Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar



Yüklə 35,5 Kb.
tarix07.11.2019
ölçüsü35,5 Kb.
#29543
MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ (2)

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda Respublika elmi Konfransı haqqında



MƏLUMAT

Mingəçevir Dövlət Universiteti “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda respublika Elmi konfransı keçirir.



Konfransın keçirilmə yeri və tarixi: Mingəçevir Dövlət Universiteti, 6-7 dekabr 2019-cu il.

Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə tezislər qəbul edilir:

Bölmələr:

  1. Humanitar

  2. İqtisadiyyat və idarəetmə

  3. Texnika və ekologiya

İstiqamətlər:

  1. Azərbaycan qloballaşan dünyada

  2. Dövlət və vətəndaş cəmiyyəti: reallıqlar və perspektivlər

  3. Şəxsiyyət və dövlət vətəndaş cəmiyyətinin sərvətləri kimi

  4. Şəxsiyyət, cəmiyyət, dövlət müasir dövrün humanitar problemləri kontekstində

  5. Beynəlxalq münasibətlər və qlobal inkişaf

  6. Müasir cəmiyyətin problemləri: idarəetmə və inkişaf

  7. Sosial-iqtisadi inkişaf: mövcud vəziyyət, problemlər və onların həlli yolları

  8. Elmi-texniki tərəqqi dövlət strategiyasının priotetləri kimi

  9. İnformasiya-kommunikasiya texnologiyaları və cəmiyyət

Konfransda ali təhsil və elmi tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

Konfrans materialları kitab şəklində çap olunacaqdır.



TEZİSLƏRİN TƏRTİB OLUNMA QAYDALARI:

Təqdim olunan tezislər aşağıdakı tələblərə uyğun olaraq tərtib edilir:

  • Tezislər Azərbaycan, rus və ingilis dillərində (1 nüsxədə və elektron variantda) təqdim olunur;

  • Mətn Microsoft Word formatında Times New Roman şriftilə (hərflərin ölçüsü – 12; sətirlərarası interval – 1,5; kənardan məsafələr: soldan – 3 sm, sağdan – 1 sm, yuxarı və aşağı 2sm) yığılır, A4 formatlı standart (210x297mm) ağ kağızda çap olunur;

  • Tezisin mətni 3-4 səhifə həcmində olmalıdır;

  • Mətndən əvvəl yuxardan soldaUOT (rubrikatora uyğun Universal Onluq Təsnifatı indeksləri) indeks (adi şriftlə), növbəti sətirdə mərkəzdə tezisin adı (qalın şriftlərlə), növbəti sətirdə tezisçinin elmi dərəcəsi, elmi adı, soyadı və atasının adı (tam açıq şəkildə), onun altında isə tezisçinin işlədiyi və ya təhsil müəsisəsinin adı (kursiv şriftlərlə), əlaqə nömrəsi (təşkilati komitə üçün) yazılmalıdır (bax Nümunə 1);

  • ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [2]).

  • Tezis göndərildikdən sonra müvafiq bölmələrə təqdim ediləcək və konfrans materiallarına daxil edilməsi barədə bölmələr tərəfindən məqsədəuyğunluğu qiymətləndiriləcəkdir. Zərurət yarandıqda bölmələrin müəyyən iradlarının nəzərə alınması əsasında tezislər üzərində düzəlişlərin edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Bölmənin iradları qəbul edilmədikdə və düzəliş olunub vaxtında göndərilmədikdə tezislər qeyri-məqbul kimi qiymətləndiriləcək və konfrans materiallarına daxil edilməyəcəkdir.

Bölmələrə təqdim edilmiş tezislər geri qaytarılmır.

Tezislər 20noyabr 2019-cu il tarixdən gec olmayaraq kağız və elektron formada aşağıda göstərilən ünvanlara göndərilməlidir.



Ünvan: Mingəçevir Dövlət Universiteti

Az4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21

Məsul katib: Rəsulov Zaur Yusif oğlu

Əlaqə telefonu: (+99450) 635-18-11

Elektron ünvan: konfrans@mdu.edu.az
Yüklə 35,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin