DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


 Kənd təsərrüfatı məhsullarının sığortalanması



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   41
Maliyye


5. Kənd təsərrüfatı məhsullarının sığortalanması 

İqtisadiyyatın  başqa  sahələrinə  nisbətən  kənd  təsərrüfatında,  xüsusən 

də bitkiçilikdə itki daha duyumlu və realdır. Bu, istehsal prosesinin xarakteri 

ilə şərtlənir və əsasən, təbii iqlim şəraiti ilə bağlıdır. Əlverişsiz təbii amillər 

nəticə  etibarilə  kənd  təsərrüfatı  məhsulları  istehsalına  böyük  neqativ  təsir 

göstərir.  Xarici  təsirlər  təkcə  təbii  amillərin  deyil,  aqrotexniki  tələblərin 

yerinə  yetirilməməsi  nəticəsində  də  meydana  çıxır.  Ona  görə  də  kənd 

təsərrüfatı məhsullarının, ilk növbədə, tərəvəzin sığortalanması çox vacibdir. 

Tərəvəzin  sığortalanma  prinsipləri  fermer  təsərrüfatlarında  və  başqa 

kənd  təsərrüfatı  müəssisələrində  fəaliyyətin  nəticələri  ilə  sıx  əlaqədardır. 

Sığorta təminatının həcmi tərəvəzçiliyin səviyyəsindən asılıdır. 

Sığortanın digər prinsipi universallıq, yəni praktik olaraq bütün mənfi 

halların əhatə edilməsidir. 

Kənd 


təsərrüfatı 

məhsullarının 

sığorta 

müştəriləri 

balıqçılıq 

təsərrüfatlarından və  başqa dövlət aqrar  müəssisələrindən, təsərrüfatlararası 

qurumlardan, kooperasiyalardan, icarə təsərrüfatlarından və s. ibarətdir. 

Sığorta  onun  əsas  obyekti  olan  kənd  təsərrüfatı  məhsullarının  bütün 

növlərini əhatə edir. 

Dövlət  və  kooperasiya  müəssisələrində  məhsulların  sığorta  qiyməti 

son 5 ilin nəticələrinə görə hər hektarın orta məhsuldarlığı nəzərə alınmaqla 

müəyyən  olunur.  İcarə  və  fermer  təsərrüfatları  sığorta  variantlarını  və 

itkilərin örtüm səviyyəsini müqavilə bağlanarkən özləri seçirlər. 

Sığorta  müqavilə  bağlanarkən  bədbəxt  hadisələrin  xarakteri  və  bu 

hadisələr  zamanı  sığorta  məsuliyyəti  dəqiq  müəyyən  edilir.  Bədbəxt 

hadisələr  baş  verərkən  təsərrüfatlar  akt  tərtib  edərək  sığorta  ödənişini 



 

355 


əsaslandırırlar.  Bu  akt  əsas  sənəd  hesab  olunur  və  bütün  sığorta ödənişləri 

yalnız və yalnız onun əsasında həyata keçirilir. 

Sığorta  ödənişi  sığortalanmış  bitkilərə  və  məhsullara  aiddir. 

Məhsulların,  yaxud  tərəvəzin  məcburi  sığortası  zamanı  bu  ödəniş  itkilərin 

ümumi  dəyərinin  70%,  çoxillik  bitkilər  üçün  isə  100%-ni  təşkil  edir. 

Könüllü sığorta zamanı bu həcmi təsərrüfatlar müəyyənləşdirir. 

Kənd  təsərrüfatı  məhsulları  sığortalanarkən,  adətən,  ödəniş  hesabının 

əsasını yerli bazardakı qiymətlər təşkil edir. Sığortanın başqa formalarında, 

yuxarıda  deyildiyi  kimi,  sığortaçının  başqa  bazarlardakı  qiymətlə  əldə  edə 

biləcəyi əlavə mənfəət hüququ olmur. Səbəbi də budur ki, sənaye mallarının 

pərakəndə qiymətini alıcılar topdansatış qiymət əsasında  müəyyənləşdirirlər 

(nəticədə  satış  qiyməti  bundan  yüksək  olur).  Kənd  təsərrüfatı  məhsullarına 

isə  malın  alınmasından,  yaxud  satılmasından  asılı  olmayaraq  vahid  qiymət 

qoyulur. Buna görə də ödəniş məbləği satış qiyməti əsasında hesablanır. 

Bir  çox  ölkələrdə  kənd  təsərrüfatının  sabit  inkişafına  nail  olmaqdan 

ötrü  fermerlər  üçün  təminatlı  qiymətlər  tətbiq  edilir.  Fermer  zay  məhsulu 

sata  bilmədiyindən  bazar  qiyməti  ilə  təminatlı  qiymət  arasındakı  fərqi 

itirmiş olur. Sığorta ödənişi zaman bu fərq nəzərə alınır. 

İndiki  mərhələdə  bütün  dünyada  ən  çox  yayılmış  sığorta  növləri 

bitkilərin  doludan  sığortalanması,  istixanaların,  heyvanların  (o  cümlədən 

ətlik  heyvanların,  heyvanların  həyatının), ev quşlarının,  müxtəlif  növ dəniz 

məhsullarının sığortalanmasıdır.  



6. Ev əmlakının sığortalanması 

Vətəndaşların  ev  əmlakı  yalnız  könüllü  qaydada  sığortalanır. 

Müqavilələr  ölkənin  vətəndaşları  ilə,  onun  ərazisində  daimi  yaşayan 

əcnəbilərlə  və  vətəndaşlığı  olmayan  şəxslərlə  bağlanır.  Müqavilə  ancaq 

həmin ölkə ərazisində qüvvədə olur. 

Sığorta obyektləri,  şəxsi təsərrüfatda  istifadə olunan  və  həmin ailənin 

mədəni-məişət  tələbatını  təmin  etməyə  yönəlmiş  məişət  və  istehlak 

əşyalarıdır. Bundan başqa, dövlət binalarında və ictimai evlərdə, o cümlədən 

vətəndaşların  şəxsi  mülkiyyətinə  satılmış  mənzillərdə  sığortalananların 

mənzil avadanlığı və məişət alətləri sığortalanmış hesab edilir.  

Bir sıra ev əşyaları və ya ev əmlakı sığortaya qəbul edilmir. 

Ev  əmlakı  ümumi  və  xüsusi  müqavilə  ilə  sığortalana  bilər.  Birinci 

halda onun bütün predmetləri sığortalanmış hesab edilir. 

 

Xüsusi  müqaviləyə  görə,  qiymətli  metallardan  düzəldilmiş 



məmulatlar,  yarımqiymətli  və  əlvan  daşlar,  kolleksiyalar,  şəkillər,  əntiq  və 

 

356 


nadir əşyalar, radio, televiziya və video aparatları, kompyuter, foto və kino 

aparatları, musiqi alətləri, elektron aparatları və digər əşyalar sığorta obyekti 

sayılır. 

Xüsusi  müqavilələr  bütün  əşyaların,  yaxud  onların  ayrı-ayrı 

hissələrinin sığortalanmasını əhatə edə bilər. 

 Sığortalanmış  ev  əşyaları  təbii  fəlakətlər,  faciəli  hadisələr,  yanğın, 

partlayış,  ağcların  və  uçucu  aparatların  yerə  düşməsi,  içində  əmlak  olan 

tikililərin  əsas  konstruksiyalarının  qəfil  korlanması,  su  ilə  qızdırma,  su 

təchizatı  və  kanalizasiya  sistemlərində  baş  verən  qəzalar,  üçüncü  şəxslərin 

hüquqazidd  qərəzli  əməlləri,  oğurluq,  yaxud  oğurluğa  cəhd  nəticəsində 

məhv  olduqda  və  ya  zədələndikdə  sığorta  kompensasiyası  ilə  təmin  edilir. 

Televizorlar  və  soyuducular  yalnız  yanıb  sıradan  çıxdıqda,  qiymətli  metal, 

qiymətli,  yarımqiymətli  və  əlvan  daşlar  isə  oğurlandıqda  sığorta  ödənişi 

verilir. 

Bütün bu hadisələr sığorta halları adlanır.  

Ev  əmlakına  daxil  olan  əşyalar  daimi  yaşayış  yerində  sığortalanır. 

Sığortalanmış  şəxs  müqavilə  müddəti  bitməmiş  daimi  yaşayış  yerini 

dəyişərsə,  sığortalanmış  əmlakın  hamısı,  yaxud  bir  hissəsi  müqavilədə 

göstərilən  müddətin  sonuna  qədər  yeni  ünvan  üzrə  sığortalanmış  hesab 

edilir. 


Ev  əmlakı,  ümumi  müqaviləyə  əsasən,  2-11  ay  və  1-5  il,  xüsusi 

müqaviləyə əsasən isə, 1 il müddətinə sığortalana bilər. 

Sığorta  müqaviləsi  bağlanarkən  əmlak  sahibi  sığortahaqqını  bütün 

sığorta  müddəti  üçün  sığorta  agentlərinə  nağd  və  ya  köçürmə  üsulu  ilə 

ödəyir. 

Ev  əmlakının  sığortalanması  müqaviləsi  təkcə  fiziki  deyil,  hüquqi 

şəxslərlə də bağlana bilər. Hüquqi şəxslərin sığorta ödənişləri ev əmlakının 

sığortası zamanı tətbiq edilən tarif  dərəcələri üzrə həyata keçirilir. 3 aydan 

9 aya qədər bağlanmış  müqavilə üzrə ödənişlər  hər ay üçün  illik dərəcənin 

10%-i  qədər,  10-11  ay  müddətinə  bağlanmış  sığorta  müqaviləsi  üzrə 

ödənişlər isə tam illik tarif dərəcəsi həcmində hesablanır. 

 

 



 

 

   



 

357 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

20.4. Məsuliyyət sığortası  

 

ТИКИЛИЛЯРИН 

СЫЬОРТАСЫ

 

ЩЕЙВАНЛАРЫН 

СЫЬОРТАСЫ 

 

ЕВ ЯМЛАКЫНЫН 

СЫЬОРТАСЫ 

ЯМЛАК СЫЬОРТАСЫНЫН 

НЮВЛЯРИ 

НЯГЛИЙЙАТ 

ВАСИТЯЛЯРИ-

НИН 

СЫЬОРТАСЫ 

КЯНД 

ТЯСЯРРЦФАТЫ 

МЯЩСУЛЛАРЫ-

НЫН 

СЫЬОРТАСЫ 

 

358 


Bazar  iqtisadiyyatına  keçid  şəraitində  məsuliyyət  sığortası  ölkəmiz 

üçün yeni sığorta sahəsi olub, müxtəlif fəaliyyət nəticəsində üçüncü şəxslərə 

vurulacaq  zərər,  məsuliyyətli  bir  sığorta obyekti  kimi  çıxış  edir.  Əmlak  və 

şəxsi  sığortadan  fərqli  olaraq  məsuliyyət  sığortasının  əsas  məqsədi  üçüncü 

şəxslərin  iqtisadi  maraqlarının  sığorta  müdafiəsinin  təşkil  edilməsindən 

ibarətdir. Göstərilən sığorta sahəsinin xarakterik xüsusiyyəti odur ki, burada 

sığortaçı və sığorta olunanlarla yanaşı əvvəlcədən məlum olmayan fiziki və 

hüquqi şəxslər də sığorta münasibətlərinin subyektinə çevrilir.  

Məsuliyyət sığortasının qərb sığorta bazarında inkişaf etmiş müxtəlif 

növləri mövcuddur. Bunlara misal olaraq: müəssisələrin və ya sahibkarların 

öz fəhlələri qarşısında məsuliyyətinin sığortası, şəxsə məsuliyyət sığortası ( 

bura avtomobili olan, vəhşi heyvan saxlayan vətəndaşlar daxildir), daşınmaz 

əmlaka görə məsuliyyət sığortası, geniş xalq istehlakı malları istehsal etmək 

üzrə  məsuliyyət  sığortası,  ətraf  mühitin  çirkləndirilməsi  məsuliyyəti  üzrə 

sığorta, peşə məsuliyyəti sığortası aid edilir. 

Məsuliyyət  sığortası  içərisində  ən  önəmli  yerlərdən  birini  nəqliyyat 

vasitələri  sahiblərinin  vətəndaşlıq  məsuliyyəti  tutur.  Bu  sığorta  özündə 

sığorta olunanın  sığorta  hadisəsi  nəticəsində  üçüncü  şəxsə  vurduğu  zərərin 

ödənilməsi məsələsini xarakterizə edir.  

Son dövrlərdə  nəqliyyat vasitələrinin sayının  artması  müvafiq olaraq 

qəza  hallarının  artmasına  səbəb  olmuşdur.  Araşdırmalar  göstərir  ki, 

hadisələr  zamanı  tələf  olma  və  zədələnmələr  səviyyəsinə  görə  avtomobil 

nəqliyyatı  hava  nəqliyyatından  iki  dəfə  riskli  hesab  olunur.  Göstərilən 

sığorta  növünün  obyekti  kimi  avtomobil  nəqliyyatının  sahibinin  birbaşa 

məsuliyyəti çıxış edir. Həmin  məsuliyyət son nəticədə zərərin pul  ifadəsini 

alır. Bu sığorta növünün təsnifat xüsusiyyətlərinə aid edilir: 

1. nəqliyyat sahibinin nəqliyyatın istismarı zamanı baş vermiş zərərin 

ödənilməsi 

2.  nəqliyyat  sahiblərinin,  yəni  sığorta  olunanların  iqtisadi 

maraqlarının qorunması.  

Bu sığorta növündə əvvəlcədən dəqiq iki subyekt - sığorta təşkilatı və 

nəqliyyat sahibi məlumdur. Həmin iki subyekt qanunçuluq əsasında əlaqəyə 

girərək  gələcəkdə  mövcud  ola  biləcək  zərərçəkmə,  ona  dəymiş  zərərin 

ödənilməsi  üçün  xüsusi  sığorta  fondu  yaradırlar.  Bu  sığorta  növündə 

əvvəlcədən  məlum  olan  sığorta  olunmuş  mövcud  olmur.  Sığorta  hadisəsi 

zamanı  zərər  hesablanarkən  faktiki  qiymətlər  əsas  götürülür  və  ödəniş 

hesablanır.  Zərər  məbləğinə  əsasən  aşağıdakılar  aid  edilir:  zərər  çəkənin 

qazancı, zərər çəkənin himayəsində olanların sayı, əmək qabiliyyətini itirmə 

səviyyəsi və zədələnmiş əmlakın dəyəri. 


 

359 


Mövcud sığorta növündə tarif  stavkaları  hesablanarkən  yol  nəqliyyat 

hadisələrinin  sayı  və  təkrarlanması,  baş  vermiş  zərərlərin  orta  statistik 

məbləği və s. əsas götürülür.  

Sığorta  şərtlərində  sığorta  tariflərinin  diferensiallaşdırılması  nəzərdə 

tutulur.  Məsələn,  intizamlı  sürücülərə  qarşı  aşağı  stavkalar,  intizamsız 

sürücülərə qarşı yüksək stavkalar tətbiq edilir.  

Qərbin  sığorta  bazarında  bu  sığorta  növü  əsasən  könüllü  qaydada 

tətbiq  edilir.  Mövcud  sığorta  bazarının  səviyyəsi  respublikada  bu  sığorta 

növünün icbari qaydada tətbiqini zəruri edir.  

Respublikada  mülkiyyətin  müxtəlif  formalarının  təşəkkül  tapdığı  bir 

dövrdə, sahibkarlıq fəaliyyətinə geniş bir meydan açıldığı şəraitdə təsərrüfat 

fəaliyyətində baş verən risklərin sığortalanması təsərrüfat mexanizminin bir 

ünsürünə çevrilir.  

Peşə  məsuliyyətinin  sığortası  peşə  vəzifələrinin  icrası  zamanı 

buraxılmış  səhvlərə  görə  hüquqi  və  ya  fiziki  şəxslərin  iddia  qaldırması  ilə 

bağlıdır.  

İddia  qaldırmanın  əsası  kimi  sığorta  olunan  tərəfindən  buraxılan 

səhlənkarlıq və ya səhv ola bilər: peşə məsuliyyətinin sığortası üzrə iki risk 

sığorta obyekti ola bilər: 

1)  üçüncü  şəxslərin  sağlamlığına  vurula  bilən  risklər  (belə  risklərə 

cərrahların, nəqliyyat sahiblərinin riskləri aiddir); 

2)  maddi  iqtisadi  zərərlə  bağlı  risklər  aid  edilir  (bunlara 

arxitekturaların, inşaatçı, mühəndislərin fəaliyyəti aid edilə bilər). 

Peşə  fəaliyyətinin  sığortası  zamanı  sığortaçının  məsuliyyətinə 

müəyyən  limit  həddindən  çox  olmamaq  şərtilə  bütün  zərərlər  üzrə  sığorta 

ailəsinin  bütün  müddəti  ərzində  ödəniləcək  zərərlərin  məcmusu  aid  edilir. 

Bu  o  deməkdir  ki,  ödəniləcək  hədd  müəyyən  limit  həddində 

diferensiallaşdırıla  bilər.  Sığorta  məsuliyyətində  bilərəkdən  edilən  zərərlər, 

cinayət məsuliyyətinə düşən fəaliyyət kənar edilir.  

Göstərilən sığorta üzrə sığorta tədiyyələrinin  hesablanması peşəkarın 

peşəsindən, iş stajından, yaşından, ixtisasının səviyyəsindən və s. amillərdən 

birbaşa asılıdır.  

Ümumiyyətlə, sığorta tədiyyələrinin əsasını iki faktor müəyyən edir: 

1) peşə və kommersiya fəaliyyəti ilə məşğul olan qulluqçuların sayı; 

2) məsuliyyət limitinin həddi. 

Müəyyən  edilmiş  əsas  stavkaya  müəyyən  əlavələr  də  edilə  bilər. 

Əlavə  keçmiş  illərin  fəaliyyəti  nəzərə  alınmaqla  və  ya  təcrübənin  ilkin 

illərində tətbiq edilə bilər.  

Peşə məsuliyyətinin sığortasının bir çox növləri həm könüllü, həm də 

icbari qaydada sığortalana bilər.  



 

360 


Məsuliyyət sığortasının geniş tətbiq olunan növlərindən biri də əsasən 

icbari  qaydada  həyata  keçirilən  müəssisələrin  vətəndaşlıq  məsuliyyətinin 

sığortasıdır.  Belə  müəssisələrə  aviamüəssisələr,  enerji  qurğuları,  dərman 

istehsal  edən  müəssisələr  və  s.  aiddir.  Həqiqətdir  ki,  neftayırma,  enerji 

təchizatı  müəssisələrinin  ətraf  mühitə  vura  biləcəyi  təhlükə  univermağın 

ətraf  mühitə  vura  biləcəyi  təhlükədən  çoxdur.  Buna  görə  də  sığorta 

müqavilələri  konkret  riskin  dəqiq  öyrənilməsindən  sonra  bağlanır.  Sığorta 

obyekti üçüncü şəxslərə vura bilinəcək maddi zərərlər hesab olunur. 

Müəssisələrin  məsuliyyət  sığortası  üzrə  tariflər  sığortaçılar  üzrə 

müstəqil müəyyən edilir. Burada tarif dövrü 6-8 il olur. Hər bir müqavilənin 

xüsusiyyətinə uyğun olaraq müvafiq güzəştlər edilir.  

Müqavilə  başlanarkən  əsas  tarif  stavkası  ilə  yanaşı  maksimal  stavka 

da  müəyyən  edilir.  Minimal  stavka  risk  üçün  baza  haqqı  kimi  çıxış  edir. 

Minimal tarif stavkası 4 qrup müəssisələr üzrə müəyyən edilir: 

1) - pərakəndə ticarət müəssisələri üzrə:  

2) - sənətkarlıqla məşğul olan müəssisələr üzrə;  

3) - sənaye müəssisələri üzrə;  

4) - tikiliş müəssisələri üzrə.  

Məsuliyyət  sığortası  özünəməxsus  yerlərdən  birini  də  kredit  riskləri 

sığortası tutur. Onun mahiyyəti kredit risklərinin azaldılması və ya tam ləğv 

edilməsidir.  Bu  növ  sığortanın  obyekti  kimi  alıcıya  verilən  kommersiya 

krediti,  satıcıya  və  ya  alıcıya  verilən  bank  ssudaları,  kredit  üzrə  müxtəlif 

öhdəliklər  və  uzunmüddətli  investisiyalar  çıxış  edə  bilər.  Kredit  risklərinin 

sığortası  bank-kreditorun  və  satıcının  maraqlarını  qoruyur.  Əgər  borclu 

borcunu vaxtında qaytara bilmirsə, yəni satıcının və bank kreditorun iqtisadi 

maraqlarını  zərbə  altına  alırsa,  onda  göstərilən  sığorta  növü  bu  cür  riskləri 

aradan qaldırır. Əgər sığorta müqaviləsi satıcının hesabına bağlanırsa, onda 

verilmiş  kreditin  qaytarılmaması  üzrə  məbləği  sığorta  təşkilatı  öz  üzərinə 

götürür.  Kreditin  qaytarılmaması  riski  müxtəlif  amillərdən  asılıdır. 

Təcrübədə bunlar iki qrupa bölünür:  

1)  xalis  kommersiya  və  ya  iqtisadi  risklər.  Bura  alıcının  müflis 

olması,  borcun  müəyyən  edilmiş  müddətdə  ödənilməməsi  və  s.  iqtisadi 

risklər aid edilir;  

2)  siyasi  risklər.  Bunlara  hərbi  fəaliyyət,  inqilab,  borcların  ləğv 

edilməsi (dövlət səviyyəsində),  ixrac  lisenziyalarının  ləğvi,  embarqo qanun 

tətbiqi,  milliləşdirilmə  və  s.  ola  bilər.  Kredit  sığortasında  sığortaçının 

məsuliyyəti  vaxtında  qaytarılmayan  kredit  məbləği  və  həmin  kredit  üzrə 

faizin  50%-indən  90%-dək  ola  bilər.  Sığorta  müddəti  kredit  müddətindən 

asılı olaraq 1 aydan 1  ilə kimi  və daha çox ola  bilər. Tarif  stavkası sığorta 

müddətindən  asılı  olaraq  müəyyən  edilir.  Bütün  kredit  risklərinin  sığortası 

üzrə 

tarif 


stavkası 

sığorta 


məbləğinin 

1%-dən 


2%-inədək 



 

361 


diferensiallaşdırılır. Ayrı-ayrı kreditlərin sığortalanması zamanı bu stavkalar 

1,8 - 3,5%-dək dəyişə bilir.  

Kredit risklərinin ən geniş yayılmış növlərindən biri də borcu götürən 

təşkilatın  bank  qarşısındakı  məsuliyyətinin  könüllü  sığortasıdır.    Bu  növ 

sığortanın şərtləri bank kreditləri üzrə sığortanın şərtləri ilə eynidir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

362 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XXI FƏSİL. SOSİAL SIĞORTA  

 

21.1. Sosial siyasət və onun maliyyələşmə mənbələri 

 

МЯСУЛИЙЙЯТ СЫЬОТАСЫНЫН НЮВЛЯРИ 

КРЕДИТЛЯРИН ВАХТЫНДА 

ГАЙТАРЫЛМАМАСЫ  

 

МЦЛКИ МЯСУЛИЙЙЯТ 

 

 

 

 

 

ТЯСЯРРЦФАТ ФЯАЛИЙЙЯТИ 

ПРОСЕСИНДЯ ЗИЙАН ДЯЙЯН 

ЩАЛЛАРДА  

 

363 


 

  Sosial  siyasət  –  dövlət  hakimiyyət  orqanlarının  və  dövlət 

müəssisələrinin  sosial  münasibətlər  sahəsində  həyata  keçirdiyi  tədbirlər 

sistemidir.  Sosial  siyasətin  obyektinə  bütövlükdə  əhali,  onun  ayrı-ayrı 

qrupları, ailələr aiddir. Müasir dövrdə sosial siyasətin həyata keçirilməsi  və 

mövcud  problemlərin  həlli  üçün  sosial  infrastruktur  yaradılır.  Sosial  infra-

strukturun inkişafında əsas məqsəd milli iqtisadiyyatın inkişafının, eləcə də 

cəmiyyətin  sosial  sabitliyinin  möhkəmləndirilməsinin  mühüm  amili  kimi 

qiymətləndirilən  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsindən  ibarətdir. 

Bu problemlər dünyanın bütün ölkələri üçün aktual hesab edilir. 

  Müasir  dövrdə  dövlətin 

sosial 

siyasətinin  əsas 



vəzifələri 

aşağıdakılardan ibarətdir: sabitləşdirici və bərpaedici tədbirlər kompleksinin 

həyata  keçirilməsi;  əhaliyə  sosial  yardımların  göstərilməsi  sahəsində 

təxirəsalınmaz  tədbirlərin  həyata  keçirilməsi;  sosial  münaqişələrin 

kəskinləşməsinə 

yol 


verilməməsi; 

təsərrüfat 

fəaliyyətinin 

dövlət 


tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi. 

  İstənilən  ölkədə  sosial  sistemin  mövcudluğunun  əsas  şərti  onun  pul 

vəsaiti  ilə  təminatıdır.  Bu  isə  özündə  maddi  bazanı  və  ya  maliyyələşmə 

mənbəyini birləşdirir. Bu mənbələrdən ən mühümü büdcə və büdcədənkənar 

fondların vəsaitləridir. 

 

 

21.2. Sosial sığortanın mahiyyəti  və sosial sığorta sistemi. 

 

  Sosial  sığorta  sosial  təminatın  tərkib  hissəsi  olmaqla    onun  for-

malarından biridir.   Sosial  sığorta  –  dövlətin  sosial  sahədəki  siyasətinin 

ayrılmaz tərkib hissəsidir. 

  Sosial sığorta əhalinin müəyyən təbəqəsinin maddi təminatı üçün pul 

vəsaiti fondlarının formalaşdığı və istifadə edildiyi münasibətlər sistemidir. 

  Sosial  təminat  və  vətəndaşların    maddi  təminatı  və  onlara  xidmət 

göstərilməsi  üçün  milli gəlirin  müəyyən hissəsi  hesabına ictimai  istehlak 

fondlarının    yaradılması  və    istifadəsi  prosesində    yaranan  bölgü 

münasibətləri sistemidir. 

  Sosial sığorta  sistemi iki hissədən ibarətdir:  

  birinci  hissə  müalicəvi  tədbirlərin  həyata  keçirilməsi  də  daxil 

olmaqla işçilərin əmək qabiliyyətinin  qorunması və bərpasını  təmin edir; 

  ikinci hissə  əmək qabiliyyəti olmayan və əmək qabiliyyətini itirmiş 

şəxslərin maddi ehtiyaclarını təmin edir. 

Azərbaycan 

Respublikasında 

sosial 

sığortanın 



prinsipləri 

aşağıdakılardır: 

  - sosial sığortanın dövlət təminatı; 


 

364 


  - sosial sığortanın ümumiliyi; 

  - sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda 

təminat verməsi; 

  - sosial sığorta subyektlərinin hüquq bərabərliyi; 

  - dövlət sosial sığortasının məcburiliyi; 

  -  məcburi  dövlət  sosial  sığortasının  idarə  edilməsində  ictimai 

təşkilatların iştirakının təmin olunması. 

  Sosial sığorta hadisəsinə aşağıdakılar aiddir: 

  - pensiya yaşı; 

  - əlillik; 

  - ailə başçısının itirilməsi; 

  - əmək qabiliyyətinin müvəqqəti itirilməsi; 

  - uşağın anadan olması və uşağa qulluq və s. 

 


 

365 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin