri, sizənə deyim?.. 
Xocalı...  Gecənin  qaranlığında  qaçhaqaçda  üç  aylıq  Salatını  öz  əlləriylə 
boğan ANA (uĢaq ağlayırmıĢ, uĢağın səsini düĢmənlər eĢitməsin deyə) və dörd saat 
möcüzəylə  yenidən  dirilən  uĢaq.  Xəstəxanada  Salatının  mənə  baxan  gözləri... 
Qaçhaqaçda  yaralı  bacısını  düĢmən  əlinə  keçməsin  deyə,  onun  öz  təkidiylə 
güllələyən  qardaĢ.  Ürəyinə,  üz-gözünə  süngü  sancılmıĢ  bir  uĢaq...  DonmuĢ, 
ayaqları  kəsilmiĢ  18  yaĢında  qız.  Üzünün  dərisi  soyulmuĢ  meyit...  Gözləri 
çıxarılmıĢ  oğlan...  Respublika  Xəstəxanasının  qadın  Ģöbəsi  həkiminin  tükürpədən 
söhbətləri...  ÖlmüĢ  anasının  döĢünü  əmən  uĢaq...  Ağıla  sığmayan  vəhĢiliyə, 
iĢgəncəyə tuĢ olan körpə, qadın, kiĢi, qoca meyitləri... 
ġahidlərdən  biri  deyirdi  ki,  saqqallılar  tutulan  əsir  qızların  səsini  səs 
gücləndiricilərlə uzaqlara verirdilər ki, eĢidin, çox qeyrət, qeyrət deyirsiniz... 
Kimlərsə,  qaĢıqla  diri  meymun  beyni  yeyibsə  də,  mən  o  gün  öz  beynimi 
yeyirdim... 
Cihad, damarlarımızda qan qaynayır, Cihad!!! 
Heç  nəyimiz  olmasa  da,  dilimizi  diĢləyib  yeddi  milyon  ət  kimi  tüpürək 
düĢmən gözünə! 
Dədə Ələsgərin çəkdiyi ah - zəlzələdən güclü ruhum, ġah babam Ġsmayılın, 
Babəkimin  qeyrətinə  sığınan  torpağım,  “Təbrizin”  qanı  tökülən  torpağım, 
göylərim, siz də mənə kömək olun! 
Yüz min insan bəbəyinə toxunan əllərim, Tanrımın töhfəsi - qanadlarım, siz 
də mənə kömək olun! 
“DaĢa varlığınla inansan, daĢ göyərər”, - deyən, atamın ruhu, sən də mənə 
kömək ol! 
Ey  gözəgörünməz,  darda  qalanların  arxası,  köməksizlərin  pənahı,  bir 
zərrəlik hüceyrəyə dünyanı sığıĢdıran kamil sənətkar, müqəddəs ruh, sən də kömək 
ol! 
Kömək olaq, arxa olaq, çəpər olaq bir-birimizə, Azərbaycan oğulları qızları! 
Cihad, qıĢqırır Vətən, Cihad! 
Müqəddəs müharibəyə, son döyüĢə hazır olun, el oğulları, el qızları! 
Olum, ya ölüm! 
 
Paşa Qəlbinur, 
tibb elmləri doktoru, professor 

81 
 
II FƏSĠL 
 
TÜRK DÜNYASI VƏ MÜASĠR SĠYASĠ PROSESLƏR 
 
1921-ci  ilin  dekabrında  Türkiyə  Böyük  Millət 
Məclisində  çıxıĢında  Atatürk  qeyd  edirdi  ki,  türklər 
müsəlman  xalqı  etibar  ilə  öz  din  qardaĢlarının  taleyi  ilə 
həmiĢə  maraqlanacaq,  bütün  müsəlman  xalqlarının 
müstəmləkəçilikdən 
azad 
olmasını, 
daha 
da 
çiçəklənməsini,  xoĢbəxtliyini  arzu  edəcəkdir.  Lakin 
türklər  heç  bir  vaxt  bütün  bu  xalqların  Türkiyənin 
baĢçılığı  altında  vahid  imperiyada  birləĢdirmək  fikrinə 
düĢməməlidirlər.  Atatürk  bu  fikirlərin  qorxulu  olduğunu 
və heç vaxt həyata keçirilə bilməyəcəyini qeyd edirdi. O 
göstərirdi ki, keçmiĢdə türklər bu cür xülya ideyaları irəli 
sürməklə bütün dünyanın nifrət və qəzəbini qazanmıĢdır. 
“Cənablar,  biz  müstəqil  olmaq  və  yaĢamaq  istəyən  bir 
millətik.  Biz  həyatımızı  ancaq  bu  məqsədə  həsr 
edəcəyik”. 
Lakin  bütün  bunlara  baxmayaraq,  türk  xalqları 
içərisində yeganə müstəqil dövlət olan Türkiyə türkçülük 
ideologiyasının  mərkəzinə  çevrildikcə  türk  xalqlarının 
birlik,  yekdillik  ideyaları  son  nəticədə  Türkiyə  ilə 
bağlanırdı və müəyyən mənada bu təbii idi.  
Türkçülüyün  gerçəkləĢməsi  uğrunda  mübarizədə  onun  türk  xalqlarına 
aĢılanmasında  Ziya  Göy  Alp  xüsusilə  fərqlənirdi.  O,  türkçülüyü  “Türk  millətini 
yüksəltmək  deməkdir”  -  tərifini  vermiĢ,  bu  yüksəlməyin  proqramını,  yollarını  və 
prinsiplərini iĢləyib hazırlamıĢdı. Bu yolda ən mühüm vəzifəni Ziya Göy Alp türk 
millətinin milli Ģüurunu, milli vicdanını gücləndirməkdə görürdü. 
XX əsrin əvvəllərinə nisbətən türklərin sayı 3 dəfəyəcən artmıĢdır. Bir sıra 
dünya  siyasətçilərini  və  türk  xalqlarının  bədxahlarını  qorxudan  da  elə  budur. 
Dünyada  demoqrafik  dəyiĢikliklər  açıq-aydın  türk  xalqlarının,  eyni  zamanda 
müsəlmanların  xeyri  nədir.  Sonuncu  onillikdə  Azərbaycan  türklərinin  orta  illik 
artımı  2,1  faiz,  özbəklərin  3  faiz,  qazaxların  2,2  faiz,  türkmənlərin  3  faiz, 
qırğızların 2,9 faiz  təĢkil etdiyi halda, Fransada  əhalinin orta  illik artımı  0,8 faiz, 
Böyük  Britaniyada  0,1  faiz,  Ġsveçdə  0,08  faiz,  Almaniyada  0,1  faiz,  Yaponiyada 

82 
 
0,9 faiz olmuĢdur. Müxtəlif ölkələrdə əhalinin artım surətinin bu cür davam etməsi 
qarĢımıza gələn əsrdə ciddi demoqrafik disproporisiyanın yaranacağını xəbər verir. 
Bu isə öz növbəsində müasir siyasi proseslərə və gələcəkdə dünya siyasətinə təsir 
göstərməyə bilməyəcəkdir. 
Lakin  dünya  siyasətçilərinin  türk  dünyasına  diqqətlərinin  artması  təkcə 
demoqrafik  “partlayıĢ”la  bağlı  deyildir.  Son  dövrlərin  siyasi  hadisələri  türk 
xalqlarının əksəriyyətini dünya siyasətinin coĢqun axarına qoĢmuĢdur. Bu prosesə 
təsadüfi  bir  hadisə  kimi  baxmaq  sadəlövhlük  olardı.  Türk  dünyasının  dünya 
siyasətinin  burulğanına  daxil  olması  və  xeyli  dərəcədə  ona  təsir  etməyə 
baĢlamasına  tarixin  qanunauyğun  inkiĢafının  nəticəsi  kimi  baxılmalıdır.  Sovet 
imperiyasının  dağılması  nəticəsində  türkdilli  xalqları  təmsil  edən  beĢ  müstəqil 
dövlətin yaranması qüvvələr nisbətinin dəyiĢməsində mühüm əhəmiyyət kəsb edir. 
Ġndi  BirləĢmiĢ  Millətlər  TəĢkilatında  altı  türk  dövləti  təmsil  edilmiĢdir.  Bir  sıra 
türkdilli  xalqların  muxtar  qurumlarının  möhkəmlənməsi  dövlətçilik  ənənələrinin 
bərpa edilməsi yolunda ciddi addım saymalıdır. Türkdilli xalqların təmsil etdikləri 
müstəqil və muxtar dövlət qurumları ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına 
malikdir.  Altı  müstəqil  türk  dövlətinin  (Azərbaycan,  Qazaxıstan,  Qırğızıstan, 
Özbəkistan,  Türkiyə,  Türkmənistan)  və  Rusiya  Federasiyasına  daxil  olan  və 
əhalisinin  əksəriyyətini  türkdilli  xalqlar  təĢkil  edən  altı  muxtar  qurumun 
(Tatarıstan,  BaĢqırdıstan,  ÇuvaĢiya,  Saxa,  Tuva,  Qaraçay-Çərkəz)  ərazisi  8,2 
milyon  kvadratkilometr,  əhalisinin  sayı  isə  126  milyondur.  Bura  Çin 
Respublikasının sahəsi 1,7 milyon kvadratkilometr, əhalisi 15 milyona yaxın olan 
Sintszyan-Uyğur  muxtar  rayonunu  da  daxil  etməklə  türk  xalqlarının  yaĢadıqları 
arealın aydın mənzərəsini yarada bilərik. 
Türk  dünyasının  yuxarıda  adları  çəkilən  ölkələrində  ildə  təxminən  200 
milyon tondan artıq neft, 160 milyard kubmetr qaz. 250 milyon tona yaxın kömür 
çıxarılır.  17  milyon  ton  polad,  9  milyon  tona  yaxın  çuqun,  16  milyon  ton  qara 
metal  prokatı,  350  milyard  kilovat-saat  elektrik  enerjisi,  3  milyon  tondan  artıq 
pambıq  lifi,  müasir  silahlar,  avadanlıq,  maĢm  və  mexanizmlər  istehsal  edən 
zavodlar,  müxtəlif  məhsullar  buraxan  fabriklər  fəaliyyətdədir.  Türk  xalqlarının 
ərazilərində  becərilən  taxıl  və  digər  yeyinti  məhsulları  nəinki  özlərini,  onlarca 
digər  ölkə  xalqlarını  da  dolandıra  bilər.  Qazaxıstan  ərazisində  keçmiĢ  SSRĠ-yə 
məxsus  nəhəng  Baykonur  raketburaxma  kompleksi,  nüvə  silahı  arsenalı  da  bu 
potensiala əlavə edilə bilər. 
Bütün  bunlarla  yanaĢı,  qeyd  edilməlidir  ki,  türk  dünyasının  qabaqcıl 
ölkələrin  inkiĢaf  axınına  qoĢulması  yolunda  ciddi  çətinliklər  və  maneələr 

83 
 
mövcuddur. Hər Ģeydən əvvəl, onu qeyd etmək lazımdır ki, türk xalqlarının inkiĢaf 
səviyyələri müxtəlifdir. 
Siyasi  məsələlərə  gəldikdə  isə  birinci  növbədə  qeyd  edilməlidir  ki,  türk 
dünyasının  oyanması  həm  Qərbi,  həm  də  ġərqi  ciddi  narahat  etmiĢdir.  Türk 
xalqlarının əksəriyyətinin müsəlman olması bu narahatlığın əsas səbəbidir. 
Bu bölgədə əsas təsir gücünə malik olan Rusiyanın mövqelərinin saxlaması 
təbii  olaraq  türk  ölkələrarası  inteqrasiyasının  güclənməsinə  gətirib  çıxarmalıdır. 
Belə  olan  surətdə  Ģərait  Qərbin  və  Yaponiyanın  müəyyən  dərəcədə  səbrli 
olmalarını  tələb  edir.  Odur  ki,  indiki  Ģəraitdə  türk  dünyası  ölkələrinin  dünya 
siyasətinə  daxil  olmaları  asanlıqla  mümkün  olmayacaqdır.  Ona  görə  də  türk 
xalqlarının  yaxınlaĢması,  hər  cür  əlaqələrinin  geniĢləndirilməsi  günün  həyati 
tələbatına  çevrilir.  Bu  yaxınlaĢma  ayrılıqda  bu  ölkələrin  milli  vəzifələrinin 
müvəffəqiyyətlə  həyata  keçirilməsinə  kömək  etməklə  yanaĢı,  bütövlükdə  türk 
dünyasının problemlərinin həllində yaxından iĢtirak etməsinə gətirib çıxarmıĢdır. 
Son illər türk dünyası ölkələrinin 
yaxınlaĢması,  türkdilli  xalqların  özünə 
qayıtması  ilə  əlamətdardır.  Bu  proses 
müasir  dünyanın  siyasi  təlatümlərindən 
və 
oyanmıĢ 
xalqların 
həyatı 
mənafeyindən  irəli  gələn  tələbat  kimi 
təzahür  etməkdədir.  Türk  dövlətlərinin 
əməkdaĢlığı 
və 
yaxınlaĢması 
zəruriyyətini  dəfələrlə  qeyd  edən  ulu 
öndərimiz  Heydər  Əliyev  1994-cü  ildə  türk  dövlət  baĢçılarınm  ikinci  zirvə 
toplanıĢı  ərəfəsində  demiĢdir:  “Mən  bu  görüĢə  çox  böyük  əhəmiyyət  verirəm. 
Orada  hansı  sənədin  imzalanıb-imzalanmamasından  asılı  olmayaraq,  elə  bu 
görüĢlərin özü, fikir mübadiləsi, həmin ölkələrin prezidentlərinin ünsiyyəti - bunlar 
hamısı  respublikaları  həm  iqtisadi,  həm  mədəni,  həm  də  bütün  baĢqa  sahələrdə 
bundan sonra da bir-biri ilə sıx əlaqələr yaratması üçün imkanlar açacaqdır”. 
Türk  xalqlarının  yaxınlaĢması,  onların 
qarĢılıqlı  əlaqələrinin geniĢlənməsi  müasir siyasi 
proseslərin  fövqündə  baĢ  verir  və  bu  proseslərlə 
Ģərtlənməyə  bilməz.  SSRĠ-nin  dağılması  ilə 
əlaqədar  yaranmıĢ  geopolitik  vəziyyət,  Ģübhəsiz, 
bu  proseslərin  mərkəzində  durur.  Yeni  yaranmıĢ 
türk  respublikalarına  həm  Qərb  (Avropa  və 

84 
 
ABġ),  həm  ġərq  (Yaponiya  və  Çin),  həm  də  bu  regionda  ənənəvi  təsir  gücünə 
malik  Rusiya  ciddi  olaraq  maraq  göstərirlər.  Qərb  Türkiyənin  türk  xalqları  ilə 
iqtisadi,  mədəni,  siyasi  əlaqələrinin  fəallaĢmasına  o  qədər  də  qısqanclıqla 
yanaĢmır,  hərçənd  burada  Qərb  dövlətlərinin  özlərinin  də  ciddi  iqtisadi  və  siyasi 
məqsədləri vardır. Bununla belə, Türkiyənin Qərb aləminə iqtisadi, siyasi və hərbi 
bağlılığı  Türkiyənin  bu  sahədə  fəaliyyətinə  Qərbin  xeyir-duası  üçün  lazımi  əsas 
verir.  Digər  tərəfdən,  Qərbin  Türkiyənin  bu  regionda  roluna  müsbət  münasibəti 
xeyli  dərəcədə  islam  fundamentalizmi  deyilən  amilin  üstünlük  qazana  biləcəyi 
təhlükəsi ilə izah edilə bilər. Türkiyənin islam fundamentalizminə strateji və faktiki 
münasibəti Qərbi qane edir. 
Bu  məsələdə  pantürkizm  və  panturanizm  ideologiyasının  hazırkı  dövrdə 
müəyyən  transformasiyanın  də  təsiri  az  olmamıĢdır.  Ġndi  türk  ölkələrinin  rəsmi 
dairələrində  söhbət  uzaq  gələcəyin  xülyası  olan  Turan  dövlətindən  yox,  türk 
xalqlarının qarĢılıqlı münasibətlərinin əməli vəzifələrindən gedir. 
Yaponiyanın  və  Çinin  türk  dünyasına  münasibətlərinə  gəldikdə  isə  bu  iki 
qüdrətli  və  güclü  potensiala  malik  Asiya  ölkəsinin  yeni  yaranmıĢ  türk 
respublikalarına  çox  ehtiyatla,  eyni  zamanda  nikbin  yanaĢdıqlarını  aydın  sezmək 
mümkündür. 
Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzünə  türk  xalqlarının  müxtəlif 
münasibəti,  bəzən  də  torpağımızda  təcavüzkarların  törətdikləri  vəhĢiliklər  qardaĢ 
xalqların  sadəcə  biganəlik  göstərməsi,  bəlkə  də  bu  tarixin  türk  dünyasını  çəkdiyi 
sınağın təzadlı təzahürlərindən ilkidir. Bu çətinliklərə sinə gərmək, bu sınaqlardan 
uğurla  çıxmaq  türk  dünyasından  tarixin  dərslərini  unutmamaq  Ģərti  ilə  müasir 
siyasətin  ənginliklərində  çeviklik,  sərrastlıq,  acı  həqiqətlərin  özünə  düz  baxmaq, 
Ģirin  vədlərə,  müvəqqəti  güzəĢtlərə  aldanmamaq,  dostu  düĢməndən  ayıra  bilmək 
qabiliyyətini tələb edir. 
 
Bəhruz Abdullayev, 
Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq  
münasibətlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor 

85 
 
ERMƏNĠSTANDA REAL ĠSTEHSALA  
VƏ ĠXRACATA HESABLANMIġ ĠQTĠSADĠYYAT YOXDUR 
 
Ġstisna  deyil  ki,  faktiki  separatizm  ocağı  olan  və  daha  ciddi  siyasi,  sosial-
iqtisadi  problemlərə  malik  Dağlıq  Qarabağda  insan  alveri  problemi  ciddi  təhlükə 
hesab edilməyə baĢlayıb. Əks halda, bu tədbiri tutaq ki, Ermənistanda da keçirmək 
olardı.  Yerli  erməni  əhalinin  Dağlıq  Qarabağı  tərk  etmək  və  daha  yaxĢı  həyat 
Ģəraiti  axtarmaq  istəyi  baĢadüĢüləndir.  Görünür  ki,  bu  fonda  əhalinin  qadın 
qisminin  iĢ  dalınca  bölgəni  tərk  etmə  halları  daha  intensiv  xaraketr  daĢıyır. 
“DQR”in  faktiki  olaraq  yalnız  Ermənistanla  “gömrük”  məntəqəsinə  malik 
olmasından  çıxıĢ  edib  deyə  bilərik  ki,  yerli  erməni  qadınlarının  əsas  və  ilkin 
dislokasiya  məkanı  elə  sözügedən  ölkə  olur.  Üstəlik,  onu  da  əlavə  edək  ki, 
gerçəklikdə  ortada  heç  bir  “gömrük”  məntəqəsi  də  yoxdur.  Sadəcə  olaraq, 
ermənilər  əhalinin  bölgəni  tərk  etmə  tendensiyasından  ehtiyatlanaraq  prosesin 
qarĢısını almaq məqsədilə müxtəlif tədbirlərə əl atmalı olurlar. 
Ermənistan  hazırda  tək  Dağlıq  Qarabağın  erməni  qadınları  deyil,  həm  də 
beynəlxalq  terror  Ģəbəkəsinin  nümayədələri  üçün  tranzit  statusunu  daĢıyır. 
Yerevanda terrorçuluğun maliyyələĢdirilməsi ilə mübarizəyə dair seminar keçirilir, 
digər  tərəfdən  isə  dünya  mətbuatında  Ġraqın  Ģimalında  qərarlaĢmıĢ  PKK  terrorçu 
təĢkilatın  üzvlərinin  Ermənistana,  oradansa  Dağlıq  Qarbağa  köçmə  perspektivləri 
barədə  məlumatlar  əks  olunur.  Ġlk  belə  informasiyanı  Türkiyənin  “Zaman”  qəzeti 
yayıb. 
Məlumatda  bildirilir  ki,  Ankaranın  kəĢfiyyat  orqanları  PKK-çıların  türk 
ordusunun  zərbələrindən  sonra  dünyanın  digər  dövlətlərində  özünə  sığınacaq 
axtarmaları  barədə  informasiya  əldə  ediblər.  Daha  sonra  bu  barədə  Türkiyənin 
“AkĢam” qəzeti də məqalə dərc etdi və bildirdi ki, hazırda Ankara Bakı və Tbilisi 
arasında problemlə bağlı ciddi müzakirələr və məsləhətləĢmələr gedir. Məlumatın 
dəqiqliyi  güman  ki,  Ģübhə  obyekti  ola  bilməz,  çünki  bir  neçə  gün  keçməsinə 
baxmayaraq  Türkiyənin  hökumət  dairələri  heç  bir  təkziblə  çıxıĢ  etməyiblər.  O  da 
məlumdur ki, bir müddət əvvəl ABġ-la Türkiyə arasında kəĢfiyyat məlumatlarının 
mübadiləsinə dair anlaĢma əldə olunub və bundan sonra VaĢinqton Ankaram PKK-
nın  dislokasiyası  və  hərəkət  marĢrutları  barədə  məlumatlarla  təchiz  etməyə 
baĢlayıb.  Görünür,  bu  xəbər  də  həmin  sözləĢmənin  nəticəsi  kimi  məlum  olub. 
Əlavə  edək  ki,  PKK-nın  bazarlarını  Dağlıq  Qarabağ  ərazisinə  köçürmək  niyyəti 
barədə informasiya Rusiyanın “Kommersant” qəzetində Ġraqın Ģimalında baĢ verən 

86 
 
proseslərlə  bağlı  dərc  olunmuĢ  məqalələrdən  birində  də  tapıb.  BaĢqa  sözlə, 
məluamatın dezinformasiya olmasına dair Ģübhəhərə yer yoxdur. 
“AkĢam”  qəzetinin  yazdığına  görə,  “PKK  erməni  diasporu  ilə  əlaqələr 
yaratmağa  müvəffəq  olub.  Plana  əsasən,  terrorçular  Avropa  ölkələrindən  birinə, 
oradan  isə  Ermənistana  gələcək,  buradan  Azərbaycanın  iĢğal  olunmuĢ  ərazilərinə 
ötürüləcəklər.  Mənbənin  verdiyi  məlumata  əsasən,  son  zamanlar  Ermənistan 
Dağlıq  Qarabağda  Ġraq  və  Suriyadan  gəlmiĢ  kürd  mənĢəli  Ģəxsləri  yerləĢdirir. 
Digər bir xəbərə görə, Gürcüstan Prezidenti Mixail SaakaĢvili də bu iĢdə Türkiyə 
və  Azərbaycana  dəstək  verəcəyini  bildirib.  “AkĢam”  yazır  ki,  “terrorçular 
narkotiklərin  dövriyyəsi  ilə  yanaĢı,  Ermənistanda  çirkli  pulların  yuyulması  ilə  də 
məĢğul olurlar”. 
Türkiyə və Azərbaycan mətbuatının son günlər bu problemə yer ayırmaları 
ermənilərin  narahatçılığına  səbəb  olub.  Bu  səbəbdən  hətta  Dağlıq  Qarabağın 
“müdafiə  nazirliyi”nin  “mətbuat  xidməti”  xüsusi  bəyanat  da  yayıb.  Bəyanatda 
erməni  tərəfin  heç  bir  əsaslı  dəlil-sübutuna  rast  gəlinmir,  problemə  üstüörtülü 
yanaĢılır və bildirilir ki, “bu, Türkiyə və Azərbaycanın fantaziyasının məhsuludur”. 
“Mətbuat  katibi”  Senor Həsrətyan deyib  ki,  bu  məlumat  həqiqətə  uyğun deyil  və 
Dağlıq Qarabağda PKK terrorçuları yoxdur. 
Əslində, Ermənistan dünya terrorçuluğu üçün heç də yad yeri, Ermənistan-
Dağlıq marĢrutu isə yeni deyil. Hər kəsə məlumdur ki, dünyanın ilk və ən qəddar 
terror  təĢkilatları  ermənilərə  məxsus  olub,  bu  gün  siyasiləĢmiĢ  “DaĢnaksütyun” 
partiyası kimi bir qurum kimi sırf terror üzərində qurulub, terroru mübarizə metodu 
kimi  qəbul  edən  partiya  nizamnaməsindəki  müvafiq  maddə  yalnız  son  illərdə 
çıxarılıb.  Bu  günün  özündə  Ermənistan  həbsxanalarında  terror  maddəsilə  cəzasını 
çəkən daĢnaklar var ki, onlar ötən əsrin 90-cı illərinin əvvəllərində rəhbərlikdə olan 
yaxud ictimaiyyətdə tanınmıĢ ermənilərin özlərini qətlə yetirməklə məĢğul olublar. 
Erməni  terrorunun  son  mərhələ  nümayəndələri  iki  il  əvvəl  həbs  olunan  Jirayr 
Səfiyan və Vardan Malxazyandırlar ki, onlar Dağlıq Qarabağın iĢğalında yaxından 
iĢtirak ediblər, birinci ġuĢanın alınmasında xüsusilə fəal olub, sonra Ermənistanda 
siyasi  fəaliyyətə  keçib  və  sonda  Robert  Koçaryan  hakimiyyətinin  devrilməsini 
qarĢısına  məqsəd  qoyan  planın  üstündə  tutulub.  Robert  Koçaryan-Serj  Sarkisyan 
cütlüyü məgər terrorçu deyil? Halbuki Ermənistan dövlətinə rəhbərlik edirlər. 
Bütövlükdə,  bu  Ģəxslər  hələ  üzdə  olanlardır.  Ermənistan  hökumətində, 
parlamentində  və  xüsusilə  də  güc  strukturlarında  terror  Ģəbəkəsindən  keçmiĢ 
minlərlə  Ģəxs  var.  Bu  yaxınlarda  Ermənistanda  dünyada  məĢhur  olmuĢ  terrorçu 
Monte  Melkonyanın  anım  günləri  keçirildi.  Melkonyan  türklərə  qarĢı  həyata 

87 
 
keçirilən  terror  aktlarının  əsas  ideoloqlarından  biri  kimi  tanınıb,  Fransada  həbs 
edilib,  sonra  müəmmalı  səbəblərlə  azadlığa  buraxılıb  və  Dağlıq  Qarabağda  peyda 
olub.  Təbii  ki,  Ermənistan  vasitəsilə,  Azərbaycan  əsgəri  tərəfindən  məhv  edilən 
Melkonyan Yerevanda basdırılıb, ona “milli qəhrəman” adı verilib, özü də bu gün 
sülh tərəfdarı kimi çıxıĢ edən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 
tərəfindən. 
Bu baxımdan, PKK-ın Ermənistanda və Dağlıq Qarabağda özünə sığınacaq 
tapması,  yaxud  tapmaq  niyyəti  qeyri-adi  qarĢılanmamalıdır.  PKK-nın  erməni 
diasporu ilə əlaqələri də son  dövrün  məhsulu deyil. Erməni diasporu Türkiyə və 
türklərlə  maraqları  zidd  olan  bütün    dövlətlər,    terrorçu  təĢkilatlarla  həmiĢə  sıx 
əlaqədə olub və bundan yararlanıb. Tək  onu  xatırlatmaq olar ki, terrorçu Abdulla 
Öcalanın tutulmamıĢdan  əvvəl  mümkün  daldalanma  yerlərindən  biri  kimi 
Ermənistan  göstərilirdi.  O,  həbs  olunanda  Yerevanda  yerli  yezidi  kürdləri  
tərəfindən etiraz aksiyaları keçirilmiĢdi. Bu məntiqlə, Türkiyə mətbuatında iĢıq üzü 
görmüĢ məlumat həqiqəti tam əks etdirir. 
PKK-nın  bazarlarının  bir  qisminin  Ermənistan  və  Dağlıq  Qarabağa 
köçürülməsinin  mümkünlüyünü  daha  bir  məntiq  təsdiqləyə  bilər.  Söhbət  ondan 
gedir  ki,  Ermənistanın  sülh  nizamlanması  prosesində  arqumentləri  tükənir, 
Yerevanın səyləri nə siyasi-diplomatik, nə təbliğatı sahədə əvvəlki effektini vermir. 
Azərbaycanın  isə  dünyada  nüfuzu  artır,  regionda  liderə  çevrilir,  iqtisadi  qüdrəti 
yüksəlir,  deməli,  həm  də  hərbi  və  siyasi  imkanları  da  çoxalır.  Hərtərəfli  təzyiq 
Ģəraitində  Ermənistan  bütün  mümkün  tədbirlərdən  istifadə  etmək  istəyir.  Hazırda 
belə  vasitələrdən  ən  əsası  həm  ermənistanda,  həm  də  Azərbaycanda  keçiriləcək 
prezident seçkilərinin  sülh prosesinə problem  yaratması barədə bəhanədir. Bir ara 
Yerevan  Kosova  prezidentinə  bərk  bel  bağlayırdı,  lakin  sonra  gördü  ki,  dünya 
birliyi  bu  münaqiĢələr  arasında  oxĢarlıq  axtarmır  və  bərabərlik  iĢarəsi  qoymaq 
niyyətində  deyil.  Odur  ki,  perspektivdə  PKK  yardımı  yerinə  düĢə  bilər. 
Ermənistanın isə bu terrorçu təĢkilatlarla əlaqə yaratması ciddi problem deyil. O ki, 
qaldı Yerevanda terrorçuluğun maliyyələĢdirilməsi və çirkli pulların yuyulması ilə 
mübarizəyə dair seminara, maraqlı bir nüansa diqqət yetirmək olar. 
Ölkənin  böhranlı  iqtisadiyatında  az-çox  dinamikası  ilə  seçilən  sahə 
banklardır.  Təbii  ki,  Ermənistan  banklarını  Azərbaycanın  maliyyə  institutları  ilə 
müqayisə  etmək  yersizdir.  Ancaq  tək-tük  inkiĢafda  olan  sahələrdən  biri  kimi 
bankların ixtisaslaĢma problemi maraq doğurur. Necə olur ki, ortada real istehsala 
və  ixraca  hesablanmıĢ  iqtisadiyyat  yoxdur,  banklar  isə  inkiĢaf  edir?  Yalnız 
diaspordan və Rusiyadan köçürülən pulların hesabınamı? 

88 
 
Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin