Uşaq və yeniyetmələrin davranış qüsurları və onların aradan qaldırılmasının pedaqoji-psixoloji imkanları



Yüklə 60,17 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü60,17 Kb.
#15499

 

- 1 - 


Uşaq və yeniyetmələrin davranış qüsurları və  

onların aradan qaldırılmasının pedaqoji-psixoloji imkanları 

 

 

 

 

 

 

 

 

 

 

Nuralı Çələbiyev 

 

 

 

 

 

 

 

psixologiya üzrə fəlsəfə doktoru,  

  AMİ-nin Şəki filialının dosenti 

 

Müasir  qloballaşan  dünyada  baş  verən  siyasi,  iqtisadi,  sosial  və  mənəvi 

proseslər  cəmiyyətin  həyatının  bütün  sahələrdə  olduğu  kimi,  uşaq,  yeniyetmə  və 

gənclərin  həyatında  da  ciddi  dəyişmələrlə  müşayət  olunur.  Yad  mədəniyyətlərin 

təsirinin  genişlənməsi,  inteqrasiya  proseslərinin  sürətlənməsi  cəmiyyətimizdə 

dəyərlər sisteminin məzmununa ciddi təsir göstərir, gənc nəslin təlimi və tərbiyəsi 

məsələlərinin  həyata  keçirilməsinə  əngəl  törədən  yeni  problemlər  doğurur. 

Zəmanəmizdə    “destruktiv”,  “asosial”  və  “antisosial”  davranışlı  uşaq  və 

yeniyetmələrin    təlimi  və  tərbiyəsi  ilə  bağlı  problemlər  kəskin    xarakter  almağa 

başlamışdır. Ənənəvi tərbiyə nəzəriyyəsində də “çətin”, “qüsurlu davranışlı” uşaq 

və yeniyetmələr problemi mövcud idi. Professor Ə.Ə.Əlizadənin qeyd etdiyi kimi, 

şıltaq, tərs və ya yalançı uşaqlar əvvəllər də olub, lakin onları keşmiş zamanlarda 

bu  günkü  ölçülərlə  “çətin”  uşaqlar  saymayıblar  və  hövsələ  ilə  ailə  ocağının  öz 

hərarətində tərbiyə ediblər. 

Müasir dövrdə isə vəziyyət tam başqadır. Uşaq və yeniyetmələrdə müxtəlif 

xarakterli  davranış  qüsurları  problemi  zəmanəmizdə  geniş  yayılmış  və  həllini 

gözləyən  aktual  problemlərdən  birinə  çevrilmişdir.  Konkret  elmi  tədqiqatların 

nəticələrinə  görə,  məktəb  yaşlı  uşaq  və  yeniyetmələrin  12%-25%-də  müxtəlif 

mənşəli  davranış  pozğunluqlarına  təsadüf  olunur.  Bu  göstərici  qızlara  (15%) 

nəzərən  oğlanlarda (85%) dəfələrlə yüksəkdir.  

Elmi statistikaya görə, müasir dövrdə psixoloji problemləri, keçici emosional 

və  davranış  pozğunluqları  olan  uşaqların  sayı  1970-ci  illərlə  müqayisədə  iki  dəfə 

artmışdır.  Dərsdən  yayınan,  evdən  qaçan,  dilənçilik  edən,  oğurluq  və  qarətlər 

törədən,  siqaret  çəkən,  alkoqollu  içkilər  qəbul  edən,  yaşlıların  tələblərinə 



 

- 2 - 


müqavimət  göstərən,  aqressiv,  məsuliyyətdən  boyun  qaçıran,  dikbaş,  ədəbsiz,  

destruktiv davranışlı uşaq və yeniyetmələr müasir dövrdə “risk qrupu”na aid edilir. 

Cəmiyyətdə  qəbul  edilmiş  mənəvi,  hüquqi  və  sosial  standartların  və 

normaların pozulmasının səbəblərinə və onların aradan qaldırılması problemlərinə 

artan  diqqət  və  narahatlıq  sosiologiya,  koreksiyaedici  pedaqogika  və  psixologiya 

elmlərinin  qovuşuğunda  “deviantologiya”  adlanan  yeni  elm  sahəsinin 

yaranmasına  gətirib  çıxarmış,  “davranış  qüsurları”  anlayışı  yerinə  “deviant”, 

“addiktiv”, “delikvient” davranış terminləri daha geniş işlənməyə başlamışdır.  

Uşaq  və  yeniyetmələrdə  davranış  qüsurlarının  və  ya  müasir  terminlərlə 

desək,  “deviant”,  “addiktiv”  və  “delikvient”  davranışın  müxtəlif  təzahürlərinin  

meydana  gəlməsi  psixoloji,  psixofizioloji,  və  sosial  –pedaqoji  olmaqla  kompleks 

səbəblərlə bağlıdır. 

Müasir elmi təsəvvürlərə görə uşaq və yeniyetmələrdə davranış qüsurlarının 

səbəbləri  içərisində  psixoloji  və  sosial  problemlər  aparıcı  yerdə  durur.  Hüquqi  və 

əxlaqi şüurun formalaşdırılmasında yol verilən nöqsanlar, şəxsiyyətin təlabatlarının 

məzmunu,  xarakteri,  xüsusiyyətləri,  uşaq  və  yeniyetmədə  özünü  göstərən  ciddi 

psixi  pozğunluqlar,  ailənin,  bütövlükdə  cəmiyyətin  uşaq  və  yeniyetmələrə 

münasibətinin  xarakteri  və  s.  kimi  amilləri  onlarda  davranış  qüsurlarının 

yaranmasına səbəb olan əsas amillər hesab etmək olar.  

Uşaq  və  yeniyetmələrdə  müşahidə  olunan  davranış  qüsurlarını  xarakterik 

(qeyri-patoloji)  və  patoloji  olmaqla  iki  əsas  qrupa  ayırmaq  olar.  Xarakterik 

davranış pozğunluqları keçici, situativ cəhətdən şərtlənmiş davranış dəyişkənliyidir 

və    o,  daha  çox  müəyyən  mikromühitdə  (məsələn,  yalnız  evdə,  yalnız  məktəbdə, 

yalnız küçədə) təzahür edir. Xarakterik davranış pozğunluqları özlərinin psixoloji 

məzmununa və istiqamətinə görə fərqlənir, fərdin sosial adaptasiyasına ciddi təsir 

göstərmir.  Patoloji  davranış  qüsurları  isə  uşaq  və  yeniyetmənin  həyatının  bütün 

sahələrində  total  məzmunlu,  psixogen  mənşəli  davranış  reyaksiyaları  kimi  əks 

olunur, müxtəlif davranış pozğunluqları şəklində təzahür edir, daha çox nevrotik, 

kliniki  xarakterli  simptomları  ilə  fərqlənir.  Patoloji  davranış  qüsurlarına 

nümayişkəranə  üsyankarlıq,  hiperaktivlik,  autistik  xarakterli  pozğunluqları  misal 



 

- 3 - 


göstərmək olar. Qeyd olunan belə davranış qüsurlarının genezisi psixi xəstəliklərlə, 

psixi  və  əqli  inkişafda  geridəqalma,  autizm,  mərkəzi  sinir  sisteminin  üzvi 

zədələnməsi,  hiperaktivliklə  diqqətin  çatışmazlığı  sindromu  və  s.  ilə  əlaqədardır, 

tibbi  və  psixoterapevtik  korreksiya  tələb  edir.  Bu  məqsədlə  dərman  terapiyası, 

psixoterapiya,  valideynlər  və  müəllimlərlə  maarifləndirici  söhbətlər  və  s.  kimi 

metodlardan istifadə etmək məqsədəuyğundur.  

Uşaq  və  yeniyetmələrdə  müşahidə  olunan  xarakterik  davranış  qüsurlarının 

profilaktikası  və  korreksiyasında  anlatma,  təəccübləndirmə,  məyus  etmə,  müsbət 

emosiyaların  canlandırılması,  yarış  və  s.  kimi  psixoloji  xarakterli  stimullaşdırıcı 

metodlardan istifadə etmək səmərəli nəticə verə bilər.  

Məlumdur  ki,  adaptasiya  potensialı  zəif  olan  insanlar  dəyişən  həyatın  yeni 

normaları ilə yaşamaqda çətinlik çəkdikləri kimi , öz həyatlarının böhranlı, keçid 

dövrünü  yaşayan  yeniyetmələr  də  ətrafdakı  yaşlı  adamlarla  normal  münasibətlər 

qurmaqda,  öz  hərəkətlərinə  düşüncəli  münasibət  bəsləməkdə  çətinlik  çəkir, 

psixoloji  maneələrlə  üz-üzə  qalır,  çıxılmaz  vəziyyətə  düşürlər.  Yeniyetmələrin 

şəxsi  həyatında  meydana  gələn  pozitiv  maraqlarını  anlamayan  valideynlər  və 

müəllimlər  onlarla  dil  tapa  bilmir  və  ya  onları  qəbul  etmək  istəməyən  uşaq  və 

yeniyetmələr  yeni  maraq  və  təlabatlarını  təmin  edə  bilmək  üçün  əlverişli    mühit 

axtarır ki, bu da  adətən onların referent qrupu və ya həmyaşıdlar qrupu olur. 

Uşaq və yeniyetmələrdə davranış qüsurlarının meydana gəlməsində normal 



yaş  böhranlarının,    sinir  sistemi  tipinin,  ailədaxili  münasibətlərin,  onların  daxil 

olduqları  sosial  qrupların  güclü  təsiri  vardır.  Bu  cəhətdən  əlverişsiz  həyat 

şəraitinin,  ailə  tərbiyəsinin,  uşaq  və  yeniyetmə  ilə  ünsiyyət  üslubunun  xarakteri 

daha təsirli  amil kimi tərbiyə işində daim nəzərə alınmalıdır.   Ailədə ata ilə ana, 

valideynlərlə  uşaqlar  arasında  qeyri-normal  münasibətlər  olduqda,  hər  kəs  öz 

mənafeləri ilə yaşadıqda, uşaq və yeniyetmələrin problemlərinə etinasız münasibət 

bəslənildikdə,  onlar  diqqət  və  qayğıdan  kənarda    qaldıqda  tədricən  mənəvi 

baxımdan  öz  valideynlərindən    uzaqlaşır,  doğmalıq  hissləri  zəifləməyə  başlayır. 

Belə  münasibətlər  mühitində  böyüyən  uşaq  və  ya    yeniyetmə  tədricən  ailədən  


 

- 4 - 


soyuyur, tərbiyəvi təsirlərə  biganəlik və ya müqavimət göstərir, “deviant” davranış 

sabit xarakter almağa başlayır, ailədə nəsillər arasında konfliktlərə meydan açılır. 

Məlumdur  ki,  yeniyetməlik  və  erkən  gənclik  yaş  dövrləri  sosial-psixoloji 

baxımdan  ən  mürəkkəb  dövrlər  hesab  olunur.  Bu  yaş  dövrlərində  sinir-psixi 

pozğunluqlar  sırasında  “deviantlıq”  və  ya  davranış  pozğunluğu  sindromu  birinci 

yerdə  durur.  Belə  davranış    əksər  hallarda  alkoqol  və  müxtəlif  toksiki  tərkibli 

maddələrdən  istifadə  ilə  müşayət  olunur.  Bir  sıra  psixoloji  ədəbiyyatlarda  belə 

asılılığa səbəb olan davranış pozğunluğu “addiktiv davranış” adlandırılır. 

İnsanı asılı həyat yaşamağa məhkim edən addiktiv davranış mexanizmlərinin 

kökləri  uşaqlıq  yaş  dövrləri,  ailə  tərbiyəsinin  xüsusiyyətləri  ilə  bağlıdır.  Evdə, 

valideynlərin  mühitində  uşaq  şəxsiyyətlərarası  əlaqələrin  və  emosional 

münasibətlərin  “dilini”  öyrənir.  Əgər  uşaq  valideynlərindən  dəstək,  emosional 

istilik görmürsə, onda psixoloji müdafiəsizlik hissi baş qaldırır. Uşaq böyüdükcə, 

bu  hiss  onun  həyatda    qarşılaşdığı  insanlara  köçürülür  və  yaranmış  diskomfort 

yeniyetmə və gəncləri fəallığı artıran, süni komfort  və eyforiya vəziyyəti yaradan 

müxtəlif  maddələrdən  istifadəyə  təhrik  edir.  Bu,  əvvəlcə  yeniyetmə  və  gənclərdə 

ilk  sınaqlardan  başlanır,sonda  faciəvi  sonluqla  başa  çatır,  yəni  tam  asılı  davranış 

tipinə çevrilir. Rus sosioloqu Y.Qlinskinin qənaətinə görə, yeniyetmə yaşında olan 

oğlanların 75%-nin alkoqolla tanışlığı var və belə içkilərin “dadını” bilirlər. 

 

Addiktiv  davranış  dedikdə,  yeniyetmə  və  gənclərin  bir  və  ya  bir  neçə 



kimyəvi tərkibli birləşmələrdən istifadəsi və bu əsasda onlarda şüurun vəziyyətinin 

dəyişməsinə  və  asılılığa  səbəb  olan  patoxaraktereloji  reaksiyalarının  yaranması 

nəzərdə  tutulur.  Yeniyetmə  və  gənclərin  siqaret,  alkoqol,  narkotika  və  taksikoloji 

tərkibli  maddələrdən    istifadəsi,  o  cümlədən  qumar  və  kompyuter  oyunlarına 

hədsiz  aludəçiliyi  zamanı    onlarda  ifadəli  patopsixoloji  pozğunluqlar  müşahidə 

olunmasa da,  “mən”  obrazında və motivasiya sahəsində müəyyən dəyişikliklərin, 

xüsusilə,  asılılıq  vəziyyətinin    baş  verməsi  haqqında  tutarlı  elmi  nəticələr  vardır. 

Həddi  –buluğa  çatmamış  şəxslər  tərəfindən  alkoqollu,  narkotik,  psixoaktiv  və 

psixotrop  tərkibli  maddələrdən  istifadənin  miqyasının  genişlənməsi  (barlarda, 

diskotekalarda,  yeniyetmə  məclislərində  və  s.)  hər  şeydən  əvvəl  bu  problemi 



 

- 5 - 


sosial-psixoloji, pedaqoji, tibbi və hüquqi problem  kimi  nəzərdən keçirməyi  tələb 

edir.  Çünki  yeniyetmənin  sərxoşluğu,  narkotik  və  toksiki  maddələrdən  sui 

istifadəsi həmişə digər davranış pozğunluqlarına, xüsusən delikvient (hüquqa zidd) 

əməllərə yol açır. 

Addiktiv  şəxsiyyətin  baza  xarakteristikasında    “asılılıq”  sindromu  əsas  yer 

tutur.  Addiktivlər  özünümüdafiə  üçün  psixoloqların  “istək  üzrə  təfəkkür” 

adlandırdıqları  mexanizmdən  məharətlə  istifadə  edirlər  ki,  bu  zaman  təfəkkürün 

məzmunu emosiyalara tabe vəziyyətdə olur. Belə hallarda qedonistik (həyat zövq-

səfa  üçündür)  ustanovkalar  güclənir,  sərvətlərdən  istənilən  yolla  həzz  almaq 

cəhətləri baş qaldırır. 

 

Müasir  yeniyetmə  və  gənclərdə  alkoqolizm  və  taksikomaniyanın  ilkin 



diaqnostikasına, tibbi müəssisələrdə və məktəb psixoloji xidmət sistemi vasitəsilə 

psixoprofilaktikası və psixokorreksiyasına ciddi ehtiyac vardır. Addiktiv davranışlı 

gənclərdə  şəxsi  avtonomiya  ilə  bağlı  motivasiya  üstünlük  təşkil  edir  və  real 

həyatda onların çoxunda passiv qiyam, az bir qismində emansipasiya reaksiyaları, 

bir  qismində  isə  öz  “mən”-ini  müdafiə  motivasiyası  daha  yüksək  səviyyədə  ifadə 

olunur.  Məlumdur  ki,  ünsiyyət  motivasiyası  insan  motivasiyalarının  strukturunda 

ən  vacib  motivasiyalardan  biridir.  Ünsiyyət  motivasiyasından  bəhs  edərkən  qeyd 

etmək  lazımdır  ki,  “daviant”  davranışlı  yeniyetmə  və  gənclərdə  əks  cinsə 

məhəbbətə,  intim  yaxınlığa  cəhd  etmənin  səviyyəsi  aşağı,  neqativ  cinsi  meyllərin 

səviyyəsi  isə  yüksək  olur.  Bu  da  onlarda  rol-cins  davranışının  pozulmasının 

nəticəsidir.  Belə  yeniyetmə  və  gənclərdə  bəzən  asosial,  aqressiv  və  destruktiv 

hərəkətlər,  dağıdıcı  tendensiyalar  müşahidə  olunur.  Onlar  öz  mülahizələrində 

“yenidən”,  “əvvəlki  kimi”,  “gələcəkdə”,  “bir  daha”  toksiki  vasitələrdən  istifadə 

etməyəcəklərini”,  “belə  həyat  yaşamayacaqlarını”  bildirirlər.  Halbuki,  belə 

motivasiya  bu  cür  zərərli  vərdişlərə  düçar  olmamış  yeniyetmə  və  gənclər  üçün 

xarakterik deyildir. 

Həddi-buluğa  çatmamışlarda  psixotrop  maddələrdən  istifadə    təlabatının 

meydana  gəlməsinin  əsas  amili  yaş  xüsusiyyətləri,  əlverişsiz  mikrososial  inkişaf 

situasiyası,  ali  sinir  fəaliyyətindəki  pozğunluqlardır.  Yaşlıların  düşüncəli 


 

- 6 - 


müdaxiləsi  nəticəsində  bəzi  hallarda  sui  istifadəni  aradan  qaldırmaq  ya  mümkün 

olur, ya da o kompensasiya oluna bilir, yəni medikamentoz peraparatlardan istifadə 

etmədən  müalicə oluna bilir. Əgər yeniyetmənin həyati vacib sosial təlabatlarının  

təmin  edilməsi  üçün  şərait  yoxdursa,  göstərilən  frustrasiya  amillərini  aradan 

qaldırmaq cəhdləri əbəsdir. Heç bir dərman, cəza və ya hədə-qorxu onun qarşısını 

ala  bilməz.  Həddi  –buluğa  çatmamışların  psixotrop  vasitələrdən  sui  istifadəsinin 

aradan  qaldırılması  və  profilaktikası  sahəsində  həyata  keçirilən  tədbirlərin  az 

səmərəliliyi və çətinliyi onunla əlaqədardır ki, buna görə məsul olan yaşlılar bunu 

narkologiyanın  problemi  hesab  edirlər.  Öz-özlüyündə  formalaşmaqda  olan 

yeniyetmə  şəxsiyyətinin  yaş  xüsusiyyətləri  üçün  bütün  növ  davranış 

pozğunluqlarının  səbəbləri  eynidir.  Hüquq  pozğunluğu,  alkoqolizm,  narkomaniya 

və  toksikomaniya,  affektiv  və  nevrotik  pozğunluqlar  -bütün  bunların  hamısı  eyni 

zəncirin həlqələridir. Həddi-buluğa çatmamışlarda  alkoqolizm  və  narkomaniyanın 

profilaktikası və aradan qaldırılmasının rasional yolu nədən ibarətdir? Valideynlər 

və müəllimlər  həddi-buluğa çatmışlarda alkoqolizm və narkomaniyanın qarşısının 

alınmasına nədən başlamalıdırlar? 

Bir  çox  mütəxəssislər  belə  hesab  edirlər  ki,  bu  sahədə  işlərə  uşaqların  lap 

kiçik yaşlarından başlamaq lazımdır. Bu sahədə aparılacaq profilaktik işlərin əsas 

komponentlərinə  şagird  şəxsiyyətinin,  onların  psixi  inkişaf  xüsusiyyətlərinin 

öyrənilməsi;  uşağın  tərbiyə  üslubunu    müəyyənləşdirmək  məqsədilə  onların 

ailələrinin  öyrənilməsi;  yaşlıların  spirtli  işkilərdən  müntəzəm  istifadə  etdikləri 

ailələrin  aşkar  edilməsi  daxildir.  Bu  istiqamətdə  müsbət  nəticələrin  əldə  edilməsi 

üçün  valideynlərlə  fərdi  və  kollektiv  iş  formalarından  istifadə  etmək,  şagirdin 

ailəsinə  gedişlər,  valideynlərlə  söhbətlərin,  mühazirələrin,  məsləhətlərin,  anket 

sorğularının  tərbiyə  təcrübəsi  mübadiləsinə  aid  konfransların  keçirilməsi,  hüquqi 

və tibbi maarifləndirmə və s. kimi iş formalarından istifadə olunan bilər. Şagirdlər 

arasında  maarifləndirici  tədbirləri  həm  dərslərdə,  həm  də  dərsdənkənar  vaxtlarda 

keçirmək  çox  vacibdir.  Tərbiyə  işlərinin,  sinif  tərbiyə  saatlarının    planına 

“Sağlamlıq  Günləri  !”,  müsabiqələrin,  plakatların,  rəsmlərin,  inşa  yazılarının 

(“XXI  əsrə  narkotiklərsiz”,  “Narkotiklərə  yox  deyək”  və  s.)  daxil  edilməsi  və 



 

- 7 - 


keçirilməsi,  hər  bir  sinif  otağında  “Sağlam  həyat  tərzi  uğrunda”  guşənin  olması 

vacibdir. Şagirdlərin idman yarışlarında iştirakları, onların hobbiləri və s. haqqında  

məlumatların  burada    yerləşdirilməsi  müsbət  təsirə  malik  ola  bilər.  7-11  sinif 

şagirdləri  arasında  müxtəlif  mövzularda  disputların,  tok-şouların  keçirilməsi 

kütləvi  maarifləndirmə  işinə  fayda  gətirə  bilər.  Müəllimlər  şagirdlərə  alkoqolizm 

və narkotika əleyinə yazılmış elmi ədəbiyyatları oxumağı, İnternetdən  materiallar, 

məlumatlar  toplamağı  tapşıra  bilər.  Müsbət  nəticələr  əldə  etmək  üçün  keçirilən 

tədbirlərdə  videoçarxlardan  istifadə  olunması  narkoloq  məktəb  psixoloqu,  həddi-

buluğa  çatmayanların  işləri  üzrə  inspektor  kimi  mütəxəssislərin  dəvət  olunması  

məqsəduyğundur. 

Davranış  qüsurlu  uşaqlarla  işləyərkən  hər  şeydən  əvvəl  onların    qayğıdan 

kənarda  qalmasının  səbəblərini    aradan  qaldırmağa,  onları  həmyaşıdlar  qrupuna 

inteqrasiyasına diqqət yetirmək lazımdır.  

Addiktiv  davranışlı  yeniyetmə  və  gənclərlə  psixokorreksiya  tədbirlərinin 

işlənib  hazırlanmasında    alkoqol  və  toksiki  maddələrə  təlabatlara  qarşı  alternativ 

motivasiyanı  yarada  biləcək  proqramlar  işlənilməlidir.  Belə  motivasiyanı  saxlaya 

biləcək  fundamental  elementlər  elə  qurulmalıdır  ki,  onların  əsasında 

psixoterapevtik  proqramlar  yaratmaq  mümkün  olsun.  Yeniyetmə  və  gənclərdə 

addiktiv davranışın təzahürlərini aradan qaldırmaq üçün onlarda sosial immuniteti 

inkişaf  etdirmək,  sosial  davranış  mədəniyyəti  aşılamaq,  həmyaşıdlar  qrupunda 

pozitiv  sosial  status  qazanmaq  üçün  öz  yerini  tapmaq  motivləri 

formalaşdırılmalıdır.  Yeniyetmə  və  gənclərdə  yenidəntərbiyə  metodları  vasitəsilə 

həyat  strategiyasını  düzgün  anlamaq  və  düşüncəli  məqsədlər  əsasında  kreativ 

nəticələrə nail olmaq qabiliyyətləri, konstruktiv  dünyagörüşü və xarakterin əxlaqi 

tərbiyəlilik səviyyəsinin mərhələli çəkildə yüksəldilməsinə çalışmaq lazımdır. 

Uşaq  və  yeniyetmələrdə  müşahidə  olunan  müxtəlif  davranış  pozğunluqları 

mürəkkəb və çoxsəviyyəli prosesdir. Davranış pozğunluqları ciddi psixi və somatik 

xəstəliklərin  həm  səbəbi,  həm  də  nəticəsi  kiimi  özünü  göstərə  bilər.  Uşaqlarda 

davranış  qüsurları  nə  qədər  tez  aşkar  olunarsa  və  ya  qabaqlayıcı-profilaktik 

tədbirlər  vasitəsilə  qarşısı  vaxtında  alınarsa,  onları  daha  tez  və  səmərəli  şəkildə 



 

- 8 - 


aradan  qaldırmaq,  daha  ciddi  patoloji  pozğunluq  halına  keçməsi  riskini  azaltmaq 

olar. 


Valideynlər, məktəb psixoloqları, məktəb həkimi, sosial pedaqoqlar və sinif 

rəhbəri  qarşısında  duran  ən  mühüm  və  təxirəsalınmaz  vəzifələrdən  biri  məhz 

davranış qüsurları olan uşaq və yeniyetmələrlə aparılacaq psixoloji profilaktika və 

korreksiya  işlərinin  sistemli  şəkildə,  konkret  proqramlar  əsasında  həyata 

keçirilməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə uşaq və yeniyetmələrin daxil 

olduğu 


ailələrdə 

ailədaxili 

münasibətləri 

sağlamlaşdırmaq 

məqsədilə 

maarifləndirici  tədbirlər  həyata  keçirilməli,  belə  uşaq  və  yeniyetmələrlə  fərdi  və 

qrup şəklində aparılan iş formalarına istinad edilməlidir. 

 

 



Yüklə 60,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin