CəMİYYƏt və Dİn diNİ ŞÜUR: İCTİMAİ ŞÜurun formalarindan biRİ KİMİ



Yüklə 467,28 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix20.08.2023
ölçüsü467,28 Kb.
#140002
1   2   3   4   5   6   7   8
CƏMİYYƏT VƏ DİN
elementi dini təlimdir. O, özündə dini dünyagörüşün həqiqiliyini əsaslandıran ehkamların 
sistemli şərhini əks etdirir. Dini təlimin əsasında Allah, dünya, insan haqqında təsəvvür yaradan 
aləmin dini mənzərəsi formalaşır” [13]. Beləliklə, dini ideologiya və dini psixologiya dini 
şüurun strukturunda əsas amillərdən biri kimi çıxış edir.
Dini şüur dini ideya və dəyərlərlə əlaqədar olub müəyyən dinə və dini qrupa mənsubdur. 
Onun əsas elementləri etiqad, təkamül obrazlarının yaradılması ilə hissi inandırıcılıq, gerçəkliyin 
adekvat və qeyri-adekvat inikasının birliyi, alleqoriklik, dialoqluq, emosionallıq, dinin dili ilə 
fəaliyyət göstərmədir. Kompleks şəkildə onlar dini şüuru səciyyələndirir.
Müasir dövrdə ictimai inkişafın əsas amillərindən biri dini tədqiqatların sosial-siyasi təsir 
gücünün artması, dini şüurun cəmiyyətdə mövqeyini
n
möhkəmləndirilməsidir. Bunu bəzən dini 
şüurun ateizmə kəskin reaksiyası ilə də izah edirlər.
Bütün postsovet məkanında olduğu kimi Azərbaycanda da dindarlığın “gəncləşməsi” 
prosesi baş verir. Bəzən dini, dini şüuru milli identiklik səviyyəsinə yüksəltmək istəyənlərə də 
təsadüf olunur.
Müxtəlif dinlərin dinc yanaşı yaşadığı Azərbaycan Respublikasında dinlərarası dialoq 
və tolerantlıq hökm sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 
dialoq və tolerantlığın həyat tərzinə və dövlət siyasətinə çevrildiyini xüsusi qeyd edir: “... bütün 
dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, 
Azərbaycan xalqının, dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların 
əməyinin praktiki nəticəsidir” [8, s.266]. Dini şüurda dialoqluğu, tolerantlığı, əməkdaşlığı 
gücləndirmək üçün ölkəmizdə xalqın, dövlətin və dini təşkilatların səyləri birləşdirilmişdir.
Nəticə. 
Beləliklə, dini şüurun ictimai şüurun forması kimi sosial-fəlsəfi təhlili nəticəsində 
belə qənaətə gəlmək olar ki, dini şüur dinin strukturunda müəyyənedici elementlərdən olub, 
ictimai şüurun formalarından biri kimi çıxış edir. 
Məlum olmuşdur ki, dini şüurun özünəməxsus spesifik xüsusiyyətləri vardır. Dini şüurun 
strukturuna daxil olan komponentləri və səviyyələrinin qarşılıqlı əlaqəsini təhlil edərək belə 
nəticəyə gəlmək olar ki, dinin inkişaf formalarında onlar dialektik şəkildə bir-birinə nüfuz 
edirlər.
Problemin nəzəri cəhətdən daha dərindən tədqiq olunması zamanı aşağıdakılar nəzərdə 
tutulur:
- Dini şüurun ictimai şüurun forması kimi daha dərindən araşdırılması;
- Dini şüurun nisbi müstəqilliyinin fəallıq təsirinin öyrənilməsinin dindarların real 
davranışlarına qədər genişləndirilməsi;
- Cəmiyyətin fərdi və kollektivçi tiplərində dini şüurun inkişaf prosesinin, əlaqələrinin 
tədqiq edilməsi;
- Dini şüurun inkişafının proqnozlarının həyata keçirilməsinə imkan yaradan diaqnostik 
və proqnostik qiymətləndirilmələrinin nəzəri tədqiqatlarının əlavə edilməsi.


34
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Jurnalı
Dövlət və Din - № 01 (68) 2021

Yüklə 467,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin