DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


Dövlət kreditin formaları



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə30/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   41
Maliyye


Dövlət kreditin formaları 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dövlət kreditinin formaları 

 

 



Д

Ю

ВЛ

Я

Т

 КРЕ

Д

ИТ

ИН

ИН

 Т

Я

С

Н

ИФ

АТ

Ы 

Д

АХИ

Л

И 

ХАРИ

ЪИ

 

Б

Ц

Д

ЪЯ

Л

Я

РАРАС

Ы

 

РЕ

ЗИ

Д

Е

Н

Т

 

М

Ц

Я

С

С

ИС

Я

Л

Я

Р

 

Г

Е

ЙРИ

-РЕ

ЗИ

Д

Е

Н

Т

 

М

Ц

Я

С

С

ИС

Я

Л

Я

Р

 

ИЪ

Р

А

 Щ

А

К

ИМ

ИЙ

Й

Я

Т

И 

О

Р

Г

А

Н

Л

А

Р

Ы 

Б

Е

ЙН

Я

Л

ХАЛ

Г

 

М

АЛ

ИЙЙЯ

 -

 КРЕ

Д

ИТ

 

Т

Я

Ш

КИ

Л

АТ

Л

АРЫ

 

Ф

ИЗИ

КИ

 Ш

Я

ХС

Л

Я

Р

 

Б

Ц

Д

ЪЯ

Л

Я

РАРАС

Ы

 

Д

Ю

ВЛ

Я

Т

 КРЕ

Д

ИТ

ИН

ИН

 Ф

О

РМ

АЛ

АРЫ

  

 

 

ТЯМИНАТЛЫ 

ИСТИГРАЗЛАР 

 


 

300 


 

 

 



 

 

 



 

 


 

301 


17.7. Dövlət kreditinin idarə olunması 

 

  Dövlət kreditinin idarə olunması dedikdə maliyyə siyasətinin mühüm 

istiqamətlərindən  biri  kimi  formalaşdırılan      dövlətin  borclu,  kreditor  və 

zəmanətçi  kimi  fəaliyyətilə  bağlı  münasibətləri  nəzərdə  tutulur.  Dövlət 

kreditinin  idarə olunması,  bilavasitə  hakimiyyət orqanlarının  üzərinə düşən 

vəzifədir. Məhz bu orqanlar tərəfindən büdcə kəsirinin ümumi həcmi, onun 

maliyyələşdirilməsi 

üçün 

borcun 


məbləği, 

maliyyələşmənin 

əsas 

istiqamətləri, pul tədavülünə təsirin  məqsədi, kredit, istehsal,  məşğulluq  və 



kiçik  və  orta  biznesin  dəstəklənməsi  üçün  dövlət  proqramlarının  həyata 

keçirilməsinin məqsədə uyğunluğu və digər amillər müəyyən edilir. Dövlət 

kreditinin  idarə  olunması  dövlətin  borc  öhdəliklərinin  buraxılması  və 

yerləşdirilməsi,  dövlət    qiymətli    kağızlar  bazarının  tənzimlənməsi,  borcun 

ödənilməsi,  kreditlərin  və  zəmanətin  təqdim  edilməsi  prosesini  ifadə  edir. 

Dövlət  kreditinin  idarə  edilməsi  idarəetmə  maliyyə  orqanları  və  kredit 

institutları tərəfindən həyata keçirilir. Operativ idarəetməni isə Maliyyə Na-

zirliyinin Xəzinədarlıq orqanları və Mərkəzi Bank yerinə yetirir.   Dövlət 

kreditinin idarə olunması prosesində aşağıdakı məsələlər  həll edilir: 

 borclu üçün borc dəyərinin  azaldılması; 

 bazarın  dövlətin  istiqraz  öhdəlikləri  ilə  doldurulmasının  və  onların 

kursunun sərt dəyişməsinin qarşısının alınması; 

  səfərbərliyə  alınmış  vəsaitlərin  səmərəli  istifadəsi  və  ayrılmış 

kreditlərin məqsədli istifadəsi üzərində nəzarət; 

 kreditlərin vaxtında qaytarılmasının təmin edilməsi; 

 maliyyə siyasəti ilə müəyyənləşdirilən vəzifələrin maksimal həlli. 

  Dövlət  kreditinin    idarə  edilməsinin  ən  mühüm  sahəsi  dövlət 

borclarının  idarə  edilməsidir.  Dövlət  borcunun  idarə  edilməsi  mövcud 

borclar  üzrə  kreditorlara  gəlirin  ödənilməsi,  borcların  ödənilməsi,  onların 

şərtlərinin  dəyişilməsi  və  yeni  dövlət  qiymətli  kağızlarının  buraxılması  və 

yerləşdirilməsi üzrə fəaliyyəti əhatə edir. 


 

302 


XVIII  FƏSİL. DÖVLƏT BORCLARI 

 

18.1. Dövlət borclarının iqtisadi mahiyyəti 

 

Xərclərin  gəlirlərdən  çox  olması  borcların  əmələ  gəlməsinə  səbəb 

olur.  Borcun  alınması  və  qaytarılması  borclanma  adlanır.  Dövlət  borcları 

dedikdə ölkənin deyil, yalnız hökumətin borcları nəzərdə tutulur.  

Dövlət  borcu  –  müvafiq  xərclərin  maliyyələşdirilməsi  üçün  dövlət 

zəmanəti  ilə  alınan  və  dövlətin  öhdəliyi  əsasında  müəyyən  edilmiş 

müddətlərdə qaytarılması nəzərdə tutulan maliyyə vəsaitidir. 

«Dövlət  borcu  haqqında»  Azərbaycan  Respublikası  qanununa  əsasən  

dövlət  borcu  daxili  və  xarici  borcdan  ibarət  olmaqla,  respublikanın 

təxirəsalınmaz  sosial-iqtisadi  xərclərinin  maliyyələşdirilməsi  və  büdcə 

kəsirinin  örtülməsi  üçün  milli  və  ya  xarici  valyuta  ilə  ifadə  edilmiş  borc 

öhdəlikləridir. 



 

18. 2. Dövlət borclarının  məqsəd və vəzifələri 

 

Dövlətin  borclanmasının  əsas  səbəbləri  dövlət  xərclərininin  tam 

maliyyələşdirilməsi  məcburiyyətindədir.  Qeyd  olunduğu  kimi  xərclər 

gəlirlərlə örtülmədikdə borclanma zərurəti yaranır.  

  Dövləti borc almağa sövq edən əsas səbəblər aşağıdakılardır: 

 

fövqəladə xərclərin təmin edilməsi üçün borclanma; 



 

təbii fəlakətlərin və müharibələrin maliyyələşdirilməsi; 

 

investisiyaların maliyyələşdirilməsi üçün borclanma; 



 

büdcənin gəlir və xərcləri arasında tarazlığın saxlanılması; 

 

borc ödəmək məqsədilə yenidən borclanma. 



Müddətinə görə dövlət borcları: 

  -    qısa  müddətli  (5  ilə  qədər)dövlət  borcları  –  əsasən  xəzinənin 

ehtiyacını  ödəmək  məqsədi  ilə  alınır.  Bunun  üçün  xəzinə  vekselləri 

(qısamüddətli  borc  sənədləri,  istiqrazlar  )  buraxılır.  Qısamüddətli  borclar 

müxtəlif səbəblərə görə alınır. Bu səbəblərə aşağıdakılar aid edilə bilər: 

- zaman etibarı ilə büdcənin ahəngdarlığı (balanslaşdırılmış) 

-  uzunmüddətli  (5  ildən  yuxarı)dövlət    borcları  –  investisiyanın 

maliyyələşdirilməsi  üçün  kapital  və  kredit  bazarlarından  götürülən 

borclardır.  Dövlət  uzunmüddətli  borclar  almaq  üçün  uzunmüddətli  borc 

vəsaitləri (dövlət istiqrazları) buraxır. 

  Uzunmüddətli  dövlət  borcları  qaytarılma  müddəti  dəqiq  göstərilən 

davamlı borclara ayrılır. 

 

  Dövlət  borcları  mənbələrinə    görə  daxili  və  xarici  dövlət  borclarına 



ayrılır.  

 

303 


  Borcun  mənbəyini  müəyyənləşdirməyin  əsas  əlaməti  təbii  ki,  onun 

haradan  alınmasıdır.  Dövlətin  borc  kağızlarını  harada  satması    borcların  

təsnifatı  üçün  əsasdır.    Belə  ki,  daxili  borc  kağızları    daxili  maliyyə 

mənbələri hesabına alındığından bu borclar daxili  borclar hesab olunur.  

  Daxili  bazardan  borc  almaq  imkanı  olmadıqda  dövlət  xarici 

mənbələrdən  borc  almaq  məcburiyyətində  qalır.  Xarici  dövlət  borcları 

aşağıdakı  mənbələrdən  əldə  edilir:  xarici  dövlətlərdən,  xarici  dövlətlərin 

banklarından,  xarici  dövlətlərin  müəssisə  və  vətəndaşlarından,  beynəlxalq 

maliyyə-kredit təşkilatlarından. 

  Bütün  hallarda  xarici  borcların  artması  ölkə  iqtisadiyyatı  üçün 

risklidir.  Cari  problemlərin  həllinə  yönəldilən  xarici  borclar  milli 

iqtisadiyyatın qeyri-qənaətbəxş vəziyyətinin göstəricisi sayıla bilər. 



 

 

 

Borc bazarının strukturu 

 

 

 

 

 

   

 

 

   

 

 

 

 

 

   

БОРЪ 

БАЗАРЫ 

 

КРЕДИТ 

БАЗАРЫ 

 

ИПОТЕКА 

БАЗАРЫ 

БОРЪ 

ГИЙМЯТЛИ 

КАЬЫЗЛАРЫ 

БАЗАРЫ 


 

304 


Xarici borcların və kreditlərin formaları 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

18.3 Dövlət borclarının idarə edilməsi 

 

 



ИНВЕСТИСИЙА 

КРЕДИТЛЯРИ 

 

 



ИХРАЪАТ                  

КРЕДИТЯРИ 

 

ТЯДИЙЙЯ 



БАЛАНСЫНЫН 

ТЯНЗИМЛЯНМЯ

- СИ МЯГСЯДИЛЯ 

ВЕРИЛЯН 

КРЕДИТЛЯР 

 

ХАРИЪИ БОРЪЛАРЫН ВЯ 

КРЕДИТЛЯРИН ФОРМАЛАРЫ 

 

305 


Dövlət  borclarının  idarə  edilməsi  –  dövlət  tərəfindən  uyğun  borc 

mənbələrinin  tapılması,  cəlb  edilmiş  vəsaitlərin  səmərəli  şəkildə  istifadəsi, 

onların qaytarılması məqsədilə pul fondlarının səfərbər edilməsi, eləcə də bu 

istiqamətdə  görüləcək  tədbirlərin  təşkili  və  son  nəticədə  alınmış  borc 

vəsaitlərinin  qaytarılmasından  ibarət  tədbirlər  kompleksidir.  Dövlət 

borclarının  idarə  edilməsi  bilavasitə  dövlət  hakimiyyəti  orqanları  və 

idarələrinə məxsusdur. 

Hər  bir  fəaliyyət  müəyyən  məqsədlərə  xidmət  etdiyi  kimi  dövlət 

borclarının idarə edilməsinin də özünəməxsus məqsədləri vardır. Bu məqsəd 

dövlət  borclarının  idarə  edilməsini  zəruri  edir.  Dövlət  borcunun  idarə 

edilməsinin  məqsədi  onun  mahiyyətindən  irəli  gəlir.  Belə  ki,  sözü  gedən 

fəaliyyətdə əsas məqsəd, dövlətin müəyyən müddət ərzində qarşılaşdığı pul 

vəsaitləri qıtlığını səmərəli şəkildə aradan qaldırmaqdır. 

Dövlət  borcunun  idarə  edilməsi  bir  qrup  tədbirlər  məcmusundan 

ibarətdir. Bu tədbirlər dövlət borcu münasibətlərinin mərhələləri ilə bağlıdır. 

Beləliklə,  dövlət  borcunun  idarə  edilməsi  meydana  çıxan  sərbəst 

vəsait qıtlığının aradan qaldırılması üçün maliyyə mənbəyinin tapılmasından 

başlanır.  Burada  ən  vacib  məsələ ehtiyac duyulan vəsaitin  həcmini tapmaq 

və onu təmin edəcək ən ucuz maliyyə mənbəyini müəyyən etməkdir. Çünki, 

artıq bu mərhələdə müəyyən edilmiş borc verən subyekt, yəni kreditor borc 

münasibətlərinin gələcək inkişafında əhəmiyyətli rol oynayır. 

Dövlət  borcunun  idarə  edilməsi  prosesindəki  sondakı  vəzifə  cəlb 

edilmiş vəsaitlərin səmərəli qaydada istifadəsini təmin etməkdir.  

Dövlət borcunun idarə edilməsi prosesinin sonuncu mərhələsini borc 

vəsaitlərinin  qaytarılması  təşkil  edir.  Bu,  sözü  gedən  prosesin  ən  əsas 

vəzifəsi  kimi  çıxış  edir.  Borc  vəsaitlərinin  ödənilməsi  (qaytarılması) 

mərhələsinin  nəticəsi  ümumilikdə  borc  münasibətinin  nəticəsi  deməkdir. 

Borc  vəsaitinin  qaytarılması  kredit  münasibətlərinin  əsas  şərtlərindən  biri 

olmaqla  yanaşı  iqtisadi  baxımdan  böyük  səmərə  daşıyır.  Bunları  aşağıdakı 

kimi sıralaya bilərik: 

Birincisi, borc alan, yəni dövlət müvəqqəti qaydada cəlb etdiyi borcu 

əvvəlki  sahibinə  –  kreditora  qaytarmaqla  başqa  bir  kredit  münasibətində 

obyekt rolunu oynaya  bilən  maliyyə  mənbəyini təmin etmiş olur. Bu  yerdə 

dövlət  qiymətli  kağızları  üzrə  yaranan  kredit  münasibətlərini  misal 

göstərmək olar. Belə ki, dövlət vaxtı çatmış ödənişləri bu maliyyə alətlərinin 

investorlarına  təqdim  etməklə  onları  növbəti  borc  alətlərini  almağa 

stimullaşdırır. 

İkincisi,  dövlət  borc  ödənişləri  üzrə  öhdəliklərini  yerinə  yetirməklə 

özünün kredit reytinqini qaldırmış olur ki, bu da müasir kredit bazarında çox 

vacib şərt sayılır və s. 



 

306 


Dövlət  borclarının  idarə  edilməsində  bu  mərhələ  vəsaitlərin  hərəkət 

istiqamətini  dəyişir.  Dövlət  borclarının  ödənişinin  idarə  edilməsi  bilavasitə 

digər mərhələlərin nəticəsi ilə sıx əlaqədardır. Buna misal olaraq vəsaitlərin 

istifadəsi  mərhələsini  göstərə  bilərik.  Belə  ki,  borcların  səmərəli  şəkildə 

istifadə olunması onların vaxtlı-vaxtında və tam həcmdə ödənilməsinə şərait 

yaradır. 

Ümumiyyətlə,  dövlət  borclarının  səmərəli  şəkildə  idarə  edilməsi 

dedikdə  öhdəliklərin  vaxtlı-vaxtında  və  tam  həcmdə  idarə  olunması  başa 

düşülür.  

Dövlət borcunun idarə edilməsi mərhələləri. 

 

 



 

 

 



 

 

 



18.4. Dövlət borclarının idarə edilməsinin əsas prinsipləri   

 

 



Dövlət borcu münasibətləri maliyyə sisteminin tərkib hissəsi olmaqla 

onun  digər  həlqələri  üçün  köməkçi  xarakter  daşıyır.  Belə  ki,  dövlətin  borc 

siyasəti  iqtisadi  siyasətin  digər  formaları,  o  cümlədən  investisiya  siyasəti, 

büdcə  siyasəti  və  s.  ilə  sıx  bağlıdır.  Ona  görə  də  dövlətin  borc  siyasətinin 

tərkib  hissəsi  olan  borcların  idarə  edilməsi  mövcud  prinsiplərə  tabe 

olmalıdır. 



 

307 


Bu prisniplər aşağıdakı xüsusiyyətlərdən irəli gəlir: 

1.  Milli  iqtisadi  xüsusiyyətlər.  Ümumilikdə  dövlət  borclarının 

səmərəliyi  milli  iqtisadiyyata  xidmət  etdiyi  üçün  onun  idarə  edilməsində 

milli  iqtisadiyyatın  xüsusiyyətlərindən  irəli  gələn  prinsiplər  vacib  rol 

oynayır.  Fikrimizi  aşağıdakı  misal  əsasında  izah  edək:  Fərz  edək  ki,  hər 

hansı  bir  dövlətdə  milli  iqtisadiyyatın  əsasını  neft  sənayesi  təşkil  edir. 

Məlumdur  ki,  bu  zaman  həmin  dövlətdə  iqtisadiyyatın  prioritet  sahələri 

əsasən  neft  sənayesi  ilə  bağlı  olacaqdır.  Digər  tərəfdən  bilirik  ki,  prioritet 

sahələrin  kreditləşdirilməsində  dövlət  borcları  mühüm  yer  tutur.  Buradan 

aydın olur ki, qeyd olunan ölkədə dövlət borclarının böyük bir hissəsi məhz, 

neft  sənayesi  ilə  bağlı  olacaqdır.  Göstərdiyimiz  misal  dövlət  borclarının 

idarə  edilməsində  milli  iqtisadiyyat  amilini  ifadə  edir.  Deməli,  dövlət 

borclarının  idarə  edilməsi  zamanı  milli  iqtisadi  prinsiplər  mütləq 

gözlənilməlidir. 

Digər  prinsiplər  dövlət  borcu  münasibətlərinin  əsasını  təşkil  edən 

kredit  münasibətləri  ilə  bağlıdır.  Yəni,  burada  bir  iqtisadi  kateqoriya  kimi 

kredit  münasibətlərinin  prinsipləri  xüsusi  yer  tutur.  Dövlət  borcunun  idarə 

edilməsi  mərhələlərinə  nəzər  saldıqda  aydın  görünür  ki,  bu  fazalar  uyğun 

olaraq  kredit  münasibətlərinin  hərəkəti  fazaları  ilə  üst-üstə  düşür.  Eyni 

zamanda,  bu  hərəkət  fazaları  həm  kreditin,  həm  də  dövlət  borcunun  idarə 

edilməsinin prinsipləri kimi çıxış edir. 

Başqa  qrup  prinsiplər  ölkədə  maliyyə  bazarlarının  inkişafı  ilə 

bağlıdır.  Yəni,  bütün  hallarda  dövlət  borclarının  idarə  edilməsi  maliyyə 

bazarlarının,  o  cümlədən  dövlət  qiymətli  kağızlar  bazarının  inkişafına 

xidmət  etməlidir.  Bu  qrupda  yer  alan  prinsiplər  dövlətin  kredit  reytinqinin 

qorunmasına və yüksəlməsinə kömək edir. 

Müasir dünya dövlətlərinin həyata keçirdiyi bütün iqtisadi siyasətlər 

fonunda  dövlət  borcunun  idarə  edilməsi  də  demokratik  prinsiplərə 

arxalanmalıdır.  Əks  halda  bu  siyasət  heç  cür  ictimai  maraqlara  xidmət  edə 

bilməz. 


Ümumiyyətlə,  dövlət  borcunun  idarə  edilməsi  prinsipləri  onun 

səmərəliyi  baxımından  böyük  əhəmiyyətə  malikdir. Bütün prinsiplərə əməl 

olunması  son  nəticədə  borc  öhdəliklərinin  vaxtlı-vaxtında  və  tam  həcmdə 

icra olunmasına əsaslı şərait yaradır. 

Dövlət  borcunun  idarəedilməsinin  vacib  prinsiplərindən  biri 

məcburilik  prinsipidir.  Cəlb  edilmiş  borc  öhdəliklərinin  mövcud  şərtlərə 

uyğun  şəkildə  icra  edilməsinin  məcburiliyi  bu  prinsipin  mahiyyətini  təşkil 

edir. Qeyd olunan prinsipi  mahiyyəti öz əsasını  borc münasibətlərinin  əsas 

şərti  olan  qaytarmaqlıq  xüsusiyyətindən  götürür.  Belə  ki,  hər  bir  borclu 

qurum kimi dövlət də, daşıdığı öhdəliyin icrası üçün borcludur. 



 

308 


Məlum  olduğu  kimi,  dövlət  borcu  maliyyə  sisteminin,  xüsusilə  də 

dövlət  maliyyəsinin  ayrılmaz  hissəsidir.  Bu  fikir  bir  daha  sübut  edir  ki, 

ümumilikdə  dövlət  maliyyəsinin  mövcudluğu  baxımından  dövlət  borcu 

münasibətləri  mühüm  əhəmiyyət  daşıyır.  Buradan  aydın  olur  ki,  dövlət 

borcunun  idarə  edilməsi  təkcə  öhdəlik  baxımından  deyil,  eyni  zamanda 

dövlət maliyyəsinin optimal fəaliyyətinə görə məcburi xarakter daşıyır. 

Dövlət borcunun idarə edilməsinin məcburilik prinsipi digər tərəfdən 

bu  münasibətlərin  subyektlərinin  maraqları  ilə  bağlıdır.  Burada  söhbət 

kreditor,  yaxud  investorlardan  gedir.  Belə  ki,  sözügedən  münasibətlərdə 

borc  verən  subyektlərin  demək  olar  ki,  yeganə  marağı  mənfəət  əldə 

etməkdir.  Məlumdur  ki,  yerləşdirilən  kreditin  mənfəətliliyi  təkcə  faizlərin 

alınması  deyil,  həm  də  öhdəliklərin  borclu  tərəfindən  vaxtlı-vaxtında  icra 

edilməsindən  asılıdır.  Beləliklə,  dövlət  kreditorlar  və  investorlar  qarşısında 

daşıdığı öhdəlikləri tam şəkildə və müəyyən edilmiş müddət ərzində yerinə 

yetirmədikdə  həmin  borc  verən  subyektlərlə  qurula  biləcək  sonrakı 

münasibətlərini sual altına almış olur. Bu, dövlət borcunun idarə edilməsini 

məcburi  edən  ən  vacib  cəhətlərdən  biridir.  Dövlət  borcu  münasibətlərində 

investor  kimi  çıxış  edən  ən  böyük  subyektlərdən  biri  əhalidir.  Eyni 

zamanda,  dövlət  borcunun  idarə  edilməsi  metodlarının  müxtəlifliyi  və 

genişliyi,  məhz,  dövlət  qiymətli  kağızları  ilə  bağlıdır.  Əgər  dövlət  ölkə 

daxili subyektlər, o cümlədən əhali arasında  yerləşdirdiyi  borc alətləri üzrə 

öhdəlikləri lazımi qaydada icra etmirsə, yaxud onlardan imtina edirsə, bu hal 

yalnız iqtisadi münasibətlər müstəvisi ilə məhdudlaşmır. Belə ki, bu zaman 

maraqlı  bir  ziddiyyət  meydana  çıxır.  Bir  tərəfdən  sözügedən  subyektlərin 

hüquqlarının təminatçısı olan dövlət, digər tərəfdən onlara olan borclarından 

imtina etməklə, yaxud qismən yayınmaqla onların hüquqlarını pozmuş olur. 

Buradan  aydın  olur  ki,  dövlət  borcunun  idarə  edilməsinin  məcburiliyi 

iqtisadi  münasibətlər  kimi  ictimai-siyasi,  eləcə  də  hüquqi  münasibətlər 

baxımından zəruri sayılır. 

Borc  öhdəliklərinin  icra  edilməsi  məcburi  olduğu  halda,  bir  sıra 

vəziyyətlərdə  həmin  öhdəliklərin  şərtlərinin  dəyişdirilməsi,  yəni  idarəetmə 

metodlarından istifadə edilməsi zərurətə çevrilir. 

Müxtəlif  səbəblər  üzündən  meydana  gələn  bu  zərurət  dövlətlə  borc 

verən  subyektlər arasında  yaranmış  münasibətləri  müəyyən qədər dəyişmiş 

olur. Məsələn,  iqtisadiyyatın tənəzzül dövrlərində dövlət borc öhdəliklərini 

vaxtlı-vaxtında  və  tam  həcmdə  icra  etmək  imkanına  malik  olmadığı  üçün, 

ya  borc  müddətini uzadır,  ya  faizləri  aşağı  salır,  yaxud da digər  çoxcəhətli 

metodlar 

vasitəsilə 

öhdəliklərini 

yüngülləşdirməyə 

çalışır. 

Borc 

münasibətlərinin  bu  istiqamətdə  şəkil  alması  məcburilik  prinsipini 



deformasiyaya uğratsa da aradan qaldıra bilmir. Yəni, bütün hallarda dövlət 

borcunun idarə edilməsi məcburi xarakter daşıyır. 



 

309 


Dövlət  borcunun  idarə  edilməsinin  prinsipləri  arasında  vahidlik 

prinsipi  əhəmiyyətinə  görə  digərlərindən  seçilir.  Vahidlik  prinsipinin 

mahiyyəti  ondan  ibarətdir  ki,  dövlət  borclarının  idarə  edilməsi  prosesində 

bütün növ öhdəliklər vahid qaydada hesaba alınmalı və onların icrası bir tam 

olaraq həyata keçirilməlidir. 

Bundan  öndəki  mövzularda  geniş  şəkildə  qeyd  olundu  ki,  dövlət 

borcu münasibətlərinin sərhədi mütləq olaraq müəyyən edilməmişdir. Yəni, 

müxtəlif  dövlətlərdə  fərqli  səbəblər  üzündən  meydana  gələn  öhdəliklər 

dövlət  borcuna  daxil  edilir  və  onların  icrası  həyata  keçirilir.  Bu  səbəbdən 

irəli  gələrək,  hər  bir  ölkədə  dövlət  borclarının  tərkibi  müxtəlif  cəhətli 

öhdəliklərin  məcmusundan  ibarətdir.  Digər  tərəfdən  məlumdur  ki, 

ümumilikdə  dövlət  borclarının  idarə  edilməsi  ayrı-ayrılıqda  hər  bir 

öhdəliyin  icrası  proseslərinin  birləşməsidir.  Lakin,  ayrı-ayrılıqda  borc 

öhdəliklərinin  icrası  dövlətin  makro  səviyyədə  borc  siyasətinin  tərkib 

hissəsinə  çevrilmişdir.  Yəni,  hər  hansı  borc  öhdəliyinin  tam  şəkildə  icra 

edilməsi,  başqa  bir  öhdəliyin  isə  ümumiyyətlə  idarə  olunmaması 

ümumilikdə  dövlət  borclarının  idarə  edilməsi  baxımından  məqsədəuyğun 

sayıla bilməz. Çünki, dövlətin borc öhdəlikləri tam  şəkildə qəbul olunmalı, 

onların  icra olunması da  vahid  mərkəz tərəfindən həyata keçirilməlidir. Bu 

cəhət dövlət borclarının idarə edilməsində vahidlik prinsipinin əsasını təşkil 

edir. 

Bu  prinsipin  böyük  üstünlükləri  vardır.  Bunları  aşağıdakı  kimi 



sıralamaq olar: 

Birincisi, bu prinsip makro səviyyədə dövlət borcu siyasətinin təşkili 

və  ona  yönəlik  zəruri  islahatların  həyata  keçirilməsi  baxımından  çox 

vacibdir. Eyni zamanda daxili və xarici dövlət borcu siyasətinin tam olaraq 

dəyərləndirilməsi  və  qarşılıqlı  əlaqəsi  qeyd  olunan  prinsipin  vacib 

xüsusiyyətlərindən sayılır. 

İkincisi,  vahidlik prinsipi  müəyyən qisim dövlət borclarının  yenidən 

borc vəsaitləri ilə ödənişinin təşkilinə şərait yaradır. 

Üçüncüsü, bu prinsip digər borc öhdəliklərinin, o cümlədən, qeyri borc 

münasibətlərindən  yaranan  dövlət  borclarının  məqsədsiz  borclar  kimi  qeydə 

alınmasına  və  idarə  olunmasına  imkan  verir.  Bu  cəhət  dövlətin  digər 

subyektlər,  eləcə  də  xarici  dövlətlər  qarşısında  ağır  borc  öhdəliklərinin  icrası 

baxımından daha məqsədəuyğun hesab olunur və s. 

Dövlət  borcunun  vahidlik  prinsipi  əsasında  idarə  edilməsi 

ümumilikdə  vaxtı  çatmış  dövlət  borclarının  tam  həcmdə  qaytarılması  üçün 

vacib  rol  oynayır.  Fikrimizi  aşağıdakı  misal  əsasında  izah  edək:  Fərz  edək 

ki,  hər  hansı  birbaşa  xarici  kreditin  ödənişinin  müəyyən  hissəsi  dövlət 

büdcəsi  hesabına  nəzərdə  tutulmuşdur.  Lakin,  ödəniş  müddəti  çatdıqda 

dövlət  büdcəsinin  mövcud  vəziyyəti  buna  imkan  vermir.  Bu  zaman  digər 


 

310 


maliyyə  mənbələrinin  köməyindən  istifadə  edilməsi,  eləcə  də  bu  məqsədlə 

dövlət qiymətli kağızların  yerləşdirilməsi sözü gedən  borcun  icrasını təmin 

edəcəkdir.  Buradan  aydın  olur  ki,  bir  borc  münasibətinin  digər  borc 

münasibəti  ilə  qarşılıqlı  əlaqəsi,  ümumilikdə  dövlətin  borc  öhdəliklərinin 

icrası  baxımından  böyük  üstünlükləri  vardır.  Beləliklə,  vahidlik  prinsipi 

dövlət borclarının idarə edilməsində mühüm rola malikdir. 

Dövlət borcunun idarə edilməsində risklərin aşağı salınması prinsipi 

dövlətin  istər daxili,  istərsə də  xarici  borc bazarlarındakı reytinqinə  xidmət 

edir.  Bu  prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki,  borc  vəsaitlərinin  cəlb 

edilməsi  və  qaytarılması  prosesi  zamanı  beynəlxalq  kredit  bazarı,  eləcə  də 

dövlət  qiymətli  kağızlar  bazarında  dövlətə  olan  inamın  səviyyəsi  daim 

qorunmalıdır. 

Qeyd  olunan  prinsip  müasir  dövrdə  olduqca  aktual  səciyyə  daşıyır. 

Çünki,  hazırki  şəraitdə  heç  bir  ölkəni  beynəlxalq  kredit  bazarından  təcrid 

olunmuş  halda  təsəvvür  etmək  mümkün  deyildir.  İstənilən  ölkənin  bu 

bazardan  faydalanmağı  isə  məhz,  kredit  reytinqi  adlandırdığımız  amildən 

asılıdır.  Beləliklə,  kredit  reytinqinin  yüksəlməsinə  xidmət  edən  risklərin 

aşağı salınması prinsipi öz aktuallığını gündən-günə artırır. 

Bu prinsip daha çox dövlətin daxili borc bazarı üzrə öhdəliklərinə, ən 

əsası da dövlət qiymətli kağızları üzrə yaranan borclara şamil olunur. Çünki, 

bu zaman ayrı-ayrılıqda heç bir maliyyə aləti özünün risk səviyyəsinə malik 

olur.  Bu  risk  səviyyəsi,  hər  şeydən  öncə,  dövlət  qiymətli  kağızlarının  real 

dəyəri  ilə  bağlıdır.  Yəni,  borc  alətinin  real  dəyəri  yüksəldikcə  onun  risk 

səviyyəsi aşağı düşmüş olur. Digər tərəfdən də məlumdur ki, dövlət qiymətli 

kağızlarının  real  dəyərini  formalaşdıran  əsas  amillər  inflyasiya  və  vergi 

dərəcələrinin  səviyyəsidir.  Beləliklə  aydın  olur  ki,  dövlət,  qeyd  olunan 

amillərin  təsirini  azaltmaqla  dövlət  qiymətli  kağızlar  bazarında  riskin 

səviyyəsini  aşağı  salmalı  və  bununla  da  dövlət  borcu  siyasətini  daha 

mütərrəqi qaydada həyata keçirməlidir. 

Dövlət  qiymətli  kağızları  üzrə  riskin  səviyyəsi  təkcə  onun  real 

dəyərindən  deyil,  eyni  zamanda  ona  olan  inamın  ölçüsündən  asılıdır.  Borc 

alətinə  olan  inam,  həmin  borc  aləti  üzrə,  borc  alan  subyektin  daşıdığı 

öhdəliklərinin  icrasına  olan  inam  deməkdir.  Yəni,  investor  dövlətin  öz 

daşıdığı  öhdəliklərini  tam  icra  etməsinə  inanmalıdır.  Əks  halda  o,  özünün 

pul  münasibətlərini  bu  maliyyə  alətlərinə  yönəltməyəcəkdir.  Dövlət 

tərəfindən  borc  öhdəliklərinin  icrası  onların  idarə  edilməsindən  asılıdır. 

Əgər  dövlət  arzuolunmaz  idarəetmə  metodlarına  üstünlük  verərsə  bu,  son 

nəticədə  investorların  “itməsinə”  səbəb  olacaqdır.  Bu  baxımdan,  dövlət 

borclarının  idarə  edilməsində  risklərin  aşağı  salınması  prinsipi  böyük 

əhəmiyyətə malikdir. 



 

311 


Dövlət  borclanmasına  gətirib  çıxaran  amillər  dövrü  xarakter  daşıdığına 

görə  borc  vəsaitlərinə  yaranan  ehtiyacın  səviyyəsi  daim  dəyişkəndir.  Bu  fikri 

daha çox  dalğalı dövlət borclarına aid etmək olar. Ehtiyacın səviyyəsinə uyğun 

olaraq  da  borc  vəsaitlərindən  istifadənin  həcmi  daim  dəyişilir.  Bu  zaman  borc 

alan  subyekt  kimi  dövlətin  qarşısında  duran  vəzifələrdən  biri  qeyd  olunan 

səviyyələr arasında uyğunluğu təmin etməkdir. Belə ki, ehtiyac duyulan həcmdən 

az, yaxud, artıq səviyyədə borclanmaq səmərəli sayıla bilməz. 

Dövlət borcunun  idarə edilməsində optimallıq prinsipinin  mahiyyəti 

borc  alətlərinin  tədavülü  və  ödənilməsi  arasındakı  optimallığı  qoruyub 

saxlamaqdır.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  bu  prinsip  daha  çox  dövlət 

qiymətli kağızları üzrə borcların idarə edilməsinə aiddir. Buna misal olaraq, 

dövlət  büdcəsinin  gəlir  və  xərc  tarazlığının  təmin  edilməsi  məqsədilə 

yerləşdirilmiş  maliyyə  alətlərini  göstərmək  olar.  Bu  dövlət  borcları  dövrü 

olaraq bütün maliyyə ili ərzində mövcud olduğundan onların idarə edilməsi 

daha mürəkkəb xarakter daşıyır. Çünki, müəyyən dövr ərzində bu istiqamət 

üzrə  borc  vəsaitlərinə  olan  ehtiyacın  həcmi  gah  artır,  gah  da  azalır.  Bu 

baxımdan  qeyd  olunan  dövlət  borclarının  idarə  edilməsi  zamanı  cəlb 

olunacaq  vəsaitlərin optimal  həcminin tapılması  həmin  vəsaitlərin  səmərəli 

şəkildə istifadə olunmasına imkan verir. 

Dövlət  borcunun  idarə  edilməsində  optimallıq  prinsipi  başqa  bir 

cəhətdən də mühüm əhəmiyyət kəsb edir. Belə ki, yaranmış vəsait qıtlığının 

aradan qaldırılması üçün hansı borc mənbələrindən istifadənin daha səmərəli 

olacağı 

öncədən 


müəyyənləşdirilməlidir. 

Məsələn, 

uzunmüddətli, 

investisiya  xarakterli  dövlət  borclarının  dövlət  qiymətli  kağızları  vasitəsilə 

cəlb  edilməsi,  yaxud  dövrü  olaraq  dəyişkən  xarakterə  malik  büdcə 

ehtiyaclarının  (borc  ehtiyaclarının)  birbaşa  xarici  kreditlər  vasitəsilə 

ödənilməsi  heç  də  məqsədəuyğun  hesab  edilə  bilməz.  Buna  görə  də 

yaranmış  borc  ehtiyacının  xarakterindən  asılı  olaraq  maliyyə  mənbəyinin 

tapılması  və  istifadə  olunması  dövlət  borcunun  idarə  edilməsi  işinin  tərkib 

hissəsi  olmaqla  böyük  əhəmiyyət  kəsb  edir  ki,  bu  da  onun  optimallıq 

prinsipinə uyğun olaraq həyata keçirilir. 

Optimallıq  prinsipi  dövlət  borclarının  idarə  edilməsinin  üçüncü 

mərhələsi,  yəni,  vəsaitlərin  səmərəli  şəkildə  istifadə  olunması  işinə  xidmət 

edir. Qeyd etmək lazımdır ki, dövlət borclarının optimal idarə edilməsi həm 

də  ölkənin  maliyyə  durumu,  ümumi  iqtisadi  şərait,  daxili  borc  bazarının 

inkişaf səviyyəsi və s. kimi makro amillərdən asılıdır. 

 Dövlət  borclarının  idarə  edilməsi  prosesində  vaciblik  doğuran 

prinsiplərdən  biri  şəffaflıqdır.  Şəffaflıq  prinsipinin  mahiyyəti  ölkənin 

ümumi  iqtisadi  durumu,  borcların  idarə  edilməsi  səviyyəsi,  eləcə  də  onun 

kredit  reytinqini  göstərmək  üçün  beynəlxalq  agentliklərin  iştirakını  təmin 

etməkdən ibarətdir. Eyni zamanda bura ölkənin daxili borc bazarında kredit 


 

312 


reytinqinin  şəffaflığı  da  daxildir.  Ümumiyyətlə,  bu  prinsip  dövlət 

borclarının  idarə  edilməsi  prosesinin  həm  ölkədaxili,  həm  də  beynəlxalq 

müstəvidə şəffaflığını ifadə edir. 

Ölkənin beynəlxalq səviyyədə kredit reytinqi ilk öncə, onun iqtisadi 

durumu, ictimai-siyasi vəziyyəti və potensialından asılıdır. Bundan sonra isə 

cəlb  edilmiş  kreditlərin  istifadə  olunması  və  qaytarılması  prosesinin 

səviyyəsi  əsas  götürülür.  Məhz,  ikinci  göstəricinin  beynəlxalq  reytinq 

agentlikləri  tərəfindən  dəyərləndirilməsi  dövlət  borclarının  idarə  edilməsi 

prosesində şəffaflıq prinsipini zəruri edir. 

Ölkənin beynəlxalq müstəvidə yüksək kredit reytinqinə malik olması 

müasir  şəraitdə  çox  vacib  şərtdir.  Ucuz  və  güzəştli  kreditlərin  ölkə 

iqtisadiyyatına  cəlb  edilməsi  iqtisadi  inkişafa  böyük  müsbət  təsirlər 

göstərəcəkdir. 

Dövlətin  daxili  borc  bazarındakı  reytinqi  də  əsaslı  göstəricilərdən 

biri  kimi  çıxış  edir.  Belə  ki,  maliyyə  bazarının  tərkib  hissəsi  olan  dövlət 

qiymətli kağızlar bazarının inkişafı birbaşa bu amildən asılıdır. 

Dövlətin  qiymətli  kağızlar  bazarında  reytinqini  müəyyənləşdirən 

şəffaflıq prinsipi həm də sözügedən prosesin demokratikliyini ifadə edir. Yəni, 

dövlət  borclarının  şəffaf  qaydada  idarə  edilməsi  borc  vəsaitlərinin  düzgün  və 

səmərəli şəkildə istifadə olunmasına şərait yaradır. 

Digər  tərəfdən,  bu  prinsip  dövlət  maliyyəsinin  tərkib  hissəsi  olan 

dövlət  borclarının  idarə  edilməsində  korrupsiya  hallarının  qarşısını  almağa 

xidmət edir. 

Qeyd olunan prinsipin böyük üstünlükləri vardır ki, bu da hər şeydən 

öncə  borc  siyasəti  və  həmin  siyasətin  strategiyası  ilə  bağlıdır.  Əvvəllərdə 

qeyd etdiyimiz kimi, dövlət qiymətli kağızlar bazarının inkişafı ilk növbədə 

bu maliyyə alətlərinə olan inamın səviyyəsindən asılıdır. Bu inamın ifadəsi 

də  məhz,  investorun bu  haqda  malik olduğu  informasiyadır. Yəni,  investor 

ağır  sosial-iqtisadi  şəraitdə  bu  maliyyə  alətlərinə  yüksək  tələb  göstərməyə-

cəkdir. Bu  baxımdan, borc  vəsaitlərindən  istifadənin  şəffaf qaydada  həyata 

keçirilməsi investorları informasiyalaşdıraraq daha maraqlı edir. 

Bir  çox  maliyyə  böhranları  nəticəsində  dövlət,  daşıdığı  borc 

öhdəliklərini  yüngülləşdirmək  məqsədilə  maliyyə  alətlərinin  şərtlərini 

dəyişmək  məcburiyyətində  olur.  Bu  zaman  ya  borc  öhdəliklərinin  müddəti 

uzadılır, yaxud da onların faizləri aşağı salınır. Belə olan halda, təbii olaraq 

bu  dəyişiklik  investorun  maraqlarına  toxunmuş  olur.  Əgər  investor  qeyd 

olunan dəyişikliyin obyektiv səbəblərindən xəbərdar deyilsə, bu zaman onun 

həmin  dövlət  qiymətli  kağızlarına  inamı  kəskin  şəkildə  aşağı  düşmüş  olur. 

Bu  da  son  nəticədə  həmin  maliyyə  alətlərinin  risk  səviyyəsini  yüksəldir. 

Lakin,  investor yaranmış  maliyyə gərginliklərindən  xəbərdar olduqda,  yəni 



 

313 


idarəetmə prosesi  şəffaf getdikdə, bu qiymətli kağızlara olan tələb  və onun 

reytinqi heç də aşağı enmir. 

Ümumiyyətlə,  borc  –  qaytarılmaq  şərti  ilə  edilən  ödənişdir.  Borc 

münasibətlərini  digərlərindən  fərqləndirən  yeganə  spesifik  cəhət  də  bu 

xüsusiyyətdən  irəli  gəlir.  Dövlət  borcu  da  digər  borc  münasibətləri  kimi 

sözügedən prinsipə tabedir. 

 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin