DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


  Dövlət kreditinin təsnifatı



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə29/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
Maliyye


17.4.  Dövlət kreditinin təsnifatı 

 Bir  kredit  forması  kimi  dövlət  krediti  özünün  təşkilati  –  iqtisadi 

baxımından növlərə bölünür. Dünya iqtisadi ədəbiyyatlarında dövlət kreditinin 

təsnifatı  vahid  standartlar  çərçivəsində  deyildir.  Belə  ki,  müxtəlif  mənbələr 

dövlət kreditini fərqli cəhətdən təsnifləşdirirlər. 

Bu  kredit  formasının  təsnifatı  digər  kredit  formaları  ilə  eynilik  təşkil 

edir.  Yəni,  bütün  kredit  münasibətləri  vahid  iqtisadi  kateqoriya  kimi  eyni 


 

283 


cür təsnifləşdirilir. 

Bütün  digər  kredit  formaları  kimi  dövlət  krediti  də  aşağıdakı 

xüsusiyyətlərinə görə təsnifləşdirilir: 

  yönəldilən sahəyə görə; 

  kreditləşmə obyektinə görə; 

  təmiratlığına görə; 

  müddətinə görə; 

  ödəncliyinə görə və s. 

Hamımıza  aydındır  ki,  borc  alanı,  bu  münasibətə  girməyə  sövq  edən 

həmin  vəsaitə  olan  ehtiyacıdır.  Ehtiyac  dedikdə  təbii  ki,  borc  alanın 

mənəvi–fiziki  ehtiyacları  yox,  onun  maraqlı  olduğu  hər  hansı  bir  sahənin 

ehtiyacları  başa  düşülür.  Borc  alan  cəlb  etdiyi  suda  vəsaitini  fəaliyyət 

göstərdiyi sahəyə yönəldəcəkdir. Buna sənaye, kənd təsərrüfatı, ticarət və s. 

aiddir.  Bu  xüsusiyyətinə  görə  təsnifləşdirilərək,  kreditlər  sənaye  krediti, 

kənd  təsərrüfatı  krediti,  ticarət  krediti  və  s.  növlərə  bölünür.  Bir  çox 

xüsusiyyətlərinə  görə  digər  kredit  münasibətlərindən  fərqlənən  dövlət 

krediti  bu  baxımdan  da  seçilir.  Bir  qayda  olaraq  ümumi  kredit 

münasibətlərində  əsas  yeri  sənaye,  ticarət  və  s.  kreditləri  tutursa,  dövlət 

kreditində  isə  kredit  vəsaitinin  yönəldiyi  əsas  sahə  maliyyədir.  Bu  zaman 

söhbət borc alan kimi dövlətin çıxış etdiyi kredit münasibətlərindən gedir. 

Dövlət kreditində suda vəsaitinin yönəldiyi daha bir sahə vardır ki, bu 

da,  sosial  sahədir.  Bir  çox  kredit  münasibətlərində  dövlət  borc  alan,  yaxud 

zəmanətçi  kimi  çıxış  edərək  müxtəlif  məktəblərin,  səhiyyə  ocaqlarının, 

mədəniyyət  obyektlərinin  kreditləşməsini  həyata  keçirir.  Beləliklə,  dövlət 

ölkənin  sosial  –  mədəni  infrastrukturunun  inkişafı  üçün  sosial  kreditlərdən 

istifadə  edir.  Maliyyə  kreditləri  kimi  sosial  kreditlər  də,  daha  çox  dövlət 

krediti münasibətlərində yaranmış olur. 

Hazırkı,  şəraitdə  dövlət  krediti  münasibətlərində  real  sektorun,  yəni 

sənaye  və  kənd  təsərrüfatı  kreditlərinin  çoxluq  təşkil  etməsi  daha 

məqsədəuyğundur. Bu da, daha çox həmin kredit məbləğlərinin qaytarılması 

ilə bağlıdır. Çünki, maliyyə və ya sosial – mədəni sahələrə yatırılan kreditlər 

əksər  hallarda,  başqa  mənbələr  hesabına  qaytarılırsa,  sənaye,  kənd 

təsərrüfatı  kimi  real  sahələrin  kreditləri  isə  məhz,  həmin  sahənin  inkişafı 

hesabına  idarə  olunur.  Bu  da,  həmin  kreditlərin  qaytarılması  baxımından 

daha sərfəlidir. 

Dövlət  krediti  kreditləşmə  obyektinə  görə  də  təsnifləşdirilir.  Dövlət 

krediti  münasibətlərində  vəsait,  bu  və  ya  digər  malların,  xidmətlərin 

alınmasına  sərf  olunur.  Xarici  kreditlər  cəlb  edilən  dövlət  onu  prioritet 

sahələrin  ehtiyaclarına  yönəldir.  Yəni,  əsas  və  köməkçi  vəsaitlərin 

alınmasını,  yaxud  təkmil  texnika  və  texnologiyanın  əldə  edilməsini 

reallaşdırır. 


 

284 


Kreditləşmə obyekti material – əmtəə formasında ola da bilər, olmaya 

da.  Belə  ki,  dövlət,  heç  də  həmişə  borc  vəsaitini  bu  və  ya  digər  istehsal 

vasitələrinin  alınmasına  yönəltmir.  Eyni  zamanda  o,  kredit  vəsaitini  vaxtı 

çatmış  digər  ödəmələrə  də  yönəldə  bilər.  Bu  zaman  kredit  mal–material 

qıtlığını  yox,  pul  vəsaitlərinin  çatışmazlığını  aradan  qaldırmış  olur.  Bu 

sıraya  dövlətin  borc  ödəmək  məqsədilə  yenidən  borclanmasını  aid  edə 

bilərik. 

Dövlət 


krediti 

təminatlılıq 

baxımından 

da 


təsnifləşdirilir. 

Təminatlılığına görə dövlət kreditləri üç növə ayrılır. 

1.  Təminatlı dövlət kreditləri 

2.  Qismən təminatlı dövlət kreditləri. 

3.  Təminatsız dövlət kreditləri. 

Dövlət kreditləri o zaman tam təminatlı hesab edilir ki, verilmiş kredit 

təminatı  suda  məbləğinə  bərabər  və  ya  ondan  çox  olsun.  Təminat  kredit 

məbləğindən az olduqda qismən təminatlı, verilmiş kredit məbləğinə heç bir 

təminat cəlb edilmədikdə isə, təminatsız dövlət krediti adlanır. 

Təminat  kreditorun  borc  alana  olan  inamının  göstəricisidir.  Eyni 

zamanda təminat kreditin əsas şərtlərindən biridir. Kreditorun verdiyi kredit 

üçün  borc  alandan  bu  və  ya  digər  formada  aldığı  təminat  onun 

qaytarılmasını təmin edir. Belə ki, kredit məbləği kreditora qaytarılmadıqda 

kredit təminatı kreditorun sərəncamına keçir. 

Təminatlığına  görə  də  dövlət  krediti  digər  kredit  formalarından 

fərqlənir.  Belə  ki,  dövlət  krediti  münasibətlərində  təminat  rolunda  dövlət 

zəmanəti  çıxış  edir.  Bu  daha  çox,  daxili  dövlət  borclarına  aiddir.  Dövlət 

qiymətli  kağızlarını  alaraq  kreditor  kimi  çıxış  edən  hüquqi  və  ya  fiziki 

şəxslər  verdiyi  kreditin  təminatı  şəklində  heç  də  mal  –  material  dəyərliləri 

yox, dövlətin zaminliyini qəbul edirlər. 

Müasir şəraitdə təminatsız dövlət kreditinə də çox rast gəlinir. Bu  və 

ya digər əsaslı sahələrin kapital ehtiyacını ödəyərək, dövlət, verdiyi kreditlər 

üçün  təminat  tələb  etmir.  Bunun  əvəzində  isə  həmin  vəsaitlərin  səmərəli 

istifadəsi üzərində dövlət nəzarəti mövcud olur. 

Müddətinə görə dövlət kreditləri aşağıdakı kimi təsnifləşdirilir: 

  Qısamüddətli; 

  Ortamüddətli; 

  Uzunmüddətli; 

  Davamlı (əbədi) kreditlər. 

Qısamüddətli dövlət kreditləri 1 il müddətinə kimi verilən kreditlərdir. 

Bu  müddət  beynəlxalq  standartlara  görə  qəbul  edilir.  Təcrübədə  isə 

qısamüddətli dövlət kreditlərinin son müddətini bəzən 6 ay, hətta 3 ay qəbul 

edirlər.  Buna  da  səbəb,  bir  qayda  olaraq  inflyasiya  olmaqdadır.  Belə  ki, 

inflyasiya  tempinin  yüksək  olduğu  vaxtlarda  yarım  ildən  yuxarı  müddətə 



 

285 


verilən kreditlər qısamüddətli yox, orta müddətli kimi hesaba alınır. 

Formasından asılı olmayaraq, kreditlərin qısa müddətə verilməsi borc 

alan  qarşısında  daha  məsuliyyətli  şərtlər  qoyur.  Borc  alan  həmin  vəsaiti 

göstərilən  müddətdə  həm  səmərəli  istifadə  etməli,  həm  də  kreditora 

qaytarmalıdır.  Beləliklə,  aydın  olur  ki,  qısa  müddətli  kreditlər  kreditorun 

maraqları ilə üst-üstə düşsə də borc alanların maraqlarına bir qədər ziddir. 

Qısamüddətli  kreditlərin  yuxarıda  qeyd  etdiyimiz  özünəməxsus 

cəhətləri dövlət krediti münasibətlərində də öz qüvvəsində qalmış olur. 

Qısamüddətli kreditlər əksər hallarda dövlətin daxili subyektlərindən, 

o cümlədən, əhalidən cəlb etdiyi vəsaitlərə aiddir. Dövlət qiymətli kağızları, 

eləcə də qısamüddətli dövlət  istiqrazları  adından  məlum olduğu kimi, daha 

məhdud zaman kəsiyində fəaliyyətini bitirmiş olur. 

Ümumiyyətlə  qısamüddətli  dövlət  kreditləri  dövlətin  cari  xərclərinə 

yönəldilir.  Buna  misal  olaraq  dövlət  büdcəsi  ehtiyaclarını  göstərə  bilərik. 

Büdcə gəlirləri ilə xərcləri arasında yaranan natarazlığın aradan qaldırılması 

üçün  dövlətin  qısamüddətli  borc  vəsaitinə  ehtiyacı  yaranır  və  beləliklə 

qısamüddətli kredit münasibətləri formalaşmış olur. 

Qısamüddətli  kreditlər,  digər  tərəfdən,  kreditorlar  üçün  stimul  rolunu 

oynayır. Dövlət qiymətli kağızlarının investoru olan hüquqi və ya fiziki şəxs 

özünün  sərəncamında  olan  sərbəst  pul  vəsaitini  müxtəlif  istiqamətlərə 

yönəldə  bilər  ki,  ona  izafi  gəlir  gətirmiş  olacaq.  Məsələn,  hər  hansı  bir 

banka əmanət və ya depozit yerləşdirə bilər. Amma həmin daxili subyektləri 

dövlət  qiymətli  kağızlarının  cəlb  edilməsinə  stimullaşdıran  məhz  yeganə 

şərt vardırsa da, bu daha qısa müddət ərzində uyğun faizin əldə edilməsidir. 

Qısamüddətlidən fərqli olaraq, ortamüddətli dövlət kreditləri 1 ildən 5 

ilə kimi  vaxtı əhatə edir. Burada da  fikirlər  müxtəlifliyi  ilə  seçilir. Belə ki, 

bir  çox  iqtisadi  ədəbiyyatlarda  ortamüddətli  kreditlər  1  ildən  3  ilə  kimi 

müddətdə götürülür. 

Ortamüddətli 

kreditlərə 

az-az 

hallarda 



rast 

gəlinən 


kredit 

formalarından biri də dövlət kreditidir. Bunun səbəbi onunla izah olunur ki, 

dövlət  ya  qısamüddətli  fiskal  ehtiyaclar,  ya  da  uzunmüddətli  kredit 

qoyuluşları səbəbindən borc vəsaitləri cəlb edir. 

Dövlətin  kreditor  kimi  çıxış  etdiyi  münasibətlərdə    isə  burada  dövlət 

həm özünün, yəni kreditorun, həm də borc alanın maraqlarını qoruyur. Ona 

görə  də  dövlətin  təklif  etdiyi  kreditlər  əksər  hallarda  həm  uzun  müddətli, 

həm də güzəştli şərtlərlə ifadə olunur. 

Orta  müddətli  kreditlərə  daha  çox  bank  kreditlərində  rast  gəlinir.  Bu 

kimi  kredit  münasibətlərində  bir  çox  hallarda  zəmanətçi  kimi  çıxış  edən 

dövlət  həmin  kredit  müqaviləsini  dövlət  kreditinə  çevirmiş  olur.  Beləliklə, 

dövlət krediti münasibətlərində orta müddətli kreditlər yer alır. 

Ortamüddətli  kreditlər  kredit  subyektlərinin  mənafeyi  baxımından 


 

286 


daha  məqsədəuyğun  hesab  edilir.  Belə  ki,  kreditor  özünün  sərbəst  pul 

vəsaitlərindən daha uzun  müddətə əl çəkmək  məcburiyyətində qalmır, eyni 

zamanda, borc alan da,  qısa  müddətdə daha  yüksək səmərəlilik əldə etmək 

və borc vəsaitini səfərbər etmək çətinliyi ilə üzləşmir. 

Uzunmüddətli 

kreditlər 

istehsalın 

modernləşdirilməsi, 

və 

genişləndirilməsi  üçün  kapital  ehtiyacının  ödənilməsi  işinə  xidmət  edir. 



Əksər  hallarda  uzunmüddətli  kreditlər  5  ildən  yuxarı  müddətə  təslim 

edilənlərdir. 

Uzunmüddətli kreditlərin çoxluq təşkil etdiyi kredit münasibətlərindən 

biri  də  dövlət  kreditidir.  Dövlətin  daxili  borclanması  və  bir  qismi 

ortamüddətli  kreditlər  istisna  olmaqla  dövlət  krediti  münasibətlərində 

uzunmüddətlilər böyük çoxluq təşkil edir. 

Hər  şeydən  öncə,  uzunmüddətli  kreditlər  digərlərindən  yuxarı  faizli 

olması  ilə  seçilir.  Çünki,  hər  hansı  bir  kreditor  müvəqqəti  sərbəst  vəsaitini 

daha uzun  müddətə  borc alana  verərkən qismən  faiz  həcmini artırmış olur. 

Belə  ki,  bu  uzun  müddət  ərzində  həm  borc  alanın,  həm  də  borc  vəsaitinin 

“təhlükəsizliyi” daha uzunmüddətli olmalıdır. Bu yüksək risk qarşılığında isə 

kreditor müqavilə sonunda nisbətən yuxarı faiz, yəni haqla təmin olunur. 

Ümumi  kredit  münasibətlərinə  xas  olan  uzunmüddətli  kreditlərin  bu 

qanunauyğunluğu  bir  çox  hallarda  dövlət  krediti  üçün  özünü  doğrultmur. 

Dövlət  daxili  subyektlərə  kreditlər  açdığı  zaman  heç  də  yüksək  faiz  əldə 

etməklə  böyük  mənfəətə  nail  olmaq  məqsədi  daşımır.  O  səbəbdən  də, 

kreditlər  güzəştli  şərtlərlə,  o  cümlədən  uzun  müddətli  olurlar.  Beləliklə 

dövlət  krediti  münasibətlərində  yer  alan  uzun  müddətli  kreditlərin  böyük 

əksəriyyəti aşağı faizləri ilə seçilir. 

Eyni  zamanda,  bu  sıraya  beynəlxalq  maliyyə  –  kredit  qurumlarının 

ayırdığı  kreditləri  aid  etmək  olar.  Bu  kreditlər  daha  çox  proqram  xarakteri 

daşımaqla  üzv  ölkələrinin  qarşılaşdığı  maliyyə  vəsaiti  qıtlığının  aradan 

qaldırılmasına  xidmət  edir.  Burada  da  əsas  məqsəd  yuxarı  faizlə  yüksək 

mənfəət təmin etmək deyildir. 

Dövlət kreditinin  müddətinə görə sonuncu  növü  davamlı kreditlərdir. 

Davamlı  kredit  yalnız  və  yalnız  dövlət  kreditinə  məxsusdur.  Davamlı 

kreditlər qaytarılma müddəti əvvəlcədən məlum olmayan, yaxud başqa sözlə 

desək,  qaytarılma  tarixi  qabaqcadan  razılaşdırılmayan  borclardır.  Belə  ki, 

kreditor  bütün  digər  kredit  şərtləri  saxlanılmaqla  kredit  vəsaitini  qeyri  – 

müəyyən  müddətə borc alanın  sərəncamına  verir. Eyni zamanda, borc alan 

həmin  vəsaitin  istifadəsi  üçün  kreditora  suda  faizini  ödəyir.    Davamlı 

kreditlər heç də həmişə daimi xarakter daşımır. Borc alan müəyyən müddət 

istifadədən  sonra  davamlı  kredit  məbləğini  qaytararaq  faiz  ödəmələrindən 

azad olur. 

Davamlı  kreditlər  güzəştli  borclar  sırasına  aid  edilir.  Bir  məqama  da 


 

287 


toxunmaq  lazımdır ki,  bu kimi  münasibətlərdə kreditor qismində  bir qayda 

olaraq  banklar  iştirak  etmir.  Məlum  olduğu  kimi,  müasir  bank  sistemində 

yerləşdirilmiş  vəsaitlərin  ilkin  mənbəyini  məhz,  cəlb  olunmuş  vəsaitlər 

tutur. Ona görə də bank, vəsaitlərini müddətlilik prinsipi ilə yerləşdirməlidir 

ki,  eyni  prinsip  əsasında  cəlb  olunmuşları  qaytara  bilsin.  Hazırda  davamlı 

kreditlər  əsas  etibarı  ilə  dövlət,  yaxud  maliyyə–kredit  qurumları  tərəfindən 

təklif olunur. 

Dövlət  kreditini  istifadə  olunma  haqqına,  yəni  ödəncliyinə  görə  də 

təsnifləşdirmək  olar.  Burada  söhbət  ödəncli  və  ödəncsiz,  baha  və  ucuz 

kreditlərdən gedir. Bu bölgünün əsası kimi suda məbləğinin istifadəsi üçün 

verilən faiz dərəcəsi götürülür. 

Hal-hazırda,  bütün  kredit  münasibətlərində  suda  məbləğinə  sadəcə 

olaraq istifadəyə verilmiş dəyər kimi yox, öz-özünə artan dəyər kimi baxılır. 

Çünki,  kredit  münasibətlərində  birinci  maraqlı  tərəf  kreditordur  ki,  verdiyi 

vəsaitin ona gəlir gətirəcəyini ön planda tutur. Borc alan isə öz növbəsində 

suda vəsaitini  istifadə etdiyi zaman təkcə öz  məqsədlərinə  nail olmaq üçün 

yox,  eyni  zamanda  verilmiş  dəyərin  haqqını  ödəmək  üçün  də  məsuliyyət 

daşıyır.  Buna  görə  də  ümumiyyətlə  kredit  dəyər  kateqoriyası  kimi  ödəncli 

xarakter daşıyır. 

Kredit  münasibətlərinin  bəzən  bir  çox  hallarda  öz  vacibliyini  itirmiş 

olur. Bir çox subyektlər arasında elə kredit münasibətləri yaranır ki, burada 

kredit  ödəncli  xarakter  daşımır,  yəni  borc  alan  istifadə  etdiyi  vəsait 

qarşılığında  heç  bir  haqq  ödəmir.  Bu  hala  daha  çox  qarşılıqlı  tərəfkeş 

banklar  arasında,  həm  də  dostluq  münasibətləri  əsasında  qurulan  vətəndaş 

krediti zamanı rast gəlinir. 

Dövlət  krediti  münasibətlərində  də  ödəncsiz  kreditlərə  rast  gəlmək 

olar. Büdcənin pozitiv icrası zamanı, yaxud digər mənbələrdən əldə edilmiş 

vəsaitlər vasitəsilə dövlət müəssisə və təşkilatlara faizsiz (ödəncsiz) kreditlər 

təklif edir. 

Ödəncli kreditlər isə özlüyündə iki cür olur; bahalı və ucuz kreditlər. 

Dövlət  kreditində  birinciyə  daxili  dövlət  borclarını  aid  etmək  olar. 

Buna  səbəb  dövlətin  qısa  müddət  ərzində  yaranmış  ehtiyaclarını  tezliklə 

ödəmək məcburiyyətidir. 

Ucuz kreditlər isə bahalı kredit  münasibətlərindən bir çox cəhətlərinə 

görə  fərqlənir.  Məsələn,  əgər  bahalı  kredit  zamanı  kreditorun  maraqları 

birbaşa mənfəət əldə etməkdirsə, ucuz kreditlər təqdim edən kreditorların isə 

bu  münasibətlərdə  maraqlı  tərəfi  bununla  bitmir.  Belə  ki,  hər  hansı  sosial 

obyektin  kredit  ehtiyacını  ödəyən  dövlət,  aşağı  faiz  tətbiq  etməklə  həmin 

sahənin daha yüksək inkişafını təmin etmiş olur. 

Ucuz kreditlərin daha bir əhəmiyyətli cəhəti ondadır ki, borc alan kimi 

çıxış edən hər hansı bir istehsal müəssisəsinin məsrəflərinə daxil olan ucuz 


 

288 


kredit vəsaiti son  nəticədə  istehsal olunmuş  məhsulun  və  ya  xidmətin daha 

aşağı qiymətə başa gəlməsinə səbəb olacaqdır. 

Ucuz  kreditlərin  dövlət  borclarında  da  üstünlük  təşkil  etməsi  daha 

məqsədə  uyğundur.  Çünki  bu  borcların  qaytarılması  üçün  dövlət  daha 

yüngül  öhdəliklər  daşıyacaqdır.  Bu  yöndə  də  beynəlxalq  maliyyə  –  kredit 

təşkilatların  rolu  böyükdür.  İnkişaf  etməkdə  olan  ölkələrin  o  cümlədən, 

Azərbaycan  iqtisadiyyatının  kreditləşdirilməsində  bu  kimi  subyektlərin 

təklif  etdiyi  kreditlər  öz  yüksək  səmərəliyi  ilə  seçilir.  Bir  çox  kredit 

münasibətlərində  suda  məbləğinin  ödəncliyi  kredit  faizində  təzahür  etmir. 

Fərz  edək  ki,  hər  hansı  bir  kommersiya  krediti  münasibətlərində  dövlət 

zəmanətçi  kimi  iştirak  edərək,  dövlət  kreditini  ortaya  qoymuş  olur.  Bu 

zaman borc alan subyekt, yəni, həmin əmtəə və ya xidmətin alıcısı kreditora 

–  satıcıya  satış  dəyərini  ödəyir.  Bu  münasibətdə  kredit  faizi  iştirak  etməsə 

də  ödənc  formasında  həmin  əmtəə  və  ya  xidmətin  satış  dəyərində  yer  alan 

əlavə məbləğ (dəyər) çıxış edir. 

Baha  və  ucuz  kreditlər  qarşılıqlı  nisbi  ifadələrdir.  Bu  təkcə  kredit 

faizinin  həcmindən  yox,  eyni  zamanda  kredit  məbləğinin  həcmi  və 

müddətindən asılıdır. Belə ki, əgər 6 ay müddətinə 20% dərəcəsi ilə verilmiş 

kredit  bahalı  kreditlər  siyahısına  daxildirsə,  həmin  məbləğ  və  həmin  faiz 

həcmində  olan  amma  daha  uzun  müddətə  5-10  ilə  verilən  isə  artıq  ucuz 

kredit sayılmalıdır. 

Hazırda dünya praktikasında digər kredit formaları kimi dövlət krediti 

də daha bir neçə xüsusiyyətlərinə görə təsnifləşdirilir. Bura hüquqi və fiziki 

şəxslər,  rezident  və  qeyri–rezidentlərlə  olan  münasibətlərin  təsnifatı  və  s. 

aiddir. 

 

 



17.5 Dövlət kreditinin formaları 

 

  Dövlət  krediti  daxili  və  xarici  kreditlərə  bölünməklə    iki  formada 

təzahür edir: 

  Daxili dövlət kreditinə – milli  valyutada  ölkəmizin hüquqi və  fiziki 

şəxsləri ilə  həyata keçirdiyi  kredit münasibətləri aiddir.  Daxili 

dövlət 


borc  öhdəlikləri    yerli  müəssisələrdən,  əhalidən,  digər  mərkəzləşdirilmiş 

fondlardan  alınan  borclardan ibarətdir. 

  Daxili  dövlət  borc  öhdəlikləri    dövlət  istiqrazları,    əhalinin 

əmanətlərinin  bir hissəsinin  dövlət borcuna çevrilməsi, ümumdövlət  ssuda 

fondundan  borc alınması, xəzinə borc öhdəlikləri, təminat  verilmiş borclar  

kimi təsnifləşdirilir. 

  Daxili  dövlət  kreditinin  mühüm  formalarından  biri  dövlət 

istiqrazıdır. Dövlət  istiqrazlarının  xarakterik  xüsusiyyəti ondan  ibarətdir ki, 



 

289 


dövlət müxtəlif istiqraz vərəqələri, xəzinə öhdəlikləri və qiymətli kağızların 

digər  formalarını  dövriyyəyə  buraxmaqla  əhalinin,  müəssisələrin  və 

təşkilatların müvəqqəti sərbəst pul vəsaitlərini səfərbərliyə alır və cəmiyyət 

üzvlərinin tələbatlarının maliyyələşdirilməsinə  yönəldir. 

  İstiqraz  vərəqələri  –  qiymətli    kağızların  geniş  yayılmış  formasıdır. 

O,  dövlətin  borc  öhdəliyini  əks  etdirir  və  sahibinə  müəyyən  müddət 

keçdikdən sonra borc məbləği və faizini almaq hüququ verir. 

  Xəzinə  öhdəlikləri  –  istiqrazların  buraxılması    məqsədləri,  gəlirin 

ödənilməsi  forması,  tədavül  xüsusiyyətlərinə  görə  fərqlənir.  Eyni  zamanda 

istiqrazların satışından daxilolmalar büdcə, büdcədənkənar fondlar və digər 

məqsədli  istiqrazlara    yönəldilirsə,  xəzinə  öhdəliklərindən  əldə  edilən  gəlir 

yalnız büdcənin vəsaitlərinin tamamlanmasına yönəldilir.  

  Dövlət daxili istiqrazları aşağıdakı əlamətlərə görə təsnifləşdirilir: 

 İstiqraz  vərəqələrinin  dövriyyəyə  buraxılması  hüququna  görə: 

mərkəzi  hökumət  tərəfindən  və  yerli  idarəetmə  orqanları  tərəfindən 

buraxılan istiqrazlar. 

 Ödəmə  müddətinə  görə  istiqrazlar  qısamüddətli  (1  ilə  qədər),  orta-

müddətli (1 ildən 5 ilə qədər) və uzunmüddətli (5 ildən yuxarı) ola bilər.  

  Qiymətli kağızların əldə edilməsi baxımından: 

  - əhaliyə satılan istiqrazlar; 

  - hüquqi  şəxslər üçün nəzərdə tutulan istiqrazlar; 

  - universal  (həm hüquqi şəxslər və həm də əhali) istiqrazlar. 

 Yerləşdirmə  üsuluna  görə  –  könüllü,  abunə  ilə  yerləşdirilən  və 

məcburi istiqrazlara bölünür. 

 Bazarda dövriyyəsinə görə bazar və qeyri-bazar istiqrazları. 

 Borc  öhdəliklərinin  təminatlılığı  baxımından:  girovlu  və  girovsuz 

istiqrazlar. 

  Xarici  dövlət    krediti  (beynəlxalq  kredit)  –  xarici  dövlətlərlə    və 

onların    hüquqi  və  fiziki    şəxsləri    ilə,  habelə  beynəlxalq    təşkilatlarla  

aparılan  kredit  münasibətləridir. 

  Xarici  dövlət  borc  öhdəliklərinə  xarici  dövlət  hökumətinin, 

beynəlxalq  təşkilatların,  xarici  ölkələrin  hüquqi    və  fiziki    şəxslərinin  ver-

dikləri  kreditlər,  habelə  dövlətin  təminatçı  kimi  çıxış  etdiyi  xarici  borclar 

aiddir.  Bu  borclar  investisiya    kreditləri,  tədiyyə  balansının  tənzimlənməsi 

üçün  kreditlər  və  islahatların  dəstəklənməsi  üçün  ayrılan  kreditlər 

formasında olur. 

 

17.6. İqtisadiyyatın inkişafında dövlət kreditinin rolu 

 

Ölkə  iqtisadiyyatının  inkişafında  dövlət  kreditinin  rolu,  onun  həm 



 

290 


dövlət, həm  müəssisə  və təşkilatlar, həm də əhali üçün daşıdığı  əhəmiyyəti 

ilə  ifadə  olunur.  Dövlət  krediti  münasibətlərinin  qanunauyğun  şəkildə 

fəaliyyəti  iştirakçı  subyektlərin  marağını  artırır  və  onun  səmərəliliyinin 

yüksəlməsinə  gətirib  çıxarır.  Dövlət  kreditinin  qanunauyğunluğu  dedikdə 

vəsaitlərin  səmərəli  yerləşdirilməsi  və  son  nəticədə  normal  şəkildə  idarə 

olunaraq  suda  haqqı  ilə  birlikdə  kreditora  qaytarılması  nəzərdə  tutulur. 

Yalnız bu zaman dövlət kreditinin iqtisadi inkişafda rolundan danışmaq olar 

Dövlət kreditinin istifadəsinin nəticələri zəruri və çoxşaxəlidir. Dövlət 

krediti  qanunauyğun  tərzdə  istifadə  olunduqda,  həm  istehsalın,  həm 

məhsulların  reallaşdırılmasının,  həm  pul  dövriyyəsi  sferasının  həm  də  cari 

dövlət xərclərinin tələblərini həyata keçirmiş olur. 

İqtisadi  inkişafda  dövlət  kreditinin  əhəmiyyəti  onun  müxtəlif 

formalarının  daşıdığı  rollarla  ifadə  olunur.  Eyni  zamanda  daşıdığı 

əhəmiyyətə görə də dövlət kreditinin formaları biri birindən fərqlənir. 

Dövlətin kreditor kimi çıxış etdiyi  münasibətlər, ölkə  iqtisadiyyatının 

kreditləşdirilməsi, daha vacib sahələrin ucuz kreditlərlə təchiz edilməsi və s. 

kimi  əhəmiyyəti  ilə  seçilir.  Bu  səbəblərdən  asılı  olaraq  ölkədə  istehsalın 

artırılması,  yüksək  xidmət  sferasının  yaradılması,  müəssisələrin  maliyyə 

vəziyyətinin  yaxşılaşdırılması  və  s.  işlərə  nail  olunur.  Dövlət  borc  alan 

qismində  kredit  münasibətləri  yaratdıqda  isə  daha  əsaslı  bir  problemin 

həllini reallaşdırır. Belə ki, dövlət büdcəsi böyük iqtisadi əhəmiyyəti və rolu 

ilə  seçildiyi  halda  onun  icrasında  yaranan  boşluqlar  dövlətin  (hökumətin) 

qarşısında duran əsas problemə çevrilir. Dövlət krediti isə öz növbəsində bu 

boşluğun  aradan  qaldırılmasına,  bununla  da  dövlət  büdcəsinin  ahəngdar 

fəaliyyətinin  qorunmasına  səbəb  olur.  Qeyd  etdiyimiz  cəhət  dövlətin  borc 

alan kimi çıxış etdiyi münasibətlərə aiddir.  

Eyni  zamanda  dövlət  kreditinin  bu  forması  xarici  kapitalın 

(kreditlərin)  ölkə  iqtisadiyyatına  cəlb  edilməsini,  beləliklə  də,  daxili  vəsait 

qıtlığının aradan qaldırılmasını təmin edir. 

Dövlət  kreditinin  üçüncü  forması  ölkə  iqtisadiyyatında  oynadığı  rola 

görə  digərləri  ilə  böyük  eynilik  təşkil  etsə  də,  burada  da  özünəməxsus 

cəhətlərini  qoruyub  saxlayır.  Belə  ki,  kredit  münasibətlərində  zəmanətçi 

kimi  iştirak  edən  dövlət,  hər  şeydən  öncə,  bu  prosesin  reallaşdırılmasını 

sürətləndirir.  Nəzərə  alsaq  ki,  dövlət  əksər  hallarda,  beynəlxalq  kredit 

müqavilələrinə  zaminlik  edir,  onda  xarici  kreditlərin  cəlb  edilməsi 

baxımından əvəzsiz rola malik olur. 

Bütün bunları ümumiləşdirərək, dövlət kreditinin əhəmiyyətli rollarını 

bir–bir sadalayaq: Bütün kredit münasibətlərində olduğu kimi dövlət krediti 

də, hər  şeydən əvvəl,  istehsalın  fasiləsizliyini  və  ahəngdarlığını təmin edir. 

Dövlət  ölkədaxili  subyektlərə  büdcə,  yaxud  beynəlxalq  kreditlər  təqdim 

etməklə  onların  istehsal  və  ya  xidmət  prosesində  yaranmış  vəsait  qıtlığını 


 

291 


aradan qaldırmış olur. Bu cəhəti eyni  zamanda, dövlət zəmanətli kreditlərə 

də  aid  etmək  olar.  Həmin  ölkədaxili  istehsal  və  ya  xidmət  müəssisələrinin 

normal  fəaliyyətinin  təmin  edilməsi  də  öz  növbəsində  ümumi  milli  və 

ümumi  daxili  məhsulun  artımına  səbəb  olaraq  iqtisadi  inkişafın  əsasında 

durur. 

Müəssisələr də yaranan vəsait çatışmazlığının dövlət tərəfindən aradan 



qaldırılması  istehsalın  sürətlənməsinə  səbəb  olur.  Dövlət  kreditinin  ikinci 

böyük rolu onun istehsalın genişləndirilməsində tutduğu əhəmiyyətli yer ilə 

xarakterizə  olunur.  Borc  vəsaitləri  uzun  müddətə  verilməklə  istehsal 

ehtiyatlarının  və  məsrəflərinin  artırılmasına  səbəb  olur  ki,  bu  da  istehsalın 

genişləndirilməsi  ilə  daha  çox  məhsul  istehsalına  gətirib  çıxarır.  Bununla 

yanaşı  dövlət  krediti  əsas  fondların  yaradılması  üçün  də  mənbə  rolunu 

oynaya bilər. Əsas fondlar isə öz növbəsində istehsalın genişləndirilməsinin 

əsas şərtlərindən biridir. 

İstehsalın  sürətləndirilməsində 

və  genişləndirilməsində  dövlət 

kreditinin  rolu  fərqlidir.  Məsələn,  hər  hansı  bir  istehsal  müəssisəsi  həm 

büdcə vəsaitləri hesabına, həm də dövlət krediti hesabına istehsal prosesinə 

vəsait  cəlb  edə  bilər.  Amma  vəsaitlərin  istifadəsi  zamanı  bu  fərq  özünü 

göstərmiş olur. Belə ki, büdcə vəsaitini sərbəst şəkildə yerləşdirən sahibkar 

dövlət  kreditini  bundan  fərqli  olaraq  daha  məsuliyyətli  şəkildə  istifadə 

etmək  məcburiyyəti qarşısında qalır. Çünki,  birincidən  fərqli olaraq, dövlət 

kreditindən  əldə  edilmiş  vəsait  həm  qaytarılmalı,  həm  də  onun  istifadəsi 

üçün əlavə haqq (kredit faizi) ödənilməlidir. 

Bu  istiqamətdə  oynadığı  roluna  görə  dövlət  krediti  nəinki  digər 

iqtisadi  kateqoriyalardan,  eyni  zamanda  digər  kredit  formalarında  da 

əhəmiyyətli  dərəcədə  fərqlənir.  Bu  da  dövlət  kreditlərinin  əksər  hallarda 

güzəştli şərtlərlə olmasından irəli gəlir. Dövlət kreditini digər kredit forması 

olan bank krediti ilə müqayisə edək: 

Məlum  olduğu  kimi,  bankın  kredit  münasibətlərində  əsas  məqsədi 

daha tez müddətdə, daha çox mənfəət əldə etməkdir. 

Bu  səbəbdən  də  bank  kreditləri  bir  qayda  olaraq  yuxarı  faiz  və  ağır 

şərtlərlə  müşahidə  olunur.  Bu  zaman  bank  krediti  əldə  etmiş  hər  hansı  bir 

istehsalçı həmin vəsaiti məlum müddət ərzində həm səmərəli istifadə edərək 

qaytarmalı,  həm  də  onun  üçün  yüksək  suda  faizi  ödəməlidir.  Birinci  cəhət 

istehsalçını  istehsal  prosesini  sürətləndirməyə  sövq  etsə  də,  artıq  ikinci 

cəhət, yəni, nisbətən yüksək kredit faizi məhsulun maya dəyərinin artmasına 

səbəb  olur.  Bu  da  öz  növbəsində  məhsulun  reallaşdırılmasına  öz  mənfi 

təsirini  göstərir.  Bank  kreditinin  qeyd  etdiyimiz  xüsusiyyətlərindən  fərqli 

olaraq,  dövlət  krediti  borc  alanlara  daha  aşağı  faizli  və  güzəştli  şərtlərlə 

kreditlər  təklif  edir.  Bu  kreditlər  də  istehsalçının  mənafelərinə  uyğun 

gələrək, yuxarıda qeyd etdiyimiz neqativ hallara səbəb olmur. 



 

292 


Ümumiyyətlə  dövlət  kreditləri  nisbətən  aşağı  kredit  qabiliyyətli 

müəssisələrə  təqdim  edilir.  Bunu  nəzərə  alaraq  bu  subyektlər  üçün  dövlət 

kreditinin  nə  qədər  böyük  əhəmiyyət  kəsb  etməsini  göz  önünə  almaq  o 

qədər də çətin deyildir. 

Həm  nağd,  həm  də  nağdsız  pul  tədavülü  sferasında  dövlət  kreditinin 

rolu  əhəmiyyətli  dərəcədə  seçilir.  Bu,  eyni  zamanda,  hər  bir  ölkənin  pul 

kredit  sistemi  ilə  bağlıdır.  Əksər  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da 

Mərkəzi Bank nağd pulun emissiyasını inhisarçı qaydada həyata keçirir. Bu 

prosesin  daha  vacib  tərəfi  odur  ki,  ölkədə  nağd  pul  kütləsinin  tədavülə 

buraxılması və tədavüldən kənarlaşdırılması banklar vasitəsilə məhz, kredit 

münasibətləri  əsasında  həyata  keçirilir.  Dövlət  krediti  də  kredit 

münasibətlərinin  tərkib  hissəsi  kimi  sözügedən  iqtisadi  siyasətin 

reallaşdırılmasında az rol oynamır. 

Dövlət fiziki  şəxslərə borc öhdəlikləri, yəni, dövlət qiymətli kağızları 

təklif  etdiyi  zaman  dövriyyədə  olan  bir  qisim  nağd  pul  kütləsini  səfərbər 

etmiş  olur.  Bununla  yanaşı  bir  çox  xırda  və  orta  sahibkarlara  kreditlər 

təqdim edərkən dövlət bu prosesi nağd pul formasında həyata keçirir ki, bu 

da nağd pul dövriyyəsinin artmasına səbəb olur. 

Müasir  şəraitdə  bütün  dəyər  kateqoriyalarında  olduğu  kimi,  dövlət 

kreditində  də  ödənişlər  əksər  hallarda  nağdsız  yolla  aparılır.  Bu  da 

özlüyündə  hər  bir  ölkədə  normal  pul  –  kredit  siyasətinin  tərkib  hissəsidir. 

Hazırda  dövlətin  xarici  subyektlərdən  cəlb  etdiyi  bütün  kreditlər,  eyni 

zamanda, dövlət əhəmiyyətli, iri müəssisələrin kreditləşməsi məhz, nağdsız 

qaydada həyata keçirilməkdədir. 

Dövlət  krediti,  ölkədə  mövcud  pul–kredit  siyasətinin  həyata  keçirilməsi 

zamanı  daşıdığı  əhəmiyyətə  görə  digər  kredit  formalarından  fərqlənir.  Bunu 

daha çox, nağd pul dövriyyəsinin tənzimlənməsi zamanı müşahidə etmək olar. 

Belə  ki,  dövlət  kreditinin  pul  dövriyyəsinə  təsiri  digər  kredit  formalarından 

daha tez hiss olunur. 

Fərz  edək  ki,  hər  hansı  bir  müəssisə  bank  krediti  əldə  edir.  Bundan 

sonra o, həmin vəsaiti öz fəaliyyət istiqamətinə yönəldərək kapitala çevirir. 

Məlum  olduğu  kimi  yalnız  müəyyən  müddətdən  sonra  müəssisənin  gəliri 

hesabına  işçilər  əmək  haqqı  alacaq  və  beləliklə  vəsait  yenidən  dövriyyəyə 

daxil olacaqdır. Bundan  fərqli olaraq, dövlətin daxili  borclanma prosesində 

cəlb  olunmuş  vəsaitlər  əksər  hallarda,  dövlət  büdcəsi  ehtiyaclarına 

yönəldilərək daha qısa müddətə yenidən əmək haqqı, pensiya və s. ödənişlər 

formasında əhaliyə qaytarılır. 

Bütün  bunlarla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  ölkə  iqtisadiyyatında 

dövlət  kreditinin  rolu  və  onun  istifadə  sferası  heç  də  stabil,  dəyişməz 

deyildir.  Ölkədə  iqtisadi  sistemin  dəyişilməsi  və  yeni  iqtisadi  şərtlərin 

mövcudluğu  şəraitində  dövlət  kreditinin  rolu  və  istifadə  sferası  da 


 

293 


dəyişikliklərə məruz qalır. 

Milli  pul  vahidinin  gündən  günə  dəyərə  mindiyi  şəraitdə  əhalinin 

dövlət  qiymətli  kağızlarına  tələbi  artır.  Bu  ondan  irəli  gəlir  ki,  müəyyən 

müddətdən  sonra  həmin  borc  öhdəlikləri  nominal  surətdə  geri  qaytarılaraq 

daha böyük real dəyərə malik pul ilə əvəz olunacaqdır. 

Ölkədə mövcud inflyasiya şəraitində isə dövlət qiymətli kağızlarına tələb 

əsaslı  şəkildə  aşağı  enir.  Belə  ki,  pulların  qiymətli  kağızlarda  yatıran  əhali 

nominal olaraq vəsaitlərini geri alsalar da, həmin məbləğ inflyasiya səbəbindən 

aşağı real dəyərə malik olacaqdır. 

Buradan  aydın  olur  ki,  ölkədə  iqtisadi  inkişafın  mövcud 

səviyyəsindən,  maliyyə  və  pul–kredit  sisteminin  durumundan  asılı  olaraq 

dövlət  krediti  münasibətləri  fərqli  səviyyədə  inkişaf  edir  və  müxtəlif 

qanunlar əsasında fəaliyyət göstərir. 

Bir çox dövlətlərdə olduğu kimi Azərbaycanda da inzibati amirlikdən 

bazar  iqtisadiyyatına keçid dövlət krediti  münasibətlərinin  inkişafına səbəb 

olmuşdur.  Məlum  olduğu  kimi,  birincidən  fərqli  olaraq  bazar  iqtisadiyyatı 

şəraitində  dövlət  iqtisadiyyatı  birbaşa  deyil  dolayısı  ilə,  yəni  tənzimləmə 

alətləri  ilə  idarə  edir.  Bu  iqtisadi  tənzimləmə  alətlərindən  biri  də  dövlət 

kreditidir. 

Dövlət  krediti  münasibətlərinin  bazar  iqtisadiyyatı  şəraitində 

inkişafına  misal  olaraq  dövlətin  zəmanətçi  kimi  çıxış  etdiyi  kredit 

müqavilələrini  göstərə  bilərik.  Dövlət  kreditinin  bu  forması  məhz,  yeni 

iqtisadi  sistemin  -  bazar  iqtisadiyyatının  tələblərindən  irəli  gəlir.  Belə  ki, 

iqtisadiyyatın  planlı  idarə  edilməsi  sistemində  bütün  iqtisadi  subyektlər 

dövlətin  mülkiyyətində  olduğundan,  dövlət,  alınmış  kreditlərin  istifadəçisi 

kimi  ancaq  özü  çıxış  edir.  Eyni  zamanda,  ölkə  ərazisində  müstəqil 

mülkiyyətə malik və prioritet sahə kimi xarakterizə olunan iqtisadi subyekt 

mövcud  deyildir  ki,  dövlət,  həmin  müəssisə  yaxud  təşkilatın  cəlb  etdiyi 

kreditlər üçün zəmanət təqdim  etmiş olsun. Bu hal  mümkün olmadığından, 

planlı  iqtisadiyyat  şəraitində  dövlətin  yalnız  zəmanətçi  kimi  iştirak  etdiyi 

dövlət krediti münasibətləri də mövcud olmamışdır. 

Bundan  fərqli  olaraq,  bazar  münasibətləri  şəraitində  dövlət  kreditini 

iqtisadi  tənzimləmə  aləti  kimi  xarakterizə  edən  əsas  cəhətlərdən  biri  də 

dövlət  zəmanəti  ilə  təqdim  olunan  kreditlərdir.  Dövlət  həmin  sahələrin 

kredit ehtiyacını ödəməklə dolayısı ilə tənzimlənən iqtisadi siyasət yürütmüş 

olur. 


Bütün  bunları  ümumiləşdirərək  müasir  iqtisadi  inkişafda  dövlət 

kreditinin rolunu aşağıdakı kimi sıralaya bilərik: 

  dövlət  krediti  büdcənin  gəlir  və  xərcləri  səviyyəsinin  qeyri 

tarazlığını  aradan  qaldırmaqla  büdcə  xərclərinin  ahəngdarlığını 

təmin edir; 


 

294 


  büdcə kəsrinin örtülməsi üçün əsas maliyyə mənbəyi kimi dövlətin 

qarşılaşdığı vəsait qıtlığını aradan qaldırır; 

  dövlətin  vaxtı  çatmış  borc  öhdəliklərinin  icrası  üçün  maliyyə 

mənbəyi rolunu oynayır; 

  inkişafı  milli  iqtisadiyyat  baxımından  mühüm  əhəmiyyət  kəsb 

edən sahələrin uyğun kreditlərlə təmin edilməsini həyata keçirir; 

  nisbətən  aşağı  kredit  qabiliyyətli  müəssisələrin  kredit  ehtiyacını 

ödəyir; 


  dövlət 

əhəmiyyətli 

müəssisələrin 

vəsait 


qıtlığını 

aradan 


qaldırmaqla  orada  istehsalın  inkişafına  və  ahəngdarlığına  şərait 

yaradır; 

  ölkədə nağd və nağdsız pul dövriyyəsinə təsir etməklə pul –kredit 

siyasətinin tərkib hissəsi kimi çıxış edir. 

  kredit münasibətlərinin bir hissəsi kimi borc vəsaitlərinin qənaətli 

və səmərəli istifadəsini şərtləndirir. 

  dövlət  qiymətli  kağızları  vasitəsilə  ölkədə  qiymətli  kağızlar 

bazarının inkişafını təmin edir; 

  hüquqi  və  fiziki  şəxslərin  sərəncamında  olan  sərbəst  pul 

vəsaitlərinin  səmərəli  istifadəsini,  eyni  zamanda  xarici  maliyyə 

mənbələrinin  –  beynəlxalq  kreditlərin  ölkə  iqtisadiyyatına  cəlb 

edilməsini həyata keçirir və s. 

Dövlət kreditinin istifadəsi zamanı effektiv nəticələrə nail olmaq üçün hər 

şeydən  öncə  ölkədə  sağlam  pul–kredit  siyasəti  həyata  keçirilməlidir.  Hazır  ki 

şəraitdə  bu  cür  siyasət  inflyasiyanın  idarə  edilməsi  baxımından  daha  mütləq 

zərurətə çevrilir ki,  bu da öz  növbəsində  bir çox  hallarda dövlətdən  daha  sərt 

iqtisadi siyasətə əl atmağı tələb edir. 

Burada,  pul  vahidinin  möhkəmliyinin  və  eləcə  də  dövlət  krediti 

münasibətlərindəki  digər  iştirakçıların  maraqlarının  qorunması  böyük 

əhəmiyyət daşıyır. 

Birinci cəhət, yəni kəskin inflyasiya prosesi təkcə dövlət krediti deyil, 

eyni  zamanda  bütün  dəyər  kateqoriyalarının,  o  cümlədən  digər  kredit 

münasibətlərinin də qanunlarına ziddir. 

Məhz  ağır  inflyasiya  problemləri  ilə  qarşılaşan  iqtisadiyyatda  dövlət 

kreditinin  daşıdığı  əhəmiyyət  aşağı  enir  və  iqtisadi  inkişafa  göstərdiyi 

təsirlər öz səmərəliliyini itirir. 

Bütün iqtisadi münasibətlərin dövlət tərəfindən tənzimlənməsi, ölkədə 

normal  pul-kredit  siyasətinə  nail  olunması  dövlət  kreditinin  iqtisadi 

inkişafda  rolunu  artırır  və  son  nəticədə  sosial  –  iqtisadi  tərəqqiyə  gətirib 

çıxarır. 

Bütün  kredit  münasibətləri  kimi  dövlət  kreditinin  də  müəyyən 

əsaslandırılmış  sərhədləri  vardır  ki,  bu  sərhədlərin  gözlənilməsi  həm  ayrı 



 

295 


ayrılıqda iştirakçı subyektlər üçün, həm də bütövlükdə iqtisadi sistem üçün 

çox vacibdir. 

Yalnız  optimal  səviyyədə  olan  dövlət  krediti  münasibətləri 

iqtisadiyyatda  müsbət  təsirlər  göstərə  bilər.  Dövlət  kreditindən  məhdud 

səviyyədə  istifadə  olunması  iqtisadi  inkişaf  prosesinə  mənfi  təsir  göstərir, 

eyni  zamanda  bir  çox  sahələrdə  təkrar  istehsal  tempinin  aşağı  düşməsinə 

səbəb olur. Doğrudur dövlət kreditinin ölkənin istehsal və digər sferalarında 

yaratdığı  boşluqları  başqa  kredit  münasibətləri  hesabına  doldurmaq  olar. 

Lakin,  bu  sahələrdə  əldə  olunacaq  səmərəlilik  dövlət  kreditindəki  qədər 

olmayacaqdır.  Bu  da  onun  digər  kredit  formalarından  olan  fərqindən  irəli 

gəlir.  Belə  ki,  ölkənin  prioritet  sahələri  dövlət  krediti  vasitəsilə  ucuz  və 

güzəştli kreditlərlə təmin olunmazsa, əvəzində daha ağır şərtləri  ilə  seçilən 

kredit  müqaviləsi  yer  alacaq  ki,  bu  da  son  nəticədə  borc  vəsaitinin 

səmərəliliyinin  aşağı  düşməsinə  və  başqa  arzuolunmaz  hallara  gətirib 

çıxaracaqdır. 

Dövlət krediti digər kredit  formalarından daha bir xüsusiyyətinə görə 

fərqlənir ki, bu da onun bir çox  hallarda birbaşa mənfəət əldə edilmək üçün 

deyil,  dövlətin  zəruri  xərclərinin  ödənilməsi  üçün  istifadə  edilməsidir. 

Deməli, dövlət krediti vasitəsilə dövlətin sosial siyasətində yaranan boşluqlar 

doldurulur.  Bu  yöndə  dövlət  kreditinin  istifadəsi  məhdudlaşarsa  bu,  hər 

şeydən öncə sosial iqtisadi gərginliklərlə müşahidə olunacaqdır. 

İnkişaf  səviyyəsindən  asılı  olmayaraq,  müasir  dünyanın  bütün 

dövlətləri dövlət büdcəsinin icrası zamanı qeyri ahəngdarlıqlarla, boşluqlarla 

qarşılaşır.  Müvəqqəti  xarakter  daşıyan  bu  problemlərin  ən  əlverişli  həlli 

yolu  məhz,  dövlət  krediti  vəsaitlərindən  istifadə  etməkdir.  Dövlət 

kreditindən  daxil  olan  vəsaitlər  dövlətin  cari  ehtiyaclarını  ödəyir,  hökumət 

də  öz  növbəsində  müəyyən  edilmiş  vaxt  ərzində  digər  mənbələr  hesabına 

dövlət krediti öhdəliklərini yerinə yetirir. 

Qeyd  etdiyimiz  şəraitdə  dövlət  kreditlərindən  optimal  səviyyədə 

istifadə olunmadıqda, həmin maliyyə boşluqlarının aradan qaldırılması üçün 

başqa mənbələrin köməyinə ehtiyac yaranır. Həmin mənbələrdən yuxarıdakı 

məqsədlər  üçün  istifadə  olunması  da,  heç  də  həmişə  qənaət  bəxş  sayıla 

bilməz.  Hökumətin  sərəncamında  olan  maliyyə  mənbələrindən  biri  ölkənin 

strateji  valyuta  ehtiyatlarıdır.  Xarici  ölkənin  pul  vahidlərində  qorunan  bu 

fondun  yaradılmasında  əsas  məqsəd  dövlətin  qarşılaşa  biləcəyi  dərin 

maliyyə  böhranları  zamanı  onun  iqtisadi  –  maliyyə  təhlükəsizliyini 

qorumaqdır.  Bu  ehtiyat  fondundan  digər  cari  məqsədlər  üçün  istifadə 

olunması  heç  də  müsbət  hal  sayılmır  (bu  yöndə  bir  çox  istisnalar  olsa 

belə…) 

Fərz  edək  ki,  dövlət  özünün  cari  büdcə  ehtiyaclarını  dövlət  krediti 



kimi  cəlb  edilmiş  vəsaitlər  ilə  deyil  məhz,  bu  fondun  vasitəsilə  aradan 

 

296 


qaldırmağa  çalışır.  Dövlət  beynəlxalq  valyutalarda  qorunan  bu  vəsaitləri 

milli valyutaya çevirmək üçün ölkədaxili valyuta birjasında təklif edəcəkdir. 

Bu  addım  valyuta  məzənnəsinin  stabilliyinə  təsir  göstərəcəkdir.  Bundan 

sonra  hökumət  həmin  vəsaiti  büdcə  ehtiyaclarına  ödəyəcəkdir.  Müəyyən 

müddət  keçəndən  sonra,  həmin  fonddan  istifadə  olunmuş  məbləği  geri 

qaytarmaq  lazım  gəldikdə  hökumət,  dövlət  büdcəsi  hesabına  ölkədaxili 

valyuta  birjasında  beynəlxalq  valyutalar  əldə  edəcəkdir.  İkinci  dəfə,  yəni, 

dövlət valyuta alıcısı kimi çıxış etdiyinə görə nisbətən  yüksək  məzənnə  ilə 

qarşılaşacaqdır.  Bu  əməliyyat  sonunda  isə  dövlət  valyuta  itkisinə  məruz 

qalacaqdır. Beləliklə aydın olur ki, cari  büdcə ehtiyaclarını  və  s. ödənişləri 

həyata  keçirmək  üçün  ən  əlverişli  yol  optimal  həcmdə  dövlət  kreditindən 

istifadə etməkdir. 

Dövlət  kreditindən  lazımı  səviyyədə  istifadə  olunmaması,  yəni  onun 

məhdudlaşdırılması  daha  bir  çox  problemlərin  meydana  gəlməsinə  səbəb 

olur ki, bunlardan biri də ölkə iqtisadiyyatına kapital qoyuluşu ilə bağlıdır. 

Hər şeydən öncə qeyd etmək lazımdır ki, kapital qoyuluşunun əsasən 

2  istiqaməti  vardır:  investisiya  yatırımı  və  kredit  qoyuluşları.  Hər  iki 

istiqamətin biri birindən həm üstün, həm də, çatışmaz cəhətləri vardır. Əgər 

ölkə iqtisadiyyatına investisiya yatırımı zamanı heç bir borc öhdəliklərindən 

söhbət  getmirsə  də  ümumi  daxili  məhsulun  bölgüsü  zamanı  xarici 

subyektlərin  pay  sahibi  olması  ümumi  milli  məhsul  baxımından  heç  də 

arzuolunan deyildir. 

Sahələrin  kredit  qoyuluşları  yolu  ilə  kapitallaşdırılması  zamanı  isə 

kredit  borclarının  qaytarılmasından  sonra  həmin  sahədən  əldə  olunan 

mənfəət milli səhmdarlara, milli iqtisadiyyata məxsus olacaqdır. 

Ölkə  iqtisadiyyatının  kreditləşdirilməsi  zamanı  daxili  kredit 

mənbələrinin rolu ən səmərəli olsa da bir çox hallarda xarici kreditorlara da 

ehtiyac  yaranır.  Bu  istiqamətdə  xarici  bankların,  ən  əsası  da  beynəlxalq 

maliyyə  –  kredit  təşkilatlarının  rolu  əvəzsizdir.  Məhz,  dövlət  kreditinin 

köməyi  ilə  bu  qurumların  təklif  etdiyi  kreditlər  ölkə  iqtisadiyyatının 

kapitallaşdırılması işində böyük rola malik olur. 

Beynəlxalq  maliyyə qurumlarının kreditlərindən  yararlanmaq  siyasəti 

hal  –  hazırda  ekspertlər  tərəfindən  bir  mənalı  qəbul  edilmir.  Belə  ki,  bir 

çoxları  bu  kreditlərin  gələcəkdə  hər  bir  inkişaf  etməkdə  olan  dövlət  üçün 

ağır  borc  problemləri  doğuracağını  deyir.  Səslənən  bu  fikirlər  qloballaşan 

dünya  iqtisadiyyatı  fonunda  bugünkü  reallıqlarla  üst-üstə  düşsə  də  həmin, 

borc  vəsaitlərinin  səmərəli  formada  istifadəsi  və  vaxtlı–vaxtında,  tam 

həcmdə  qaytarılması  təqdirində  öz  əhəmiyyətini  itirir.  Doğrudur,  bu 

beynəlxalq  kreditlərin  bir  qismi,  xüsusən  də  BVF-nin  (Beynəlxalq  Valyuta 

Fondu)  kreditləri  qısamüddətli  olduğundan  onların  normal  şəkildə  idarə 

olunmasına  gənc  dövlətlərin  iqtisadi  gücü  imkan  vermir  və  nəticədə 


 

297 


sözügedən  problemlər  meydana  çıxır.  Lakin  bütün  bunlarla  yanaşı  qeyd 

etmək  lazımdır  ki,  bütün  kredit  münasibətləri  kimi  dövlət  kreditində  də 

hərəkət  qanunauyğunluğu  tam  şəkildə  icra  olunarsa,  yəni  borc  vəsaitləri 

səmərəli  istifadə olunaraq tam  həcmdə geri qaytarılarsa,  bu  növ kreditlərin 

ancaq və ancaq səmərəliliyindən söhbət gedə bilər. 

Deməli,  dövlət  krediti  daxili  mənbələr  ilə  yanaşı  xarici  kredit 

qaynaqlarından da yararlanmağa imkan verir. 

Məhdud səviyyədə olduğu kimi  ifrat səviyyədə də dövlət kreditindən 

istifadə  olunması  onun  səmərəliliyini  aşağı  salır.  Bu  baxımdan  dövlət 

kreditinin formaları da fərqləndirilir. 

Dövlətin kreditor kimi iştirak etdiyi münasibətlərə nəzər salaq: 

Dövlətin  lazımı  sahələrə  yönəltdiyi  büdcə  kreditlərinin  ucuz  və 

güzəştli  olmaqla  yanaşı  ölkə  iqtisadiyyatı  üçün  vacibliyi  haqqında  çoxlu 

izahlar vermişik. Bununla yanaşı, dövlət büdcəsinin xərc hissəsində yer alan 

bu  vəsaitlər  də  optimal  həcmdə  müəyyən  edilməlidir.  Çünki,  ölkədə  kredit 

siyasətinin  əsasına  bank  sistemi,  daha  dəqiq  desək,  kommersiya  bankları 

həyata  keçirir.  Dövlət  büdcəsi  hesabına  böyük  həcmdə  kreditlər 

yerləşdirmək  büdcə  qanunauyğunluğu  baxımından  əlverişli  sayıla  bilməz. 

Çünki  bu  hal,  sonunda,  büdcədə  vəsait  qıtlığına,  eləcə  də,  sosial  sferanın 

maliyyələşdirilməsində çətinliklərə gətirib çıxaracaqdır. 

Dövlət  kreditinin  optimal  səviyyədə  tənzim  olunması  dövlətin  borc 

alan kimi çıxış etdiyi münasibətlər baxımından daha aktualdır. Bütün kredit 

münasibətlərində  olduğu  kimi  dövlət  kreditində  də  ən  böyük  məsuliyyət, 

məhz  borc  alanın  üzərinə  düşür.  Bu  baxımdan  dövlət,  kredit 

münasibətlərində  borc  alan  kimi  iştirak  etdiyi  zaman  ağır  borc  öhdəliyinin 

acı  nəticələrindən  çəkinməli,  yalnız  və  yalnız  ehtiyac  olduğu  qədər 

borclanmalıdır. 

Dövlət daxili borclanma zamanı qısamüddətli və nisbətən yuxarı faizli 

kreditlər  əldə  edir.  Əvvəllərdə  qeyd  etdiyimiz  kimi,  bu  kreditlər  dövlət 

büdcəsi  ehtiyaclarına  sərf  edilir  və  onların  qaytarılma  mənbəyi  kimi  də 

dövlət  büdcəsi  çıxış  edir.  Ona  görə  də,  həddindən  artıq  daxili  borc 

öhdəlikləri  qəbul  edən  hökumət  onları  lazımi  səviyyədə  idarə  edə 

bilməyəcəkdir.  Bunun  da  nəticəsində  həm  dövlət  büdcəsində  sabitsizliyə, 

həm də əhalinin dövlət qiymətli kağızlarına inamının aşağı düşməsinə səbəb 

olan neqativ hallara rast gəlinəcəkdir. 

Xarici  kreditlərin  optimal  həddinə  gəldikdə  isə  bu  haqda  ancaq  onu 

demək kifayətdir ki, gənc dövlətlərin normadan artıq həcmdə kreditləşməsi 

və  xarici  kreditlərin  səmərəli  şəkildə  istifadə  olunmamağı  nəticəsində 

müasir dünyada ağır borc problemi öz acı hökmünü sürməkdədir. 

Hazırda  dünyanın  bir  çox  gənc  dövlətləri  daxili  potensial  hesabına 

ölkə  iqtisadiyyatını dirçəltmək  yerinə,  beynəlxalq kreditlərin köməyi  ilə  bu 


 

298 


vəzifənin  öhdəsindən  gəlmək  iqtidarındadır.  Daha  artıq  səviyyədə 

beynəlxalq  kreditlər  cəlb  etmək,  və  aşağı  gəlirli  sahələrə  onları  yönəltmək 

yolu ilə ölkələr dünyanın borclu dövlətləri sırasına “öz adlarını yazırlar”. 

Argentina, Meksika, Braziliya və s. kimi dövlətlərin təcrübəsi göstərir 

ki, ağır xarici borc öhdəlikləri daşımaqla nəinki, iqtisadi inkişafa nail olmaq 

mümkün  deyildir,  eyni  zamanda,  dövləti  bu  ağır  öhdəliklərdən  qurtarmaq 

belə illər uzunu ağır bir əngələ çevrilməkdədir. 

Milli  iqtisadi  maraqlar  baxımından  da  ifrat  səviyyədə  xarici 

kreditlərdən  istifadə  edilməsi  yol  verilməz  sayılır.  Məlum  olduğu  kimi 

dövlət,  istifadə  olunmuş  kreditlərə  görə  xarici  kreditorlara  haqq  ödəyir. 

Kreditə  görə ödənişin  milli  iqtisadiyyat  sərhədlərini  aşması  da  arzu  olunan 

deyil. 


Dövlət kreditindən əldə olunan səmərəlilik həm mikro, həm də makro 

səviyyədə qiymətləndirilir. Mikro səviyyə dedikdə müəssisələrin, firmaların 

və  yarı-ayrılıqda  fiziki  şəxslərin  dövlət  krediti  münasibətləri  zamanı  əldə 

etdikləri səmərə,  fayda  başa düşülür. Fərz edək ki,  hər  hansı  bir  hüquqi  və 

ya  fiziki  şəxs  dövlət  qiymətli  kağızlarından  mənfəət  əldə  edir,  yaxud,  hər 

hansı  bir  firma  və  ya  müəssisə  dövlət  kreditləri  əldə  etməklə  öz  fəaliyyət 

sferasında mənfəətə nail olur. Bütün bu qeyd etdiklərimiz, dövlət kreditinin 

mikro səviyyədə səmərəliliyinə misaldır. 

Makro  səviyyədə  səmərəlilik  dedikdə  isə  dövlət  krediti  vasitəsi  ilə 

ümumdövlət, ümumxalq maraqlarının həyata keçirilməsi başa düşülür. Buna 

misal  olaraq  büdcə  kəsrinin  dövlət  krediti  vasitəsilə  aradan  qaldırılmasını 

göstərə  bilərik.  Çünki,  dövlət  büdcəsi  ayrı-ayrılıqda  hər  hansı  bir  iqtisadi 

subyektin maraqlarını deyil ümumxalq maraqlarını ifadə edir. 

     Eyni zamanda dövlət krediti, əvvəllərdə qeyd etdiyimiz kimi, iqtisadi 

siyasəti həyata keçirən, dövlətin tənzimləmə alətlərindən biridir. Bu cəhət, 

bir daha dövlət kreditinin makro səviyyədə səmərəliliyini ifadə. 



 

299 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin