CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
1   2   3   4   5   6   7   8
CƏMİYYƏT VƏ DİN
“Təbiətüstü qüvvənin mövcudluğunun məntiqi yolla sübutu olmadığı üçün dini şüurun atributu 
kimi inam aktı çıxış edir (əl-Qəzali). Dini inam sadəlövhlük deyil. İnam yalnız dinə deyil, bir 
çox şüur formalarına da aiddir. Məsələn, müəyyən ideala inam. Dini inamın isə mərkəzi obyekti 
- Allah ideyasıdır. Mütləq Varlıq olan Allah rasional vasitələrlə dərk edilə bilməz. Dünyanı öz-
özünə kifayət edən bir şey kimi anlayan insan ağılın imkanlarına inanır. Dünya haqqında dini 
təsəvvür isə tamam başqadır. İnsan zəkası özünü Mütləq Varlığın mövcudluğuna tabe etməkdən 
başqa heç nəyə qadir deyil. Mütləqin nə olduğu isə onun işi deyil. Dünya insanın ona necə 
münasibət bəsləməsinə görə deyil, burada Allah iradəsinin necə həyata keçməsinə görə məna 
kəsb edir” [5, s.474].
Azərbaycanda dini şüur modeli – dini etiqada, adət-ənənələrə bağlı olan müasirliyə 
əsaslanır: “Yəni dini dəyərlərə söykənərək, mənəvi dəyərlərimizi qoruyaraq keçmişə 
qayıtmamalı, əksinə, bu dəyərlərdən faydalanaraq daha da irəli gedib gələcəyimizi qurmalıyıq” 
[11, s.481]. Deməli, Azərbaycan xalqının etnik kodunun, dini şüurunun əsasında dinə və 
dünyəviliyə bağlılıq durur.
Dini şüuru sosial və fərdi etiqad dəyərlərinə bölürlər: “Fərdi etiqad dəyərləri insanın 
saflaşmasına, mənəvi yüksəlişinə, etiqadının təmizliyinə, asketizminə, Allaha inamına, ümid, 
məhəbbət, Allahın qəzəbindən qorxmağa, özününəzarətə, öz-özü ilə mübarizəyə, düzgün 
davranışa bağlılığa, sözdə və əməldə səmimiyyətə yönəlmişdir; Sosial etiqad dəyərləri həqiqi 
inam, düzgün davranışın reallaşması, səhv əməllərin qadağan olunması, valideynlər qarşısında 
borc, qohumlarla bağlılıq, mərhəmətlilik, təvazökarlıq, vədin yerinə yetirilməsidir” [12, s.55]. 
Fərdi və sosial dini şüurun əsasını təşkil edən bu dəyərlər həm də İslamın mahiyyətini ifadə edir 
və ümumbəşəri dəyərlər çərçivəsində bəşəriyyətin xilası məqsədilə bütün dünya dinlərində öz 
təcəssümünü tapmışdır.
Sırf dini şüur formasından söhbət gedə bilməz, çünki cəmiyyət ayrı-ayrı şəxsiyyətlərdən 
ibarətdir. Dini təcrübənin həyəcanları mifoloji praktikadan fərqli olaraq fərdi proses hesab 
olunur.
Dini şüur dünyagörüşü sistemlərindən biri və cəmiyyətin sabitliyini təmin edən 
fenomendir. Bu şüur cəmiyyətə təsir edən mənəvi dəyərlərin formalaşmasında, ənənələrin 
qorunub saxlanılmasında fəal rol oynayır. O, cəmiyyətdə bir-birinə əks olan iki funksiyanı 
yerinə yetirir: bir tərəfdən cəmiyyəti dindarlara və qeyri-dindarlara bölür, digər tərəfdən 
inteqrasiyaedici, birləşdirici rol oynayır. 
Dini şüur reallığın adekvat və qeyri-adekvat inikasının vəhdəti kimi iki səviyyəyə - adi və 
konseptual səviyyələrə malikdir. Adi dini şüur obrazları, təsəvvürləri, stereotipləri, qaydaları, 
xəyalları, əhval-ruhiyyələri özündə əks etdirir.
Konseptual səviyyədə dini şüur xüsusi işlənib hazırlanmış, sistemləşmiş konsepsiyaların, 
mühakimələrin, prinsiplərin, ideyaların, anlayışların məcmusudur.
Dini ideologiya dini təşkilatların, peşəkar ilahiyyatçıların təbliğ etdikləri dini ideyalar 
sistemidir. Dini psixologiya özündə sistemləşməmiş, fövqəltəbiiliyə etiqadla bağlı olan dini 
hissləri, əhval-ruhiyyələri, adət-ənənələri əks etdirir. Dini şüurda iki müstəqil səviyyə: dini 
psixologiya və dini ideologiya birləşir. “Dini ideologiya və dini psixologiyanın birləşdirici 


33
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin