CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
  1   2   3   4   5   6   7   8


28
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021
CƏMİYYƏT VƏ DİN
DİNİ ŞÜUR: İCTİMAİ ŞÜURUN 
FORMALARINDAN BİRİ KİMİ
 
Könül Q
ƏHRƏMANOVA,
Bakı Dövlət Universitetinin dissertantı
AÇAR SÖZLƏR:
 dini şüur, etiqad, dini psixologiya, ictimai şüur, dindarlıq,
 
 

 
dini dirçəliş, dini təsisatlar.
КЛЮЧЕВЫЕ СЛОВА:
 религиозное сознание, вера, религиозная психология,
 
 
 
общественное сознание, религиозность, религиозное
 
 
 
 
 возрождение, религиозные институты.
KEY WORDS: 
religious consciousness, faith, religious psychology, social
 
 
 
consciousness, religiosity, religious revival, religious institutions.
Giriş. 
İctimai şüur cəmiyyətin və bəşəriyyətin mənəvi həyatının əsasını təşkil edir. 
Strukturuna görə ictimai şüur adi və nəzəri şüurdan, ideologiya və ictimai psixologiyadan 
ibarətdir. Azərbaycanlı tədqiqatçı, professor A.Şirinov yazır: “İctimai şüur insan-insan, insan-
cəmiyyət, insan-dövlət, cəmiyyət-dövlət, insan-təbiət və cəmiyyət-təbiət münasibətlərinin 
ali, yüksək səviyyəsidir. Əlbəttə, bu səviyyəyə yüksəlmək, onu dərk etmək o qədər də asan iş 
deyildir. Çünki insanlarda şəxsi maraq hissi o qədər güclüdür ki, bu hiss hər an insanı öz ardınca 
sürüməyə hazırdır. Lakin şəxsi marağı, arzusu, istəyi olmayan insan da yoxdur. Ancaq insan 
ictimai şüur səviyyəsinə qalxdıqda öz maraq və arzularını cilovlamağı, nizamlamağı, müəyyən 
bir məcraya yönəltməyi bacarır. O, başa düşür ki, bütövlükdə cəmiyyətin inkişafına, yüksəlişinə 
nail olmadan, yalnız özü üçün nələri isə etmək, nəyəsə nail olmaq müvəqqəti haldır və həm də, 
bununla o, ətrafdakı insanlardan təcrid olunur” [1, s.6]. 
Sosial-fəlsəfi kateqoriya kimi ictimai şüur sosial varlığın tərəflərindən biridir. Cəmiyyətin 
maddi varlığını əks etdirən və onu dəyişdirmək iqtidarında olan ictimai şüur fərdi şüurla 
qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Bu zaman o, mənəvi mədəniyyətin nisbi müstəqil formasına 
çevrilir. Dünyada planetar miqyasda baş verən dəyişikliklər ictimai şüura da ciddi təsir göstərir. 
Deməli, ictimai şüuru cəmiyyətdən ayırmaq olmaz. Belə ki, o, insan-cəmiyyət və fərd-təbiət 
münasibətlərini birləşdirir. Məşhur rus filosoflarından V.J.Kelle və M.Y.Kovalzon qeyd edirlər: 
“İctimai şüur insanların real həyat prosesi, onların ictimai-tarixi fəaliyyəti, praktikası əsasında 
əmələ gələn sosial varlığının inikasıdır. Müasir cəmiyyətin şüur formaları siyasi ideyalar, hüquqi 
şüur, əxlaq, din, incəsənət və bədii baxışlar, fəaliyyətdir” [2, s.28]. 
Dini etiqad, dini identikləşmə axtarışları, dini təsisatların fəaliyyəti yalnız dini şüur
çərçivəsində deyil, ictimai şüurun müxtəlif formalarının hüdudlarında refleksiyaya məruz qalır. 
Elm sahəsində tədqiqatçıların dinin tarixi, fəlsəfəsi, sosiologiyası və psixologiyasının aktual 
problemlərinə diqqət yetirmələri müşahidə olunur.

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin