Bİlal Dədəyev


BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

52. BMT Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il 
874 saylı qətnaməsi nəyi nəzərdə tutur?
ATƏT-in  Minsk  qrupu  sədrinin  Dağlıq  Qarabağ  məsələsi  barədə 
Təhlükəsizlik  Şurasının  prezidentinə  ünvanladığı  (S/26522)  1  oktyabr 
1993-cü  il  tarixli  məktubuna  əsaslanan  BMT  Təhlükəsizlik  Şurasının 
874  saylı  qətnaməsi  Təhlükəsizlik  Şurasının  3292-ci  iclasında  1993-
cü il oktyabrın 14-da yekdilliklə qəbul edildi. Təhlükəsizlik Şurasıın bu 
qətnaməsində də 30 aprel 1993-cü il tarixli 822 saylı qətnamə və 29 iyul 
1993-cü il tarixli 853 saylı qətnamələrində nəzərdə tutulmuş mesajlar öz 
əksini tapırdı. 822 və 853 saylı qətnamələrin təsdiqindən sonra, 874 saylı 
qətnamədə də Təhlükəsizlik Şurası regionda sülh və təhlükəsizliyi, habelə, 
beynəlxalq sərhədlərin toxunulmazlığını sarsıdacaq, qüvvələrdən istifadə 

 174
QARABAĞ 
   
99 SUALDA
etməklə  ərazi  əldə  edilməsinin  qəbuledilməzliyini  təhlükə  altına  atacaq 
Ermənistan  Respublikası  ilə  Azərbaycan  Respublikası  arasında  Dağlıq 
Qarabağ  bölgəsi  üzərində  münaqişənin  inkişafı  ilə  bağlı  öz  narahatçılı-
ğını ifadə edirdi. Şura “baş katibdən, ATƏM-in Sədrindən və ATƏM-in 
Minsk  konfransının  Sədrindən  Minsk  prosesinin  gedişatı,  regiondakı 
vəziyyət haqqında və bu baxımdan ATƏM-in BMT ilə hazırkı və gələcək 
əməkdaşlığı haqqında məlumat vermələrini xahiş edirdi”.
496
 Qeyd etmək 
lazımdır ki, 874 saylı qətnaməni qəbul edərkən Təhlükəsizlik Şurası regi-
onda sülh və təhlükəsizliyi təmin etmək haqqında BMT Nizamnaməsinin 
6-cı fəslinin 34-cü maddəsinə əsasən öz səlahiyyətindən istifadə edirdi.
497
 
Sülh prosesini dəstəklədiyini bir daha bildirərək, Təhlükəsizlik Şurası 
tez bir zamanda qoşunların işğal edilmiş ərazilərdən çıxarılmasını və bü-
tün  maneələrin  aradan  qaldırılması  da  daxil  olmaqla,  ATƏM-in  Minsk 
qrupunun  Yeniləşdirilmiş  proqramında  nəzərdə  tutulmuş  qarşılıqlı  və 
təcili tədbirlərin dərhal həyata keçirilməsini tələb edirdi.
498
 Human Rights 
Watch-a  görə,  Ermənistan  təkliflə  razılaşmış,  Qarabağ  rəsmiləri  cavabı 
yubandırmış, Azərbaycan tərəfi isə Minsk qrupu tərəfindən hazırlanmış 
və  “Azərbaycanın  işğal  olunmuş  ərazilərindən  Qarabağ  erməni  silahlı 
qüvvələrinin çıxarılmasını Azərbaycanın Ermənistan üzərində embarqo-
sunun aradan qaldırılması ilə əlaqələndirən “Yenilənmiş cədvəl”i rədd et-
mişdi. Azərbaycan hökuməti “məğlub tərəf” kimi davranılması ilə bağlı öz 
narahatlığını bildirirdi”.
499
Əvvəldə  qeyd  edildiyi  kimi,  874  saylı  qətnamənin  konteks-
ti  Azərbaycanın  Kəlbəcər  və  Ağdam  rayonlarının  işğalından  sonra 
qəbul  edilmiş  əvvəlki  qətnamələrlə  eynidir.  Qətnamə  problemi  hələ  də 
Azərbaycan  və  Dağlıq  Qarabağ  arasında  baş  verən  münaqişə  kimi  işıq-
landırır və Ermənistan Respublikasını təcavüzkar dövlət kimi tanımırdı. 
Digər  tərəfdən,  mübahisəli  haldır  ki,  coğrafi  cəhətdən  DQMV-nin  hü-
dudlarından kənarda yerləşən Azərbaycanın iki müxtəlif rayonu Kəlbəcər 
496  United Nation Security Council, “Resolution 874”, s/RES/874, 14 October 1993. 
497  a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 366. 
498  a.k.ə. “Resolution 874”. 
499  a.k.ə. Human Rights Watch (1994), p. 39. Həmçinin bax; Mamedov, Sokhbet, “Azerbaijan does not 
Consider Itself the Defeated Side”, Izvestiya, Moscow, 20 October 1993, p. 2.  

 175
QARABAĞ 
   
99 SUALDA
və  Ağdamın  işğalından  dərhal  sonra  qəbul 
edilmiş əvvəlki qətnamələrdən fərqli olaraq, 
874  saylı  qətnamədə  1993-cü  ilin  avqust-
oktyabr  aylarında  Azərbaycanın  digər  işğal 
edilmiş üç rayonu haqqında heç bir söhbət 
açılmırdı.  Bununla belə, işğal olunmuş ra-
yonların adı 822 və 852 saylı qətnamələrdə 
də qeyd edilmişdir. 
BMT  Təhlükəsizlik  Şurasının  erməni  si-
lahlı qüvvələrinin işğal olunmuş Kəlbəcər və 
Ağdam  rayonlarından  dərhal  çıxarılmasını 
tələb edən 822 və 853 saylı qətnamələrindən 
fərqli olaraq, erməni silahlı qüvvələri Dağlıq 
Qarabağın cənubunda yerləşən Azərbaycanın 
digər  üç  rayonunu  1993-cü  ilin  avqust-okt-
yabr  aylarında  işğal  etmişdi.
500
  1993-cü  il 
iyulun  23-də  Ağdamın  işğalından  dərhal  sonra  erməni  silahlı  qüvvələri 
Azərbaycanın cənub-qərb rayonlarına, yəni Cəbrayıl, Qubadlı və Zəngilan 
rayonlarına keçidi təmin edən geosiyasi yerinə görə hər iki tərəf üçün mü-
hüm əhəmiyyət kəsb edən Füzuli rayonuna hücum etdi. Əgər bu quru zo-
laq Azərbaycanın əlində olsa idi, onda Ermənistan ön cəbhədə mübarizə 
aparmalı olacaqdı.
501
 Buna görə də, Ermənistan bütün gücünü bu bölgədə 
səfərbər etmişdi. Nəticədə, 1993-cü il  avqust ayının 23-də erməni silahlı 
qüvvələri Füzulini, avqustun 31-də isə Qubadlını işğal etdir.
502
 Azərbaycanın 
DQMV-nin hüdudlarından kənarda yerləşən böyük ərazisini işğal etdiyinə 
görə Ermənistanı ittiham etməsinə baxmayaraq, Ermənistan tərəfi bu rayon-
ların Ermənistan silahlı qüvvələri tərəfindən deyil, Dağlıq Qarabağ erməni 
silahlı qüvvələri tərəfindən işğal olunduğunu iddia edirdi. Lakin, Human 
Rights  Watch-a  görə,  “1993-cü  ilin  avqust  ayında  Qarabağ  ermənilərinin 
500  Babanly, Yusif, “Fizuli, Jabrayil and Qubadli, the Unfortunate History of War”, The Journal of 
Turkish Weekly, 27 August 2011; (http://www.turkishweekly.net/op-ed/2866/fizuli-jabrayil-and-qubadli-
the-unfortunate-history-of-war.html). Accessed on  November 10, 2013.
501  a.k.ə. Cornell, Svante E. (2001), pp. 90-91.
502  a.k.ə. Babanly, Yusif (2011).
874 saylı qətnamədə də 
Təhlükəsizlik Şurası regionda 
sülh və təhlükəsizliyi, habelə, 
beynəlxalq sərhədlərin 
toxunulmazlığını sarsıdacaq, 
qüvvələrdən istifadə etməklə 
ərazi əldə edilməsinin 
qəbuledilməzliyini təhlükə 
altına atacaq Ermənistan 
Respublikası ilə Azərbaycan 
Respublikası arasında Dağlıq 
Qarabağ bölgəsi üzərində 
münaqişənin inkişafı ilə 
bağlı öz narahatçılığını 
ifadə edirdi.

 176
QARABAĞ 
   
99 SUALDA
hücumu zamanı Ermənistan respublikasının qoşunlarının da bu hücuma 
cəlb edildiyi haqqında bir sıra hesabatlar var. Bu silahlı qüvvələrin insan haq-
larını ciddi şəkildə pozmasına dair məruzələr edilmişdir”.
503
 
Ermənistan  tərəfi  bu  rayonların  işğalına  bu  regionlarda  düşmənin 
onlara qarşı  yönəlmiş top atəşindən özlərini müdafiə etmək bəhanəsi ilə 
bəraət qazandırırdılar. Bununla belə, onlar bu geniş strateji əhəmiyyətli 
əraziləri demək olar ki, heç bir müqavimət olmadan ələ keçirmişdilər. Bu-
nunla əlaqədar olaraq Thomas de Wal yazırdı: “Ermənilər bütün hücumla-
rın müdafiə mövqeyindən onlara qarşı yönəlmiş hücumlardan qorunmaq 
məqsədi daşıdığına təkid edərək güclü təbliğat kampaniyası yaratmışdı-
lar. Əslində, bir çox hallarda onlar bu şəhər və kəndlərə azərbaycanlılar öz 
yurdlarını tərk etdikdən sonra soxulmuşdular”.
504
 Hücumlar zamanı regio-
na səfər edən qərb diplomatları Azərbaycanın müdafiəsini “sıfır” adlandır-
mışdı: “ermənilərin regionu necə işğal etməsi deyil, nə zaman işğal etməsi 
əsas məsələ idi”.
505
Bu üç rayonun işğalı zamanı erməni silahlı qüvvələri məcburi köçkünlük, 
nizamsız atəş, girovların götürülməsi, yanğınların törədilməsi və talanların 
edilməsi də daxil olmaqla sistematik şəkildə bir sıra qanun pozuntusuna yol 
vermişdilər.
506
 İşğal nəticəsində Laçın, Kəlbəcər və Ağdam rayonlarından 
mülki əhali axınından sonra Azərbaycanda növbəti böyük qaçqın böhranı 
yarandı. Füzulidən 133.725 nəfər, Cəbrayıldan 58.834 nəfər, Qubadlıdan 
31.276 nəfər olmaqla on minlərlə mülki vətəndaş köçkün düşdü.
507
Azərbaycanın  cənub  rayonlarının  işğalından  sonra  İran  erməni 
təcavüzünü  pisləyib  onların  işğal  olunmuş  rayonlardan  dərhal  çıxarıl-
masını tələb etmişdi. İranın Xarici İşlər naziri isə vurğulamışdı ki, Teh-
ran “İran sərhədləri boyunca artan narahatlığa seyrçi qalmayacaqdır”.
508
 
503  a.k.ə. Human Rights Watch (1994), p. 30.
504  a.k.ə. De Wall, Thomas (2003), p. 215.
505  “Caucasus City Falls to Armenian Forces”, The New York Times, 24 August 1993; (http://www.nytimes.
com/1993/08/24/world/caucasus-city-falls-to-armenian-forces.html). Accessed on November 10, 2013.
506  a.k.ə. Human Rights Watch (1994), p. 29. 
507  “Profile of International Displacement: Azerbaijan” Global IDP Database of the Norwegian Refugee 
Council, 25 February 2005, p. 29. 
508  “Iran Warns Armenians Over Azerbaijan Issue”, The New York Times, 08 September 1993; (http://
www.nytimes.com/1993/09/08/world/iran-warns-armenians-over-azerbaijan-issue.html). Accessed on 
November 10, 2013.

 177
QARABAĞ 
   
99 SUALDA
Türkiyə də Azərbaycana qarşı Ermənistanın təcavüzünə reaksiya göstərdi. 
New York Times-a görə, Türkiyənin baş naziri xanım Çillər “türklərin et-
nik qardaşı olan azərbaycanlılara qarşı ermənilər zorakılıq törətməyə da-
vam edərsə, Türkiyə “əli tətikdə” gözləyir” deyərək Ermənilərə xəbərdarlıq 
göndərmişdi.
509
 Rusiya da “Azərbaycanın artıq təhlükə olmadığını və zora-
kılığa daha ehtiyac qalmadığını bildirərək” hərbi əməliyyatların dayandı-
rılmasını tələb etmişdi.
510
 Rusiya hökuməti 31 avqust tarixində münaqişə 
tərəfləri arasında atəşkəs sazişinin imzalanmasına vasitəçilik etmişdi.
511
 Üç 
cənub rayonun işğalı ilə bağlı, Azərbaycan da BMT-yə məktub göndərmiş 
və  nəticədə  Təhlükəsizlik  Şurası  1993-cü  il  mayın  14-də  regiondakı 
vəziyyətə dair ümumi fikirləri ifadə edən  874 saylı qətnaməni qəbul et-
mişdi. Buna baxmayaraq, erməni silahlı qüvvələri Azərbaycanın Zəngəzur 
rayonuna doğru hücuma keçmiş və yenə də bunu özünümüdafiə adlan-
dırmışdılar. Əvvəlki iki qətnamədə qeyd edildiyi kimi, burada da deyilirdi 
ki, “Təhlükəsizlik Şurasının çağırışı təzəcə qüvvəyə minmişdi ki, oktyabrın 
sonlarında Azərbaycan və İran sərhədi boyunca yeni hücum baş verdi”.
512
BMT Təhlükəsizli Şurasının 3292-ci iclası
874 saylı QƏTNAMƏ
513
14 oktyabr 1993-cü il
Təhlükəsizlik şurası
Özünün 1993-cü il 30 aprel tarixli 822 saylı və 1993-cü il 29 iyul ta-
rixli 853 saylı qətnamələrini təsdiq edərək və Şuranın sədrinin Şura adın-
dan 1993-cü il avqustun 18-də oxunmuş bəyanatına (S/26326) istinad 
edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Müşavirənin 
(ATƏM) Dağlıq Qarabağa dair Minsk Konfransı sədrinin Təhlükəsizlik 
509  “Turkey Holds Talks on Caucasus War”, The New York Times, 10 September 1993; (http://www.
nytimes.com/1993/09/10/world/turkey-holds-talks-on-caucasus-war.html). Accessed on November 10, 
2013.
510  a.k.ə. Migdalovitz, Carol (2003), p. 4.
511  a.k.ə. Babanly, Yusif (2011).
512  a.k.ə. Croissant, Michael P. (1998), p. 94.
513  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 783-785.

 178
QARABAĞ 
   
99 SUALDA
Şurası  sədrinin  adına  göndərilmiş  məktubunu  (S/26522)  nəzərdən 
keçirərək,
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsində  və  onun 
ətrafında  münaqişənin  davam  etməsinin  və  Ermənistan  Respublika-
sı  ilə  Azərbaycan  Respublikası  arasındakı  münasibətlərdəki  gərginliyin 
bölgədə sülh və təhlükəsizlik üçün qorxu yarada biləcəyindən ciddi nara-
hat olduğunu bildirərək,
1993-cü  il  oktyabrın  8-də  Moskvada  yüksək  səviyyədə  keçirilmiş 
görüşləri  qeyd  edərək  və  bu  görüşlərin  vəziyyətin  yaxşılaşmasına  və 
münaqişənin sülh yolu ilə aradan qaldırılmasına kömək edəcəyinə ümid 
bəsləyərək,
Azərbaycan Respublikasının və regiondaki bütün başqa dövlətlərin su-
verenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edərək, habelə, beynəlxalq 
sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq olun-
masının yolverilməzliyini bir daha təsdiq edərək, münaqişənin adamlara 
gətirdiyi  müsibətlərdən  ciddi  narahat  olduğunu  bir  daha  bildirərək  və 
o  cümlədən  Azərbaycan  Respublikasında  böyük  sayda  mülki  şəxslərin 
köçkün  vəziyyətə  düşməsi  ilə  əlaqədar  özünün  ciddi  narahatlığını  ifadə 
edərək:
1.  Əlaqədar  tərəfləri  ATƏM-in  Minsk  Qrupuna  dəstək  olaraq  Rusiya 
Federasiyası  hökumətinin  köməyi  ilə  birbaşa  əlaqələr  nəticəsində 
müəyyən olunmuş atəşkəsi səmərəli və daimi etməyə çağırır;
2.  ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini, habelə ATƏM-in 
Minsk  Qrupunun  daimi  səylərini  tamamilə  dəstəklədiyini  bir  daha 
bəyan edir;
3.  1993-cü  il  sentyabrın  28-də  ATƏM-in  Minsk  Qrupunun 
müşavirəsində  hazırlanmış  və  qrupun  sədri  tərəfindən  əlaqədar 
tərəflərə  təqdim  olunmuş  və  həmin  qrupun  digər  doqquz  üzvünün 
hərtərəfli  dəstəklədiyi  “Təhlükəsizlik  Şurasının  822  (1993)  və  853 
(1993) saylı qətnamələrinin həyata keçirilməsinə dair təxirəsalınmaz 
tədbirlərin  yeniləşdirilmiş  cədvəli”  ni  alqışlayır  və  tərəflərin  buna 
diqqət yetirməsini tövsiyə edir və tərəfləri həmin cədvəli qəbul etməyə 
çağırır;

 179
QARABAĞ 
   
99 SUALDA
4.  Əmin  olduğunu  bildirir  ki,  münaqişədən  doğan  və  “yeniləşdirilmiş 
cədvəl”də bilavasitə nəzərdən keçirilməyən bütün başqa həll edilməmiş 
məsələləri ATƏM-in Minsk prosesi baxımından tezliklə sülh danışıq-
ları çərçivısində həll etmək lazımdır;
5.  Qüvvələrin bu yaxınlarda işğal edilmiş ərazilərdən çıxarılması, kom-
munikasiya  və  nəqliyyat  üçün  olan  bütün  maneələrin  aradan  qaldı-
rılması da daxil olmaqla, ATƏM-in Minsk Qrupunun Yeniləşdirilmiş 
cədvəldə  nəzərdə  tutulmuş  qarşılıqlı  və  təxirə  salınmaz  tədbirləri 
dərhal həyata keçirməyə çağırır;
6.  Habelə cədvəldə nəzərdə tutulduğu kimi, münaqişənin danışıqlar yolu 
ilə aradan qaldırılmasına nail olmaq məqsədilə ATƏM Nazirlər Şurası-
nın 1992-ci il 24 mart tarixli mandatına uyğun olaraq ATƏM-in Minsk 
Konfransını tezliklə keçirməyə çağırır;
7.  Baş  Katibdən  ATƏM-in  Minsk  Konfransında  iştirak  etmək  üçün 
nümayəndə göndərmək təklifinə müsbət yanaşmağı və konfransın açı-
lışından sonra danışıqların mətləbdən kənara çıxmaması üçün müm-
kün olan hər cür kömək göstərməyi xahiş edir;
8.  ATƏM-in müşahidə üçün yaratdığı missiyanı dəstəkləyir;
9.  Bütün tərəfləri beynəlxalq humanitar hüququ hər hansı şəkildə poz-
maqdan çəkinməyə çağırır və münaqişənin toxunduğu bütün rayon-
larda  hümanitar  yardım  göstərilməsinə  dair  beynəlxalq  fəaliyyətin 
maneəsiz həyata keçirilməsini təmin etmək barədə 822 (1993) və 853 
(1993) saylı qətnamələrdəki çağırışını bir daha təkrar edir;
10. Regiondakı  bütün  dövlətləri  münaqişənin  genişlənməsinə,  bölgədə 
sülh  və  təhlükəsizliyin  pozulmasına  səbəb  ola  biləcək  hər  hansı 
düşmənçilik hərəkətlərindən, işə hər hansə şəkildə qarışmaqdan və ya 
hərbi müdaxilədən çəkinməyə təkidlə çağırır;
11. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər 
çəkmiş mülki əhaliyə fövqəladə humanitar yardım göstərsinlər, qaçqın-
lara və köçkün şəxslərə öz evlərinə ləyaqətlə və təhlükəsizlik şəraitində 
qayıtmağa kömək etsinlər;
12. Habelə Baş Katibdən ATƏM-in indiki sədrindən və ATƏM-in Minsk 
Konfransının  sədrindən  xahiş  edir  ki,  Minsk  prosesinin  gedişi  haq-

 180
QARABAĞ 
   
99 SUALDA
qında və yerlərdə vəziyyətin bütün cəhətlərinə dair, habelə bununla 
əlaqədar  ATƏM  ilə  Birləşmiş  Millətlər  Təşkilatı  arasında  indiki  və 
gələcəkdəki əməkdaşlıq haqqında Şuraya məruzələr təqdim olunma-
sını davam etdirsinlər;
13. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.
53. BMT-nin 1993 il 12 noyabr tarixli 884 saylı qətnaməsi 
nəyi nəzərdə tuturdu?
BMT Təhlükəsizlik Şurası 1993 il noyabrın 12-də özünün 3313-cü 
iclasında Minsk Qrupu Sədrinin Dağlıq Qarabağ, xüsusilə, Azərbaycan 
respublikasının  Zəngilan  rayonu  və  Horadiz  şəhərinin  işğalı  ilə  bağlı 
Təhlükəsizlik  Şurasının  prezidentinə  göndərdiyi  məktuba  (S/26718) 
və  9  noyabr  1993-cü  il  tarixli  əlavəsinə  əsasən  yekdilliklə  884  say-
lı  qətnaməni  qəbul  etdi.  1993-cü  il  30  aprel  tarixli  822  saylı,  1993-
cü il 29 iyul tarixli 853 saylı və 1993-cü il 14 oktyabr tarixli 874 saylı 
qətnamələri təsdiq edən Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi də 
Azərbaycanın  Dağlıq  Qarabağ  regionu  üzrə  münaqişənin  geniş  vüsət 
alması və münaqişə tərəfləri Azərbaycan və Ermənistan arasında regi-
onda sülh və əmin-amanlığı sarsıdacaq gərginliyin artması ilə əlaqədar 
öz  ciddi  narahatlıqlarını  bildirirdi.  Bundan  başqa,  Təhlükəsizlik  Şu-
rası  “Yenilənmiş  cədvələ”  uyğun  olaraq  beynəlxalq  sərhədlərin  toxu-
nulmazlığı  və  silahlı  qüvvələrdən  istifadə  edərək  ərazinin  alınmasının 
yolverilməzliyini bildirmiş və Azərbaycan Respublikasının suverenliyi 
və ərazi bütövlüyünü bir daha təsdiq etmiş, silahlı hərbi əməliyyatların 
və  digər  düşmənçilik  aktlarının  dərhal  dayandırılmasını,  hərbi 
qüvvələrin Azərbaycanın bütün işğal olunmuş əraziləri, habelə Zəngilan 
rayonu  və  Horadiz  şəhərindən  çıxarılması  tələb  etmişdi.  Bundan  baş-
qa,  Təhlükəsizlik  Şurası  Baş  Katibdən,  ATƏM-in  sədrindən,  Minsk 
qrupunun sədrindən Minsk prosesinin gedişatı və münaqişənin bütün 
aspektləri barədə Şuraya hesabat vermələrini tələb etmişdi.
514
 
514  United Nation Security Council, “Resolution 884”, s/RES/884, 12 November 1993. 

 181
QARABAĞ 
   
99 SUALDA
Əvvəldə  qeyd  edildiyi  kimi,  884  say-
lı  qətnamə  1993-cü  il  oktyabrın  sonların-
da  Ermənistan  və  Dağlıq  Qarabağ  silahlı 
qüvvələrinin birgə hücumu ilə Azərbaycanın 
Zəngilan  rayonu  və  Horadiz  şəhərinin  işğa-
lından  sonra  qüvvəyə  minmişdir.  Human 
Rights Watch-a görə, hücumun əsas məqsədi 
Zəngilan  sakinlərini  və  Azərbaycan  hərbi 
hissələrini  əsas  xilas  yolundan  məhrum 
etmək  üçün  Horadizdəki  dəmiryol  qovşa-
ğını  ələ  keçirmək  idi.  Bununla  erməni  si-
lahlı qüvvələri İrana aparan körpü üzərində nəzarəti ələ almış olacaqdılar. 
Zəngilandakı bir sıra xarici yardım işçiləri və diplomatlarına istinad edərək 
Human Rights Watch göstərirdi ki, oktyabrın  23-də ermənilər radio vasitəsi 
ilə yerli camaata ərazini tərk etmələrini əmr etmişdi. Bu barədə məlumat 
almış  sakinlər  Horadiz  körpüsü  ilə  İrana  qaça  bildi.  Lakin,  sonra  körpü 
dağıdıldığından  Zəngilan  qaçqınlarının  əksəriyyəti  Araz  çayını  keçmək 
məcburiyyətində  qalmış,  bir  hissəsi  çayda  boğulmuş,  sağ  qalanları  isə 
Azərbaycanın 1 milyonluq qaçqın düşərgəsinin bir parçası olmuşdu.
515
 
707 km
2
 ərazisi və 33890 sakini olan Zəngilan Azərbaycanın son işğal olun-
muş rayonu idi.
516
 Bu hücumla, Qarabağ və Araz çayı arasında Azərbaycanın 
yerdə qalan bütün ərazisi erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
Zəngilanın  işğalı  zamanı  onlar  mülki  vətəndaşlardan  rayonu  boşalt-
mağı tələb etmiş, əsir götürmüş, camaatı nizamsız açılan atəş ilə öldür-
müş,  əmlaklarını  qarət  etmiş  və  yandırmışdılar.
517
  Norveç  Qaçqınlar  və 
Qlobal  Məcburi  Köçkünlər  üzrə  Məlumat  Bazasının  məlumatına  görə, 
Zəngilanın  34.797  sakini  məcburi  köçkünə  çevrilmiş  və  Azərbaycanın 
müxtəlif bölgələrində məskunlaşmışdır.
518
 Hücum zamanı Zəngilan rayo-
nunda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, tex-
515  a.k.ə. Human Rights Watch (1994), p. 40.  
516  “16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”, APA, 29 October 
2009; (http://en.apa.az/news/110103). Accessed on November 18, 2013.  
517  a.k.ə. Human Rights Watch (1994), p. 39.
518  a.k.ə. “Profile of International Displacement: Azerbaijan”, p. 29. 
884 saylı qətnamə 
1993-cü il oktyabrın 
sonlarında Ermənistan 
və Dağlıq Qarabağ silahlı 
qüvvələrinin birgə hücumu 
ilə Azərbaycanın Zəngilan 
rayonu və Horadiz şəhərinin 
işğalından sonra qüvvəyə 
minmişdir.

 182
QARABAĞ 
   
99 SUALDA
niki məktəblər, musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi , 23 klub 
və 22 kinoqurğusu məhv edilmişdir.
519
 
Azərbaycanın  son  işğal  olunmuş  rayonlarına  qarşı  hücumdan  sonra 
ATƏM Şurasının sədri münaqişənin inkişafına dair öz narahatlığını bildir-
miş və “ərazinin zorla əldə edilməsinə göz yumulmamalı və işğalın ərazi id-
diaları üçün bir əsas kimi qəbul edilməz” olduğunu qeyd etmişdi. Hücuma 
gəldikdə, 1993-cü il 4 noyabr tarixində Minsk qrupunun doqquz ölkəsi eyni 
mövqedə dayanaraq “ərazinin zorla işğal edilməsinin qəbul edilməz olduğu-
nu, ərazinin işğal edilməsinin beynəlxalq tanınma əldə etmək və ya hüqu-
qu statusu dəyişdirmək üçün istifadə edilməməli olduğunu” bildirərək bu 
qətnaməni qəbul etmişdir. Bununla yanaşı, üç gün sonra 9 noyabr tarixində  
Avropa  Birliyi  öz  hesabatında  “ATƏM-in  prinsiplərinə  uyğun  olaraq,  o 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  və  suverenliyinə  əhəmiyyət 
verdiyini” təkrarən qeyd etmişdir.
520
 Minsk qrupu, həmçinin “təxirəsalınmaz 
tədbirlər” üçün yeni bir cədvəl hazırlamışdı. Təhlükəsizlik Şurasının 1993-
cü  il  noyabr  12-də  qəbul  etdiyi  884  saylı  qətnamədə  Zəngilan  üzərinə 
hücum  pislənilir  və  münaqişə  tərəflərini  münaqişənin  həlli  üçün  Minsk 
Qrupu tərəfindən təqdim edilmiş “təxirəsalınmaz tədbirlər”i dərhal tətbiq 
etməyə çağırırdı.
521
 Lakin, qətnamənin erməni işğalçı silahlı qüvvələrinin 
Azərbaycan ərazilərindən çıxarılmasında heç bir müsbət təsiri olmadı. Bu 
vaxt ərzində, ermənilər artıq işğal ərazilərini maksimum genişləndirmiş və 
Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi ki, bu ərazilər hələ də erməni 
qüvvələrinin nəzarəti altındadır. 
BMT Təhlükəsizlik Şurasının 3313-cü iclası
884 saylı QƏTNAMƏ
522
11 noyabr 1993-cü il
Təhlükəsizlik Şurası
Özünün  30  aprel  1993-cü  il  tarixli  822  saylı  (1993),  29  iyul  1993-
519  a.k.ə.“16 years pass since occupation of Zengilan region of Azerbaijan by Armenians”.
520  Annex to the letter dated 23 May 2013 from the Permanent Representative of Azerbaijan to the 
United Nations addressed to the Secretary-General, p. 8. 
521  a.k.ə. Human Rights Watch (1994), pp. 79-80.
522  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 785-786.

 183
QARABAĞ 
   
99 SUALDA
cü  il  tarixli  853  saylı  (1993)  və  14  oktyabr  1993-cü  il  tarixli  874  saylı 
(1993) qətnamələrini təsdiq edərək Azərbaycan Respublikasının Dağlıq 
Qarabağ  regionunda  və  onun  ətrafında  münaqişənin  davam  etməsinin 
və  Ermənistan  Respublikası  ilə  Azərbaycan  Respublikası  arasında 
münasibətlərin gərgin olaraq qalmasının regionda sülhü və təhlükəsizliyi 
təhdid edəcəyinə görə ciddi narahatlıq ifadə edərək,
atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların eskalasiyasının 
və bu pozuntulara cavab olaraq həddindən artıq güc tətbiq edilməsini, o 
cümlədən  Azərbaycan  Respublikasının  Zəngilan  rayonunu  və  Horadiz 
şəhərinin işğalını təşvişlə qeyd edərək,
Azərbaycan Respublikasını və regiondakı bütün digər dövlətlrəin su-
verenliyini və ərazi bütövlüyünü təsdiq edərək,
Həmçinin beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək 
üçün güc tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq edərək,
Böyük  sayda  mülki  şəxsin  ən  sonuncu  yer  dəyişmə  hadisəsinə  və 
Zəngilan  rayonunda  və  Horadiz  şəhərində  və  Azərbaycanın  cənub 
sərhədində fövqəladə humanitar şəraitin yaradılmasına görə ciddi nara-
hatlıq ifadə edərək,
1.  Tərəflərin  qəbul  etdiyi  atəşkəsin  bu  yaxında  hərbi  əməliyyatların 
yenidən başlamasına səbəb olmuş pozulmasını, o cümlədən Zəngilan 
rayonunun və Horadiz şəhərinin işğalını, dinc sakinlərə hücumları və 
Azərbaycan  Respublikasının  ərazilərinin  atəşə  tutulmasını  məhkum 
edir;
2.  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda  ermənilər 
tərəfindən 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrin 
riayət  edilməsinə  nail  olmaq  və  hərbi  kompaniyaya  cəlb  olunmuş 
qüvvələrin  onu  davam  etdirmək  üçün  vəsaitlə  təchiz  olunmasını 
təmin etməmək məqsədilə Ermənistan dövlətini öz təsirindən istifadə 
etməyə çağırır;
3.  ATƏM-in  Minsk  Qrupunun  9  üzvünün  4  noyabr  1993-cü  il  tarixli 
(S/26718)  bəyanatını  məmnunluqla  qeyd  edir,  orada  əks  olunmuş 
atəşin  dayandırılması  barədə  birtərəfli  bəyannamələrə  aid  təklifləri 
yüksək qiymətləndirir;

 184
QARABAĞ 
   
99 SUALDA
4.  ATƏM-in  Minsk  Qrupunun  2-8  noyabr  1993-cü  il  tarix-
li  müşavirəsində  edilmiş  müraciətlər  də  nəzərə  alınmaqla 
Təhlükəsizlik  Şurasının  822  (1993)  və  853  (1993),  (S/26522, 
əlavə) saylı qətnamələrinin yerinə yetirilməsi üzrə “Təxirəsalınmaz 
tədbirlərin  yeniləşdirilmiş  cədvəli”nə  əsasən  hərbi  əməliyyatların 
və düşmənçilik aktlarının dərhal və ləngidilmədən dayandırılması-
nı, işğalçı qüvvələrin Zəngilan rayonundan və Horadiz şəhərindən 
birtərəfli  surətdə  çıxarılmasını  və  Azərbaycan  Respublikasının  bu 
yaxında  işğal  olunmuş  rayonlarından  qəsbkar  qüvvələrinin  çıxarıl-
masını maraqlı tərəflərdən tələb edir;
5.  Ən təkidli surətdə maraqlı tərəfləri ATƏM-in Minsk Qrupuna dəstək 
olaraq Rusiya Federasiyası hökumətinin yardımçılığı ilə qurulmuş bir-
başa əlaqələrin nəticəsində əldə olunmuş atəşkəsin təcili bərpa olun-
masına, onun səmərəli və daimi olmasına, münaqişənin danışıqlar yolu 
ilə ATƏM-in Minsk prosesi və ATƏM-in Minsk Qrupunun 1993-cü 
il 2-8 noyabrında Vyanada keçirilmiş müşavirəsində “Yeniləşdirilmiş 
cədvəli”nə edilən düzəlişlər kontekstində nizamlanmasının imkanları-
nı axtarmağı davam etdirməyə çağırır;
6.  Yenidən təkidlə regionun bütün dövlətlərini münaqişənin böyüməsinə, 
regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı bir düşmənçilik 
aktından, hər hansı bir müdaxilədən çəkinməyə çağırır;
7.  Baş Katibdən və müvafiq beynəlxalq təsisatlardan zərər çəkmiş mül-
ki əhaliyə, o cümlədən Zəngilan rayonunun və Horadiz şəhərinin və 
Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım 
göstərilməsini, qaçqınlara və məcburi köçkünlərə öz evlərinə ləyaqətlə 
və təhlükəyə məruz qalmadan qayıtmasına kömək etməyi xahiş edir;
8.  Yenidən Baş Katibə, ATƏM-in fəaliyyətdə olan sədrinə və ATƏM-in 
Minsk Konfransının sədrinə müraciət edərək gələcəkdə Minsk prose-
sinin gedişatı barədə və yerdə vəziyyətin bütün aspektləri, xüsusilə Şu-
ranın müvafiq qətnamələrinin həyata keçirilməsi, ATƏM və BMT ara-
sında bu münasibətlərdə indiki və gələcək əməkdaşlıq barədə məlumat 
vermələrini xahiş edir;
9.  Bu məqsədlə fəal məşğul olmağı davam etdirməyi qərara alır.

 185
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin