DƏrs vəSAİTİ (İKİNCİ buraxiliş)



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix07.06.2020
ölçüsü2,33 Mb.
#31840
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41
Maliyye


 

 

ВЕРЭИ  

ЮДЯЙИ 

ЪИЛЯРИ 

КОММЕ

РСИЙА 

БАНКЛА

РЫ 

МИЛЛИ 

БАНКЫН БАШ 

ИДАРЯСИ 

КОММЕР-

СИЙА 

БАНКЛАРЫНЫ

Н МЦХБИР 

ЩЕСАБЫ 

АР 

МАЛИЙЙЯ 

ОРГАНЫ 

СУБЙЕКТ 

ЛЯРИ ВЯ

 

ЙЕРЛИ 

ИДАРЯ 

ЕТМЯ 

ОРГАНЛАРЫ 

СЯЛАЩИЙЙЯ

ТЛИ БАНК 

 

ХЯЗИНЯДАР



ЛЫГ 

ОРГАНЛЫРЫ

НЫН  ШЯХСИ 

ЩЕСАБЫ 

ВЕРЭИЛЯР 

НАЗИРЛИЙИ 

 

ВЕРЭИ 



ЮДЯЙИЪИЛЯРИ 

ЦЗРЯ ЭЯЛИРЛЯРИН 

УЧОТУ 

 

ХЯЗИНЯДАРЛЫЬЫН 

ИДАРЯ ОЛУНМАСЫ 

 

АР ЯРАЗИСИНДЯ 



ВЕРЭИЛЯРИН УЧОТУ 

 

 

ХЯЗИНЯДАЛЫЬЫН 



ШЮБЯСИ 

 

КОДЛАР ЦЗРЯ 



ЭЯЛИРЛЯРИН 

УЧОТУ 

 

ТЯНЗИМЛЯЙИЪИ 



ВЕРЭИЛЯРИН 

ЭЕНИШЛЯНРДИРИЛМ

ЯСИ 

 

400 


Xərclər üzrə xəzinədarlığın icrasının təşkili 

 

 

 

 

 

 

 

 

 

 

МИЛЛИ БАНКЫН КАССА-

ЩЕСАБЛАШМА МЯРКЯЗИ 

 

 

 

 

 

 

 

 

 

ХЯЗИНЯДАРЛЫЬЫН ШЮБЯСИ 

ХЯРЪЛЯРИНИН ШЯХСИ ЩЕСАБЛАРЫ 

МАЛИЙЙЯ 

НАЗИРЛИЙИ 

 

 



 

 

 



БЦДЪЯ 

ЙАЗЫЛЫШЫ 

АР МИЛЛИ 

БАНКЫ 

 

 

 

 

ХЯЗИНЯДА

РЛЫЬЫН 

ШЯХСИ 

ЩЕСАБЫ 

ДЮВЛЯТ 

ХЯЗИНЯДАРЛЫЬЫ 

ИДАРЯСИ 

 

 

 

 

 

МАЛИЙЙЯЛЯШМЯ 

ЛИМИТЛЯРИ 

РЕЙЕСТРЛЯРИ 

 

БЦ

Д

Ъ

Я

Д

Я

Н

 М

А

ЛИ

Й

Й

Я

-

ЛЯ

Ш

Я

Н

ЛЯ

Р

 

ХЯЗИНЯДАРЛЫ

ЬЫН ШЮБЯСИ 

 

 

 

 

 

 

БЦДЪЯДЯН 

МАЛИЙЙЯШЯН

ЛЯРИН ШЯХСИ 

ЩЕСАБЫ 

 

МИЛЛИ БАНКЫН ЯРАЗИ ЦЗРЯ 

ШЮБЯЛЯРИ 

 

 

 

ХЯРЪЛЯР ВЯ ЭЯЛИРЛЯР ЦЗРЯ 

ХЯЗИНЯДАРЛЫЬЫН ИДАРЯ 

ЕДИЛМЯСИНИН ШЯХСИ ЩЕСАБЛАРЫ 

 

ИШ ВЯ 

ХИДМЯТ 

АЛЫЪЫЛА

РЫ 

КОММЕРСИЙА 

БАНКЛАРЫ 

 

АЛЫЪЫЛАРЫН 

ЩЕСАБЛАШМА 

ЩЕСАБЛАРЫ 

БАШ ДЮВЛЯТ 

ХЯЗИНЯДАРЛЫ

ЬЫ 

 

МАЛИЙЙЯЛЯШМ



Я ЛИМИТЛЯРИ 

РЕЙЕСТРЛЯРИ 

 

 



Nяьд 

 

Няьдсиз 

 


 

401 


XXV FƏSİL. BEYNƏLXALQ MALİYYƏ MÜNASİBƏTLƏRİ 

 

25.1. Beynəlxalq maliyyə münasibətlərinin mahiyyəti və təzahürü 

 

Maliyyə  münasibətlərinin  fəaliyyət  dairəsi  ayrı-ayrı  ölkələrin 

sərhədləri  ilə  məhdudlaşmır.  Bu  münasibətlər  beynəlxalq  iqtisadiyyatın  və 

beynəlxalq əlaqələrin əsasını təşkil edir. Əksər hallarda maliyyə beynəlxalq 

iqtisadi əlaqələrdə aparıcı münasibətlər sistemi kimi çıxış edir. 

Beynəlxalq  maliyyə  münasibətləri  dedikdə  transmilli  və  dövlət 

maliyyə  təşkilatları  arasında  meydana  gələn  pul  münasibətləri  nəzərdə 

tutulur. Bu münasibətlər əsas etibarilə ölkələrarası idxal-ixrac əməliyyatları 

və  kapitalın  beynəlxalq  hərəkəti  prosesində  meydana  çıxır.  İdxal-ixrac 

əməliyyatları  zamanı  malların  dəyərləndirilməsi,  dövlətlərarası  borc 

münasibətləri,  investisiya  axını,  bir  ölkədəki  müəssisələrin  gəlirinin  digər 

ölkələrə  transferi  (köçürülməsi)  məhz  beynəlxalq  maliyyə  vasitəsilə 

tənzimlənir. 

Beynəlxalq  maliyyə  həm  də  tarixi  kateqoriyadır.  Bu  münasibətlərin 

meydana  gəlməsi  dövlətlərin  və  ticarətin  yaranması  dövrlərini  əhatə  edir. 

Qızıldan  mal  mübadiləsinin  ekvivalenti  kimi  istifadə  olunması  və  pul 

münasibətlərinin  meydana  gəlməsi,  mübadilənin  natural  formadan  bazar 

formasına  keçməsi  beynəlxalq  maliyyə  münasibətlərinin  yaranmasına 

gətirib  çıxarmışdır.    Əmtəə-pul  münasibətləri  ticarətin  ümumdünya 

miqyasında  yayılmasına,  ticarət  əməliyyatlarının  dövlət  səviyyəsində 

genişlənməsinə  imkan  və  şərait  yaratdı.  Beynəlxalq  maliyyə  münasibətləri 

hələ 


qədim 

dövrlərdən 

yaranmağa, 

zaman-zaman 

genişlənməyə, 

iqtisadiyyatın  bütün sahələrini əhatə etməyə,  bir  sistem kimi  formalaşmağa 

başlamışdı.  

İndiki  səviyyəyə  çatmış  bu  sistem  uzun  bir  inkişaf  yolu  keçmiş  və 

bütün  ölkələr  maliyyə-iqtisadiyyat  münasibətlərinə  bu  sistem  daxilində 

girmişlər.  Bu  sistemin  elementləri,  yaxud  halqaları  kimi  yaranmış  çoxlu 

beynəlxalq  və  regional  maliyyə  təşkilatı  sonralar  öz  fəaliyyətlərini  xeyli 

genişləndirmişdir.  Dünyadakı  siyasi  və  iqtisadi  proseslərin  qloballaşması 

şəraitində 

beynəlxalq 

maliyyənin 

genişlənmə 

prosesi 

daha 


da 

sürətlənmişdir.  Malların  və  maliyyə  ehtiyatlarının  hərəkət  yolundakı 

müxtəlif  maneələr  tədricən  aradan  qaldırılır,  kapitalın,  əmək  və  maliyyə 

ehtiyatlarının ayrı-ayrı  dövlətlər  və regionlar arasında sərbəst  yerdəyişməsi 

üçün şərait  yaranır. Beynəlxalq  maliyyə real  olaraq qloballaşır. Yuxarıdakı 

qrafiklərdən göründüyü kimi, maliyyənin qloballaşma dərinliyini əks etdirən 

göstəricilər  başqa  ümumi  göstəricilərə  nisbətən  daha  yüksək  templə 

böyüyür. Xarici kapitalın və  ya  ixracın  həcm artımının  sürəti ümumi daxili 

məhsulun artım sürətini bir neçə dəfə üstələyir.  


 

402 


Beynəlxalq  maliyyə  münasibətləri  müxtəlif  formalarda  özünü  büruzə 

verir.  Bunlardan  formaca  bir-birindən  fərqlənən  valyuta,  kredit  və 

investisiya 

münasibətlərini 

göstərmək 

olar. 


Beynəlxalq 

maliyyə 


münasibətlərini çox zaman valyuta münasibətləri kimi xarakterizə edirlər ki, 

bu  da  valyuta  münasibətlərinin  beynəlxalq  iqtisadi  və  maliyyə  sistemində 

əsas  yer tutması  ilə  bağlıdır. Belə ki,  valyuta bütün  iqtisadi  münasibətlərdə 

əsas ödəniş vasitəsi, bütün dünya üzrə yığım və borc vasitəsidir. 

Daha ümumi  formada desək,  beynəlxalq  valyuta münasibətləri dünya 

təsərrüfatında  valyutanın  fəaliyyəti  zamanı  meydana  çıxan  və  milli 

təsərrüfatların  fəaliyyətlərinin  nəticələrinin  qarşılıqlı  mübadiləsinə  xidmət 

edən  ictimai  münasibətlərin  məcmusudur.  Valyuta  münasibətlərinin  ayrı-

ayrı  elementləri  hələ  antik  dövrdə  qədim  Yunanıstanda  və  Romada  veksel 

əməliyyatları  formasında  meydana  gəlmişdir.  Onların  inkişafının  sonrakı 

mərhələsi  Orta  əsrlərdə  Lionda,  Antverpendə  və  Qərbi  Avropanın  digər 

ticarət  mərkəzlərində  «veksel  yarmarkaları»nın    formalaşması  kimi  yadda 

qalıb.  Feodallaşma  və  kapitalizmin  təşəkkülü  mərhələlərində  banklar 

vasitəsilə  gerçəkləşən  beynəlxalq  hesablaşmalar  sistemi  inkişaf  etməyə 

başladı. 

 

Beynəlxalq 



maliyyə 

münasibətlərinin 

ən 

mühüm 


təzahür 

formalarından  biri  beynəlxalq  kreditlər  və  kredit  münasibətləridir.  Bu 

münasibətlər  qaytarılması  və  faizinin  ödənməsi  məcburi  olan  borc 

kapitalının  valyuta  və  əmtəə  ehtiyatlarının  təqdimi  ilə  bağlı  beynəlxalq 

iqtisadi  münasibətlər  sahəsindəki  hərəkətidir.  Bu  münasibətlər  sahəsində 

kreditorlar  (borcverənlər)    və  borclular  (borcalanlar)  qismində  xüsusi 

firmalar  və  banklar,  dövlət  idarələri  və  hökumət,  beynəlxalq  və  regional 

valyuta-kredit  və  maliyyə  təşkilatları  çıxış  edir.  Kredit  anlayışı 

iqtisadiyyatın  mühüm  tərkib  hissəsi  və  başlıca  kateqoriyasıdır.  O,  istehsal 

münasibətlərinin  elementlərindən  biri  olmaqla  əmtəələrin,  xidmətlərin  və 

kapitalların hərəkətində əsas rol oynayır. 

Kredit, həmçinin  mənfəət, qiymət, pul,  valyuta kursu, faizlər, tədiyyə 

balansı  kimi  iqtisadi  kateqoriyalarla  və  bazar  iqtisadiyyatının  iqtisadi 

qanunları ilə sıx əlaqədardır. Beynəlxalq kredit kapital dövriyyəsinin bütün 

mərhələlərində iştirak edir, əmtəə dövriyyəsini sürətləndirir,  istehsalı artırır. 

Beynəlxalq  kreditin  mənbələri  bunlardır:  müəssisələrin  dövriyyə 

prosesində  pul  formasında  müvəqqəti  sərbəstləşmiş  kapitalı;  dövlətin,  özəl 

sektorun  və  əhalinin  banklara  cəlb  edilmiş  pul  yığımları,  maliyyə 

vasitəçiləri,  maliyyə  bazarları  və  s.    Bunlardan  savayı,  kredit  vəsaitlərinin 

beynəlxalq  kredit  münasibətlərində  çox  mühüm  rol  oynayan  bir  sıra  başqa 

mənbələri də var.  


 

403 


 Beynəlxalq  kredit  bir  sıra  prinsiplər  əsasında  fəaliyyət  göstərir. 

Bunları belə qruplaşdırmaq olar: 

1)  Qaytarılma.  Alınmış  kreditlər  mütləq  qaytarılmalı,  başqa  sözlə, 

müqavilədə nəzərdə tutulmuş bütün öhdəliklər hökmən yerinə yetirilməlidir. 

2)  Ödənilmə.  Bu  prinsip    dəyər  qanununun  fəaliyyətinin  və  kreditin 

şərtlərinin  həyata  keçirilməsi  üsulunu  əks  etdirir.  Bu  zaman,  ilk  növbədə, 

kredit faizləri ödənilir. 

3)  Maddi  təminatlılıq.  Bu  prinsipə  görə,  kredit  o  adamlara  təqdim 

edilir  ki,  onların  maddi  imkanlarının  səviyyəsi  gələcək  ödənişlərə  təminat 

vermiş olsun.  

4)  Məqsədli  xarakter.  Beynəlxalq  kredit  hər  ehtiyacı  olana  verilmir. 

Belə kreditlər konkret layihələr əsasında verilir və məqsədli xarakter daşıyır. 

Beynəlxalq  kreditin  prinsipləri  bazar  münasibətlərinin  iqtisadi 

qanunları ilə sıx əlaqəlidir. Başqa sözlə, həmin prinsiplərin bu cür müəyyən 

olunması iqtisadi qanunların tələbidir. 

Beynəlxalq  kredit  beynəlxalq  iqtisadi  münasibətlər  sistemində  ilk 

növbədə borc kapitalının hərəkəti ilə bağlı olan aşağıdakı vacib funksiyaları 

yerinə yetirir:  

1. Borc kapitalının ölkələr arasında yenidənbölgüsü. 

2.  Beynəlxalq  hesablaşmalar  sahəsində  dövriyyə  xərclərinə  qənaət 

edilməsi. 

3. Kapitalın qovuşmasının və təmərküzləşməsinin sürətləndirilməsi. 

Bunlar  ümumi  qaydada  olan  funksiyalardır.  Beynəlxalq  kreditlərin 

çox  müxtəlif  formalarda  yerinə  yetirilən  bir  sıra  digər  –  müsbət  (bəzən  də 

mənfi) – funksiyaları da olur.  

Beynəlxalq  kreditin  çoxsaylı  formalarını  müxtəlif  xüsusiyyətlərinə 

görə təsnifləşdirmək olar.  

Mənbələrinə 

görə 

beynəlxalq 



kreditlər 

daxili 


və 

xarici 


kreditləşdirməyə bölünür. Bu formalar əmtəənin ixracçıdan idxalçıya qədər 

olan  hərəkətinin  bütün  mərhələləri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olur  və  bu 

prosesə  xidmət  edir.  Bundan  başqa,  kreditlərin  bu  növü  ixrac  olunan 

məhsulların istehsalı, hazırlanması və saxlanılması ilə bağlıdır. 

Təyinatına görə beynəlxalq kreditlərin aşağıdakı formaları var: 

- kommersiya kreditləri. Birbaşa xarici ticarət və xidmətlərlə bağlıdır. 

-  maliyyə  kreditləri.  Onlardan  çoxməqsədli  məsələlərin  həllində, 

məsələn, 

birbaşa 

kapital 


qoyuluşlarında, 

tikinti 


obyektlərinin 

investisiyalaşdırılmasında,  qiymətli  kağızlar  alınmasında,  xarici  borcların 

ödənilməsində, büdcə kəsirlərinin örtülməsində və s. istifadə edilir. 

Növlərinə  görə  kreditlər  əmtəə  kreditlərinə  və  valyuta  kreditlərinə 

bölünür. Əmtəə kreditləri, əsasən, ixracçıların öz alıcılarına təqdim etdikləri 

kreditlərdir. Valyuta kreditlərini isə banklar pul formasında verir.  



 

404 


Müddətinə  görə  beynəlxalq  kreditlər  qısamüddətli  (3,  6  və  12  aya 

qədər), ortamüddətli (1 ildən 5 ilə qədər) və uzunmüddətli (5 ildən çox) olur. 

Bir  sıra  ölkələrdə  ortamüddətli  kreditlər  7-10  ilə,  uzunmüddətli 

kreditlər isə 10 ildən çox müddətə verilir. 

Beynəlxalq  kreditlər  sahəsində  ən  mühüm  yeri  banklar  və  xüsusilə 

beynəlxalq banklar tutur. Bankların verdiyi kreditlər bank kreditləri adlanır 

ki,  bunların  da  ixrac,  maliyyə  və  valyuta  kreditləri  kimi  yarımnövləri  var. 

İxrac  kreditləri  ixracçı  ölkənin  bankının  idxalçı  ölkənin  bankına  verdiyi 

kreditlərdir.  Bu  krediti  almaqla  idxalçı  ölkə  əmtəəni  yalnız  kredit  verən 

ölkədən  alacağı  barədə  öhdəlik  götürmüş  olur.  Maliyyə  kreditləri  isə 

əmtəəni  istənilən  ölkədən  sərfəli  şərtlərlə  almağa  imkan  yaradır.  Valyuta 

kreditlərindən  əmtəə  almaq  üçün  deyil,  xarici  borcları  ödəmək  və  milli 

valyutanın kursunu saxlamaq məqsədilə istifadə olunur.  

Beynəlxalq  bank  kreditləri,  bir  qayda  olaraq,  hamının  qəbul  etdiyi 

ümumi  müddətlərə  verilir.  Beynəlxalq  kreditlər  beynəlxalq  kredit 

bazarlarından  əldə  edilir.  Bu  bazarların  kredit  alqı-satqısında  istənilən  ölkə 

iştirak  edə  bilər.  Bunun  üçün  bir  neçə  şərtin  ödənilməsi  tələb  olunur. 

Bunların ən vacibi kreditlərin qaytarılmasına zəmanət verilməsidir. 



 

25.2. Beynəlxalq maliyyə və valyuta siyasəti 

 

Maliyyə təkcə bir ölkə daxilində deyil, həm də regional və beynəlxalq 



miqyasda iqtisadi proseslərin ən mühüm aspektini təşkil edir. Buna görə də 

maliyyə  siyasəti  həyata  keçirilərkən  beynəlxalq  təsirlərin  əhatə  dairəsi  çox 

geniş olur. Maliyyə siyasəti təkcə bir ölkə daxilində qapanıb qalanda bir çox 

amillər  maliyyənin  rolunu  mürəkkəbləşdirir  və  aparılan  siyasət  lazımi 

nəticəni  vermir.  Bu  səbəbdən  indi  çoxlu  regional  və  beynəlxalq  maliyyə 

qurumları  fəaliyyət  göstərir  və  yeniləri  yaradılır.  Misal  olaraq  Beynəlxalq 

Valyuta Fondunu, Avropa Valyuta Sistemini və digər təşkilatları göstərmək 

olar. Beynəlxalq  maliyyə  siyasətinin  həyata keçirilməsində ən  mühüm rolu 

Beynəlxalq Valyuta Fondu oynayır. Bu siyasət mahiyyətcə pul vəsaitlərinin 

beynəlxalq  hərəkətinin  təmin  olunmasına  və  milli  valyutaların  beynəlxalq 

nüfuzunun  qorunmasına  xidmət  edir.  Həmin  təşkilatların  və  dövlətlərin 

maliyyə-pul  münasibətləri sahəsində apardıqları siyasət  maliyyə  və  valyuta 

siyasəti adlanır. 

Valyuta siyasəti 3 forma və ya struktur parametri ilə fərqlənən valyuta 

sistemi çərçivəsində həyata keçirilir: 

- Milli valyuta sistemi; 

- Dünya valyuta sistemi; 

- Regional (beynəlxalq) valyuta sistemi. 



 

405 


Valyuta-iqtisadiyyat  münasibətlərinin  məcmusu  kimi  tarixən  ilk  dəfə 

milli  valyuta  sistemi  meydana  gəlib.  Bu  sistem  tarixən  iqtisadi  əlaqələrin 

beynəlmiləlləşməsi  və  milli  qanunvericiliyin  beynəlxalq  hüquq  normaları 

kontekstində  möhkəmləndirilməsi  əsasında  meydana  gəlmiş  valyuta 

münasibətlərinin  təşkilinin  hüquqi  formasıdır.  Milli  valyuta  sistemi  milli 

pul-kredit  sisteminin  tərkib  hissəsi  olsa  da,  öz  fəaliyyət  xarakterinə  görə 

ölkə  sərhədlərindən  kənara  çıxır.  Bu  sistemin  özünəməxsusluğunu 

səciyyələndirən  amil  milli  iqtisadiyyatın  və  ölkənin  xarici  iqtisadi 

əlaqələrinin inkişaf səviyyəsidir. Milli valyuta sisteminin prinsipləri ölkənin 

qanunvericiliyi  ilə  müəyyənləşir.  Bu  sistemin  əsas  elementləri  bunlardır: 

milli  valyutanın  dönərlilik  səviyyəsi;  nisbəti;  kursu;  beynəlxalq  (xarici) 

alıcılıq gücü; valyuta məhdudiyyətlərinin olub-olmaması; beynəlxalq kredit 

vəsaitləri, 

onlardan 

istifadə 

qaydalarının 

və 

ölkənin 


beynəlxalq 

hesablaşmalarının  müəyyənləşdirilməsi;  milli  valyuta  və  qızıl  bazarları 

rejimi;  ölkənin  valyuta  münasibətlərini  tənzimləyən  və  onlara  xidmət  edən 

milli orqanlar. 

Milli  valyuta  sistemi  dünya  təsərrüfatının  inkişafı  əsasında  meydana 

gələn,  dövlətlərarası  razılaşmalar  və  konvensiyalarla  təsbit  edilən 

beynəlxalq  valyuta  münasibətlərinin  təşkili  forması,  yəni  dünya  valyuta 

sistemi ilə qırılmaz tellərlə bağlıdır. 

Dünya valyuta sistemi dünya təsərrüfatının qlobal məqsədlərini yerinə 

yetirməklə,  xüsusi  fəaliyyət  və  tənzimləmə  mexanizminə  malik  olmaqla 

yanaşı,  həm də  milli  valyuta sistemləri  ilə sıx əlaqədədir. Bu əlaqə  valyuta 

münasibətlərini  tənzimləyən,  onlara  xidmət  edən  milli  banklar  vasitəsilə 

həyata  keçirilir,  dövlətlərarası  valyuta  tənzimlənməsi  və  dövlətlərin 

maliyyə-valyuta  siyasətinin  əlaqələndirilməsi  kimi  meydana  çıxır.  Milli 

valyuta  sistemi  ilə  dünya  valyuta  sistemi  bir-birilərindən  öz  elementləri  ilə 

fərqlənir.  Dünya  valyuta  sisteminin  elementləri  bunlardır:  valyuta 

ehtiyatları,  beynəlxalq  hesablaşmalar  üçün  pul  vahidləri,  valyutaların 

qarşılıqlı  dönərliliyi,  valyutaların  nisbətlərinin  müəyyən  olunmuş  vahid 

rejimi, valyuta kurslarının müəyyənləşdirilməsi, valyuta məhdudiyyətlərinin 

dövlətlərarası tənzimlənməsi, beynəlxalq kredit vəsaitlərindən və beynəlxalq 

hesablaşmaların  əsas  formalarından  istifadənin  müəyyən  olunmuş  vahid 

qaydaları, valyuta tənzimlənməsini həyata keçirən beynəlxalq təşkilatlar. 

Milli  valyuta  sistemi  və  milli  valyuta  ölkənin  milli  pul  vahidinə, 

dünya  valyuta  sistemi  isə  bir,  yaxud  bir  neçə  ehtiyat  valyutasına  və  ya 

beynəlxalq hesablaşma pul vahidinə əsaslanır. 

Ehtiyat  valyutaları  aparıcı  ölkələrin  beynəlxalq  ödəniş  və  ehtiyat 

vəsaiti  funksiyalarını  yerinə  yetirən,  başqa ölkələr üçün  valyuta kursları  və 

valyuta  nisbətlərinin  müəyyən  edilməsinin  əsasını  təşkil  edən  dönərli  milli 

valyutalarıdır. 


 

406 


Regional  valyuta  siyasəti  dövlətlərarası  valyuta  münasibətlərini 

tənzimləyir  və  bu  sistemin  təkmilləşməsini  təmin  edir.  Avropa  valyuta 

sistemi  (avro)  və  Afrika  valyuta  sistemi  (Afrika  dinarı)  regional  valyuta 

siyasətini həyata keçirən alətlər sırasına daxildir.  

Valyuta  siyasəti  valyuta  qanunvericiliyini  (beynəlxalq  səviyyədə 

beynəlxalq konvensiyaları və müqavilələri) formalaşdırır və onun vasitəsilə 

reallaşır.  Valyuta  qanunvericiliyi  ölkədə  və  ölkədənkənar  valyuta  dəyərləri 

əməliyyatlarını,  eləcə  də  valyuta  problemləri  üzrə  ikitərəfli  və  çoxtərəfli 

beynəlxalq sazişləri tənzimləyən hüquqi normalar toplusudur.  

Valyuta siyasətini reallaşdıran vasitələrdən biri  valyuta tənzimləməsi, 

yəni  milli,  dövlətlərarası  və  regional  səviyyələrdə  valyuta  əməliyyatlarının 

və  beynəlxalq  hesablaşmaların  aparılma  qaydasının  dövlət  tərəfindən 

müəyyənləşdirilməsidir. 

Valyuta  siyasətinin  reallaşdırılması  vasitələrindən  biri  valyuta 

tənzimlənməsidir. Valyuta  tənzimlənməsi – milli, dövlətlərarası və regional 

səviyyələrdə  həyata  keçirilən  valyuta    əməliyyatlarının  aparılması 

qaydasının  və  beynəlxalq  hesablaşmaların  dövlət  tərəfindən  müəyyən 

olunmasıdır.  

Valyuta  siyasəti  valyuta  problemləri  üzrə  qərarların  hazırlanmasını, 

qəbul edilməsini və reallaşdırılmasını əhatə edir. İstehsal vasitələri üzərində 

xüsusi  mülkiyyətin  mövcud  olduğu  şəraitdə  beynəlxalq 

valyuta 


münasibətləri  sərt  mərkəzləşdirilmiş  əsaslarla  idarə  oluna  bilməz.  Buna  

görə də bu siyasət bir neçə səviyyədə həyata keçirilir: 

- özəl müəssisələr səviyyəsində. Burada çox böyük valyuta  ehtiyatları 

olan,  milli  və  beynəlxalq  səviyyəli  valyuta  əməliyyatlarında  fəal    iştirak 

edən müəssisələr ( şirkətlər, banklar və s.) nəzərdə tutulur. Valyuta siyasəti 

bu  özəl  qurumların  qanunsuz  (spekulyativ)  valyuta  sövdələşmələri 

aparmasının qarşısını almağa  yönəldilir;  

-  milli  səviyyədə  (dövlət  səviyyəsində)  maliyyə  siyasətini  maliyyə 

nazirliyi, mərkəzi bank, valyuta (maliyyə) nəzarəti orqanları aparır;  

-  beynəlxalq  səviyyədə.  Burada  valyuta  tənzimlənməsini  digər 

beynəlxalq  maliyyə-kredit  təşkilatlarının  (Dünya  Bankının,  Beynəlxalq 

Hesablaşmalar Bankının, Avropa İnkişaf və Yenidənqurma Bankının, İslam 

İnkişaf Bankının və s.) iştirakı ilə işləyib-hazırlayan və həyata keçirən orqan 

Beynəlxalq Valyuta Fondudur. 



 

407 


İnkişaf  etmiş  ölkələrdə  valyuta  siyasəti  onun  məqsədlərindən  və 

formalarından  asılı  olaraq  struktur  və  cari  valyuta  siyasətlərinə  bölünür. 

Struktur  siyasəti  dünya  valyuta  sistemində  uzunmüddətli  struktur 

dəyişikliklərinin həyata keçirilməsinə yönəlmiş tədbirlərin məcmusudur. Bu 

siyasət  valyuta  sisteminin  prinsiplərinin  bütün  ölkələrin  maraqları  nəzərə 

alınaraq təkmilləşdirilməsi adı altında həyata keçirilən valyuta islahatlarıdır. 

Struktur  valyuta  siyasəti  cari  valyuta  siyasətinə  təsir  göstərir.  Cari  valyuta 

siyasəti - valyuta kurslarının, valyuta əməliyyatlarının, valyuta bazarının və 

qızıl  bazarının  fəaliyyətinin gündəlik  və operativ qaydada tənzimlənməsinə 

yönəlmiş  tədbirlərin  məcmusudur.  Bu  siyasət  valyuta  sistemi  prinsiplərini 

təkmilləşdirmək  məqsədilə  və  bütün  ölkələrin  maraqlarını  nəzərə  almaqla 

valyuta  islahatları  keçirməkdən  ibarətdir.  Struktur  valyuta  siyasəti  cari 

valyuta  siyasətinə,  yəni  milli,  regional  və  beynəlxalq  səviyyələrdə  valyuta 

kurslarının,  əməliyyatlarının,  valyuta  və  qızıl  bazarlarının  tənzimlənməsini 

həyata keçirən tədbirlər toplusuna təsir göstərir. Cari valyuta siyasəti valyuta 

sisteminin normal fəaliyyətinin təmin olunmasında çox böyük rol oynayır.  

Beynəlxalq  maliyyə  və  valyuta  siyasəti  beynəlxalq  pul  dövriyyəsi  və 

əmtəə  –  pul  münasibətlərini  tənzimləyən  ən  mühüm  vasitədir.  Bu  həm  də 

dünya  səviyyəsində  iqtisadi  əməliyyatlara  və  proseslərə  maliyyə  nəzarətini 

reallaşdıran  vasitə  kimi  daha  geniş  funksiyalar  yerinə  yetirir.  Beynəlxalq 

maliyyə siyasəti müxtəlif formalarda həyata keçirilir. 

 

 



 

 

 



 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin