DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
Maliyye


Daşınma növü 

Sadələşdirilmiş 

verginin tətbiq 

edildiyi ölçü vahidi 

Sadələşdirilmiş 

verginin aylıq 

məbləği (manatla) 

Sərnişin daşınması (taksi 

istisna olmaqla), oturacaq 

yerlərinin sayına görə: 

1 oturacaq yeri üçün 

1,8 


Taksi ilə sərnişin 

daşınması 

1 ədəd nəqliyyat 

vasitəsi üçün 

9,0 

Yük daşınması 



yükgötürmə 

qabiliyyəti üçün (hər 

tona) 

1,0 


 

 

247 


Yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən 

asılı  olaraq,  sərnişin  və  yük  daşıyan  vergi  ödəyiciləri  üçün  sadələşdirilmiş 

vergi  verginin  məbləğinə  aşağıdakı  əmsallar  tətbiq  edilməklə  müəyyən 

edilir: 


 Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə 

ölkənin digər yaşayış məntəqələri arasında - 2,0; 

 Abşeron  rayonu,  Sumqayıt,  Gəncə  şəhərlərində  və  həmin  rayon  və 

şəhərlərlə digər yaşayış məntəqələri arasında  - 1,5; 

 Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış 

məntəqələri—1,0. 

Avtomobil  nəqliyyatı  vasitələrində  (taksi  istisna  olmaqla)  oturacaq 

yerlərinin  sayı  və  ya  yük  götürmə  qabiliyyəti  avtomobil  nəqliyyatı 

vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.  

Avtomobil  nəqliyyatı  vasitələrindəki  (taksi  istisna  olmaqla)  oturacaq 

yerlərinin  sayı  və  ya  yükgötürmə  qabiliyyəti  avtomobil  nəqliyyatı 

vasitələrinin 

qeydiyyat 

şəhadətnaməsində 

göstərilmədikdə, 

həmin 


göstəricilər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  vergi  orqanlarına 

verilmiş  arayışlar  əsasında  müəyyən  edilir.  Oturacaq  yerlərinin  sayını 

avtomobil  nəqliyyatı  vasitələrinin  qeydiyyat  şəhadətnaməsi  və  ya  müvafiq 

icra  hakimiyyəti  orqanı  tərəfindən  verilmiş  arayışlar  əsasında  müəyyən 

etmək mümkün olmadıqda, sadələşdirilmiş verginin məbləği yerlərin faktiki 

sayına görə müəyyən edilir. 

Mənzil  tikintisi  fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  tərəfindən 

sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadrat metri üçün 10 manat 

məbləğinə  ölkənin  şəhər  və  rayonlarının  ərazilərinin  zonalar  üzrə  müvafiq 

icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  əmsallar  tətbiq  edilməklə 

hesablanır.  

 

 

Vergi sisteminin təkmilləşdirilməsi istiqamətləri 

 

 

 

 



 

 

 



 

Верэи 


системинин 

ислащаты 

Верэи 

инзибатчылыьынын 



йцксялдилмяси 

 

Верэи 



мядяниййятинин 

йцксялдилмяси 

 

Верэи дяряъяляринин 



азалдылмасы 

 

Игтисади артымын 



сцрятляндирилмяси 

Верэи базасынын 

артмасы 

 

 



Дювлят эялирляринин даща 

да артмасы 

 


 

248 


XV FƏSİL. DÖVLƏT BÜDCƏSİNİN XƏRCLƏRİ 

 

15.1.Dövlət büdcəsi xərclərinin   iqtisadi mahiyyəti 

 

  Dövlət büdcəsi xərcləri –  dövlətin pul vəsaiti fondlarının bölgüsü və 

onun  məqsədli,  sahəvi  və  ərazi  təyinatı  üzrə  istifadəsi  ilə  əlaqədar  olaraq 

yaranan iqtisadi münasibətlərdir. 

Dövlət  büdcəsi  xərcləri-dövlət  və  yerli  özünü  idarəetmə  orqanlarının 

sosial  ehtiyacları  təmin  etmək  və  ya    iqtisadi  və  sosial  həyata  müdaxilə 

etmək  məqsədi  ilə  müəyyən  üsullardan  istifadə  edərək    həyata  keçirdikləri 

pul xərcləridir. 

 

  Büdcə  xərcləri  –  dövlətin  öz  vəzifə  və  funksiyalarını  yerinə 



yetirməsi ilə əlaqədar olaraq yaranan məsrəflərdirXərclərin hər bir maddəsi 

keyfiyyət  və  kəmiyyət  baxımından  xarakterizə  edilə  bilər.  Keyfiyyət 

xarakteristikası  hər  bir  xərc  növünün  iqtisadi təbiətini  və  ictimai təyinatını, 

kəmiyyət xarakteristikası isə onun həcmini müəyyən etməyə imkan verir. 



15.2. Büdcə maliyyələşdirilməsi 

 

  Büdcə  xərcləri-büdcə  maliyyələşdirilməsi  vasitəsilə    büdcədə 

nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün müəssisə və təşkilatlara 

pul vəsaitlərinin verilməsi sistemidir.  

  Büdcə  maliyyələşdirilməsi  vəsaitlərin  verilməsinin  müəyyən 

prinsiplərinə  əsaslanır,  spesifik  forma  və  metodlar  vasitəsilə  xarakterizə 

edilir: 


 büdcə maliyyələşdirilməsinin prinsipləri; 

  büdcə maliyyələşdirilməsinin üsul və formaları; 

 büdcə normaları; 

  büdcə krediti; 

 büdcə xərcləri ilə bağlı vəzifələr. 

 

15.3. Büdcə xərclərinin təsnifatı 

 

  Dövlət  büdcəsi  xərclərinin    təsnifləşdirilməsi  dövlət  xərclərinin 

məbləğindən    asılı  olmayaraq,  onların  təkrar  istehsalda  roluna,  ictimai-

məqsədli  təyinatına,  istehsal  sahələri  və  fəaliyyət  növlərinə  görə    qruplara  

ayrılması deməkdir. 

  Dövlət  büdcəsinin    təsnifləşdirilməsinin  iki  forması    vardır: 

idarəetmə  əlamətlərinə və iqtisadi  mahiyyətinə görə təsnifləşdirmə. 

  İdarəetmə  fəaliyyətinə  görə    təsnifləşdirmə  -  dövlətin  icra 

orqanları,  onların  ifadə  etdiyi  vəzifə  və  funksiyalar  və  hüquqi 



 

249 


tənzimlənmələrdən  ibarət  olan  təsnifləşdirmədir.  Buna  xərclərin  idarəetmə 

orqanları  arasında  təsnifləşdirilməsi      deyilir.  Bu  orqanlara  qanunvericilik, 

icra  hakimiyyəti,  yerli  özünü  idarəetmə,  habelə  digər    ali  dövlət    orqanları  

və nazirliklər aiddir. 



  İqtisadi  mahiyyətinə görə təsnifləşdirməyə  –iqtisadi  istiqamətinə  

görə büdcə xərclərinin  iqtisadiyyatı,  sosial-mədəni  tədbirləri  və s. maliy-

yələşdirilməsi  aid edilir. 

  İqtisadiyyatın    maliyyələşməsi    xərclərinə  əsaslı  maliyyə  qoyuluşu, 

dövriyyə  vəsaitlərinin  artımı, sosial  mədəni  tədbirlər üzrə xərclər,  maarif, 

elm, mətbuat, bədən tərbiyəsi xərcləri aiddir. 

İqtisadi təsnifləşdirmədə büdcə xərcləri 2 qrupa ayrılır: real xərclər və 

transfer xərclər 

Real xərclər – dövlətin vəzifə və funksiyaları  yerinə yetirərkən həyata 

keçirdiyi  xərclərdir.  Buraya  idarəetmə,  milli,    təhsil,  hərbi  və  s.  xərclər 

aiddir. 

Transfer  xərclərə  –  dövlətin  borclarının  faizləri,  sosial  yardımlar, 

iqtisadi  mahiyyətli  yardımları  və s. daxildir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Büdcə xərclərinin  iqtisadi təsnifatı 

 

 

 

 



 

 

БХИТ 



Ямяйин юдяниши, малларын алынмасы вя 

хидмятлярин щаггы вя юдяниши 

Фаизляр цзря юдянишляр 

Субсидийалар вя саир юдянишляр 

 

250 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Büdcə xərclərinin funksional təsnifatı 

 

 

 

 



 

 

 

 

 

БХФТ 

Цмумдювлят хидмяти хяръляри 

Мцдафия хяръляри 

Мящкямя щакимиййяти, щцгуг мцщафизя, 

тящлцкясизлик вя прокурорлуьун сахланылмасы хяръляри 

Тящсил хяръляри 

Сящиййя хяръляри 

Сосиал мцдафия вя сосиал тяминат хяръляри 

 

251 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Büdcə xərcləri (1992-2011) 

  

Milyon manatla 

  

İllər 

Büdcə xərcləri 

Büdcə xərclərinin 

ÜDM-də payı, % 

1992 


1,4 

28,7 


1993 

13,0 


41,2 

1994 


136,3 

36,3 


1995 

428,4 


20,1 

1996 


481,9 

17,6 


1997 

588,7 


18,6 

 

252 


1998 

528,3 


15,4 

1999 


641,5 

17,0 


2000 

763,8 


16,2 

2001 


806,6 

15,2 


2002 

931,7 


15,4 

2003 


1234,0 

17,3 


2004 

1501,0 


17,6 

2005 


2140,7 

18,0 


2006 

3789,7 


21,4 

2007 


6059,5 

24,0 


2008 

10680,0 


26,6 

2009 


10567,9 

30,6 


2010 (proqnoz) 

12275,3 


32,4  

2011 (proqnoz) 

12748,0 

31,7 


 

 

 

 

 

 

 

 

XVI FƏSİL. BÜDCƏDƏNKƏNAR FONDLAR 

 

16.1. Büdcədənkənar fondların mahiyyəti və əhəmiyyəti 

 

Azərbaycan 



Respublikasında 

dövlət 


maliyyəsinin 

 

mühüm 



həlqələrindən  biri  də  büdcədənkənar  fondlardır.  Bu  fondlar    bazarla  

tənzimlənən iqtisadiyyata keçid dövründə təşəkkül tapmağa  başlamışdır. Bu 

fondların bəziləri  əvvəllər büdcə vəsaiti hesabına yaradılırdı.  

Büdcədənkənar  fondlar  dövlət  maliyyəsinin  tərkib  hissəsidir. 

Büdcədənkənar  fondlar  –  əhalinin  müəyyən  sosial  qruplarının  xeyrinə 

dövlət tərəfindən milli gəlirin yenidən bölgüsü metodudur. 

.Azərbaycan  Respublikasında    hal-hazırda  aşağıdakı    mühüm 

büdcədənkənar  fondlar mövcuddur: 

  1. Dövlət Neft Fondu; 

  2. Dövlət Sosial Müdafiə Fondu; 

  3. Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə Fondu  


 

253 


  4. AR Prezidentinin Ehtiyat Fondu; 

  5. Dövlət Büdcəsinin Ehtiyat Fondu; 

6.  Digər    məqsədli  fondlar  (innovasiya  fondları,  ətraf  mühitin  

qorunması fondu, təbiəti mühafizə fondları və s.) 

İstənilən  səviyyədə  yaradılmış  büdcədənkənar  fondun  əsas  təyinatı  

xüsusi  məqsədli    ayırmalar    və  sair  mənbələr  hesabına  ayrı-ayrı  tədbirlərin  

maliyyələşdirilməsidir.  Burada  vəsait  yalnız  qabaqcadan  nəzərdə  tutulmuş 

məqsədə yönəldilə bilər.  

 

Büdcədənkənar  fondlar  idarəetmə  səviyyəsinə  və    funksional  



məqsədli  təyinatına    görə  iqtisadi,  sosial  və  təbiəti  mühafizə  xarakterli 

fondlara  bölünürlər.  İdarəetmə  səviyyəsinə  görə  ümumdövlət,  respublika, 

muxtar  respublika  və  rayon  əhəmiyyətli    (bəzən  regional)  fondlar 

mövcuddur. 



  Dövlət  büdcədənkənar  fondlar  vasitəsilə  aşağıdakı  vəzifələri  həyata 

keçirir: 

- əhalinin sosial müdafiəsi; 

- əhalinin həyat səviyyəsinin yüksəldilməsi; 

- əhalinin sağlamlığının qorunması; 

- işsiz əhalinin sosial müdafiəsi; 

- əhaliyə sosial xidmətlərin göstərilməsi. 

  Dövlət  büdcədənkənar  fondlarının  funksiyası  onun  büdcəsinin  gəlir 

və  xərclərinin  formalaşdırılması  və  bu  fondun    büdcəsinin  icrasına 

nəzarətdən ibarətdir.  

 

16.2. Büdcədənkənar fondların formalaşdırılması metodları 

 

  Büdcədənkənar  fondlar  iki  yolla  yaradılır:  büdcədən  xüsusilə  vacib 

təyinata  malik  müvafiq  xərclərin  ayrılması  və  büdcədənkənar  fondların  öz 

xüsusi gəlir mənbələri hesabına formalaşdırılması. 

  Büdcədənkənar  fondların  formalaşdırılması  zamanı  yenidən  bölgü 

prosesində 

milli 


gəlirin 

səfərbərliyə 

alınmasının 

əsas 


metodları  

aşağıdakılardır: xüsusi vergilər və yığımlar; büdcə vəsaitləri və istiqrazlar. 

  Büdcədənkənar  fondların    büdcə  gəlirlərinin  formalaşdırılması  

mənbələri aşağıdakılardır: 

 büdcə vəsaitləri; 

 müvafiq  qanunvericilik  aktları  ilə  nəzərdə  tutulmuş  məcburi 

ödəmələr; 

 fiziki və hüquqi şəxslərin könüllü ödəmələri; 

  fondun 

hüquqi 


şəxs 

kimi 


həyata 

keçirdiyi 

kommersiya 

fəaliyyətindən mənfəət; 



 

254 


 fond  tərəfindən  milli  bankından  və  ya  kommersiya  bankından 

alınmış istiqrazlar; 



 

255 


Büdcədənkənar fondların təsnifatı 

 

 

 

 

БЦДЪЯДЯНКЯНАР 

ФОНДЛАРЫН ФУНКСИОНАЛ 

МЯГСЯДЛИ ТЯЙИНАТЫ 

 

ИГТИСАДИ  



СОСИАЛ  

ТЯБИЯТИ МЦЩАФИЗЯ 

ХАРАКТЕРЛИ 

 

256 


Məşğulluq fondundan istifadə istiqamətləri 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

16.3.  DÖVLƏT NEFT FONDU 

 

ИШ

 ЙЕ

РИ

 О

Л

М

А

-

ЙАН

 ВЯ

Т

Я

Н

Д

А

-

Ш

Л

АРЫ

Н

 И

Ш

Я

 

Д

Ц

ЗЯ

Л

Д

ИЛ

М

Я

С

МЯШЬУЛЛУГ ФОНДУНДАН  

ИСТИФАДЯ ИСТИГАМЯТЛЯРИ 

ИШЛЯМЯЙЯНЛЯ- 

РЯ МЦВЯГГЯТИ 

ЙАРДЫМЛАРЫН 

ВЕРИЛМЯСИ 

 

ИХТ

ИС

А

С

 

О

ЙРЯ

Д

ИЛ

М

Я

С

И 

 

 

257 


Bildiyimiz  kimi  bəzi  ölkələrdə  dövlət  büdcəsi  ilə  yanaşı  bir  sıra 

büdcədənkənar  fondlar  da  yaradılır.  Belə  fondlar  içərisində  Azərbaycanda 

yaradılan  neft  fondu  (ARDNF)  mühüm  əhəmiyyət  kəsb  edir.    Analoji 

fondlar  bir  sıra  digər  neft  ölkələrində  də  var.  Amma  Azərbaycanda  onun 

yaradılması  və  istifadəsi  qaydaları  fərqlidir.  Azərbaycan  Respublikası 

Dövlət 


Neft 

Fondunun 

yaradılması 

Azərbaycan 

Respublikasının 

Prezidentinin  1999-cu  il  29  dekabrda      240  nömrəli  müvafiq  Fərmanına 

əsasən  həyata  keçirilmişdir.  Fondun  fəaliyyəti  onun  əsasnaməsi  ilə 

tənzimlənir.    Əsasnamə  Azərbaycan  Respublikası  Prezidentinin  29  dekabr 

2000-ci  il  tarixli  434  nömrəli  Fərmanı  ilə  təsdiq  edilmişdir.  Ölkə 

Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə ARDNF-in 

valyuta  vəsaitinin  saxlanılması,  yerləşdirilməsi  və  idarə  edilməsi  haqqında 

Qaydalar təsdiq edildikdən sonra Neft Fondu əməli fəaliyyətə başlamışdır.  

Neft  Fondunun  yaradılmasında  başlıca  məqsəd    Azərbaycanın  neft 

sərvətlərinin  nəsillər  arasında  ədalətli  bölüşdürülməsinin  təmin  edilməsi 

təşkil  edir.  Neft  Fondunun  qarşısında  qoyulan  əsas  vəzifə  Azərbaycan 

Respublikası  vətəndaşlarının  bu  günki  və  gələcək  nəsillərinin  mənafeyi 

naminə  neft  və  qaz  ehtiyatlarının  kəşfiyyatı  və  işlənməsi  sahəsində 

bağlanmış  sazişlərin  həyata  keçirilməsindən  və  Neft  Fondunun  öz 

fəaliyyətindən əldə olunan valyuta və digər vəsaitin yığılmasını və səmərəli 

idarə olunmasını təmin etməkdir. Bununla bərbər Neft Fondunun qarşısında 

ölkə  iqtisadiyyatını  artan  xarici  valyuta  daxilolmalarının  mümkün  mənfi 

təsirlərindən  qorumaq  (manatın  kəskin  bahalaşması  və  yerli  istehsalın 

rəqabət  qabiliyyətinin  pisləşməsi),  makroiqtisadi  tarazlığı  gözləmək  kimi 

müxtəlif    məqsədlər  və  maliyyə  intizamına  xələl  gətirməmək  öhdəçiliyi 

durur. 

 Neft  Fondunun  idarəolunması  əsasən    Azərbaycan  Respublikasının 



Prezidenti  tərəfindən  həyata  keçirilir.  İcraçı  direktor  ölkə  prezidenti 

tərəfindən    vəzifəyə  təyin  olunur.  Neft  Fondunun  fəaliyyətinə  ümumi 

nəzarət 

müvafiq 


dövlət 

orqanlarının 

və 

ictimai 


təşkilatlarının 

nümayəndələrindən,  habelə  digər  şəxslərdən  ibarət  Müşahidə  Şurası 

tərəfindən  həyata  keçirilir.  Müşahidə  Şurasının  başlıca  vəzifəsi  Neft 

Fondunun  İcraçı  Direktoru  tərəfindən  hazırlanan  illik  büdcə  layihəsinə  və 

büdcənin  icrası  barədə  hesabatlara,  habelə  illik  hesabatlara  və  maliyyə 

fəaliyyətinin  auditinin  nəticələrinə  rəy  verməkdir.  Müşahidə  Şurasının  10 

nəfərdən  ibarət tərkibi Prezidentin 27 dekabr 2001-ci  il tarixli  Fərmanı  ilə 

təsdiq edilmişdir.  

Neft  Fondunun  büdcəsinin  icrası  Müşahidə  Şurası  tərəfindən 

verilmiş  rəy  əsasında  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq 

Sərəncamları  ilə  təsdiq  edilmiş  Neft  Fondunun  büdcəsinə,  o  cümlədən 


 

258 


vəsaitinin  istifadə  edilməsinin  əsas  istiqamətləri  (proqramına)  və  illik 

xərclər smetasına uyğun olaraq həyata keçirilir.  

Neft  fondunun  vəsaitləri  neftdən  gələn  gəlirlər  hesabına  formalaşır. 

Bu gəlirlərə konkret olaraq aşağıdakılar daxildir.  

1. 

 Azərbaycan 



Respublikasının 

payına 


düşən 

karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər;  

2. 

Neft-qaz  sazişlərinin  imzalanması  və  ya  icrası  ilə  bağlı 



Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət 

orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar;  

3. 

Karbohidrogen 



ehtiyatlarının 

işlənməsi 

ilə 

əlaqədar 



sərmayəçilər  tərəfindən  müqavilə  sahəsindən  istifadə  üçün  ödənilən 

akrhesabı ödənişlər;  

4. 

Neft-qaz layihələrini həyata keçirilməsi ilə bağlı Azərbaycan 



Respublikasının payına düşən dividentlər və mənfəətin bölüşdürülməsindən 

əldə edilən gəlirlər;  

5. 

Neftin  və  qazın  Azərbaycan  Respublikasının  ərazisi  ilə 



ötürülməsindən əldə edilən gəlirlər;  

6. 


Neft-qaz  sazişləri  çərçivəsində  Azərbaycan  Respublikası 

Dövlət  Neft  Şirkətinə  və  ya  səlahiyyətli  dövlət  orqanına  sərmayəçilər 

tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər;  

7. 


Neft  Fondunun  aktivlərinin  yerləşdirilməsindən  və  idarə 

olunmasından əldə edilən gəlirlər.  

 

Neft  Fondunun  Əsasnaməsinə  uyğun  olaraq,  onun  vəsaiti  ölkənin 



sosial-iqtisadi tərəqqisi  naminə ən  mühüm ümummilli  problemlərin  həllinə 

və  strateji  əhəmiyyətli  infrastruktur  obyektlərinin  inşa  və  rekonstruksiya 

edilməsinə istifadə oluna bilər. Azərbaycan Respublikasının “Büdcə Sistemi 

haqqında”  Qanununa  uyğun  olaraq,  Neft  Fondunun  xərcləri  icmal  dövlət 

büdcəsinin  tərkib  hissəsidir  və  hər  il  dövlət  büdcəsi  ilə  birlikdə  ölkə 

parlamenti  tərəfindən  baxılaraq  təsdiq  edilir.  Qanunda  nəzərdə  tutulduğu 

kimi, Neft Fondu yalnız öz büdcəsi ilə nəzərdə tutulan xərcləri həyata keçirə 

bilər.  Neft  Fondunun  əməliyyat  və  idarəedilməsi  ilə  bağlı  xərcləri  istisna 

olmaqla,  bütün  xərcləri  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyinin 

Mərkəzi Xəzinədarlığı vasitəsilə həyata keçirilir.   

Neft  istehsalının artması  və  neft  məhsullarının  qiymətlərinin  sürətlə 

artması  nəticəsində  neft  fonduna  daxilolmalar  və  bu  fonddan  maliyyələşən 

layihələrin  sayı  ilbəil  artır.  Neft  Fondunun  vəsaiti  hesabına    mühüm 

layihələr  - Ermənistan  Respublikasının  etnik təmizləmə  və təcavüz  siyasəti 

nəticəsində  öz  doğma  yurdlarından  didərgin  düşmüş  qaçqın  və  məcburi 

köçkün  ailələrinin 

sosial-məişət  vəziyyətinin 

yaxşılaşdırılması 

və 

məskunlaşdırılması  problemlərinin  həlli  layihəsi  və  Bakı-Tbilisi-Ceyhan 



 

259 


Əsas  İxrac  Boru  Kəməri  layihəsində  Azərbaycan  Respublikasının  iştirak 

payının maliyyələşdirilməsi həyata keçirilir.  

Neft  Fondunun  hesabat  sistemində  şəffaflığın  təmin  edilməsi  ilk 

növbədə  Neft  Fondunun  maliyyə  fəaliyyəti  haqqında  hesabatının  müstəqil 

auditor  tərəfindən  yoxlanılması  vasitəsilə  həyata  keçirilir.  Neft  Fondu 

fəaliyyət  göstərdiyi  3  il  ərzində  onun  auditi  beynəlxalq  nüfuzlu 

Ernst&Young audit şirkəti tərəfindən aparılmışdır. Neft Fondunun fəaliyyəti 

Azərbaycan  Respublikasının 

Milli 

Məclisi  (Parlament)  tərəfindən 



yaradılmış Hesablama Palatası tərəfindən yoxlanıla bilər.

 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin