DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
Maliyye


 

 

 

 

 

 

20

 



 

 

 

Maliyyə fənninin digər  elmlərlə qarşılıqlı əlaqəsi 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M

A

L

İY

Y

Ə 

F

ƏN

N

İN

İN

 D

İG

ƏR

 E

L

M

L

ƏR

L

Ə

 

Q

A

R

Ş

IL

IQ

L



Ə

L

A

Q

ƏS

İ 

 

İQTİSAD ELMİ 

 

HÜQUQ ELMİ 



 

STATİSTİKA ELMİ 

 

SOSİOLOGİYA ELMİ 

MENECMENT ELMİ 

 

BEYNƏLXALQ 

İQTİSADİ MÜNASİ-

BƏTLƏR ELMİ 

 

 

21

1.6. Maliyyə münasibətlərinin əsas istiqamətləri 



 

Bütövlükdə  götürəndə  cəmiyyət  iki  idarəçilik  sistemini  təcrübədən 

keçirmişdir.  Birinci  sistem  iqtisadiyyatın,  özəl  iqtisadi  fəaliyyətin 

azadlığına,  məhsulun  müstəqil  istehsalı  və  satışı  hüququna  əsaslanan  bazar 

iqtisadiyyatıdır.  Burada  bütün  məsələlər  uzun  illər  boyu  formalaşmış 

obyektiv  qanunlarla  həll  olunur  və  tənzimlənir.  Burada  cəmiyyətin  bütün 

üzvləri,  eləcə  də  dövlət  iqtisadiyyatın  bərabər  hüquqlu  subyektlərinə 

çevrilir. İqtisadiyyatın idarə edilməsinin ikinci üsulu planlı sistemidir.  

Qeyd  etmək  lazımdır  ki,  xarici  iqtisadçılar  qruplarından  bəziləri 

iqtisadiyyatın  idarə  olunması  metodlarını  üç  növə  bölürlər:  diktaturaya 

əsaslanan planlı iqtisadiyyat (sosialist ölkələri - keçmiş SSRİ, Çin, Vyetnam 

və  s.),  bazar  iqtisadiyyatı  (bütün  inkişaf  etmiş  ölkələr  -  ABŞ,  Böyük 

Britaniya,  Yaponiya,  Fransa,  Türkiyə  və  s.),  sosial  bazar  iqtisadiyyatı  (bu, 

ABŞ,  Almaniya,  İsveç  və  s.  ölkələrin  tədricən  inkişaf  edərək  gələcəkdə 

keçəcəyi sistem kimi nəzərdə tutulur).  

Xatırladaq  ki,  çağdaş  cəmiyyət,  əsasən  (xüsusilə  müasir  inkişaf 

şəraitində),  demokratik  bazar  iqtisadiyyatı  üsulları  ilə  idarə  olunur. 

Diktatura rejiminin ömrü müstəsna hallarda uzun sürür. Bu vecimin keçmiş 

SSRİ-də  nisbətən  çox  yaşamasının  mühüm  səbəbi  onun  hədsiz  amansızlığı 

və zəngin təbii ehtiyatlara malik olması ilə bağlı idi. Bu ehtiyatlar get-gedə 

tükəndiyinə və yuxarıda deyilmiş bir sıra başqa səbəblərə görə iqtisadiyyatı 

uzun müddət köhnə üsullarla idarə etmək mümkün deyil. Bunu həyat sübut 

etmişdir. 

Demokratik  bazar  iqtisadiyyatı,  hər  şeydən  öncə,  azadlıq  deməkdir. 

Cəmiyyətdə  elə  bir  canlı  yoxdur  ki,  azadlığa  can  atmasın.  Şəxsiyyət 

azadlığı,  yaradıcı  təfəkkür  və  işgüzar  təşəbbüskarlıq  azadlığı  olan  yerdə 

tərəqqi də var. 

Bazar  iqtisadiyyatını  səciyyələndirən  bir  sıra  xüsusiyyətlər,  daha 

doğrusu, onun təşkilinin bir sıra mühüm şərtləri var:  

  Bunlardan  ən  mühüm  hesab  ediləni  istehsal  azadlığının,  yəni 

təşəbbüskar sahibkarlıq azadlığının, hər kəsin istədiyi yerdə və istədiyi vaxt 

istehsal  təşkil  etmək  hüququnun  olmasıdır.  Totalitar  vecim  şəraitində  azad 

sahibkarlıq 

hüquq 


qanunvericiliyinə 

görə 


cinayət 

əməli 


kimi 

qiymətləndirilirdi.  Buna  görə  də  bir  çox  yenilikçi  mütəxəssislər 

həbsxanalarda  çürüyürdü.  Təkcə  mütəxəssislər  yox,  elə  material  və  əmək 

ehtiyatları  da  çürüyürdü,  tullantılar  istifadəsiz  qalır,  milyardlarla  manatlıq 

məhsul,  sərvət  məhv  olurdu.  Bazar  iqtisadiyyatı  şəraitində  isə  yaradılacaq 

(inşa  olunacaq)  müəssisənin  nizamnaməsini  hazırlamaq  və  qeydiyyatdan 

keçirmək kifayətdir.  


 

22

  Qiymətqoyma azadlığı. İstehsalçının öz  məhsuluna  müstəqil qiymət 



qoymaq  hüququ  yoxdursa,    onun  istehsalın  səmərəsini  artırmağa,  material 

və  əmək  ehtiyatlarından  səmərəli  istifadə  etməyə  marağı  da  olmayacaq. 

Yaxın  keçmişə  qədər  məhsullara  qiymət  qoyulması,  demək  olar,  tamamilə 

mərkəzləşdirilmişdi,  ictimai-faydalı  əmək  məsrəflərini,  tələb  və  təklifi 

nəzərə  almadan  həyata  keçirilirdi  ki,  bu  da  maddi  stimullaşdırma  amilini 

kəskin  surətdə  azaldaraq  ona  gətirib  çıxarırdı  ki,  ayrı-ayrı  şəxslərin, 

kollektivlərin  və  regionların  əldə  etdikləri  nəticələri  başqa  bir  tərəf  əsassız 

olaraq  mənimsəyirdi.  Bazar  iqtisadiyyatı  qiymətlərin  tələb  və  təklifləri, 

məhsulun  istehlak  dəyərini,  keyfiyyətini  nəzərə  almaqla  müstəqil  olaraq 

müəyyən edilməsini  nəzərdə tutur. Ancaq dünya  təcrübəsinə uyğun olaraq, 

bəzən bir para məhsulların qiymətlərini tənzimləmək lazım gəlir. 

  Mülkiyyət  formalarının  çoxukladlılığı.  Məşhur  ABŞ  psixoloqu 

F.Karnegi  insan  həyatında  üç  ən  vacib  amilin  olduğunu  bildirir:  seks, 

mülkiyyət və din. O deyirdi:  birinci  amillə  biz  insanı  yaradır,  ikinci amillə 

onun  mövcudluğunu  təmin  edir,  üçüncü  amillə  yaşamaqda  davam  etmək 

üçün  onlara  ümid  veririk.  Bu  üç  amildən  birinin  olmaması  insan  həyatını 

mənasızlaşdırır.  

  Azad  rəqabət.  Bu  istehsalçıların  iqtisadi  yarışıdır.  Başlıca  prinsipi 

budur:  kim  bazara  daha  keyfiyyətli  və  ucuz  məhsul  çıxarsa,  o  udur.  Sovet 

sistemində  tamamilə  bunun  əksi  baş  verirdi.  Mərkəzləşmə  bayrağı  altında, 

demək  olar,  bütün  iqtisadiyyat  dövlətin  əlində  cəmləşdirilmiş,  iri  inhisar 

müəssisələri  yaradılmışdı.  1500  qrup  üzrə  məhsulları  yalnız  bir  müəssisə 

buraxırdı.  Qərb  iqtisadiyyatının  təcrübəsinə  görə,  hər  hansı  məhsul 

istehsalçılarının  sayı  4-5-dən  çox  olmamalıdır.  Bir  məhsulu  4  iri  firma 

istehsal  edirsə,  həmin  məhsul  inhisarçılar  qrupuna  daxil  edilir.  Bunun 

qarşısının  almaq  və  həmin  prosesi  tənzimləmək  üçün  antiinhisar  qanunu 

qəbul olunur. 

  Alqı-satqı  münasibətlərinin  sərbəstləşməsi,  yəni  ticarət  azadlığı. 

İstehsalın hər bir subyekti alqı-satqı prosesində azaddır, kimdən istəsə alar, 

kimə  istəsə  satar.  Bazar  iqtisadiyyatı  şəraitində  alqı-satqı  münasibətlərinin 

müstəqilliyi məkanca məhdudlaşdırılmamalıdır. 

Bu  şərtlər  bir-biri  ilə  sıx  əlaqədardır  və  birinin  olmaması  o  birinin 

imkanlarını məhdudlaşdırır, hətta heçə endirir. Məsələn, qiymət müstəqilliyi 

olmayanda  rəqabətə  və  azad  sahibkarlığa  maraq  da  olmur.  Buna  görə  də 

bazar  iqtisadiyyatına  keçərkən  bütün  bu  şərtləri  eyni  vaxtda  təmin  etmək 

gərəkdir. 

Yuxarıda  qeyd  etmişdik  ki,  bazar  iqtisadiyyatı,  əsasən,  maliyyə 

sistemi  və  bank  fəaliyyəti  üzərində  qurulur.  Buna  görə  də  maliyyə 

münasibətləri də köklü surətdə dəyişdirilməli və yeni əsaslarla qurulmalıdır. 


 

23

Bazar  iqtisadiyyatı  şəraitində  maliyyə  münasibətlərinin  əsas  istiqamətləri 



aşağıdakılardır: 

  Maliyyə  münasibətlərinin  diktator  istibdadından  azad  olması, 

ərazilər  üzrə  inzibati  orqanların,  müəssisə  və  təşkilatlarının  maliyyə 

münasibətlərinin 

formalaşmasındakı 

rolunun 


mümkün 

qədər 


genişləndirilməsi,  strateji  və  səmərəli  istiqamət  seçimində  onların  tam 

müstəqilliyinin təmin edilməsi. 

  Maliyyə,  pul  və  sərmayə  bazarlarının  təşkili  və  azadlığı,  onların 

infrastrukturunun  yaradılması.  «Maliyyə  bazarı»  dedikdə,  səhmlərin, 

qiymətli  kağızların,  istiqrazların  müstəqil  alqı-satqısı,  «kredit  bazarı» 

dedikdə,  kredit  ehtiyatlarının  alqı-satqısı  nəzərdə  tutulur.  Bunun  üçün 

müvafiq maliyyə vasitəçiliyi təşkilatları, fond  birjaları, banklar, maliyyə və 

sığorta şirkətləri yaradılmalıdır. 

  Maliyyə münasibətləri vasitəsilə mülkiyyətin müxtəlif formalarının 

tətbiqinin təmin  olunması, dövlət  maliyyə orqanları və şirkətləri  ilə  yanaşı, 

özəl  maliyyə  şirkətlərinin  təşkili,  bütün  mülkiyyət  formaları  üçün  bərabər 

şərait yaradılması, maliyyənin idarə edilməsi üzrə dövlət qurumlarının bazar 

iqtisadiyyatına  uyğunlaşdırılması,  köklü  struktur  dəyişikliklərinin  həyata 

keçirilməsi,  operativ  vergi  müfəttişliklərinin  açılması,  sığorta  bazarının  və 

borcları tənzimləmə sisteminin formalaşdırılması. 

  Bazar iqtisadiyyatına uyğun mütərəqqi vergi sisteminin, xüsusən də 

iqtisadiyyatın 

idarə 


edilməsinə 

dövlət 


müdaxiləsinin 

maliyyə 


tənzimləyicilərinin  yaradılması,  gəlirlərin  tənzimlənməsində  mütərəqqi 

vergilərdən geniş istifadə, onun istehsalın stimullaşdırılmasına yönəldilməsi. 

  Yeni  büdcə  sisteminin  yaradılması,  ayrı-ayrı  büdcə  həlqələrinin 

bir-birindən  asılılığının  ləğv  olunması  və  onların  müstəqilliyinin  təmin 

olunması. 

Sadalanan  istiqamətlər  üzrə  Azərbaycanda  artıq  bir  sıra  tədbirlər 

həyata  keçirilmişdir  ki,  bunlar  haqqında  ayrı-ayrılıqda  danışmağa  ehtiyac 

var. 


Hazırda  ölkədə  özəlləşdirmənin  aparılması,  qiymətli  kağızlar,  kapital 

və  kredit  bazarının  yaradılması  start  vəziyyətindədir,  regional  icra 

orqanlarının  idarəçilik  hüquqlarının  təmin  olunduğunu,  normal  bank 

sisteminin  yaradılması  zəruridir.  Vaşinqtondakı  Heritic  Fondeyşn  təşkilatı 

ölkələri  iqtisadi  göstəricilərinə  görə  4  qrupa  bölür:  iqtisadiyyatı  azad  olan 

ölkələr,  iqtisadiyyatı  əsasən  azad  olan  ölkələr,  iqtisadiyyatı  əsasən  azad 

olmayan ölkələr və iqtisadiyyatı repressiyaya uğramış ölkələr.  

 

 

Bazar iqtisadiyyatının əsas xüsusiyyətləri 

 


 

24

 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

BİƏX 

İstehsal 

azadlığı 

 

Alqı-сaтqının 



сəрbəстliyi 

 

Azad rəqabət  



 

Qiymət qoyma 

azadlığı 

Mülkiyyət forma-

larının müxtəlifliyi  

 


 

25

II FƏSİL.  MALİYYƏ SİYASƏTİ 



 

2.1. Maliyyə siyasətinin   mahiyyəti və zəruriliyi. 

 

  İqtisadi  siyasət,  iqtisadi  taktika,  iqtisadi  strategiya  kimi  anlayışlara 



tez-tez  rast  gəlmək  olur.  İqtisadi  siyasət  iqtisadi  sahədə  elmi  ideyaların, 

məqsəd  və  vəzifələrin,  siyasi  vasitə  və  praktik  təcrübələrin  məcmusuna 

deyilir.  İqtisadi  strategiya  uzun  müddət  üçün  nəzərdə  tutulmuş  məqsəd  və 

vəzifələrin  fundamental  əsaslarından,  taktika  isə  daha  yaxın  dövr  üçün 

məqsəd  və  vəzifələrdən,  onların  həyata  keçirilməsi  mexanizmindən 

ibarətdir. 

Məlumdur  ki,  hər  bir  dövlət  çoxsaylı  digər  funksiyalarla  yanaşı, 

iqtisadi  funksiya  da  yerinə  yetirir.  Bunların  səmərəli  surətdə  həyata 

keçirilməsi  üçün  dəqiq,  elmi  cəhətdən  əsaslandırılmış  iqtisadi  siyasət, 

strategiya  və  taktika  hazırlanmalıdır.  Bu  vaxt,  hər  şeydən  əvvəl,  müəyyən 

zaman  və  məkan  daxilində  spesifik  xüsusiyyətlər  nəzərə  alınmalı, 

iqtisadiyyatla  siyasətin  qarşılıqlı  əlaqəsi  təmin  edilməli,  atılan  hər  bir 

addımın 

daxili 


xüsusiyyətlərlə 

əlaqələndirilməsi 

elmi 

cəhətdən 



əsaslandırılmalıdır. 

Əmtəə-pul  münasibətlərinin  fəaliyyət  göstərdiyi  heç  bir  ölkənin 

iqtisadiyyatı  maliyyə  mexanizmi  olmadan  keçinə  bilməz.  Deməli,  iqtisadi 

siyasətin maliyyə tərəfi də olmalıdır.  

Maliyyə siyasəti maliyyə münasibətlərindən fərqli olaraq üstqurumun 

tərkibinə  daxildir.  İqtisadi  siyasətin  həyata  keçirilməsi,  cəmiyyətin  ümumi 

inkişaf  istiqamətləri  maliyyə  siyasətinin  formalaşması  və  təşkili 

səviyyəsindən  çox  asılıdır.  Bu  amil  bazar  iqtisadiyyatı  şəraitində  xüsusilə 

böyük  əhəmiyyət  kəsb  edir.  Çünki  bazar  iqtisadiyyatı,  hər  şeydən  əvvəl, 

maliyyə-kredit  mexanizmi  əsasında  qurulur.  Dövlət  iqtisadiyyatı  əsas 

etibarilə maliyyə vasitəsilə tənzimləyir. 

Adətən,  maliyyə  siyasəti  maliyyə  sistemi  vasitəsilə  həyata  keçirilən 

tədbirlərin  məcmusu  kimi  qiymətləndirilir.  Lakin  bu  tədbirlər  maliyyə 

siyasəti  kimi  yox,  maliyyə  siyasətini  gerçəkləşdirən  aktlar  kimi  çıxış  edə 

bilər.  Maliyyə  siyasəti  həmin  tədbirlərin  həyata  keçirilməsindən  qabaq 

formalaşır.  Buna  görə  də  maliyyə  siyasətini  iqtisadi  strategiyanı  həyata 

keçirən tədbirlərin elmi əsaslarının məcmusu kimi qiymətləndirmək olar. 

Maliyyə  siyasətini  maliyyə  strategiyası  və  maliyyə  taktikası 

müəyyənləşdirir.  Maliyyə  strategiyası  maliyyədən  istifadənin  əsas 

istiqamətlərini,  maliyyə  münasibətlərinin  təşkilinin  forma  və  metodlarının 

dəyişdirilməsini  əhatə  edir.  Maliyyə  taktikası  isə  maliyyə  münasibətlərinin 

və  əlaqələrinin  forma  və  metodlarını  dəyişdirmək  yolu  ilə  cari  vəzifələrin 

yerinə yetirilməsinə yönəldilir.  


 

26

Maliyyə  siyasəti,  hər  şeydən  əvvəl,  müəyyən  iqtisadi  məqsədlərə 



çatmaq  üçün 

maliyyədən 

istifadə 

olunmasıdır.  Dövlət,  xüsusilə 

makroiqtisadi  məqsədlərinə  (iqtisadi  tarazlığın  təmin  edilməsi,  iqtisadi 

artım,  inkişafın  reallaşdırılması)  çatmaq  üçün  maliyyə  vasitələrindən 

bəhrələnir.  Dövlət  gəlirlərinin  artırılması,  büdcə  tarazlığı  iqtisadi  artıma 

aparan  əsas  vasitələrdir,  bu  vasitələrin  təmin  olunması  isə  maliyyə 

siyasətinin başlıca vəzifələrindəndir. 

Maliyyə  siyasəti  insan  fəaliyyətinin  özünəməxsus  bir  sahəsi  kimi 

üstqurum  kateqoriyasına  daxildir.  Bu  siyasətlə  cəmiyyətin  iqtisadi  bazisi 

arasında çox sıx  əlaqələr  mövcuddur. Bir tərəfdən  maliyyə  siyasəti  iqtisadi 

münasibətlərdən  əmələ  gəlir  və  formalaşır.  Digər  tərəfdən  isə,  maliyyə 

siyasətinin  iqtisadi  bazisə  uyğun  olaraq  meydana  gələn  və  inkişaf  edən 

müəyyən  özünəməxsus  xüsusiyyətləri  -  səciyyəvi  qanunauyğunluqları  və 

inkişaf  məntiqi  vardır.  Buna  görə  də  maliyyə  siyasəti  ölkənin  maliyyə 

vəziyyətinə və iqtisadiyyata əks təsir də  göstərə bilir. Bəzi hallarda maliyyə 

siyasəti iqtisadiyyatın inkişafını ləngidə də bilər. 

Dövlətin  gücünün  artması  və  inkişafı  çox  böyük  miqdarda  maliyyə 

ehtiyatlarının  bir  əldə  mərkəzləşdirilməsinə  imkan  verir  ki,  bu  da  ölkənin 

iqtisadi vəziyyətə lazımi təsir göstərməyə şərait yaradır. 

Maliyyə  siyasətinin  iqtisadi  inkişafa  fəal  təsir  etmək  imkanı  elmi 

cəhətdən  əsaslandırılmalıdır.  Yalnız  elmi  yanaşma,  yəni  bütün  amilləri 

öyrənib  bilmək  iqtisadi  münasibətlərin  xarakterindən  asılı  olmayaraq 

maliyyə  siyasətinin  uğurlu  alınmasına  təminat  verə  bilər.  Ona  görə  də 

maliyyə  siyasəti  sahəsindəki  qərarlar  iqtisadi  məntiq  qanunları  əsasında 

qəbul  edilməlidir.  Bunlarla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  iqtisadi  və 

sosial  proseslərdə  hökm  sürən  vəziyyət  haqqında  inanılmış  və  həqiqi 

informasiyanın  olması,  bu  və  ya  digər  maliyyə  siyasəti  tədbirlərinin 

gerçəkləşdirilməsinə çox  böyük təsir edir. Səmərəli  və  mükəmməl  maliyyə 

siyasətinin  hazırlanmasında  informasiya  baza  rolu  oynamalıdır.  Bu  

siyasətinin məqsədi maliyyə ehtiyatlarının həcmini artırmaqdan və onlardan 

istifadənin  səmərəsini  yüksəltməkdən  ibarət  olmalıdır.  Maliyyə  siyasəti 

hazırlanarkən  konkret  tarixi  şəraitdən,  yəni  cəmiyyətin  konkret  inkişaf 

mərhələsinin, 

daxili 


və 

beynəlxalq 

vəziyyətin 

özünəməxsus 

xüsusiyyətlərindən,  dövlətin  real  iqtisadi  və  maliyyə  imkanlarından  çıxış 

etmək lazımdır. 

Maliyyə siyasəti  iqtisadi siyasətin bir hissəsi kimi, iqtisadi layihələrin 

yerinə  yetirilməsinə  və  müvafiq  məqsədlərə  nail  olunmasına  xidmət  edir. 

Maliyyə  siyasətinin  işlənib-hazırlanması  ilə,  əsasən,  Maliyyə  Nazirliyi  və 

müvafiq icra orqanları məşğul olur.  

Maliyyə  siyasətinin  həyata  keçirilməsində  dövlətin  məqsədi,  ictimai 

inkişafın  başlıca  tələbatını  təmin  etmək  üçün  zəruri  olan  maliyyə 



 

27

ehtiyatlarının  tam  səfərbərliyə  alınmasıdır.  Buna  uyğun  olaraq,  maliyyə 



siyasətinin  həyata  keçirilməsi  sahibkarlıq  fəaliyyətinin  fəallaşdırılmasına 

lazımi  şərait  yaradılması  ilə  nəticələnməlidir.  Bundan  başqa,  dövlətin 

gəlirlərini artırmağa və maliyyə ehtiyatlarının formalaşdırılmasında əhalinin 

iştirakının genişləndirilməsinə də böyük diqqət yetirilməlidir. 

Maliyyə siyasətinin vacib istiqamətlərdən biri də maliyyə ehtiyatlarını 

istehsal  sahələri  arasında  bölüşdürmək  yolu  ilə  onlardan  səmərəli  istifadə 

olunmasıdır.  Bölüşdürmə  elə  aparılmalıdır  ki,  iqtisadi  və  sosial  inkişafın 

əsas istiqamətlərinə müsbət təsir göstərə bilsin. 

Dünya miqyasında maliyyə siyasəti ilk dəfə XX əsrin 30-cu illərindəki 

böhran  zamanı,  C.M.Keynsin  «Məşğulluğun,  faizin  və  pulun  ümumi 

nəzəriyyəsi»  adlı  məşhur  əsəri  çap  olunandan  sonra  diqqət  mərkəzinə 

çevrildi.  Keynsə  görə,  böhrandan  çıxmağın  əsas  yolu  birgə  tələbin  yüksək 

səviyyəsini təmin  etməkdən  ibarətdir ki,  buna da  səmərəli  maliyyə  siyasəti 

aparmaqla  nail  olmaq  mümkündür.  Maliyyə  siyasətinin  məqsədləri  tam 

məşğulluq,  sabit  qiymətlər  və  iqtisadi  inkişafdır.  Birgə  tələb  və  inflyasiya 

yüksək səviyyəyə çatanda, adətən, məhdud maliyyə siyasəti həyata keçirilir. 

Belə  siyasətin  elementləri  bunlardır:  büdcə  kəsirinin  azaldılması  (büdcə 

profisitinin  əldə  edilməsi),  mərkəzi  bankların  uçot  normasının,  bununla  da 

faizlərin  artırılması, 

milli 


valyutanın 

möhkəmləndirilməsi,  ehtiyat 

normaların çoxaldılması, emissiyanın (qiymətli kağızlar) ixtisar edilməsi və 

s.  Əgər  tələb  çatışmazlığı,  iqtisadiyyatın  durğunluğu  və  işsizliyin  yüksək 

səviyyəyə çatması hiss olunanda genişləndirici maliyyə siyasəti aparılır. Bu 

zaman  büdcə  kəsirinin,  pul  təklifinin  artmasına,  dünyanın  aparıcı 

valyutalarına  nisbətdə  yerli  valyutanın  dəyərinin  azacıq  azaldılmasına  yol 

verilir,  uçot  normaları  və  ehtiyat  normalar  azaldılır,  investisiya  fəallığı 

yüksəlir.   

Ümumiyyətlə,  maliyyə  siyasətinin  hazırlanması  prosesi  qarşıya 

qoyulmuş  məqsədləri  uğurla  yerinə  yetirə  biləcək  maliyyə  mexanizminin 

təşkili  prinsiplərini  nəzərə  alır  və  müəyyən  edir.  Maliyyə  siyasətinin  elmi 

cəhətdən  əsaslandırılması  və  düzgün,  səmərəli  reallaşdırılması  çox  böyük 

müsbət  nəticələrə  gətirir  və  xalqın  güzəranının  yaxşılaşdırılmasını  təmin 

edir.  Həyat  səviyyəsinin  yüksəlməsi,  dövlətin  güclənməsi  və  iqtisadi  artım 

makroiqtisadi  siyasətin  əsas  məqsədidir.  İstər  köhnə  iqtisadi  sistemdə, 

istərsə də indiki bazar iqtisadiyyatı şəraitində adı çəkilən məqsədlər maliyyə 

siyasətinin başlıca meyarları olmuş və olmaqdadır. 

 

2.2. Maliyyə siyasətinin məqsəd və vəzifələri 

 

Maliyyə  siyasətinin  məqsədi-cəmiyyətin  inkişafı  üçün  zəruri  olan 

maliyyə  ehtiyatlarının  tam  səfərbərliyə  alınmasıdır.  Buna  uyğun  olaraq 


 

28

maliyyə 



siyasətinin 

həyata 


keçirilməsi 

sahibkarlıq 

fəaliyyətinin 

stimullaşdırılması üçün lazımi şəraitin təşkil edilməsini təmin etməlidir. 

Qarşıya  qoyulan  məqsədlərin  xarakterindən  və  həlli  metodlarından 

asılı  olaraq  maliyyə  siyasəti  iki  hissəyə  ayrılır:  maliyyə  strategiyası  və 

maliyyə taktikası.  

Maliyyə strategiyasının hazırlanması gedişində maliyyənin inkişafının 

əsas  meylləri  proqnozlaşdırılır,  onlardan  istifadə  konsepsiyaları  yaradılır, 

maliyyə  münasibətlərinin  təşkili  prinsipləri  müəyyən  edilir.  Maliyyə 

strategiyası  və    taktikası  qarşılıqlı  əlaqəlidir.  Strategiya  taktiki  vəzifələrin 

yerinə  yetirilməsi  üçün  əlverişli  şərait  yaradır.  Düzgün  maliyyə  taktikası 

maliyyə  əlaqələrinin  təşkili  formalarının  vaxtında  və  qısa  müddətə 

dəyişməklə  ən  az  məsrəflə  maliyyə  strategiyasının  qarşıya  qoyduğu 

məqsədlərə nail olunmasına imkan yaradır. 

  Maliyyə  siyasətinin  əsas  vəzifələri  dövlət  gəlirlərinin  artırılması,  

büdcə tarazlığının və iqtisadi sabitliyin təmin edilməsidir. 

  Maliyyə  siyasətinin  vəzifələrinin  yerinə  yetirilməsi    zamanı 

aşağıdakılar nəzərə alınmalıdır: 

 Maliyyə  siyasətinin  təşkili  zamanı  müəyyən  məkan  və  zaman 

daxilində  hər  bir  ölkənin  spesifik  xüsusiyyətləri:  mövcud  tarixi  şərait, 

ölkənin  yerüstü  və  yeraltı  sərvətləri,  regional,  demoqrafik,  milli-psixoloji 

xüsusiyyətləri  nəzərə  alınmalıdır.  Bu  baxımdan  respublikamızın  bazar  iqti-

sadiyyatına  keçdiyi  bir  dövrdə  maliyyə  siyasəti  elə  qurulmalıdır  ki,  bu, 

xalqın həyat səviyyəsinin yüksəldilməsinə xidmət etsin. 

 Maliyyə  ehtiyatlarının  səmərəli  istifadə  istiqamətləri  müəyyən 

edilməlidir. 

 Maliyyə  münasibətlərinin  təşkilinin  metod  və  üsulları  mü-

əyyənləşdirilməlidir. 

Bu 


vəzifəyə 

vergilərin 

və 

digər 


maliyyə 

tənzimləyicilərinin  təşkili  qaydaları,  dövlət  maliyyə  orqanlarının  işinin 

təşkili metodları və s. aiddir.  


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin