Bİlal Dədəyev


 Ədirnə müqaviləsi nə zaman və hansı şərtlərlə



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   2   3   4   5   6   7   8   9   10   ...   33

18. Ədirnə müqaviləsi nə zaman və hansı şərtlərlə 
imzalandı? Bağlanmış müqavilə Qarabağın 
demoqrafik vəziyyətinə necə təsir göstərdi?
İranı  məğlub  edib  Türkmənçay  müqaviləsini  bağladıqdan  sonra 
Rusiya  Osmanlı  dövləti  ilə  bəzi  məsələləri  görüşməyə  başladı.  Rusiya, 
təqribən 350 ilə yaxın Osmanlı hakimiyyətində qalan Şərqi Avropadaki 
slavyan xalqlarını və bu ərəfədə baş verən “yunan üsyanını” açıq şəkildə 
dəstəklədiyi  üçün  Osmanlı  dövləti  ilə  münasibətləri  kəskinləşdi.  Qarşı-
lıqlı yazışmalardan sonra, razılaşma əldə edilmədiyi üçün rus çarı I Niko-
lay 1828-ci il 26 aprel tarixində Osmanlı dölətinə rəsmən müharibə elan 
etdi.  1828-1829-cu illərdə sürən bu müharibədə Osmanlı dövlətinə qalib 
gələn Rusiya, sentyabrın 14-də (Köhnə milad təqvimiylə sentyabrın 2-də) 
Ədirnə sülh müqaviləsini bağlamağa nail oldu.
184
 
Türkmənçay  müqaviləsini  xatırladan  Ədirnə  müqaviləsi  də  16 
maddədən  ibarət  olmuşdur.  Müqavilənin  I  maddəsi  iki  tərəf  arasında 
müharibəyə son qoymağı, II və III maddələr Rumeli bölgəsində, IV maddə 
isə Anadoludakı Osmanlı-Rusiya yeni sərhədlərini müəyyən edirdi. Os-
manlı dövləti bu maddəyə əsasən Cənubi Qafqazın Rusiya tərəfindən iş-
ğal edilməsini tanıyır, Axalsıq paşalığının bir hissəsinin Rusiya ərazisinə 
qatılmasını qəbul edirdi. V və VI maddələr Şərqi Avropada indiki Rumu-
niya və Serbiyaya müəyyən şərtlərlə muxtariyyat verilməsinə, VII maddə 
isə rus tacirlərinin Qara dəniz və Aralıq dənizində və eləcə də Osmanlı 
ərazisində güzəştli ticarətlə məşğul olmasına icazə verirdi. VIII, IX, X, XI 
və XII maddələr isə, ardıcıl olaraq, veriləcək təzminatın ödəniş qaydaları-
nı, diplomatik əlaqələr və bağlanılan müqavilənin şərtlərinə riayət etməklə 
bağlı  idi.  Ədirnə  sülh  müqaviləsinin  Türkmənçay  müqaviləsindəki 
XV  maddəsiylə  eyni  olan  maddəsi  XIII  maddədir.  Bu  maddəyə  əsasən 
tərəflər,  yəni  Osmanlı  və  Rusiya  dövlətləri  müharibənin  gedişində  hər 
iki  ölkənin  ərazisində  rəqibinin  tərəfini  tutan  xalqların  bağışlanmasına 
184  Turan, Şerafeddin, “1829 Edirne Andlaşması”, Ankara Dil-Tarih-Coğrafya Fakültesi Dergisi, Cilt 9, 
Sayı 1-2 (1951), ss. 114-116-135.

 65
QARABAĞ 
   
99 SUALDA
və  18  ay  müddətində  qarşılıqlı  olaraq  on-
ların  köçürülməsinə  təminat  verirdilər.
185
 
Beləliklə,  Türkmənçay  müqaviləsində  ol-
duğu  kimi,  Ədirnə  müqaviləsi  də  Osman-
lı  dövlətindən  ermənilərin  Azərbaycana  
köçürülməsinə 
icazə 
verirdi. 
Rus 
tədqiqatçısı  N.Şavrov  yazırdı  ki,  İrandan 
sonra  1829-1830-cu  illərdə  Azərbaycana 
Osmanlı dövlətindən  təqribən 85 minədək 
erməni köçürüldü. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə 
torpağı ayrıldı və yerli müsəlman mülkədarlardan xüsusi ərazidən yerlər 
satın alındı.
186
Beləliklə, Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra əsasən 
qonşu  İran  və  Osmanlı  dövlətlərindən  köçürülən  ermənilərin  hesabı-
na  Azərbaycanda  ictimai-siyasi-demoqrafik  dəyişikliklər  ortaya  çıxdı. 
Köçürmələr  daha  çox  Qarabağ  və  ətraf  regionlarda  aparıldığı  üçün  ən 
ciddi demoqrafik problemlər də buralarda yaşandı. 1823-cü ildə rusların 
apardıqları  siyahıyaalmada  Qarabağ  əhalisinin  91%-ni  azərbaycanlılar, 
8,4%-ni  isə  ermənilər  təşkil  edirdi.  1832-ci  il  kameral  sayımına  görə 
isə,  Qarabağ  əyalətində  əhalinin  64,8%  azərbaycanlı,  34,8%  erməni 
təşkil  etmişdir.
187
  Göründüyü  kimi,  köçürmələrdən  sonra  Qarabağdakı 
azərbaycanlıların sayında azalma olsa da, ermənilərin sayı 4 dəfə artmış-
dır. Rusiyanın bu köçürmə siyasəti Cənubi Qafqazda Rusiyanın mövqe-
yinin möhkəmləndirilməsi üçün dayaq yaratmaq, xristian əhalinin sayını 
artırmaq və yerli müsəlmanların asanlıqla idarə edilməsini təmin etmək 
məqsədi daşıyırdı.
185  “Rusiya-Osmanlı Ədirnə müqaviləsi. 2 sentyabr 1829-cu il”, T.K.Heydərov, T.R.Bağırov, 
K.K.Şükürov, red., Qafqazda “erməni məsələsi”. Rusiya arxiv sənədləri və nəşrləri üzrə, (Üç cilddə), C. 
I., (Bakı, “Elm” nəşriyyatı, 2010), ss. 177-186. Həmçinin bax; a.k.ə. Turan, Şerafeddin (1951), ss. 136-
142.
186  a.k.ə. Шавров, Н.Н. (1990), cc. 59-64.
187  a.k.ə. Кавказский календарь Российской империи 1897, с. 3. Həmçinin bax; a.k.ə.  Azərbaycan 
tarixi, C. IV (2007), s. 52. Həmçinin bax;  Seyidova, Sevinc, “Ermənilərin Qafqaza köçürülməsi 
siyasəti “erməni məsələsi”nin tərkib hissəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 
səbəblərindən biri kimi”, Pedaqoji Universitet Xəbərləri-humanitar elmlər bölməsi (2013), № 1, s. 79.
Türkmənçay və Ədirnə 
sülh müqavilələrindən 
sonra əsasən qonşu İran 
və Osmanlı dövlətlərindən 
köçürülən ermənilərin 
hesabına Azərbaycanda 
ictimai-siyasi-demoqrafik 
dəyişikliklər ortaya çıxdı.

 66
QARABAĞ 
   
99 SUALDA
19. Azərbaycan Çar Rusiyası tərəfindən işğal 
olunduqdan sonra Qarabağın inzibati ərazi bölgüsündə 
hansı dəyişikliklər baş verdi?
Şimali  Azərbaycan  xanlıqları  Rusiya  işğalının  gedişində  və  işğaldan 
sonrakı dövrdə tədricən ləğv edilərək əyalət və dairələrə çevrildi: 6 əyalət; 
Bakı (1808), Quba (1810), Şəki (1819), Şirvan (1820), Qarabağ (1822) 
və Talış (1826), 2 dairə; Yelizavetpol (1804) və Car-Balakən və 2 distansi-
ya; Qazax (1812) və Şəmsədil (1812) təşkil olundu. Əyalət və dairələrin 
başında komendant-rus zabiti dururdu. Buna görə də 1841-ci ilə qədər 
tədbiq edilən bu idarə şəkli tarixə komendant idarə üsulu kimi daxil ol-
muşdur.  Rusiya  bu  idarə  sistemini  yaratmaqla  Azərbaycanda  əvvəllər 
mövcud olmuş dövlətçilik ənənələrini ləğv etməyə çalışırdı.
XIX əsrin 30-cu illərində Azərbaycanda baş verən üsyanlar yatırılsa 
da, onları doğuran ictimai-iqtisadi və siyasi səbəblər qalmaqda idi. Çar I 
Nikolay uzun müzakirələrdən sonra Cənubi Qafqazda komendant idarə 
üsülunun ləğv edilməsi və inzibati-məhkəmə islahatı keçirilməsi ilə bağ-
lı layihəni qəbul etdi. 1840-cı il 10 aprel qanununa görə ümumrusiya 
qanunları əsasında quberniya, vilayət və qəza məhkəmələri yaradıldı və 
1841-ci il yanvarın 1-dən Cənubi Qafqazda komendant idarə üsülu ləğv 
olundu.  Cənubi  Qafqaz  Gürcüstan-İmeretiya  quberniyasına  (mərkəzi 
Tiflis)  və  Xəzər  vilayətinə  (mərkəzi  Şamaxı)  bölündü.  Quberniya  və 
vilayətlər qəzalara, qəzalar isə nahiyələrə bölünürdü. Mahallar ləğv olun-
du. Çarizmin milli müstəmləkə siyasəti özünü bariz şəkildə göstərirdi. 
İnzibati və məhkəmə aparatının bütün pillələrində azərbaycanlılar rus 
məmurları ilə əvəz olundu. Yeni inzibati bölgü ilə Azərbaycanın ənənəvi 
sərhədləri  pozuldu;  Naxçıvan,  İrəvan,  Yelizavetpol  qəzaları  və  Car-
Balakən  nahiyəsi  Gürcü-İmeretiya  quberniyasının  tərkibinə  qatıldı. 
Bu inzibati bölgüdə Şimali Azərbaycan torpaqlarının əksəriyyəti Xəzər 
quberniyasına daxil olunmuşdu. Buraya 7 qəza; Şirvan (Şamaxı), Şuşa 
(Qarabağ), Şəki, Talış (Lənkəran), Bakı, Dərbənd və Quba qəzaları aid 
edilmişdi.

 67
QARABAĞ 
   
99 SUALDA
1841-ci ildə təsis edilib Xəzər vilayətinin tərkibinə alınan və demək 
olar  ki,  əvvəlki  Qarabağ  xanlığının  bütün  torpaqlarını  əhatə  edən  Şuşa 
qəzası, mərkəzi Şuşa olmaqla öz daxilində Cavanşir, Cəbrayıl və Zəngəzur 
nahiyələrinə bölünürdü. Şuşa qəzası 1846-cı ildən Şamaxı, 1859-cu ildən 
Bakı və 1868-ci ildən sonra isə, Yelizavetpol quberniyalarının tərkibində 
fəaliyyət  göstərmişdir.  Yelizavetpol  guberniyasına  daxil  edildikdən  son-
ra  tarixi  Qarabağ  ərazisi  olan  Şuşa  qəzası  dörd  qəzaya  bölündü;  Şuşa, 
1874-də  Zəngəzur,  1883-cü  ildə  isə  Cavanşir    və  Cəbrayıl  (  sonralar 
Qaryagin).
188
 Bu inzibati bölgü erkən orta əsrlərdə Qafqaz Albaniyasının 
Kürdən cənubda yerləşən tarixi Qarabağ torpaqlarıyla demək olar ki, üst-
üstə düşürdü. Belə ki, tarixi Qarabağ ərazisində Cavanşir-Uti vilayətini, 
Şuşa-Arsax  vilayətini,  Cəbrayıl-Paytakaranın  bir  hissəsini  və  Zəngəzur 
isə-Sunik vilayətini əvəz edirdi. Diqqəti çəkən məsələlərdən biri də, bun-
dan sonra ermənilərin daha çox qədim Arsax ərazisini əhatə edən Şuşa 
qəzasına meyl etmələridir. Günümüz Dağlıq Qarabağ vilayətinin yerində 
qurulan, ərazisi 4.9 min km2 olan Şuşa qəzasında əvvəllər sayıları çox az 
olan  ermənilər,  planlı  bir  şəkildə  köçərək  1886-cı  ildə  saylarını  58%-ə 
qədər çatdıra bilmişdilər.
189
      
20. 1905-1906-cı illərdə  Qarabağda ermənilərin 
azərbaycanlılara qarşı kütləvi qırğınlarına səbəb nə idi?
Osmanlı  və  İran  ərazilərində  yaşayan  erməniləri  Şimali  Azərbaycan 
torpaqlarına  köçürən Rusiya onlara bu ərazilərdə dövlət yaratmağa söz 
vermişdi.
190
 1828-ci ildə “Erməni vilayəti”ni və 1848-ci ildə İrəvan quber-
niyasını təsis etməklə çar Rusiyası bunu həyata keçirmək üçün mühüm 
addımlar atmış oldu. Erməniləri öz siyasi məqsədləri üçün istifadə etmək 
istəyən Rusiyanın ikinci planı qonşu dövlətlərin işğalında ermənilərdən 
bir vasitə kimi yararlanmaq idi.  Beləki, XIX əsrin son rübündə xaricdə 
188  a.k.ə. Azərbaycan tarixi, C. IV (2007), ss. 118-126-211-212.
189  a.k.ə. Mahmudov, Ceyhun (2010), s. 564.
190  Nəcəfli, Güntəkin, “Qarabağın xristiyan məlikləri və ermənilərin Qarabağda dövlət yaratmak 
cəhdləri”, Renessans, № 3-4 (2006), ss. 64-68. 

 68
QARABAĞ 
   
99 SUALDA
yaşayan ermənilər arasında terrorçu milli qrupların, yəni təşkilatların ya-
radılmasına başlanıldı.           
Erməni terrorçu təşkilatları birinci olaraq XIX əsrin ikinci yarısından 
başlayaraq xeyriyyə cəmiyyətləri şəklində yaradılaraq fəaliyyət göstərməyə 
başladılar.  Bunların  arasında  ən  çox  tanınanı  Hınçak  və  Daşnaksütyun 
komitələri idi.
Hınçak  komitəsi  Rusiya  erməniləri  tərəfindən  1886-1887-ci  illərdə 
İsveçrədə qurulmuşdur. Məqsədləri Azərbaycanda, Osmanlı və İran tor-
paqlarında  yaşayan  erməniləri  birləşdirərək  “Böyük  Ermənistan”  yarat-
maq idi. Qurucuları rusiyalı ermənilər olsa da, bir müddət sonra təşkilatın 
mərkəzi Londona köçürülmüş və ingilislərin təsiri altına düşmüşdür. 
Daşnaksütun  cəmiyyəti  1890-cı  ildə  Tiflisdə  yaradıldı.  Bu  təşkilatın 
əsas məqsədi fəaliyyət göstərən bütün  erməni dərnəklərini birləşdirərək 
türklərə qarşı üsyanlar qaldırmaq idi.
191
 Məhz bu terrorçu təşkilatın yara-
dılmasından sonra Osmanlı ərazisində və ardından da Azərbaycanda qan-
lı hadisələr törədilməyə başlanmışdır. Bu iki təşkilatın fəaliyyətinə nəzər 
saldıqda,  müsəlman  türk  əhalinin  yaşadığı  bölgələrdə  xarici  qüvvələrin 
dəstəyi ilə çox saylı təxribat və üsyanlar qaldırdıqlarını görürük. Hınçak 
təşkilatının törətdiyi ilk qanlı hadisə 1890-1892-ci illər arasında Osmanlı 
dövlətinin cənub-şərq vilayətlərində 65000 günahsız müsəlmanın (türklər 
və kürdlər) öldürməsidir. Bunun ardınca da, 1894-cü ildə başlayan Sasun 
üsyanları da bu komitələr tərəfindən təşkil edilərək on ildən çox davam 
etmişdir.
192
 Bu qanlı hadisələr eyni ilə 1905-1906-cı illərdə Azərbaycanda 
həyata keçirilmişdir.
193
Tarixdə  ilk  dəfə  erməni-azərbaycanlı  qanlı  toqquşması  1905-ci  ilin 
yanvarında Rusiya burjua inqilabının başlaması ərəfəsində ortaya çıxmış-
dır. Ermənilər inqilabi şəraitdən istifadə edərək 1905-ci ilin fevral ayında 
191  a.k.ə. Sakarya, İhsan (1984), ss. 73-92. Həmçinin bax; a.k.ə. Uçarol, Rifat (1995), s. 377. Həmçinin 
bax; Erməni terroru və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX)-Müxtəsər xronoloji 
ensiklopediya, (Bakı, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu, 2003), ss. 13-18.
192  Rusiyanın Erzurumdakı Baş Konsolu Mayevskinin qeydləri (tərcümə edən Vasif Quliyev) (Bakı, 
Azərbaycan nəşriyyatı, 1995), ss, 6-10. Həmçinin bax; a.k.ə. Sakarya, İhsan (1984), ss. 93-127. 
193  a.k.ə. T.K.Heydərov, və başqaları, C. II., (2010), ss. 38-109, 456-559.  

 69
QARABAĞ 
   
99 SUALDA
Bakıda törətdikləri qanlı hadisələri qısa bir 
zamanda  Azərbaycanın  digər  bölgələrinə 
də  yaydılar.    Qarabağ  isə  qanlı  hadisələrin 
ən  qaynar  nöqtəsinə  çevrildi.  1905-1906-
cı illər Qarabağdakı hadisələrdə ermənilərə 
ən çox yardım edənlər Qarabağ və Tiflisdə 
yerləşən rus hərbi qarnizonları oldu. Qara-
bağda ən böyük zərər çəkən bölgə Şuşa ol-
muşdur. Bu illərdə əhalisinin yarısına yaxını azərbaycanlılar olan Şuşada 
iki il ərzində minlərlə azərbaycanlı qətlə yetirildi.
194
  
Məmməd  Səid  Ordubadi  “Qanlı  illər”  əsərində  1905-1906-cı  illər 
erməni-azərbaycanlı  qanlı  hadisələrindən  aydın  bir  şəkildə  bəhs  edir. 
Müəllif, hadisələrə bir başa  şahid olduğundan, dövrün mətbuat xəbərləri, 
rus  zabitlərinin  protokol  yazılarından  və  zərər  çəkənlərin  şikayət 
məktublarından faydalanaraq qələmə aldığı əsərində, bu hadisələrin əsas 
başlama səbəbi olaraq dörd arqumenti göstərməkdədir:
1.   Erməni  Daşnaksütun  təşkilatının  terror  fəaliyyətləri; 
Azərbaycanın müxtəlif bölgələrində  400-dən çox qanlı hadisənin 
çıxarılmasında bir başa iştirak etmələri;
2.   Çar Rusiyasının erməniləri açıq aşkar dəstəkləməsi və dövlət 
məmuarlarının erməni silahlı dəstələrinin əməllərinə göz yumma-
ları
195
;
194  a.k.ə. T.K.Heydərov, və başqaları, C. II., (2010), ss. 38-109, 456-559. Həmçinin bax; Ordubadi, 
Məmməd Səid, Qanlı illər 1905-1906-ci illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi 
(Bakı, Qafqaz nəşriyyat evi, 2007), ss. 42-52. Həmçinin bax;  Nəvvab, Mir Möhsün, 1905-1906-cı illərdə 
erməni-müsəlman davası (Bakı, Azərbaycan nəşriyyatı, 1993), ss. 36-37-40-41.
195  Qeyd: Halbuki Qarabağın şöhrətini doğma ellərdən uzaq Rusiya imperiyasının ən ucqar guşələrinə 
qədər nəinki musiqiçilər və incəsənət xadimləri, həmçinin bir çox alim, ədib və hərbi sərkərdə yaymışdı. 
Ruslar tərfindən tanınan və eyni zaçmanda Azərbaycanda milli özünüdərkin və dövlətçiliyin təşəkkülündə 
qarabağlıların verdiyi töhfə haqqında bu xadimlərdən sadəcə bəzilərinin adlarını sadalamaq kifayətdir: 
çar ordusununn general-leytenantı, Krım müharibəsinin (1853-1856) görkəmli sərkərdələrindən 
biri Fərəc bəy Ağayev (1812-1891), 1904-1905-ci illər rus-yapon müharibəsinin qəhrəmanı, Birinci 
dünya müharibəsinin parlaq hərbi sərkərdəsi, çar ordusunun general-leytenantı, Azərbaycan Xalq 
Cümhuriyyətinin (1918-1920) müdafiə naziri Səməd bəy Mehmandarov (1845-1932), çar ordusunun 
general-mayoru, 1877-1878-ci illər türk-rus müharibəsinin və 1904-1905-ci illər rus-yapon müharibəsinin 
qəhrəmanı Əmir Kazım mirzə Qovanlı-Qacar (1855-1920), çar ordusunun polkovniki, Aşxabadın general-
qubernatoru Hacı bəy Sultanov (1847-1920) və başqaları.
Təqribən 13-14 il ərzində 
400 minə (45%) qədər 
çoxalan ermənilər, Cənubi 
Qafqazdakı öz milli 
maraqlarını böyük ölçüdə 
siyasiləşdirə bilmişdilər. 

 70
QARABAĞ 
   
99 SUALDA
3.   Azərbaycanlıların bu kimi fəaliyyətlərə hazır olmaması və hər 
cür siyasi oyun və provokasiyalara inanmaları;
4.   Ermənilərin  bölgədə  avtonomiya-müstəqil  erməni  dövləti 
yaratmaq istəmələri və bu işdə xarici ölkələrdən (Rusiya, İngiltərə, 
Fransa və ABŞ) dəstək almalarıdır.
196
Bütün  bunlardan  sonra  müqayisə  üçün  Qarabağın  və  indiki  Dağlıq 
Qarabağ ərazisini əhatə edən Şuşa qəzasının demoqrafik vəziyyətinə nəzər 
salanda  milli  münasibətlər  zəminində  hadisələrin  ortaya  çıxmasını  daha 
aydın  başa  düşmək  olur.  Belə  ki,  XIX  əsr  boyunca  çarizmin  ermənilərin 
köçürmələrini davam etdirməsi Qarabağda demoqrafik vəziyyəti köklü bir 
şəkildə dəyişdirmişdi. Artıq Şuşa qəzasına gətirilib yerləşdirilən ermənilərin 
sayı 1886-cı ildə buradaki əhalinin 58%-ni təşkil edirdi. 1897-ci ildə aparılan 
siahıyaalmaya görə, Qarabağın ümumi əhalisinin 415721 nəfərdən ibarət ol-
duğu və onların da 59.5%  azərbaycanlılara, 39.5% ermənilərə və 1%-i isə 
ruslara aid olmuşdur.
197
 Maraqlı fakt kimi onu da göstərmək olar ki, rusiyalı 
tarixçi Skibitski XX əsrin əvvəllərində Şuşa qəzasında yaşayan ermənilərin 
sayının 25%-ə qədər geriləməsini qeyd edir.
198
 1905-1906 hadisələrindən 
sonra, 1912-ci ildə aparılan qeydiyyatlarda ümumi olaraq Qarabağ üzrə sta-
tistik rəqəmlər azərbaycanlıların lehinə (62%- 36% olaraq) dəyişsə də, Şuşa 
qəzasında ermənilərin sayında artım görülməkdədir.
199
 
1897-ci il rusların həyata keçirdiyi siyahıyaalmaya görə, Cənubi Qaf-
qazda  cəmi  900  min  erməninin  yaşadığı  görülür.  Rusiyalı  tarixçi  Şav-
rovun 1911-ci ildə verdiyi məlumata görə isə, ermənilərin Qafqazdaki 
sayı  artıq  1.3  milyondur.  Təqribən  13-14  il  ərzində  400  minə  (45%) 
qədər  çoxalan  ermənilər,  Cənubi  Qafqazdakı  öz  milli  maraqlarını  bö-
yük ölçüdə siyasiləşdirə bilmişdilər. Bunun nəticəsi olaraq, onlar Rusiya 
Dumasında təmsil olunmaq haqqı qazandılar. Artık, ermənilər Cənubi 
Qafqazın “müqəddaratını müdafiə edən” üç xalqdan biri kimi fəaliyyət 
göstərirdilər. 
196  a.k.ə. Ordubadi, Məmməd Səid (2007), ss. 5-11.
197  a.k.ə. Кавказский календарь Российской империи 1897, сc. 230-233.
198  a.k.ə. Müxtəsər xronoloji ensiklopediya (2003), s. 36.  
199  a.k.ə. Mahmudov, Ceyhun (2010), ss. 564-565.

 71
QARABAĞ 
   
99 SUALDA
21. 1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif 
bölgələrində törətdikləri soyqırımların nəticəsi necə oldu?
1918-ci ildə Azərbaycanda törədilən qırğınlar, 1917-ci ildə Rusiyada 
baş vermiş Oktyabr inqilabından sonra, Stepan Şaumyanın başçılıq etdiyi 
bolşevik Bakı Soveti Komitəsinin Bakıda hakimiyyəti ələ keçirməsiylə bir 
başa bağlıdır. Belə ki, 1917-ci ilin dekabırında Rusiya Xalq Komissarları 
Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın fövqəladə komissarı təyin 
olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi 
ilə  birlikdə  Tiflisdən  Bakıya  gəlişi  buradakı  siyasi  vəziyyətin  daha  da 
gərginləşməsinə səbəb oldu. Lenin hökümətinin I Dünya müharibəsindən 
çəkilməsi  nəticəsində  Qafqaz  cəbhəsindən  geri  qayıdan  əsgərlərin  bir 
hissəsi  vətənlərinə  qayıtmaq  əvəzinə  Bakıda  toplanmağa  başladılar.  Bu 
əsgərlərin Bakıda saxlanılmasında S.Şaumyan böyük fəallıq göstərirdi. Bu-
nun nəticəsi olaraq 1917-ci ilin sonu  və 1918-ci ilin əvvəllərində Bakıda 
daşnak-bolşevik birləşmələrinin Azərbaycan milli qüvvələrinə qarşı açıq 
mübarizəsi başlamış oldu.
200
Azərbaycanda 
milli  qüvvələrə  başçılıq  edən  “Müsavat” 
partiyasının  getdikcə  artan  nüfuzundan  qorxuya  düşən  bolşevik-daş-
naq  qüvvələri  Bakını  inqilabla  əksinqilab  arasında  mübarizə  meydanı-
na  çevirdilər.  Bolşevik-daşnaq  qüvvələrinin  birləşdiyi  Bakı  Sovetinin 
Qırmızı  Ordu  adı  altında  əksəriyyəti  daha  əvvəl  Anadoluda  qırğınlar 
törətmiş erməni quldur dəstələrindən ibarət olan 20 minlik silahlı qüvvəsi 
cəmlənmişdi.  1918-ci  ilin  martında  Bakıda  siyasi  vəziyət  son  dərəcə 
gərginləşdi. Bundan əvvəl Bakı Sovetinə keçirilən seçkilərdə Müsavatın 
böyük səs çoxluğu ilə qələbə qazanması bolşevik və daşnakları ciddi nara-
hat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən Müsavat, 
Azərbaycanın müstəqilliyi uğrunda inamla mübarizə aparırdı. Şaumyan 
başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və Daşnaksütyun 
200  İsgəndərov, Anar, “1915-1920-ci illərdə Azərbaycanda Türk və Müsəlmanlara qarşı həyata keçirilən 
soyqırımlar”, Süleymanov, Mehman və Rıhtım, Mehmet, red., Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz 
İslam Ordusu (Bakı, Qafqaz Universiteti nəşri,  2008), s. 76. Həmçinin bax; Геноцид Азербайджанского 
народа 1918 года: организаторы и палачи (Turxan-Баку, 2013), cc. 13-14.

 72
QARABAĞ 
   
99 SUALDA
partiyasının rəhbərləri ilə birlikdə Müsavata qarşı əsl müharibəyə başladı-
lar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az və pis silahlanmış oldu-
ğunu yaxşı bilən Şaumyan fürsətdən istifadə edərək azərbaycanlılara qarşı 
milli qırğına hazırlaşırdı.
201
1918-ci  il  mart  ayında  Lənkəranda  hərbi  xidmətdə  olduğu  zaman  si-
lahla  ehtiyatsız  davranışdan  həlak  olmuş  H.Z.Tağıyevin  oğlu  Məhəmməd 
Tağıyevin  cənazəsini  24  martda  Bakıya  gətirən  müsəlman  diviziyasının  48 
nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən 
müsəlman  dəstəsinin  tərki-silah  olunmaları  istənildiyində,  rədd  cavabına 
tüfənglərdən və pulemiyotlardan atılan atəşlərlə qarşılıq verildi. Martın 29-da 
şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik 
qüvvələri tərəfindən tərki-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə 
oldu. Belə ki, Talışinskinin rəhbərliyi ilə fəaliyyət göstərən müsəlman diviziya-
sının qərargahına hücum edildi. Şaumyanın əmri ilə tərki-silah və həbs olunan 
gərargahın “Evelina” gəmisində Lənkərana gedilməsi tələb olundu. Lənkərana 
yola düşən “Evelina” gəmisinin  həm tərki-silah, həm də güllə atəşinə tutul-
masına cavab olaraq Bakı şəhərinin əhalisi etirazını bildirdi. Onlar silahların 
qaytarılması və heyətin azad edilməsini tələb etməyə başladılar. Bolşeviklərlə 
birləşən erməni şovinistləri bu məsələni siyasiləşdirərək, martın 30-da Bakı 
Sovetinin inqilabı müdafiə komitəsini yaratdılar. Ermənilərin içində isə Daş-
naksütun və Erməni Milli Şurasının üzvləri əsaslı fəaliyyət göstərirdi. Məsələni 
milli  problemə  çevirən  Şaumyan  və  onun  həmfikirləri  Azərbaycan  xalqına 
qarşı  soyqırım  hərəkatına  başladı.  Gəmidəki  silahlar  bolşeviklər  tərəfindən 
müsadirə  olundu.  Ertəsi  gün  şəhərin  cənub  hissələrində  erməni  əsgərləri 
göründülər. Onlar bütün küçə boyu səngərlər qazmağa, torpaq və daşlardan 
bəndlər ucaltmağa başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi ya-
nında toplaşan daşnak dəstəsi azərbaycanlılara ilk atəşi açdı. 31 mart səhər 
tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum 
etdilər. Həmin məhəllələri dənizdən isə hərbi gəmilər bombalamağa başladı-
lar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rus-
201  Arzumanlı, Vaqif və başqaları, 1918-ci il qırğınları (Bakı, Öyrətmən, 1995), ss. 3-4. Həmçinin 
bax; Abışov, Vaqif, Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər) (Bakı, Nurlan, 2007), ss. 33-34. 
Həmçinin bax; a.k.ə. İsgəndərov, Anar (2008), s. 77.

 73
QARABAĞ 
   
99 SUALDA
ları qırıblar. Matroslar bunun yalan olduğunu 
biləndən sonra atəşi dayandırsalar da artıq gec 
idi,  alova  bürünmüş  məhəllələrdə  ölənlərin 
sayı-hesabı yox idi. Erməni faşistləri heç kimə 
rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk-
müsəlman deyə dərhal qətlə yetirirdilər. Onlar 
evləri  qarət  edir,  adamları  yandırır,  hamilə 
qadınları  ağlasığmaz  işgəncələrlə  vəhşicəsinə 
öldürüdülər.
202
Daşnaklar  azərbaycanlılara  qarşı  Bakı 
Sovetinin  adından  istifadə  edərək  millətçi-
şovinist  siyasətlərini    həyata  keçirirdilər. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  qu-
rulduğu  ilk  günlərdə  bu  qırğınları  araşdır-
maq  üçün  yaradılmış  Fövqəladə  Təhqiqat 
Komissiyasının  (15  iyul  1918-ci  ildə 
yaradılmışdır)
203
 sənədlərinə əsasən məlum 
olur  ki,  1918-ci  ilin  Mart  soyqırımı  za-
manı  Bakı  şəhərində  11  min  nəfərədək 
azərbaycanlı öldürülmüşdür. Onların çoxu-
nun meyitləri tapılmamışdır. Bakının şəhər 
camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuş, 
xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edil-
miş, uzaqvuran toplarla Təzəpir məscidi zədələnmişdir. Daşnaqlar Bakıda 
dünya  memarlığını  incilərindən  sayılan  “İsmailiyyə”  binasına  od  vurub 
yandırmışdılar.
Mart soyqırımı və ya Mart hadisələri, 1918-ci ilin 30 mart və 3 aprel 
tarixləri  arasında  Bakı  şəhərində    törədilmiş  qırğınlar  idi.  Daha  sonra-
lar isə, 1920-ci ilin baharına qədər Azərbaycanın müxtəlif bölgələrində, 
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, 
202  a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 8-10.
203  Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyası (İki cilddə), C. I (Bakı, Lider nəşriyyat, 
2004), s. 32.
Erməni quldur dəstələri, 
həmçinin Qarabağa da 
soxuldular. Bu dövrdə Gəncə 
quberniyasının tərkibində 
yer alan Zəngəzur, Şuşa, 
Cəbrayıl və Cavanşir 
qəzalarında yerli əhalinin 
kütləvi soyqırımları həyata 
keçirildi. Bunların içində 
Andranik adlı quldur, 
Qarabağın azərbaycanlı 
əhalisini məhv edərək, 
buranı yeni qurulmuş 
Ermənistana birləşdirmək 
istəyirdi. O, 1918–1919-
cu illər ərzində Qarabağ 
bölgəsində 150 azərbaycanlı 
kəndinin minlərlə əhalisini 
qırıb  yox etmişdi.

 74
QARABAĞ 
   
99 SUALDA
Qarabağ,  Naxçıvan  və  Qərbi  Azərbaycan  torpaqlarında  da  ermənilərin 
azərbaycanlılara  qarşı  törətdikləri  qırğınlar  davam  etmişdir.  Bakıdan 
sonra dəhşətli qırğın hadisələrindən biri də Şamaxıda törədildi. Şamaxı-
ya S. Lalayanın başçılığında 3 minə qədər erməni əsgəri göndərilmişdi. 
Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin 
rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi Əfəndiyev erməni 
yepiskopunun yanına göndərildi ki, silahlı erməni dəstələrini geri qaytar-
sın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: “Biz gəlmişik ki, bütün 
müsəlmanları  qılıncdan  keçirək...”.
204
  Şamaxıdakı  qırğınlarda  şəhərin  13 
məhəllə məscidi və eyni zamanda 743-cü ildə tikilmiş Azərbaycanın ilk 
məscidi olan “Cümə” məscidi də yandırılaraq talan edilmişdir. Ermənilər 
Şamaxı qəzasının 53 kəndində 4190 kişi, 2560 qadın və 1277 uşaqlar olan 
toplam 8027 nəfər azərbaycanlını soyqırıma məruz qoymuşdular.
205
Əvvəlcədən  qurulmuş  plana  görə  daşnaq-bolşevik  qoşunu  Şamaxını 
işğal  etdikdən  sonra  Quba  qəzasına  daxil  olmalı  idi.  Xaçmazda  yaşayan 
ermənilər  bu  barədə  xəbərdar  edilmiş,  onlara  xeyli  əlavə  silah  və  sursat 
göndərilmişdi. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edir-
di.  Aprel  ayında  Quba  qəzasına  göndərilən  daşnaq  dəstələrinin  koman-
diri  Hamazasp  bildirmişdi:  “Mən  erməni  xalqının  qəhrəmanı  və  onun 
müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün 
azərbaycanlıları məhv etmək əmri verilmişdir”.
206
 Onun başçılıq etdiyi daş-
nak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min 
bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq “göz-
muncuğu” düzəldirdilər. Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin 
ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edil-
mişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 
12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdür. 
1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 
162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Lənkəranda olan “Dikaya diviziyası”-nı tərki-silah etmək üçün dəniz 
204  Azərbaycan Respublikası Milli Dövlət Arxiv Fondu 1061, siy. 1, vər. 85.
205  a.k.ə. İsgəndərov, Anar (2008), ss. 78-81.
206  Qaraca, Bəxtiyar, “Məqsəd Azərbaycanı məhv etmək idi”, Azərbaycam qəzeti, 31 mart 2013; (http://
www.azerbaijan-news.az/index.php?mod=3&id=21914). Baxılmışdır 27 dekabr 2013-cü il.

 75
QARABAĞ 
   
99 SUALDA
vasitəsilə  bolşevik-daşnak  dəstələri  göndərilmişdi.  Bunların  hamısı 
Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik-daşnak əsgərləri 
yolda  qabaqlarına  çıxan  kəndləri  dağıdırdılar.  Astara  bu  dəstənin 
əsgərləri  tərəfindən  topa  tutularaq  darmadağın  edildi,  əhalinin 
əksəriyyəti yaşayiş yerlərini tərk etmək məcburiyyətində qaldı. Xəzər 
dənizi  sahilində  Qızılağac  ilə  Lənkəran  arasındakı  kəndlər  “Alek-
sandr” hərbi gəmisi tərəfindən top atəşinə tutuldu. Bu qırğınlar zama-
nı Cənub bölgəsində 2000 mindən çox insan öldürüldü.
207
Erməni quldur dəstələri, həmçinin Qarabağa da soxuldular. Bu dövrdə 
Gəncə quberniyasının tərkibində yer alan Zəngəzur, Şuşa, Cəbrayıl və 
Cavanşir qəzalarında yerli əhalinin kütləvi soyqırımları həyata keçirildi. 
Bunların içində Andranik adlı quldur, Qarabağın azərbaycanlı əhalisini 
məhv edərək, buranı yeni qurulmuş Ermənistana birləşdirmək istəyirdi. 
O,  1918–1919-cu  illər  ərzində  Qarabağ  bölgəsində  150  azərbaycanlı 
kəndinin minlərlə əhalisini qırıb  yox etmişdi.
208
1918-ci  ilin  mart  hadisələrinə  qədər  ən  ağır  itkini  Qərbi 
Azərbaycan  torpaqları  olan  İrəvan  qəzası  vermişdir.  Bu  bölgənin 
199  azərbaycanlı  kəndi  və  1919-cu  ilin  sentyabrına  qədər  isə  qon-
şu  Eçmiədzin  qəzasına  məxsus  62  azərbaycan  kəndi  yerlə-yeksan 
edilmişdir.  Buralarda  kəndlər  məhv  edilir,  insanlar  vəhşicəsinə  öl-
dürülür, sağ qalanlar isə, canlarını qurtararaq İran, Osmanlı və Şərqi 
Azərbaycan torpaqlarına qaçırdılar.
209
 
1918-1920-ci  illərdə  ermənilər  tərəfindən  ən  çox  zərər  çəkmiş 
bölgələrdən biri də Zəngəzur olmuşdur. Fövqəladə Təhqiqat Komis-
siyasının sənədlərinə görə Zəngəzur qəzasının 115 kəndində  toplam 
207  a.k.ə. Arzumanlı, Vaqif və başqaları (1995), ss. 23-25. Həmçinin bax; a.k.ə. İsgəndərov, Anar 
(2008), ss. 82-86.
208  Azərrbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı: Sənədlər toplusu (üç cilddə) Gəncə 
quberniyasında soyqırımı, II cild, 1-ci kitab, (AMEA, A.A. Bakıxanov adına Tarix institutu, Bakı, 
2011). Həmçinin bax; a.k.ə. Uçarol, Rifat (1995), ss. 485-491. Həmçinin bax; a.k.ə.  Müxtəsər 
xronoloji ensiklopediya (2003), ss. 42-100. Həmçinin bax; a.k.ə. Arzumanlı, Vaqif və başqaları 
(1995), ss. 25-30. Həmçinin bax; Məmmədova, Həvva, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 
Yuxarı Qarabağ ərazisində vəziyyət: erməni terrorizminin güclənmsi (1918-1920) (Bakı, Nağıl-
evi nəşriyyatı, 2006), ss. 28-41. Həmçinin bax; Süleymanov, Mehman, Nuri Paşa və silahdaşları 
(Nurlar, 2014), s. 211.
209  a.k.ə. İsgəndərov, Anar (2008), s. 89.

 76
QARABAĞ 
   
99 SUALDA
10.068 nəfər azərbaycanlı vəhşicəsinə qətl edilmişdir.
210
 
Onu da qeyd etmək lazımdır ki, bu illər ərzində ermənilərin törətdiyi 
qanlı  qırğınların  bəzi  yerlərdə  qarşısının  alınması  Osmanlı  ordusunun 
Azərbaycana  etdiyi  hərbi  yardımları  sayəsində  mümkün  olmuşdur.  Os-
manlı və Azərbaycan əsgərlərinin qurduğu Qafqaz İslam Ordusu, ilk əvvəl 
15 sentyabr 1918-ci ildə Bakını azad edərkən Gəncə-Bakı istiqamətindəki 
yol boyu məntəqələri, sonra da oktyabr ayında başda Şuşa olmaqla Qara-
bağda erməni quldur dəstələrinin törətdiyi qırğınların qarşısını ala bilibdir 
211
. Lakin 30 oktyabrda Osmanlı dövləti ilə İngilislər arasında imzalanan 
Mudros müqaviləsinə görə  Qafqaz İslam Ordusunun Qarabağı və sonra 
da Azərbaycanı tərk etməsindən sonra, bundan istifadə edən ermənilər 
Qarabağda yenə də qırğınlar törətməyə başlamışdır
212
.  
Azərbaycana qarşı milli soyqırım olan və 1918-ci il “mart hadisələri” 
ilə başlayıb 1920-ci ilə qədər sürən bu qanlı qırğınlarda ümumilikdə 50 
mindən çox azərbaycanlı həyatını itirmişdir. Kütləvi soyqırım hadisələri 
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 
milli dövlətçilik siyasəti ideyalarına güclü təsir göstərmiş, eyni zamanda 
Rusiya  imperiyasını  da  demokratik-federativ  respublikaya  çevirilməyə, 
və bu regiondakı millətlərə muxtariyyət hüququnun verilməsi üçün əlini 
çəkməyə məcbur etmişdir. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin