Bİlal Dədəyev


Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə9/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   5   6   7   8   9   10   11   12   ...   33

24. Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına 
görə Qarabağ Azərbaycana “verilmiş” yoxsa onun 
tərkibində “saxlanılmışdır”?
Cənubi  Qafqaz  ölkələri  Sovet  Rusiyası  tərəfindən  işğal  olunduqdan 
sonra  Dağlıq  Qarabağ  yenə  müzakirə  mövzusuna  çevrildi  və  1923-cü 
ildə  Sovet  rəhbərliyinin  qərarı  ilə  ona  Azərbaycan  Sovet  Sosialist  Res-
publikasının  tərkibində  muxtar  vilayət  statusu  verildi.  Bu  qərarla  razı-
laşmayan Ermənistan Dağlıq Qarabağın heç vaxt müstəqil Azərbaycanın 
tərkib  hissəsi  olmadığını    iddia  edir,  onun  tarixən  Ermənistanın  tərkib 
hissəsi olduğunu, amma sovetlərin  Cənubi Qafqazda “parçala, hökm sür” 
siyasətinin bir hissəsi kimi zorla və qanunsuz olaraq Sovet Azərbaycanına 
verildiyini  iddia  edirdilər.  Murad  Muradyan  və  Daniel  Drakmanın  
sözlərinə görə, “1921-ci ildə  Türk Millətçi ordusunun komandanı Mus-
tafa Kamalın tələbinə cavab olaraq İosif Stalin və Vladimir Lenin Rusi-
ya  Kommunist  Partiyası  Qafqaz  Bürosunun  qərarı  ilə  Dağlıq  Qarabağı 
Azərbaycana verərək onunla sülh yaratmışdır”.
243
241  a.k.ə. Niftaliyev, Ilgar, p. 55. Həmçinin bax; a.k.ə. Qafarov, V. (2011), s. 169.
242  Газета “Азербайджан”, 25 сентября 1918 г. Götürülmüşdür; Niftaliyev, Ilgar, “Genocide and 
Deportation of Azerbaijanis of the Erivan Governorate (1918-1920)”, Heritage, Vol. 2 (13), 2013, p. 56.  
243  Mooradian, Moorad & Druckman, Daniel, “Hurting Stalemate or Mediation? The Conflict over 
Nagorno-Karabakh, 1990–95”, Journal of Peace Research, Vol. 36, No. 6, 1999, p. 709.

 87
QARABAĞ 
   
99 SUALDA
Digər  tərəfdən,  “azərbaycanlılar  iddia  edirlər  ki,  bu  qərarla  sadəcə 
əvvəldən  mövcud  olan  reallıq  tanınıb”.
244
  Rusiya  Dövlət  Sosial-Siya-
si  Tarix  Arxivinin  sənədlərinə  görə,  Dağlıq  Qarabağ  nə  1923-cü  ilədək 
Ermənistanın  tərkib  hissəsi  olub,  nə  də  bir  çox  qərb  alimlərinin  dedi-
yi  kimi  Sovet  diktatoru  İosif  Stalin  heç  vaxt  onu  Azərbaycana  güzəştə 
getməyib.  Bu  məsələ  ilə  bağlı  ən  əhəmiyyətli  sənəd  “Stalinin  Rusiya 
Kommunist (b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun bir neçə 
erməni üzvü ilə birlikdə, daha dəqiq desək, A.Nazaretyan və A. Myasnik-
yan ilə birlikdə Dağlıq Qarabağı kiməsə verməyi (отдать (otdat)) deyil), 
ya güzəştə getməyi yox, Azərbaycanın tərkibində saxlamağı - ”Dağlıq Qa-
rabağı Azərbaycan SSR-in hüdudları daxilində saxlamağı”
245
 - (оставить 
(ostavit)) qərara alır” deyə qeyd edildiyi Rusiya Kommunist (b) Parti-
yası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli plenum 
qərarıdır.
Hüquq  üzrə  erməni  professoru  Şagen  Avakyan  Rusiya  Kommunist 
(b) Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun 5 iyul 1921-ci il plenu-
munun qərarının birinci bəndinə istinad edərək yazır: “Müsəlmanlar və 
ermənilər arasında sülhün qorunub saxlanılması zərurətini əsas götürərək 
...  “Dağlıq  Qarabağ  Azərbaycan  SSR-in  tərkibində  saxlansın”.
246
  Burada 
“saxlanmaq” kimi tərcümə olunan “оставить (ostavit)” rus sözünə xüsusi 
diqqət verilməlidir. Bu sözün – “vermək” kimi tərcümə olunması azdırıcı 
tarixi faktdır. Belə ki, əgər Stalin Rusiya Kommunist (b) Partiyası Mərkəzi 
Komitəsi  Qafqaz  Bürosunun  qərarı  ilə  Qarabağı  Azərbaycan  ərazisi 
çərçivəsində  “saxlamağa”  dair  sərəncam  veribsə,  deməli  Qarabağ  hətta 
sovetləşmədən də əvvəl Azərbaycana məxsus olub.
Dağlıq  Qarabağın  Sovet  İttifaqı  yaranmazdan  əvvəl  Azərbaycanın 
tabeliyində olmasına gəlincə, ermənilər 1918-20-ci illərdə Cənubi Qafqaz 
respublikalarının müstəqilliyi dövründə yeni yaranan Millətlər Liqasının 
244  De Wall, Thomas, The Caucasus: An Introduction (Oxford University Press, 2010), p. 104.
245  Russian State Archive of Socio-Political History (Moscow), f. 64, op. 2, d. 1, pp. 118, 121-122. 
Retrieved from Baguirov, Adil, “Nagorno-Karabakh: Basis and Reality of Soviet-era Legal and Economic 
Claims used to Justify the Armenia-Azerbaijan War”, Caucasian Review of International Affairs, Vol. 2 
(1), Winter 2008, p. 5.
246  Avakian, Shahen, Nagorno-Karabakh: Legal Aspect (TIGRAN METS Publishing House, 2010), p. 13. 

 88
QARABAĞ 
   
99 SUALDA
dövlətin  zəifliyi  ilə  əlaqədar  Azərbaycanın  müstəqilliyini  və  onun  Dağ-
lıq Qarabağla bağlı iddialarını qəbul etmədiyini bildirir.
247
 Bununla bağlı 
Svante Cornell deyir: 1918-ci ilin 30 oktyabrında Osmanlı imperiyası ilə 
Müttəfiq dövlətlər arasında imzalanmış Mudros müqaviləsinin şərtlərinə 
müvafiq  olaraq  general  Vilyam  Tomsonun  başçılığı  altında  yeni  Böyük 
Britaniya ordusu Azərbaycana daxil oldu. Cornellin sözlərinə görə, ancaq 
sonralar general Tomson “Azərbaycan Xalq Cümhuriyyətinin demokratik 
etimadnaməsini bir az da irəlilədərək Azərbaycanı qanuni hökumət kimi 
tanımaq qərarına gəldi [ ...] və Qarabağ üzərində səlahiyyəti Azərbaycana 
verdi”.
248
 Bundan başqa, 1920-ci ilin əvvəllərində “Versal Sülh Konfransı 
Azərbaycanın müstəqilliyini və Qarabağın onun tərkib hissəsi olduğunu 
de-fakto tanıdı”.
249
1920-ci il 30 noyabr tarixli, Azərbaycanda Sovet hakimiyyətinin verdiyi 
bəyanata istinad edən erməni tədqiqatçısı Avakyan əminliklə bildirir ki, “bu 
bəyannaməyə görə Ermənistanla Azərbaycan arasında əvvəllər qəbul olun-
muş sərhədlər ləğv edilərək Dağlıq Qarabağ, Zəngəzur və Naxçıvan Sovet 
Ermənistanının tərkib hissəsi kimi tanındı”.
250
 Burada yenə də “ləğv olunma” 
sözünə diqqət  cəlb olunmalıdır. Əgər Ermənistanın iddia etdiyi kimi Dağlıq 
Qarabağ sovetləşmədən əvvəl Azərbaycanın ayrılmaz hissəsi deyildisə, onda 
Azərbaycan hansı hüquqla əvvəllər Azərbaycanla Ermənistan arasında qəbul 
olunmuş  sərhədləri  ləğv  edərək  Ermənistana  Dağlıq  Qarabağ  üzərində 
hakimiyyət  hüququ  verdiyini  elan  edə  bilərdi.  Bu  bəyannamə  açıq-aşkar 
göstərir  ki,  Azərbaycanla  Ermənistan  arasında  sərhədlərin  ləğv  edilməsi 
bəyannaməyə əsasən həyata keçirilib, başqa sözlə, bu iki respublika arasın-
da sərhəd məsələləri haqqında saziş olub və Ermənistan da sovetləşmədən 
əvvəl bu əraziləri Azərbaycanın tərkib  hissəsi kimi tanıyıb.
247  Avetisyan, Aram & Nikoghosyan, Hovhannes, “Nagorno-Karabakh Republic: The First 20 Years of 
de-facto Independence”, Foreign Policy Journal, 26 October 2011; (http://www.foreignpolicyjournal.
com/2011/10/26/nagorno-karabakh-republic-the-first-20-years-of-de-facto-independence/). Accessed on 
October 2, 2013.
248  Cornell, Svante E., Azerbaijan Since Independence (M. E. Sharpe, 2011), p. 27. 
249  Altstadt, Audrey, The Azerbaijani Turks: Power and Identity under the Russian Rule (Hoover 
Institution Press, 1992), p. 102. 
250  a.k.ə. Avakian, Shahen (2010), p. 13.

 89
QARABAĞ 
   
99 SUALDA
“RK (b) P MK Qafqaz Bürosu plenumunun iclas protokolundan
5 iyul 1921-ci il
İştirak edirlər: 
RKP MK üzvü Stalin, Qafbüronun üzvləri: yol. Orconikidze, Kirov, 
Oraxelişvili, Fiqatner, Nərimanov, Myasnikov, ASSR Xalq Xarici İşlər Ko-
missarı Hüseynov.
Dinlənildi:
1. yol. Orconikidze və Nazaretyan əvvəlki Plenumun Qarabağ haqqın-
da qərarına yenidən baxılması məsələsini qaldırdılar.
Qərar verildi:
1) Müsəlmanlar və ermənilər arasında milli sülhün zəruriliyindən və yu-
xarı və aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini 
nəzərə alaraq Dağlıq Qarabağ ASSR tərkibində saxlanılsın, ona muxtar 
vilayətin tərkibində saxlanılan, inzibati mərkəzi Şuşa ş. olmaqla geniş 
vilayət muxtariyyəti verilsin.
  Səs verirlər - 4 lehinə, 3 bitərəf. 
2) Azərbaycan MK-ya tapşırılsın ki, sonradan RKP MK Qafbürosunun 
təsdiqinə verməklə muxtar vilayətin sərhədlərini müəyyən etsin. 
3)  RKP  MK  Qafbürosunun  Rəyasət  Heyətinə  Dağlıq  Qarabağın 
Fövqəladə Komitəsinə namizəd haqqında Azərbaycan və Ermənistan 
MK ilə danışıq aparması tapşırılsın. 
4)  Azərbaycan  MK  tərəfindən  Dağlıq  Qarabağın  muxtariyyət  həcmi 
müəyyən edilsin və təsdiq üçün MK Qafbürosuna təqdim edilsin.
RKP MK Qafbürosunun Katibi: Fiqatner.
25. Dağlıq Qarabağ Muxtar Vilayəti nə zaman yaradıldı?
Sovet İttifaqının ilk illərində Dağlıq Qarabağın statusu Azərbaycan SSR 
ilə Ermənistan SSR arasında ən mübahisəli məsələlərdən biri olmuşdur. 
Dağlıq Qarabağın statusu ilə bağlı ən mühüm sənəd onun Azərbaycandan 

 90
QARABAĞ 
   
99 SUALDA
ayrılıb  Ermənistana  birləşdirilməli  ya-
xud  Azərbaycanın  tərkibində  saxlanılması 
barədə  Rusiya  Kommunist  (b)  Partiyası 
Mərkəzi Komitəsi Qafqaz Bürosu plenumu-
nun 5 iyul 1921-ci il qərarıdır. Rusiya Kom-
munist (b) Partiyası Mərkəzi Komitəsi Qaf-
qaz  Bürosunun/  RK(b)P/plenar  iclasında 
RK(b)P  üzvü  Stalin  Qafqaz  Bürosunun  7 
üzvü  ilə  birlikdə:  yoldaş  Orconikidze,  Ki-
rov,  Nazaretyan  (erməni),  Oraxelaşvili,  Fi-
qatner, Nərimanov və Myasnikov (erməni) 
və Azərbaycan SSR Xarici İşlər üzrə Xalq Komissarı Hüseynov, Qarabağa 
vilayət  kimi  geniş  muxtariyyət  verilməklə  Dağlıq  Qarabağı  Azərbaycan 
ərazisində saxlamaq qərarına gəldi. Sənədin birinci bəndində qeyd edilir ki, 
müsəlmanlar və ermənilər arasında milli sülhün qorunması naminə və Yu-
xarı və Aşağı Qarabağ arasındakı iqtisadi bağlar və onun Azərbaycanla da-
vamlı əlaqələrinə görə ona vilayət kimi geniş muxtariyyət verilir və inzibati 
mərkəzi Şuşa şəhəri olmaqla Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində 
saxlanılır.
251
Fərmanda həmçinin Azərbaycan MK-ya təlimat verilirdi ki, Azərbaycanın 
muxtar  vilayətin  sərhədlərini  müəyyənləşdirərək  təsdiq  olunması  üçün 
Qafqaz  Bürosuna  təqdim  etsin,  lakin  bu  prosesin  tamamlanmasına  daha 
iki il vaxt sərf olundu. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqazi-
ya federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. Buna 
baxmayaraq, onun həyata keçirilməsindəki problemlərə Azərbaycan Kom-
munist (bolşeviklər) Partiyasının irəli sürdüyü şəkildə yenidən baxılmadı. 
Əksinə, 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qu-
rultayında Orconikidzenin sədr seçildiyi Rusiya Kommunist (bolşeviklər) 
Partiyası Zaqafqaziya Ölkə Komitəsi, 5 iyul qərarının qəbul edilməsində 
olduğu kimi, onun reallaşdırılmasında da inzibati-amirlik üsullarına əl atdı. 
251  The decree of the July 5, 1921 plenum of Kavbureau CC RCP(b) (Caucasus Bureau of the Central 
Committee of the Russian Communist Party of the Bolsheviks). Retrieved from К истории образования 
Нагорно-Карабахской автономной области Азербайджанской ССР 1918-1925/K istorii obrazovania 
Nagorno-Karabakhskoy Avtonomnoy Oblasti Azerbaidzhanskoy SSR 1918-1925 (Баку, 1989), c. 92. 
1923-ci ilin sentyabrında 
Xankəndinin adı Bakı 
kommunasının erməni 
bolşevik lideri, 1918-ci 
il mart qırğını zamanı 
minlərlə azərbaycanlının 
öldürülməsinə başçılıq etmiş 
Stepan Şaumyanın şərəfinə 
Stepanakert adlandırıldı.

 91
QARABAĞ 
   
99 SUALDA
Bu baxımdan, Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli ic-
lasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 
(AKP(b) MK) 5 iyul qərarının həyata keçirilməsi təklif edildi.
252
 Buna görə də, 
(AKP(b)MK) Rəyasət Heyəti 15 dekabr iclası Zaqafqaziya Ölkə Komitəsinin 
qərarını icra üçün qəbul etdi, Azərbaycan SSR Xalq Komissarları Soveti ya-
nında  Dağlıq  Qarabağ  işləri  üzrə  Mərkəzi  Komissiya  (Kirov,  Mirzəbekyan, 
Karakozov)  və  7  nəfərdən  ibarət  Komitə  (1922,  15  dekabr–1923,  24  iyul) 
təşkil  edildi.  Bütün  bunlara  baxmayaraq,  Azərbaycana  təzyiq  yenə  davam 
etdirildi.
253
 Zəngəzur partiya katibi və Ermənistan Xalq Komissarları Soveti 
üzvü də komitəyə daxil edilmişdi. Audrey Altstadtın sözlərinə görə, “qızğın 
mübahisəli ərazini idarə edəcək komissiyaya iddiaçılardan birinin təmsilçisi 
daxil edilməmişdi. Ayrı-ayrı administrasiyaların bərabər mübahisəli məsələ ilə 
bağlı yaradılan komissiya elə təşkil olunardı ki, “bir-birinə qarşı iddialı olan 
millətin üzvləri o birindən iki dəfə çox olsun”.
254
SSRİ-nin yaradılmasından sonra Zaqafqaziya Ölkə Komitəsinin tələbləri 
daha sərt şəkil aldı.1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Za-
qafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi.
79
 Daha sonra 
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 1923-cü il 
iyunun 1-də keçirilən plenar iclasında Dağlıq Qarabağa muxtariyyət verilməsi 
barədə sərəncam vermək qərarına gəldi.
İyunun  27-də  Zaqafqaziya  Ölkə  Komitəsinin  plenar  iclasında  üç  ay 
müddətində  Dağlıq  Qarabağ  muxtar  vilayətinin  yaradılmasını  təmin  etmək 
barədə qərar qəbul edildi. Növbəti ay Azərbaycan Kommunist (bolşeviklər) 
Partiyası  Mərkəzi  Komitəsinin  Rəyasət  Heyəti  Qarabağ  məsələsi  ilə  bağ-
lı müzakirələr apararaq iyulun 1-də Dağlıq Qarabağa muxtariyyət verilməsi 
tövsiyə  olunan  6  bənddən  (maddədən)  ibarət  qərar  qəbul  etdi.
255
  Buna 
əsaslanaraq,  Azərbaycan  Sovetləri  Mərkəzi  İcraiyyə  Komitəsi  iyulun  7-də 
M.B.Qasımov  və  Ə.M.Xanbudaqovun  imzası  ilə  “Dağlıq  Qarabağ  Muxtar 
252  Shukiurov, Kerim, “On Autonomy for Nagorno-Karabakh: Lessons of History”, The Caucasus & 
Globalization: Journal of Social, Political and Economic Studies, Vol. 2, Issue 2, 2008, p. 148. Həmçinin bax; 
a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР, c. 127.
253  a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР
cс. 132-133. 
254  a.k.ə. Altstadt, Audrey (1992), pp. 125-126.
255  a.k.ə. Shukurov, Kerim, pp. 148-149. 

 92
QARABAĞ 
   
99 SUALDA
Vilayəti yaradılması haqqında” dekret verdi.
256
 Dekretin birinci bəndində 
qeyd olunurdu ki, Dağlıq Qarabağın erməni hissəsindən (ermənilər yaşa-
yan) Azərbaycan SSR-in tərkib hissəsi kimi, Xankəndi adlanan yer mərkəz 
olmaqla,  muxtar  vilayət  yaradılsın.
257
  Üçüncü  bəndə  uyğun  olaraq  isə 
Sovetlər  qurultayı  çağırılanadək  Müvəqqəti  İnqilab  Komitəsi  yaradılır. 
Bu da, heç şübhəsiz, vilayətin erməni rəhbərliyinə daha geniş hüquqlar 
verirdi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi 
Rəyasət Heyətinin 16 iyul (dekretdən 10 gün sonra) tarixli iclasının qərarı 
ilə Şuşa şəhəri Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil edildi.
258
 
Dağlıq Qarabağ Muxtar Vilayəti üçün quberniya icraiyyə komitələri haq-
qında 1923-cü il Əsasnaməsi qəbul və tətbiq edildi.
259
 1923-ci ilin sent-
yabrında  Xankəndinin  adı  Bakı  kommunasının  erməni  bolşevik  lideri, 
1918-ci  il  mart  qırğını  zamanı  minlərlə  azərbaycanlının  öldürülməsinə 
başçılıq  etmiş  Stepan  Şaumyanın  şərəfinə  Stepanakert  adlandırıldı.
260
 
Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında Əsasnamə isə 26 noyabr 1924-
cü ildə çap olundu.
261
 Beləliklə, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 
rəsmən Azərbaycanın tərkib hissəsi elan olundu.
262
256  The decree “On establishment of the Nagorno Karabakh Autonomous Oblast” of the Azerbaijan 
Central Executive Soviet Committee, 7 July 1923. Retrieved from; (http://garabagh.net/content_67_
en.html). Accessed on December 27, 2013. Həmçinin bax; a.k.ə. К истории образования Нагорно-
Карабахской автономной области Азербайджанской ССР, cс. 152–153. Həmçinin bax; Собрание 
узаконений и распоряжений Рабоче-Крестьянского Правительства  АССР за 1923 г (Баку, 1923), 
сc. 384-385. 
257  “Образовать из армянской части Нагорного Карабаха автономную область, как составную 
часть АССР, с центром в местечке Ханкенды”. Bu sənədin özündən də aydın olur ki, ermənilər bütün 
Dağlıq Qarabağda deyil, Dağlıq Qarabağın da yalnız bir hissəsində yaşayıblar.
258  a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской 
ССР, cс. 154-155.
259  a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской 
ССР, cс. 165-166.
260  “The Nagorno-Karabakh Autonomous Oblast of Azerbaijan SSR”, The Republic of Azerbaijan: 
Ministry of Foreign Affairs; (http://mfa.gov.az/?language=en&options=content&id=812). Accessed on 
December 27, 2013.
261  a.k.ə. К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской 
ССР, cс. 168-270. Həmçinin bax; a.k.ə. Собрание узаконений и распоряжений Рабоче-Крестьянского 
Правительства АССР за 1924 г. cс. 333-335.
262  a.k.ə. Altstadt, Audrey p. 126.

 93
QARABAĞ 
   
99 SUALDA
Azərbaycan  SSR  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  yara-
dılması.  Azərbaycan  Sovetləri  Mərkəzi  İcraiyyə  Komitəsinin  
“Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin”  yaradılması  haqqıda  7  iyul 
1923-cü il tarixli Dekreti
263
 
Keçmiş  Rusiya  İmperiyasında  milli  azlıqları  əsarətdə  saxlayan  çar 
mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə 
salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi.
Zaqafqaziyada  1905-ci  ildə  erməni-müsəlman  qırğını  velikorus 
mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqa-
ziyanın  inqilabi  fəhlə  kütlələri  onların  sərmayəsinin  zülmünə  qarşı  öz 
hiddətlərini  açıq  şəkildə  bildirdiyi  həmin  vaxtlarda  çar  generalları  Vo-
rontsov-Daşkovların  əli  ilə  tarixən  bir-biri  ilə  doğma  olmuş  iki  xalqın  - 
ermənilər  və  müsəlmanların  arasında  ədavət  toxumu  səpildi.  Bu  özünü 
Zaqafqaziya milli azlıqlar üzərində ağalığı ön plana çəkən bir ovuc milli 
şovnistlərin - müsavatçıların, daşnakların və menşeviklərin, Qərb kapitalı 
nökərlərinin rəhbər rolu ələ keçirdikləri üç “müstəqil dövlətə” parçalanan-
da özünü bütün çılpaqlığı ilə bir daha göstərdi. Bu “dövlətlərin” mövcud 
olduqları  qısa  müddət  ərzində  Qarabağ  dağlarında  və  Zaqafqaziyanın 
digər hissələrində əməkçi kəndlilərin qanı az tökülmədi.
Hansı  formada  təzahür  etməsindən  asıla  olmayaraq  milli  zül-
mün  və  qeyri-bərabərliyin  məhv  edilməsi,  milli  ədavətin  və  nifrətin 
zəhmətkeşlərin beynəlmiləl həmrəyliyi, vahid dövlət ittifaqında xalqların 
qardaşcasına əməkdaşlığı ilə əvəz edilməsi fəhlə-kəndli inqilabının və so-
vet hakimiyyətinin əsas vəzifələrindən biridir.
Bu vəzifənin yerinə yetirilməsi naminə Azərbaycan Sovetləri Mərkəzi 
İcraiyyə Komitəsi qərara alır:
1)  Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində mərkəz Xankəndi ol-
maqla, ASSR-in tərkib hissəsi olaraq Muxtar Vilayət yaradılsın.
2) Muxtar Vilayətin idarə orqanları bunlardır: Vilayət İcraiyyə Komitəsi 
263  SSRİ Fəhlə-Kəndli Hökumətinin 1923-cü il üzrə qanunlar və sərəncamlar külliyyatı (Bakı, 1925), ss. 
384-385.

 94
QARABAĞ 
   
99 SUALDA
və yerli sovetlər.
3) Vilayət icraiyyə komitəsi yaradılana qədər müvəqqəti inqilab komitəsi 
yaradılsın,  ona  2  aydan  gec  olmayaraq  daimi  icraiyyə  orqanının 
seçilməsi  üçün  sovetlər  qurultayını  çağırmaq  vəzifəsi  həvalə  edilsin. 
Qeyd: Bütün otlaqlar, meşələr, bağlar, torpağa və suya faktik sahiblik 
indiki sahiblərinin ixtiyarında saxlanılır.
4)  Vilayət  icraiyyə  komitəsi  bütün  zəruri  maliyyə  və  texniki  vəsaitlərlə 
bilavasitə AzMİK-nin sərəncamı ilə Az SSR-in ümumi vəsaitlərindən 
təchiz olunur.
5)  Vilayətin  əsasnaməsini  işləyib  hazırlanması  və  inzibati  vahidlərin 
faktik  olaraq  Qarabağ  Muxtar  Vilayətinə  verilməsi,  və  habelə  Mux-
tar  Vilayətin  sərhədlərinin  müəyyənləşdirilməsi  üçün  Dağlıq  Qara-
bağ,  düzən  Qarabağ,  Kürdüstan  və  ASSR  mərkəzi  hakimiyyətinin 
nümayəndələrindən ibarət qarışıq komissiya yaradılsın, ona (komis-
siyaya) öz işini bu il avqustun 15-dək başa çatdırmaq vəzifəsi həvalə 
edilsin.
AzMİK Rəyasət Heyəti sədrinin əvəzinə: M.B.Qasımov
AzMİK katibi M.Xanbudaqov
26. Sovet hakimiyyəti dövründә Dağlıq Qarabağ 
Muxtar Vilayәtinin inzibati әrazi bölgüsü necә idi?
Dağlıq  Qarabağ  Muxtar  Vilayәti  paytaxtı  Xankәndi  olmaqla 
Azәrbaycan Ali Soveti Mәrkәzi İcraiyyә Komitәsinin 1923-cü il 7 iyul ta-
rixli sәrәncamı ilә Azәrbaycan Sovet Sosialist Respublikasının tәrkibindә 
yaradılmışdır.  Muxtar  Vilayәt  haqqında  rәsmi  Әsasnamә  isә  1924-cü  il 
noyabrın 24-də elan edilmişdir.
264
 Dağlıq Qarabağ Muxtar Vilayәti yara-
dıldıqdan sonra onun әrazisi rayon-volost-kәnd pillәlәri әsasında inzibati 
baxımdan aşağıdakı kimi bölünmüşdür:
1.   Dizaq rayonu. Tәrkibinә 5 volost: Hadrud, Tuğ, Xozabyurd, Arakül, 
Edili vә 48 kәnd daxil idi,
264  Cornell, Svante E., “Undeclared War: The Nagorno-Karabakh Conflict Reconsidered”, Journal of 
South Asian and Middle East Studies, Vol. 20. No. 4, Summer 1997, p. 4.

 95
QARABAĞ 
   
99 SUALDA
2.   Vәrәndә rayonu. Tәrkibindә 5 volost: Tağavert, Sus, Çartaz, Noraşen 
vә 46 kәnd daxil idi,
3.   Şuşa rayonu. Tәrkibinә Şuşa şәhәri vә Malıbәyli volostu vә 12 kәnd 
daxil idi,
4.   Xaçın rayonu. Tәrkibindә 4 volost (Daşbulaq, Әsgәran, Krasnoselsk, 
Qala dәrәsi) vә 53 kәnd daxil idi,
5.   Ceraberd rayonu. Tәrkibindә 4 volost (Marquşevan, Orataq, Dovşan-
lı, Aterk) vә 53 kәnd daxil idi.
Amma, sonrakı illәrdә yeni inzibati-әrazi bölgüsü hәyata keçirilәrkәn 
Dağlıq  Qarabağ  Muxtar  Vilayәtinin  inzibati-әrazi  bölgüsündә  bir  sıra 
dәyişikliklәr hәyata keçirilmişdir. Belә ki, 1930-cu ilin avqustunda DQMV 
әrazisi Ceraberd, Martuni, Stepanakert, Dizaq vә Şuşa olmaqla yenә dә 5 
rayona bölünmüşdür. Bu bölgüyә әsasәn Xaçının әrazisi Stepanakertә aid 
edilmiş, Vәrәndә Martuni adlandırılmışdır. 1939-cu il avqust ayının 17-dә 
Ceraberd vә Dizaq rayonlarının adları Mardakert vә Hadrut adı ilә əvəz 
edilmişdir. 1960-cı illәrin başlanğıcında hәyata keçirilәn inzibati-әrazi böl-
güsü zamanı DQMV-da rayonların irilәşdirmә siyasәti hәyata keçirilәrkәn 
әsas zәrbә Şuşa rayonuna vurulmuşdur. Belә ki, 1963-cü il yanvarın 4-də 
rayon lәğv edilәrәk әrazisi Stepanakert rayonuna verilmişdir. İki il sonra 
isə, 1965-ci ilin yanvar ayının 6-da Şuşa rayonun statusu yenidәn bәrpa 
edilmişdir.  1978-ci  ildә  Stepanakert  rayonu  әsasında  Әsgәran  rayonu 
tәşkil edilmişdir. DQMV-nin bu inzibati-әrazi bölgüsü Sovet İmperiyası 
dağılanadәk öz mövcudluğunu davam etdirmişdir.
265
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin