DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


 Dövlət kreditinin hərəkət mexanizmi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   41
Maliyye


17.2. Dövlət kreditinin hərəkət mexanizmi 

 

Dövlət  krediti  bir  kredit  forması  kimi  vahid  hərəkət  mexanizminə 



malikdir.  

Dövlət  kreditinin 

strukturunda  olduğu  kimi,  onun 

hərəkət 


mexanizmində də heç bir elementi digərlərindən ayırmaq və süni olaraq bu 

iqtisadi  kateqoriyanın  əsası  kimi  təqdim  etmək  mümkün  deyildir.  Amma 

buna  baxmayaraq  bir  çox  hallarda  aparılan  analizin  tamlığı  pozulur  və 

yanlışlığa  yol  verilir.  Məsələn,  guya  kredit  ancaq  sərbəst  vəsaitin 

yerləşdirilməsidir,  və  ya  kredit  onun  istifadəsi  zamanı  formalaşır,  ən 

nəhayət, kredit borc vəsaitinin qaytarılmasında öz mahiyyətini tapır. 

Ümumiyyətlə  bu  cür  yanaşma  dövlət  kreditinin  vahid  hərəkət 

mexanizminə zidd olaraq onun prinsiplərini pozmuş olur. 

Dövlət krediti mahiyyətini hərəkətin başlanğıc mərhələsi olan vəsaitin 

yerləşdirilməsi,  son  mərhələsi  olan  vəsaitin  ilkin  sahibinə  qayıtması  ilə 

müşahidə olunur. 

 

 



Bu  prosesin  əsasını  ilkin  dəyərin  yığılması  və  toplanması  təşkil  edir. 

Çünki,  kimə  isə  bir  qədər  pul  vəsaiti  və  yaxud  digər  bir  şey  vermək  üçün 

mütləq onu toplamaq və ya yığmaq lazımdır.  

Deməli  dövlət  kreditinin  hərəkəti  mexanizmində  ilkin  mərhələ  olan 

vəsaitin  yerləşdirilməsinin  əsasını  yığım  tutur.  Belə  ki,  yığımsız  kredit 

olmadığı kimi, yığımsız dövlət krediti də mövcud deyildir. 

Vəsaitin  yerləşdirilməsi  hazırkı  şəraitdə  dövlət  krediti  münasibətinin 

əsasını  təşkil  edir.  Şübhəsiz  ki,  burada  söhbət  məqsədli  və  uğurlu 

yerləşdirmədən  gedir.  Heç  bir  dövlət,  sahibi  və  ya  zəmanətçisi  olduğu 

vəsaiti  istənilən, subyektə  “açıq qəlb”  ilə  verməyəcəkdir. Eyni  zamanda da, 

heç bir hüquqi və yaxud fiziki şəxs özünün sərbəst vəsaitini istənilən dövlət 

qiymətli kağızında investisiya kimi yerləşdirməyəcəkdir. Bunun üçün həmin 



 

276 


kreditorlar  suda  dəyərini  daha  məqsədli  və  etibarlı  yerləşdirdiklərinə  əmin 

olmalı və onun tam qaytarılmasına şübhə etməməlidirlər. 

Bazar  iqtisadiyyatı  şəraitində  ən  iri  kreditorlar  kimi  banklar  və  qeyri 

bank  kredit  təşkilatları  fəaliyyət  göstərir.  Bu  iri  kredit  subyektlərinin  əsas 

məqsədi  müstəqil  hüquqi  şəxs  kimi,  daha  çox  mənfəət  əldə  etməkdir. 

Beləliklə,  bu  kreditorlar  vəsaitlərini  yerləşdirdikləri  zaman  borc  alanın 

gələcək  fəaliyyət istiqaməti, eləcə də  maliyyə durumu üçün  maraqlı olsalar 

da başlıca məqsəd kimi göz önündə əsas və faiz məbləğinin vaxtında və tam 

geri dönməsi durur. 

Dövlətin  kreditor  kimi  çıxış  etdiyi  kredit  münasibətləri  isə  bu 

cəhətdən,  qeyd  etdiyimiz  formalardan  çox-çox  fərqlənir.  Belə  ki,  yalnız 

inkişafı ümumi dövlətin tərəqqisi ilə bilavasitə bağlı olan sahələrin kreditoru 

olan  dövlət,  yəni  hökümət,  əsas  məqsəd  kimi  bu  kreditdən  gələn  mənfəəti 

yox,  həmin  sahənin  bu  və  ya  digər  dərəcədə  inkişafını  ön  plana  çəkir.  Bu 

kimi  kreditlərin  faizi  isə  mənfəət  naminə  yox,  verilən  suda  dəyərinin 

nominal  olaraq  aşağı  düşə  biləcəyi  ilə  bağlıdır.  Ona  görə  də  bu  kreditlər 

aşağı  faizli  və  güzəştli  şərtlərlə  bağlı  olur.  Bəzən  bu  sahələrə  dövlət 

tərəfindən faizsiz kreditlər verilir. 

Vəsaitin  borc  alan  tərəfindən  qəbul  edilməsi  –  onun  müxtəlif 

məqsədlər  üçün  istifadə  olunması  imkanı  ilə  seçilir.  Borc  alan  şəxs  əldə 

etdiyi  vəsaitin  müvəqqəti  sahibi  kimi  onu  kreditorla  razılaşmaq  şərti  ilə 

özünün istənilən ehtiyacına yönəldə bilər. Bu istiqamətlərdən biri də köhnə 

borcların yeni kreditlər vasitəsilə ödənilməsidir ki, borc alan subyekt kimi – 

dövlət bu  yola daha  çox  müraciət edir. Dövlətin  və  ya digər  borc alanların 

alınan  krediti  hansı  istiqamətə  yönəltmələrindən  asılı  olmayaraq,  təsbit 

edilmiş müddət ərzində verilən borc məbləği əsas və faiz dəyəri ilə kreditora 

qaytarılmalıdır. 

Bundan başqa borc alan tərəfindən kredit məbləğinin istifadə olunması 

ümumi hərəkət mexanizminin mərkəzində durur. Kreditin istifadəsi istənilən 

kredit formasında olduğu kimi dövlət kreditində də əsas məqsəddir. Dövlət 

krediti  hərəkətinin  sonrakı  mərhələləri  məhz  borc  vəsaitinin  istifadəsindən 

asılıdır.  Düzgün  istiqamətdə  istifadə  olunmayan  borc  vəsaiti  kreditin 

qaytarılması üçün resurs təminatını verə bilməyəcəkdir. Bundan sonra kredit 

məbləği  qaytarılmayacaq  belə  olduğu  halda  bir  kredit  forması  kimi  dövlət 

kreditinin hərəkət trayektoriyası qırılacaqdır. 

Kredit  məbləğinin  istifadəsi  dövlət  krediti  münasibətlərində  daha 

böyük əhəmiyyət kəsb edir. Bunu dövlətin həm borc alan, həm də zəmanətçi 

kimi  çıxış  etdiyi  münasibətlərə  şamil  etmək  olar.  Hər  iki  halda  borc 

vəsaitinin  düzgün  istifadə  olunmaması  da  dövləti  ağır  öhdəliklər  daşımağa 

sövq  edir  ki,  bu  da  son  nəticədə  sosial  təbəqənin,  yəni,  əhalinin  sosial-

iqtisadi maraqlarına zidd çıxır. 


 

277 


Kredit məbləğinin səmərəli və məqsədəuyğun istifadə olunması isə öz 

növbəsində,  dövlət  kredit  münasibətlərinin  sonrakı  inkişafını  təmin  edir  və 

bu da, ölkənin ümumi iqtisadi tərəqqisi deməkdir. 

Borcun  qaytarılması  üçün  resursların  səfərbər  edilməsi,  kredit 

məbləğinin borc alanın təsərrüfatında dövriyyəsinə son qoyur. 

Yığım,  kredit  yerləşdirilməsi  üçün  ilkin  mərhələ  olduğu  kimi, 

vəsaitlərin (resursların) səfərbər edilməsi də borcun qaytarılması prosesinin 

əsasını təşkil edir. 

Bu mərhələ ümumi dövlət kreditinin hərəkət mexanizminə aid olsa da, 

birbaşa  kreditor  və  borc  alan  münasibətlərinə  yox,  borc  alanın  təsərrüfat 

fəaliyyətinin tərkib hissəsinə daxildir. Bu, dövlət kreditinin növbəti hərəkət 

fazasına daxil olmağının material əsası kimi çıxış edir. 

Dövlət  kreditində  resursların  səfərbər  edilməsi  öz  obyektinə  görə  2 

yerə ayrılır: 

1.  Kredit  yatırılan  obyektin  bilavasitə  öz  resurslarının  səfərbər 

edilməsi; 

2.  Borcların  qaytarılması  üçün  resurs  mənbəyinin  tapılması  və 

səfərbər edilməsi. 

I  qrupa  digər  kredit  münasibətləri  kimi  dövlətin  kreditor  kimi  iştirak 

etdiyi dövlət kreditlərini də aid etmək olar. Hər hansı bir dövlət əhəmiyyətli 

maddi  istehsal  sahəsinin  kreditoru  olan  dövlətin,  vəsaitini  qaytarmaq  üçün 

həmin sahənin öz resursları səfərbər edilir. 

II  qrupu  isə  daha  çox  borclu  kimi  dövlətin  yer  aldığı  kredit 

münasibətlərinə  aid  edə  bilərik.  Belə  ki,  cəlb  etdiyi  borc  vəsaitlərini  fiskal 

ehtiyaclara,  o  cümlədən  büdcə  kəsrinin  örtülməsinə,  büdcənin  gəlir  və 

xərclərinin  tarazlaşdırılmasına  yönəldən  dövlət  bəzi  hallarda  borcun 

qaytarılması  üçün  digər  mənbələr  axtarıb  tapmalı  olur.  Buna  misal  olaraq 

ölkənin qızıl – valyuta ehtiyatlarını göstərə bilərik ki, bir çox hallarda dövlət 

bu fondun köməyi ilə bəzi kreditlərini qaytarmağa nail olur. 

Ən  sonda  isə  müvəqqəti  istifadə  olan  borc  vəsaitinin  borc  alandan 

kreditora keçməsidir, yəni, kreditin qaytarılmasıdır. 

Borc  alanın  təsərrüfat  fəaliyyətində  məlum  “işlər”  görən  dəyər,  öz 

müvəqqəti sahibini “tərk edərək” əsl sahibinə – kreditora keçir. 

Resursların səfərbər edilməsinin qeyd etdiyimiz 2 müxtəlif üsulundan 

asılı  olaraq  borc  vəsaitinin  qaytarılması  da  keyfiyyət  baxımından  fərqlənə 

bilər. 


Burada fikrimizə tam aydınlıq gətirmək üçün dövlətin zəmanətçi kimi 

iştirak etdiyi kredit münasibətlərini misal çəkə bilərik: 

Hər  hansı  bir  xarici  kreditorun  dövlət  zəmanəti  altında  dövlət  və  ya 

qeyri dövlət müəssisəsinin hesabına daxil olmuş borc vəsaitinin qaytarılması 

üçün  dövlət  elə  həmin  müəssisə  qədər  məsuliyyət  daşıyır.  Bu  halda  həmin 


 

278 


müəssisə  öz  resursları  hesabına  qaytara  bilmədikdə  borc,  bir  ağır  öhdəlik 

kimi  dövlətin  üzərində  qalmış  olur.  Sonralar  bu  borc  məbləği  digər 

mənbələr  hesabına  qaytarılsa  da,  kredit  özünün  əsas  keyfiyyətlərindən  biri 

olan effektivliyini itirmiş olur. 

 Müvəqqəti  istifadədən  sonra  kreditor  tərəfindən  suda  dəyərinin  və 

kredit  faizinin  geri  alınmasıdır  ki,  bu  da  dövlət  krediti  hərəkətinin  son 

mərhələsidir. 

Bu  da  eyni  zamanda  sonrakı  kredit  münasibətlərinin  başlanğıcı  kimi 

xarakterizə olunur. Bu da ümumi kredit dəyərinin tam ödənib ödənməməsi 

ilə bağlıdır. 

Kreditor tərəfindən verilən vəsaitin geri alınması 3 cür ola bilər: 

1.  Borc vəsaitinin ümumiyyətlə qaytarılmaması. 

2.  Borc vəsaitinin yalnız ilkin dəyərinin qaytarılması. 

3.  Borcun tam qaytarılması. 

Birinci  halda, kredit qanunu pozulmuş  hesab edilir  və  burada  heç  bir 

kredit  münasibətlərindən  söz  gedə  bilməz.  Bundan  başqa  kredit  vəsaitinin 

haralardasa  “itib  batması”  gələcəkdə  qurula  biləcək  hansı  isə  kredit 

müqaviləsinin reallaşmamağından xəbər verir. 

İkinci  halda,  yəni,  borc  faizi  yox,  yalnız  əsas  məbləğin  geri 

qaytarılması  kredit  münasibətinin  səmərəsiz  olması  deməkdir.  Bu  zaman 

kreditorun  mənfəəti  təmin  edilmir  və  beləliklə  növbəti  dövlət  krediti 

münasibətlərinə stimul yaranmır. 

Ən nəhayət, dövlət krediti hərəkətinin sonuncu mərhələsi əsas və faiz 

məbləğinin  geri  qaytarılması  ilə  müşaiyət  olunarsa,  onda  dövlət  krediti 

iqtisadi  münasibətlər  sisteminin  bir  hissəsi  kimi  öz  tamlığını  və 

effektivliyini qoruyub saxlamış olur. 



17.3. Dövlət kreditinin funksiyaları  

  

“Funksiya”  sözü  latınca  “functio”  sözündən  götürülmüşdür,  mənası 



“icra”, yaxud “icra olunma” deməkdir. Funksiya kifayət qədər çoxşaxəli elmi 

məna daşıyır.  

İqtisadi ədəbiyyatda isə funksiya “mahiyyətin təzahürü” kimi anlaşılır. 

Buradan  aydın  olur  ki,  funksiya  mahiyyətin  analizinin  davamıdır.  Əgər 

dövlət  kreditinin  strukturu  onu  təşkil  edən  hissələrin  qarşılıqlı  əlaqəsini 

ifadə edirsə, funksiya isə kənar elementlərlə münasibətini anlatmış olur. 

Hər  şeydən  öncə,  dövlət  kreditinin  funksiyaları  onun  mahiyyəti  kimi 

obyektiv  xarakter  daşıyır.  Funksiya  kreditor  və  borc  alanın  dövlət  krediti 

münasibətlərinə girərək gördükləri işi xarakterizə edir. 

Dövlət  krediti  öz  hərəkətinin  hər  bir  anında  özünün  bütün 

funksiyalarına görə yox, yalnız onlardan birinə görə mahiyyətini ifadə etmiş 


 

279 


olur. 

Funksiya  sabit  deyil,  dəyişən  kateqoriyadır.  Dövlət  kreditinin 

formalarından  asılı  olaraq  mahiyyəti  dəyişdikcə,  onun  funksiyaları  da 

qismən dəyişmiş olur. 

Dövlət kreditinin  funksiyası onu tam bir proses kimi xarakterizə edir. 

Bu prinsipin izahını üç formada verə bilərik: 

1.  Funksiya  ayrı–ayrılıqda  kreditor  və  borc  alana  deyil,  ümumi 

dövlət krediti münasibətlərinə aiddir. 

2.  Funksiya  bütün  dövlət  krediti  formalarının  qarşılıqlı  fəaliyyətini 

xarakterizə etməlidir. 

Dövlətin kreditor və  ya  borc alan kimi  iştirak etdiyi  müxtəlif  formalı 

dövlət  krediti  münasibətləri  özlüyündə  heç  bir  xüsusi  funksiyaya  malik 

deyildir. Bununla  yanaşı  başqa  xüsusiyyətlərə görə  fərqlənən dövlət krediti 

münasibətləri də ayrıca funksiya daşımır. 

Funksiya,  dövlət  kreditinin  forma  və  müxtəlifliyindən  deyil  vahid 

iqtisadi  kateqoriya  kimi  mahiyyətindən  irəli  gəlir.  Funksiya  obyektiv 

kateqoriya kimi dövlət kreditinin mahiyyətinə söykənir. 

3.  Funksiya  dövlət  kreditinin  tam  bir  proses  kimi  digər  iqtisadi 

kateqoriyalarla qarşılıqlı fəaliyyətini xarakterizə edir. 

Bundan  öncə  qeyd  etdiyimiz  kimi  bütün  kredit  münasibətlərində 

olduğu kimi dövlət kreditində də kreditor ilə borc alan arasındakı münasibət 

dəyərin  bölgüsü  vasitəsilə  yaranır.  Bu  mübadilə  zamanı  müvəqqəti 

sərbəstləşdirilmiş  dəyər  borc  alana  verilir,  sonra  isə  öz  əvvəlki  sahibinə  – 

kreditora  qaytarılır.  Bu  da  bizə  imkan  verir  ki,  dövlət  kreditinin 

funksiyalarını müəyyən edək. Bu, dövlət kreditinin bölgü funksiyasıdır.  

Hər  şeydən  öncə  müəyyən  etməliyik  ki,  dövlət  krediti  vasitəsilə 

bölünən  nədir.  Dövlət  krediti  münasibətləri  zamanı  kreditor  müvəqqəti 

istifadə  üçün  borc  alana  birinci  halda  əmtəə,  ikinci  halda  isə  müasir  kredit 

münasibətləri  üçün  daha  səciyyəvi  olan  pul  vəsaiti  təqdim  edə  bilər.  Bu 

müqavilələr  vahid  mahiyyət  daşısa  da  mübadilə  obyekti  müxtəlifdir.  Buna 

baxmayaraq, hər iki halda dəyər bölgüsü həyata keçirilir. 

Beləliklə,  dövlət  krediti  münasibətlərində  dəyərin  bölüşdürülməsi 

onun bölgü funksiyasını meydana çıxarır. 

Dəyərin  bölgüsü  həm  ərazi,  həm  də  sahələr  üzrə  baş  verir.  Bu 

münasibətlərin  subyekti  kimi  kreditor  və  borc  alanlar  müxtəlif  fəaliyyət 

sahələrinə aid ola bilərlər, eyni zamanda biri birilərindən fərqli məsafədə və 

yerdə  yerləşə  bilərlər.  Belə  ki,  bütün  kredit  münasibətlərində  olduğu  kimi 

dövlət  kreditində  də  borc  alan  və  kreditorun  aralarındakı  məsafə  fərqi  heç 

bir rol oynamır. Bu cür bölgünü ərazilərarası bölgü adlandırmaq olar.  

Dövlət kreditinin köməyi ilə sahələr arası bölgü o vaxt həyata keçir ki, 

kreditor bir sahəni, borc alan isə başqa sahəni təmsil etmiş olur. 


 

280 


Dövlət  kreditinin  bir  formasına  –  dövlətin  borclu  kimi  iştirak  etdiyi 

kredit  münasibətlərinə  nəzər  salaq.  Kreditor  kimi  çıxış  edən  hər  hansı  bir 

müəssisə  ticarət,  yaxud  sənaye  sahəsinə,  aid  ola  bilər.  Bu  borc  vəsaitini 

qəbul  edən  dövlət  isə  onu  digər  sahələrə,  məsələn  maliyyə  ehtiyaclarına 

yönəldə  bilər.  Beləliklə,  borc  dəyəri  bir  sahədən  başqa  bir  sahəyə  keçmiş 

oldu. 


Sahədaxili  bölgü  isə  kreditor  kimi  sahə  bankları  və  kredit 

təşkilatlarının iştirakı zamanı meydana çıxır. Məsələn, kənd təsərrüfatı üzrə 

ixtisaslaşmış hər hansı bir xarici bank və ya kredit təşkilatı dövlət zəmanəti 

altında kənd təsərrüfatı  müəssisəsinə kredit təqdim edirsə,  bu zaman kredit 

dəyəri sahədaxili bölgüyə məruz qalır. 

Bütün kredit  münasibətləri kimi dövlət kreditində də təsərrüfat daxili 

bölgü istisna olunur. Təbii ki, dövlət vahid subyekt olaraq özü-özünə kredit 

verə bilməz. 

Dövlət  krediti  münasibətlərində  bölgünün  ərazilərarası,  sahələr  arası, 

yaxud  da  sahədaxili  olmasından  asılı  olmayaraq  bütün  hallarda  bölünən 

dəyərin  mülki  mənsubiyyəti  dəyişməz  qalır;  hər  halda  borc  dəyəri 

kreditorun mülkiyyətinə daxildir. 

Dövlət  krediti  zamanı  resursların  bölgüsünə  müxtəlif  səviyyələrdə 

baxmaq  olar.  Müəssisə  səviyyəsində  baxdıqda,  kredit  dəyərinin  dövriyyəsi 

zamanı  əmtəə  –  material  dəyərləri  və  pul  vəsaitləri,  xalq  təsərrüfatı 

səviyyəsində  isə  ümumi  daxili  məhsul,  ümumi  milli  gəlir  bölünmüş  olur. 

İstər  xalq  təsərrüfatı,  istərsə  də  müəssisə  səviyyəsində  dəyərin  bölgüsü, 

əmtəə  və  ya  pul  formasında  olan  ümumi  məhsulun,  milli  gəlirin  hərəkəti 

zamanı reallaşır. 

Dövlət  krediti  vasitəsilə  resursların  bölüşdürülməsi,  təkcə  cəmiyyət 

tərəfindən  istehsal  edilmiş  mal  və  materialların,  eləcə  də  pul  vəsaitlərinin 

bölgüsü  ilə  yox,  həm  də,  bir  çox  sahələrin  resurs  ehtiyacını  ödəməklə 

iqtisadiyyatın  ümumi  inkişafı  ilə  nəticələnir.  Bu  da  dövlət  kreditinin 

səmərəlilik prinsipinə uyğun gəlir. 

Dövlət  kreditinin  bölgü  funksiyası  vasitəsilə  ümumi  milli  məhsul  və 

milli gəlir ilə yanaşı cəmiyyətin bütün milli sərvəti də bölünmüş olur.  

Bölgü  funksiyasının  aşağıdakı  əsas  cəhətləri  vardır:  kreditor  borc 

alana  kredit  təqdim  edir,  borc  alan  isə  öz  növbəsində  bir  müddətdən  sonra 

resursların  səfərbər  edilməsi  vasitəsilə  borcunu  qaytarır.  Heç  bir  zaman 

kreditor onun təsərrüfatında “işlək” halda olan vəsaiti kredit kimi təqdim edə 

bilməz, eyni zamanda borc alan da ödəniş üçün resursları səfərbər etmədiyi 

halda  borclarını  ödəyə  bilməz.  Beləliklə  burada  aydın  olur  ki,  dövlət 

kreditinin  bölgü  funksiyası  ümumi  dəyərin  bölgüsünü  deyil,  müvəqqəti 

sərbəstləşdirilmiş dəyərin bölüşdürülməsini həyata keçirir. 

Bütün  bunlarla  yanaşı,  bölgü  funksiyası  əmtəənin  reallaşdırılması 


 

281 


prosesinin  davamı  da  ola  bilər.  Bu  prinsip  birbaşa  olaraq  kommersiya 

kreditlərinə  aiddir.  Bildiyimiz  kimi  hər  hansı  kommersiya  krediti 

münasibətində dövlət zəmanətçi kimi çıxış edərsə bu eyni zamanda, dövlət 

krediti xarakterini daşıyır. Beləliklə , bu halda kommersiya krediti üçün xas 

olan bu prinsipi dövlət kreditinə də aid etmək olar. Fərz edək ki, bir istehsal 

müəssisəsi  kommersiya  krediti  şərtləri  daxilində  məhsulunu  digər  bir 

təşkilata  kreditə  verir.  Eyni  zamanda  bu  kredit  münasibətində  dövlət  də 

zəmanətçi  rolunu  oynayır.  Beləliklə,  birinci  müəssisə  istehsal  etdiyi 

məhsulu həm bölüşdürmüş olur, həm də reallaşdırılmış olur. Bu müəssisənin 

əsas məqsədi reallaşdırmaq olduğundan bölgü prosesi köməkçi mövqeyində 

durur.  Beləliklə,  bölgü  əmtəənin  reallaşdırılması  prosesinin  davamı  kimi 

özünü göstərir. 

Dövlət kreditinin bölgü funksiyasının vacib cəhətlərindən biri də onun 

istifadə  xarakterli  olmasındadır  ki,  bu  bir  çox  hallarda  istehsal  prosesinin 

əsası  kimi  çıxış  edir.  Kreditor  sərbəst  resursları  borc  alana  verdiyi  zaman 

onun  istifadə  olunacağı  qabaqcadan  məlumdur.  Çünki,  borc  alanın  birinci 

məqsədi  həmin  vəsaiti  istifadə  etməkdir.  Bu  vəsaitin  istifadə  olunması  da 

son nəticədə əmtəə və xidmətlər istehsalı ilə nəticələnir. Buradan aydın olur 

ki, istehsal prosesinin ilkin şərti məhz resursların bölgüsüdür. 

Dövlət  krediti  münasibətlərində  resursların  bölüşdürülməsi  iki 

istiqamətdə  gedə  bilər.  Birinci  halda  kreditor  vəsaiti  birbaşa  olaraq  borc 

alana verməklə bölgü prosesini həyata keçirmiş olur. Bu resursların birbaşa 

bölüşdürülməsi  adlanır.  İkinci  halda  isə  dövlət  krediti  münasibətlərinin 

birinci  subyekti  olan  kreditor  borc  vəsaitinin  birbaşa  istifadəçiyə  yox,  bu 

münasibətlərdə borcu alan kimi çıxış edən dövlətə vermiş olur. Beləliklə, bu 

halda  resursların  bölgüsü  aşağıdakı  istiqamətdə  getmiş  olur:  kreditordan 

borc  alana  (dövlətə),  ondan  da  istifadəçiyə.  Prosesin  bu  cür  gedişi  isə 

resursların vasitəli bölüşdürülməsi adlanır. 

Dövlət kreditinin ikinci funksiyası həqiqi pulların kredit münasibətləri 

ilə  əvəz  edilməsi  adlanır.  Hazırkı  kredit  münasibətlərində  həqiqi  pulların 

əvəz  edilməsi  üçün  zəruri  şərtlər  mövcuddur.  Belə  ki,  bu  münasibətlərdə 

əmtəə  və  xidmətlərin  dəyərinin  nağdsız  yolla  ödənilməsi  nağd  pul 

dövriyyəsini 

məhdudlaşdıraraq 

pul 

dövriyyəsi 



strukturunun 

yaxşılaşdırılmasına  səbəb  olur.  Məlum  olduğu  kimi,  hazırda  həqiqi  pullar 

(qızıl  manetləri)  istifadə  olunmur.  Beləliklə,  qədim  iqtisadi  ədəbiyyatlarda 

göstərilən dövlət kreditinin bu funksiyası öz işini bitirmişdir. Həqiqi pulların 

pul  nişanələri  ilə  əvəz  edilməsi  nəticəsində  bu  funksiya  öz  mahiyyətini 

saxlasa  da  formasını  dəyişmiş  olur.  Buradan  aydın  olur  ki,  hazırda  dövlət 

krediti  nağd  pulların  kredit  münasibətləri  ilə  əvəz  olunması  funksiyasını 

yerinə  yetirir.  Bununla  da,  dövlət  krediti  vasitəsi  ilə  ölkədəki  nağd  pul 

dövriyyəsi tənzim olunur. 


 

282 


Fikrimizə  belə  aydınlaşdıra  bilərik.  Dövlətin  borc  alan  kimi  çıxış 

etdiyi  dövlət  krediti  münasibətlərində  kreditor  olan  əhali  əmək  haqqından 

əldə etdiyi nağd pulların bir qismini dövlət qiymətli kağızlarının alınmasına 

sərf edir. Bu halda müəyyən həcmdə nağd pul dövriyyədən çıxaraq dövlətin 

sərəncamına  keçir.  Dövlət  də  öz  növbəsində  həmin  vəsaitləri  fiskal 

ehtiyaclara yönəldərək yenidən həmin əhaliyə əmək haqqı və digər ödənişlər 

şəklində  vermiş  olur.  Beləliklə,  dövlət  kreditinin  sözü  gedən  funksiyası 

ölkədə pul siyasətinin tənzimləmə alətinə çevrilir. 

Məlum olduğu kimi  dövlətin kreditor olduğu kredit  münasibətlərində 

dövlət  krediti  hər  hansı  bir  müəssisənin  istehsal  fondlarının  dövriyyəsini 

təşkil  edir.  Bu  zaman  dövlət  tərəfindən  təklif  olunan  kredit  vəsaiti 

vəsaitlərin dövriyyəsi üçün vasitəyə çevrilmiş olur. Bunu əsas götürərək, bir 

çox mütəxəssislər dövlət kreditinin daha bir – istehsal vəsaitlərinin dövriyə 

vasitəsi  funksiyasını  irəli  sürürlər.  Bunun  üçün  isə  əslində  heç  bir  əsas 

yoxdur.  Yəni,  istehsal  sahələrində  vəsaitlərin  dövriyyə  vasitəsi  rolunu  eyni 

zamanda digər iqtisadi kateqoriyalar oynaya bilərlər. Məsələn həm pul, həm 

də  maliyyə  –  bir  iqtisadi  kateqoriya  kimi  eyni  olaraq  bu  işi  yerinə 

yetirməkdədir. 

Bundan 

asılı 


olaraq 

vəsaitlərin 

dövriyyəsi 

dəyər 


kateqoriyasına  daha  uyğun  gəlir.  Buna  görə  də  bu  cəhət  bir  istisna  kimi 

dövlət  kreditinin  funksiyası  ola  bilməz.  Bunu  həm  də,  resurslara 

qənaətçiliyin  stimullaşdırılmasına  da  aid  etmək  olar.  Hansı  ki,  bir  çox 

iqtisadçılar  bunu  dövlət  kreditin  funksiyası  hesab  edirlər.  Doğrudur  dövlət 

kreditində,  bütün  kredit  münasibətlərində  olduğu  kimi  borc  resurslarının 

qənaət prinsipi əsasında istifadəsi əsas cəhətlərdən biridir. Çünki, borc alan 

müvəqqəti  istifadəçisi  olduğu  borc  məbləğini  elə  qənaətli  və  düşünülmüş 

şəkildə  yerləşdirilməlidir ki, son  nəticədə  həm əsas, həm də  faiz  məbləğini 

ödəyə  bilsin.  Bilirik  ki,  dövlət  kreditində  bu  prinsip  daha  əhəmiyyətli 

xarakter  daşıyır.  Amma  bu  cəhət  təkcə  dövlət  krediti  üçün  yox,  eyni 

zamanda  digər  dəyər  kateqoriyaları  üçün  də  xasdır.  Məsələn  qiymət, 

maliyyə,  gəlir  və  s.  Bu  səbəbdən  də  resurslara  qənaətçiliyin 

stimullaşdırılmasını dövlət kreditinin funksiyaları sırasına aid etmək düzgün 

olmazdı.  Çünki,  funksiya  –  dövlət  kreditinin  digər  kateqoriyalara  ortaq 

cəhətlərini yox, spesifik xüsusiyyətlərini əks etdirir. 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin