DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


  Nikahın  sığortalanması



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə33/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
Maliyye


 

4.  Nikahın  sığortalanması 

 

Qeyd  etdiyimiz  kimi,  iqtisadi-sosial  və  ictimai  həyatda  hər  şey 

sığortalana  bilər.  Sosial  sahədə  ən  mühüm  sığorta  formalarından  biri  də 

şəxslərin  sığortalanmasında  çox  böyük  rol  oynayan  nikah    sığortasıdır. 

Maliyyə fəaliyyətinin bir sahəsi olmaqla bu sığorta növü cəmiyyət üçün çox 

önəmlidir.  

Nikahın sığortalanması özünü uşaqların sığortalanmasının bir variantı 

kimi göstərir. Belə ki, bəylə gəlin nikah yaşına çatana qədər böyük uşaqlar 

kimi  sığortalanmış  olurlar  və  nikah  ərəfəsində  onlara  sığorta  məbləği 

ödənilir. 

Toy  sığortasının  uşaqların  sığortasından  başlıca  fərqi  budur  ki,  hətta 

sığorta  dövründə  sığortaçının  vəfatı  ilə  bağlı  sığorta  haqqının  verilməsi 

dayandırılsa  belə,  sığorta  məbləğinin  nikaha  qədər    alınması  təmin 

olunmalıdır. Sığorta məbləği sığorta müddəti  bitəndən sonra  nikahın qeydə 

alınması ilə əlaqədar ödənilir. Nikah olmadıqda məbləğ sığortalanmış şəxsin 

müəyyən  (məsələn,  21)  yaşa  çatması  ilə  bağlı  olaraq  verilir.  Sığorta 

müqaviləsi  fəaliyyət  göstərdiyi  müddətdə    bədbəxt  hadisə  nəticəsində 

sağlamlığın  itirilməsi  ilə  əlaqədar  sığorta  məsuliyyəti  qüvvədə  qalır  və 

səhhət  pozğunluğunun  faizi  adi  uşaq  sığortasında  olduğu  kimi 

müəyənləşdirilir. Sığortalanmış şəxs vəfat etdikdə sığorta məbləği ödənilmiş 

sığortahaqqı həcmində verilir.    

Nikahın  sığortalanması  üzrə  müqavilələr  həyatın  qarışıq  sığortasına 

uyğun  olaraq  18  yaşdan  72  yaşa  qədər  olan  vətəndaşlarla  bağlanır  ki,  bu 

zaman  da  müqavilənin  müddətinin  başa  çatdığı  günə  sığortalanmış 

vətəndaşın yaşı 75-i keçməməlidir.  

Yuxarıda  göstərdiyimiz  kimi,  sığorta  məbləği  sığortalanmış  şəxsə 

onun  rəsmi  nikaha  girməsi  ilə  əlaqədar  olaraq  sığorta  müddəti  bitdikdən 

sonra  ödənilir.  Nikah  sığortası  üzrə  sığorta  müddətini  və  gözləmə  dövrünü 

fərqləndirmək  lazım  gəlir.  Sığorta  müddəti,  adi  uşaq  sığortasında  olduğu 

kimi,  müqavilə  bağlanan  zaman  uşağın  real  yaşı  ilə  18  yaş  arasındakı  fərq 

kimi müəyyən olunur. 


 

337 


 Sığorta  müddəti  bitdikdən  sonra  gözləmə  dövrü  başlanır  ki,  bu  da 

sığortalanmışların rəsmi nikaha girməsinə, yaxud maksimum sığorta yaşına 

21  il qalmışa qədər davam edə  bilər. Bu, sığortalanan  şəxsin  nikaha tez və 

ya gec girməsi ilə əlaqədardır. 

 

 

 

 

 

 

 

 

 

5. Bədbəxt hadisələrdən sığortalanma 

 

Bədbəxt 



hadisələrdən 

sığortanın 

prinsipləri 

həyatın 


qarışıq 

sığortasının əsas prinsiplərinə uyğun olaraq həyata keçirilir. Bu prinsiplərin 

ən  vacibi  sığorta  müddətində  sığortalanmış  şəxsin  düçar  olduğu  bədbəxt 

hadisələr  zamanı  sığorta  məsuliyyəti  həcminin  məhdudluğudur.  Bu 

məhdudiyyət sığorta tariflərinin əlverişliliyini təmin edir və sosial sığortaya 

bilavasitə  əlavə  olmaqla  bədbəxt  hadisələrdən  sığortanın  geniş  inkişafına 

kömək  göstərir.  Bu  kateqoriyada  ən  geniş  yayılmış  sığorta  növü  bədbəxt 

hadisələrdən fərdi qaydada sığortadır. 

Bədbəxt  hadisələrdən  fərdi  sığortanın  şərtlərinə  görə,  hər  kəs  yalnız 

özünü  sığortalatmalıdır.  Buna  görə  də  sığortaçı  və  sığortalanan  şəxs  eyni 

adam  olur.  Sığortaçılar  öz  vətəndaşlarımız  və  ölkədə  daimi  yaşayan,  lakin  

vətəndaşlığı  olmayan  ,  əcnəbilər  və  digər  şəxslər  ola  bilər.  Bu  prinsip  yaş 

həddi  ilə  şərtlənir.  Sığortaya  16  yaşından  74  yaşına  qədər  olan  vətəndaşlar 

qəbul  edilir  və  əsas  şərt  budur  ki,  sığorta  müddətinin  başa  çatdığı  gün 

sığortalanmış  şəxsin  yaşı  75-dən  yuxarı  olmasın.  Lakin  bədbəxt 

hadisələrdən sığorta sığortalanan şəxsin sağlamlığının itirilməsi, yaxud vəfat 

etməsi  halları  üçün  nəzərdə  tutulduğundan  bu  növ  həm  qrup  şəklində 

(məsələn,  müəssisə  işçilərinin  sığortalanması),  həm  fərdi  qaydada,  həm  də 

könüllü  və  məcburi  (məsələn,  sərnişinlərin,  hərbi  qulluqçuların  və  başqa 

vətəndaşların sığortalanması) formalarında həyata keçirilir.  

Bədbəxt  hadisələrdən  sığorta  da  həyatın  qarışıq  sığortasının 

prinsipləri  əsasında  qurulur.  Burada  da  yaş  bütöv 

illər  üzrə 

müəyyənləşdirilir.  Sağlamlıq  durumu  müqavilənin  bağlanmasına  mane 

olmur. Sığortalamaya yalnız işləməyən I qrup əlillər qəbul edilmir. 


 

338 


Sığorta  məbləği  bədbəxt  hadisə  nəticəsində  sığortalanmış  şəxslər 

sağlamlıqlarını  itirdikdə,  yaxud  vəfat  etdikdə  (ikinci  halda  varislərə) 

ödənilir.  Sağlamlığın  itirilməsilə  əlaqədar  sığorta  məsuliyyəti  həyatın 

qarışıq sığortası üzrə olan müvafiq sığorta məsuliyyətinə bərabər tutulur.  

Bədbəxt  hadisələrdən  fərdi  sığortanın  şərtində  sığorta  məbləğinin 

proporsional  olaraq  azaldılması  imkanları  da  nəzərdə  tutulur.  Bununla 

yanaşı, mövcud qanunvericiliyə əsasən, sığortalanan tərəfin müəyyən etdiyi 

sığorta  məbləğinin  ölçüsü  müqavilənin  əsas  şərti  olduğuna  görə,  o  ancaq 

sığorta dövründə tərəflərin razılığı ilə dəyişdirilə bilər. 

 Sığortaçının göstərilən vəziyyətdə ancaq sığorta ayırmalarını yenidən 

hesablatmağa ixtiyarı çatır. 

Sığortanın  şərtləri  1  ildən  5  ilədək  müddətə  müqavilə  bağlanmasına 

imkan  verir.  Təcrübədə  bədbəxt  hadisələrdən  sığorta  müqavilələrinin  1  il 

müddətinə  bağlanmasına  üstünlük  verilir.  Adamları  uzunmüddətli 

müqavilələrə həvəsləndirmək üçün sığorta şərtlərində güzəştlər (məsələn, 3 

ilə – 5%, 4 ilə – 10%, 5 ilə – 15% və s.) nəzərdə tutulur. 

Bədbəxt 

hadisələrdən 

sığortada 

uşaqların 

və 

məktəblilərin 



sığortalanması böyük yer tutur. Burada bəzi fərqlər mövcuddur.  

Hər  iki  halda  uşaqların  və  məktəblilərin  yaşından  asılı  olmayaraq 

sığortaçı valideynlər və başqa yaxın adamlar, sığortalanmışlar isə uşaqlar və 

məktəblilər olur. 

Bədbəxt  hadisələrdən  sığortalanmanın  əsasını  onun  qısamüddətli 

növləri  təşkil  edir.  Sığortaçının  sığorta  məsuliyyətinin  həcminə, 

müqavilələrə  görə,  bədbəxt  hadisənin  törədə  biləcəyi  nəticələr  daxil  edilir. 

Bu zaman sözün müstəqim mənasında hər hansı bədbəxt hadisə deyil, yalnız 



«sığortalıq  bədbəxt  hadisə»,  yəni  müqavilə  şərtlərində  olan  hadisə  nəzərdə 

tutulur.  Müxtəlif  müqavilələrdə  «sığortalıq  hadisələr»  siyahısına  müxtəlif 

hadisələr daxil edilə bilər. Məsələn, sərnişinlərin sığorta şərtlərində yalnız o 

hadisələr «sığortalıq» sayılır ki, onlar sığortaçı müəyyən nəqliyyat növündə 

olarkən  baş  verir.  İstehsalatdakı  «sığortalıq  hadisələr»  peşə  fəaliyyətinin 

yerinə yetirilməsi ilə bilavasitə bağlı olmalıdır. 

Bütün bədbəxt hadisə nəticələrini üç növdə qruplaşdırmaq olar: ölüm, 

əmək  qabiliyyətinin  müvəqqəti  itirilməsi,  əmək  qabiliyyətinin  həmişəlik, 

tam və ya qismən itirilməsi (əlillik). 

Birinci  növün  izahata  ehtiyacı  yoxdur.  Əmək  qabiliyyətinin 

müvəqqəti itirilməsi o deməkdir ki, bədbəxt hadisə nəticəsində orqanizmdə 

baş  verən  patoloji  dəyişikliklər,  funksiya  pozuntuları  insana  müəyyən 

müddət öz əmək fəaliyyətini davam etdirməyə mane olur.  


 

339 


Bu  müddət  bitdikdən  sonra  əmək  qabiliyyəti  tam  bərpa  oluna  bilər. 

Nəhayət,  əmək  qabiliyyətinin  həmişəlik  itirilməsi,  yaxud  əlillik  ona  deyilir 

ki, bədbəxt hadisə nəticəsində insan ömürlük olaraq əmək qabiliyyətini itirir 

(korluq, topallıq və s.).  

Əmək  qabiliyyətinin  azalması  səviyyəsindən  asılı  olaraq  əlilliyi 

müxtəlif  dərəcələrə  bölürlər.  Məsələn,  əl,  yaxud  ayaq  barmaqlarından  biri 

olmadıqda  əmək qabiliyyəti o qədər də azalmır,  gözlərin,  əllərin, ayaqların 

heç  biri olmayanda  isə tam əlillik  meydana gəlir. Müqavilə  şərtlərinə görə, 

bədbəxt hadisənin sadalanan nəticələrinin hamısı ya birlikdə, ya da müxtəlif 

kombinasiyalarda sığorta məsuliyyətinə daxil edilir. 

Ümumiyyətlə,  sığortanın  vəzifəsi,  məsələn,  əmlakın,  yaxud  digər 

sığorta  obyektinin  korlanmasına  gətirib  çıxaran  müxtəlif  səbəblər  üzündən 

sığortaçının məruz qaldığı maddi zərərin ödənilməsindən ibarətdir. Bədbəxt 

hadisələrdən sığortalanmanın spesifikası elədir ki, burada sığorta obyektinin 

dəyəri olmur. Sığorta məbləği  kimi ödənən  vəsaitdən  heç də  həmişə sözün 

əsl mənasında bədbəxt hadisənin nəticələrinin birbaşa aradan qaldırılmasına 

sərf  edilmir.  Əmək  qabiliyyətinin  itirilməsi,  yaxud  ölüm  nəticəsində  əldə 

edilməmiş gəlirin  bərpasına da  bu  vəsaitin köməyi  ilə  nail olmaq  mümkün 

deyil. Bu funksiya Sosial Sığorta Fondundan ayrılan vəsait hesabına yerinə 

yetirilir.  Lakin  bədbəxt  hadisələrə  görə  sığorta  ödənişləri  çox  vaxt  ailə 

başçısının  özünün  və  ya  əmək  qabiliyyətinin  itirilməsi  zamanı  ciddi  maddi 

çətinlikləri  aradan  qaldırmaqda,  müalicəyə  və  dolanışığa  sərf  olunan  əlavə 

xərclərin örtülməsində ailəyə yardımçı olur. 

Beləliklə,  bədbəxt  hadisələrdən  sığorta  zamanı,  əslində,  əmək 

qabiliyyətinin  itirilməsinin  və  ölüm  riskinin  sığortalanması  baş  verir.  Bu 

riskin  maksimal  dəyərini  sığortaçı  özü  müəyyənləşdirir.  Sığorta  haqqının 

həcmi,  müqavilədə  nəzərdə  tutulan  xidmətlərin  özünəməxsus  ödənişi  kimi, 

bu  dəyərdən  və  həmin  sığortaçı  üçün  bədbəxt  hadisə  ehtimalından  asılıdır. 

Bədbəxt  hadisələrdən  sığorta  müqavilələrinə  əsasən  maddi  yardım  rolunu 

oynayan ödəniş sığorta məbləğinin, sığorta müavinətinin və sutkalıq təltifin 

müqavilədə göstərilmiş bir hissəsi kimi verilə bilər. 

Sığorta  ödənişinin  forması  müqavilə  şərtləri  və  bədbəxt  hadisənin 

nəticəsinin xarakteri ilə müəyyənləşir. Misal üçün, sığortalıq bədbəxt hadisə 

ölümlə, 


yaxud 

əmək 


qabiliyyətinin 

tam 


itirilməsi 

(əlillik) 

ilə 

nəticələnmişdirsə,  ödəniş  müqavilədə  göstərilmiş  ölçüdə,  birdəfəlik  verilir. 



Əlillik  baş  verdikdə  sığorta  məbləği  birdəfəlik  ödənməklə  yanaşı, 

müqavilədə  pensiya  verilməsi  də  nəzərdə  tutula  bilər.  Sığortalanmış 

şəxslərin  pensiya  almaq  müddəti  əlillik  dövrü  ilə  müəyyən  edilir.  Pensiya 

müxtəlif qaydada – illik, rüblük, aylıq ola bilər. 



 

340 


Sığorta  müqaviləsində  nəzərdə  tutulur  ki,  əmək  qabiliyyəti  qismən 

itirilərkən  verilən  sığorta  məbləği  əmək  qabiliyyəti  tam  itirilərkən  verilən 

məbləğin  müəyyən  hissəsini  təşkil  etməlidir.  Bu  «müəyyən  hissənin» 

miqdarı  əmək  qabiliyyətinin  itirilmə,  yəni  bədbəxt  hadisənin  nəticəsinin 

ağırlıq  dərəcəsindən  asılıdır.  Müqavilə  şərtlərinə  görə  sığorta  məbləğinin 

hansı  hissəsinin  ödənilməli  olduğu  müxtəlif  qaydalarla  müəyyənləşdirilə 

bilər.  Lakin  hər  bir  halda  sığorta  olunmuş  şəxsin  aldığı  zədənin  səbəbi  və 

xarakteri  haqqında  həkimin  təsdiqlədiyi  şəhadətnamə  olmalıdır.  Sığorta 

təcrübəsində  bu  zaman,  adətən,  mümkün  zədələrin  siyahısı  tutulur,  hər  bir 

zədənin təsiri ilə əmək qabiliyyətinin neçə faiz azaldığı göstərilir. Məsələn, 

bir  barmaq  sümüyünün  sınması  əmək  qabiliyyətinin  5%,  bud  sümüyünün 

funksiyanı  dəyişmədən  sınması  20%  azalmasına  səbəb  olur.  Sığorta 

məbləğinin  ödənmə  faizi  əmək  qabiliyyətinin  itirilməsi  faizinə  uyğun 

müəyyənləşdirilir. 

«Sığortalıq  bədbəxt  hadisə»  nəticəsində  əmək qabiliyyəti  müqavilədə 

göstərilən  müddətə  müvəqqəti  olaraq  itirilirsə,  sığortalanmış  şəxs  sığorta 

müavinəti,  yaxud  sutkalıq  ödəniş  alır.  Müavinətin  miqdarı  həmin  müddətə 

uyğun olaraq müqavilədə əvvəlcədən göstərilmiş olur. 

Sığorta  müqaviləsi  bağlamaq  üçün  sığortaçı  şifahi  müraciət  edir  və 

həmin  vaxtadək  öləcəyi  təqdirdə  sığorta  məbləğinin  kimə  (kimlərə) 

verilməli  olduğunu  göstərir.  Müqavilənin  qüvvədə  olduğu  müddətdə  o, 

yazılı  sərəncam  vasitəsilə  varislərini  dəyişdirə  bilər.  Bu  ərizəni  verərkən 

sığortaçı  sığorta  şəhadətnaməsi  və  onun  şəxsiyyətini  təsdiqləyən  sənəd 

təqdim etməlidir.  

Bədbəxt  hadisələrdən  sığorta  müqaviləsinə  görə,  sığorta  halı  baş 

verərkən  sığorta  olunan  dövlət  sosial  sığorta,  sosial  təminat  məbləğindən 

zərərin  ödənməsi  qaydasında  ona  çatacaq  məbləğdən  asılı  olmayaraq 

sığortaçıya,  yaxud  onun  təyin  etdiyi  şəxsə  (şəxslərə)  razılaşdırılmış  sığorta 

məbləğinin ya hamısını, ya da onun müvafiq hissəsini verməlidir. 


 

341 


Bədbəxt  hadisələrdən  sığorta  zamanı  mühüm  əhəmiyyət  kəsb  edən 

məsələlərdən  biri  də  sığorta  hallarının  müəyyənləşdirilməsidir.  Buraya 

sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  baş  vermiş,  müalicə-

profilaktika  müəssisəsinin  arayışı  ilə  təsdiqlənmiş  və  «Sığorta  halları  ilə 

əlaqədar  ödənilməli  olan  sığorta  məbləğlərinin  ölçü  cədvəli»ndə  nəzərdə 

tutulmuş  hadisələr  daxildir.  Buraya,  məsələn,  sığortaçının  bədbəxt  hadisə 

nəticəsində aldığı zədələr, zəhərli bitkilərdən, kimyəvi maddələrdən (sənaye, 

yaxud  məişət  maddələrindən),  keyfiyyətsiz  qida  məhsullarından  (zəhərli 

infeksiyalar  istisna  olmaqla),  dərmanlardan  təsadüfi  kəskin  zəhərlənmələr, 

orqanların  kəsilib  atılması  ilə  nəticələnən  patoloji  doğuşlar  və  ya 

uşaqlıqdankənar  hamiləlik,  təsadüfi  sınıqlar,  sümük  çıxıqları,  dişlərin 

zədələnməsi, yanıqlar, orqanların qırılması (yaralanması), yaxud yanlış tibbi 

manipulyasiyalar  nəticəsində onların kəsilib atılması, sığorta müqaviləsinin 

fəaliyyəti  müddətində  göstərilən  səbəblərdən,  yaxud  həmin  hadisələrdən 

sonrakı  bir  il  ərzində  nəfəs  yollarına  yad  cisim  düşməsi,  sudaboğulma, 

anafilaktik  şok,  bədənin  donması  (soyuqdəymə  nəzərə  alınmır)  nəticəsində 

sığortaçının vəfat etməsi aid edilir.  

Eyni zamanda sığorta halına daxil olmayan hadisələr də var. Məsələn, 

sığortaçının  istintaq  orqanları  və  ya  məhkəmə  tərəfindən  qəsdən  cinayət 

törətmə  hərəkəti  kimi  qiymətləndirilən,  alkoqollu  içkilərdən,  narkotik  və 

zəhərli  maddələrdən  sərxoşluq  vəziyyətdə  daxiliyanma,  yaxud  elektrik 

mühərriki  olan  nəqliyyat  vasitələrini  (avtomobili,  motosikli,  motorolleri, 

mopedi,  motorlu  velosipedi,  traktoru,  kombaynı,  trolleybusu,  tramvayı  və 

s.),  kateri,  motorlu  qayığı  idarə  edərkən,  yaxud  bu  vasitələrin  idarə 

edilməsini  həmin  vəziyyətlərdə  olan  başqa  bir  şəxsə  həvalə  etməsi 

nəticəsində  aldığı  zədələr  sığorta  hadisəsi  kimi  qəbul  edilmir.  Sığortaçının 

intihara  cəhd  nəticəsində  zədə  alması,  yaxud  zəhərlənməsi,  qəsdən  özünə 

bədən  xəsarəti  yetirməsi,  sadalanmış  səbəblərdən  ölməsi,  müalicə-

diaqnostika  müəssisələrinin  təqsiri  üzündən  baş  vermiş  mənfi  nəticələr  də 

sığorta hadisəsi sayılmır.  

Bədbəxt  hadisələrdən  sığorta  müqaviləsinin  fəaliyyəti  müddət  başa 

çatanda,  müqavilənin  qüvvəyə  mindiyi  gündən  bir  gün  əvvəl;  sığorta 

olunmuş  şəxs  sığorta  şəhadətnaməsində  göstərilmiş  sığorta  məbləğini  tam 

ödədikdə;  sığortaçı  vəfat  etdikdə  dayandırılır.  Müqaviləyə  xitam  verilməsi 

üçün  başqa  əsaslar  da  ola  bilər  (məsələn,  sığortaçı  xaricə  yaşamağa 

gedəndə).  



 

342 


Bədbəxt  hadisədən  sığortalanma,  əsasən,  könüllü  olsa  da,  bəzi 

kateqoriyalara  daxil  olan  şəxslər,  məsələn,  polis  əməkdaşları,  daxili 

qoşunların  şəxsi  heyəti,  hərbi  toplanışa  çağırılmış  vətəndaşlar  və  hərbi 

qulluqçular,  dövlət  vergi  xidmətinin,  xarici  kəşfiyyat  və  dövlət 

təhlükəsizliyi  orqanlarının  ştatlı  əməkdaşları,  hakimlər  və  b.  üçün  məcburi 

xarakter daşıyır.   

 

6.  Annuuitet və şəxsi pensiyaların sığortalanması 

 

Annuitet  sözü  azərbaycancaya  tərcümədə  ilbəil  ödəniş  deməkdir. 

İndiki  halda  rentanın,  yaxud  pensiyanın  sığortalanması  anlamında  işlənir. 



Annuitet  və  pensiyanın  sığortası        eyni  istiqamətli  anlayışlardır.  Bununla 

belə,  sığorta  təminatının  şərtlərində  və  sığortalama  qaydasında  bunların 

arasında  müəyyən  fərqlər  də  var.  Annuitet  sığortalanmış  şəxsə  onun  bircə 

dəfə  verdiyi  pul  əvəzinə  ömrünün  sonunadək  hər  il  müəyyən  ödəniş 

verilməsini  nəzərdə tutan  müqavilədir. Ödənişin  məbləği, bir qayda olaraq, 

illik  ödəmənin  məbləği  ilə  uzlaşdırılır,  lakin  təcrübədə  başqa  ödəniş 

növlərinə  də  (yarımillik,  rüblük,  aylıq)  rast  gəlinir.  Ödənişlər,  müqavilə 

şərtlərindən  asılı  olaraq,  əvvəlcədən  və  ya  sonradan  verilə  bilər.  Məsələn, 

annuitet müqaviləsinin qüvvəyə minmə tarixi yanvarın 1-i kimi göstərilibsə, 

deməli,  əvvəlcədən  ödəniş  elə  həmin  ilin  həmin  günü,  yanvarın  1-də, 

sonradan  ödəniş  isə  yalnız  növbəti  il  yanvarın  1-də  verilməlidir.  Sonradan 

ödənən annuitetlər mütənasib və qeyri-mütənasib ola bilər. 

Annuitetin  ən  geniş  yayılmış  növlərindən  biri  təcili  annuitetdir. 

Burada  bir  dəfəyə  alınmış  pul  əvəzinə  hər  il  sığortalanmış  şəxsə  müəyyən 

məbləğdə  ödəniş  verilməsi  nəzərdə  tutulur.  Belə  polisləri,  adətən, 

pensiyaçılar alırlar ki, ömürlərinin qalan hissəsində hər  il  müntəzəm olaraq 

gəlir  əldə  edə  bilsinlər.  Sığortaçı  müqavilənin  fəaliyyət  müddətini 

əvvəlcədən  müəyyənləşdirə  bilməz, çünki  sığortalanmış  şəxs cəmi  bir  neçə 

dəfə ödəniş alandan sonra da ölə bilər, uzun müddət də yaşaya bilər. 

Təminatlı  annuitet  təcili  annuitetin  elə  bir  növüdür  ki,  burada 

sığortalanmış  şəxsin  nə  vaxt  öləcəyindən  asılı  olmayaraq  minimal  ödəmə 

müddəti  əvvəlcədən  razılaşdırılır.  Məsələn,  10  ilə  təminat  almış  annuitet 

sığortalanmış  şəxsin  nə  qədər  yaşamasına  baxmayaraq  10  il  müntəzəm 

olaraq  ödənilməlidir.  Sığortalanmış  şəxs  10  ildən  tez  ölərsə,  onun  varisləri 

qalan pulu ilbəil, yaxud bir dəfəyə ala bilərlər. 


 

343 


Annuitetin  başqa  bir  növü  möhlətli  annuitetdir.  Burada  ödənişin  nə 

vaxtdan  veriləcəyi  əvvəlcədən  razılaşdırılır.  Müqavilənin  bağlanması  ilə 

ödənişlərin  verilməyə  başladığı  vaxt  arasındakı  zaman  məsafəsi  möhlət 

müddəti adlanır. Sığortalanmış şəxs möhlət müddətində vəfat edərsə, sığorta 

şirkəti,  adətən,  aldığı  məbləğin  hamısını,  bəzən  hətta  faizi  ilə  birlikdə 

qaytarır. Möhlətli annuitetlərin səciyyəvi cəhəti  budur ki,  ödənişlər hansısa 

gələcək  tarixdən  başlanır  və  annuitet  birdəfəlik  ödənişlə  satın  alına,  yaxud 

möhlət müddətində qaytarıla bilər. 

Başqa  bir  növ  müddətli  annuitetdir.  Belə  müqaviləyə  əsasən, 

sığortalanmış  şəxs  ölənə  qədər  ödəniş  verilmir,  bunun  əvəzinə  müqavilədə 

hətta  sığortalanmış  şəxs  sağ  olsa  belə,  ödənişlərin  qurtarma  vaxtı 

razılaşdırılır. 

Fərqli  formalardan  biri  də  həyatın  və  sonuncu  ölənin  annuitetinin 

birgə  sığortalanmasıdır.  Bu  halda  ödənişlər  ər-arvaddan  birinin  ölümündən 

sonra  da  tam  məbləğdə  (bəzən  üçdə  bir  azalma  ilə)  davam  etdirilir.  Belə 

annuitetlər  əvvəlcədən,  sonradan,  mütənasib,  qeyri-mütənasib,  təminatlı, 

yaxud təminatsız qaydalarda və adi annuitetlər kimi ödənilə bilər. 

Artan  məbləğ  annuiteti.  Ödənişlərin  verildiyi  müddətdə  inflyasiya 

onların  real  dəyərini  azaltdığından  bəzi  sığortaçılar  artan  məbləğ  annuiteti 

təklif  edirlər.  Burada  inflyasiya  itkilərini  kompensasiya  etmək  üçün 

müəyyən  faiz  artırılır.  Bəzən  hətta  istehlak  qiymətləri  indeksinin  tətbiq 

olunduğu annuitetlər də təklif edilir. 

Nəhayət,  annuitetlərin  bu  təsnifata  görə  sonuncu  növü  kapitalla 

müdafiə  olunan  annuitetdir.  Bu  növ  sığortalanmış  şəxsə  təminat  verir  ki, 

onun varisləri toplanmış məbləği tam ala biləcəklər. Məsələn, sığortalanmış 

şəxs  verilmiş  məbləğlə  alınmış  məbləğ  bərabərləşənə  qədər  ölərsə,  bu 

məbləğlər arasındakı fərq onun varislərinə veriləcək. 

Şəxsi  pensiyaların  sığortalanması  da  annuitetlərə  bənzəyir.  Lakin 

burada ümumi qayda belədir ki, şəxsi pensiya vətəndaş yaşa görə pensiyaya 

çıxmayınca  verilə bilməz. Adətən, pensiya sxemləri elə hazırlanır ki, orada 

pensiyalar mövcud vergi mükafatlarını nəzərə almaqla təmin olunur. Söhbət 

özəl şəxslə pensiya fondu arasındakı müqavilə ilə ödənilən şəxsi pensiyadan 

gedir.  Fondu  ya  ayrıca  şirkətin  əməkdaşlarının  adından  müvəkkil  edilmiş 

şəxs,  ya  da  peşəkar  təşkilat  (sığorta  şirkəti  və  ya  bank)  idarə  edə  bilər. 

Pensiya  müqaviləsi  dəqiq  surətdə  ya  yaşa  görə,  ya  da  ailə  başçısının 

itirilməsinə  görə  pensiya  verilməsinə  yönəldilməlidir.  Bir  nəfər  bir  neçə 

sığorta  şirkəti  ilə  müqavilə  bağlaya  bilər,  lakin  bir  çox  ölkələrdə  vergi 

orqanları  hər  il  pensiya  müqavilələri  üzrə  pensiya  fondlarına  göndərilməli 

olan məbləğə mütləq məhdudiyyətlər qoyur. 

 

7. Sərnişinlərin sığortalanması 



 

344 


 

Bədbəxt  hadisələrdən  sığorta  dedikdə  nəqliyyat  qəzaları,  iş  yerində 

baş  verən  bədbəxt  hallar,  bədən  xəsarəti  və  s.  nəzərdə  tutulur.  Bu  sığorta 

növündə  məcburilik  amili  var.  Ona  görə  də  insan  sığortasının  bu  növü 

sərnişinlərin məcburi sığortalanması adlanır. Buradakı əsas vadaredici motiv 

və mənbə sərnişin nəqliyyatında baş verən olaylardır. Sərnişin nəqliyyatının 

yüksək  təhlükə  mənbəyi  olması  sərnişinlərə  məcburi  sığortanın  tətbiq 

edilməsini  şərtləndirir.  Əmlakın  məcburi  sığortasından  fərqli  olaraq 

sərnişinlərin  məcburi  sığortasının  avtomatikliyi  prinsipi  onların  yolda 

olması ilə əlaqədardır. Məcburi sığorta hava, dəmir yolu, dəniz, daxili su və 

avtomobil  nəqliyyatının  sərnişinlərinə,  turizm-ekskursiya  təşkilatlarının 

xətti  ilə  beynəlxalq  ekskursiyalarda  olan  turistlərə  və  ekskursantlara  yolda 

olduqları  müddətdə  tətbiq  edilir.  Sərnişinlər  biletin  qiymətinə  daxil  olan 

sığortahaqqını  nəqliyyat  qurumunun  təşkilati-hüquqi  formasından  asılı 

olmayaraq  bilet  əldə  edərkən  ödəyirlər.  Pulsuz  gediş  hüququ  olan 

sərnişinlərə  sığorta  da  pulsuzdur.  Nəqliyyat  vasitələrinin  xidmət  personalı 

məcburi sığortadan azaddır. 

Sığorta  məsuliyyətinin  həcmi  yolda  sərnişinlərin  üzləşdikləri  bədbəxt 

hadisələrin  nəticələrilə  əlaqədardır.  Sığorta  məbləği  sığortalanmışların 

sağlamlığının itirilməsinə və ya vəfatına görə ödənilir.  

Bədbəxt  hadisə  sığorta  olunmuş  şəxsin  cinayət  törətməsi,  özünü 

öldürmək  istəməsi,  administrasiyanın  tələblərini  saya  salmaması,  yaxud 

nəqliyyatda  gediş  qaydalarını  pozması  nəticəsində  baş  verərsə,  sığorta 

şərtlərində nəzərdə tutulmuş sığorta məsuliyyəti məhdudlaşdırılmış olur. 

Biletlərin  qiymətləri  ilə  birlikdə  nəqliyyat  təşkilatlarının  kassalarına 

daxil olan sığorta ödəmələri müəyyən olunmuş qaydada sığorta orqanlarının 

hesabına  köçürülür.  Sığorta  orqanları  alacaqları  məbləğin  vaxtında  və  tam 

köçürülməsinə nəzarət edirlər.  

Xərclər  örtüldükdən  sonra  qalan  məbləğin  bir  hissəsi  sərnişin 

daşınmasının təhlükəsizliyinə yönəlmiş tədbirlərin keçirilməsinə sərf olunur. 

Əmlakın  məcburi  sığortasından  fərqli  olaraq  sərnişinlərin  məcburi 

sığortasının  avtomatizm  prinsipi,  əvvəl  dediyimiz  kimi,  onların  vaxtaşırı 

olaraq yola çıxmaları ilə bağlıdır və biletin tam qiymətinə daxil olan sığorta 

(komission)  yığımlarının  ödənilməsindən  asılıdır.  Bu  şərtlər  yerinə 

yetirilmədikdə  sığorta  çıxdaş  sayılır.  Yolda  olan  sərnişinlər  eyni  vaxtda 

sığorta  ayırmalarını  ödəmiş  sığortaedənlər  və  sığortaolunanlar    hesab 

olunurlar. 

Mövcud  qanunvericiliyə  görə,  sərnişinlərin  heç  də  hamısı  sığortaya 

cəlb  edilmir.  Beynəlxalq  nəqliyyat  vasitələrinin  bütün  növlərində  sığorta 

işini xarici sığorta şirkətləri görür.  



 

345 


Sərnişinlərin  yolda  olmaları  dövrü  nəqliyyat  vasitələrinə  minik  elan 

olunduğu  andan  başlanaraq  nəqliyyat  vasitəsi  sonuncu  dayanacağa 

çatdıqdan sonra sərnişinlərin onu tərk etməsi ilə başa çatır. 

Sığorta  bazarının  indiki  inkişaf  mərhələsində  sərnişinlərin  könüllü 

olaraq əlavə sığortalanmasına da yol verilir. 

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin