Bİlal Dədəyev


Tehranda Dövlət Başçılarının Birgə Bəyanatı



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

Tehranda Dövlət Başçılarının Birgə Bəyanatı
Tehran, 7 May 1992-ci il
(Qeyri-rəsmi tərcümə)
İran  İslam  Respublikasının  Prezidenti  cənab  Əkbər  Haşimi 
Rəfsəncaninin dəvəti ilə Azərbaycan Respublikası Prezidentinin vəzifəsini 
icra edən cənab Yaqub Məmmədov və Ermənistan Respublikasının Prezi-
denti cənab Levon Ter-Petrosyan ikitərəfli danışıqlar aparmaq və regional 
problemləri müzakirə etmək üçün Tehrana gəlmişdir. Fürsətdən istifadə 
394  Ramezanzadeh, Abdollah, “Iran’s Role as Mediator in the Nagorno-Karabakh Crisis”, in Coppieters, 
Bruno ed., Contested Borders in the Caucasus (VUB Press, 1996). Retrieved from; (http://poli.vub.ac.be/
publi/ContBorders/eng/ch0701.htm). Accessed on December 14, 2013.
395  a.k.ə.Ramezanzadeh, Abdollah (1996).
396  a.k.ə.Vaezi, Mahmoud (2008).

 137
QARABAĞ 
   
99 SUALDA
edərək, İran tərəfinin təşəbbüsü və diplomatik səyləri çərçivəsində Dağlıq 
Qarabağda və Azərbaycan-Ermənistan sərhədində vəziyyətin normallaş-
ması və bölgədə gərginliyin azaldılması məqsədi ilə mövqelərin bir-birinə 
daha  da  yaxınlaşdırılması  üçün  iki  dövlət  lideri  1992-ci  il  mayın  7-də 
görüşərək danışıqlar aparmışdırlar. 
Tərəflər İran İslam Respublikasına, beynəlxalq və regional təşkilatlara, 
eləcə də digər ölkələrə regionda münaqişənin sülh yolu ilə həllinə yönəlmiş 
səyləri üçün öz minnətdarlığını ifadə etməklə başladılar və ümidvar ol-
duqlarını bildirdilər ki, dinc sülhməramlı arzular və xoşməramlıq sülh və 
sabitliyin təminatı olacaq.
İkitərəfli münasibətlərin inkişaf etdirilməsi və regionda təhlükəsizliyin 
təmin  olunması  məqsədi  ilə  tərəflər  iki  ölkənin  yüksək    səviyyəli 
nümayəndələrinin,  rayon rəhbərlərinin və məsul hərbi nümayəndələrin 
vaxtaşırı görüşünü təşkil etməyə razılıq verdilər. 
Tərəflər  ATƏM  və  beynəlxalq  hüquq  prinsipləri  əsasında  müxtəlif 
səviyyələrdə ikitərəfli münasibətlərin sülh yolu ilə normallaşması ilə bağlı 
bütün məsələlərin həll olunmasını istədiklərini ifadə etdilər.
Beynəlxalq  hüquq  normalarını  və  BMT  Nizamnaməsini  əsas 
götürərək, tərəflər Dağlıq Qarabağ sərhədlərində sülh və sabitliyin təmin 
edilməsinin  həm  bu  iki  dövlət,  həm  də  bölgə  üçün  sərfəli  olduğunun 
zəruriliyini vurğuladılar.
Tərəflər  insan  hüquqlarına  və  azlıqların  hüquqlarına  hörmət 
əlaməti  olaraq  bir-birinin  diqqətini  erməni  və  azərbaycanlı  qaçqınların 
problemlərinin həlli məsələsinə çəkdilər.
Tərəflər razılığa gəldilər ki, bir həftə ərzində İran İslam Respublikası 
Prezidentinin xüsusi nümayəndəsi cənab M.Vaezinin bölgəyə gəlişindən, 
maraqlı  tərəflərlə  danışıqlar  aparmasından  sonra,  Azərbaycan  və 
Ermənistan dövlət başçılarının dəstəyi ilə, atəşkəs yaradılır və eyni zaman-
da iqtisadi ehtiyacların qarşılanması məqsədi ilə bütün rabitə yollarının 
açılması təmin edilir. 
Əldə olunmuş sazişin həyata keçirilməsi üçün razılıq olarsa, İran İslam 
Respublikasının müşahidəçiləri ilə yanaşı ATƏM və digər müşahidəçilər 
cəlb olunacaq.

 138
QARABAĞ 
   
99 SUALDA
Tərəflər  Tehran  sammitinin  işini  müsbət  qiymətləndirərək  ikitərəfli 
əlaqələr ilə bağlı bütün məsələləri müxtəlif səviyyələrdə və danışıqlar yolu 
ilə görüşlər və məsul şəxslərin məsləhətləşmələri ilə həll edilməsi barədə 
razılığa gəldilər.
İki  dövlət  liderləri  İran  İslam  Respublikasının  səylərini  yüksək 
qiymətləndi rərək  İran  İslam  Respublikasının  bölgədə  tamamilə  sülh  və 
sabitlik yaradılmayana qədər öz səylərini davam etdirəcəyinə ümidvar ol-
duqlarını bildirdilər. 
İran İslam Respublikası                          Əkbər Haşimi Rəfsəncani
Azərbaycan Respublikası                       Yaqub Məmmədov
Ermənistan Respublikası                        Levon Ter-Petrosyan
45. Xocalı soyqırımı nə zaman baş verdi və Ermənilərin 
Xocalıya silahlı hücumunun arxasında hər hansı bir plan 
dayanırdımı?
1992-ci  il  26  fevral  gecəsi  baş  verən  Xocalı  soyqırımı  yüzlərlə  mül-
ki əhalinin insanlığa xas olmayan qəddarlıqla öldürülməsinə səbəb olan 
Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi idi.
 Həmin gecə mayor 
Ohanyan Seyran Mushegovich və Yevgeniy Naboxinin başçılığı ilə erməni 
silahlı qüvvələri Rusiya Daxili İşlər Nazirliyinin Dağlıq Qarabağın Muxtar 
Vilayətinin mərkəzi Xankəndidə yerləşən 366-cı motoatıcı briqadasının 
köməyi ilə kiçik Xocalı şəhərini işğal etdi.
397
 
Rəsmi  Azərbaycan  statistikasına  əsasən,    Xocalı  işğal  olunan  zaman 
Ermənistan-Rusiya birləşmiş hərbi qüvvələri 106 qadın və 83 uşaq daxil 
olmaqla 613 günahsız azərbaycanlını qətlə yetirmişdilər. 25 uşaq hər iki 
valideynini itirərək yetim qalmış,  130 nəfər isə valideynlərindən birini 
itirmişdi. Səkkiz ailə tamamilə məhv edilmiş, 476 nəfər daimi əlil olmuş-
dur. Ümumilikdə, 1275 nəfər girov götürülmüşdür. Sonradan girovların 
397 Həsənov, Əli, Azərbaycan Respublikasının Milli İnkişaf və Təhlükəsizlik Siyasəti (Letterpress, 2011), s. 310.

 139
QARABAĞ 
   
99 SUALDA
çoxu azad olunsa da, onlardan 150 nəfərin 
taleyi hələ də məlum deyildir.
398
 Bu soyqırı-
mı nəticəsində azərbaycanlılar Dağlıq Qara-
bağ və ətraf rayonların ermənilər tərəfindən 
işğal edilmiş tarixi torpaqlarından köçməyə 
məcbur oldular. 
Ermənilər  tərəfindən  26-fevral  1992-
ci  ildə  hədsiz  qəddarlıq  və  amansız-
lıqla  həyata  keçirilən  Xocalı  soyqırımı 
günahsız  Azərbaycan  xalqına  qarşı  müharibə  cinayəti  idi.  Cinayətin 
nəticələrini göstərmək çətin idi; ermənilər Xocalı şəhərinin əhalisinə qar-
şı görünməmiş bir cinayət törətmişdilər. Tibbi müayinənin nəticələrinə 
əsasən, Xocalı soyqırımının yüzlərlə qurbanı, o cümlədən qadın, uşaq və 
qocalar  görünməmiş  qəddarlıqla  qətlə  yetirilmişdi.  Beynəlxalq  media 
tərəfindən yayımlanan Xocalı faciəsinin həqiqətlərini əks etdirən sübutlar 
göstərir ki, nümayiş etdirilən bəzi ölmüş qurbanların başlarının dərisi elə 
diri-diri soyulmuş, bəzi orqanları, məsələn,  başları, ayaqları və qulaqla-
rı kəsilərək şikəst edilmiş, bəziləri diri-diri yandırılmışdı. Bununla bağlı 
Pascal, Privet və Steve Le Vine “ “Newsweek”-dəki “Qətliamın üzü” adlı 
məqaləsində yazırdı: 
Keçən həftə Azərbaycan yenə ölüxanaya dönmüşdü: qaçqınların 
və məscidin arxasında müvəqqəti meyitxanaya gətirilmiş onlarla 
eybəcər hala salınmış cəsədlər var idi. Onlar fevralın 25-dən 26-na 
keçən gecə erməni silahlı qüvvələri tərəfindən dağıdılaraq xaraba 
qoyulmuş,  müharibənin  ayrı  saldığı  Dağlıq  Qarabağın  kiçik  bir 
şəhərinin – Xocalının adi azərbaycanlı kişiləri, qadınları və uşaqları 
idilər. Bəziləri qaçmaq istəyərkən çox yaxın məsafədən öldürülmüş, 
digərlərinin  başlarının  dərisi  soyulmuş,  sifətləri  eybəcər  hala 
398  Nuriyev, Elkhan, “Khojali Genocide Forever Remember”, Sunday’s Zaman, 27 February 2008; 
(http://www.todayszaman.com/newsDetail_getNewsById.action;jsessionid=AE7793EF974FFE45DFB6
789A518778BB?pageNo=1265&category=&dt=2008&newsId=134943&columnistId=0). Accessed on 
October 11, 2013.
1992-ci il 26 fevral gecəsi 
baş verən Xocalı soyqırımı 
yüzlərlə mülki əhalinin 
insanlığa xas olmayan 
qəddarlıqla öldürülməsinə 
səbəb olan Dağlıq Qarabağ 
münaqişəsinin ən qanlı 
səhifəsi idi.

 140
QARABAĞ 
   
99 SUALDA
salınmışdı.
399
1992-ci il  martın 3-də “New York Times” qəzeti yazırdı: 
Ermənilərin  üstünlük  təşkil  etdiyi  Azərbaycan  ərazilərində  Dağ-
lıq  Qarabağın  erməni  hərbçiləri  tərəfindən  dinc  əhaliyə  qarşı 
törədilmiş  qırğına  dair  bu  gün  yeni  dəlillər  ortaya  çıxıb.  Vertol-
yotla bölgəyə qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər 
qayıdarkən özləri ilə başlarının arxa hissəsi deşilmiş üç ölü uşaq 
gətiriblər. Gələnlər bildiriblər ki, ermənilərin onları atəşə tutma-
sı digər meyitləri yığmağa mane olub. Əraziyə səpələnmiş onlarla 
cəsəd Azərbaycanın qırğınla bağlı verdiyi məlumatların doğrulu-
ğunu sübut edir.
400
Reuters agentliyinin fotoqrafı Frederik Lenqaqne danışır ki, o, Dağlıq 
Qarabağın kənarında içi azərbaycanlıların cəsədləri ilə dolu iki yük maşı-
nı görüb. “Mən birincidə 35-ini saydım, ikincidə də demək olar ki, elə o 
qədər olardı ... Bəzilərinin başı kəsilmiş, bir çoxu isə yandırılmışdı”.
401
Human Rights Watch yazırdı: 
1992-ci  ilin  fevralında  Ermənistan  silahlı  qüvvələri  Rusiyanın  366-
cı  motoatıcı  alayının  əsgərləri  ilə  birlikdə  Stepanakertdən  təxminən 
yeddi kilometr aralıda yerləşən azərbaycanlıların məskunlaşdığı Xo-
calı şəhərini tutdular. Hücum zamanı münaqişənin başlanğıcından bu 
günə qədər ən böyük qırğında 600-dən çox mülki şəxs öldürüldü.
402
Yuxarıda deyilənlərdən göründüyü kimi, beynəlxalq qəzet və tele-ra-
399  “Khojaly Genocide – 20
th
 Anniversary”, Mission of Azerbaijan to the United Nations, Press Release, 
26 February 2012, p. 2. 
400  “Massacre by Armenians Being Reported”, The New York Times, 3 March 1992; (http://www.
nytimes.com/1992/03/03/world/massacre-by-armenians-being-reported.html). Accessed on October 11, 
2013.
401  a.k.ə.“Massacre by Armenians Being Reported”.
402  Human Rights Watch, Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh (USA, Human 
Rights Watch, December 1994), p. 6.

 141
QARABAĞ 
   
99 SUALDA
dio  yayımları  erməni  hərbçiləri  tərəfindən  törədilən  Xocalı  qətliamının 
dəhşətli  olduğu  fikrini  bölüşürlər.  Lakin  ermənilər  Xocalı  soyqırımı  ilə 
bağlı məlumatın dünya ictimaiyyəti arasında yayılmasının qarşısını almaq 
üçün bu hadisə ilə bağlı yalan məlumatlar yaymaqdan çəkinmədilər. Hətta 
bu  qırğınları  ermənilər  deyil,  Xocalıdan  geri  çəkilən  Azərbaycan  hərbi 
qüvvələrinin şəhər əhalisindən qalxan kimi istifadə etdiyinə görə öldürül-
düyünü iddia edirdilər.
403
Erməni tarixçisi David Davidyan yazır: 
1992-ci il fevralın 26-da erməni hərbi qüvvələri ətraf erməni rayon-
larına qrad raketləri yağdıran ikiqat güclü atəş nöqtəsi olan Dağlıq 
Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük mərkəzi - Əsgəran 
rayonunun  Xocalı  yaşayış  məntəqəsini  tutmağa  müvəffəq  oldular. 
Azərbaycan  əsgərləri  geri  çəkilərkən  300-ə  yaxın  azərbaycanlı  və 
Azərbaycan torpağını qorumağa gətirilmiş Məhsəti türkü öldürüldü. 
Ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı Xocalıdakı atəş möv-
qeyini  tutaraq  onu  neytrallaşdırdıqdan  sonra  mülki  vətəndaşların 
evakuasiya prosesinə nəzarət edən erməni və rus əsgərləri arasında 
döyüş başlandı və Azərbaycan əsgərləri çıxarılan mülki şəxslərə qarış-
dılar. Bu, yüzlərlə azərbaycanlı mülki şəxsin ölümü ilə nəticələndi.
404
David  Davidyanın  fikirləri  bir  daha  təsdiq  edir  ki,  Xocalı  şəhəri 
bilavasitə  erməni  könüllü  hərbi  hissələri  və  Rusiyanın  366-cı  motaa-
tıcı  alayının  bilavasitə  yardımı  ilə  ələ  keçirilmiş  və  bu  zaman  yüzlərlə 
mülki  şəxs  öldürülmüşdü.  Lakin  ermənilər  mülki  əhalinin  ölümündə 
Azərbaycan  tərəfi  günahlandırırlar.  Halbuki,  Ermənistan  rəsmilərinin 
müsahibələrini  araşdıranda  aydın  olur  ki,  Xocalı  soyqırımı  ermənilər 
tərəfindən əvvəlcədən planlaşdırılmışdı. Bununla bağlı Thomas de Wall 
yazırdı:
403  “History of Artsakh (Nagorno-Karabagh)”, The Armenian Cause-Newsletter of The Armenian 
National committee of Canada, Vol. XI, No. 3, November 2008, p. 4.
404  Davidian, David, “Armenian Capture of Khojali, February 1992”, The Armenian Cause-Newsletter 
of The Armenian National committee of Canada, Vol. XI, No. 3, November 2008, pp. 7-8.

 142
QARABAĞ 
   
99 SUALDA
İndi ermənilər özləri də Xocalıdan qaçarkən çoxlu mülki vətəndaşın 
həlak olduğunu etiraf edirlər. Bəziləri bu qırğında özbaşına hərəkət 
edən nizamsız erməni döyüşçülərini günahlandırır. Bir erməni po-
lis zabiti, mayor Valeri Babayan isə qisas almağı səbəb kimi irəli sür-
dü. O, Amerikan müxbiri Paul Quinn-Judgea Xocalıya hücumda 
iştirak etmiş erməni döyüşçülərin əksəriyyətinin “Sumqayıtdan və 
bu kimi yerlərdən gəldiyini” deyib.
405
Bu bəyanatdan aydın olur ki, şübhəsiz, Xocalıya hərbi hücumun arxa-
sında nəzərdə tutulmuş gizli plan olub və erməni əsgərlərinin əksəriyyəti 
bunu  Xocalının  günahsız  əhalisinə  qarşı  “intiqam”  kimi  qəbul  edib.  Bu 
barədə Svante Cornell deyir “hücumun dörd il əvvəl ermənilərin Sumqa-
yıtda öldürülməsinin ildönümündə baş verməsi çox ehtimal ki, təsadüfi 
olmayıb, vaxtı dəqiq təyin edilibmiş”.
406
Yenə Thomas de Wall yazır ki, sovet dövründə Azərbaycan vətəndaşı 
və  Qarabağ  müharibəsinin  hərbi  lideri  olan  Ermənistanın  indiki  prezi-
denti  Serj  Sarkisyan  müsahibə  zamanı  bildirib:  “Biz  bu  barədə  ucadan 
danışmırıq. Hadisələrə dair “çox şey şişirdilib” , qaçan azərbaycanlılar da 
silahlı müqavimət göstəriblər”.
407
 De Wall yazır ki, halbuki Sarkisyanın baş 
verənlər barədə ümumiləşdirmələri daha səmimi və daha qəddar idi: 
Amma  mən  əsas  məsələnin  fərqli  bir  şey  olduğunu  düşünürəm. 
Xocalıdan əvvəl azərbaycanlılar düşünürdülər ki, onlar bizimlə za-
rafat edirlər, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qal-
dıra bilməyən insanlardır. Biz bu stereotipi qırmağı bacardıq
. Və 
bax bu baş verdi. Və biz bir də onu nəzərə almalıyıq ki, o oğlanların 
arasında Bakı və Sumqayıtdan qaçıb gələnlər var idi.
408
Əvvəl  qeyd  edildiyi  kimi,  bir  çox  erməni  və  ermənipərəst  yazarlar 
405  a.k.ə. De Wall, Thomas (2003), p. 171.
406  a.k.ə. Cornell, Svante E. (2011), p. 62.
407  a.k.ə. De Wall, Thomas (2003), p. 172.
408  a.k.ə. De Wall, Thomas (2003), p. 172.

 143
QARABAĞ 
   
99 SUALDA
hələ də erməni əsgərlərinin Xocalıda mülki 
əhalini qətlə yetirdiyini inkar edir və ya sü-
but  etməyə  çalışırlar  ki,  ermənilərin  vəhşi 
olduğunu  göstərmək  üçün  Azərbaycan 
özü öz mülki vətəndaşlarını öldürüb. Buna 
baxmayaraq,  Serj  Sarkisyanın  yuxarıda 
dedikləri  reallığı  göstərir;  Cornellin  de-
diyi  kimi,  “hazırkı  Ermənistan  prezidenti 
Serj Sarkisyandan başqa heç kəs İngiltərəli 
müəllif  Thomas  de  Walla  müsahibəsindəki 
qədər  hadisələrə  aydın  şərh  verməyib”.
409
  
Ermənilər əhalinin dinc boşaldılması üçün dəhliz açdıqlarını iddia edirlər, 
lakin  qırğından  iki  ay  əvvəl  Xocalıda  olan  amerikalı  jurnalist  Thomas 
Goltz öz raportunda şəhərdə heç bir telefon işləmədiyini, heç bir şeyin 
fəaliyyət göstərmədiyini, elektrik enerjisi, istilik sistemi, eləcə də suyun 
gəlmədiyini bildirib. Onun sözlərinə görə şəhərdən yeganə çıxış yolu hər 
uçuşunda vurulmaq təhlükəsi altında olan vertolyot idi.
410
 Bundan baş-
qa, “əhalinin köçürülməsi” üçün dəhlizin açılması iddiasıda sual doğurur. 
Əgər belə bir  məsələ var idisə, bəs nə üçün ermənilər mindən çox əsir 
götürüb, niyə ölülərə işgəncə verilib, çoxu xüsusi qəddarlıqla öldürülüb, 
yandırılıb, başlarının dərisi soyulub, başları kəsilib. “Azad dəhliz”ə gəlincə, 
Thomas de Wall yazır: 
Fevralın 25-dən 26-na keçən gecə, ermənilər Sovet tank alayının 
yardımı ilə Xocalı üzərinə hücuma başladı. Xocalıda üç minə yaxın 
adam yaşayırdı. Dörd ay idi ki, avtomobil yolu kəsilmişdi və yalnız 
160-a yaxın yüngül silahlarla silahlanmış kişi tərəfindən müdafiə 
olunurdu.  Səhər  tezdən,  həm  mülki  əhali,  həm  də  döyüşçülər 
şəhərin qalan yeganə çıxışına - dizə qədər dərin qarın içi ilə dərəyə 
doğru aşağı qaçdılar. Naxçıvanik kəndindən çıxanda onlar erməni 
409  a.k.ə. Cornell, Svante E. (2011), p. 62.
410  Goltz, Thomas, Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-Rich, War-Torn, Post-
Soviet Republic (USA, M.E. Sharpe, 1998), p. 119.
Amma mən əsas məsələnin 
fərqli bir şey olduğunu 
düşünürəm. Xocalıdan əvvəl 
azərbaycanlılar düşünürdülər 
ki, onlar bizimlə zarafat 
edirlər, onlar düşünürdülər 
ki, ermənilər mülki əhaliyə əl 
qaldıra bilməyən insanlardır. 
Biz bu stereotipi qırmağı 
bacardıq

 144
QARABAĞ 
   
99 SUALDA
döyüşçülərin  açdığı  şiddətli  atəşlə  qarşılaşdılar.  Qaçaraq  canını 
qurtarmağa çalışan kişi, qadın və uşaqlar bir-birinin ardınca vuru-
lurdular.
411
Nəticə  etibarı  ilə  bütün  bu  faktlardan  aydın  olur  ki,  Xocalı  soyqırı-
mı  əvvəlcədən  planlaşdırılmış  və  yaxşıca  təşkil  olunmuşdu.  Mənşəyinə 
görə  insanların  tamamilə  və  ya  qismən  məhvinə  yönəldiyindən  bu  et-
nik  təmizləmə  aktı  müharibə  cinayəti  və  ya  insanlığa  qarşı  cinayət  he-
sab edilməlidir. Bu tarixi cinayətin müəllifi yalnız azərbaycanlıları deyil, 
həm də bütün sivilizasiyalı dünyanı və bəşəriyyəti hədəfə alıb. De Wal-
lın sözlərilə desək, “dinc  əhalinin “azad dəhliz” zonasında və ona bitişik 
ərazilərdə kütləvi öldürülməsinə heç bir halda haqq qazandırıla bilməz”.
412
 
46. 1992-ci il “Azadlığa Dəstək Aktının”  907-ci düzəlişi 
nəyi nəzərdə tuturdu?
Soyuq  müharibənin  başa  çatmasından  etibarən  Amerika  Birləşmiş 
Ştatları regionda yeni-stabil, demokratik və çiçəklənən ölkələrin forma-
laşması məqsədilə keçmiş Sovet İttifaqı respublikalarını böyük məbləğdə 
yardım proqramı ilə təmin edirdi. 2007-ci ilin statistikasına görə, 1991-ci 
ildə Sovet İttifaqı dağıldıqdan sonra, Amerika Birləşmiş Ştatlarının keç-
miş Sovet İttifaqının 12 respublikasında həyata keçirdiyi yardım proqram-
larının həcmi 28 milyard dollardan çox olmuşdu ki, proqram çərçivəsində 
hər il təxminən 2 milyard dollar vəsait xərclənmişdi.
413
 
1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək 
Aktı”  adı  altında  qəbul  edilmiş  yardım  proqramı  (Rusiya,  Avrasiyanın 
İnkişaf  etməkdə  olan  Demokratik  ölkələrinə  Azadlıq  və  Açıq  Bazara 
Dəstək Aktı - ADA) MDB ölkələrində hökumətlərin tamamilə demok-
ratik rejimə keçməsinə və keçmiş Sovet respublikalarında demokratik və 
411  a.k.ə. De Wall, Thomas (2010), p. 119.
412  a.k.ə. De Wall, Thomas (2010), p. 119.
413  Tarnoff, Curt, “U.S. Assistance to the Former Soviet Union”, CRS Report for Congress, Order Code 
RL32866, 1 march 2007, p. 1.

 145
QARABAĞ 
   
99 SUALDA
bazar iqtisadiyyatına əsaslanan təşkilatların yaradılmasına yardım edərək 
iqtisadiyyatın inkişafını sürətləndirmək üçün hazırlanmışdır. Proqramın 
əsas məqsədinin MDB ölkələrində siyasi və iqtisadi islahatlar olduğu iddia 
edilsə də, humanitar sahələrə də “Azadlığa Dəstək Aktı”nın yardımı artı-
rılmışdı.
Qeyd edildiyi kimi, proqram “köhnəlmiş səhiyyə sistemində islahat-
lar aparılmasına, ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına və vərəmin 
uğurla müalicə edilməsinə yardım göstərir,... kütləvi qırğın silahının və bu-
nunla əlaqədar texnologiya və təcrübələrin artırılmasının qarşısını alma-
ğa kömək edir və narkotik alveri, mütəşəkkil cinayətkarlıq və insan alveri 
kimi transmilli təhlükələrlə mübarizə aparmağa yardım göstərirdi”.
414
 
Bu Akta əsasən, yardım alacaq ölkələr Ermənistan, Azərbaycan, Bela-
rusiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, 
Türkmənistan,  Ukrayna  və  Özbəkistan  idi.
415
  Lakin,  Azərbaycan  istis-
na olmaqla bütün bu ölkələrin “Azadlığa Dəstək Aktı” altında ABŞ-dan 
yardım  almaq  hüququ  vardı.
  Azərbaycan  müstəqilliyinin  ilk  iki  ilində 
ölkədəki səs-küyə səbəb olan vəziyyətə görə Amerikadakı erməni lobbi-
si 1992-ci ildə Konqres vasitəsilə ABŞ hökumətinin Azərbaycana birba-
şa yardım göstərməsini qadağan edən “Azadlığa Dəstək Aktı”nın 907-ci 
Düzəlişinin təsdiq edilməsinə nail olmuşdu.
 Svante Cornellin qeyd etdiyi 
kimi, “ABŞ Konqresindəki erməni lobbisi “Azadlığa Dəstək Aktı”nı artıq 
öz əllərinə almağa nail olmuşdu… Senator Con F.Kerrinin başçılığı ilə 
erməni  tərəfdarları  Azərbaycan  hökumətinə  “Qarabağa  hücum”  etməsi 
ilə əlaqədar ABŞ hökumətinin yardım göstərməsini qadağan edən mətni 
Akta daxil etmişdilər”.
416
 
ABŞ  Konqresindəki  tərəfdarlarının  köməyi  ilə  erməni  lobbisi 
konqresmenləri  və  senatorları  Azərbaycanın  “təcavüzkar  ölkə”  olduğu-
na və Ermənistanı “blokada”da saxladığına inandıra bilmişdilər. Bunun-
414  “FREEDOM Support Act of 1992 (Public Law 102-511)”, retrieved from U.S. Foreign Assistance 
Reference Guide (Department of State Publication 11202, January 2005), p. 10. 
415  Dombrowski, Peter & Patricia, Davis, “Winding Down? International Assistance to the Former 
Soviet Union”, in Moses, Joel C., ed., Dilemmas of Transition in Post-Soviet Countries (Rowman & 
Littlefield, 2002), p. 68.
416  a.k.ə. Cornell, Svante E. (2011), p. 71.

 146
QARABAĞ 
   
99 SUALDA
la belə, unutmaq lazım deyil ki, o vaxt Ermənistan yalnız Azərbaycanın 
Dağlıq Qarabağ bölgəsini deyil, silahlı hərbi qüvvələri ilə onun ətrafındakı 
rayonları da işğal etmiş, Dağlıq Qarabağla Ermənistan Respublikası ara-
sında dəhliz yaratmış və yüz minlərlə azərbaycanlını öz tarixi yurdların-
dan zorla qovub çıxarmışdı.
417
 Cornell bununla bağlı yazır ki, “Ermənistan 
Qarabağın bütün ərazisini işğal edəndən və digər Azərbaycan rayonların-
da etnik təmizləmə həyata keçirəndən bir neçə ay sonra bu qanunun irəli 
sürülməsi çox təəccüblü idi”.
418
“Azadlığa  Dəstək  Aktı”nın  907-ci  Düzəlişinin  nəticəsi  olaraq,  ABŞ 
hökumətinin  Azərbaycana  göstərdiyi  hökumət  yardımı  kəskin  sürətdə 
məhdudlaşdırıldı. Yardımı qadağan edən bənddə deyilirdi: 
Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qara-
bağa qarşı blokada və digər güc tətbiqinin aradan qaldırılması üçün 
real addımlar atdığını müəyyən edərək bu haqda Konqresə məruzə 
etməzsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər 
aktlarla nəzərdə tutulmuş heç bir yardım (bu Aktın V fəslində qeyd 
edilmiş yardımdan başqa) göstərilə bilməz.
419
Azərbaycan ABŞ qanunvericiliyində edilmiş bu düzəlişi çox ədalətsiz 
hesab  edirdi.  Münaqişənin  qurbanı,  1  milyon  qaçqın  və  məcburi  köç-
kün  vətəndaşı  olan,  öz  tarixi  torpaqlarının  təqribən  20  faizini  itirmiş 
Azərbaycan ədalətsiz olaraq Ermənistanı “blokada”da saxlayan təcavüzkar 
ölkə  kimi  tanınırdı.  Buna  görə  də,  ADA-nın  907-ci  düzəlişinin  qəbul 
edilməsindən  sonra  Azərbaycan  hökuməti  bu  düzəlişin  ləğv  edilməsi 
üçün ABŞ hökumətini Azərbaycana birbaşa cəlb etməyə çalışırdı. 2001-ci 
il sentyabrın 11-də ABŞ-a edilmiş terror aktından on il əvvəl Amerikada 
olan güclü erməni lobbisi və onun ABŞ Konqresindəki tərəfdarlarına qarşı 
mübarizə aparmaq Azərbaycan üçün çox çətin məsələ idi. Lakin, 2001-ci 
417 Məmmədov, Novruz, Xarici Siyasət: Reallıqlar və Gələcəyə Baxış (Qanun Nəşriyyatı, 2013), ss. 142-
143.
418  a.k.ə. Cornell, Svante E. (2011), p. 71.
419  “FREEDOM Support Act (P.L. 102–511): Sec. 907. Restriction on assistance to Azerbaijan”, 
Legislation on Foreign Relations Through 2002 (Joint Committee Print, October 2003), Vol. I-B, p. 90. 

 147
QARABAĞ 
   
99 SUALDA
il 11 sentyabr terror aktı ABŞ-ın xarici siyasət prioritetlərini dəyişdirdi. 
Nəticədə,  ABŞ  “beynəlxalq  terrorizmə  qarşı  müharibəyə”  başladıq-
da,  Azərbaycan  Əfqanıstanda  terrorizmə  qarşı  mübarizə  kompaniyası 
üçün koalisiya qüvvələrinin öz hava məkanından sərbəst uçmasına icazə 
verməklə öz rolunu artırdı.
420
 Azərbaycan hökumətinin ABŞ-ın “terrorla 
mübarizə” siyasətinə qarşı reaksiyasına gəldikdə, Marta Brill Olkott qeyd 
edir ki, “Prezident Heydər Əliyev və onun baş məsləhətçiləri 11 sentyabrın 
faciəvi hadisələrinin ABŞ-Azərbaycan əlaqələrində yeni başlanğıc olacağı-
na və təhlükəsizlik sahəsində əməkdaşlığın artacağına ümid edirdilər”.
421
 
Buna  görə  də,  2001-ci  ilin  dekabr  ayında  ABŞ  Konqresi  ADA-nın 
1992-ci ildə qəbul edilmiş 907-ci düzəlişini ləğv etdi və Prezidentə geniş 
imtina hüququ verdi və bu öz növbəsində 2002-ci ilin yanvar ayında ABŞ 
Prezidenti Corc V.Buş tərəfindən ABŞ hökumətinin Azərbaycana yardım 
etməsi haqqında məhdudiyyətdən imtina etməsi ilə nəticələndi. 
ABŞ rəsmilərinin sözlərinə görə, bu akt terrorizmə qarşı mübarizədə 
Azərbaycanla ABŞ arasında əməkdaşlığı gücləndirəcək və Azərbaycan və 
Ermənistan arasında Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllində 
danışıqlar prosesini inkişaf etdirəcəkdir. Lakin, Ağ Evin bəyanatında de-
yilirdi  ki,  məqsəd  “beynəlxalq  terrorizmlə  mübarizədə  ABŞ-a  dəstək 
olmaqdır”.
422
 
İmtinada aşağıdakılar qeyd edilir: 
Dövlət Katibi üçün Memorandum
“Kenneh M. Ludden Xarici Əməliyyatlar, Eksport Maliyyələşdirilməsi 
və Əlaqədar Proqramlara Yardım Ayrılması haqqında Akt”ın II fəslində 
qeyd edilən səlahiyyətə uyğun olaraq, mən, 1992-ci il “Azadlığa Dəstək 
Aktı”nın 907-ci düzəlişinin ləğvini aşağıdakı hallara əsasən müəyyən və 
təsdiq edirəm (Dövlət Qanunu 102-511): 
beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın səylərini dəstəkləmək lazımdır;
420  Murinson, Alexander, Turkey’s Entente with Israel and Azerbaijan: State Identity and Security in the 
Middle East and Caucasus (Routledge, 2009), p. 75. 
421  Brill Olcott, Martha, “U.S. Policy in the South Caucasus”, The Quarterly Journal, Vol. 1, No. 3, 
September 2002, p. 61. 
422  Blua, Antoine, “Azerbaijan: U.S. Lifts Restrictions On Aid”, Radio Free Europe/Radio Liberty, 29 
January 2002; (http://www.rferl.org/content/article/1098626.html). Accessed on October 10, 2013. 

 148
QARABAĞ 
   
99 SUALDA
beynəlxalq terrorizmlə mübarizədə ABŞ Silahlı Qüvvələrinin və ya ko-
alisiya tərəfdaşlarının əməliyyata hazırlığını dəstəkləmək lazımdır;
Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdir; və Ermənistan və 
Azərbaycan arasında məsələnin sülh yolu ilə həllinə dair gedən danışıq-
lara mane olmayacaq və ya sarsıtmayacaq və ya Ermənistana qarşı hücum 
məqsədləri üçün istifadə edilməyəcəkdir. 
Buna görə də, mən, “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişindən im-
tina edirəm. 
Sizə bu təsbit haqqında Konqresə məlumat vermək və bu qərarın Fe-
deral Jurnalda dərc edilməsi üçün səlahiyyət verilir. 
Corc V.Buş
AĞ EV, 
Vaşinqton, 25 yanvar 2002-ci il.
423
 
(Qeyri-rəsmi tərcümə)
Erməni lobbisi, xüsusilə də Amerika Erməni Milli Komitəsi ( ANCA) 
və onların ABŞ Konqresindəki tərəfdarları ADA-nın 907-ci düzəlişindən 
imtina edilməsinə reaksiya göstərdilər. Bununla əlaqədar olaraq, Ameri-
kadakı Erməni Milli Komitəsi yazır,
Prezidentə verilən imtina səlahiyyəti Azərbaycanı blokadanı sax-
lamağa  və  sülh  danışıqlarında  barışmaz  qalmağa  təşviq  edərək 
bölgədə ABŞ maraqlarına xələl gətirir. Bu imtinanın tətbiqi təcavüz 
və  blokadaya  qarşı  prinsipial  mövqedən  geri  çəkilmək  də  daxil 
olmaqla  Azərbaycana,  onun  Qarabağ  və  ya  Ermənistana  qarşı 
yenidən  təcavüz  edəcəyi  halda  ABŞ-ın  buna  cavab  verməyəcəyi 
barədə təhlükəli siqnal göndərir.
424
 
Buna görə də, Azərbaycan hökumətinə yardımla bağlı “Azadlığa Dəstək 
Aktı”nın 907-ci düzəlişindən imtinanın ləğv edilməsinə görə Erməni lob-
423  “Waiver of Section 907 of the FREEDOM Support Act with Respect to Assistance to the 
Government of Azerbaijan”, Presidential Determination, No. 2002-06, 25 January 2002. Retrieved from 
Code of Federal Regulations: LSA, List of CFR Sections Affected (U.S. Government Printing Office, 
2003), pp. 277-278. 
424  “Section 907 of the Freedom Support Act” ANCA Position Papers, Winter/Spring 2006; (http://www.
anca.org/hill_staff/position_papers.php?ppid=6). Accessed on October 10, 2013. 

 149
QARABAĞ 
   
99 SUALDA
bisi Konqresə möhkəm təzyiq etmişdi. Ama onların ciddi səylərinə bax-
mayaraq,  Azərbaycan-ABŞ  əlaqələrində  mühüm  rol  oynamış  bu  imtina 
hələ də qüvvədədir və güclü hərbi və strateji əməkdaşlığın formalaşmasına 
səbəb olmaqdadır. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin