AzƏrbaycan vƏ dünya ölkƏlƏrinin tarixindƏ iz qoyan bƏstəkarlar



Yüklə 445 b.
tarix01.04.2017
ölçüsü445 b.
#13050


AzƏrbaycan vƏ dünya ölkƏlƏrinin tarixindƏ iz qoyan bƏstəkarlar

  • Musiqinin həyatımızdakı rolu Musiqi nədir? Bu əsərlər boyu insanları düşündürmüşdür və indi də düşündürür. Cavablar da mextəlifdir. Qədim yunanlar musiqini allahların töhvəsi kimi qiymətləndirir, ona insanların qəlbini fəth edən qeyri-adi ,ecazkar bir qüvvə kimi yanaşırdılar. Belə ki, yunan rəvayətlərinin birində istedadlı müğənni Orfeyin oxuduğu gözəl nəğmələr allahları və adamları heyran qoyur, təbiətin kor qüvvələrini ram edirdi; külək yatır, dəniz sakitləşir,hətta vəhşi heyvanlar da susub musiqinin təkrarsız təsir gücünə tabe olurdular. Beləliklə,ən qədim zamanlardan bu günə kimi musiqinin bir möcüzə olduğunu, onun insanın əhval-ruhiyəsinə,ümumiyyətlə,daxili aləminə böyük təsir göstərdiyini hamı etiraf etmişdir.


FikrƏt Əmirov (1922-1984)

  • Fikrət Əmirov xx əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir.Onun çılğın ühtirasla yoğrulmuş əsl Şərq təravətli, romantik əhval-ruhiyyəli musiqisi təkcə Azərbaycanda deyil, bir çox xarici də dinləyicilərin məhəbbətini qazanmışdır. F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məhşur dirijorları- G. Rojdestveniski (Rusiya),K.Abendrot (Almaniya),Ş. Münş (Fransa) və L. Stokovskinin (ABŞ) idarəsi ilə ifadə olunmuşdur. F.Əmirovmusiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur”, “KürdOvşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun “Nizami” simfoniyası, doğma Vətəni şövqlə tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan suitası”,”Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir. F.Əmirovun C.Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk lirik-psixoloji operadır.Bəstəkar musiqili komediya janrında da “Ürəkçalanlar”,”Gözün aydın” kimi maraqlı əsərlər yaratmışdır. F.Əmirovun gözəl baletləri- “Min bir gecə” və “Nəsimi” də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsələrdir. Azərbaycanda konsert janrının ilk nümunilərinidə F. Əmirovun yaratmışdır. Bəstəkarın bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı “Ərəb mövzularında konsert”i Azərbaycan Pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.







Ferens list (1811-1886)

  • Macar musiqisinin klassiki Ferens List həm görkəmli bəstəkar, virtuoz pionoçu, məharətli dirijor, həm də həssas pedaqoq, fəal musiqi-ictimai xadimi və nəhayət, gözəl ədəbi qələm sahibi kimi tanınmışdır.Çoxşaxəli fəaliyyətinin, demək olar ki,bütün sahələrində List böyük nailiyyətlər əldə etmiş, müasirləri tərəfindən qəbul olunmuş və layiqincə qiymətləndirilmişdir. Hələ uşaq ikən Macarıstanı tərk edib ömrünün əsas hissəsi Fransa,Almaniya və İtaliyada keçirilmiş List doğma vətəni ilə əlaqəsini heç zaman itirməmişdir.Fortepiano üçün yaratdığı məşhur “Macar rapsodiyaları”, “Macarıstan”simfonik əsəri bu fikrin əyani sübutudur. Ümumiyyətlə, List musiqisinin ruhu,onun təravəti macar folklorundan, özünəməxsusluğu ilə seçilən milli mahnırəqslərdən bəhrələnir. 1875-ci ildə Budapeştdə yaratdığı Musiqi Akademiyasında bəstəkar Macarıstanda mili musiqi kadrlarının yetişdirilməsi üçün vargücü ilə çalışır. Listromantizim dövrünün ən qabaqcıl sənətkarları –Berlioz, Şopen, Paqani, Hüqo, Jorj Sand, Balzak, Heyne və başqaları ilə sıx yaradıcılıq ünsiyətində olub. Sənətşünasların fikrincə, məhz Paqanininecazkar sənəti Listin həm ifaçı, həm də bəstəkar kimi püxtələşməsinə ciddi təsir göstərib. List fortepiano musiqisini Paqanininin skripka ifaçılığında əldə etdiyi yüksək nailiyyətlər səviyəsinə qaldırmağı qarşısına məqsəd qoyur və nail olur. List hətta Paqaninin skiripka üçün yazdığı kapriz adlanan virtuoz əsərlərini fortepiano üçün işləyir və onları etüd şəklində təqdim edir.





ŞOPENİN MƏHƏBBƏTİ

  • Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda,ziddiyyətli şəxsiyətlərdən biri,əsl adı Avrora Düdevan olan, özü isə Jord Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərin fikroncə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamiilə təbii imiş. Lakin inanılmaz bir həqiqitdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.





Qara QARAYEV (1918-1982)

  • Azərbaycan musiqisinə ümumdünya şöhrəti gətirən sənətkarlar sırasında Qara Qarayev xüsusi yer tutur. Onun dərin məzmunlu, yüksək zövqli, özünəməxsus üslublu musiqisi dünyanın müxtəlif ölkələrində səsləndirilir və XX əsr musiqisinin ayrılmaz bir kimi dəyərləndirilir.

  • Böyük bəstəkar,pedaqoq və ictimai xadim Q. Qarayev sənətdə daim yeni yollar sorağında olmuş, cəsarətli bədii ideyalar irəli sürmüşdür. Q.Qarayev musiqisi fəlsəfi dərinliyi,fikir doğruluğu ilə seçilir. Uzaq keçmişin və müasir dövrün ən mürəkkəb problemləri Q.Qarayev yarasıcılığında yüksək bədii əksini tapmışdır. Musiqinin, demək olar ki, bütün janrlarına müraciət etmiş Q.Qarayev balet və simfonik musiqiyə xüsusi diqqət yetirmişdir.Bəstəkarın klastik ənənələrini zəngin milli rəqs sənətimizlə parlaq şəkildə sintezləşdirdiyi Nizaminin “Yeddi gözəl” poemasından bəhrələnərək yazdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yaratdığı “İldırımlı yollarla” baletləri dünyanım bir çox sahələrində uğurla göstərilmişdir.









ÜZEYİR HACIBƏYLİ



ÜZEYİR HACIBƏYLİ

  • Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada andan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.[9]

  • Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olmuşdur.

  • Qori seminariyasında təhsili[redaktə | əsas redaktə]

  • Üzeyir Hacıbəyov Qori seminariyasının tələbələri arasında (birinci cərgədə, solda), 1904, arxada Müslüm Maqomayev oturubdur

  • Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.[10] Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.[11]



ÜZEYİR HACIBƏYLİ

  • Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir

  • Üzeyir Hacıbəyovun Bakıya gəlişi[redaktə | əsas redaktə]

  • Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində dərs demişdir. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. [12] Rus yazıçısı Nikolay Qoqolun «Şinel» povestini Azərbaycan dilinə tərcümə edir.

  • 1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.[13]

  • Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.

  • Ölümün bir addımlığında[redaktə | əsas redaktə]

  • 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

  • Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

  • 1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakin insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.[14]

  • Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir



ÜZEYİR HACIBƏYLİ

  • Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

  • 1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakin insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.[14]

  • Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir



QARA QARAYEV



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin