Bİlal Dədəyev



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   ...   33

 (xris tian məliklərə) vermək lazımdır. Bununla da Asiyada sizin 
vədinizə uy ğun ola  raq və mə  nim va sitəmlə ermənlərə çat  dırılacaq xristi-
152  a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 47-48. 
153  a.k.ə. Армяно- русские отноше ния (1990), док. № 146. Həmçinin bax; a.k.ə. Иоаннисян,  А.Р. 
(1947), c. 68. Həmçinin bax; Маркова, O.P., Россия, Закавказъе и международные отношения в XVIII 
веке (М., 1966), с. 185.  
154  a.k.ə. Маркова, O.P. (1966), с. 185. Həmçinin bax; Эзов, Г.А., Сношениие Петра Великого с 
армянским народам (СПб, 1898), cc. LXXXVII-LXXXXXIX.
155  a.k.ə. Иоаннисян,  А.Р. (1947), cc. 71-72.

 55
QARABAĞ 
   
99 SUALDA
an döv lə ti yara na  caq dır”
.
156
1783-cü ilin iyun ayında rus qoşunlarını ərzaqla təminatı məsələsini 
həll  et mək  üçün  P.S. Pot yom kin  tərəfindən  Qarabağa  göndərilən 
Q.Qaraxanov al ban ka talikosu Ovanes və xris tian məliklərdən bəziləri ilə 
gizli əlaqə ya radırdı. İbrahimxəlil xandan çəkinən alban katalikosu Ova-
nes, onun qardaşları və məlik lər dən Abov, Bahtam və Adəmin oğlu, yeni 
Çilə börd  məliyi  Məclum  P.S.Potyomkinə  göndər dik ləri  məktu bu  giz-
li  olaraq  Ka xa katex  (məlik  Adəmin  iqamətgahı  yerləşən  ərazi)  adlanan 
yerdə imza la mışdı lar.
157
 
1783-cü il iyulun 24-də bağlanmış Georgiyevsk müqaviləsinə əsasən 
Kart  li-Ka xeti  çarlığının Rusiya dövlətinin təbəəliyini qəbul etməsi Azər-
baycan xanlıqlarının siyasi və ziy  yətini daha da ağır laş dırdı. Rusi ya hi ma-
yə sinə arxa lanan II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki 
seperatçılıq hərəkətlərinə yardımını güc lən dirdi. Gürcü s tandakı rus qo-
şunlarının komandanı S.Burnaşevin və II İraklinin birləşmiş qüvvələri Qa-
rabağ xanlığı üzərinə yürüş etmək üçün sürətlə hazırlıq işləri görürdülər. 
Bu münasibətlə erməni İ.Arqutinski knyaz Pot yom kinə yazırdı ki, əgər rus 
ordusu Gəncəyə qədər irəliləyə bilsə erməni məlikləri onlara qoşulacaq və 
onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta bilə cək lər.
158
Belə  tədbirlər  erməni  ideoloqlarının  daha  da  fəal laş ma sı na,  bir  növ 
açıq  fə aliy yətinə  yol  açmışdı.  Belə  ki,  1783-cü  ilin  iyul-av qust  ayında 
erməni keşişi İ.Ar qu tin ski alban katalikosu İo hana, Xəmsə məlik lə rin dən 
Məc lum  bəyə,  Abov  və  Bah  ta ma  ünvanlanmış  məktubunda  bil  dirilirdi 
ki,  çoxsaylı  rus  qo şun ları  Qa ra bağ  xan  lığına  gəldiyi  təqdirdə  verdikləri 
vədlərinə sadiq qalaraq bu qo  şuna hər cür yardım göstərsinlər.
159
1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qara-
bağ məlikləri Tiflisdəki rus ordusunun başçısı polkovnik Burnaşevin və II 
İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli 
Gəncə və İrəvan ərazisini ələ keçirməklə yanaşı bütövlükdə Azərbaycan 
156  a.k.ə.  Армяно- русские отноше ния (1990),  док. № 148, с. 241. Həmçinin bax;  a.k.ə.  Иоаннисян,  
А.Р. (1947), c. 74. Həmçinin bax; Бутков, Г.P., Матереалы для новой истортт Кавказа 1722 по 1802 
г., тom II  (СПб., 1869), с. 142. 
157  a.k.ə. Иоаннисян, А.Р. (1947), cc. 84-85.  
158  a.k.ə. Иоаннисян, А.Р. (1947), c. 165.
159  a.k.ə. Армяно- русские отноше ния (1990),  док. № 159, сc. 254-255. 

 56
QARABAĞ 
   
99 SUALDA
torpaqlarını Rusiya ilə öz arasında bölüşdürməyi planlaşdırırdı. O, Rusi-
ya hakim dairələrinə göndərmiş olduğu mək tub larının birində yazırdı: “... 
belə hesab edirəm ki, Azərbaycana sahib olmaq Rusiya üçün əlverişlidir. 
Sonra isə həmin torpaqların bir hissəsini mənə güzəştə gedərsiniz”.
160
Lakin  Rusiya-Osmanlı  müharibəsi  (1787-1791)  başlandığı  üçün 
rus  qoşunları  Qafqaz  xətt inə  çağrılmış  və  Azərbaycan  əra zi sin dən  geri 
dönməyə  məcbur  olmuşdular.  1787-ci  ilin  sent ya b rında  birləşmiş 
qüvvələrin geriyə döndüyünü görən xristian mə lik ləri də onların ardınca 
get məli olmuşdular.
161
 
Beləliklə,  XVIII  əsrin  II  yarısında  Rusiya  imperiyasının  erməni 
missionerlərinin və Qarabağın xristian məliklərinin köməyi ilə Azərbaycan 
xanlıqlarını, o cümlədən Qarabağ xanlığını ələ keçirərək bu ərazidə “alban 
çarlığı” və ya “er məni dövləti” yarat maq siyasəti baş tutmamışdır.
15. Kürəkçay müqaviləsi nə zaman və hansı  
şərtlərlə bağlandı?
1804-cü  ilin  yanvar  ayında  uzun  sürən  mühasirədən  sonra  Gəncə 
xanlığı Rusiya tərəfindən işğal edildi. Gəncə xanı Cavad xan və kiçik oğlu 
Gəncə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid oldular. Şəhərin alın-
masından sonra general Qulyakov Car-Balakəndən Gəncəyə göndərildi. 
Həmin ilin mart ayında rus çarı I Aleksandrın həyat yoldaşının şərəfinə 
Gəncənin  adı dəyişdirilərək Yelizavetpol adlandırıldı.
162
 
Rusların  Azərbaycana  yürüşü  Osmanlı  və  Qacarlar  İranı  ilə 
münasibətləri  daha  da  kəskinləşdirdi.  Osmanlı  dövləti,  1798-ci  ildə 
Rusiya  ilə  bağladığı  “İttifaq  sazişinə”  görə  susqunluğunu  sürdürmək 
məcburiyyətində  qaldı.
163
  Rusiya  ilə  qarşı-qarşıya  qalan  İran,  bəzi 
Azərbaycan xanlarına güvənsə də, yenə müttəfiq arayışında idi. Bu zaman 
160  a.k.ə. Маркова, O.P. (1966), с. 175.
161  a.k.ə. Бутков, Г.P. (1869), с. 188.
162  a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 193. Həmçinin bax; a.k.ə. Əsədov, Firudin və Kərimova
Sevil (1993), s. 56. Həmçinin bax; Bala, Mirze, “Gence”, İslam Ansiklopedisi, C. IV (İstanbul, 1988), ss. 
764-765. 
163  Uçarol, Rifat, Siyasi Tarih (1789-1994) (İstanbul, Filiz yayınevi, 1995), ss. 84-85.

 57
QARABAĞ 
   
99 SUALDA
Avropa dövlətləri, xüsusilə İngiltərə, Orta Şərqdə mənafeyinə zidd oldu-
ğu  üçün  Rusiyanın  cənuba  doğru  irəliləməsindən  narahat  idi.  Belə  bir 
vəziyyətdə Avropanın dəstəyini alan İran, 1804-cü ilin iyun ayında  Rusi-
yaya müharibə elan etdi.
164
 
Bu  dövrdə  əksər  Azərbaycan  xanlıqları  kimi  Qarabağ  xanlığı  da 
tarixin  ciddi  sınağı  ilə  üz-üzə  qalmışdı.  Müstəqil  davranmağı  çox 
istəyən İbrahimxəlil xan Qacarlar İranı və Rusiya arasında seçim etmək 
məcburiyyətində idi. Xanlığa bu illərdə vəzirlik etmiş Mirzə Camal Ca-
vanşirin  yazdığına  görə,  5  min  nəfərlik  İran  ordusu  Tuğ  kəndi  yaxınla-
rında  ruslara  məğlub  olduqdan  sonra,  Fətəli  şah  xana  elçi  göndərərək 
Rusiyaya  qarşı  ittifaq  yaratmağı  təklif  etdi.
165
  Bu  dövrdə  rus  elçiləri  də 
Şuşaya  tez-tez  gəlib  gedirdilər.  İbrahimxəlil  xan  bütün  siyasi  vəziyyəti 
götür-qoy  etdikdən  sonra,  rus  işğalının  qaçınılmaz  olduğuna  qərar  ver-
di. Əslində o, Gəncə qətliyamının Qarabağda təkrarlanacağından ehtiyat 
edirdi. Bundan başqa rus ordusunda xidmət edən zabitlərdən bir çoxunun 
erməni əsilli olması səbəbi ilə, Qarabağ xəmsə məliklərinin ona xəyanət 
edəcəyindən də çəkinirdi.
166
 Rusların Qarabağa hücum etməyə hazırlaş-
dığı bir zamanda İbrahimxəlil xan son qərarını verərək rus generalı Sisi-
anovla görüşmək istədiğini bildirdi. Bu görüş nəticəsində 1805-ci il ma-
yın 14-də Kürəkçayda Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında 11 
maddəlik qarşılıqlı əhdnamə bağlandı.
167
 Beləliklə, bu müqavilə ilə Qara-
bağ xanlığı müstəqilliyini itirərək Rusiyanın himayəsi altına girmiş oldu. 
Müqavilənin şərtlərinə görə mayor Lisianoviçin başçılığı altında  500 rus 
əsgəri Şuşaya yerləşdirildi və demək olar ki, ona hər şeyə müdaxilə etmək 
hüququ verildi. Eyni zamanda Rusiya dövlətinə xidmət edəcəklərinə görə 
rus  çarı  tərəfindən  İbrahimxəlil  xana  general  leytenant,  xanın  oğulları 
Məhəmmədhəsən Ağaya və Mehdiqulu bəyə isə, general mayor rütbələri 
verildi.
168
164  a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 20-21. Həmçinin bax; a.k.ə. Umudlu, Vidadi (2004), s. 49.
165  a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), ss. 133-134.                                                   
166  a.k.ə. Əsədov, Firudin və Kərimova, Sevil (1993), s. 45. 
167  a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), s. 
71. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 135.
168  a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 194. Həmçinin bax; a.k.ə. Qaradaği, Həsənəli (1991), s. 
135.

 58
QARABAĞ 
   
99 SUALDA
16. Gülüstan müqaviləsi nə zaman və 
hansı şərtlərlə imzalandı?
XVIII əsrin sonunda Qacarlar səltənətində taxt-tac uğrunda mübarizəsi 
gedərkən, Rusiya Qafqazda özünün işğal siyasətini daha da gücləndirdi. 
1799-cu ilin noyabrında inzibati işlər ilə maraqlanması üçün Kovalens-
kini, daha sonra isə ordu ilə birlikdə erməni əsilli general Lazarevi Gür-
cüstana göndərdi. 1801-ci il sentyabrın 12-də çar I Aleksandrın fərmanı 
ilə  Şərqi  Gürcüstan  Rusiyaya  birləşdirildi.  Şərqi  Gürcüstanla  birlikdə 
Azərbaycanın Qazax, Borçalı, Şəmsəddil və Pəmbək əraziləri də Rusiya-
ya birləşdirildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən 
işğalının əsası qoyuldu.
169
 
1803-cü ilin fevral ayında gürcü əsilli general Sisiyanov yeni baş ko-
mandan kimi Tiflisə gəldi. 50 min əsgərlik əlavə qüvvə ilə gələn Sisianovun 
köməkçilərindən biri də Ovannes (İvannes) adında erməni idi. Sisianov 
digər rus komandanlarından aqressiv xarakteri ilə fərqlənirdi. O, Rusiya-
nın  Qafqazda  möhkəmlənməsini  təmin  etmək  üçün  xüsusi  təlimatlarla 
göndərilmişdi.  Bu  təlimatlardan  biri  də  işğal  zamanı    ermənilərin 
gücündən maksimum səviyyədə istifadə edilməsi idi.
170
 
Şərqi Gürcüstan tutulduqdan sonra ilk hədəf Car-Balakən oldu. Çün-
ki, Car-Balakən strateji cəhətdən mühüm mövqeyə malik idi. Rus ordu-
sunun buradan Azərbaycanın içərilərinə daxil olması və Dağıstanı işğal 
etməsi üçün mühüm bəhanəsi də var idi. Gürcü çarının oğlu şahzadə Alek-
sandr ruslara qarşı mübarizəyə başlayaraq məhz yardım almaq üçün Car-
Balakənə  sığınmışdı.  1803-cü  ilin  yazında  general  Qulyakovun  ordusu 
Car-Balakənə yürüş etdi. Qanıx çayı üzərində qələbə qazanaraq Balakəni 
ələ keçirdi. 1803-cü il aprelin 12-də Tiflisdə imzalanmış “Andlı öhdəliyə” 
görə,  Car-Balakən  camaatlığı  Rusiyanın  tərkibinə  qatılır,  sədaqət  rəmzi 
kimi Tiflisə əmanət (girov) göndərir, bölgədə rus ordusu yerləşdirilir, ca-
maat Rusiya xəzinəsinə ipəklə xərac ödəyir və Car-Balakənin daxili idarəsi 
camaatda qalırdı.
169  a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), s. 6.
170  BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 192.

 59
QARABAĞ 
   
99 SUALDA
General Sisianovun növbəti işğal hədəfi 
Azərbaycanın açarı hesab edilən Gəncə qa-
lası idi. Sisianovun hədələyici məktublarına 
Gəncəli Cavad xanın sərt cavabı rus ordu-
sunun Gəncə üzərinə hücumuna yol açdı. 
Tərəflər arasında ilk toqquşma Quru qobu 
adlı  yerdə  baş  verdi.  1804-cü  il  yanvarın 
2-dən 3-nə keçən gecə Gəncə uğrunda rus 
ordusu  ilə  qeyri-bərabər  döyüşdə  Cavad 
xan və oğlu Hüseynqulu öldürüldü. Gəncə 
işğal edildi. Gəncənin adı dəyişdirilərək Yelizavetpol qoyuldu. “Gəncə” 
sözünü işlədənlər bir gümüş manat cərimə verməli oldu.
Rusların  Azərbaycan  torpaqlarını  işğal  etməsi  Osmanlı  və  Qacarlar 
İranı ilə münasibətlərə ciddi təsir etdi. Başda İngiltərə olmaqla bütün Av-
ropa dövlətləri bu hadisəyə müdaxilə etmək üçün fürsət güdürdü. Çünki 
Rusiyanın Qafqazı işğal etməsi İngiltərənin Orta Şərqdəki mənafeinə zidd 
idi. Rusların Cənubi Qafqaza irəliləməsini  istəməyən İran şahı, 1804-cü 
ilin iyununda İngiltərənin dəstəyi ilə Rusiyaya müharibə elan etdi. 
Sisiyanov  əmrindəki  rus  ordusu  Azərbaycanı  işğal  etmək  üçün  üç 
cəbhədən:  Tiflis,  Şimalı  Qafqaz  və  Xəzər  yollarından  istifadə  etməyə 
başladı. Gəncənin Rusiya tərəfindən işğalı digər Azərbaycan xanlıqlarına 
mənəvi zərbə vurdu və onları seçim qarşısında qoydu.
 Ardıcıl olaraq Qa-
rabağ (14 may 1805), Şəki (21 may 1805) və Şamaxı (27 dekabr 1805) 
xanlıqları da Rusiya hakimiyyətini qəbul etdi.
171
 
Rus  ordusu  1806-cı  ildə  Bakı  qalasına  yaxınlaşdı.  Sisianov  fevral 
ayında Bakıda Hüseynqulu xan ilə görüşdüyü zaman xanın qardaşı oğlu 
tərəfindən  öldürüldü.  Sisiyanovun  ölümündən  sonra  Azərbaycanın  bü-
tün  xanlıqlarında  ruslara  qarşı  üsyanlar  başladı.
172
  Bu  əsnada  Osmanlı 
dövləti Rusiyanın həm Qafqazda, həm də Balkanlarda törətdikləri dağı-
dıcı fəaliyyətinə görə boğazları döyüş gəmiləri ilə bağladı. Hər şey 1798-
ci ildəki Osmanlı-Rusiya arasında imzalanmış saziş əsasında baş versə də, 
171  a.k.ə. Umudlu, Vidadi (2004), ss. 39-62.
172  a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 195.
Tarixə Gülüstan sülh 
müqaviləsi kimi daxil olan 
bu sülhə görə Azərbaycan 
ərazisi iki yerə bölündü, onun 
şimalı (İrəvan və Naxçıvan 
xanlıqlarından savayı) Rusi-
yaya, cənubu isə Qacarlar 
İranının tərkibində qaldı. 

 60
QARABAĞ 
   
99 SUALDA
İngiltərə və Fransa dövlətlərinin müdaxiləsi nəticəsində 1806-cı ilin otk-
tyabrında Rusiya ilə Osmanlı dövləti arasında müharibə başladı.
173
Rusiya  bir  tərəfədən  Osmanlı  və  İranla  müharibə,  digər  tərəfdən 
Qafqazda  qaldırılan  üsyanlara  baxmayaraq,  Azərbaycanın  işğalından 
əl çəkmədi. Qaldırılan üsyanları amansızca yatırdı. 1806-cı ilin 10 iyu-
nunda  Qarabağ  xanı  İbrahimxəlil  xan  17  nəfər  ailə  üzvü  ilə  birlikdə 
Xankəndində öldürüldü. Bu Şəki xanı Səlim xanın üsyan qaldırmasına 
və rus qarnizonunu məhv etməsinə səbəb oldu. Lakin nizami rus ordu-
suna qarşı mübarizədə məğlub olaraq İrana çəkildi. Rus ordusu əsaslı 
döyüşlərdə üstünlük qazanaraq 1811-ci ilə kimi Gəncə, Şuşa, Şamaxı, 
Quba, Dərbənd, Bakı, Rəşt və Ənzəli şəhərlərini işğal edə bildi.
174
1812-ci ilin dekabrında Lənkəran xanlığının ruslar tərəfindən işğalın-
dan sonra İran məğlubiyyəti qəbul etdi. Beləliklə, 1813-cü il  oktyabrın 12-
də Rusiya ilə İran arasında Qarabağın Gülüstan kəndində sülh müqaviləsi 
imzalandı. Tarixə Gülüstan sülh müqaviləsi kimi daxil olan bu sülhə görə 
Azərbaycan ərazisi iki yerə bölündü, onun şimalı (İrəvan və Naxçıvan xan-
lıqlarından savayı) Rusiyaya, cənubu isə Qacarlar İranının tərkibində qaldı. 
1813-cü il Gülüstan sülhü Azərbaycan torpaqlarının Rusiya ilə İran arasın-
da bölüştürülməsinin birinci mərhələsini başa çatdırdı. 11 maddədən ibarət 
olan Gülüstan müqaviləsinin II və III maddələri tərəflər arasında sərhədləri 
müəyyən  edirdi.  İran  dövləti  şimali  Azərbaycanın  (İrəvan  və  Naxçıvan 
xanlığından başqa) Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran 
xanlıqlarının,  eləcə  də  Şərqi  Gürcüstan  və  cənubi  Dağıstanın  Rusiyanın 
hakimiyyəti altına keçməsini qəbul edirdi; V maddəyə görə Xəzər dənizində 
ancaq  Rusiya  hərbi  donanma  saxlaya  bilərdi;  VIII,  IX,  X  maddələr  isə 
ticarət və gömrük işlərini nizama salırdı. Maraqlıdır ki, müqavilənin rəsmi 
sənədləri rus çarı tərəfindən imzalanan zaman müqavilənin mətnində səhvə 
yol verildiyi ortaya çıxmışdır. Belə ki, müqaviləyə Rusiyaya verilən Qarabağ 
və Gəncə xanlıqlarının adı düşməmişdi. 1814-cü ilin yanvar ayında İrana 
geri göndərilən sənədlər, ancaq 1818-ci il iyulun 28-də təsdiqlənmişdir.
175
 
173  a.k.ə. Uçarol, Rıfat (1995), ss. 96-98.
174  BOA. HH.Nr.6677-A. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 50-51.
175  “Rusiya və İran arasında Gülüstan müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., 
(2009), ss. 432-443. Həmçinin bax; a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), s. 203.

 61
QARABAĞ 
   
99 SUALDA
17. Türkmənçay müqaviləsi nə zaman imzalandı? 
Bu müqavilə Qarabağın demoqrafik vəziyyətinə necə 
təsir göstərdi?
Azərbaycanın  Rusiya  və  İran  arasında  bölüşdürülməsinin  birinci 
mərhələsi  olan  Gülüstan  sülh  müqaviləsindən  sonra  1814-cü  il  noyab-
rın  25-də  Tehranda  Rusiyaya  qarşı  İngiltərə-İran  sazişi  imzalandı.  İran 
sazişə  görə,  öz  sərhədləri  tərəfdən  Hindistanın  təhlükəsizliyini  təmin 
etməyi, İngiltərə isə bunun əvəzində İrana maliyyə və hərbi yardım etməyi 
öhdəsinə götürürdü.
176
1823-cü  ildə  İngiltərənin  vasitəçiliyi  ilə  İranla  Osmanlı  dövləti  ara-
sında  əməkdaşlıq  haqqında  müqavilə  bağlandı.
177
  Şimali  Qafqazda 
çarizmə qarşı azadlıq müharibəsi getdiyi üçün Rusiya İranla müharibədən 
çəkinirdi. Buna görə də, İrana göndərilən rus diplomatı şahı müharibədən 
çəkindirmək üçün Qarabağın və Lənkəran xanlığının bir hissəsini İrana 
verməyə  hazır  olduğunu  bildirmişdi.  1825-ci  ilin  14  dekabrında  Peter-
burqda baş verən üsyanın Rusiyanın başını qatdığını düşünən İran şahı 
fürsətdən  istifadə  edib  Rusiyaya  qarşı  müharibəyə  başladı.  Şahın  bu 
qərarına İrana sığınan Azərbaycan xanlarının təsiri də az olmamışdı.
178
1826-cı il iyulun 19-da Abbas Mirzə ordusunun Qarabağa hücumu ilə 
müharibə başladı. 48 gün ərzində Şuşa qalasının mühasirədə saxlanması 
ruslara bölgəyə əlavə qüvvə gətirməyə vaxt qazandırdı. Bu dövrdə Uğurlu 
xan tərəfindən ruslar Gəncədən, Səlim xan tərəfindən Şəkidən və Mustafa 
xan tərəfindən Şamaxıdan çıxarılmışdı. Bakı və Lənkəran qalalarını almaq 
mümkün olmamışdı. 1826-cı il sentyabrın 3-də Şəmkir altında rus ordu-
sunun qələbəsi, Abbas Mirzəni Şuşa mühasirəsini dayandırmağa məcbur 
etdi. Sentyabrın 13-də Gəncə yaxınlığında həlledici döyüşdə Abbas Mirzə 
məğlub oldu. Bu döyüş müharibənin müqəddəratını həll etdi. Xudafərin 
176  “İran və İngiltərə arasında Tehran müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, Kərim, red., 
(2009), ss. 449-453.
177  “Osmanlı imperiyası və İran arasında Ərzurum müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, 
Kərim, red., (2009), ss. 481-487.
178  a.k.ə. Azərbaycan tarixi, C. VI (2007), ss. 42-46.

 62
QARABAĞ 
   
99 SUALDA
körpüsünü ələ keçirən rus ordusu Naxçıvan istiqamətində irəlilədi. 1827-
ci ilin iyununda Naxçıvan tutuldu. Cavanbulaq döyüşündəki qələbə rus 
ordusuna  Abbasabad  qalasını  ələ  keçirməyə  imkan  yaratdı.  Sərdərabad 
qalasının  tutulması  İrəvana  yol  açdı.  Oktyabrın  1-də  İrəvan  qalası  işğal 
edildi.  Beləliklə,  Azərbaycanın  cənubuna  yol  açılmış  oldu.  Oktyabrın 
13-də Təbriz tutuldu. Noyabr ayında İngiltərənin vasitəçiliyi ilə keçirilən 
Rusiya-İran  danışıqları  bir  nəticə  vermədi.  Bundan  istifadə  edən  ruslar 
1828-ci  ilin  yanvarında  Urmiya,  sonra  isə  Ərdəbili  tutdular.  Bu  Fətəli 
şahı  yeni  danışıqlara  başlamağa  vadar  etdi.
179
  1828-ci  il  fevralın  10-da 
Türkmənçay  kəndində  Abbas  Mirzə  ilə  general  Paskeviç  arasında  16 
maddəlik  sülh  müqaviləsi  imzalandı.  Müqavilənin  III  maddəsinə  görə 
Naxçıvan və İrəvan xanlıqları Rusiyaya qatıldı. Xəzər dənizində donanma 
saxlamaq hüququ yalnız Rusiyaya verildi (VIII maddə). İran 20 milyon 
gümüş  manat  təzminat  verməyə  razı  oldu  (VI  maddə).  Rus  tacirlərinə 
İranda güzəştli ticarət aparmaq hüququ verildi. Müqavilənin xüsusilə XV 
maddəsində əhalinin vəziyyəti və lazım gələrsə göçürülməsi və yeni qay-
dalarla yerləşdirilməsi məsələləri də yer alırdı.
180
 
A.S.Qriboyedov  və  general  J.F.Paskeviçin  səyi  nəticəsində 
Türkmənçay  müqavilə sinin  15-ci  maddəsinə  əsasən  çarizm  erməniləri 
İrandan  Azərbaycana  köçürüb  gətirməyə  başladı.  Şimali  Azərbaycana 
Rusiya  tərəfindən  ermənilərin  köçürülməsi  təsadüfi  deyildi.  1724-cü 
ilin noyabrında I Pyotrun verdiyi fərmana görə, Azərbaycanın işğal olun-
muş  ərazilərinə  ermənilərin  köçürülməsi  nəzərdə  tutulurdu.  Bu  planın 
gerçəkləşdirilməsi üçün XIX əsrin 20-30-cu illərində geniş imkanlar yaran-
dı. İrəvan xanlığının işğalından sonra köçürmə planının hüquqi cəhətdən 
təmin etmək üçün tədbirlər görüldü. Erməni katalikosu Nersesin hazır-
ladığı  köçürmə  layihəsini  həyata  keçirməkdə  Rusiyanın  İrandakı  səfiri 
A.S. Qriboyedov əsas rol oynadı. Qriboyedovun çara yazdığı məktubda 
köçürmə işiylə bağlı kifayət qədər məlumat verilir. Müqavilənin bağlanma-
179  a.k.ə. Umudlu, Vidadi (2004), ss. 144-157-166-170.
180  “Türkmənçay müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub, Şükürov, Kərim, red., (2009), ss. 493-503; 
Həmçinin bax; “Rusiya-İran Türkmənçay müqaviləsi. 10 fevral 1828-ci il”, a.k.ə. T.K.Heydərov və 
başqaları, red., C. I (2010), ss. 55-66.

 63
QARABAĞ 
   
99 SUALDA
sından bir ay sonra, 1828-ci ilin martında 700 
erməni  ailəsi  Qarabağa-Bərdəyə  gətirildi. 
Xüsusiylə bu iş üçün qurulan “köçürmə ko-
missiyası”  erməniləri  Araz  çayının  yuxarı 
hissələrində-Qarabağ,  İrəvan  və  Yelizavet-
pol (Gəncə) bölgələrində yerləşdirdi. Həm 
də  köçürülən  ermənilərə  xüsusi  imtiyazlar 
verilirdi. Onlar 6 il müddətinə bütün vergi 
və mükəlləfiyətlərdən azad edilir və İrandan 
alınan təzminat hesabına ayrılan vəsaitdən adam başına 25 rubl məvacib 
alırdılar.
181
 1828-1830-cu illərdə Azərbaycana İrandan 40 min, Osmanlı 
dövlətindən isə 85 minədək erməni köçürülmüşdü. Köçürülən ermənilər 
üçün 200 min desyatin xəzinə torpağı və yerli müsəlman mülkədarlardan 
2 milyon manatlıq xüsusi ərazidən yerlər satın alınaraq ayrılmışdı. 1911-ci 
ildə tədqiqatçı N.Şavrov yazırdı ki, Cənubi Qafqazda yaşayan 1 mln. 300 
min nəfər erməninin bir milyondan çoxunu buraya Rusiya köçürmüşdü.
182
Türkmənçay  sülh  müqaviləsi  Rusiya-İran  müharibəsinə  son  qoydu. 
Bununla da Azərbaycanın rəsmən iki yerə bölünmə prosesi başa çatdı. Ru-
siya həyata keçirtdiyi köçürmə siyasəti nəticəsində işğal etdiyi Azərbaycan 
torpaqlarında  özünə  dayaq  yaratmaq  üçün  qonşu  ölkələrdən  topladığı 
başqa millətləri  buraya yerləşdirdi. Köçürmə prosesi nəticəsində Şima-
li  Azərbaycanda    əhalinin  etnik  tərkibi  kəskin  dəyişikliyə  məruz  qaldı. 
A.Qriboyedov  yazırdı  ki,  ermənilər  bir  müddət  sonra  məskunlaşdıqları 
Azərbaycan  torpaqlarının  onlara  məxsus  olduğunu  iddia  edəcəklər.
183
 
Ermənilərin torpaq iddiaları şübhəsiz ki, yerli əhali arasında ziddiyətlər 
yaradırdı.  Bütün  bunlara  baxmayaraq  Rusiya  1828-ci  ildən  sonra  Nax-
çıvan  və  İrəvan  xanlıqları  ərazisində  “Erməni  vilayəti”  yaradmaq  üçün 
ermənilərlə birlikdə məqsədyönlü fəaliyyətə başlamış oldu.
181  Грибоедов, А.С., Горе от ума. Писма и записки (Баку, 1989), с. 338. Həmçinin bax; a.k.ə. Qlinka, 
S. N. (1995), cc. 42-46-92.
182  Шавров, Н.Н., Новая угроза Русскому делу Закавказе: Престояшая  распродажа Мугани 
инородцам (Баку, 1990), cс. 59-64.
183  a.k.ə. Грибоедов, А.С. (1989), c. 338.
Rusiya həyata keçirtdiyi 
köçürmə siyasəti nəticəsində 
işğal etdiyi Azərbaycan 
torpaqlarında özünə dayaq 
yaratmaq üçün qonşu 
ölkələrdən topladığı başqa 
millətləri  buraya yerləşdirdi.

 64
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin