DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)


XXIII  FƏSİL. QİYMƏTLİ KAĞIZLAR



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
Maliyye


 

XXIII  FƏSİL. QİYMƏTLİ KAĞIZLAR 

 

23.1. Qiymətli kağızlar və onların təsnifatı  

 

Qiymətli  kağızlar  bazar  iqtisadiyyatının  vacib  atributlarından  biridir. 

Qiymətli  kağızlar  bazarı  olmayan  dövlətdə  yüksək  səviyyədə  inkişaf  etmiş 

bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz. Bazar iqtisadiyyatı 



яsas borcalanlar

 



 Dюvlяt; 

 



Mцяssisяlяr. 

яsas 

borcverяnlяr

Fiziki шяxslяr; 



 

Maliyyя 



institutlarы. 

 

MBƏİ 



 

379 


inkişaf  etmiş  bir  çox  ölkələrdə  bu  günə  kimi  qiymətli  kağızların  bir  çox 

növləri  meydana  çıxmış  və  geniş  yayılmışdır.  Qiymətli  kağızların 

müxtəlifliyi  onların  təsnifləşdirilməsini  və  qruplaşdırılmasını  zəruri  edir. 

Qiymətli  kağızları  emitentlərə,  dövriyyə  müddətinə,  gəlirliyinə,  risk 

səviyyəsinə,  əraziyə  və  digər  xüsusiyyətlərinə  görə  təsnifləşdirmək 

mümkündür. 

Qiymətli kağız – onun sahibinin əmlak və qeyri əmlak hüquqlarını və 

bu  hüquqların  verilməsi  imkanını  müəyyən  edilmiş  formaya  və  məcburi 

rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir. 

Bir çox ölkələrdə qiymətli kağızların emitenti kimi əsasən özəl bölmə, 

dövlət və xarici təşkilatlar çıxış edir. Buna müvafiq olaraq qiymətli kağızları 

özəl  (korporativ),  dövlət  və  beynəlxalq  qiymətli  kağızlar  kimi 

təsnifləşdirmək  olar.  Öz  növbəsində  bunları  ayrı-ayrılıqda  qruplaşdırmaq 

olar. 


Özəl  qiymətli  kağızların  emitentləri  kimi  maliyyə-kredit  institutları; 

banklar, sığorta şirkətləri, investisiya şirkətləri çıxış edirlər. 

Dövlət  qiymətli  kağızlarının  emitenti  kimi  hökumət  və  yerli  icra 

orqanları çıxış edirlər. 

Beynəlxalq  qiymətli  kağızlar  xarici  və  beynəlxalq  təşkilatlar 

tərəfindən  buraxılır.  Bu  qiymətli  kağızlar  dövriyyə  müddəti,  valyuta  və 

emitentlərinə görə fərqlənirlər. 

Qiymətli kağızlar  ərazi vahidlərinə görə regional, milli və beynəlxalq 

qiymətli  kağızlara  ayrılır.  Eyni  zamanda  qiymətli  kağızların  emitenti  kimi 

hüquqi  şəxslər,  icra  hakimiyyəti  orqanları,  həm  də  yerli  özünüidarəetmə 

orqanı olan bələdiyyələr ola  bilər. Onlar ayrı-ayrılıqda öz adından qiymətli 

kağızların sahibləri qarşısında cavabdehdirlər. Burada iştirak edən hüquqi və 

fiziki  şəxslər  bazarın  subyektləri  sayılırlar.  Bazarın  subyektləri  müxtəlifdir 

və  onları  əsasən  3  qrupa  bölmək  olar:  Dövlət;  Kommersiya  təşkilatları; 

Əhali.  

Ölkəmizdə  qiymətli  kağız  anlayışı  müstəqillik  əldə  etdikdən  sonra 

geniş yayılmağa başlandı. Azərbaycanda qiymətli kağızlarla bağlı məsələlər, 

qiymətli  kağızların  tədavülü,  emissiyası  və  qiymətli  kağızlar  bazarının 

peşəkar  iştirakçılarının  fəaliyyətinə  nəzarət  və  digər  məsələlər  qiymətli 

kağızlar  haqqında  qanuna,  mülki  məcəlləyə,  digər  qanunvericilik  aktlarına 

və  dövlətimizin  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  şəkildə 

tənzimlənir. Mülki məcəlləyə əsasən qiymətli kağız anlayışı aşağıdakı kimi 

izah edilmişdir: 

Qiymətli kağızları əsasən iki formada olur; pay və borc formasında.  

Pay  formasında  olan  qiymətli  kağız  səhm  adlanır  və  onların 

sahiblərinin real mülkiyyətdə paylarını göstərir. 



 

380 


Qiymətli  kağızlar  bazarında  qiymətli  kağızların  pay  şəklində  olan  və 

səhm  adlandırılan  pay  forması  əhəmiyyətli  rol  oynayır.  Səhm  onun 

sahibinin  səhmdar  cəmiyyətin  mənfəətinin  bir  hissəsini  divident  şəklində 

almaq,  səhmdar  cəmiyyətin  idarə  edilməsində  iştirak  etmək  və  o  ləğv 

edildikdən  sonra  qalan  əmlakın  bir  hissəsini  əldə  etmək  hüququnu  təsbit 

edən  emissiya  qiymətli  kağızıdır.  Adətən,  səhmlərin  və  digər  qiymətli 

kağızların  satışı  «kurs»  adlanan  qiymətlər  əsasında  aparılır.  Tələb  və 

təklifdən  asılı  olaraq  birjada  gün  ərzində  kurs  daimi  dəyişmələrə  məruz 

qalır.  Ona  görə  də  dünyanın  bütün  aparıcı  birjalarında  qiymətli  kağızların 

kursunun  dinamikasını  xarakterizə  edən  indekslər  hesablanır.  Hər  bir  ölkə-

nin  iqtisadiyyatında  qiymətli  kağızların  kursunun  dinamikası  əsas  yer 

tutduğundan,  onların  orta  ölçülü  qiymətlərinin  proqnozlaşdırılması  son 

dərəcə vacib hesab olunur.  

Səhm – öz sahibinə: 

  - müəssisənin mənfəətinin bir hissəsini əldə etmək; 

  - onun əmlakının bir hissəsinə sahib olmaq; 

  - müəssisənin idarə edilməsində iştirak etmək  

  hüququnu verən qiymətli kağız növüdür; 

Məsələn,  əgər  bir  şəxs  müəssisənin  səhmlərinin  1%-ə  malikdirsə, 

deməli o müəssisənin vergilər çıxıldıqdan sonra gəlirinin 1%-ni əldə etmək 

hüququna, habelə səhmdarların iclasında 1%-lik səs hüququna malikdir; 

Səhmin emitenti yalnız səhmdar cəmiyyət ola bilər;  

Səhmin  üzərində  müddəti  yazılmadığından  o  uzunmüddətli  qiymətli 

kağız hesab olunur.  

Səhmlərin növləri: 

  Adi  səhmlər  –  hər  biri  eyni  nominal  dəyərli  olmaqla  onun 

sahiblərinə  eyni  həcmdə  hüquqlar  verir.  (Milli  qanunvericiliyə  görə 

onların xüsusi çəkisi 90%-dən çox ola bilməz); 

  İmtiyazlı  səhmlər-  imtiyazlı  səhm  sahibinin  səsvermə  hüququ 

yoxdur.  Lakin,  müəssisə  iflasa  uğradığı  təqdirdə  ilk  növbədə 

imtiyazlı  səhm  sahibləri  qarşısındakı  öhdəliklər  yerinə  yetirilir. 

İmtiyazlı  səhm  eyni  zamanda  müəssisənin  təsərrüfat  fəaliyyətinin 

nəticələrindən asılı olmayaraq ona sabit faiz şəklində dividentlər əldə 

etmək hüququ verir 

Borc  formasında  qiymətli  kağızlara  istiqrazlar,  dövlətin  xəzinə 

öhdəlikləri,  əmanət  sertifikatları  və  veksellər  aiddir.  İstiqrazlar  dövlət  və 

müəssisə  istiqrazları  formasında  buraxılır.  İstiqraz  onun  sahibi  ilə  onu 

buraxan şəxs arasındakı borc münasibətlərini təsdiqləyən qiymətli kağzıdır. 

İstiqrazların adlı  və təqdimedənə,  faizli  və  faizsiz, sərbəst dövr edən  və  ya 

dövriyyəsi məhdud olan növləri ola bilər.  

  İstiqraz onu satan üçün öhdəlik, alan üçün isə aktivdir. 


 

381 


  İstiqrazın  üzərində  alanın  əldə  edəcəyi,  satanın  isə  ödəyəcəyi  faiz 

fiksə edilir.    

  İstiqrazın səhmə nisbətən üstünlüyü ondan ibarətdir ki, emitent iflasa 

uğradığı təqdirdə onun öhdəlikləri ilk növbədə istiqrazlar, daha sonra 

isə səhmlər üzrə yerinə yetirilir.  

  İstiqrazlar müddətli və müddətsiz (tələb olunanadək) ola bilər.  

İstiqrazın növləri: 

  Konversiya borcu istiqrazları - açıq səhmdar cəmiyyətləri tərəfindən 

buraxılan borc öhdəlikləri olub, nəinki faizlərin hesablanmasını tələb 

etmək hüququ, həm də onları eyni növ qiymətli kağızlara dəyişmək 

hüququ və ya səhmlər əldə etməkdə üstünlük hüququ verir. 

  Təmin  edilmiş  istiqrazlar  –  istiqrazlar  üzrə  öhdəliklər  girovla, 

qarantiya  ilə,  həmçinin  dövlət  və  ya  bələdiyyə  zəmanəti  ilə  təmin 

edilmişdirsə belə istiqrazlara təmin edilmiş istiqrazlar deyilir. 

  Kuponlu  istiqrazlar  –  gəlirliyi  (kuponu)  nominala  nəzərən  faiz 

şəklində olan istiqrazlar. 

  Kuponsuz  istiqrazlar  –  gəlirliyi  nominal  qiymətlə  faktiki  satış 

qiyməti 


arasındakı 

fərqdən 


asılı 

olaraq 


müəyyənləşdirilən 

istiqrazlardır.   

  Veksel  -  müəyyən  bir  vaxt  bitdikdən  sonra  öhdəliyin  borcludan  və 

ya  veksel  məbləğini  ödəməyi  öz  üzərinə  götürmüş  şəxsdən  müəyyən 

məbləği şərtsiz tələb etmək hüququ verən yazılı borc öhdəliyidir.  

• veksel  kredit  sənədi  olmaqla  təsərrüfat  fəaliyyətinin  fasiləsizliyini 

təmin etməyə imkan verir; 

• veksel əlverişli ödəniş sənədidir 

 Çek – ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek 

verənin banka verdiyi yazılı sərəncamdır. 

•  Hesablaşma  çeki  -  hesablardan  nağdsız  qaydada  hesablaşmaların 

aparılmasını nəzərdə tutan çekdir; 

•  Bank  çeki  –  bir  bankdan  başqa  banka  banklararası  hesablaşmaların 

aparılması üçün istifadə olunur; 

•  Pul  çeki  –  müştərinin  bankda  olan  hesabından  nağd  pul  vəsaitini 

almaq üçün yazılı sərəncamdır; 

•  Yol  çeki  –  bir  məntəqədə  verilmiş  çekdə  imza  nümunəsi  göstərilən 

çek  sahibinə  çekdə  yazılmış  məbləği  ödəməyi  üzərinə  götürən 

təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdılaşdırılan çekdir. Yol 

çekinin  ödənilməsi  sahibinin  imzası  əsasında  çekin  emitenti,  onun 

filialı  və  yaxud emitentin göstərdiyi digər təşkilat tərəfindən  həyata 

keçirilir.    

 Ənənəvi  olaraq  qiymətli  kağızlar  adlı  və  təqdimedənə  qiymətli 

kağızlara  bölünür.  Adlı  qiymətli  kağızlar  üzrə  hüquqların  keçməsi  və 



 

382 


onlarda  təsbit  edilmiş  hüquqların  həyata  keçirilməsi  sahibinin  mütləq 

eyniləşdirilməsini tələb edən, sahibləri haqqında məlumat emitentə qiymətli 

kağızların  sahiblərinin  reyestri  formasında  açıqlanmalı  olan  qiymətli 

kağızlardır.  Təqdimedənə  qiymətli  kağızlar  üzrə  hüquqların  keçməsi  və 

onlarda 

təsbit 


edilmiş 

hüquqların 

həyata 

keçirilməsi 



sahibinin 

eyniləşdirilməsini tələb etməyən qiymətli kağızlardır.  

Bundan 

əlavə 


qiymətli 

kağızların 

sənədləşdirilmiş 

və 


sənədləşdirilməmiş  formaları  olur.  Sənədləşdirilmiş  qiymətli  kağızları 

müvafiq  sürətdə  sənədləşdirilmiş  qiymətli  kağız  sertifikatı  təqdim  etmək 

əsasında və ya qiymətli kağızlar deponentə qoyulduğu halda depo hesabında 

olan  yazının  əsasında  sahibi  müəyyən  edilən  emissiya  qiymətli  kağızları 

formasıdır.  Sənədləşdirilməmiş  qiymətli  kağızları  sahiblərinin  reyestrinin 

aparılması  sistemində  yazı  əsasında  və  ya  depo  hesabında  olan  yazının 

əsasında sahibi müəyyən edilən emissiya qiymətli kağızıdır. 

 

 



23.2. Qiymətli kağızların müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi 

 

Əsaslılığına görə 



Əsas qiymətli kağızlar 

Törəmə qiymətli kağızlar 

Buraxılış  formasına 

görə 


Emissiya qiymətli kağızları 

Qeyri-emissiya qiymətli kağızları 

Mövcudluğuna görə Sənədli 

Sənədsiz 

Mahiyyət 

və 


funksiyasına görə 

Pay qiymətli kağızları, ödəniş qiymətli kağızları 

Borc  qiymətli  kağızları,  ticarət 

qiymətli 

kağızları 

İnvestisiya 

xüsusiyyətinə görə 

İnvestisiya qiymətli kağızları  

Qeyri-investisiya qiymətli kağızları 

Kateqoriyaya görə  Adlı 

Adsız  

Orderli 


Emitentə görə 

Dövlət qiymətli kağızları 

Bələdiyyə qiymətli kağızları 

Korporativ qiymətli kağızları 

Tədavüldə 

olma 


müddətinə görə 

Müəyyən müddətə 

Müddətsiz 


 

383 


Gəlirlilik  dərəcəsinə 

görə 


Yüksək 

Orta 


Aşağı 

Gəlirsiz 

Milli 

mənsubiyyətinə 



görə 

Milli 


Xarici 

Riskə görə 

Risksiz 

Riskli 


Az riskli 

Sərbəst  dövr  etmə 

imkanına görə 

Dövr edən 

Dövr etməyən 

Müəyyən məhdudiyyətlə dövr edən 

Tədavül 

mərhələsinə görə 

İlkin bazarın qiymətli kağızları 

İkinci bazarın qiymətli kağızları 

Ödəmə 

imkanına 



görə 

Geri çağırılmayan qiymətli kağızları 

Geri çağırılan qiymətli kağızları 

 

23.3. Qiymətli kağızların funksiyaları və xüsusiyyətləri 

 

Növündən  asılı  olmayaraq  bütün  qiymətli  kağızlar  bir  sıra  ictimai 

zəruri funksiyaları yerinə yetirir. Bunlar aşağıdakılardır: 

Qiymətli  kağızlar  iqtisadiyyatın  sahələri  və  sferaları,  əhali  və 

iqtisadiyyatın  sferaları,  əhali  və  dövlət,  bir  sözlə,  bu  və  ya  digər  iqtisadi 

subyektlər  arasında  pul  vəsaitlərinin  (kapitalın)  bölgüsünü  həyata  keçirir; 

qiymətli kağızlar öz sahiblərinə kapital hüququ ilə yanaşı, əlavə hüquqlar da 

təqdim  edir;  qiymətli  kağızlar  kapitala  görə  mənfəəti  təmin  edir,  eyni 

zamanda kapitalın geri qaytarılmasına şərait yaradır; 

Qiymətli  kağızları  pul  ilə  birləşdirən  bir  sıra  xüsusiyyətləri  vardır. 

Belə  ki,  ödənilmək,  alqı-satqı,  emitentə  qaytarılmaq  kimi  müxtəlif 

formalarda  qiymətli  kağızların  pul  ilə  mübadilə  oluna  bilməsi  onun  əsas 

xüsusiyyətlərindən  biridir.  Bununla  yanaşı  o,  hesablaşma  vasitəsi  kimi 

istifadə  oluna,  bir  neçə  il,  yaxud  daha  uzun  müddətə  saxlanıla,  eləcə  də 

hədiyyə kimi təqdim oluna bilər. 

İqtisadi  ədəbiyyatlarda  qiymətli  kağızlar  portfeli  anlayışından  tez-tez 

istifadə  rast  gəlinir.  Qiymətli  kağızlar  portfeli  hər  hansı  iqtisadi  subyektin 

(dövlətin, hüquqi və ya fiziki  şəxsin və.s) malik olduğu qiymətli kağızların 

məcmusu. Qiymətli kağızlar portfeli səhm, istiqraz, veksel, opsion və digər 

növ  qiymətli  kağızlardan  təşkil  olunur.  Qiymətli  kağızlar  portfeli  tək 



 

384 


investorun  qiymətli  kağızlar  bazarı  üzrə  fəaliyyətini  əks  etdirsə  də  həmin 

portfeldə  çoxlu  sayda  emitentlər  yerləşə  bilər.  Qiymətli  kağızlar  portfelinə 

malik  investor  portfel  investoru  adlanır.  Portfel  investoru  özünün  qiymətli 

kağızlar  portfelində  olan  maliyyə  alətlərindən  daha  çox  gəlir  əldə  etməyə 

can atır. Buna görə də nəyi almaq, necə almaq, harada almaq  və  nə zaman 

almaq  sualları  onun  üçün  aktuallıq  kəsb  edir.  Bu  suallara  cavab  vermək 

üçün  portfel  investoru  özünün  maliyyə  imkanlarını  düzgün  qiymətləndirə 

bilməlidir.  Adətən  yüksək  gəlirlilik  səviyyəsinə  malik  qiymətli  kağızlar 

yüksək riskli olurlar. Bu  maliyyə alətləri daha çox  böyük qiymətli kağızlar 

portfelinə  malik  investorlar  tərəfindən  əldə  olunur.  Çünki,  böyük  həcmdə 

aşağı  riskli  maliyyə  alətlərinə  sahib  olan  investor  üçün  çox  da  böyük 

olmayan  həcmdə  yüksək  riskli  və  eyni  zamanda  yüksək  gəlirli  qiymətli 

kağızların alınması ciddi maliyyə təhlükəsi yaratmır.  

Qiymətli kağızların əlamətləri aşağıdakılardır: 

  Qiymətli  kağızlar  kapital  üzərində  mülkiyyət  hüququnu  təsdiq  edir 

(Səhm);  

  Qiymətli  kağızlar  investorla  (qiymətli  kağız  sahibləri)  emitent 

arasında  olan  borc  münasibətlərini  əks  etdirir  (veksel,  istiqraz, 

depozit sertifikatı);  

  Qiymətli kağızlar onun sahibinə  emitentdən  müəyyən gəlir  divident 

almaq hüququnu verir;  

  Səhm  səhmdarlara  səhmdar  cəmiyyətinin  idarə  edilməsində  iştirak 

etmək hüququ verir;  

  Emitent-müəssisə  ləğv  edilərkən  qiymətli  kağızlar  öz  sahibinə 

müəssisənin mülkiyyətinin müəyyən hissəsini almaq hüququ verir;  

  Qiymətli  kağızlar  alınıb-satıla  bilir,  girova  qoyula  bilir.  Alınan 

kreditin təminatı kimi qiymətli kağızları girov qoymaq olar. İstiqraz 

buraxmaqla borc vəsaiti cəlb etmək olar və bu istiqraz təkrar bazarda 

alqı-satqı predmeti ola bilər 

 

Qiymətli kağızlar bazarının funksiyaları  



 

  Qiymətli  kağızlar  bazarı  istehsal  üçün  sərbəst  vasitələrin 

investisiyaya cəlb edilməsini təmin edir; 

  Kapitalın  bir  sahədən  başqa  sahəyə  axınını  təmin  etməklə  ayrı-ayrı 

sahələrin inkişafını nizamlayır; 

  Hökumətin  büdcəsində  olan  kəsirin  aradan  qaldırılması  üçün  vəsait 

cəlb edir; 

  əhalinin istehsalın idarəedilməsində iştirak etməsini təmin edir; 

  Satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir; 


 

385 


  Fond  bazarının  göstəriciləri  əsasında  iqtisadiyyatın  vəziyyətinin 

qiymətləndirilməsinə imkan yaradır; 

  İnflyasiya tempinin dəyişməsinə təsir göstərir; 

  Maliyyə  vəsaitlərinin  investordan  ehtiyacı  olanlara  hərəkəti  zamanı 

xərclərin minimuma endirilməsinə şərait yaradır 

 

 



Qiymətli kağızlar bazarının 

 təsnifatı 

 

  Tələb xüsusiyyətinə görə 



Borc bazarı 

Səhm bazarı 

İstiqrazlar 

Veksel 


Girov kağızı 

İpoteka şəhadətnaməsi 

Depozit sertifikatı 

Risk azdır, ödənişlər ilk 

növbədə ödənilir və 

müəssisələrin 

fəaliyyətindən asılı deyil 

Risk çoxdur, gəlir çoxdur, gəlirin həcmi 

müəssisənin fəaliyyətindən asılıdır 

Qiymətli kağızların müddətinə görə 

Pul bazarı 

Kapital bazarı 

1 ilə qədər buraxılan 

qiymətli kağızlar  

Xəzinə vekselləri 

Dövlət xəzinə 

öhdəlikləri 

Depozit sertifikatları 

Dövlət qısa müddətli 

istiqrazlar 

Risk azdır, likvidlik 

yüksəkdir, qiymətlər az 

dəyişir  

1 ildən yuxarı müddətə alınıb satılan qiymətli 

kağızlar  

Səhm və istiqrazlar 

Girov kağızları 

Hökumətin 1 ildən çox müddətə buraxdığı 

qiymətli kağızlar 

Satış xarakterinə görə 

İlkin bazar 

İkinci bazar 



 

386 


Emitent və 

investorun görüşdüyü 

bazar 

Səhmdar 


cəmiyyətin yaranması 

zamanı (bağlı qapılar 

arxasında) aparılan 

əqdlər  


İnvestisiya 

bankirlərinin vasitəsilə 

aparılan əqdlər 

Qiymətli kağızların ilk sahiblərindən 

investorlara və vasitəçilərə satış 

Valyuta bazarı 

Fyuçers və opsion bazarı 

Fond birjaları 

Ödəmə (təchizat) vaxtına görə 

Spot bazarı (nəqdi 

və ya dərhal bazar) 

Törəmə (gələcək) bazar 

Spot, ingiliscə yer 

deməkdir 

Əməliyyat aparılır 

və yerində ödəmə həyata 

keçirilir. 

Əvvəlcədən razılaşdırılmış qiymətlə 

gələcəkdə alınıb-satılması nəzərdə tutulan 

bazardır. 

Opsion, fyuçers bazarları 

Təşkil səviyyəsinə görə 

Təşkil olunan 

bazar 


Təşkil olunmayan bazar  

İkinci bazarı əhatə 

edir 

Qiymətli 



kağızların əvvəlcədən 

təşkil olunmuş rəsmi 

yerdə ticarəti deməkdir, 

birja 


Konkret rəsmi yerdə deyil, yəni birjada 

deyil,  ondan kənarda qiymətli kağızların alqı-

satqısıdır, bunu broker və dilerlər edirlər. 

Əhatə dairəsinə görə 

Daxili bazar 

Beynəlxalq bazar 

Milli maliyyə 

bazarı bir dövlətin 

qiymətli kağızlarının öz 

bazarında satışıdır 

Bir ölkənin qiymətli kağızlarının digər 

dövlətin maliyyə bazarında satışıdır 



 

387 


Borc alan subyektlərə görə 

Hökümə maliyyə 

bazarı   

Korporasiya maliyyə bazarı 

Dövlətin qiymətli 

kağızlarının satışını 

əhatə edən maliyyə 

bazarı (şərti) əsasən borc 

bazarıdır, çünki dövlət 

yalnız borc qiymətli 

kağızlarını buraxır 

Müəssisənin qiymətli kağızlarının alqı - 

satqısı həyata keçirilən bazardır. Korporasiya 

maliyyə bazarında korporasiyaların buraxdığı 

borc və pay qiymətli kağızlar alınıb satılır   

 

23. 4. Qiymətli kağızlar bazarının peşəkar  iştirakçıları 



 

Qiymətli kağızlar bazarı dövlət qiymətli kağızlarının tədavülü ilə bağlı 

yaranan  münasibətlərin  məcmusunu  ifadə  edir.  Əgər  münasibətlər 

mövcuddursa,  deməli,  onları  yaradan  subyektlər  də  mövcuddur.  Bu 

baxımdan, dövlət qiymətli kağızlar bazarının iştirakçıları – burada alqı-satqı 

prosesini  həyata  keçirən,  eləcə  də  bu  proses  ilə  bağlı  yardımçı  xarakter 

daşıyan  subyektlərdir. Bu  subyektlər  həm  ayrı-ayrılıqda  fiziki  şəxslər, həm 

də təşkilatlar ola bilər. Daşıdığı funksiyaya görə  qiymətli kağızlar bazarının 

iştirakçılarını aşağıdakı kimi sıralamaq olar: 

1.  Emitentlər. 

2.  İnvestorlar. 

3.  Fond vasitəçiləri. 

4.  Xidmətçi təşkilatlar. 

5.  Tənzimləyici və idarəedici dövlət orqanları. 

Emitent  –  qiymətli  kağızı  tədavülə  buraxan  subyektdir.  Dövlət 

qiymətli kağızlar bazarında emitent kimi bir qayda olaraq dövlət çıxış edir. 

İnvestor  –  tədavülə  buraxılan  qiymətli  kağızları  alan  subyektdir. 

Dövlət  qiymətli  kağızlarının  investoru  kimi  sərəncamında  olan  sərbəst  pul 

vəsaitlərini  artırmağa  çalışan  hər  bir  iqtisadi  subyekt  çıxış  edə  bilər.  Bu 

baxımdan əhali, eləcə də kommersiya təşkilatları daha çox seçilir. 

Fond  vasitəçiləri – dövlət qiymətli kağızlar bazarında  broker və diler 

fəaliyyəti  ilə  məşğul  olan,  eləcə  də,  qiymətli  kağızların  idarə  olunmasını 

həyata  keçirən  təşkilatlardır.  Bu  təşkilatların  funksiyalarını  yerinə  yetirən 

şəxslər ayrı-ayrılıqda brokerlər və dillerlər adlanır. 

–  “Qiymətli  kağızlar  haqqında”  Azərbaycan  Respublikasının 

qanununda broker fəaliyyəti haqqında aşağıdakı kimi tərif verilir: “Tapşırıq 

və  ya  komission  müqaviləsi  əsasında  müvəkkil  və  komissiyonçu  kimi 

(müqavilədə  onların  səlahiyyəti  barədə  göstəriş  yoxdursa,  həmçinin 



 

388 


vəkalətnamə  əsasında)  fəaliyyət  göstərən  hüquqi  və  ya  fiziki  şəxsin  onun 

müştərisinin marağına uyğun və onun hesabına qiymətli kağızlarla mülkü – 

hüquqi əqdlərin bağlanması broker fəaliyyəti hesab olunur. Broker fəaliyyəti 

ilə məşğul olan peşəkar iştirakçı broker adlanır”. 

Uyğun  olaraq  həmin  qanunda  diler  fəaliyyəti  aşağıdakı  kimi  izah 

olunur:  “Hüquqi  şəxsin  müəyyən  qiymətli  kağızların  alış  və  satış 

qiymətlərini  elan  edib,  bu  qiymətli  kağızların  elan  edilmiş  qiymətlər  üzrə 

alınması  və  (və  ya)  satılmasını  öhdəsinə  götürməklə,  öz  adından  və  öz 

hesabına  qiymətli  kağızlarla  alqı-satqı  əqdlərini  bağlaması  diler  fəaliyyəti 

hesab  olunur.  Diler  fəaliyyətini  həyata  keçirən  peşəkar  iştirakçı  diler 

adlanır”. 

Xidmətçi  təşkilatlar  –  dövlət  qiymətli  kağızlar  bazarının  funksiya-

larına xidmət edən təşkilatlardır. Onlar aşağıdakılara bölünür: 

  Qiymətli  kağızlar  bazarının  təşkilatçıları  (fond  birjaları  və 

birjadankənar bazar təşkilatçıları); 

  Depozitarilər 

  Registratorlar 

  Hesablama mərkəzləri (hesablama palatası, klirinq mərkəzləri) 

  İnformasiya orqanları və ya təşkilatları. 

Tənzimləyici və idarəedici dövlət orqanları isə əsasən aşağıdakılardan 

ibarət olur: 

  Ali idarəetmə orqanları 

  Nazirlik və müvafiq komitələr 

  Mərkəzi Bank. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin