DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


Azərbaycan Respublikasının sığorta sistemi



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   41
Maliyye


Azərbaycan Respublikasının sığorta sistemi 

 

Хариъи  

инвестисийалы 

сыьорта 

тяшкилатлары 

 

 

Милли 



Сыьорта 

тяшкилатлар

ы 

 

С



ЫЬ

О

РТ

А 

С

ИС

Т

Е

М

И 

Азярбай

ъан 

Республи

касынын 

Малиййя 

Назирлийи 

Дювлят 

Сыьорта 

Нязаряти 

Баш 

идаряси 

«Йашыл карт» 

Няглиййат 

Сыьорта 

Бцросу 

 

 



Сыьорта  

тяшкилатлары 

 

Сыьорта 



Брокери 

Тяшкилатлары

 

Сыьорта 

Ъямиййятляри 

Иттифагы 

 

325 


XX  FƏSİL. SIĞORTANIN FORMALARI, SAHƏLƏRİ VƏ 

NÖVLƏRİ 

 

20.1. Sığortanın forma,  növlər və sahələr üzrə həyata 

keçirilməsinin əhəmiyyəti 

 

  Sığorta  cəmiyyətin  ictimai-iqtisadi  həyatının  bütün  tərəflərini  əhatə 

etməklə    əhalinin  maddi  rifahının  və  sahibkarlıq  riskinin  zəmanətçisi  kimi 

çıxış edir, gözlənilməz  və  fövqəladə  hadisələr zamanı əmlak  mənafelərinin 

qorunmasına, dövlətin  maliyyə  sisteminin  möhkəmləndirilməsinə təsir gös-

tərir.  O,  nəinki  sığorta  hadisələri  zamanı  büdcəni  dəyən  zərərlərin 

ödənilməsindən  azad  edir,  hətta  uzunmüddətli  investisiyaların  mənbəyinə 

çevrilir.  

Sığorta münasibətləri  məcburi  və könüllü  formalarda həyata keçirilir. 

Məcburi  sığorta  dövlət  tərəfindən  qanunvericilik  əsasında  həyata 

keçirilməklə cəmiyyətin  maraqlarının təmin edilməsi üçün  hüquqi  və  fiziki 

şəxslərin sığorta edilməsidir. Sığortanın bu formasının həyata keçirilməsinə 

səlahiyyəti olan orqanlar qanunvericilik əsasında müəyyən edilir.  

 Məcburi sığortadan fərqli olaraq sığortanın könüllü formasında sığor-

taçılarla  sığorta  olunanlar  arasında  müqavilə  könüllü  olaraq  bağlanılır. 

Qanunvericiliyə uyğun olaraq könüllü sığortanın hər bir növü üzrə qaydalar 

müəyyənləşdirilir,    dövlət  sığorta  nəzarəti  orqanları  tərəfindən  lisenziya 

verilir.    Bir  qayda  olaraq  könüllü  sığorta  müqaviləsi  əvvəlcədən  müəyyən 

edilmiş sığorta müddəti üçün bağlanılır. 

«Sığorta  haqqında»  AR  Qanununa  əsasən  sığorta  iki  əsas  sahədən: 

həyat  və  qeyri-həyat  sığortası  sahələrindən  ibarətdir.  Sığortaçılar  bu 

sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. 

Həyat  sığortası–sığortalının  ölümü,  sağlamlığının,  iş  qabiliyyətinin 

qocalığa  yaxud  əlilliyə  görə  tamamilə  və  ya  qismən  itirilməsi  halları  üçün 

aparılan  sığortadır.  Həyat  sığortası  üzrə  müqavilə  müddəti  bitdikdə  və  ya 

sığorta  hadisəsi  baş  verdikdə  sığorta  məbləği  sığorta  müqaviləsində 

müəyyən  edilmiş  qaydada  və  şərtlərlə  sığortaçıya  və  ya  onun  varisinə 

ödənilir.  Həyat sığortası müqavilələri uzun müddətə bağlanılır və bu müd-

dətdə  yaranmış  inflyasiya  sığortalıya  təminatın  verilməsinə  maneçilik 

yarada  bilər.  Bu  baxımdan  sığorta  şirkəti  öz  fəaliyyətini  elə  qurmalıdır  ki, 

sığorta  müqavilələri  üzrə  qəbul  etdiyi  öhdəlikləri  müqavilə  ilə  müəyyən 

olunmuş şərtlər çərçivəsində həyata keçirə bilsin. 

Qeyri-həyat  sığortası-sığorta  hadisəsi  baş  verdiyi  zaman  sığortaçıya 

vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə 

bağlı risklərin sığortasıdır. 

Sığorta münasibətləri əsasən beş növə ayrılır:  


 

326 


- əmlak sığortası; 

- sosial sığorta; 

- şəxsi sığorta; 

- məsuliyyət sığortası; 

- sahibkarlıq risklərinin sığortası.  

Əmlak sığortasında sığorta obyektləri kimi  hüquqi  və  fiziki  şəxslərin 

əmlakı  nəzərdə  tutulur.  Bu  zaman  təsərrüfat  subyektləri  üzrə  təsnifləşmə 

aparılır:  sənaye  müəssisələrinin  əmlakı,  kənd  təsərrüfatı  müəssisələrinin 

əmlakı və ev əmlakının sığortası. 

Sosial  sığorta  sosial  sahədə  dövlət  siyasətinin  mühüm  tərkib  hissəsi 

olmaqla  vətəndaşların  konstitusiya  hüquqlarının  reallaşdırılmasında  öz 

əksini tapır. 

Şəxsi  sığorta  sığortanın  mühüm  fəaliyyət  növlərindən  biri  olub, 

könüllü  qaydada  həyata  keçirilir.  Şəxsi  sığorta  müqavilələri  tərəflərin 

razılığına  əsasən  istənilən  məbləğ  üzrə  bağlana  bilər.  Şəxsi  sığortaya 

uşaqların sığortasını, nigahın sığortası və s. aid etmək olar. 

Məsuliyyət sığortası zamanı sığorta təşkilatları mal göndərilməsi üzrə 

müqavilə  şərtlərinin  yerinə  yetirilməsinə,  borclara  və  dəyən  ziyanın 

ödənilməsinə görə öhdəlikləri həyata keçirməyə borcludurlar. 

Sahibkarlıq riskinin sığorta edilməsi obyekti  mənfəətin kifayət qədər 

əldə edilməməsi və müəssisənin ziyanla işləməsidir. 


 

327 


Sığortanın  növləri və obyektləri 

 

 

 

С

ЫЬ

О

РТ

АН

ЫН

 Н

Ю

ВЛ

Я

РИ

 ВЯ

 

О

Б

ЙЕ

КТ

Л

Я

РИ

 

 

Я

М

Л

АК 

С

ЫЬ

О

РТ

АС

Ы 

 

С

О

С

ИАЛ

 

С

ЫЬ

О

РТ

А

 

 

Ш

Я

ХС

И 

 

С

ЫЬ

О

РТ

А

 

 

М

Я

С

У

Л

ИЙ

-

ЙЯ

Т

 

С

ЫЬ

О

РТ

АС

Ы 

С

А

Щ

ИБ

-

К

А

Р

Л

ЫГ

 

Р

ИС

К

Л

Я

Р

ИН

ИН

 

С

ЫЬ

О

Р

Т

А

С

Ы 

М

АД

Д

И 

Г

ИЙМ

Я

Т

Л

И

Л

Я

Р

 

Я

Щ

АЛ

ИН

ИН

 

Э

Я

Л

ИРЛ

Я

РИ

 

ИН

С

А

Н

Л

А

Р

ЫН

 

Щ

Я

Й

А

Т

 С

А

Ь

-

Л

А

М

Л

ЫЬ

Ы 

В

Я

 

Я

М

Я

К

 Г

А

Б

ИЛ

ИЙ

-

Й

Я

Т

И 

Э

Я

Л

ИР

ИН

 

Я

Л

Д

Я

 

Е

Д

ИЛ

М

Я

М

Я

С

И 

Р

ИС

К

И 

М

Я

Щ

С

У

Л

 Э

Ю

Н

Д

Я

РИ

Л

М

Я

С

И 

Ц

ЗРЯ

 М

Ц

Г

А

ВИ

Л

Я

 

Ш

Я

РТ

Л

Я

РИ

Н

Я

 Я

М

Я

Л

 Е

Д

ИЛ

М

Я

С

И,

 КРЕ

Д

ИТ

О

РА 

О

Л

АН

 Б

О

РЪУ

Н

 Ю

Д

Я

Н

ИЛ

М

Я

С

И 

Ц

ЗРЯ

 С

ЫЬ

О

РТ

А 

М

Я

С

У

Л

ИЙЙЯ

Т

И 

 

328 


Könüllü sığortanın prinsipləri 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İcbari sığortanın prinsipləri 

 

КЮ

Н

Ц

Л

Л

Ц

 С

ЫЬ

О

РТ

АН

ЫН

 П

РИ

Н

С

ИП

Л

Я

Р

И 

 

Кюнцллц сыьорта ганун васитясиля 



вя кюнцллц шякилдя тятбиг едилир

 

 

Сыьортада кюнцллц  сурятдя ишти-



ракетмя  сыьорта етдирян шяхсляр 

цчцн характерикдир 

Кюнцллц сыьорта иля сечимли ящатя 

олунма сыьорта етдирян шяхслярин 

бу просесдя иштирак етмя арзусуну 

ифадя етмяляри иля ялагядардыр 

Кюнцллц сыьорта цзря сыьорта тя-

минаты сыьорта етдирянин арзу вя 

истяйиндян асылыдыр 

Кюнцллц сыьорта йалныз бир дяфялик 

вя йа дюврц сыьорта щагларынын 

юдянилмяси заманы щяйата кечириля 

биляр 

Кюнцллц сыьорта щяр заман 

сыьорта мцддяти иля 

мящдудлашдырылыр

 


 

329 


 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ИЪБ

АРИ

 С

ЫЬ

О

РТ

АН

ЫН

 П

РИ

Н

С

ИП

Л

Я

РИ

 

 

 



Иъбари сыьорта ганунла 

мцяййян едилир 

 

Ганунда эюстярилмиш 

обйектлярин иъбари сыьорта иля 

там ящатя олунмасы 

 

Ганунда эюстярилмиш 

обийектляря иъбари сыьортанын 

дярщал шамил едилмяси 

 

Иъбари сыьорта цзря сыьорта 

тяминатынын низама салынмасы 

Иъбари сыьортанын щяйата 

кечирилмяси сыьорта тядиййяляри-нин 

юдянилмя-синдян асылы дейил 

 

Иъбари сыьортанын мцддятсизлийи 

 

330 


20.2. Şəxsi sığortanın növləri 

 

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  vətəndaşların    həyat  və 

sağlamlığının qorunmasında  şəxsi sığortanın rolu böyükdür. 

1. İnsanların sığortalanmasının mahiyyət 

Sığorta  işində  ən  mühüm  fəaliyyət  sahələrindən  biri  də  şəxsi 

sığortadır.  Buraya  ayrılıqda  götürülmüş  hər  bir  insanın  həyatında  baş  verə 

biləcək  hadisələrlə  bağlı  bütün  sığorta  növləri  aiddir.  Rusiyada  qəbul 

olunmuş sığorta təsnifatına əsasən, şəxsi sığorta sahəsinə elə sığorta növləri 

daxil  edilir  ki,  orada  sığorta  obyekti  kimi  sığortaçının  və  sığorta  olunanın 

həyatı,  sağlamlığı,  əmək  qabiliyyəti  və  pensiya  təminatı  ilə  əlaqədar  olan 

əmlak  maraqları  çıxış  edir.  Sığortanın  başqa  növləri  kimi,  şəxsi  sığorta  da 

könüllü  və  məcburi  ola  bilər.  Lakin  o,  əmlak  sığortasından  fərqli  olaraq, 

əsasən,  könüllü  qaydada  həyata  keçirilir.  Buna  görə  də  şəxsi  sığorta 

dedikdə,  bir  qayda  olaraq,  könüllü  sığorta  nəzərdə  tutulur.  İnkişaf  etmiş  

bazar ölkələrinin hamısında insanların sığortası geniş yayılıb. İndi o, keçmiş 

sosialist  ölkələrinə  də  dərindən  nüfuz  etməkdədir.  İnkişaf  etmiş  ölkələrdə 

(ABŞ, Almaniya, Yaponiya, Böyük Britaniya və s.) toplanan pulun həcminə 

görə  insan  sığortası  birinci  yeri  tutur.  Sığortanın  məlum  növləri,  hər  bir 

insanın taleyi  ilə  ilişgili olduğundan,  mühüm sosial  funksiya  yerinə  yetirir. 

Buna  görə  də  bütün  ölkələrdə  insan  sığortasının  inkişafına  və 

dəstəklənməsinə xüsusi diqqət yetirilir. 

Şəxsi  sığorta,  başqa  sözlə,  insan  həyatının  sığortalanması  deməkdir. 

Sığortanın  bir  neçə  növünü  özündə  birləşdirdiyinə  görə  iqtisadiyyata  dair 

ədəbiyyatda həyat sığortası çox zaman həyatın qarışıq sığortası adlandırılır. 

İnkişaflı  ölkələrdə  qarışıq  sığorta  ölüm  hallarının  və  həyatın  son  çağının 

sığortalanmasını  əhatə  edir.  Bizim  ölkədə  və  bütövlükdə  keçmiş  sovet 

respublikalarında bədbəxt hadisələrdən sığorta da buraya daxil edilir.  

Bu  variantda  qarışıq  sığorta  məbləği  o  zaman  ödənilir  ki,  müqavilə 

müddəti  bitməmiş  həyatın  son  dövrü  sığortalanmış  olsun,    bədbəxt  hadisə 

nəticəsində sağlamlıq itirilsin, sığortalanmış şəxs vəfat etmiş olsun. 

Bütövlükdə şəxsi sığorta həyatın, sərnişinlərin, turistlərin, nikahların, 

pensiyaların  sığortalanması,  bədbəxt  hadisələrdən  sığortalanma,  annuitetlər 

və s. aiddir. 

 

2. Həyatın sığortalanması 



 

 

331 


Həyatın  sığortası  üzrə  müqavilə  yalnız  fiziki  şəxslərlə  bağlanır. 

Sığortaçı təşkilat sığortalananlar kontingentini seçərkən üç başlıca amili əsas 

götürür:  yaş,  sağlamlıq  dərəcəsi,  vətəndaşlıq.  Adından  da  göründüyü  kimi, 

həyat sığortası polisləri konkret şəxsin – sığortalananın həyatına əsaslanır və 

yalnız  həmin  şəxs  öldükdə  həyata  keçirilir.  Sığortanın  əvvəlində 

sığortalanmış  şəxsin  adı  müəyyənləşdirilir,  sığorta  polisinin  fəaliyyət 

müddətində ölüm ehtimalı qiymətləndirilir. Sığortaçı o adama deyirlər ki, o, 

polis əsasında müəyyən işlər görə bilir və polisin ilk sahibi olur.  

Həyat sığortasına o növlər daxil edilir ki, orada sığorta obyekti kimi 

insanın  həyatı  çıxış  edir.  Həyat  sığortası  müqavilələri  azı  bir  il  müddətə 

bağlandığından  burada  əmanət  və  risk  funksiyaları  birləşə  bilər.  Məsələn, 

xarici ölkələrdə populyar olan belə sığorta növü ölüm halının və həyatın son 

çağının  sığortalanmasıdır.    Rusiya  Federasiyasında  həyatın  qarışıq 

sığortasına  daha  çox  bədbəxt  hadisədən  sığorta  daxil  edilir.  Beləliklə, 

qarışıq  sığorta  üzrə  sığorta  məsuliyyəti  sığortalanmış  şəxs  sığorta  müddəti 

başa  çatmamış  ömrünün  son  çağını  yaşayırsa;  bədbəxt  hadisə  nəticəsində 

sağlamlığını  itirirsə;  vəfat  edirsə,  sığorta  məbləğinin  ödənməsini  nəzərdə 

tutur: 


Sığorta  polisləri  həm  şəxsi  həyatın,  həm  də  üçüncü  şəxsin  həyatının 

sığortalanması  üçün  verilə  bilər.  Birinci  halda,  sığortaçı  və  həyatı  sığorta 

polisilə  müdafiə  olunan  adam  eyni  şəxs  olur.  Məsələn,  hami  şəxs  qəfildən 

öləcəyi  halda  himayəsində  olanları  təmin  etmək  məqsədilə  belə  polis  ala 

bilər.  İkinci  halda,  verilmiş  polis  sığortaçıdan  fərqli  olan  və  adı  göstərilən 

başqa bir nəfərin həyatını müdafiə edir.  

Əlbəttə,  bu,  o  zaman  baş  verir  ki,  birinci  şəxs  həmin  üçüncü  şəxsin 

yaşamasında  maraqlı  olsun.  Məsələn,  maddi  cəhətdən  asılı  olan  şəxs  asılı 

olduğu şəxs üçün belə polis ala bilər.  

Bu  zaman  bir  faktı  nəzərə  almaq  lazımdır  ki,  başqa  ödəniş 

formasından iki sığortalanmış şəxs istifadə edə bilər; bu forma, adətən, ailə 

cütlərinə  tətbiq  olunur.  Sığorta  marağı  varsa,  istifadəçilərin  sayının 

artırılmasına  da  yol  verilir.  Bu  növ  həyatın  birgə  sığortası  adlanır.  Həyat 

sığortasının bu növündə maraq ya birinci, ya da ikinci ölümə əsaslanır. 

Birinci  ölüm  üzrə  həyatın  qarışıq  sığorta  polisi  ödənişin  iki 

sığortalanmış şəxsdən  birincisinin ölümü zamanı  verilməsini  nəzərdə tutur. 

İkinci ölüm üzrə birgə sığorta polisini, adətən, son sağ qalanın sığorta polisi 

adlandırırlar.  Ondan  əsas  etibarilə  yüksək  vərəsəlik  vergisinə  qarşı 

xəbərdarlıq tədbiri kimi, bəzən isə investisiya qismində istifadə olunur. 

Həyat sığortası polisləri bir neçə qrupa bölünür: 



 

332 


-  Təcili  sığortalama.  Müqavilədə  nəzərdə  tutulmuş  müəyyən 

müddətdə  ölümün  mümkünlüyündən  müdafiə  üçün  istifadə  olunur.  Ölüm 

müqavilədə  göstərilmiş  müddətdə  baş  vermirsə,  heç  bir  sığorta  ödənişi 

verilmir,  sığortaçı  köçürdüyü  sığorta  pulunu  geri  ala  bilmir.  Buna  görə  də 

sığorta pulu çox aşağı olur. 

-  Ömürlük  sığortalama.  Adətən,  həyatın  müdafiəsi  üçün  istifadə 

edilir.  Sığorta  məbləği  sığortalanan  şəxs  öldükdə  verilir.  Ömürlük  sığorta 

müqavilələri  uzun  müddətə  bağlanılır.  Buna  görə  də  ömürlük  sığorta 

polislərinə  investisiya  tərkibləri  daxil  edilir  və  müəyyən  mərhələdə  onlar 

gəlir gətirir. 

 -  Ömrün  son  çağının  sığortalanması  investisiya  əməliyyatı  kimi 

gerçəkləşdirilir,  bu  zaman  müqavilələr  investisiya  sazişləri  kimi  bağlanır. 

Burada  polislər  sığorta  məbləğinin  müəyyən  gələcək  vaxtda  və  ya  bu 

müddət başa çatmamış ölüm halı baş verdikdə ödənməsini nəzərdə tutur. Bu 

polislərdə müdafiə elementi iştirak edir.  

Bir  qayda  olaraq,  həyatın  qarışıq  sığortasında  son  vaxtlar  yaş  senzi 

genişləndirilir, müqavilə bağlanan anda müvafiq şəxsin sağlamlığı  ilə bağlı 

məhdudiyyətlər aradan qaldırılır. Hazırda sığorta müqaviləsi 16 yaşından 77 

yaşına  qədər  olan  vətəndaşlarla  bağlanır.  Başlanğıc  yaş  sığortalananların 

müəyyən  olunmuş    hüquqi  imkanlara  malik  olması  və  onun  vətəndaşlığını 

təsdiq  edən  sənəd  əsasında  müəyyənləşdirilir.  Son  maksimal  yaş  həddi 

müəyyənləşdirilən  zaman  isə  ölkə  əhalisinin  orta  ömrü  əsas  götürülür. 

Sığortalananlar  ancaq  Ölkənin  bütün  vətəndaşları,  eləcə  də  vətəndaşlığı 

olmayan,  lakin  ölkədə  daimi  yaşayan  əcnəbilər  həyatlarını  sığortalaya 

bilərlər.  Sağlamlıq vəziyyətinə görə məhdudiyyət dedikdə işləməyən birinci 

qrup əlillərlə müqavilənin bağlanmaması nəzərdə tutulur.  

Həyatın  qarışıq  sığortası  üzrə  hər  bir  vətəndaş  yalnız  özünü 

sığortalada bilər. 

Tərəflərin  razılığı  ilə  müqavilələr  istənilən  sığorta  məbləğinə 

bağlanır.  Bu  məbləğin  ölçüsü  praktik  olaraq  sığortalanan  şəxslərin  maddi 

imkanlarına 

uyğunlaşdırılır. 

Sığorta 

məbləği 


çoxaldıqca 

sığorta 


ayırmalarının  da  çoxalması 

sığortalananların 

imkanlarının  sığorta 

məbləğindən artıq olmasını vacib edir. Həyatın qarışıq sığortası üzrə sığorta 

ayırmaları  sığortalanan  şəxsin  orta  aylıq  əməkhaqqının  təxminən  5-6%-ni 

təşkil  edir.  Sığorta  müddəti  başa  çatarkən  bədbəxt  hadisə  nəticəsində 

sağlamlıq  itirildikdə  sığorta  məbləğini  məhz  sığortalanmış  şəxsin  özü  alır. 

Digər   şəxs  bu  məbləği  yalnız o halda ala  bilər ki, sığortalanmış  adam ona 

notarial qaydada təsdiqlənmiş  etibarnamə vermiş olsun. Sığortalanmış şəxs 

öldükdə isə alınmamış məbləğ mərhumun varislərinə verilir. 



 

333 


Sığortanın  şərtlərində  qabaqcadan  nəzərə  alınır  ki,  sığortalanan  şəxs 

sığorta  müqaviləsi  bağlayarkən  özünün  öləcəyi  təqdirdə  sığorta  məbləğini 

alacaq  şəxsi  təyin  edə  bilər.  Sığortalanana  icazə  verilir  ki,  qohumluq 

dərəcəsindən  asılı  olmayaraq  istənilən  fiziki  şəxsi  özünə  varis  seçsin. 

Sığortalanmış şəxs öldükdə sığorta məbləği əvvəlcədən təyin olunmuş şəxsə 

ödənilir.  Ölmüş  alıcının  əvəzləyicisi,  yaxud  qanuni  sələfləri  hesablanmış 

məbləği şəxsin ölüm günündən sonrakı üç il müddətində ala bilərlər.  

Mövcud  qanunvericiliyə  görə,  ölmüş  vətəndaşın  qanuni  sələfi  onun 

övladları, həyat yoldaşı və valideynləri hesab edilir. İkinci dərəcəli varis isə 

hər  bir  ölkənin  öz  mülki  qanunvericiliyi  ilə  müəyyənləşdirilir.  Çox  zaman 

vərəsəlik  hüququ  qardaşa,  bacıya,  hər  iki  tərəfdən  olan  babaya  və  nənəyə 

verilir. İkinci dərəcəli varislər bu hüququ yalnız o zaman qəbul edə bilər ki, 

əsas varis olmasın və ya o, vərəsəlik hüququndan imtina etsin. 

Sığorta  müqaviləsi  3,  5,  10,  15  və  20  il  müddətinə  bağlana  bilər, 

amma  bu  şərtlə  ki,    müştərinin  yaşı  həmin  vaxtadək  80-i  keçməsin. 

Vətəndaşların əksəriyyəti 5 illik müqaviləyə üstünlük verir. 

Sığorta müddəti ilk sığorta ayırması ödənildikdən sonrakı ayın 1-dən 

başlanır.  Lakin  bu  hələ  müqavilənin  fəaliyyəti  demək  deyil.  Sığorta 

müqaviləsi ilk sığorta ayırmasının ödənildiyi gündən qüvvəyə minir. Sığorta 

ayırmaları cəm  halında  bir dəfəyə,  yaxud aybaay, hissə-hissə ödənilə  bilər. 

Qeyd edək ki,  hesablaşmalar nəzəriyyəsinə uyğun olaraq sığorta ayırmaları 

birdəfəlik  ödənildikdə  onların  məbləğində  güzəşt  edilir  ki,  bu  da  nəticə 

etibarilə aylıq sığorta ödənişlərinin ümumi cəmindən xeyli az olur. 

Sığortalanmış  şəxs  sığorta  müqaviləsinin  fəaliyyət  göstərdiyi 

müddətdə daimi  yaşayış  və  ya  iş  yerini  dəyişərsə, o, müqavilə ödənişlərini 

köçdüyü şəhərin və rayonun sığorta şöbələrində ödəmək hüququna malikdir. 

Onun  ərizəsinə  əsasən,  təzə  ödəniş  yeri  üçün  lazım  olan  hesab  vərəqəsi 

tərtib olunur. 

Sığorta  məsuliyyətinin  həyatın  qarışıq  sığortası  ilə  müəyyənləşən 

həcmində aşağıdakı sığorta halları nəzərdə tutulur: 

Sığorta  olunanın  şəxsin  sığorta  müddəti  bitənədək  yaşaması.  Burada 

sığorta  məbləğinin  ödənilməli  olduğu  sığorta  halı  sığorta  olunmuş  şəxsin 

müqavilənin  qüvvədə  olduğu  son  günədək  yaşamasıdır.  Bu  o  deməkdir  ki, 

müqavilə  son  günədək  qüvvədə  qalmalı,  yəni  sığorta  məbləği  tam 

ödənilməlidir  (ayba-ay,  yaxud  birdəfəlik).  Sığorta  məbləğinin  alınması 

hüququ sığorta müddəti bitəndən sonrakı gün qüvvəyə minir. Bu zaman tam 

sığorta  məbləği  ölçüsündə  ödəniş  sığorta  olunmuş  şəxsin  müqavilənin 

fəaliyyət  göstərdiyi  müddətdə  baş  vermiş  bədbəxt  hadisənin  nəticələrinə 

görə  ödəniş  alıb-almamağından  asılı  olmayaraq  verilir.  Bu  şərt  sığorta 

tariflərindəki  netto-dərəcələrdən  irəli  gəlir.  Sığorta  məbləği  müqavilənin 

müddəti başa çatandan sonra üç il ərzində verilir. 


 

334 


Bədbəxt hadisə nəticəsində sağlamlığın itirilməsi. Müqavilə qüvvədə 

olduğu  müddətdə  sığorta olunmuş  şəxslə  bağlı  bədbəxt  hadisə  baş  verərsə, 

bunun  nəticəsində  o,  müqavilədə  nəzərdə  tutulmuş  bədən  xəsarəti  alarsa, 

sığorta  məbləğinin  ya  sağlamlıq  itkisinə  uyğun  bir  hissəsi,  ya  da  hamısı 

ödənilir.  Ödəniş  prinsipləri  bədbəxt  hadisədən  sığorta  zamanı  olduğu 

kimidir.  Sığortalanmış  şəxsin  ölməsi.  Bu  sığorta  halının  baş  verməsi  təyin 

olunmuş  sığorta məbləğinin sığorta olunan şəxs sağ  ikən təyin etdiyi  şəxsə 

(yəni  müqavilə  kimin  xeyrinə  bağlanıbsa,  ona)  verilməsini  nəzərdə  tutur. 

Ölümün  səbəbi  əvvəlcədən  razılaşdırılmış  hallardan  başqa  istənilən  hadisə 

ola bilər. Sığorta müqavilələri sığortalanmış şəxslərin ilkin həkim müayinəsi 

və sığortaya qəbul edilmək üçün tibbi əks-göstəriş olmadan bağlandığından, 

qaydalarda  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  sığortalanmanın  ilk 

mərhələsində  xəstəlikdən  ölmə  halları  üzrə  sığorta  məsuliyyətini 

məhdudlaşdırmaq  zərurəti  yaranır.  Bununla  da  sığortalanmış  şəxslər 

arasındakı  ölüm  hallarının  tarif  səviyyəsində  saxlanılması  təmin  olunur. 

Məsələn,  qaydalarda  nəzərdə  tutula  bilər  ki,  sığortalanmış  şəxs 

sığortalandıqdan  sonrakı  6  ay  ərzində  yaman  şişlərdən  və  ya  ürək-damar 

xəstəliklərindən vəfat edərsə, ona sığorta məbləği ödənmir. 

Bu  dövrdə  sığorta  məhdudiyyətinin  məhdudlaşdırılması,  bir  o  qədər 

əsası  olmasa  da,  intihar  hallarına  da  şamil  edilir.  Yeddinci  aydan  etibarən 

xəstəlikdən ölmə halı üzrə tam sığorta məsuliyyəti  başlanır. 

Bütün  sığorta  müddəti  ərzində  sığortalanmış  şəxsin  qəsdən  cinayət 

törətməsi  və  müqavilədə  razılaşdırılmış  bir  sıra  digər  hüquq  pozuntuları 

nəticəsində  ölümü  ilə  bağlı  sanksiyalar  fəaliyyət  göstərir.  Bu  sanksiyalara 

görə, tam  sığorta məbləği  əvəzinə onun ölüm  gününədək ödənilmiş  hissəsi 

qaytarılır. 

Beləliklə,  həyatın  qarışıq  sığortasına  əsasən,  səbəbindən  asılı 

olmayaraq ölüm üçün sığorta məsuliyyəti fəaliyyət göstərir.   

 

3. Uşaqların sığortalanması 



 

Şəxslərin  sığortasından  söhbət  gedərkən  qeyd  olunası  əsas 

məsələlərdən  biri  uşaqların  sığortalanmasıdır.  Bu  sığorta  növü  dünya 

ölkələrinin,  demək  olar,  hamısında  tətbiq  edilir  ki,  bu  da  ilk  növbədə 

dövlətin iqtisadi-demoqrafik maraqları ilə bağlıdır.  

Uşaqları  müxtəlif  adamlar  –  onların  valideynləri,  başqa  qohumları, 

habelə  digər  sığortalı  uşaqlar  sığortalada  bilərlər.  Sığortaçılar  ölkə 

vətəndaşları,  həmçinin  ölkə  ərazisində  daimi  yaşayan,  lakin  vətəndaşlığı 

olmayan şəxslər, o cümlədən əcnəbilər ola bilərlər. Sığorta zamanı uşaqların 

mənafeyi  əsas  amil  olduğu  üçün  sığortaçıların  yaşı  və  səhhəti  müqavilənin 

bağlanmasında rol oynamır. 


 

335 


Uşaqlar  sığortalanarkən  sığortaçılar  və  sığortalananlar  müxtəlif 

şəxslər  olur.  Sığortaçı  qismində  uşağın  valideynləri  və  başqa  qohumları, 

sığortalanan  qismində  isə  uşağın  özü  çıxış  edir.  Bu  zaman  sığortaçıları  ən 

çox  əmanət  funksiyası  cəlb edir. Buna görə də uşaqların sığorta şərtlərində 

üstünlük ömrün son çağının sığortalanmasına, yəni sığorta müddətinin başa 

çatması ilə əlaqədar olaraq sığorta məbləğinin ödənilməsinə verilir.  

Bu  sığorta  növündə  eyni  zamanda  bədbəxt  hadisələr  nəticəsində 

sığortalanmış  uşağın  sağlamlığının  itirilməsi  və  ya  ölməsi  ilə  əlaqədar 

sığorta ödənişləri də nəzərdə tutulur.  

Bir  uşaq  üçün  bir  neçə  sığorta  müqaviləsi  bağlana  bilər.  Sığortaçı 

şəxsin  müxtəlif  uşaqlar  üçün  bir  neçə  müqavilə  bağlaması  da  mümkündür. 

Bu  sığortanın  şərtlərində    sığortaçının  sığortalanan  uşaqla  qohumluq 

dərəcəsini təsdiqləyən xüsusi sənəd tələb olunmur: sadəcə olaraq, qohumluq 

dərəcəsini göstərmək kifayətdir. 

Sığortalanmaya  səhhətindən  asılı  olmayaraq  15  yaşına  qədər  olan 

uşaqlar  qəbul  edilir.  Sığortalanmış  uşağın  yaşı  tam  rəqəmlə  ifadə  olunur. 

Məsələn, uşaq 5 yaş 2 aylıqdırsa, onun yaşı 6 göstərilir. 

Uşaqlar  sığortalanarkən  onların  səhhəti  nəzərə  alınmaqla  sığorta 

faizləri  müxtəlif  cür  müəyyən  edilə  bilər.  Sığortalanmış  uşaqlar 

sağlamlılıqlarını  itirdikdə  həmin  faizlər  həyatın qarışıq sığortasında olduğu 

kimi müəyyən edilir. 

Sığortaçılar  və  sığortalanmışlar  müxtəlif  şəxslər  olduğundan  sığorta 

şərtlərində  sığortalanan  və  sığortalanmış  şəxslərin  vəfatı  zamanı  müvafiq 

sığorta məbləğinin ödənilməsi məsələsi də nəzərə alınır.  

Sığortaçı  vəfat  edərkən  sığorta  məbləği  aylıq  sığorta  ayırmasının 

90%-i  qədər  ödənilir.  Müqavilədə  ayırmaların  birdəfəlik  verilməsi  nəzərdə 

tutulursa  və  ayırmalar  ödənilib  qurtarıbsa,  onda  sığortaçının  vəfatından 

sonra  da  sığorta  müddəti  başa  çatana  qədər  müqavilə  qüvvəsini  itirmir. 

Müqavilə  o  halda  da  qüvvədə  qalmış  hesab  olunur  ki,  uşağı  sığortalamış 

şəxsin  vəfatından  sonra  uşağın  qohumlarından  kimsə  sığorta  ayırmalarını 

ödəməkdə davam etsin. 

Uşaqların  sığorta  müqavilələri  istənilən  məbləğə  bağlana  bilər.  Bu 

halda yalnız minimum sığorta məbləği müəyyən olunur. Sığorta müddətinin 

başa  çatmasına  az  qaldıqda  sığortalamış  və  sığortalanan  şəxslər  sığorta 

məbləğini  sığorta  müddəti  bitməmiş  sığorta  orqanlarına  yazılı  ərizə 

verməklə  ala  bilərlər.  Sığortaçı  sağ  ikən  bu  məbləği  ala  bilmədikdə  həmin 

məbləğ qanuni varisə ödənilir. 


 

336 


Sığorta  müqaviləsi 6  aydan 15  ilə qədər olan  müddətə bağlana bilər. 

Sığorta müddəti uşaq 18 yaşa çatdıqda bitir. Məsələn, uşağın 15 yaşı varsa, 

müqavilə  yalnız  3  illiyə  bağlanır,  yaxud  köhnə  müqavilənin  vaxtı  bir  o 

qədər  uzadılır.  Uşağın  yaşı  18-dirsə,  müqavilə  yalnız  6  aylıq  müddətə 

bağlana  bilər.  Hər    bir  yaş  dövrünə  uyğun  olaraq  müxtəlif  sığorta  tarifləri 

müəyyən olunur. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin