Press reli z



Yüklə 6.95 Kb.
tarix07.04.2017
ölçüsü6.95 Kb.



P R E S S – R E L I Z


      1. Şəki, Azərbaycan



Gənclər sağlam həyat tərzi uğrunda

Tələbəlik həyatı yaşayan gənclər həyatlarını korlaya bilən bir çox amillər və problemlərlə qarşılaşırlar. Bunların da arasında siqaret, narkomaniya, cinsi yolla keçən xəstəliklər və s. kimi ciddi təhlükə törədən problemlər əsas yer tutur. Regionlarda yaşayan gənclər isə bu problemlər haqqında ya məlumatları yoxdur, ya da ki, bu problemləri o qədər də önəmsəmirlər. Bu problemləri də ancaq maarifləndirmək yolu ilə aradan qaldırmaq mümkündür.


Bununla əlaqədar Şəkidə “Uluçay” Xeyriyyə Cəmiyyətinin Resurs Mərkəzində “Şəki Gənclər İnformasiya Mərkəzi” layihəsi çərçivəsində 13 sentyabr tarixində “Gənclər sağlam həyat tərzi uğrunda” adlı treninq keçirilmişdir. Təlimi keçirməkdə məqsəd gənclərin bu sahələrdə bilik və məlumatlığını, həmçinin öz sağlamlıqları qarşısında real məsuliyyət hissinin dərk edilməsini artırmaq idi. Təlim Şəki Gənclər İnformasiya Mərkəzinin təlimçiləri tərəfindən keçirilmişdir.

30 – a yaxın gəncin iştirak etdiyi təlimdə təlimçilər iştirakçılara tütün və alkoqolun zərərləri, narkomaniya və taksikomaniya və İİV/QİÇS xəstəliyi haqqında geniş məlumat vermişdilər. Sonda isə əsrin bəlasına çevrilmiş narkomaniya, QİÇS haqqında məlumatların daha çox gənc arasında yayılması üçün iştirakçılara bukletlər və materiallar paylanılmışdır.


Onu da qeyd edək ki, Şəki Şəki Gənclər İnformasiya Mərkəzi Milli Demkratiyaya Dəstək Fondunun (National Endowment Democracy) maliyyə dəstəyi ilə həyata keçirilir. Layihəni keçirməkdə əsas məqsəd Azərbaycanın Şimal – Qərb (Şəki, Qax, Zaqatala) bölgəsində yaşayan gəncləri icmanın demokratik proseslərinə cəlb etmək, gənclərdə jurnalistika, insan hüquqları, incəsənət və QHT-ə marağı artırmaqdır.
Uluçay” XC – nin

İctimaiyyətlə Əlaqələndricisi

Xəyalə Məmmədova

E-mail: xeyale@uluchay.org


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə