Bİlal Dədəyev


Qarabağın qədim insan məskəni olmasını və



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə2/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   ...   33

2. Qarabağın qədim insan məskəni olmasını və 
tarixinin ibtidai icma quruluşundan başlanmasını 
hansı tarixi faktlar sübut edir?
Tarixi  Şimali  Azərbaycanın,  yəni  müasir  Azərbaycan  Res-
publikası  ərazisinin  sistemli  elmi-arxeoloji  öyrənilməsinə  sovet 
hakimiyyətinin ilk illərində başlanılmışdır. XX əsrin 20-ci illərindən 
xüsusi yaradılmış tarixi-arxeoloji struktur - “Azərbaycanı Tədqiq və 
Tətəbbö Cəmiyyəti” Azərbaycanın qədim abidələrinin tədqiqinə fəal 
surətdə qoşulmuş və qısa müddət ərzində gərgin zəhmətin nəticəsi 
olaraq Azərbaycan tarixşünaslıq elmini müxtəlif tarixi dövrlərə dair 
dəyərli əsərlərlə zənginləşdirmişdi. Lakin ən başlıcası, o dövrdə baş-
lanılmış fəal arxeoloji ekspedisiyalar əyani şəkildə sübut etmişdilər 
ki, əbəs yerə Azərbaycan ərazisi nəinki Qafqazda, ümumən bütün 
dünyada  ən  qədim  mədəniyyətlərin  meydana  gəlməsi  və  inkişafı 
ocağı hesab edilmir. Sözügedən ekspedisiyaların rəhbəri akademik 
13   Гейбуллаев Г.А., Топонимия Азербайджана (Баку, 1986), с. 145.  Həmçinin bax; Piriyev V.Z., 
Azərbaycan XIII-XIV əsrlərdə (Bakı, 2003), s. 98.
14   a.k.ə. Mahmudov Y.M., və Şükürov K.K. (2009), s. 19.

 17
QARABAĞ 
   
99 SUALDA
İ.  Meşaninovun  etirafları  bu  baxımdan 
böyük tarixi əhəmiyyətə malikdir. O, öz 
mühakimələrində  siyasi  və  ideoloji  xü-
rufatları rəhbər tutan, habelə Azərbaycan 
xalqına  şəxsi  qərəz  bəsləyən,  bu 
səbəbdən  də  Azərbaycanın  öz  kökləri 
ilə ulu keçmişə gedən fövqəladə zəngin 
tarixini  şübhə  altına  almaq  istəyən  hər 
kəsə,  “Azərbaycan  -  yeraltı  muzey-
dir” sözləri ilə layiqli cavab vermiş oldu.
15
 Sonrakı tədqiqatlar, qa-
zıntılar  və  tapıntılar  öz  növbəsində  elmi-ictimai  mühitdə  həqiqəti 
təsdiq etmişdir. Bu yeraltı muzeyin ən dəyərli incilərinin saxlanıl-
dığı  xəzinəsi  füsunkar  təbiətə  və  son  dərəcə  zəngin  mədəniyyət 
ənənələrinə  malik  olan  Azərbaycanın  tarixi  vilayəti  Qarabağdır. 
Məlum məsələdir ki, kiçik bir sual çərçivəsində Qarabağın bütün ar-
xeoloji mədəniyyətlərini işıqlandırmaq mümkün deyildir, lakin əsas 
faktları  nəzərdən  keçirməyə  dəyər.  Xronoloji  ardıcıllıq  üzrə Azıx 
mağarasından başlamaq istərdik.
Bu  qədim  insan  sığınacağı  görkəmli  Azərbaycan  arxeoloqu 
Məmmədəli Hüseynov tərəfindən 1960-cı ildə Qarabağın Füzuli ra-
yonunun Quruçay vadisində kəşf edilmiş və sonrakı illərdə tarixçi 
və geoloqlar tərəfindən hərtərəfli və ciddi şəkildə tədqiq olunmuş-
dur. Nəticədə alimlər müəyyən etmişlər ki, Azıx mağarasının hün-
dürlüyü 1000 metrdir və dərənin şərq sıldırım yamacında meridian 
istiqamətdə  onun  dibindən  30-50  metr  hündürlükdə,  qərbə  doğru 
Yuxarı Yura dövrü (təxminən 145 mln. il əvvələ qədər) əhəngdaşları 
pərvazlarında  (karnizlərində)  yerləşir
16
  Həmçinin  mağaranın 
kəsilmələri  təsbit  edilmiş  və  təbəqələrinin  geomorfoloji  səciyyəsi 
verilmişdir: “Azıx mağarasındakı arxeoloji tapıntılar erkən aşel (100 
15   Гаджиев, Г., Аббасов. В., “Историко-археологические исследования Гаргарчайского бассейна 
Карабахской зоны Азербайджана”, Наследие (2007), №4-5, с.43.
16  Султанов, Р.Г., “Геологи ческое строение палеолитовых карстовых пещер Азыха и Таглара в 
Нагорном Карабахе Азербайджана”, Материальная культура Азер байджана (Баку, 1974), Том VII, 
c. 32.
Yeraltı muzeyin ən dəyərli 
incilərinin saxlanıldığı 
xəzinəsi füsunkar təbiətə 
son dərəcə zəngin 
mədəniyyət ənənələrinə 
malik olan Azərbaycanın 
tarixi vilayəti Qarabağdır.

 18
QARABAĞ 
   
99 SUALDA
min il bundan əvvələ qədər sürmüş alt paleolitin ilkin dövrü)-mustye 
dövrü (e.ə. 100-35 mininci illər) üçün səciyyəvidir (3-cü, 4-cü və 6-cı 
təbəqələr),  10-cu  təbəqədə  isə  eneolit  (daş+mis  dövrü,  e.ə.  VI-IV 
minilliklər)  tipli qalıqlar müəyyən edilmişdir. Beləliklə, Azıx mağa-
rasında ilk doqquz təbəqə bütün Xəzər layını (yarusunu) və Xvalın 
layının alt mərtəbələrini əhatə edir”.
17
 1968-ci ildə Azıx mağarası-
nın ərazisində çoxillik qazıntıların nəticəsində qadın çənəsinin fraq-
menti aşkar edilmişdir ki, alimlər onu preneardertal tipinə (350-400 
min il öncə) aid etdilər: “Bu, güman ki, Fransanın qərbində, Totavel 
düşərgəsində əldə edilmiş antropoloji tapıntılarla böyük bənzərliyə 
malik kiçik boylu məxluq idi”.
18
 Azərbaycan antropoloqu D. Hacı-
yev hesab edir ki, SSRİ ərazisində aşkar olunmuş analoji tapıntılar 
arasında ən qədimi olan bu çənə 18-22 yaşlarında qadına mənsub 
idi. Sonrakı qazıntı işləri gedişində Azıxın tədqiqatçıları ibtidai in-
sanın məişə tinə dair maddi əşyalarla yanaşı həmçinin çoxsaylı ton-
qal izləri də aşkar etmişlər. Arxeoloq Əsədulla Cəfərov azıxantrop 
tərəfindən “süni tonqallardan” istifadə barəsində kifayət qədər ma-
raqlı fakt gətirir: mağaranın ən qədim sakinləri torpaq üzərində çox 
da  böyük  olmayan  əhəngdaşı  divarla  əhatəyə  alınmış  açıq  çalada 
tonqal qalayırdılar. Bu cür divarlardan birinin qalınlığı 30 sm. təşkil 
edirdi. Tonqallar Azıx sakinlərini nəinki sərt qışdan mühafizə etmiş, 
habelə ovun inkişafına təkan vermişdir.
19
 İqrar Əliyevin fikrinə görə 
isə “Azıx insanı olduqca erkən oda yiyələnmiş və onu uzun müddət 
saxlamağı bacarmışdı. Od artıq paleolitin ən erkən mərhələlərindən 
başlayaraq,  bəşəriyyətin  tarixində  böyük  rol  oynamışdır. Azıxdakı 
ilk tonqallar artıq bir neçə yüz min il əvvəl qalanmışdı”.
20
 
1972-ci ildə Azıx mağarası yenidən dünyanın elmi dairələrində 
17   Султанов, Р. Д., “Геологическое строение Азыхской пещеры в долине р. Куручай”, Материалы 
сессии, посвященной итогам археологических и этнографических исследований 1964 г. в СССР. 
Тезисы докладов (Баку, 1965). Həmçinin bax; Ширинов, Н.Ш., “О геоморфологической датировке 
возраста Азыхской пещерной стоянки палеолитического человека”, Материалы сессии, посвященной 
итогам археологических и этнографических исследований 1964 г. в СССР (Баку, 1965).
18   Алиев, И.Г., Нагорный Карабах: история, факты, события (Баку, 1989), с. 7.
19   Cəfərov, Ə., Quruçay dərəsində (Bakı, 1990), ss. 31-34.
20   a.k.ə., Алиев (1989), c. 6.

 19
QARABAĞ 
   
99 SUALDA
qızğın  müzakirə  predmetnə  çevrildi.  Belə  ki,  bu  mağaranın 
dərinliklərində xəlvəti bir yerdə 3 ədəd mağara ayısının kəlləsi və 
2 çənə sümüyü aşkar edilmişdir. Bu kəşf alimlərə belə bir ehtiamalı 
irəli sürməyə əsas verdi ki, heyvanlara etiqad formasında dini dün-
yagörüşünün ilk rüşeymləri çox güman ki, təqribən 200-350 min il 
öncə meydana gəlmişdir. Təəcüblüdür ki, bu saxlancın aşkar edil-
diyi  yer  mağaranın  ən  maraqlı  və  qeyri-adi  guşəsidir.  Mağaranın 
sağ  divarından  irəli  uzanmış  iki  qaya  günəş  şüalarının  qarşısında 
özünəməxsus  təbii  sipər  yaradır  ki,  bunun  da  nəticəsində  içəridə 
daim  zülmət  hökm  sürür. Alimlər  hesab  edirlər  ki,  yəqin  bu  cür, 
xəlvəti və guşənişin bir şəraitdə Azıx sakinləri ayı kəlləsinə tapın-
mışlar;  böyük  ehtimalla,  onlar  ayıya  müqəddəs  heyvan  kimi  ya-
naşırdılar  və  mağaranın  bu  guşəsi  kult  səciyyəsi  daşıyırdı.
21
  İqrar 
Əliyev də öz növbəsində hesab edir ki, “Ayı kəllələrindən birində 
olan kərtiklər, şübhəsiz ki, hesab, habelə incəsənət ünsürləridir və 
Azıx sakininin hansısa kosmoloji müşahidələrindən xəbər verir”.
22
Azərbaycan alimlərinin kəşfi qısa müddət ərzində dünya miqya-
sında şöhrət qazandı və xarici elm tərəfindən bəşəriyyətin ən qədim 
tarixinin  öyrənilməsində  irəliyə  doğru  atılmış  əhəmiyyətli  addım 
kimi səciyyələndirildi. O da təsadüfi deyildir ki, 1981-ci ilin dekab-
rın 8-də Parisdə açılmış “Avropanın ən qədim sakinləri” adlı sərgidə 
bütün sovet eksponatlarından bircə Azıx tapıntılarına əlahiddə, ixti-
saslaşmış şöbə ayrılmışdı.
23
 Belə bir fakt da vurğulanmalıdır ki, Azıx 
mağarasının sakini, yəni azıxantrop “Avropanın ən qədim sakinləri” 
adlanan  arxeoloji  xəritəyə  də  daxil  edilmişdir. Azıx  materiallarını 
erməni tarixçilərinin özününküləşdirmək cəhdləri həmin materialla-
rın şübhəsiz ki böyük tarixi əhəmiyyətini təsdiq edən heç də az tutar-
lı dəlil deyil. Həmin materialların kəşfindən və beynəlxalq miqyas-
da tanınmasından illər ötdükdən sonra bəzi erməni alimlərinin Azıx 
mədəniyyətinin qədim erməni mədəniyyətinə mənsubluğu haqqında 
21   a.k.ə, Cəfərov (1990), s. 31-32.
22   a.k.ə., Алиев (1989), c. 7.
23   a.k.ə, Cəfərov (1990), s. 36.

 20
QARABAĞ 
   
99 SUALDA
haray-həşir  qoparmaları  faktının  özü  çox  şeydən  xəbər  verir.  La-
kin  Ş.Mkrtçyan  və  S.Xanzadyanın  irəli  sürdükləri  arqumentlər  öz 
absurdluğu ilə elm dünyasında sadəcə tənqid doğurdu ki, nəticədə 
onların  iddiaları  hətta  mövcud  olma  hüququnu  belə  itirdi.  Məsələ 
ondadır ki, Ş.Mkrtçyan özünün “Dağlıq Qarabağın tarixi və memar-
lıq abidələri” adlı əsərində (İrəvan, 1986) Azıx mağarasının ikinci 
salonunda yerləşən və 2 milyon yaşı olan stalaqnat sütununu (karst 
mağaralarında sızıntılı-damcılı xemogen çöküntünü) hamıya qədim 
erməni qadınının heykəli kimi təqdim etməyə çalışmışdır. Müəllifin 
fikrincə,  hətta  bu  heykəlin  geyimi  müasir  erməni  qadınlarının 
geyiminə bənzəyir.
24
 
Ədəbiyyatçı olan və arxeologiya, habelə geologiya haqqında ele-
mentar təsəvvürləri olmayan S.Xanzadyan isə “Avanqard” jurnalın-
da sözügedən kitab haqqında müsbət rəy dərc etməklə (5\1 1986-cı 
il), öz soydaşını dəstəkləmişdi. Tarixi saxtalaşdırmaq və diletantca-
sına təfsir etmək cəhdləri özünün abırsızlığı ilə heyrət doğururdu. 
Erməni müəllifinin erməni qadını kimi gördüyü “heykəl” həqiqətdə 
əhəngdaşının su ilə qovuşması nəticəsində yaranmış sadəcə geoloji 
törəmədir, və bu stalaqnat sütun əsla qadını xatırlatmır.
25
Yuxarıda artıq qeyd etdiyimiz kimi, Azərbaycan alimlərinin Qa-
rabağın  Quruçay  vadisində  öz  əhəmiyyətinə  görə  Azıxdan  sonra 
ikinci  böyük  kəşfi  Quruçayın  sol  sahilində, Azıx  mağarasının  ya-
xınlıqlarında yerləşən Tağlar mağarasının aşkar edilməsi oldu. Azıx 
və Tağlar mağaraları arasında məsafə 3 km-dir. 1960-cı ildə aşkar 
edilmiş sözügedən mağara öz adını ondan bir kilometr aralı yerləşən 
Tağlar  kəndindən  almışdır.  Tağlar  mağarasını  birinci  olaraq  kəşf 
edən  Məmmədəli  Hüseynov  haqlı  olaraq  bu  hadisəni  bütünlükdə 
Qafqaz  arxeologiyası  üçün  ən  mühüm  arxeoloji  səhifələrdən  biri 
hesab edir. Onun sözlərinə görə, buradakı, təbəqələrdən birincisi in-
kişaf etmiş mustye, ikincisi isə son mustye dövrünün materiallarını 
ehtiva etməkdədir. O ki qaldı axırıncı təbəqəyə, o da ehtimal ki, üst 
24   Karabağ Sorular ve Gerçekler (İstanbul, 2011), s. 16.
25   a.k.ə., Karabağ Sorular ve Gerçekler (2011), s. 39.

 21
QARABAĞ 
   
99 SUALDA
paleolitin (təqribən e.ə. 35-10-cu minilliklər) ən əvvəllərində əmələ 
gəlmişdir.
26
Qazıntılar  nəticəsində  Tağlar  mağarasının  aşağı  təbəqələrində 
onurğalılar  faunasının  qalıqları,  habelə  çoxlu  sayda  daş  əmək 
alətləri  aşkar  edilmişdir.  Onların  arasında  hazırlanması  müəyyən 
ustalıq tələb edən çoxsaylı daş məmulatları da var. İqrar Əliyevin 
qeyd etdiyi kimi, Tağlar mağarasından tapılmış materiallar bu ma-
ğara sakinlərinin əmək əşyaları istehsalının bəsit formaları ilə tanış 
olmaları  haqqında,  habelə  onlarda  təbiətin  və  ətraf  mühitin  ruhən 
qavranılmasının inkişaf etməsi haqqında təsəvvürlər verir.
27
 
Qafqaz arxeologiyası üçün müstəsna əhəmiyyət kəsb edən bu iki 
mağaradan əlavə Qarabağ ərazisində digər mağaralar da kəşf edil-
mişdir; onlar yaşca kiçik olsalar da, öyrənilmək üçün zəngin materi-
ala malikdirlər. Hələ XX əsrin 40-cı illərində Azərbaycan arxeoloqu 
İ.M. Cəfərov yerli əhalinin qədim etiqadlarının öyrənilməsində on-
ların əhəmiyyətini qeyd etmişdir, belə ki, bu mağaraların əksəriyyəti 
kult səciyyəlidir: “Qubadlı rayonunda çoxlu mağara var. Süni mağa-
ralardan fərqli olaraq, burada onları “kaha” adlandırırlar, məsələn, 
Əliquluuşağı  kəndinin  yaxınlarında  yerləşən  “Ağ  kaha”,  “Qara 
kaha” kimi. Azərbaycanda onlar yerli əhali tərəfindən etiqad yerləri 
kimi  ehtirama  layiq  görülürdülər:  ibadət  üçün  bura  gələn  ətraf 
kəndlərin sakinləri özləri ilə bərabər müxtəlif azuqə, yemək sovqat-
ları gətirirdilər.
28
 
Füzuli  rayon  mərkəzinin  girişində  yerləşən  Qarabağın  unikal 
arxeoloji  abidəsində  –  Qaraköpəktəpədə  tapıntılar  aşkar  edilənə 
kimi  Qarabağda  mezolit  (təqribən  e.ə.  X-VIII  minilliklər)  dövrü-
nün öyrənilməsində ciddi boşluqlar mövcud idi. Qarabağın qədim 
dövrünü  öyrənən  tarixçilərə  Tağlar  mağarasından  birbaşa  eneo-
lit  çağına  keçmək  lazım  gəlirdi.  Lakin  XX  əsrin  60-cı  illərində 
26  Hüseynov, M., “Tağlar mağarasında paleolit düşərgəsi haqqında”, Материальная культура 
Азербайджана (Баку, 1974), Том VII. s.11-19.
27   a.k.ə., Алиев (1989), cc. 7-8.
28  Джафаров, И.М., “Следы древней культуры человека на территории Азербайджана”, Сборник 
статей по истории Азербайджана. Выпуск I. (Баку, 1949), с. 20.

 22
QARABAĞ 
   
99 SUALDA
Qaraköpəktəpədə başlanılmış stasionar qazıntılar müəyyən dərəcədə 
bu  boşluğu  doldurmağa  imkan  verdi,  həmçinin Azərbaycan  arxe-
ologiyasını  əhəmiyyətli  şəkildə  zənginləşdirdi.  Bu  abidənin  fəal 
tədqiqatçılarından  biri,  Azərbaycan  tarixçisi  Qüdrət  İsmayılzadə 
müxtəlif  illərdə  Qaraköpəktəpə  ərazisində  tapılmş  materialları 
səciyyələndirərkən,  onların  mənsubluğunu  ulu  keçmişdən  başla-
yaraq son orta əsrlərə qədər müxtəlif dövrlərə aid edir ki, bunu da 
mezolitdən (e.ə. X-VIII minilliklər) son orta əsrlərədək (XVIII əsr) 
böyük  zaman  kəsimində  müqayisə  etmək  və  xronoloji  cəhətdən 
dəqiq dövrləşdirmək mümkündür. Bu arxeoloji qazıntıların materi-
alları bizə söyləməyə imkan verir ki, burada qədim insanın coşqun 
həyatı mezolit dövründən etibarən çağlayırdı. Sonrakı dönəmlərdə 
Qaraköpəktəpə  nəinki  Qarabağ  və  Azərbaycan,  bütünlükdə  Qaf-
qaz ərazisində canlı yaşayış məskənlərindən biri idi. Antik çağlar-
da  Qaraköpəktəpə  Qafqaz Albaniyasının  mədəni  və  sosial-iqtisadi 
həyatı ilə bilavasitə bağlı idi. Nəfis saxsı məmulatları, xüsusən də 
boyalı keramika əşyaları qədim Qarabağ sənətkarlarının yüksək us-
talığının nəticəsidir və bu bölgədə sənətkarlığın və ilkin incəsənət 
formalarının yetərincə yüksək inkişaf səviyyəsindən xəbər verir. Q. 
İsmayılzadə qeyd edir ki, Qaraköpəktəpə mədəniy yəti Vətən arxe-
ologiyası üçün həm də ona görə unikaldır ki, oradakı küp qəbirlər 
dövrünə aid yaşayış məskəninin qalıqlarının kəşf edilməsi Azərbay-
canda bu qəbildən ilk kəşfdir.
29
 
Tünc  əsri  və  dəmir  dövrü  Qarabağ  bölgəsiniin  arxeologiyası 
üçün müstəsna əhəmiyyətə malikdir. Yuxarıda haqqında bəhs etdi-
yimiz  Qaraköpəktəpədən  başqa  çoxsaylı  qəbirlər,  habelə  bölgənin 
müxtəlif  yerlərində  aşkar  edilmiş  müxtəlif  növ  tapıntılar  bu  fak-
tı  təkzibolunmaz  surətdə  təsdiqləyir.  XX  əsrin  30-cu  illərindən 
etibarən  Qarabağa  göndərilmiş  heç  bir  ekspedisiya  adı  çəkilən 
dövrə  dair  çoxlu  sayda  əşya  əldə  etmədən  geri  dönmürdü  ki,  bu 
da ümumilikdə Azərbaycanıın arxeoloji kolleksiyasını əhəmiyyətli 
29   Исмаилзаде, Г., “Гаракепектепе – сокровищница истории”, Наследие (Баку-Москва, 2006), 
№6(24), второе издание (2007), с. 46-47.

 23
QARABAĞ 
   
99 SUALDA
dərəcədə zənginləşdirmişdi. Mütəxəssislərin fikrincə, qeydə alınmış 
materialların öyrənilməsi nəsli icmanın dağılması dövründə Qaraba-
ğı sənətkarlığın, incəsənətin və ticarətin inkişaf edən və çiçəklənən 
mərkəzlərindən  biri  kimi  nəzərdən  keçirməyə  imkan  verir.  1938-
ci  ildə  dağ  ətə yində  yerləşən  Kərkicahan  kəndi  yaxınlığında Y.  İ. 
Qummel tərəfindən aşkar edilmiş və həmin kəndin adı ilə adlandı-
rılmış  xəzinə  bu  qəbildən  keçmiş  SSRİ-nin  arxeoloji  elmində  səs 
salmış ilk tapıntı oldu.
30
 Y.İ.Qummelin verdiyi təhlildən aydın olur 
ki, bu tapıntılar Azərbaycan arxeologiyasında ciddi tarixi və maddi  
əhəmiyyətə malik olmuşdur.
Qarabağın  dəmir  dövrü  arxeologiyası    üçün  daha  bir  mühüm 
hadisə 1948-ci ildə Dolonlar kəndi yaxınlığında qədim qəbiristanın 
kəşf edilməsi oldu. Arxeoloq N.V. Minkeviç Dolonlarda aşkar edil-
miş  əşyaları  Qarabağın  qədim  sakinlərinin  yüksək  texnika  və  us-
talığının  təzahürü  kimi  səciyyələndirir:  “Sənətlərin  ayrılmasını 
göstərən məmulatların müxtəlif biçimli formalarını və yüksək tex-
nikasını  Dağlıq  Qarabağın  Dolonlar  kəndi  yaxınlığındakı  qədim 
qəbiristanlıqdan  əldə  edilmiş  tapıntılarda  da  izləmək  mümkündür. 
Orada  aşkar  edilmiş  çoxsaylı  əşyalar  içərisində  tunc  məmulatlar 
bəzəklərə aiddir, silahlar isə dəmirdən qayırılmışdır. Yaxşı saxlanıl-
mış dəmir bıçaqlar, nizə ucluqları, oymaqlı oxlar və dəmir xəncər 
və ya qılınc qalıqları aşkar edilmişdir.... Dolonlarda əldə edilmiş bü-
tün göstərilən tapıntılar artıq elə bir dövrdən xəbər verir ki, tuncdan 
yalnız  bəzək  əşyalarının  hazırlanmasında  istifadə  olunur,  silah  və 
alətlər isə artıq dəmirdən düzəldilirdi”.
31
 
Nəticə olaraq onu demək olar ki, Azıx və Tağlar kimi qədim insan 
düşərgələri bütün dünya elmi ictimaiyyətində Azərbaycan tarixinə 
bütünlükdə  baxışı  və  Azərbaycanda  və  Qafqazda  ibtidai  insanın 
meydana  gəlmə  tarixi  haqqında  rəyləri  tamamilə  dəyişdirmişdir. 
Həmçinin  Qarabağın  Qaraköpəktəpə,  Qarqarçay  hövzəsi,  eləcə  də 
30   Гуммель, Я.И., “Раскопки в Нагорно-Карабахской Автономной Области в 1938 году”, 
Известия АзФАН СССР, №4 (1939), сc. 77-80.
31  Минкевич, Н.В., “Разложения родового общества в древнем Азербайджане”, Сборник статей 
по истории Азербайджана. Выпуск I (Баку, 1949), сc. 53-54.

 24
QARABAĞ 
   
99 SUALDA
Xocalı-Gədəbəy  arxeoloji  mədəniyyətlərinin  sistemli  öyrənilməsi 
həyata  keçirilmişdir.  Bütün  bu  tədqiqatlardan  sonra  Qarabağ 
ərazisində aşkar olunmuş arxeoloji tapıntılar orta Paleolit dövründən 
başlayaraq  ibtidai  cəmiyyətin  təşəkkülünün  və  inkişafının  bütün 
mərhələlərini fasiləsiz olaraq izləməyə imkan verir.
3. Qarabağın tarixi-coğrafi ərazisi harada yerləşir?
Bu gün Qarabağ torpağının yerləşdiyi Kür və Araz çayları arasında 
qalan ərazilər qədim Azərbaycanın bir parçası olaraq müxtəlif tayfaların 
müstəqil və sərbəst şəkildə yaşadığı bir bölgə olmuşdur. E. ə. IV əsrin 
sonlarında bu ərazidəki vilayətlər arasında iqtisadi və mədəni əlaqələrin 
inkişafı  Azərbaycan  Albaniya  dövlətinin  yaranmasına  gətirib  çıxar-
dı.  Azərbaycan  Albaniya  dövləti  kimi  tanınan  bu  dövlətə  705-ci  ildə 
Ərəb  xilafəti  son  qoydu.  Ölkənin  şimalında  meydana  gələn  Albaniya 
dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafı ilə birlikdə) 
daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda – Araz çayına 
qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırlı və Qanıx çaylarının yu-
xarılarından başlayaraq şərqə doğru – Xəzər dənizinədək uzanıb gedən 
Azərbaycan torpaqlarını əhatə edirdi.  Azərbaycan Albaniya dövlətinin 
ərazisi  inzibati  cəhətdən  əyalətlərə,  onlarda  öz  növbəsində  vilayətlərə 
bölünürdü. Albaniyada bu dövrlərdə əsasən 10 əyalət olmuşdur. Onla-
rın 6-sı Kür çayının  sol sahilində, 4-ü isə Kür çayının sağ sahilində ta-
rixi Qarabağın coğrafi ərazisində yerləşmişdir. Bu qüdrətli Azərbaycan 
dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra)  
şəhəri olmuşdur.
32
 
VIII  əsrin  əvvəllərindən  etibarən  Azərbaycan  ərazisi  inzibati 
cəhətdən Ərəb Xilafətinin əl-Cəzirə əmirliyinə qatıldı. Ərəblər bundan 
sonra  qədim  Albaniya  ölkəsini  Arran  adlandırmağa  başladılar.  Erkən 
orta  əsrlər  dövründə,  Azərbaycanın  Araz  çayından  şimaldakı  əraziləri 
Arran  vilayətinə  daxil  idi.  Arranın  ümumi  sərhədləri  şimali-şərqdə 
32   a.k.ə. Mahmudov Y.M., və Şükürov K.K. (2009), s. 14.  Həmçinin bax; Azərbaycan tarixi (yeddi 
cilddə), C. II (Bakı, Elm, 2007), ss.14-22. Həmçinin bax; a.k.ə. Məmmədov, Tofiq, ss. 44-51.

 25
QARABAĞ 
   
99 SUALDA
Dərbənd və Xəzər dənizindən tutmuş qərbdə Tiflisə və cənubi-qərbdə 
Araz  çayına  qədər  əraziləri  əhatə  edirdi.  Son  orta  əsrlər  dövründə  isə 
Arran vilayəti Kür və Araz çayları arasındakı torpaqları əhatə etmişdir.
33
 
Ərəb xilafəti dövründə Qarabağ Albaniya zamanında olduğu kimi nəinki 
Azərbaycanın həm də bütün bölgənin siyasi mərkəzi olaraq qalmaqda idi. 
Belə ki, Qarabağın inzibati mərkəzi olan Bərdə şəhəri ərəb canişinlərinin 
iqamətgahı olmaqla yanaşı, həm də çiçəklənən ticarət mərkəzi rolunu oy-
nayırdı.
34
 İnkişaf səviyyəsinə görə ərəb müəllifləri Bərdəni bölgənin “Bağ-
dadı” adlandırmaqdan belə çəkinməmişlər. Həmin dövrdə Bərdədən çıxan 
bir sıra görkəmli alimlər Azərbaycanın şöhrətini bütün xilafətə yaymışdılar 
ki, onlardan da  Sədallah əl-Bərdəini, Səid ibn Əmr əl-Əzdi əl-Bərdəini, Əbu 
Bəkr əl-Bərdəini və digərlərini qeyd etmək olar
35

 
Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni əlaqədə olan dağ-
lıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi və onun mər-
kə zi hesab olunurdu.
36
 Mirzə Camal Cavanşir “Qarabağ tarixi” əsərində 
Qa rabağın sərhədləri barədə yazır: 
Qə dim  tarix  kitab larının  yazdığına  görə,  Qa rabağ  vila yə tinin 
sərhədləri belədir. Cənub tə rəfdən Xudafərin kör pü sündən Sınıq 
kör püyə qədər –Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəm şəddil və 
Dəmirçi Həsənli camaatı ara sındadır və Rusiya dövləti məmurları 
onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü ad lan dırırlar. Şərq 
tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq ge-
dib Xə zər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpol-
la sərhədi Kür çayına qədər – Go ran çayıdır və Kür çayı çox yerdən 
keçib Araz çayına çatır. Qərb tərəfdən Küş bək, Salvartı, Ərikli adla-
nan uca Qarabağ dağlarıdır.
37
33   a.k.ə. Azərbaycan tarixi (2007), ss. 181-185. Həmçinin bax; Bünyadov, Ziya, Azərbaycan VII-IX 
əsrlərdə (Bakı, Pedaqogika, 2004), ss. 92-95.
34   Минорский, В.Ф., История Ширвана и Дербенда X-XI веков (Москва, 1963), с. 38.
35  Каджар, Ч., Старая Шуша (Баку, 2007), с. 34.
36   a.k.ə. əl-Əhəri, Əbu Bəkr əl-Qütbü, s. 57. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli, (2010), s. 65.
37   Qarabağnamələr, C. I (Bakı, 1989), ss. 107-108. Həmçinin bax; a.k.ə. Piriyev V.Z., (2003) s. 100. 
Həmçinin bax; a.k.ə. Mahmudov Y.M., Şükürov K.K. . (2009), s. 11. Həmçinin bax; a.k.ə. T.H., Nəcəfli, 
(2010), ss. 65-66. 

 26
QARABAĞ 
   
99 SUALDA
Səfəvlər dövründə Qarabağ bölgəsi məkəzi Gəncə şəhəri olan Qarabağ 
bəylərbəyiliyi kimi Səfəvi dövlətinin (1501-1736) tərkibinə daxil olmuş və 
on üç inzibati vilayətdən birini təşkil etmişdir. Qarabağ bəylərbəyliyi tari-
xi Arran vilayətini, daha doğrusu Kür və Araz çayları arasındaki torpaqla-
rı əhatə etmiş və hətta XVII əsrin sonlarında onun sərhədləri Tiflisə gədər 
uzanmışdır.
38
 Qarabağ bəylərbəyiliyinin bu ərazisi demək olar ki, Osmanlı 
hakimiyyəti dövründə (1588-1606 və 1724-1735-ci illər) də dəyişməmişdir. 
Belə ki, əyalətin ərazisi, əsasən Kür və Araz çayları arasındakı ərazini, yəni I 
Şah İsmayıl dövründə yaradılan və sərhədləri Tiflisə qədər uzanan Qarabağ 
bəylərbəyliyinin sahib olduğu torpaqları əhatə etmişdir.
39
1747-ci il 20 iyunda Nadir şahın sui qəsd nəticəsində öldürülməsindən 
sonra Azərbaycanda yarımmüstəqil və müstəqil xanlıqlar sistemi yaran-
mağa  başlandı.  Keçmiş  Qarabağ  bəylərbəyliyinin  ərazisində  iki  xanlıq: 
Gəncə  (1747-1804)  və  Qarabağ  xanlıqları  (1747-1822)  yaranmışdır. 
Ərazisi  indiki  Qarabağ  ərazisini  əhatə  edən  Qarabağ  xanlığının  XVIII 
əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki Xudafərin körpüsündən 
başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda 
Gəncə xanlığı ilə Qarabağ arasındakı Goran çayı, qərbdə isə Qarabağ dağ-
ları və Naxçıvan xanlığı ilə əhatə olunmuşdur.
40
 Qarabağ xanlığının sahəsi 
təqribən 18000 km
2
 olub,
41
 şimaldan cənuba 182, şərqdən qərbə qədər isə 
273 km olduğu bildirilir.
42
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin