Bİlal Dədəyev


-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

22. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti 
ilə Ermənistan Respublikası arasında müharibəyə 
səbəb nə idi?
Hələ 28 may 1918-ci ildə AXC qurulmazdan əvvəl azərbaycanlı, gürcü 
və ermənilərin konfederasiya olaraq qurduqları Zaqafqaziya Komissarlığı 
210  a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 31-38.
211  Osmanlı Belgelerinde Karabağ, (İstanbul, T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü, 
2009), ss. 240-241. Həmçinin bax; “Karabağ”, Meydan-Larousse, Büyük lugat ve Ansiklopedi, C. VI 
(İstanbul, 1971), s. 917. Həmçinin bax; Süleymanov, Mehman, Qafqaz İslam Ordusu və Azərbaycan 
(Bakı, 1999), ss. 72-83-139. Həmçinin bax; Ağayev, Yusif və Əhmədov, Səbuhi, İstiqlal Yürüşü-1918 
(Bakı, Altun Kitab, 2009), ss. 109-167. Həmçinin bax; a.k.ə. Abışov, Vaqif (2007), ss. 126-130. Həmçinin 
bax; a.k.ə., Süleymanov, Mehman,  (2014), ss. 216-223.
212  a.k.ə., Süleymanov, Mehman,  (2014), ss. 224-225.

 77
QARABAĞ 
   
99 SUALDA
hökümətinin daxilində bəzi siyasi-ictimai məsələrdən ötrü bu xalqlar ara-
sında kəskin qarşıdurmalar və anlaşılmazlıqlar mövcüd idi. Baş verən siya-
si hadisələrdən sonra may ayında Cənubi Qafqazda üç müstəqil respub-
lika fəaliyyətə başladı.
213
 Yeni qurulmuş Azərbaycan höküməti gələcəkdə 
vahid Qafqaz Konfederasiyasına daxil olmaq istəyi və Qarabağ məsələsinə 
görə 1918-ci il mayın 29-da İrəvan şəhərini Ermənistan Respublikasının 
paytaxtı kimi tanıdı. Hətta, 1918-ci ilin iyun ayında regiondakı mübahisəli 
sərhəd məsələlərini sülh yolu ilə həll etmək istədiyini Ermənistana təklif 
etdi.  Lakin,  bu  xeyirxah  addımlar  iki  dövlət  arasındakı  münasibətlərin 
kəskinləşib hərbi münaqişəyə çevrilməsinin qarşısını ala bilmədi.
214
 Or-
taya çıxan beynəlxalq siyasi vəziyyətdən istifadə edən ermənilər, “Böyük 
Ermənistan” ideyasını reallaşdırmaq üçün Azərbaycana qarşı ərazi iddi-
aları  irəli  sürərək,  Naxçıvan,  Qarabağ  və  Zəngəzur  rayonlarında  etnik 
təmizləmə  siyasəti  həyata  keçirməyə  başladılar.  Belə  ki,  Ermənistanın 
hiyləgər və məkirli siyasi təbliğatı və güclü hərbi yardımlarıyla Qaraba-
ğın dağlıq hissəsində kök salmış ermənilər 1918-ci ilin iyul və sentyabr 
aylarında keçirdikləri qurultayda burada öz müstəqilliklərini elan etdilər. 
Bundan sonra, 1918-ci ilin payızında Zəngəzurun bir hissəsini ələ keçirən 
quldur Andronik, paytaxtı Şuşa olacaq “Kiçik Ermənistan” dövləti qur-
ması üçün fəaliyyətə keçdi. Bu özbaşınalıqların qarşısı qismən də olsa  Os-
manlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu vasitəsilə 
Bakının azad edilməsindən sonra alınsa da, Mudros (30 oktyabr 1918-
ci il) müqaviləsinin 11-ci maddəsinə əsasən Osmanlı qoşun hissələrinin 
Azərbaycandan, eləcə də Naxçıvan, Qarabağ və Zəngəzurdan çıxarılması, 
Azərbaycanın ərazi bütövlüyünü təhlükə qarşısında qoydu.
215
 Çünki, yeni 
qurulmuş Azərbaycan dövləti torpaqlarını qorumaq üçün, hələlik nizami 
hərbi  qüvvəyə  malik  deyildi.  Buna  görə  də  istər  Azərbaycan  höküməti, 
istərsə də Naxçıvan, Qarabağ və Zəngəzur bölgələrindəki milli-vətənpərvər 
siyasi  qüvvələrin  yaranmış  şəraitə  uyğun  olaraq  müdafiə  istiqamətində 
apardıqları fəaliyyətlər təqdirə layiq olmuşdur. Bu baxımdan Naxçıvanda 
213  AXC Ensiklopediyası, C. I (2004), ss. 28-29.
214  a.k.ə. Məmmədova, Həvva (2006), ss. 23-24.
215  Süleymanaov, Mehman, “Qafqaz İslam Ordusunun diğər fəaliyyətləri və missiyasının sona çatması”, 
a.k.ə. Süleymanaov, Mehman və Rıhtım, Mehmet (2008), ss. 357-392.

 78
QARABAĞ 
   
99 SUALDA
qurulan Araz-Türk Respublikası mühüm əhəmiyyət kəsb etmişdir. 1918-
ci  ilin  noyabrında  yaranıb,  təxminən  1919-cu  ilin  martınadək  fəaliyyət 
gösərən Araz-Türk Respublikasının ərazisi Naxçıvan, Şərur-Dərələyəz və 
Ordubad  qəzalarını,  habelə  Sərdarabad,  Uluxanlı,  Vedibasar,  Qəmərli, 
Mehri və s. bölgələri əhatə etmişdir.
216
 Ermənistanın təcavüzünə uğrayan 
bu tarixi Azərbaycan torpaqlarının siyasi gələcəyinin qorunması baxımın-
dan bu respublikanın qurulması dövrün şərtlərinə görə yerində atılan  ad-
dım olmuşdur. 
Azərbaycanın qərb bölgələrində baş verən bu hadisələr davam edərkən, 
I  Dünya  müharibəsi  başa  çatdıqdan  sonra  Qafqazda  möhkəmlənmək 
istəyən ingilislər də ermənilərdən istifadə etməyə başladılar. 1919-cu ilin 
yanvarında  Naxçıvana  az  sayda  da  olsa  ingilis  hərbi  qüvvələri  gətirildi. 
İngilis  lordu  Kerzonun  “...əlahəzrət  hökümətinin  başlıca  məqsədi 
ermənilərin azad edilməsidir”
217
 sözlərindən ruhlanan Ermənistan qoşun 
hissələri Zəngəzur, Naxçıvan və Qarabağ bölgələrinə qarşı təcavüzü daha 
da genişləndirdilər. 
Erməni  silahlı  qüvvələrinin  azgınlığı  getdikcə  artınca  AXC  Nazirlər 
Şurası  15  yanvar  1919-cu  il  tarixli  iclasında  Zəngəzur,  Şuşa,  Cavanşir  və 
Cəbrayıl  qəzaları  üzrə  müvəqqəti  general-qubernatorluğun  yaradılması-
na qərar verdi, fövqəladə hallar səlahiyyəti ilə Xosrov bəy Sultanov Qara-
bağın general-qubernatoru vəzifəsinə təyin edildi və aprelin 3-də ingilislər 
tərəfindən də tanındı. Təqribən 6 aylıq müddətdə sürən siyasi, maliyyə və 
hərbi hazırlıq işlərindən sonra 1919-cu il iyulun 19-25-də aparılan uğur-
lu  döyüşlər  nəticəsində  erməni-daşnak  “ağalığına”  son  qoyuldu  və  siyasi 
həyat normallaşınca erməni icmaları yığıncaqlar keçirərək rəsmi bir şəkildə 
Azərbaycan hökümətini tanıdılar. Xüsusilə, 1919-cu il avqustun 19-da Qa-
rabağ  erməniləri  toplandıqları  VII  qurultaylarında  Azərbaycan  höküməti 
ilə  bağladıqları  26  maddədən  ibarət  razılaşma  şərtlərini  qəbul  etdilər. 
Erməni-Azərbaycan  münasibətlərinin  belə  axarında  getməsinə  baxma-
yaraq, 1919-cu ilin ikinci yarısında ingilislərin Şimali Qafqazda zəifləmiş 
216  Ağayev, Mehman, Kurtuluş Savaşı Yıllarında Türkiye-Azerbaycan İlişkileri (İstanbul, IQ Kültür 
Sanat Yayıncılık, 2008), ss. 104-114.
217  Maqsudov, F., və Əliyev, İ., red., Azərbaycan Cumhuriyyəti (1918-1920) (“Elm” nəşriyyatı, 1998), s. 190.

 79
QARABAĞ 
   
99 SUALDA
mövqeyindən  istifadə  edərək  Qafqazda 
möhkəmlənmək  istəyən  ABŞ  höküməti 
ermənipərəst  çıxışlarla  məsələyə  müdaxilə 
etmiş oldu. Amerikalılar Zəngəzur və Qara-
bağı Azərbaycanın tərkib hissəsi kimi qəbul 
etsələr  də,  Naxçıvan  və  Şərur-Dərələyəz 
qəzalarını  xüsusi  bitərəf  zona  elan  edərək 
oraya  ermənilərlə  birlikdə  yiyələnmək 
istəyirdilər. 
Azərbaycan 
hökümətinin 
hərtərəfli ciddi səyləri nəticəsində ABŞ-ın bu 
siyasəti  baş  tutmasa  da,  Ermənistanın  sülh 
razılaşmalarını  pozaraq  Zəngəzurda  növbəti 
döyüş  əməliyyatlarını  başlatmış  oldu.  O  dövr  üçün  Zəngəzurdan  qaçqın 
düşən azərbaycanlıların sayı 60 minə çatmışdı. Azərbaycan höküməti isə, 
Qarabağ  general-qubernatorunun  sərəncamında  olan  I  alay  diviziyasını 
1919-cu il oktyabrın sonlarında oraya göndərmək məcburiyyətində qaldı. 
Belə olduğu təqdirdə Ermənistanın Bakıdakı diplomatik nümayəndəsi T. 
Bekzadyan  məsələnin  qarşılıqlı  həlli  üçün  Ermənistan-Azərbaycan  konf-
ransının keçirilməsini təklif etdi və ABŞ-ın vasitəsiylə 1919-cu il noyabrın 
23-də  tərəflər  arasında  Tiflisdə  keçirilən  konfransda  ilkin  razılaşma  əldə 
edildi. Bu razılaşmaya görə Azərbaycan və Ermənistan davam edən qarşı-
durmanı müvəqqəti olaraq dayandırır və məsələnin sülh yoluyla həllini son-
rakı  danışıqlarda  görüşmək  öhdəliyi  qəbul  edirdilər.  Razılaşmadan  sonra 
bu beynalxalq səviyyəli səmimiyyətə inanan Azərbaycan rəhbərliyi öz qo-
şun hissələrini Zəngəzurdan geri çəksə də, Ermənistan tərəfi nizami qoşun 
hissələrini nəinki geri çəkmədi, əksinə qüvvələrini daha da möhkəmləndirdi. 
Beləcə,  1920-ci  ilin  yanvar  ayında  Ermənistanın  Azərbaycana  qarşı  yeni, 
daha faciyyəli təcavüzü başlandı.
218
 AXC Parlamentinin üzvü Cəlil Sultanov 
1920-ci il yanvarın 23-də hərbi əməliyyat yerindən Parlamentə göndərdiyi 
3-cü teleqramında bu barədə yazırdı: 
218  AXC Ensiklopediyası, C. I (2004), ss. 56-57. Həmçinin bax; a.k.ə. Azərbaycan tarixi, C. V (2008), ss. 
447-457. Həmçinin bax; a.k.ə. Ağayev, Mehman (2004), ss. 115-132. Həmçinin bax; a.k.ə. Məmmədova, 
Həvva (2006), ss. 49-51.
Ortaya çıxan beynəlxalq 
siyasi vəziyyətdən istifadə 
edən ermənilər, “Böyük 
Ermənistan” ideyasını 
reallaşdırmaq üçün 
Azərbaycana qarşı ərazi 
iddiaları irəli sürərək, 
Naxçıvan, Qarabağ və 
Zəngəzur rayonlarında etnik 
təmizləmə siyasəti həyata 
keçirməyə başladılar. 

 80
QARABAĞ 
   
99 SUALDA
Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami 
ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən 
nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə 
ümidini itirən əhali bütün Azərbaycan xalqına müraciət edir. Aldığı-
mız məlumata görə sabah Zəngəzur tərəfindən Cəbrayıl qəzasına hü-
cum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə 
Naxçıvanla  əlaqəni  tamam  kəsmək,  beləliklə  də  həm  Qarabağ  və 
həm də Naxçıvan məsəsləsini birdəfəlik həll etməkdir. Artıq kağız 
üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzur 
müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç 
üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır.
219
Qarabağ  və  ətraf  bölgələrdə  ermənilərin  təcavüzkarlığı  artınca, 
Azərbaycan  ordusunun  bütün  potensialı  o  bölgələrə  yönləndirildi.  Baş 
Qərargah  rəisi  general-mayor  H.Səlimovun  rəhbərliyi  altında  başqa  bir 
xüsusi  qərargah  da  yaradıldı  və  martın  26-
da Ağdamda yerləşdirildi. Bunlardan başqa 
Ağdaş və Zaqatala alaylarından da bəzi hərbi 
qüvvələr Qarabağa gətirildi. Nəticədə, uğur-
lu yürüşə başlayan Azərbaycan Ordusu aprel 
ayının 5-də Şuşaya daxil ola bildi. Aprel ayı-
nın  12-dək  demək  olar  ki,  Şuşa  ətrafındakı 
erməni hərbi qüvvələrinin ən möhkəm baza-
ları məhv edilmişdi. Sadəcə, xırda erməni si-
lahlı dəstələri sakitləşmək bilmirdi. Bolşevik 
qoşunları  Azərbaycanın  şimal  sərhədlərinə 
yaxınlaşdıqca,  bu  xırda  erməni  silahlı 
dəstələrinin fəallığı daha da artırdı.
220
 
Ümumiyyətlə isə, 1920-ci il aprel ayının 
sonunadək Azərbaycan Ordusu Qarabağ bölgəsində 1919-cu il noyabrın 
23-nə olan ölkə ərazisinin bütovlüyünü bərpa edərək, öz vəzifəsini şərəflə 
219  a.k.ə. İsgəndərov, Anar (2008), ss. 88-89.
220  a.k.ə. Məmmədova, Həvva (2006), ss. 58-63.
Azərbaycan silahlı 
qüvvələrinin Qarabağdakı 
əməliyyatlarda iştirak 
etməsindən istifadə edən 
Rusiyanın XI Qızıl Ordusu-
nun ölkəni istila etməsi və 
kommunistlərin hakimiyyəti 
ələ keçirməsi ölkənin ərazi 
bütövlüyünün tam təmin 
edilməsini başa çatdırmağa 
imkan vermədi. 

 81
QARABAĞ 
   
99 SUALDA
yerinə yetirə bilmişdi. Lakin, Azərbaycan silahlı qüvvələrinin Qarabağda-
kı əməliyyatlarda iştirak etməsindən istifadə edən Rusiyanın XI Qızıl Or-
dusunun ölkəni istila etməsi və kommunistlərin hakimiyyəti ələ keçirməsi 
ölkənin  ərazi  bütövlüyünün  tam  təmin  edilməsini  başa  çatdırmağa  im-
kan  vermədi.  Aprelin  28-də  Azərbaycan  höküməti  bütün  idarəetməni 
hakimiyyətə gəlmiş Sovet orqanlarına təhvil verməyə məcbur oldu.
221
      
23. 1918-ci ildə tarixi Azərbaycan şəhəri olan 
İrəvanın Ermənistana paytaxt şəhəri kimi güzəştə 
gedilməsinin səbəbi nə idi?
Əvvəla İrəvan, yəni indiki Yerəvan tarixi keçmişiylə bir erməni şəhəri 
yox, tam tərsi olaraq XX əsrin 20-ci illərinə qədər bir Türk-Azərbaycan 
şəhəri  olmuşdur.  İrəvanın  yerləşdiyi  bölgə  isə,  coğrafi  ərazi  baxımdan 
hündür dağlarla əhatələnmiş çökəkdə yerləşdiyindən orta əsrlərdə yaşa-
mış türk tayfa başçısı Səədin şərəfinə “Çuxur-Səəd” bölgəsi olaraq adlan-
mışdır. Səfəvilər dövründə də ölkənin 13 vilayətindən bir kimi Çuxursəd 
olaraq tanınmışdır.
222
XVII  əsr  Osmanlı  səyyahı  Övliya  Çələbinin  qeyd  etdiyi  kimi,  Hic-
ri 915-ci ildə yəni 1509-1510-cu ildə Şah İsmayıl  öz vəzirlərindən biri 
olan Rəvanqulu xana bu bölgədən axan Zəngi çayının sahilində müdafiə 
məqsədli  bir  qala  tikdirməsini  istəyir.  Təxminən  7  ilə  tikilən  bu  qala, 
sonralar xalq arasında Rəvan qalası kimi bilinməyə başlamışdır. Sonrakı 
illərdə bu qalanın ətrafına başqa qala və tikililər artırılaraq bura şəhər-qala 
şəklinə  salınmışdır.  Burada  1583-cü  ildə  Osmanlı  dövlətinin  sərkərdəsi 
Fərhad paşa
223
 və 1605-ci ildə isə Naxçıvanlı sərdarlar tərəfindən tikilən 
əlavə  qalalar  xüsusilə  qeyd  oluna  bilər.
224
  Artıq  XVII  əsrdə  Çuxursəd 
vilayətinin mərkəzi kimi bölgənin böyük şəhəri halına gələn İrəvan şəhəri, 
221  AXC Ensiklopediyası, C. I (2004), ss. 46-48.
222  Qaradağlı, Rizvan, “Çuxursəd qala şəhəri-İrəvan”, Antik və Orta əsr Azərbaycan şəhərləri arxeoloji 
irsi tarixi memarlığı, 27-28 oktyabr 2010, Azərbaycan, Şəmkir-Gədəbəy Beynalxalq elmi konferansın 
materialları (Bakı, 2012), s. 620.
223  Rıhtım, Mehmet, Evliya Çələbi Səyahətnaməsində Azərbaycan (Bakı, 2012), ss. 86-87. 
224  a.k.ə. Qaradağlı, Rizvan (2012), ss. 620-621.

 82
QARABAĞ 
   
99 SUALDA
XVIII əsrin ortalarında qurulan İrəvan xanlığının da mərkəzi olmuşdur. 
İrəvanın orta əsrlərdəki etnik tərkibinə gəlincə isə, mənbələrin verdi-
yi məlumata görə Səfəvi, Osmanlı və Xanlıq dövründə bölgə əhalisinin 
əksəryyəti azərbaycanlılardan ibarət olmuşdur. Belə ki, Osmanlı dövlətinin 
tutduğu  1590  və  1728-ci  il  İrəvan  əyalətinin  müfəssəl  dəftərlərinin  sta-
tistik  nəticələrinə  görə,  bölgənin  ümumi  əhalisinin  XVI  əsrin  sonların-
da 67.5%-i, XVIII əsrin ikinci rübündə isə, 78%-nin azərbaycanlılardan 
ibarət  olmuşdur.
225
  Bunlardan  başqa,  1673-cü  ildə  İrəvan  əyalətindən 
keçən  fransız  səyyah  Jan  Şarden,  İrəvan  qala-şəhərində  əhalinin  sayını 
təxminən 4 min göstərərək, onların hamısının “təmizqan səfəvilər”, yəni 
azərbaycanlılar olduğunu qeyd etmişdir.
226
 Bu göstəricilər demək olar ki, 
istər toponomik, istərsə də etnik baxımdan İrəvan xanlığı dövründə də 
davam etmiş və bu bölgədə azərbaycanlıların ermənilərə nəzərən açıq say 
çoxluğunda olması o dövrün bütün mənbələrində öz əksini tapmışdır.
227
     
1828-ci  ildə  Şimali  Azərbaycan  Rusiya  tərəfindən  işğal  olunduq-
dan sonra İrəvan xanlığı süqut etdi və 1848-ci ildə yeni inzibati qayda-
lara əsasən əksəriyyəti ermənilərdən ibarət olan İrəvan əyaləti yaradıldı. 
Nəticədə, 1828-1829-cu illərdə, İran imperiyasından təxminən 6,946 ailə 
və  ya  35.560  erməni  miqrant  Şimali  Azərbaycanda  məskunlaşdırıldı.
228
 
Azərbaycanın  tarixi  ərazilərində  ermənilərin  məskunlaşdırılması  daha 
sonra  1829-ci  ildə  çar  və  Osmanlı  imperiyaları  arasında  Ədirnə  sülh 
müqaviləsi  imzalandıqdan  sonra  baş  tutmuşdur.  Nəticədə,  1829-1830 
illərdə Osmanlı imperiyasından da əlavə olaraq 14,000-dən çox erməni 
ailəsi və ya 85,000 erməni bu ərazilərdə məskunlaşdırıldı.
229
 
Köçürülən  ermənilərin  əksəriyyəti  Naxçıvan  və  İrəvan  əyalətlərində 
225  İrəvan əyalətinin icmal dəftəri (Araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri Ziya Bünyadov və 
Hüsaməddin Məmmədov (Qaramanlı) (Bakı, 1996), ss. 11-18.
226  Jan Şardən, Parisdən İsfahana səyahət (Fransızczdan tərcümə edən Vaqif Aslanov) (Bakı, 1994), s. 
21.
227  Yaqub Mahmudov və başqaları, İrəvan Xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan 
torpaqlarına köçürülməsi (Bakı, 2010), ss. 69-100. 
228  И., Шопен, Исторический памятник состояния Армянской области в эпоху ее присоединения 
к Российской империи (СПб., 1852), c. 539.
229  Niftaliyev, Ilgar, “Genocide and Deportation of Azerbaijanis of the Erivan Governorate (1918-
1920)”, Heritage, Vol. 2 (13), 2013, p. 53.  Həmçinin baxУтверждение русского владычества на 
Кавказе Под редакцией В.А. Потто. т. IV, ч. 2. (Тифлис, 1908), с. 453.

 83
QARABAĞ 
   
99 SUALDA
yerləşdirildi. Ümumilikdə, 1828-ci ildən başlayaraq XX əsrin əvvəllərinə 
kimi İrəvan əyaləti də daxil olmaqla Azərbaycan ərazilərinə bir milyona 
yaxın erməni gətirildi.
230
 Bununla belə, 1918-ci ilin rəsmi rus sənədlərinə 
görə, İrəvan əyalətində əhalinin 54%-ni hələ də azərbaycanlılar təşkil edir-
di.
231
 Belə olduğu təqdirdə, tarixən Azərbaycan şəhəri olmuş və əhalisinin 
əksəriyyəti Azərbaycanlı olan İrəvanın Ermənistana güzəştə gedilməsinin 
səbəbini bilmək üçün o dövrün siyasi vəziyyətini nəzərə almaq lazımdır. 
Belə ki, hələ I Dünya müharibəsinin tam olaraq bitmədiyi belə bir ictimai-
siyasi vəziyyətdə 1918-ci il may ayının 11-də keçirilən Batum konfransı-
nın  ilk  iclasında  Osmanlı  nümayəndə  heyətinin  rəhbəri  Xəlil  bəy  Brest 
müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini 
bildirib,  Osmanlının  hərbi  əməliyyat  meydanında  verdiyi  qurbanların 
əvəzində bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi.
232
 Bu tələblərlə ümu-
mi bir mövqeyə gələ bilməyən Zaqafqaziya heyətində fikir ayrılıqları və 
ziddiyyətlər daha da dərinləşdi. Bu da öz növbəsində heyətdə təmsil olu-
nan azərbaycanlı, gürcü və erməni nümayəndələrinin ayrı-ayrılıqda Os-
manlı və Almaniya ilə danışıqlar aparmasına gətirib çıxardı. Türk tarixçisi 
A.N.Kurat yazır:
[...] gürcü, erməni və azərbaycanlıların bir dövlət halında yaşama-
ları  imkansız  idi.  Bu  durum  qarşısında  Osmanlı  ilə  imzalanacaq 
qəti sülhün davamlı və əsaslı olmasını təmin etmək üçün “konfede-
rasiya” təşkil edən hər üç zümrənin ayrı-ayrılıqda müstəqil dövlət 
halına gəlmələri vacib idi. Bu görüş Osmanlı hökuməti tərəfindən 
irəli sürüldü və ancaq bu reallaşdığı təqdirdə qəti bir sülhün imzala-
na biləcəyi “Qafqaz nümayəndə heyəti”nə bəyan edildi.
233
230  Н.Н., Шавров, Новая угроза русскому делу в Закавказье: предстоящая распродажа Мугани 
инородцам (Баку, 1990), c. 64. 
231  AXC Ensiklopediyası, C. I (2004), s. 15. Həmçinin bax; a.k.ə. Abışov, Vaqif (2007), s. 25.
232  Документы и материалы по внешней политике Закавказья и Грузии (Тифлис, Типография 
правительства Грузинской Республики, 1919), сc. 313-314. Həmçinin bax; Qafarov, V., Türkiyə-Rusiya 
münasibətlərində Azərbaycan məsələsi (1917-1922) (Bakı, Azərnəşr, 2011), ss. 157-158.
233  A.N., Kurat, Türkiye ve Rusiya (Ankara, Kültür Bakanlığın Yayınları, 1990), s. 476. Həmçinin bax; 
a.k.ə. Qafarov, V. (2011), s. 158.

 84
QARABAĞ 
   
99 SUALDA
1918-c  il  mayın  26-da  Zaqafqaziya  Federasiyasının  dağılmasın-
dan sonra da Osmanlı dövlətinin tələblərində elə bir dəyişiklik olmadı, 
əksinə bu tələblər daha da sərtləşdi. Hələ Zaqafqaziya Seyminin dağılması 
ərəfəsində, mayın 24-də Osmanlı dövlətinin sədr-əzəmi Tələt paşa Batum 
konfransındakı türk nümayəndə heyətinin rəhbəri Xəlil bəyə göndərdiyi 
teleqramda yazırdı:
Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən tərəfdar 
deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan 
bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin 
Bolqarıstanına  çevriləcəkdir.  İran  və  Amerikada  olan  bütün  ermənilər 
orada toplanacaq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə 
gürcülərlə  və  çox  asanlıqla  əcəmlərlə  birlikdə  bizim  əleyhimizə  hərəkət 
edəcəklər.
234
Bu dövrdə “erməni məsələsi” ilə bağlı Osmanlı siyasi dairələrində 
müəyyən  fikir  ayrılıqları  var  idi.  Tələt  və  Ənvər  paşalar  “erməni 
məsələsi”ndə bölgədə erməni dövlətinin yaradılmasına qarşı çıxsa-
lar da, Xəlil bəy və Vehib paşa kimi siyasilər ən azından beynəlxalq 
aləm qarşısında ermənilərə bir mövcudiyyət və müəyyən güzəştlər 
verilməsinin vacib olduğunu bildirirdilər.
235
Qeyd etmək lazımdır ki, Tələt və Ənvər paşaların mövcud vəziyyətdə 
erməni  dövlətinin  yaradılmasına  imkan  verməmək  istəyinə  Azərbaycan 
nümayəndələri  heç  də  müsbət  yanaşmırdılar.  Onlar  öz  mövqeyini 
əsaslandıraraq  bildirirdilər  ki,  əgər  bölgədə  üç  –  gürcü,  Azərbaycan  və 
erməni  kantonları  yerinə  yalnız  iki  –  gürcü  və  Azərbaycan  dövlətləri 
yaradılarsa,  o  zaman  qonşu  ölkələrdə  yaşayan  böyük  erməni  kütləsi 
Azərbaycana axacaq. Bu da Azərbaycana faktiki olaraq daha böyük qır-
ğınlar, müsibətlər və dağıntılar gətirəcək. Buna yol verməmək üçün kiçik 
bir  ərazidə  ermənilərin  milli  dövlətinin  yaranması  və  onların  ora  cəm 
234  a.k.ə. A.N., Kurat (1990), ss. 661-662. Həmçinin bax; a.k.ə. Qafarov, V. (2011), ss. 160-161.
235  a.k.ə. Qafarov, V. (2011), s. 162.

 85
QARABAĞ 
   
99 SUALDA
edilməsi daha məqsədə uyğundur.
236
 
Xəlil  bəy  bu  məsələ  ilə  əlaqədar 
M.Ə.Rəsulzadə və M.H.Hacınski ilə bir sıra 
danışıqlar  apardı  və  nəticədə  Osmanlı  yar-
dımına  böyük  ehtiyac  duyan  Azərbaycan 
nümayəndələrinin  razılığını  ala  bildi.  La-
kin  Ənvər  paşa  çox  sərt  bir  şəkildə  bu 
təklifə qarşı çıxırdı. O da Tələt paşa ilə eyni 
mövqedən  çıxış  edərək,  Qafqazda  erməni 
dövlətinin yaranmasına imkan verməmək, ermənilərin yaşadığı əraziləri 
Azərbaycanla  Gürcüstan  arasında  bölüşdürmək  və  müsəlmanların 
məskunlaşdığı əraziləri ermənilərdən təmizləmək istəyirdi. Bu mümkün 
olmadığı təqdirdə, yaranacaq erməni dövlətinin yaşamayacaq dərəcədə ol-
duqca zəif bir şəkildə təşkil edilməsini vacib sayırdı və qətiyyətlə İrəvanın 
ermənilərə verilməsinə qarşı çıxırdı.
237
Lakin Tələt və Ənvər paşalardan fərqli olaraq, Vehib paşa da reallığı 
dəyərləndirən  Xəlil  bəylə  eyni  mövqedən  çıxış  edirdi.  O,  Ənvər  paşa-
nın  fikirlərinə  qarşılıq  olaraq  bildirirdi  ki,  “erməniləri  büsbütün  qey-
ri-mövcud edə bilmərik. Hər halda onlara bir vücud vermək zərurət və 
məcburiyyətindəyik”.
238
 
Beləliklə, 4 iyun 1918-ci il tarixində imzalanmış Batum müqaviləsinin 
şərtlərinə görə, Ermənistan Respublikası Cənubi Qafqazda 10 min km
2
 
ərazisi  olan  bir  dövlət  oldu.
239
  Batumidəki  Azərbaycan  və  Ermənistan 
nümayəndələri arasında ərazi-sərhəd məsələləri ilə bağlı danışıqlar zama-
nı  Azərbaycan  İrəvanı  siyasi  mərkəz  kimi  Ermənistana  güzəştə  getmək 
məcburiyyətində  qaldı.
240
  Daha  doğrusu,  1918-ci  il  mayın  sonunda 
Batumidə keçirilən sülh konfransında hər iki dövlətin nümayəndə heyəti 
razılığa gəldi ki, “Azərbaycan İrəvanın Ermənistanın paytaxtı elan olunma-
236  a.k.ə. Qafarov, V. (2011), s. 163.
237  a.k.ə. Qafarov, V. (2011), s. 166.
238  a.k.ə. Qafarov, V. (2011), s. 168.
239  a.k.ə. Qafarov, V. (2011), ss. 168-169.
240  Cornell, Svante E., The Nagorno-Karabakh Conflict (Report no. 46, Department of East European 
Studies,Uppsala University, 1999), p. 7.  
Batumidəki Azərbaycan və 
Ermənistan nümayəndələri 
arasında ərazi-sərhəd 
məsələləri ilə bağlı danışıqlar 
zamanı Azərbaycan 
İrəvanı siyasi mərkəz kimi 
Ermənistana güzəştə getmək 
məcburiyyətində qaldı.

 86
QARABAĞ 
   
99 SUALDA
sına etiraz etməyəcək və bu xoşməramlı jestə cavab olaraq Ermənistan da 
Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağın dağlıq hissəsinə 
qarşı iddialarından əl çəkəcək”.
241
 Nəticədə, 1918-ci il iyunun 19-da yenicə 
müstəqillik əldə etmiş Ermənistan hökuməti Tiflisdən Azərbaycanın tarixi 
şəhəri olan yeni paytaxtına köçdü. Bununla bağlı, həmin il sentyabrın 25-
də hökumət orqanı olan “Azərbaycan” qəzeti isə belə yazırdı, “Ürəyimiz 
ağrısa da indi artıq köhnə müsəlman xanlığının mərkəzi – İrəvan şəhəri 
ermənilərə güzəşt edilib. Ümidvarıq ki, nə qədər çətin olursa olsun, daş-
naqlar Qafqaz müsəlmanlarına qarşı düşmənçiliyi unudaraq onlarla yaxşı 
münasibətlər qurmağa çalışacaqlar”.
242
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin