Bİlal Dədəyev


Qarabağ xanlığında əhalinin etnik tərkibi necə idi?



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   ...   33

11. Qarabağ xanlığında əhalinin etnik tərkibi necə idi?
1727-ci ildə Osmanlı dövləti tərəfindən qeydiyyata alınmış “Gəncə-
Qarabağ əyalətinin müfəssəl dəftəri” adlı tarixi sənəddə Qarabağ əhalisinin 
etnik tərkibi haqqında ətraflı məlumat verilmişdir. Müfəssəl dəftərdə adı 
çəkilən  1.178  kənddən  yalnız  25-i    erməni  kəndi  kimi  qeydə  alınmış-
dır.  Bu  dəftərdəki  ümumi  məlumatlardan 
məlum olur ki, Səfəvi-Osmanlı müharibəsi 
zamanı  müsəlman  türk  kəndlərinin  40%-ə 
qədərinin  boşalması,  vergidən  azad  olduq-
ları üçün vergi siyahısında adı olmayan din 
adamları,  ordu  mənsubları  və  döyüşlərdə 
20% qədər əsgərin öldürülməsini nəzərə al-
saq bu dövrdə Qarabağda yaşayan ermənilər 
də  daxil  olmaqla  qeyri  müsəlmanların  sayı  
20%-i keçməmişdir.
116
 
Qarabağ  xanlığı  dövründə  də  buralar-
da  bu  əhalidən  başqa  kütləvi  bir  şəkildə 
ermənilər  yaşamamışdır.  Rusiya-İran  və  Rusiya-Osmanlı  müharibələri 
və eyni zamanda 1805-ci ildən sonra Rusiyanın hakimiyyəti altına keçən 
Qarabağda çarizmin yeritdiyi müstəmləkə siyasəti insanların bölgəni tərk 
etməsinə  səbəb  olmuşdu.  Rusların  köçürmə  siyasəti  nəticəsində  çox-
saylı erməni ailəsi  gətirilərək Qarabağda yerləşdirilmişdir. Hələ 1805-ci 
ildə 390 erməni ailəsinin Şuşaya yerləşdirilməsi məlumdur.
117
 Çarizmin 
köçürmə siyasəti nəticəsində qeyri müsəlmanların və eləcədə ermənilərin 
114  a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 19.
115  Vaqif, Molla Pənah, Əsərləri (Bakı, 1960), s. 231.
116  a.k.ə. Gəncə-Qarabağ əyalətinin müfassəl dəftəri (2000), ss. 3-22.
117  Əsədov, Firudin və Kərimova, Sevil, Çarizmi Azərbaycana getirənlər (Bakı, Gənclik, 1993), s. 70.
Rusların 1810-cü ildə 
Qarabağda apardıqları 
siyahıyalmaya görə burada 
12000 ailə və ya təqribən 
60000 insan yaşamışdır. 
Bu siyahıya görə, Qarabağ 
əhalisinin 9500 (79%) ailəsi 
azərbaycanlı,  2500 (21%) 
ailəsi isə erməni və rus əhali 
göstərilmişdir. 

 46
QARABAĞ 
   
99 SUALDA
Azərbaycan torpaqlarına yerləşdirilməsi prosesi daha da fəallaşdı. Rusla-
rın 1810-cü ildə Qarabağda apardıqları siyahıyalmaya görə burada 12000 
ailə  və  ya  təqribən  60000  insan  yaşamışdır.  Bu  siyahıya  görə,  Qarabağ 
əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı,  2500 (21%) ailəsi isə erməni 
və rus əhali göstərilmişdir. Rusların 1823-cü ildə apardıqları siyahıyaal-
ma dəftərində Qarabağın toplam 642 kəndinin 155-i ermənilərə, 487-si 
isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə ümumi olaraq 
18.563  ailənin,  14618  (78%)  ailəsi  azərbaycanlılardan,  3945  (21,2%) 
ailəsi  isə  ermenilərdən  ibarət  olduğu  halda,  Qarabağ  əhalisinin  91%-ni 
azərbaycanlılar, 8,4 % -ni isə ermənilər təşkil etmişdir. 
118
 
Göründüyü  kimi,  xanlığın  son  dövrlərində  ermənilərin  sayının  art-
masına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən onda bir hissəsini 
təşkil etmişdir. Qarabağlı olduqları iddia edilən ermənilər isə, Xəmsə de-
diyimiz bölgədə yaşamışlar. Qaynaqlarda verilən məlumata görə burada 
“xaçpərəstlər”,  yəni  xristiyanlar  yaşamışdır.
119
  Qarabağ  xanlığının  yara-
dılması və idarə edilməsi azərbaycanlılara məxsus olduğu kimi, buradakı 
əhalinin əksəriyyətini də azərbaycanlılar təşkil etmişdir. 
12. Qarabağ xanlığının paytaxtı Pənahabad-Şuşa 
qalası necə salındı?
Şuşa qalasının inşa tarixi ilə bağlı “Qarabağnamə” müəllifləri fərqli illər 
göstər mişlər. Onların qeyd etdikləri tarixlər o dövrün tarixi hadisələri ilə 
də uyğun gəlmir.
120
 Məsələn, Mirzə Adıgözəl bəy, Pənahəli xanın böyük 
bir  qala  və  içində  də  evlər  tikdirdiyini,  xanlığın  mərkəzini  1756/57-ci 
illərdə oraya köçürdüyünü və bir il sonra Məhəmməd Həsən xan Qaca-
rın  Qarabağa  hücum  etdiyini  yazır.
121
  Ancaq  nəzərə  almaq  lazımdır  ki, 
118  Кавказский календарь Российской империи 1897, Л-13-Елизаветская губерния (С-Петербург, 
1904), с. 3. Həmçinin bax; a.k.ə. Qeybullayev, Qiyasəddin (1990), s. 151. Həmçinin bax; Aydın, Mustafa, 
“Karabağ”, Türkiye Diyanet İşleri Vakfı Ansiklopedisi (TDİA), C. 24 (İstanbul, 2001), s. 368. Həmçinin 
bax;  Mahmudov, Ceyhun, “Karabağ’ın Etnik Yapısının Oluşumuna Tarihsel ve Demografik Bakış”, 
Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və bilmədiklərimiz (Qafqaz Universiteti, 2010),  s. 559. 
119  a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 12.
120  a.k.ə. Xəzani, Mir Mehdi (1991), ss. 116-117. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Yusif (1991),  s. 
18. Həmçinin bax; a.k.ə. Qarabaği, Mirzə Camal Cavanşir (1989), s. 145.
121  a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), ss. 40-41.

 47
QARABAĞ 
   
99 SUALDA
Məhəmməd  Həsən  xan  Qacarın  Qarabağa  hücumu  1757-ci  ildə  deyil, 
1751-ci ilin axırlarında olmuşdur.
122
  Qalanın tikilmə tarixi ilə bağlı doğ-
ru məlumatı Həsən İxfa Əlizadənin “Şuşa şəhərinin tarixi” adlı əsərindən 
öyrənmək  mümkündür.  Onun  qənaətinə  görə,  Şuşa  qalası  1750-1751 
illərdə inşa edilməyə başlanmışdır.
123
 Onun bu fikrinin doğru olduğunu 
digər tədqiqatçılar da qəbul etməkdədir.
124
 O ki, qaldı Qarabağ xanlığı ilə 
bağlı mənbələrin məlumatlarına, böyük ehtimalla onların qeyd etdikləri 
tarix  əhalinin  qalaya  köçməsi  ilə  bağlıdır.  Buna  görə  də  bəzi  tarixçilər 
1750-ci ildə qalanın inşaasına başlanıldığını, onun başa çatdırılması tarixi 
kimi 1756-cı ili qeyd edirlər.
125
 
İçərisində çox sayda məscid, hamam, bazar və yaşayış evləri tikilən bu 
yeni mərkəzə Pənahəli xanın şərəfinə “Pənahabad” adı verilmiş,
126
 qala-
nın Şuşa adlandırılması isə, İbrahimxəlil xanın dövründən başlanmışdır. 
Mənbələr Pənahabad qala-şəhərinin Pənahəli xan tərəfindən salındığını 
qeyd  edərkən,  sıldırım  qayalar  üstündə  yerləşən  ərazinin  daha  əvvəllər 
buraya altı kilometr uzaqlıqda yerləşən və xalq arasında Şüşəkənd adla-
nan yaşayış yerinə aid otlaq və örüş yaylaqları olduğunu bildirirlər.
127
 Ona 
görə də, qalanın tikilməsindən sonra da xalq arasında Şüşə (Şişə) kəndinin 
ərazisi deyə adlandırılan Pənahabad, əsasən İbrahimxəlil xan zamanında 
əvvəlcə Şüşə, daha sonra isə, xüsüsən ruslar dövründə rus ləhcəsinə uy-
ğunlaşdırılaraq Şuşa şəklində tələffüs edilməyə başlanmışdır.
128
 Şüşə sö-
zünün Şuşa şəklinə dönməsini Qarabağ qaynaqlarından başqa Osmanlı 
arxiv sənədlərində də açıqca görmək mümkündür. Əgər ilk əvvəl yazılan 
sənədlərdə buranın adı Şüşə
129
 şəklində qeyd edilirdisə, sonralar Şuşa
130
 
kimi qeyd edilmişdir.
Müdafiə məqsədi ilə tikilən Şuşa qala divarlarının uzunluğu təqribən 
122  a.k.ə. Bakıxanov, Abbasqulu Ağa (1951), ss. 160-161.
123  a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 316.
124  a.k.ə. Axundov, Nazim (1989),  s. 36.
125  Useynov, M., Bretanitski, и L., Salamzadə, A., İstorya Arkhitekturi Azerbaydjane (Moskva, 1963), s. 306.
126  a.k.ə. Qaradaği, Həsənəli (1991), s. 357.
127  a.k.ə. Xəzani, Mir Mehdi (1991), s. 117.
128  a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 315. Həmçinin bax; “Şuşa”, Azərbaycan Sovet Ensiklopediyası, 
C. X (Bakı, 1987), s. 578.
129  Başbakanlık Osmanlı Arşivi, Hattı Hümayun (BOA. HH.)  Nr. 6666;1760-A; 8488; 110; BOA, 
Cevdeti Hariciye, Nr. 9076. 
130  BOA, HH. Nr. 203-A.

 48
QARABAĞ 
   
99 SUALDA
8  km,  hündürlüyü  5,  eni  isə  2  metrdən  çox  idi.  Qalanın  divarları  top 
atəşlərinə  davam  gətirsin  deyə,  qalın  daşlar  və  əhənglə  hörülmüşdü. 
Əvvəllər qalanın 4 qapısı mövcud olmuşdur. Sonralar bunlardan biri bəlli 
olmayan  səbəbdən  bağlanmışdır.  Qalanın  əsas  qapısı,  yəni  arabaların 
istifadə edəbiləcəyi yeganə yol “ana qapı” kimi tanınan giriş darvazası ol-
muşdur. Digər iki qapı isə, döyüşlər zamanı və ya çətin vəziyyətlərdə gizli 
olaraq giriş-çıxış məqsədi ilə istifadə edilmişdir. Bu qapılar şimal və qərb 
istiqamətinə açıldığı üçün Rəvan və Gəncə-Çiləbörd qapıları adlandırıl-
mışdır.
131
 
Qarabağ arxitekturasında Şuşa qala-şəhərinin çox böyük önəmi var-
dır. Dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən şəhərin yu-
xarı məhəlləsi ilə aşağı məhəlləsi arasında təqribən 300 metr yüksəklik 
fərqi vardı. Şuşa arxitekturası haqqında araşdırma aparmış Həsən İxfa 
Əlizadənin təsbitlərinə görə, xanlıq dövründəki abidələrin bir çoxu za-
man  keçdikcə  aşınaraq  sıradan  çıxmışdır.  Son  dövrə  qədər  sadəcə  bir 
məscid,  divanxana  və  böyük  karvansaray  qalmışdı.  Halbuki,  əvvəllər 
Şuşanın  hər  məhəlləsinin  öz    məscidi  olmuşdur.
132
  Eyni  zamanda  Ba-
harlının 
Əhvalati-Qarabağ adlı əsərində xanlığın son dövrlərinə qədər 
Şuşada 18 hamam və 8 karvansarayın da fəaliyyət göstərdiyi qeyd olun-
muşdur.
133
Şuşa  memarlığında  istifadə  olunan  əsas  materiallar  daş  və  kərpic  ol-
muşdur. Qala divarları, məscid, hamam, bazarların inşasında daş, evlərdə 
isə  daha  çox  kərpicdən  istifadə  olunmuşdur.  Şuşa  qala  şəhərinin  inşa-
sı  qədim  Azərbaycan  arxitekturasına  uyğun  olaraq  həyata  keçirilmişdir. 
Belə ki, Pənahəli xan Şuşa şəhərini inşa etdirərkən Təbriz, Ərdəbil və digər 
Azərbaycan şəhərlərindən xüsusi ustalar dəvət etmişdir.
134
 Buna görə də, bu-
radakı abidələrdə türk-islam mədəniyyəti çərçivəsində özünə məxsus yeri 
olan Azərbaycan memarlığının ön planda tutulduğunu görmək mümkün-
dür. 
131  a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 18.
132  a.k.ə. Əlizadə, Həsən İxfa (1991), ss. 316-346.
133  Baharlı, “Əhvalati-Qarabağ”, Axundov, Nazim, red., Qarabağnamələr, C. II (Bakı, Yazıçı, 1991), ss. 
227-278.
134  a.k.ə. Əlizadə, Həsən İxfa (1991), s. 342.

 49
QARABAĞ 
   
99 SUALDA
XVIII  əsrin  sonlarında  Şuşa  şəhəri  Aşa-
ğı  və  İbrahimxəlil  xanın  dövründə  Yuxarı 
məhəllə  şəklində  salınmış  17  məhəllə  və  ya 
küçədən ibarət idi. Bu küçə məhəllələr Aşa-
ğı  məhəllə  üçün  Qurdlar,  Seyidli,  Culfalar, 
Toyluq  (Quyuluq),  Çuxur,  Dördlər  qurdu, 
Hacı  Yusifi,  Dörd  çinar  və  Çöl  qala;  Yuxarı 
məhəllədə isə Mir-Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, 
Hamam qabağı və Təzə məhəllədir.
135
 İlk mənbələrdən əldə edilmiş araşdır-
malar göstərir ki, XVIII əsrin sonlarında Şuşadakı bu məhəllələrdə yaşayan 
əhalinin sayı 2000 ailədən ibarət təqribən 10000 nəfər olmuşdur. Rusiya-
nın Qarabağ xanlığını işğal etdiyi 1805-ci ildən sonra Şuşanın daha dağlıq 
ərazilərində üçüncü məhəllə olan “Qazançalı” məhəlləsi salınmaya başlan-
mış və XIX əsr boyunca böyüyən bu məhəllə 12 küçədən ibarət olmuşdur.
136
 
Qarabağ  səlnaməçisi  Baharlının  yazdığına  görə,  Şuşanın  əsas  müsəlman 
əhalisi Aşağı və Yuxarı məhəllələrdə yaşamışdır.
137
 Buradan anlaşılır ki, rusla-
rın saldırdığı yeni məhəllə olan Qazançalıda isə, daha çox Şuşaya rus işğalın-
dan sonra axın edən qeyri müsəlmanlar, yəni rus və ermənilər yerləşmişlər. 
XIX əsrin sonlarında isə şəhərin əhalisi təxminən 2-3 min nəfər azalmışdı. 
Bunun əsas səbəbi isə, Şuşa əhalisinin bir qismi Ağa Məhəmməd şah Qa-
carla müharibə zamanı (1797) qaçıb dağılması, digər qismi isə Rusiya işğa-
lından sonra İrana köçməsi idi. Belə olduğu halda müstəmləkə siyasətinin 
nəticəsi olaraq boş qalan yerlər qeyri azərbaycanlılar tərəfindən doldurulur-
du. XVIII əsrin sonlarında əhalisi demək olar ki, tamamilə azərbaycanlı olan 
Şuşa  şəhərində,  1823-ci  ildə  ruslar  tərəfindən  aparılan  siyahıyaalınmanın 
nəticələrinə görə, 1532 ailənin 1000-dən çoxu azərbaycanlılardan, 500-ü isə 
rus və ermənilərdən ibarət olmuşdur.
138
135  a.k.ə. Baharlı (1991), s. 228. Qeyd; Mirzə Yusif Qarabaği isə bu məhəllələrin adını belə yazır: 
Mehrili, Qazançılı, Əylisli, Çiləbörd dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı 
Yusifli, Mərdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası. Həmçinin bax; 
a.k.ə. Qarabaği, Mirzə Yusif (1991), s. 19.
136  Mahmudov, Yaqub və Mustafayev, Camal, Şuşa-Pənahabad (Bakı, Təhsil, 2012), ss. 39-59.
137  a.k.ə. Baharlı (1991), s. 278.
138  a.k.ə.  Mahmudov, Yaqub və Mustafayev, Camal (2012), s. 62.
Müdafiə məqsədi ilə tikilən 
Şuşa qala divarlarının 
uzunluğu təqribən 8 km, 
hündürlüyü 5, eni isə 2 
metrdən çox idi. 

 50
QARABAĞ 
   
99 SUALDA
13. Çar Rusiyası Qafqazın işğalına başlayarkən 
ermənilərin rolunu nəyə görə artırdı?
XVIII  əsrin  əvvəllərində  dünyanın  güclü  dövlətlərindən  birinə 
çevrilməyi planlayan Rusiya, İran və Orta Şərqi işğal edərək isti dənizlərə 
açılan ticarət yollarını ələ keçirmək  istəyirdi.
139
 Rusiya, bu planı həyata 
keçirmək  üçün  birinci  növbədə  Qafqazı  öz  himayəsinə  almalı  idi.  Bu 
səbəbdən  1722-ci  ildə  rus  ordusu  Dərbənddən  Gilana  qədər  olan 
Azərbaycanın  Xəzər  sahili  vilayətlərini  işğal  etdi.
140
  I  Pyotr  (1696-
1725)  dağılmaq  üzərə  olan  Səfəvi  dövləti  ilə  girişdiyi  bəzi  döyüşlərdə 
ermənilərdən də istifadə etmiş oldu. Tarixdə ilk dəfə rus-erməni işbirliyi bu 
dövrdə ortaya çıxmışdır. Hətta rus Çarı ermənilərlə olan münasibətlərini 
daha da inkişaf etdirmək üçün  10 noyabr 1724 tarixli xüsusi manifest çı-
xararaq, ermənilərin tezliklə Rusiya himayəsinə girmələrinin çox  uygun 
olacağını bildirmişdi.
141
 Bunun üçün də I Pyotrla görüşən qabaqcıl erməni 
ailələrindən  bir  neçəsi  Peterburqa  dəvət  edildi.  Sonralar  Peterburqda 
erməni məhəlləsi də quruldu.
142
 Beləcə, gələcəkdə bütün Qafqazı və daha 
sonra da İran ilə Osmanlı dövlətini işğal etməyi planlayan rus Çarı, bu 
ölkələrdə yaşayan ermənilərdən siyasi məqsədləri üçün istifadə etmənin 
təməllərini atmış oldu. 
I Pyotrun başlatmış olduğu bu siyasət daha sonralar varisləri tərəfindən 
davam  etdirildi.  Bu  dövrdə  Rusiyaya  aparılan  erməni  ailələrindən  biri 
də  rus  ordusunda  adlarına  tez-tez  rastladığımız  Lazarevlər  (Lazaryan) 
ailəsi  idi.  Lazarevlərin  Rusiyada  məskunlaşması  gələcəkdə  rus-erməni 
işbirliyinin  daha  da  güclənməsinə  şərait  yaratmış  oldu.  Belə  ki,  XVIII 
139  Mouravief, Boris, Deli Petro’nun Vasiyetnamesi (tərcümə edən Özdek, Refik) (İstanbul, 1966), s. 60. 
Həmçinin bax; Kocabaş, Süleyman, Tarihte Türk-Rus Mücadelesi (İstanbul, Vatan yayınları,1989), s. 92.
140  a.k.ə. Azərbaycan tarixi, C. III (1999), ss. 360-362. Həmçinin bax; a.k.ə. Kocabaş, Süleyman (1989), s. 93.
141  Мехтиев, Рамиз, Нагорный Карабах: история, прочитанная по источникам (Москва, 2014), 
сc. 90-92. Həmçinin bax; “I Pyotrun erməni xalqına ali fərmanı”, a.k.ə. Mahmudov, Yaqub və Şükürov, 
Kərim, red., (2009),  ss. 141-147. Həmçinin bax; “Rus çarı I Pyotrun erməni xalqına fərmanı. 10 noyabr 
1724-cü il”, T.K.Heydərov, T.R.Bağırov, K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv 
sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C. I (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 51-54.
142  Qlinka, S.N., Azərbaycan ermənilərinin Rusya hududlarına köçürülməsinin təsviri (Bakı, Azərbaycan 
nəşriyyatı, 1995), ss. 8-9. Həmçinin bax;  Demirel, Muammer, “Ermeni Meselesi ve Rusya”, 8. Askeri 
Tarih Semineri (24-26 Ekim 2001-İstanbul) (Ankara, 2003), ss. 339-340.

 51
QARABAĞ 
   
99 SUALDA
əsrin son rübündə bütün Qafqazı işğal etməyi qəti olaraq qərarlaşdıran 
Rusiya, 24 iyul 1783-cü ildə gürcülərlə 13 maddədən ibarət Georgiyevs-
ki  müqaviləsini  imzaladıqdan  sonra  Tiflisə  üç  min  əsgər  yerləşdirdi.
143
 
Rusiyanın Qafqaza gəlməsinin bu dəfəki bəhanəsi, güya xristiyan xalqın 
mənafeyini müdafiə etmək idi. Bu vaxta qədər rus-erməni münasibətləri 
tək tərəfli idisə, bundan sonra iki tərəfli xarakter daşımağa başladı. Orta 
Şərqə çıxış yolu olan Qafqazları işğal etmək üçün ermənilərdən istifadə 
edən  Rusiya,  onlara  bu  torpaqlarda  “Kiçik  Ermənistan”  quracağını  söz 
vermişdi.
144
 
Rusiyanın XVIII əsrin sonları üçün planladığı bu fəaliyyəti Osmanlı 
və  İran  dövlətlərindən  də  dəstək  alan  Azərbaycan  xanlıqları  tərəfindən 
müvəqqəti də olsa qarşısı alınmış oldu.
145
 Buna baxmayaraq Rusiya işğal 
niyyətindən  əl  çəkməyərək  sanki  “səlib  yürüşü”  edərcəsinə  “qızıl  ayaq” 
ləqəbli general Valerian Zubov komandanlığında 30 min əsgərlik rus or-
dusunu keşişlərin müşaiyyətində dualarla Qafqaza doğru yola saldı. 1796-
cı  ilin  may  ayının  10-da  Dərbəndə  çatan    rus  ordusunu,  erməni  keşişi 
İyosif Stepan Davidov öz dəstəsiylə qarşıladı və onlara bələdçilik etməyə 
başladı.
146
 Ermənilərin də dəstəyi ilə ruslar Quba (6 iyun), Bakı (13 iyun), 
Salyan və oradan da oktyabr ayında Gəncə daxil olmaqla Azərbaycanın 
şimal  torpaqlarının  böyük  hissəsini  işğal  edə  bildilər.  Ancaq,  Çariça  II 
Yekaterinanın 1796-cı ilin noyabr ayında ölümü  Rusiyanın bu işğal pla-
nını  yarımçıq  qoydu.
147
  General  Zubovun  geriyə  dönərkən,  çox  sayda 
erməni uşağını Rusiyada oxutmaq və gələcəkdəki işğal siyasətində erməni 
xalqından  istifadə  etmək  üçün  özüylə  birlikdə  apardığı  bilinməkdədir. 
Bundan  başqa  XIX  əsrin  əvvəllərindən  başlayaraq  Rusiyada  erməni 
143  BOA. HH. Nr., 110; 324-G. Həmçinin bax; “Georqiyevsk müqaviləsi”, a.k.ə. Mahmudov, Yaqub və 
Şükürov, Kərim, red., (2009), ss. 269-276.
144  Yüksel, İbrahim, “Çarlık Rusya’nın Azerbaycan’ı İstilası ve Osmanlı Devleti’nin Tutumu”, 
Kafkas Araştırmalar, Sayı 1, (1988), s. 51. Həmçinin bax; Nəcəfli, Güntəkin, “XVIII yüzillikdə  
ermənilərin Qarabağ ərazisində dövlət yaratmaq cəhdləri”, Yılmaz, Reha, red., Qarabağ bildiklərimiz və 
bilmədiklərimiz (Qafqaz Universiteti, 2010), s. 98-106.
145  BOA, Name-i Hümayun Defteri, Nr. 7, s. 78-82. 
146  Barthold, W., “Derbent”, İslam Ansiklopedisi, C. III (İstanbul, 1988), s. 538. Həmçinin bax; 
a.k.ə. Yüksel, İbrahim (1988), ss. 58-59. Həmçinin bax; Мамедова, Гехар, О роходе В. Зубова в 
Азервайджан 1796 г. (Баку, Elm, 2003), ss. 14-18-22.
147  a.k.ə.  Bakıxanov, Abbasqulu Ağa (1951), s. 184. Həmçinin bax; a.k.ə. Adıgözəl bəy, Mirzə (1989), 
ss. 54-55.

 52
QARABAĞ 
   
99 SUALDA
məktəblərinin açılması və 1816-cı ildə Moskvada qurulan Lazaryan ins-
titutunun da erməniləri cəlb etmək üçün mühüm rol oynadığı bilinir.
148
 
Bu hadisələrdən sonra Cənubi Qafqazda rus-erməni birgə fəaliyyət planı 
həyata keçirilməyə başlandı. Bir müddət sonra qonşu ölkələrdə yaşayan 
ermənilər  də  bu  işə  cəlb  edildi.  Artıq,  Rusiya-İran  və  Rusiya-Osmanlı 
müharibələrində kifayət qədər erməni əsilli zabit var idi. Lazarevlər, Yuan-
nes, Mədətov, İvan Korqanov, Cəmşid Şahnazar və Vasili Bebudov  kimi 
erməni əsilli rus zabitləri bunlara misal olaraq göstərilə bilər.
149
 
Çar  Rusiyası  Azərbaycanı  işğal  etdikdən  sonra  burada  ermənilərin 
təsirini  gücləndirmək  üçün  köçürmə  siyasəti  ilə  yanaşı,  həm  də  Alban 
kilsəsinin dağıdılması xəttini tutmuşdu. Ermənilərin vahid dini mərkəzdən 
idarə edilməsi, azərbaycanlıların tarixi irsinin bu torpaqlardan silinməsi 
üçün  Alban  kilsəsinin  ləğvi  mütləq  idi.  Akademik  Ramiz  Mehdiyev 
təəssüflə qeyd edir ki, Alban Kilsəsinin 1836 – cı ildəki ləğvindən sonra 
ermənilər sistemli şəkildə Alban irsinə qarşı hücuma keçmiş, onu məhv et-
miş və özününküləşdirmişlər: “Əgər İslam abidələrinə qarşı terror siyasəti 
yeridilirsə, Azərbaycan mədəni irsinin digər hissəsi – Qafqaz Albaniyası-
nın xristian abidələri ya dağıdılar, ya da erməniləşdirilir. Alban knyazları-
nın tikdirdiyi və Qafqaz Albaniyasının tarixi ilə bağlı xristian məbədləri 
və monastr kompleksləri “ermənilərinki” olur. Erməni tədqiqatçıları bu 
abidələr üzərində onların erməniləşdirilməsinə yönəldilmiş “bərpa” işləri 
aparırlar. Bu işlər işğal olunmuş ərazilərdə, başqalarına məxsus abidələr 
üzərində və Azərbaycan alimlərinin iştirakı olmadan aparıldığı üçün qa-
nunsuzdur.  Bu  abidələrdən  alban  mədəniyyətinin  izləri  silinir.  “Bərpa” 
işləri adı altında saxtalaşdırılma aparılır və alban Qarabağ memarlığının 
səciyyəvi xüsusiyyətləri məhv edilir”.
150
  
Nəticə olaraq demək olar ki, XVII əsrdə sadəcə ticarət işləri üzrə qu-
rulmuş olan rus-erməni münasibətləri, XVIII əsrin əvvəllərindən başlaya-
raq siyasi mahiyyət qazanmışdır. Rusiyanın bu münasibətləri qurmaqda 
148  a.k.ə.  Demirel, Muammer (2003), s. 340.
149  Dedeyev, Bilal, “19. Yüzyıl Ermeni Milliyetçiliğinin Yapılanmasında Rusyanın Rolü”, Erciyez 
Üniversitesi-Nevşehir Üniversitesi II. Uluslar arası Sosyal Araştırmalar Sempozyumu (EUSAS-II), 22-24 
Mayıs 2008(Kayseri, 2009), ss. 335-349.
150  a.k.ə. Mehdiyev, Ramiz  (2010), s. 54. Həmçinin bax; a.k.ə. Мехтиев, Рамиз (2014), с. 72-74.

 53
QARABAĞ 
   
99 SUALDA
məqsədi  isə,  Cənubi  Qafqazın  işğal  olunma  prosesində  ermənilərdən 
istifadə etmək, işğaldan sonra Rusiyanın mövqeyinin möhkəmləndirilməsi 
üçün dayaq nöqtəsi yaratmaq, oralarda özlərinə tabe ermənilərin sayını 
artırmaq və nəinki yerli müsəlmanların sayının azaldılmasını təmin etmək 
hətta, dağlık bölgələrdə var olan xristian albanların tarixi miraslarını da 
ermənilərə əmanət etmək  olmuşdur.
14. Qarabağ məlikliklərinin separatçı fəaliyyətlərinə 
səbəb nə idi və bu fəaliyyətlər nə ilə başa çatdı?
Rusiya dövlətinin hima yə sinə ar xa  la naraq Azər bay  can torpaqlarında 
özləri üçün dövlət yaratmaq is tə yən erməni missionerləri Qarabağ xan lı-
ğına ta be olan xristian məlikləri Pənahəli xandan sonra hakimiyyətə gələn 
oğlu İbra himxəlil xa na (1763-1806) qar şı çıxmağa təhrik edirdilər. 
1781-ci ilin sentyabrda Rusiya dövlətinin himayə etdiyi Qarabağ və 
Sığnaq mə liklərindən bəzilərinin – Hətəm bəy, Bəylər bəy, məlik İsrail və 
Yusif bəy, ha kim Ste fan Salamon, rəislər Sarkis, Qriqori, Babay və Danilin 
imzası ilə II Yekaterinaya, Q.A. Pot yomkinə və V.A.Suvorova ünvanlanmış 
məktub göndərilir. Məktubda xristian məliklərin
 “rus qoşunlarının səfəri 
zamanı mü səl  man lara qarşı si lah lı müba ri zəyə qal xa cağı” vəd edilir, “Qa-
rabağa 10 min nəfərə qədər piyada qoşun gön də ril mə si və həmin qoşuna 
ko man danlığın məhz V.A.Suvorova tapşırılması” xahiş olunur və Rusiya 
hakim dairələrini Qarabağ ərazisinə hücuma şir nik   lən dir mək üçün Qara-
ba ğın təbii ehtiyatları və məhsuldar tor paq ları geniş şəkildə təsvir edilir-
di.
151
Rusiyadakı erməni yeparxiyasının başçısı İosif Arqu tin ski (Hovsen Ar-
qutyan) Osmanlı dövləti ilə İran sərhədlərinin kəsişdiyi ərazilərdə erməni 
dövləti  yarat maq  üçün  Rusiya  hökumət  nümayəndələri  ilə  danışıqlar 
aparmış və bunun üçün 1783-cü ildə “Erməni-rus müqaviləsi layihəsi”ni 
hazırlamışdır.  18  bənddən  ibarət  olan  bu  lahiyəyə  görə,  Azərbaycanda 
151  Армяно-русские отно ше ния в XVIII веке. 1760-1800 гг. (Сб.док.), т. IV, ч. II (Ереван, 1990), док. № 
113а, сc. 183-184. Həmçinin bax; a.k.ə. Иоаннисян, А.Р. (1947), dok, №1, cc. 199-206.

 54
QARABAĞ 
   
99 SUALDA
müstəqil erməni dövləti yara dılmalı və bu dövlətin ərazisində qoşun sax-
lamaq hüququ Rusiyaya məxsus olmalı idi.
152
Bu  planı  reallaşdırmaq  məqsədi  ilə  Q.A.Potyomkin  1783-il  aprelin 
6-da Qaf  qaz ko man danı P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında 
yazırdı: “Şu   şa lı İbrahim xan dev ril mə lidir, çünki bundan son  ra Qarabağda 
Rusi ya dan başqa heç kimdən asılı ol mayan “erməni vila yəti” təşkil edilə-
cəkdir. Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan is ti fa də edin. 
Bu va si  tə ilə digər vila yətlərdə olan ermənilər bura axışacaqlar.
153
 
Ru si ya  tərəfindən  dəstəklənən  xristian  məliklərlə  əlaqə  İbrahim xəlil 
xan dan  gizli,  eh ti yat lı  şəkildə,  əsasən  İ.Arqutinski  vasitəsilə  aparılırdı. 
La kin, Ru siya agenti Y.Reyneqsin “rus qoşunlarının yürüşü nəticəsində 
İbrahimxəlil  xanın  hakimiyyətdən  məhrum  edilməsi  və  erməni  çarlığı-
nın  bərpası”  haqqında  məlumat  verən  məlik  Abova  göndərmiş  olduğu 
məktubu  Qarabağ  xanının  əlinə  keçmiş,
154
  bu  zaman  İbra him xəlil  xan 
yüksək diplomatik məharət göstərərək məliklərin xəya nətkar mövqeyini 
sübuta yetirərək onların müqavimətini qıra bilmişdi. 
1783-cü ilin baharında Rusiya ordusunun Cənubi Qafqaza yürüşü 
haq    qında xə  bərlər yayıldı. Bu yürüşün başlıca olaraq Qarabağ xan lı ğı na 
qarşı yönəlməsini ay  dın dərk edən İbrahimxəlil xan siyasi manevr etmək 
yo lu ilə xanlığa yaxınlaşan təh lü kəni dəf etmək üçün hə min il aprelin 
6-da P.S. Pot yomkinə “Rusiya dövlətinin himayəsinə girmək” arzusunu 
bil dirən mək  tub göndərmişdi.
155
 II Ye katerina İbrahimxəlil xanla bağlı 
məsələnin həl lini bütünlükdə Q.A Pot   yom   kinə həvalə etmişdi. 1783-cü 
il mayın 19-da Q.A.Potyomkin II Yekaterinaya ya zırdı: “əl ve riş li şərait 
ya ra nan ki mi İbrahimxəlil xanı tabe edərək onun vila yə tini milli ha ki-
mi yyətə
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin