DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


«Maliyyə» anlayışı ilə müəyyən edilən pul münasibətlərinin



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
Maliyye


«Maliyyə» anlayışı ilə müəyyən edilən pul münasibətlərinin 

məcmusu 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

T

ə

k

r

ar

 i

st

e

h

sal

 

sah

əl

ə

ri

n

in

 

m

a

li

y

y

ə

si

 

 

İk

in

c



 

m

a

li

y

y

ə 

b

az

ar

ı 

 

 

K

re

d

it

 s

is

te

m

 

 



M

A

L

İY

Y

Ə

 

 

- dövlət büdcəsi 



- vergilər 

- dövlət krediti 

- büdcədənkənar fondlar 

- müəssisələrin maliyyəsi 

- dövlət sığortası 

 

-Milli Bankın və digər dövlət banklarının əmə-

liyyatları; 

-kommersiya banklarının əməliyyatları; 

- pul emissiyası; 

- qeyri-dövlət sığorta sistemi; 

- investisiya fondları, lombardlar 

 

-veksellər  və girov sənədləri ilə əməliyyatlar; 

- səhmlərlə əməliyyatlar; 

-qiymətli metallar və qiymətli daşlarla aparılan 

əməliyyatlar; 

- əmtəə kütləsi ilə aparılan birja əməliyyatları; 

-daşınmaz əmlakla bağlı əməliyyatlar 

 

-  istehsal  sahələri  müəssisələrinin  və  təşkilat-

larının maliyyəsi; 

-  qeyri-istehsal  sahələri  müəssisələrinin  və  təş-

kilatlarının maliyyəsi; 

- təkrar istehsal prosesinin digər subyektlərinin 

maliyyəsi 

 

B



e

yn

əl

xa

lq

 

m

a

li

y

y

ə 

 

-beynəlxalq maliyyə təşkilatları; 

- beynəlxalq kredit təşkilatları; 

- İnvestisiya əməliyyatları; 

- valyuta əməliyyatları 

 

 

D

övl

ət

 m

al

iyy

ə

si

 

 


 

12

1.3. 



Maliyyənin funksiyaları 

 

Maliyyənin  funksiyalarını  araşdırmazdan  öncə  «funksiya»  anlayışını 

nəzərdən  keçirək.  Funksiya  sözü  latınca  «functio»  sözündən  əmələ  gəlib, 

mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir. 

Maliyyənin  əsasən  iki  funksiyası  vardır:  bölgü  və  nəzarət.  Eyni 

zamanda 


bəzi 

iqtisadi 

ədəbiyyatlarda 

maliyyənin 

istehsaledici, 

stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir. 

Buna  görə  də  maliyyətin  funksiyalarını  toplu  şəkildə  nəzərə  almaq 

lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. 

Maliyyə  bir  kateqoriya  olaraq  pul  fondlarının  yaradılması  və  istifadəsi  ilə, 

gəlirlərin  meydana  çıxması  ilə  bağlı  olan  bölgü  münasibətləridir.  Eyni 

zamanda  maliyyənin  fəaliyyət  göstərməsi  istehsal  fondlarından  səmərəli 

istifadəni,  istehsalın  qiymət  strukturunu  tənzimləyir,  yönəldiyi  obyektləri 

stimullaşdırır, nizamlayır və möhkəmləndirir. 

Bəzi  iqtisadçılar  isə  hesab  edirlər  ki,  maliyyə,  əsasən,  üç  funksiya 

yerinə  yetirir:  pul  fondlarını  (gəlirlərini)  formalaşdırır,  onlardan  istifadəni 

gerçəkləşdirir  və  nəzarətdə  saxlayır.  İlk  iki  funksiya  maliyyənin  müstəqil 

funksiyaları  kimi  deyil,  daha  çox  onun  bölgü  funksiyasını  reallaşdıran 

mexanizm kimi fəaliyyət göstərir. 

Maliyyənin  funksiyaları  ilə  bağlı  müxtəlif  mülahizələr  mövcuddur. 

Ona  görə  də  bu  anlayışlarla  bağlı  olan  problemlərin  nəzəri  cəhətdən  daha 

dərin  tədqiqinə  ehtiyac  duyulur.  Maliyyənin  iqtisadi  təbiətinə  dair  zəngin 

biliyin olması imkan verir ki, ondan təsərrüfat həyatında ən yaxşı vasitələrlə 

istifadə  olunsun.  İqtisadi  münasibətlər  sistemində  maliyyənin  yerinin  və 

rolunun  tam  aydınlaşdırılması  xeyli  dərəcədə  qoyulan  problemin  müsbət 

həllindən asılıdır. 

İqtisadiyyatda  «funksiya»  dedikdə    «fəaliyyət»,  «vəzifə»,  hər  hansı 

iqtisadi kateqoriyanın mahiyyətinin təzahürü başa düşülür. 

İqtisadi  kateqoriya  müəyyən  funksiya  ilə  ifadə  olunmursa,  deməli,  o, 

fəaliyyət göstərmir. Onun mahiyyəti təzahür formaları ilə səciyyələnir. 

Maliyyənin  mahiyyətini  xarakterizə  edərək  müəyyənləşdirilmişdir  ki, 

maliyyə  dəyər  xarakteri  və  imperativ  xarakter  daşıyır,  ümumi  milli 

məhsulun  və  milli  gəlirin  bölgüsü  və  yenidən  bölgüsü,  pul  fondlarının 

yaradılması və istifadəsi ilə əlaqədardır. Funksiya kateqoriyanın mahiyyətini 

təzahür  etdirirsə,  deməli,  maliyyənin  funksiyaları  da  onun  yuxarıda 

sadalanmış  əlamətləri  ilə  əlaqədar  olmalıdır.  Lakin  göstərmək  lazımdır  ki, 

maliyyənin  nəzəriyyəsi  ilə  məşğul  olan  iqtisadçıların  heç  də  hamısı  bu 

ardıcıllığa  əməl  etmir  və  buna  görə  də  onun  funksiyalarının  müəyyən 

olunması zamanı iqtisadçıların fikirləri haçalanır.  



 

13

Maliyyəni  bölgü  kateqoriyası  kimi  səciyyələndirənlər  göstərirlər  ki, 



maliyyə yalnız ümumi milli məhsulun bölgüsündə iştirak edir. Onlardan bir 

qismi bölgü və nəzarət funksiyalarını, başqa bir qismi isə pul fondlarının və 

yığımlarının  yaradılması,  onlardan  istifadə  və  onlara  nəzarət  funksiyalarını 

maliyyəyə aid edir. 

İstehsal  konsepsiyası  müəlliflərinin  fikrincə,  maliyyə  geniş  təkrar 

istehsal, bölgü və nəzarət funksiyalarını yerinə yetirir, yəni təkrar istehsalın 

bütün mərhələlərinin iştirakçısı olur. 

Təsərrüfat  hesabı  konsepsiyası  maliyyənin  funksiyalarını  təsərrüfat 

hesabı, bölgü və nəzarət kimi təsnifləşdirir. 

Hər  hansı  kateqoriyanın  funksiyaları  onun  mahiyyətini  əməli  şəkildə 

əks  etdirir.  Maliyyə  bölgü  kateqoriyası  olduğundan  onun  bölgüdə  iştirakı 

şəksizdir.  Hamı  bilir  ki,  bölgü  qanuna  müvafiq  şəkildə  aparılmalıdır.  Yəni 

biz  maliyyə  vasitəsilə  ümumi  milli  məhsulun  dəyərini  bölüşdürərkən  onu 

haraya,  necəgəldi  paylamırıq.  Dəqiq  hesabatını  səmərəli  və  zəruri  sahələrə 

təyinatı  üzrə  yönəldirik  və  deməli,  bu  prosesdə  istər-istəməz  nəzarət 

meydana  gəlir.  Belə  nəticə  çıxır  ki,  maliyyənin  bölgü  funksiyası  nəzarət 

olmadan  fəaliyyət  göstərə  bilməz.  Bu  iki  funksiya  maliyyənin  mahiyyətini 

daha dolğun və düzgün əks etdirir. 

Göründüyü  kimi,  bölgü  funksiyası  ümumi  milli  məhsulun  və  milli 

gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi 

məhz  bu  sadalananlar,  bölgü  subyekti  kimi  isə  dövlət,  müəssisələr, 

təşkilatlar,  əhali  və  s.  çıxış  edir.  Bölgü  prosesi  ilkin  bölgü  və  təkrar  bölgü 

mərhələlərindən  ibarətdir.  İlkin  bölgü  müəssisələr  səviyyəsində  həyata 

keçirilir. Məhsul istehsal olunur və satılır. Satışdan daxil olan gəlir müəssisə 

səviyyəsində  müxtəlif  istiqamətlərdə  bölüşdürülür.  Milli  məhsul  ilk  bölgü 

prosesində iki yerə ayrılır. Birinci növbədə, milli məhsulun dəyərindən onun 

istehsalına  sərf  olunmuş  material  xərclərinin  dəyəri  çıxılır.  Əks  halda 

istehsalı  davam  etdirmək  mümkün  olmaz.  Milli  məhsulun  bir  hissəsi 

amortizasiyanın  bərpasına  xərclənir.  Amortizasiya  ayırmaları  məhsul 

istehsalına  sərf  olunmuş  əsas  fondların  dəyərindən  ibarətdir.  Hazırda 

amortizasiya  ayırmaları 

müəssisəsinin  sərəncamında 

saxlanılır 

və 


bütövlükdə  əsas  fondların  bərpasına,  yəni  istehsala  yönəldilir.  Material 

xərclərinin  dəyəri  də  bütövlükdə  müəssisənin  sərəncamında  qalır,  xammal, 

material,  yanacaq  və  s.  alınmasına  sərf  olunur.  Bu  yerdə  maliyyə 

münasibətləri dayanır. 

Milli məhsulun yerdə qalan hissəsi - milli gəlir  maliyyə vasitəsilə iki 

hissəyə:  əməkhaqqı  fonduna  və  xalis  gəlirə  bölünür.  Əməkhaqqı  fondunun 

bir hissəsi əməkhaqqı formasında fəhlə və qulluqçulara verilir və bu zaman 

maliyyə münasibətləri kəsilir. Əməkhaqqından tutulan vergilərdən və sosial 

sığortaya  ayırmalardan  ibarət  digər  hissə  mərkəzləşdirilmiş  fondlara,  daha 


 

14

doğrusu,  dövlət  büdcəsinə  və  pensiya  fonduna  yönəldilir  və  bu  zaman 



maliyyə münasibətləri davam edir. Xalis gəlir əsasən iki hissədən ibarətdir: 

əlavə  dəyər  vergisi  və  mənfəət.  Əlavə  dəyər  vergisi  tamamilə  dövlət 

büdcəsinə  daxil  olur.  Dövlət  büdcəsinə  vergi  çıxıldıqdan  sonra  mənfəətin 

yerdə qalan hissəsi müəssisənin sərəncamında saxlanılır. 

 Mərkəzləşdirilmiş  fondlar  vasitəsilə  yenidən  müxtəlif  istiqamətlərdə 

bölgü  həyata  keçirilir.  Yenidən  bölgü  müəssisələrin  maliyyəsi  hesabına  da 

ola  bilər.  Bütövlükdə  milli  gəlirin  yenidən  bölgüsü  istiqamətləri 

aşağıdakılardan ibarətdir: 



 

Milli gəlirin yenidən bölgüsü istiqamətləri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Sahələrarası 

yenidən 


bölgü 

qeyri-istehsal 

sahələrində 

gəlir 


yaradılmadığından  onlar  əsas  etibarilə  istehsal  sahələrinin  hesabına  baş 

verir.  Pul  gəlirləri  müəssisələrin  maliyyəsi  və  kreditlər  vasitəsilə  istehsal 

sahələrində  səfərbər  olunaraq  hökumətlərin  mərkəzləşdirilmiş  fondlarına 

yönəldilir və yenidən bölgü yolu ilə qeyri-istehsal sahələrinin saxlanmasına 

istifadə olunur. 

Ərazilərarası yenidən bölgü forması regional maliyyə obyekti olmaqla 

ayrı-ayrı ərazilərin sosial-iqtisadi inkişaf səviyyəsinin bərabərləşdirilməsi və 

digər ehtiyatlarından istifadə məqsədləri üçün nəzərdə tutulur. Ərazilərarası 

yenidən  bölgü  əsasən,  dövlət  büdcəsi,  biznes  maliyyəsi,  sığorta  və  kredit 

vasitəsilə həyata keçirilir. 

Təsərrüfatlararası  yenidən  bölgü  hər  hansı  bir  təsərrüfatın  inkişafı 

üçün  büdcə  və  ya  digər  maliyyə  qurumları  vasitəsilə  maliyyə  ehtiyatları 

yenidən bölüşdürülə bilər.  

MGYB 

Sahələrarası 

yenidən bölgü 

Dювлятлярарасы 

йенидян бюлэц 

 

Tяsяrrüfatlararasы 



yenidən bölgü 

 

Ərazilərarası 



yenidən bölgü 

 


 

15

Dövlətlərarası  yenidən  bölgü  bir  dövlətin  başqa  dövlətə  kömək 



göstərməsi  və  ya  digər  məqsədlər  üçün  həyata  keçirilir.  Bu  zaman 

beynəlxalq maliyyə mühüm rol oynayır. 

Bölgü funksiyasını maliyyənin mühüm funksiyası kimi qəbul ediriksə, 

deməli,  vəsaitin  haraya,  hansı  məqsədlərlə,  hansı  məbləğdə  təyinatı  üzrə 

yönəldildiyini bilmək üçün nəzarət mexanizmi də olmalıdır. 

Nəzarət  funksiyasını  maliyyənin  ikinci  mühüm  funksiyası  sayırıq. 

Maliyyənin  nəzarət  funksiyası  milli  iqtisadiyyatda  maliyyə  nəzarətinin 

həyata keçirilməsinin elmi və nəzəri əsaslarını təşkil edir. Nəzarət funksiyası 

bölgü  və  yenidən  bölgü  münasibətlərini  əhatə  edir.  Maliyyə  nəzarətinin 

fəaliyyət  dairəsinə  isə  maddi  istehsal,  qeyri-istehsal  sahələri,  dövlət 

büdcəsinin formalaşması  və istifadəsi daxildir.  

Maliyyənin  nəzarət  funksiyasının  əsas  məqsədi  maliyyə  məsələləri 

üzrə  qanunvericilik  aktlarına  əməl  olunmasını,  vergilərin  düzgün  və  tam 

yığılmasını, 

xərclərin 

təyinatı 

üzrə 

 

istifadə 



edilməsini 

müəyyənləşdirməkdən ibarətdir. 

Bu  funksiya,  əsasən,  maliyyə  orqanları  tərəfindən  həyata  keçirilir, 

milli  iqtisadiyyatın  bütün  sahə  və  istiqamətlərini  əhatə  edir.  Maliyyə 

nəzarətindən kənarda heç nə qalmır.  

 

 



 

 

 

 

Maliyyənin funksiyaları 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Maliyyə  milli  məhsulun  bölgüsünün  ən  mühüm  aləti,  pul  vəsaitinin 

iqtisadiyyatı  idarəetmə  subyektləri  arasında  paylaşdırılmasının  vasitəçisidir 

MF 

BЮLЭЦ 

 ФУNKСİYAСI  

NƏZARƏT 

FUNKSİYASI 


 

16

və  bununla  əlaqədar  o,  nəzarət  funksiyasını  yerinə  yetirir.  Deməli,  o  nə 



istehsalda, nə tədavüldə, nə də istehlakda iştirak edir.  

Maliyyə milli məhsulun yalnız bölgüsündə iştirak edir və geniş təkrar 

istehsalın  digər  mərhələlərinə  bölgü  və  nəzarət  funksiyaları  vasitəsilə  təsir 

göstərir. Bu təsiri iki cür qiymətləndirmək olar: kəmiyyət və keyfiyyət təsir. 

Birinci  təsir  bölgü  funksiyası  ilə  əlaqədardır  və  milli  iqtisadiyyatın  pul 

vəsaitinə  tələbinin  maliyyə  ehtiyatlarının  köməyi  ilə  necə  ödənilməsi  ilə 

müəyyən olunur.  

Maliyyənin keyfiyyət təsiri həm bölgü, həm də nəzarət funksiyaları ilə 

əlaqədardır  və  bölgü  nisbətlərinin  nə  dərəcədə  optimal  olması,  maliyyə 

alətlərinin necə qurulması və nəzarətin nə səviyyədə aparılması ilə müəyyən 

olunur.  Maliyyənin  keyfiyyət  təsiri,  adətən,  onun  kəmiyyət  təsirinə 

uyğunlaşdırılır.  

 

 

1.4.  Maliyyə ehtiyatlarının tərkibi 



 

Dövlətin və ya müəssisənin gəlir və yığımlarının məcmusuna maliyyə 

ehtiyatları deyilir. \Lakin maliyyə ehtiyatları heç də gəlirlərlə eyni deyildir. 

Bu  anlayışı  nəinki  ümumiyyətlə  gəlirlərlə,  həmçinin  milli  gəlirlə,  xalis 

gəlirlə,  mənfəətlə  və  s.  eyniləşdirmək  olmaz.  Onların  hər  birinin  bir 

kateqoriya kimi özünəməxsus xüsusiyyətləri var. Onu da xüsusi qeyd etmək 

lazımdır  ki,  adətən,  maliyyə  ehtiyatları  əvvəlcədən  planlaşdırılmamış 

xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulan ehtiyat fondları ilə qarşı-

qarşıya  qoyulur.  Dəyər  formasında  yaradılmış  ehtiyat  fondları  nəzərdə 

tutulmayan  tədbirlərin  maliyyələşdirilməsi  üçündür.  Ehtiyat  fondlarının 

maliyyə  vəsaiti  bütün  idarəçilik  səviyyələrində  yəni  dövlət,  müəssisə  və 

təşkilatlarda yaradıla bilər. 

Maliyyə  ehtiyatları  milli  gəlirdən  bununla  fərqlənir  ki,  maliyyə 

ehtiyatlarının  tərkibinə  milli  gəlirin  əməkhaqqı  fonduna  yönəldilən  hissəsi 

deyil,  əksinə,  məcmu  ictimai  məhsulun  istehlak  olunmuş  əsas  istehsal 

fondlarının dəyəri (amortizasiya  fondu) daxil edilir. Ümumiyyətlə,  maliyyə 

ehtiyatlarının  tərkibinə  aşağıdakılar  daxildir:  Mənfəət,  əlavə  dəyər  vergisi, 

amortizasiya  ayırmaları,  sosial  sığorta  vəsaiti,  əmlak  və  şəxsi  sığorta 

vəsaitləri, xarici-iqtisadi əlaqələrdən daxil olan gəlirlər və s. 

 


 

17

Maliyyə ehtiyatlarının tərkibi 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Maliyyə  ehtiyatlarının  tərkibində  mənfəət,  əlavə  dəyər  vergisi  və 



amortizasiya mühüm yer tutur. 

Maliyyə  ehtiyatlarının  əsas  hissəsi  dövlət  büdcəsi  vasitəsilə 

səfərbərliyə alınır, qalan hissəsi isə müəssisələrin sərəncamında qalır.  

Maliyyə ehtiyatlarının mühüm mənbəyi xalis gəlirdir. Onun daxilində 

isə  mənfəətin  çox  böyük  önəmi  var.  Mənfəətin  bir  hissəsi  mənfəətdən 

vergilər  formasında  dövlət  büdcəsinə  köçürülür,  digər  hissəsi  isə 

müəssisələrin  sərəncamında  saxlanılaraq  onların  müxtəlif  ehtiyaclarının 

ödənilməsinə sərf edilir.  

Maliyyə  ehtiyatlarının  yaradılması  üçün  müəssisələrin  gəlir  əldə 

etmələrinin  digər  yolu  əlavə  dəyər  vergisidir.  Əlavə  dəyər  vergisi 

qiymətlərin tələb və təklifi, ictimai-zəruri əmək məsrəflərini nəzərə almadan 

müəyyən  olunması  ilə  əlaqədardır  və  demək  olar  ki,  tamamilə  dövlət 

büdcəsinə ödənilir.  

Maliyyə  ehtiyatlarının  digər  mənbəyi  olan  amortizasiya  ayırmaları 

məhsulların  istehsalı  zamanı  istehlak  olunan  əsas  istehsal  fondlarının 

dəyərini  ifadə  edir  və  əsas  etibarilə  müəssisələrin  sərəncamında  saxlanılır. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  maliyyə  ehtiyatlarının    başqa  mənbələri  və 

növləri də var, lakin onların xüsusi çəkisi azdır.  

Maddi 

istehsalın, 



sosial-mədəni 

tədbirlərin, 

hərbi 

xərclərin, 



idarəetmənin, 

həmçinin 

əvvəlcədən 

nəzərdə 


tutulmamış 

xərclərin 

maliyyələşdirilməsi 

üçün 


maliyyə 

ehtiyatlarının 

yaradılması 

ya 


mərkəzləşdirilmiş  maliyyə  qurumlarının,  ya  da  müəssisə,  birlik  və 

təşkilatların maliyyəsi vasitəsi ilə həyata keçirilir.  



MET 

 

Mənfəət 



Ялавя дяйяr 

веrgиsи  

 

Əmlak və şəxsi 



sığorta vəsaitləri 

 

Aмортizaсiya 



ayырмaлaры 

Сосиал 


сыьорта 

вясаити 


 

Хариъи 


игтисади 

əлагəлəрдəн 

gəлирлəр 


 

18

Müasir şəraitdə  yeni  iqtisadi  sistemə keçidlə əlaqədar olaraq  maliyyə 



ehtiyatlarının  tərkibində  bəzi  dəyişikliklər  baş  versə  də,  vəsaitlərin 

toplanmasının ümumi mənbələri dəyişilməz qalır. 

 

 Maliyyə resurslarının mənbələri 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



1.5. Maliyyə fənninin digər elmlərlə qarşılıqlı əlaqəsi 

 

Maliyyə elmi bir sıra elmlərlə qarşılıqlı əlaqədə öyrənilir.  Onun həm 

humanitar, həm də iqtisadi elmlərlə qarşılıqlı əlaqəsinə nəzər salaq:  

Maliyyə  elmi  ilə  hüquq  arasında  əlaqə.  Maliyyə  elmi  dövlət  hüququ 

və xüsusi hüquqla sıx əlaqəlidir. Dövlət hüququnun əsas sahəsi Konstitusiya 

hüququdur. Belə ki, vətəndaşların vergi ödəmələri ilə bağlı hüquq və vəzifə-

ləri, büdcə hüququ, büdcənin Milli Məclisdə təsdiqi və s. məsələlər Konsti-

tusiya  ilə  tənzimlənir.  Xüsusi  hüquq      sahələrinə  maliyyə  hüququ,  əmlak 

hüququ, bank hüququ, vergi hüququ və s. aiddir.  



Maliyyə elmi ilə iqtisad elmi arasında əlaqə. İqtisad elmi bütün elmlər  

kimi iqtisad elmi  maliyyə elmi üçün də bazis rolunu oynayır. 



Maliyyə  ilə  kənd  təsərrüfatı  iqtisadiyyatı  arasında  olan  əlaqə

İnsanların ilk əmək fəaliyyəti kənd təsərrüfatı ilə bağlı olub. İbtidai insanlar 

yemək, içmək, geyinmək, isinmək kimi əsas ehtiyaclarını ovçuluqla, meyvə 

yığıcılığı ilə, heyvandarlıqla, əkinçiliklə məşğul olaraq ödəmişlər. Kimya və 

biologiya  elmləri  inkişaf  etdikcə  torpağın  becərilməsi  yeni  keyfiyyət  kəsb 

etmiş,  məhsuldarlıq  artmışdır.  Bu  mərhələdə  kənd  təsərrüfatının  vergiyə 

cəlb  olunması  sürətlənmiş  və  bundan  qeyri-aqrar  təsərrüfat  sahələrinin  - 

sənayenin  və  xidmət  növlərinin  inkişafında  maliyyə  mənbəyi  kimi  istifadə 

olunmağa başlanmışdır. Aqrar təsərrüfatdakı bu inkişaf dövləti gəlirlə təmin 

edir,  sənaye  və  xidmət  sahələrini  maliyyə  mənbələri  ilə  zənginləşdirir, 



Dövlət büdcəsin-

də cəmləşən 

vəsaitlər 

 

Büdcədənkənar   



fodların vəsaitləri 

 

Müəssisələrin istifa-



dəsində olan  maliyyə 

resursları (mənfəət və 

amortizasiya) 

 

MRM 



 

19

sənayeləşməyə güclü zəmin hazırlamış olur. Kənd təsərrüfatının inkişafında, 



istehsalın stimullaşmasında maliyyə vəsaitinin əhəmiyyəti böyükdür.  

Maliyyə  ilə  əməyin  iqtisadiyyatının  əlaqəsi.  Məlumdur  ki,  əmək 

vətəndaşların  həm  hüququ,  həm  də  borcudur.  İnsanlar  əməkləri  ilə  əmtəə 

istehsal edir, xidmətlər göstərir, istehsal amillərini gerçəkləşdirir, özlərini və 

himayələrində  olanları  yaşadırlar.  İşçilərə  ödəniləcək  haqların  yetərli  və 

uyarlı  olması,  iş  qüvvəsindən  düzgün  istifadə  yalnız  sosial  risklərdən 

müdafiə  sayəsində  mümkündür.  İşçilər  öz  hüquqlarının  sahibkarlar 

tərəfindən pozulma ehtimalını aradan qaldırmaq üçün həmkarlar ittifaqlarını 

yaradırlar.  Bütün  bunlar  iqtisad  elminin  diqqət  mərkəzindədir.  Dövlət  isə 

fəhlə  və  qulluqçulardan  gəlir  vergisi  alır,  onların  sosial  müdafiələri  üçün 

sığorta fondları yaradır, qeyri-istehsal sahələrini maliyyə mənbəyi ilə təmin 

edir.  

Maliyyə  və  siyasətşünaslıq.  Hər  hansı  hökumətin  həyata  keçirdiyi 

proqramın mahiyyəti haqda bilik əldə etmək üçün həmin proqramı oxumaq 

vacib  deyil.  Hökumətin  parlamentdə  təsdiqlətdiyi  və  həyata  keçirməyə 

başladığı büdcə bizdə onun siyasəti haqqında lazımi təsəvvür  yaradır. Buna 

görə  deyirlər  ki,  büdcə  iqtisadiyyatın  güzgüsüdür.  Təhsil,  səhiyyə,  milli 

müdafiə  nazirliklərinin  büdcələrinə  nəzər  salmaqla  hökumətin  siyasəti 

haqda səhih məlumatlar alırıq. Dövlət investisiyalarının dövlət büdcəsindəki 

payı dövlətin iqtisadi artıma verdiyi qiymətin ən bariz göstəricidir.  



Maliyyə ilə statistika elmi arasında əlaqə. Dövlət büdcəsinin gəlir  və 

xərclərini  proqnozlaşdırarkən,  biznes-plan  hazırlanarkən,  ixrac  və  idxal 

əməliyyatları  təhlil  edilərkən,  əhalinin  sosial  vəziyyəti  öyrənilərkən  və  s. 

proseslərdə statistik göstəricilərdən istifadə edilir. 



Maliyyə  ilə  sosiologiya  arasında  əlaqə.  Sosiologiya  elminin  məqsədi 

sosial  hadisələrin  öyrənilməsindən  ibarətdir.  Sosial  davranış,  sosial 

təbəqələşmə,  sosial  sinifləşmə  həmin  hadisələrə  aiddir.  Bu  proseslərin 

tənzimlənməsi  isə  bilavasitə  maliyyə  münasibətləri  vasitəsi  ilə  həyata 

keçirilir. 

Maliyyə  elminin  menecmentlə  qarşılıqlı  əlaqəsi.  Menecment 

iqtisadiyyatın idarə edilməsini əhatə edir. maliyyə isə menecmentin obyekti 

kimi çıxış edir, həm də ona təsir edir. 

Maliyyə  ilə  beynəlxalq  iqtisadi  münasibətlər  arasında  əlaqə.  Bazar 

iqtisadiyyatının  mühüm  atributlarından  biri  biznes  fəaliyyətinin  inkişafıdır. 

Beynəlxalq  iqtisadi  əlaqələr  biznes  əsasında  inkişaf  edir.  Biznesin 

reallaşdırılması isə xarici ticarət vasitəsilə həyata keçirilir. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin