Bİlal Dədəyev


ATƏT-in Minsk Qrupu nə zaman və hansı məqsədlə



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

47. ATƏT-in Minsk Qrupu nə zaman və hansı məqsədlə 
yaradıldı?
Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 
siyasi  həllini  tapmaq  üçün  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Müşavirəsi  (Konfransı)  tərəfindən  yaradılmışdır  (ATƏM,  indi  ATƏT-
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı).
1992-ci  il  martın  24-də,  ATƏT-in  Helsinki  görüşündə  Şura  Baş 
katibdən  Dağlıq  Qarabağla  bağlı  ATƏT-in  rəhbərliyi  altında  onun 
prinsipləri,  tələb  və  öhdəlikləri  və  Əsasnaməsi  əsasında  böhranın  sülh 
yolu ilə həllini təmin etmək üçün dərhal konfrans çağırılmasını xahiş etdi. 
1994-cü il dekabrın 6-da dövlət və hökumət başçılarının Budapeşt Sam-
miti Minsk Qrupu üçün həmsədrlik yaratmağa qərar verdi. Üç ay sonra, 
1995-ci il  martın 23-də isə Budapeşt Sammitinin qərarına əsasən ATƏT 
sədri Minsk qrupunun həmsədrlərinə mandat verdi.
ATƏT-in Minsk Qrupu danışıqlar prosesinə cəlb olunduqdan sonra ar-
tıq burada yalnız Rusiya və Türkiyə kimi regi-
onal ölkələr deyil, Avropa və Şimali Amerika 
ölkələri  də  təmsil  olunduğundan  münaqişə 
tərəfləri danışıqlar aparan bu quruma böyük 
ümidlər  bəsləyir  və  belə  böyük  bir  təmsilçi 
qurumun münaqişəyə sülh yolu ilə son qo-
yacağına  inamı  artırdı.  Hal-hazırda,  Minsk 
qrupu aşağıdakı daimi iştirakçı dövlətlərdən 
ibarətdir:  Belarusiya,  Almaniya,  İtaliya,  İs-
veç, Finlandiya, Türkiyə və münaqişənin əsas 
tərəfləri olan Azərbaycan və Ermənistan və ATƏT-in “Üçlük” adlandırdığı 
Rusiya, ABŞ və Fransadan ibarət qrupun həmsədrləri.
Minsk qrupu Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin siyasi həllini 
tapmaq üçün Avropada 
Təhlükəsizlik və Əməkdaşlıq 
Müşavirəsi (Konfransı) 
tərəfindən yaradılmışdır

 150
QARABAĞ 
   
99 SUALDA
Minsk  Qrupunun  əsas  məqsəd  və  vəzifələrini  aşağıdakı  kimi 
ümumiləşdirmək olar:
verilməsi  yolunda  münaqişənin  həlli  üçün  müvafiq  sistemin  təmin 
edilməsi;
-
da silahlı münaqişənin dayandırılması haqqında sazişin əldə edilməsi;
prosesinə yardım edilməsi.
Əgər  ATƏT-in  Minsk  qrupunun  yuxarıda  göstərilən  məqsəd  və 
vəzifələri tam yerinə yetirilərsə, onda hesab etmək olar ki, proses uğurla 
başa çatıb.
425
1997-ci ildən bəri Minsk qrupu münaqişə tərəflərinə 1997-ci il iyu-
lunda  “paket”, 1997-ci il dekabrında “mərhələli” və 1998-ci il noyabrında 
“ümumi dövlət təklifi” adlandırılan üç təklif təqdim etmişdir.
426
  Sonralar,  
Minsk Qrupu “Praqa prosesi” və Madrid prinsipləri kimi həll planları ilə çı-
xış etmişdir. Lakin, Minsk Qrupu tərəfindən təqdim olunan variantların və 
metodologiyaların heç biri münaqişə tərəfləri tərəfindən qəbul edilməmiş 
və  yüksək  səviyyəli  danışıqların  təmsilçiləri  münaqişənin  həllinə  nail 
ola  bilməmişdirlər.  Volker  Ceykobinin  söylədiyi  kimi,  “Təkliflərin  heç 
biri ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etməklə status 
barədə bütün tərəfləri qane edəcək razılığa gəlməkdə tərəfləri yaxınlaşdı-
ra  bilmədi”.
427
  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  yeganə  nailiyyət 
1994-cü ilin mayında Bişkekdə imzalanmış atəşkəs sazişi və 2008-ci ilin 
Moskva bəyannaməsi hesab edilə bilər. Lakin, qeyd etmək lazımdır ki, bu 
atəşkəsdə tək Rusiya vasitəçilik etmiş, Moskva bəyannaməsi təşəbbüsünü 
isə  ATƏT-in Minsk Qrupu deyil, Rusiya irəli sürmüşdür.
428
425  Organization for Security and Co-operation in Europe (OSCE); (http://www.osce.org/mg). Accessed 
on  14 October, 2013. 
426  Jacoby, Volker, “The Role of the OSCE: An Assessment of International Mediation Efforts”, Accord: 
An International Review of Peace Initiative, Issue 17, 2005, p. 32. 
427  a.k.ə. Jacoby, Volker (2005), p. 32. 
428  Nuriyev, Elkhan, “OSCE Minsk Group in Crisis: A New Look at Nagorno-Karabakh Impasse”, The 
Journal of Turkish Weekly, 6 May 2011; (http://www.turkishweekly.net/op-ed/2820/osce-minsk-group-in-
crisis-a-new-look-at-nagorno-karabakh-impasse.html). Accessed on October 14, 2013.

 151
QARABAĞ 
   
99 SUALDA
ATƏT-in Rəhbərliyi Altında Dağlıq Qarabağ üzrə Konfransın 
Həmsədrlərinin Mandatı (“Minsk Konfransı”) 
(Qeyri-rəsmi tərcümə)
Həmsədrlər ATƏT-in sədri tərəfindən təyin olunurlar;
Həmsədrlər  öz  fəaliyyətlərini  ATƏT-in  prinsip  və  normaları,  BMT 
Nizamnaməsi,  ATƏT-in  forumlarının  qərarları  (qətnamələri),  Nazirlər 
Şurasının 1992-ci il 24 mart tarixli qərarları, xüsusilə Budapeşt Sammi-
tinin  qərarları  və  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq  qətnamələrinə 
uyğun şəkildə qurmalıdırlar. 
Həmsədrlər öz işlərində Minsk Konfransının məqsəd və vəzifələrini 
əsas  götürəcək,  dəqiq  desək,  güc  tətbiq  etmədən  münaqişənin  həllinə 
təkan verəcək və xüsusilə münaqişənin sülh yolu ilə və tamamilə həlli üçün 
danışıqları  irəlilətməyə  kömək  edəcəklər.  Prosedur  qaydalarına  əsasən, 
bunlar ATƏM-in X görüşündə qəbul olunmuş qərarlarda göstərilib. 
Həmsədrlər bütün vasitəçilik və danışıqlarda fəaliyyətlərini tam əlaqəli 
şəkildə  aparacaq,  ATƏT  çərçivəsində  onları  vahid  koordinasiya  altında 
aparacaqlar;
Həmsədrlər birlikdə və tam bərabər olaraq, qərəzsizliyə əsaslanaraq:
1.  Atəşkəsi gücləndirmək üçün birgə səy göstərəcək;
2.   Münaqişə tərəflərinin danışıqlar aparması üçün ümumi zəmin yara-
dacaq;
Əvvəlki  vasitəçilik  fəaliyyətində  əldə  olunmuş  irəliləyişi  davam 
etdirərək silahlı münaqişəni dayandırmaq barədə siyasi razılıq əldə olun-
ması üçün münaqişə tərəfləri ilə danışıqlar aparacaq;
3.   Münaqişə tərəfləri arasında davamlı danışıqlar da daxil olmaqla mü-
nasib bilinən birbaşa əlaqələri inkişaf etdirəcək;
4.   Xüsusilə  humanitar  sahədə,  inamın  möhkəmləndirilməsi 
tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə 
birgə işin siyasi proseslərlə əlaqələndirilərək davam etdirilməsi;
5.   ATƏT-in  çoxmillətli  sülhməramlı  qüvvələrinin  yaradılması,  tərkibi  və 
fəaliyyəti üçün plan işlənib hazırlanmasında Baş katibə yardım edilməsi; 

 152
QARABAĞ 
   
99 SUALDA
7.   Sülhməramlı  qüvvələrlə  bağlı  münaqişə  tərəflərinin  qəbul  edilən 
təsdiq olunmuş və formal xahişlərinin Baş katibə göndərilməsi;
8.   Layihə  mandatı,    Anlaşma  Memorandumu  və  buraya  cəlb  olunmuş 
işçilərın hər zaman təhlükəsizliyinin təmin olunması ilə bağlı münaqişə 
tərəfləri ilə danışıqlar prosesi barədə Baş katibə məlumat verilməsi;
9.   Minsk Qrupunun daimi məsləhətləşmələrinə birlikdə sədrlik edin, 
sənədləri, Minsk Qrupunun görüşlərinin keçiriləcəyi vaxt və yer də 
daxil olmaqla məlumat və təklifləri və müzakirə olunacaq məsələlər 
toplusunu Minsk Qrupunun üzvlərinə birlikdə göndərin; 
10.   Daimi  və  ardıcıl  olaraq  ATƏT-in  Baş  katibinə  məlumat  verin  və 
məsləhətləşin;  işlərin  gedişatı  barədə  mütəmadi  olaraq  birlikdə 
ATƏT-in Daimi Şurasına məlumat verin; 
11.   Baş katiblə məsləhətləşmələrdən sonra Birləşmiş Millətlər Təşkilatı 
Təhlükəsizlik Şurasının Prezidentinə və Birləşmiş Millətlər Təşkilatı 
Baş Katibinə Minsk prosesinin gedişi və yerlərdə vəziyyətin bütün 
aspektləri üzrə, onun müvafiq qətnamələrinin həyata keçirilməsinə 
dair,  eləcə  də  ATƏT  və  BMT  arasında  bu  mövzuda  indiki  və 
gələcək  əməkdaşlıq  barədə  birgə  məlumat  vermək;  lazım  gələrsə, 
münaqişənin sülh yolu ilə həll olunması naminə Millətlər Təşkilatının 
Təhlükəsizlik Şurası tərəfindən qəbul edilə bilən yeni qətnamələrlə 
bağlı mülahizə və təklifləri Baş katiblə müvafiq məsləhətləşmələrdən 
sonra,  Birləşmiş Millətlər Təşkilatına təqdim edin; 
12.   Yuxarıda  göstərilən  və  bununla  əlaqədar  digər  məsələlərlə  bağ-
lı  münaqişə  tərəfləri  ilə  əlaqə  saxlamaq  üçün  birlikdə  və  ya  lazım 
gələrsə ayrı-ayrılıqda,  razılaşdırılmış qaydada münaqişə regionuna 
gedin (səfər edin);
13.   Baş  katiblə  məsləhətləşmələrdən  sonra  Beynəlxalq  Qırmızı  Xaç 
Cəmiyyəti, BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığı və digər müvafiq 
beynəlxalq və regional təşkilatlar və qurumlarla lazımi əlaqə saxlamaq;
14.   Minsk Konfransına və ona qədərki hazırlıq iclaslarına birgə sədrlik edin;
15.  Həmsədrlər Baş Katibin Şəxsi Nümayəndəsi ilə Şəxsi Nümayəndənin 
mandatında göstərilən müddəalara uyğun olaraq əməkdaşlıq edəcəklər.
Vyana, 23 mart, 1995-ci il

 153
QARABAĞ 
   
99 SUALDA
48. Nə üçün Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 
həllində ATƏT-in Minsk Qrupunu qərəzli olmaqda 
günahlandırır?
ATƏT-in  Minsk  qrupunun,  xüsusilə  Rusiya,  ABŞ  və  Fransa  kimi 
həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsi üzrə sülh vasitəçiliklərinin 
uğursuz  nəticələri  münaqişə  tərəflərini  və  elm  adamlarını  bu  barədə 
müzakirələr aparmağa sövq etmişdir. Minsk Qrupu həmsədrlərinin rolun-
dan danışarkən, aydın olur ki, ATƏT-in “Troyka” sisteminin məqsədi da-
vam edən danışıqlar prosesləri üçün zəmin yaratmaq və münaqişənin sülh 
yolu ilə həllinə nail olmaq deyil, regionda öz milli maraqlarını qorumaq 
məqsədilə bu stabilliyi saxlamaqdır. 
Danışıqlar  prosesində  iştirak  etməklə  Rusiya  əsas  regional  oyun-
çulardan  biri  kimi  öz  hegemonluğunu  gücləndirmək  və  özünün  “ya-
xın  xaric”ində  (near  abroad)  milli  maraqlarını  qorumaq  üçün  regional 
məsələlərdə  fəal  rol  oynamaq  istəyirdi.
429
  Bu,  Minsk  Qrupu  tərəfindən 
vasitəçilik prosesinə cəlb olunarkən Rusiyanın regionda heç bir beynəlxalq 
təşkilatın  onun  maraqlarını  sarsıtmağa  imkan  verməməsi  ilə  özünü  ilk 
dövrdə aydın şəkildə göstərdi. Birtərəfli vasitəçilik cəhdləri və Rusiyanın 
iştirakı ilə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişinin imzalan-
ması Rusiyanın bu məqsədini göstərmək üçün aydın nümunədir.
430
 
Digər tərəfdən, ABŞ-ın regiondakı əsas maraqları öz siyasi və iqtisadi 
təsirini genişləndirmək və neft istehsalı və nəqliyyatı marşrutlarını diversi-
fikasiya etmək ümidi ilə bağlı idi.
431
 2001-ci il 11 sentyabr hadisələrindən 
sonra ABŞ bu regionu Yaxın Şərqdə öz mövqeyi üçün mühüm geo-siyasi 
sahə kimi görürdü. Buna görə də, regionda öz hərbi varlığını gücləndirməyə 
və regionun yeni müstəqil dövlətlər ilə hərbi əməkdaşlıq qurmağa başla-
dı.
432
 Fransa isə öz növbəsində “regionun əsas iqtisadi problemlərini həll 
429  Cornell, Svante E., Small Nations and Great Powers: Study of Ethnopolitical Conflict in the 
Caucasus (RoutledgeCurzon, 2001), p. 99. 
430  a.k.ə. Cornell, Svante E. (2001), p. 99. 
431  a.k.ə. Jacoby, Volker (2005), p. 31.
432  Laruelle, Marlene & Peyrouse, Sebastien, “The Militarization of the Caspian Sea: “Great Games” 
and “Small Games” Over the Caspian Fleets”, China and Eurasia Forum Quarterly, Vol. 7, No. 2, p. 29. 

 154
QARABAĞ 
   
99 SUALDA
etmək üçün Avropanın vasitəçiliyinə ehtiyac 
olduğu” üçün Avropa İttifaqının maraqlarını 
dəstəkləyirdi.
433
 
Eyni  zamanda,  bu  ölkələrdə  böyük 
erməni  diasporaları  mövcuddur.  Böyük 
erməni  diasporasına  malik  olmaqla  yanaşı, 
bu  ölkələr  Dağlıq  Qarabağ  müharibəsi  za-
manı  Ermənistanın  mövqeyini  dəstəkləyən 
ölkələrdən  idilər.  Ermənistanın  əsas  siyasi 
və  hərbi  müttəfiqi  olan  Rusiya  Dağlıq  Qa-
rabağ  müharibəsi  zamanı  Ermənistanın 
əsas tərəfdarı olmaqla yanaşı, Azərbaycan torpaqlarının işğalında birbaşa 
iştirak etmiş və Xocalıda yerli azərbaycanlıları qətlə yetirmişdir. Onu da 
qeyd etmək yerinə düşərdi ki, Ermənistan Sovet İttifaqının tənəzzülündən 
sonra regionda öz siyasi və hərbi maraqlarını qorumaq üçün Rusiyanın 
təşəbbüsü  ilə  təsis  edilmiş  hökumətlərarası  hərbi  ittifaq  olan  Kollektiv 
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Bununla yanaşı, 
Rusiyanın Azərbaycan sərhədi yaxınlığında yerləşən Ermənistanın Güm-
rü şəhərində hərbi bazası vardır. Deyilənlərə görə, KTMT çərçivəsində 
Rusiya  Ermənistanda  birgə  hərbi  hava  qüvvələri  təşkil  etmək  istəyir.
434
 
Digər  tərəfdən,  Dağlıq-Qarabağ  müharibəsi  zamanı  ABŞ  Ermənistanı 
dəstəkləyərək Azərbaycanı “təcavüzkar” ölkə kimi tanımışdır. Ermənistan 
lobbisinin  köməyi  ilə  ABŞ  Konqresi  ABŞ-ın  “Azadlığa  Dəstək  Aktı”  al-
tında  Azərbaycana  hökumət  yardımı  göstərməsini  məhdudlaşdıran 
907-ci  Düzəlişi  qəbul  etmişdir.  ABŞ  Konqresinin  bu  ədalətsiz  qərarı 
ABŞ  Prezidenti  Corc  V.Buş  tərəfindən  Azərbaycan  və  ABŞ  arasında 
hərbi  əməkdaşlığa  görə  ləğv  edilənə  kimi,  yəni  2001-ci  ilə  kimi  davam 
etmişdir. Bununla belə, bu o demək deyildir ki, ABŞ Konqresi “Azadlığa 
Dəstək Aktı”nın 907-ci düzəlişi üzrə siyasətini yenidən bərpa edə bilməz. 
Fransaya  gəldikdə  isə,  qondarma  “erməni  soyqırımı”nın  tanınmasında 
433  a.k.ə. Nuriyev, Elkhan (2011). 
434  Kucera, Joshua, “Russia Announces Upgrades To CSTO Military Presence In Armenia”, 
EURASIANET.org, 4 July 2013; (http://www.eurasianet.org/node/67216). Accessed on October 14, 2013. 
ATƏT-in “Troyka” sisteminin 
məqsədi davam edən 
danışıqlar prosesləri 
üçün zəmin yaratmaq və 
münaqişənin sülh yolu ilə 
həllinə nail olmaq deyil, 
regionda öz milli maraqlarını 
qorumaq məqsədilə bu 
stabilliyi saxlamaqdır.

 155
QARABAĞ 
   
99 SUALDA
Ermənistanın apardığı “müqəddəs müharibənin” ən yaxşı tərəfdarı kimi 
özünü təqdim etmişdir. 
Bütün  bu  faktlara  əsasən,  Azərbaycan  Ermənistan  diasporunun  möv-
cud olduğu və ermənilərin güclü təsirə malik olduğu Rusiya, Fransa və ABŞ 
ölkələrinin həmsədrlik etdiyi Minsk qrupunun tərəfsizliyi haqqında məsələ 
qaldırmışdır.
435
 Buna görə də, Bakı Minsk qrupu ölkələrini Ermənistanın 
tərəfdaşı kimi görür. Bu baxımdan, Azərbaycan Minsk qrupundan həmsədr 
ölkələri  münaqişənin  həllində  tərəfdaşlığın  qarşısını  almağa,  vasitəçiliyin 
əsas prinsiplərindən biri olan vasitəçi ölkələrin qərəzsizliyini təmin etməyə 
və ya münaqişə ölkələrinin maraqlarını bərabər şəkildə qorumağa çağırır. 
49. 1993-cü il aprelin 30-da qəbul edilmiş BMT 
Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsi nəyi 
nəzərdə tuturdu?
1993-cü il aprelin 30-da Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şu-
rası özünün 3205-ci iclasında yekdilliklə Dağlıq Qarabağın hüdudlarından 
kənarda  yerləşən  Azərbaycanın  Kəlbəcər  rayonunun  işğalını  pisləyən  və 
Azərbaycanın  suverenliyi  və  ərazi  bütövlüyünə  hörmət  edilməsini  tələb 
edən  822  saylı  qətnamə  qəbul  etdi.  Bu  qətnaməyə  əsasən  Təhlükəsizlik 
Şurası  bölgədə  sülh  və  təhlükəsizliyi  təhlükə  altına  atan  düşmənçilik 
fəaliyyətlərinin  və  hərbi  əməliyyatların  dayandırıl masını,  bütün  işğal-
çı  qüvvələrin  nəinki  Kəlbəcər  rayonundan,  eləcə  də  Azərbaycanın  işğal 
olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılma-
sını tələb edilirdi. Şura həmçinin “Baş katibin Avropada Təhlükəsizlik və 
Əməkdaşlıq Müşavirəsinin sədrinə, habelə, Müşavirənin Minsk qrupunun 
sədri ilə birlikdə, regionda, xüsusilə də Azərbaycanın Kəlbəcər rayonunda 
vəziyyəti  qiymətləndirməyi  və  növbəti  hesabatları  Şuraya  təqdim  etməyi 
tapşırmışdı”.
436
 
435  Ismailzade, Fariz, “Azerbaijan’s Relations with Minsk Group Hit New Low”, Eurasia Daily Monitor, Vol. 
5, Issue 57, 2008. Retrieved from; (http://archive.is/ya0k). Accessed on October 14, 2013. 
436  United Nation Security Council, “Resolution 822”, s/RES/822, 30 April 1993. 

 156
QARABAĞ 
   
99 SUALDA
Qeyd etmək lazımdır ki, Kəlbəcər rayonu 
(sahəsi 1936 kv. m, əhalisi - 58000)
437
 Dağlıq 
Qarabağ Muxtar Vilayətinə daxil deyildi və 
tarix boyu orada ermənilər yaşamamışdır.
438
 
Münaqişənin hər iki tərəfi üçün böyük stra-
teji  əhəmiyyət  kəsb  edən  Azərbaycanın  bu 
rayonu Ermənistanın şimal-qərbi ilə Dağlıq 
Qarabağ arasında yerləşən uzun bir ərazi zo-
lağı idi.
439
 Kəlbəcər rayonu Ermənistan silah-
lı qüvvələri tərəfindən işğal olunduqdan son-
ra  Dağlıq  Qarabağ  Azərbaycan  ərazisində 
anklav statusunu itirdi və uzunluğu 60 mil, 
eni 30 mil olan ərazi de-fakto Ermənistana 
qatıldı.
440
 
1993-cü martın 27-də Ermənistan silahlı 
qüvvələri  Kəlbəcər rayonuna güclü hücuma keçdi. Kəlbəcərdə əlavə yar-
dım almayan zəif planlaşdırılmış kiçik bir müdafiə qrupu var idi. Lakin 
ermənilər yüksək səviyyədə hazırlıqlı idi. Kəlbəcər rayonuna əsas hücum 
Dağlıq  Qarabağ  hərbi  hissələri  tərəfindən  deyil,  qərbdən  Ermənistanın 
Vardenis rayonu tərəfdən edildi. Nəticədə, aprelin 3-də ermənilər ciddi 
itki vermədən Kəlbəcər rayonunu işğal etdilər.
441
 Ermənilər bu işğal aktını 
Dağlıq Qarabağın qorunması üçün “təhlükəsizlik zolağının” yaradılması 
məqsədi ilə həyata keçirildiyini bəhanə gətirirlər.
442
Kəlbəcərə hücum vaxtı erməni silahlı qüvvələri tərəfindən müharibə 
qaydalarına  zidd  olan  vətəndaşların  məcburi  köçürülməsi,  yanğınlar 
437  “Occupation of the Kelbajar region of Azerbaijan by Armenian armed forces”, Embassy of the 
Republic of Azerbaijan in the People’s Republic of China; (http://www.azerbembassy.org.cn/eng/
kelbajar01.html?jdfwkey=1qqyz1). Accessed on  November 1, 2013.
438  Sheets, Lawrence Scott, “A ‘Frozen Conflict’ That Could Boil Over”, The New York Times, 8 March 
2012; (http://www.nytimes.com/2012/03/09/opinion/a-frozen-conflict-that-could-boil-over.html?_r=1&). 
Accessed on November 1, 2013.
439  a.k.ə. De Wall, Thomas (2003), p. 211.
440  Bonner, Raymond, “War in Caucasus Shows Ethnic Hate’s Front Line”, The New York Times, 02 
August 1993; (http://www.nytimes.com/1993/08/02/world/war-in-caucasus-shows-ethnic-hate-s-front-
line.html?pagewanted=all&src=pm). Accessed on November 1, 2013.
441  a.k.ə. De Wall, Thomas (2003), p. 211. 
442  a.k.ə. Sheets, Lawrence Scott, (2012).
1993-cü il aprelin 30-da 
Birləşmiş Millətlər Təşkilatı 
Təhlükəsizlik Şurası 
özünün 3205-ci iclasında 
yekdilliklə Dağlıq Qarabağın 
hüdudlarından kənarda 
yerləşən Azərbaycanın 
Kəlbəcər rayonunun işğalını 
pisləyən və Azərbaycanın 
suverenliyi və ərazi 
bütövlüyünə hörmət 
edilməsini tələb edən 822 
saylı qətnamə qəbul etdi.

 157
QARABAĞ 
   
99 SUALDA
törədilməsi və girov götürülməsi kimi bir sıra qanunsuz hərəkətlərə yol ve-
rilmiş, bir həftə ərzində azərbaycanlılardan ibarət 60 min nəfər mülki əhali 
evlərini  tərk  etmək  məcburiyyətində  qalmışdılar.
443
  ABŞ  Dövlət  İnsan 
Hüquqları Departamentinin ölkə hesabatında qeyd edilir: “Onlar (erməni 
qüvvələri) sakinləri evlərindən qovub, rayon mərkəzini və regionun bir 
çox kəndlərini talan edib və yandırıblar”.
444
 Human Rights Watch-a görə, 
əvvəlcə Kəlbəcər rayonunun mülki əhalisinə qaçmağa icazə verildi, lakin 
bir müddət sonra məlum oldu ki, “Murov dağları”na gedən yoldan başqa 
bütün qaçış yolları bağlanmışdır.
445
 Thomas de Wall bu hadisəni belə işıq-
landırmışdır: “çıxılmaz vəziyyətdə qalan qaçqınlar ermənilərin açıq qoy-
duğu yeganə Murov dağına gedən 50 millik qarlı yolla qaçmağa çalışırdı”.
446
 
Nəticədə, əsrlər boyu bu ərazidə yaşayan əksəriyyəti Azərbaycan kürdü 
olan mülki əhali Murov dağlarından qaçarkən tələf oldu.
447
 
Human Rights 
Watch Azərbaycan kürdlərinin qaçmasına belə aydınlıq gətirir: 
Ermənilərin  dediyinin  əksinə,    Laçin    və  Kəlbəcər  rayonun-
da  yaşayan  kürdlərin  nə  bu  əraziləri  işğal  etməkdə  erməniləri 
dəstəkləməsinə, nə də bu rayonların Ermənistan tərəfindən işğal 
edilməsindən  sonra  əksər  kürdlərin  bu  bölgədə  qalaraq  muxtar 
Kürd rayonunu yaratmaq istəmələrinə dair heç bir sübut yoxdur. 
Bütün kürdlər azərbaycanlılarla birlikdə qaçmışdılar.
448
 
Bundan əlavə, amerikalı jurnalist Thomas Goltz yazır ki, Kəlbəcər ra-
yonunun  işğalından  sonra  regionda  olan  kürd  icması  dünya  kürdlərinə 
müraciət  edərək  ermənilərin  Azərbaycana  qarşı  təcavüz  və  işğalları-
nı,  mülki  əhalini  qətl  və  qarət  etmələrini  dayandırmasını  xahiş  etmiş-
dir. Müraciətdə göstərilir: “ölkəmizi təcavüzdən və işğaldan azad etmək 
məqsədilə kütləvi, beynəlxalq həmrəylik kampaniyası başlamaq üçün bü-
443  a.k.ə. Human Rights Watch (1994), pp. 8-9.  
444  McDowall, David, A Modern History of the Kurds (I.B. Tauris, 2004), p. 493.
445  a.k.ə. Human Right Watch (1994), p. 11.
446  a.k.ə. De Wall, Thomas (2003), p. 212. 
447  a.k.ə. De Wall, Thomas (2010), p. 121.
448  a.k.ə. Human Rights Watch, (1994), p. 9. Həmçinin bax; “You too, Armenia”, Kurdish Life, No. 9, 
Winter 1994, published by Kurdish Lybrary, Brooklyn, New York. 

 158
QARABAĞ 
   
99 SUALDA
tün dünya kürdlərini bizə, Azərbaycan kürdlərinə qoşulmağa səsləyirik! 
Sülh və ədalət adına Azərbaycanda qədim yurdumuzu qorumaqda bizlərə 
kömək edin!”
449
  Kəlbəcərin işğalı nəticəsində regionun mülki əhalisi bir 
neçə həftə ərzində erməni silahlı qüvvələri tərəfindən etnik təmizləməyə 
məruz  qalmış,  doğma  yurd-yuvalarından  çıxarılmış  və  onlar  dözülməz 
şəraitdə yaşayan böyük məcburi köçkünlər kütləsinə çevrilmişdilər. Bu da 
öz növbəsində Azərbaycanda humanitar böhrana səbəb oldu. 1993-cü ilin  
aprelində Azərbaycan Qaçqınlar üzrə Dövlət Komitəsinin hesabatına görə, 
regiondan 9582 ailə qeydiyyata alınaraq məktəblərdə, yay düşərgələrində, 
mehmanxanalarda və çadırlarda məskunlaşdırıldılar.
450
 
Laçından  sonra  Kəlbəcərin  ələ  keçirilməsi  Dağlıq  Qarabağ  və 
Ermənistan arasında ikinci bir quru dəhlizi yaratdı. Lakin bu, ermənilərə 
diplomatik  cəhətdən  baha  başa  gəldi.  Ermənilərin  xarici  qüvvələrin 
köməyi  ilə  həyata  keçirdiyi  işğal  Ermənistana  beynəlxalq  qınaq  gətirdi. 
Əvvəldə qeyd edildiyi kimi, əməliyyatdan iyirmi səkkiz gün sonra BMT 
Təhlükəsizlik Şurası hərbi əməliyyatların dayandırılmasını tələb edən 822 
saylı qətnamə qəbul etdi. Thomas de Wallın dediyinə görə “hər iki tərəfi 
hərbi əməliyyatları dayandırmağa çağırarkən, qətnamə Ermənistan tərəfi 
nəzərdə tuturdu və ondan bütün işğalçı qüvvələri Kəlbəcərdən çıxartmağı 
tələb edirdi”.
451
 
Bununla  belə,  ermənilər  Kəlbəcər  rayonunun  işğalında  Ermənistan 
Respublikasının  hərbi  qüvvələrinin  əli  olduğunu  inkar  edir.  Onlar 
Azərbaycanı beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün BMT Təhlükəsizlik 
Şurasının  qətnamələrinin  təhrif  edilməsində  ittiham  edirlər.  Buna  görə, 
onlar qətnamədə Ermənistanın “təcavüzkar” və ya “işğalçı” kimi heç bir 
zaman  qeyd  edilmədiyini,  822  saylı  Qətnamədə  silahlı  toqquşmanın 
Azərbaycan və Dağlıq Qarabağın yerli erməni silahlı qüvvələri arasında 
baş verdiyini və münaqişə tərəflərinin Azərbaycan və Dağlıq Qarabağ ol-
449  a.k.ə. Goltz, Thomas, (1999), p. 346. The author writes “to my knowledge, the document has never 
seen the light of day in any international human-rights publication because it goes so much against the 
grain of conventional wisdom about the Kurds and the Armenians”, p. 347. 
450  a.k.ə. Human Right Watch (1994), p. 15.
451  a.k.ə. De Wall, Thomas (2003), p. 213. 

 159
QARABAĞ 
   
99 SUALDA
duğunun göstərildiyini iddia edirlər.
452
  
Lakin,  Kəlbəcər  əməliyyatı  zamanı  böyük  hücum  Dağlıq  Qara-
bağ  erməniləri  tərəfindən  deyil,  əsasən  rayonun  qərb  hissəsindən,  yəni 
Ermənistan  ərazisindən  gəldi  və  bu  da  “erməni  dövlətinin  müharibədə 
açıq-aşkar iştirak etdiyini göstərirdi”.
453
 Azərbaycan hərbi bölüyünün ələ 
keçirdiyi ermənilərin hərbi biletləri, xidmətə çağırış sənədləri, pasport-
ları,  məzuniyyət  kartları,  bülletenləri,  ərizələri,  habelə,  Ermənistanın 
555-ci motoatıcı alayının əsgərlərinin ifadəsi kimi bir sıra güclü dəlillər
454
 
Kəlbəcər rayonunun işğalında yalnız Ermənistan tərəfinin deyil, Rusiya-
nın 7-ci ordusu kimi xarici hərbi qüvvələrin də əli olduğunu sübut edir.
455
 
Bununla əlaqədar Thomas de Wall yazır: 
Azərbaycanlılar tərəfindən ələ keçirilmiş 1 aprel 1993-cü il tarixli 
hərbi xəritə mayor S.O.Barseqyana məxsus idi. Xəritədəki tarixlər 
göstərir  ki,  Barseqyan  2  mart  tarixində  Sevan  gölü  sahilində  ol-
muş,  martın  27-si  axşam  saat  16:30-da  Ermənistan-Azərbaycan 
sərhədini keçmiş və Kəlbəcərə doğru yol almışdır. Azərbaycanın 
keçmiş Müdafiə Naziri Azad İsazadədə bu xəritənin nüsxəsi var…
Sonralar Azərbaycan Təhlükəsizlik Nazirliyi çox təmiz rus dilində 
və kobud erməni aksenti ilə danışan iki rəsmi nümayəndə arasında 
gedən danışıqları lentə almış audio-kaseti dərc etmişdi.
456
Bununla əlaqədar olaraq, Human Right Watch qeyd edir ki, Azərbaycan 
hökuməti tərəfindən verilmiş radio məlumata əsasən Rusiyanın 7-ci Or-
dusunun 128-ci alayına məxsus qoşun hissələri Kəlbəcərin işğalında iş-
tirak etmişdir. Human Right Watch eləcə də qeyd edir ki, lent yazılarına 
qulaq asdıqdan sonra rus dilinə mükəmməl bələd olan BMT-nin Bakıdakı 
452  Avetisyan, Aram, “Karabakh Knot: Myths and Realities”, Foreign Policy Journal, 10 March 2012; 
(http://www.foreignpolicyjournal.com/2012/03/10/karabakh-knot-myths-and-realities/). Accessed on 
November 1, 2013.
453  a.k.ə. Cornell, Svante E. (2011), p. 73. Həmçinin bax; a.k.ə. De Wall, Thomas (2003), p. 211. 
454  Sadigbeyli, Rovshan, “The Implications of the 1993 U.N. Security Council Action for the Settlement 
of the Armenia - Azerbaijan Conflict”, Caucasian Review of International Affairs, Vol. 3 (4), Autumn 
2009, p. 349. Həmçinin bax; a.k.ə. Human Rights Watch (1994), p. 69.
455  a.k.ə. De Wall, Thomas (2003), p. 213. 
456  a.k.ə. De Wall, Thomas (2003), Note 34 of the Chapter 13, pp. 316-317. 

 160
QARABAĞ 
   
99 SUALDA
nümayəndəsi Mahmud əl-Səid lent yazısındakı səsin yerli rusdilli şəxsə 
məxsus olduğunu təsdiq etdi.
457
 
Bundan başqa, Kəlbəcər rayonunun işğalında Ermənistan qüvvələrinin 
birbaşa  iştirakı  Qərb  xəbər  agentlikləri  tərəfindən  də  sübut  edilmişdir.  8 
aprel tirajında, 
The Independent (Müstəqil) qəzeti yazırdı: “Azərbaycan tor-
paqlarını məhz Ermənistan işğal etmişdir”, bir həftə sonra 14 aprel tarixində 
isə 
The Times qəzeti yazırdı “bir şey dəqiqdir: Kəlbəcər rayonuna qərbdən 
Ermənistan tərəfdən, şərqdən isə Dağlıq Qarabağ tərəfdən hücum edilmiş-
dir.”
 Aprelin 22-də Agency France Presse (Fransa Mətbuat Agentliyi) yazır-
dı  ki,  “ayın  əvvəlində  Ermənistanın  əsas  hücumundan  sonra  Azərbaycan 
bir sıra hücumlara məruz qalmışdır…” 
The Washington Post qəzeti isə öz 
növbəsində  digər  informasiya  agentliklərini  dəstəkləyərək    aprelin  28-də 
yazmışdı: “Keçmiş sovet respublikaları Ermənistan və Azərbaycanın cəlb 
edildiyi müharibə yeni, təhlükəli mərhələyə daxil olur…”
458
ATƏT-in  Minsk  qrupu  da  münaqişənin  iki  dövlət  -  Ermənistan  və 
Azərbaycan arasında olduğunu tanıyır və 28 sentyabr 1993-cü il tarixli 
qərarı ilə  Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822 (1993) 
və 853 (1993) saylı Qətnamələrinin dərhal həyata keçirilməsinin zəruri 
olduğunu vurğulayaraq bu istiqamətdə təcili addımlar atılması üçün qra-
fik təyin etmişdir.
459
 Bununla belə, Minsk qrupu münaqişənin yalnız iki 
“əsas tərəflərini” Ermənistan və Azərbaycan olaraq tanıyan ABŞ dövlət ka-
tibi Ceyms Beyker adı ilə adlanan “Beyker Qanunları”na əsasən münaqişə 
tərəfləri arasında danışıqlar prosesini başlatmışdır.
460
 
Bundan  başqa,  822  saylı  qətnamədə  “Azərbaycan  Respublikası-
nın  Kəlbəcər  rayonunun 
yerli  erməni  qüvvələri  tərəfindən  son  işğalı” 
ifadəsindəki “işğal” sözünə xüsusi diqqət yetirmək lazımdır.
461
 Ermənilər 
iddia edirlər ki, bu Ermənistanla Azərbaycan arasında deyil, qətnamədə də 
göstərildiyi kimi Azərbaycan və Dağlıq Qarabağ erməniləri arasında “daxi-
457  a.k.ə. Human Right Watch (1994), footnote 39, p. 8.
458  a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 350.  
459  a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 355. 
460  Huseynov, Javid, “Karabakh Peace Process Must Be Fully Inclusive”, RFE/RL, 01 September 2009; 
(http://www.rferl.org/content/Karabakh_Peace_Process_Must_Be_Fully_Inclusive_/1812056.html). 
Accessed on November 2, 2013.
461  a.k.ə. Resolution 822.

 161
QARABAĞ 
   
99 SUALDA
li qarşıdurma” kimi şərh edilməlidir. Buna baxmayaraq, beynəlxalq qanun 
terminlərinə  əsasən  “işğal”  sözü  BMT-nin  Baş  Assambleyası  tərəfindən 
1974-cü ildə qəbul edilmiş “suveren bir dövlətə qarşı silahlı təcavüzün bir 
dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə hücum etməsi və ya 
ərazisini işğal etməsi, müvəqqəti olaraq bir dövlətin silahlı qüvvələrinin 
digər dövlətin ərazisinin bir hissəsini öz torpaqlarına əlavə etməsi olduğu-
nu vurğulayan” beynəlxalq münaqişə əvəzinə istifadə edilir.
462
 
Kəlbəcər  rayonunun  işğalında  “yerli  erməni  qüvvələri”nə  köməklik 
göstərdiklərini vurğulayan Ermənistan Xarici İşlər nazirinin müavini Li-
berdiyan bildirir: “Biz onların təhlükəsizliyi və yaşamaları üçün nə lazım-
dırsa onlara verdik. Buraya qənd, un, elektrik, kiçik silahlar, tanklar və qu-
ru-hava raket sistemləri daxildir”. Ermənilər bu və ya digər yolla bu işğalda 
əllərinin olduğunu qəbul edirlər.
463
Kəlbəcərin işğalı qonşu ölkələrin Azərbaycana qarşı təcavüzü dayan-
dırmaqda və münaqişənin sülh yolu ilə həlli üçün danışıqlara başlamaq-
da  Ermənistana  təzyiq  göstərmələrinə  təkan  verdi.
464
  Kəlbəcərin  işğa-
lından  sonra  Türkiyə  dərhal  Ermənis tanla  sərhədi  bağladı.  Ermənistan 
Silahlı  Qüvvələri  tərəfindən  Cəbrayıl,  Qubadlı  və  Zəngilan  rayonları 
kimi Azərbaycan ərazilərinin işğalı İranı da narahat etməyə başladı. BMT 
Təhlükəsizlik  Şurasına  ünvanladığı  məktubunda  İran  Xarici  İşlər  naziri 
cənab Əli Əkbər Vilayəti BMT Təhlükəsizlik Şurasının 822 (1993) və 853 
(1993) saylı Qətnamələrini həyata keçirmək üçün təcili və təsirli tədbirlər 
görməyə  və  işğalçı  qüvvələrin  atəşkəsi  qəbul  etməsinə  və  beynəlxalq 
səviyyədə tanınmış sərhədlərə geri çəkilməsinə vadar etməyə çağırdı.
465
 
Rusiya  da  sonralar  Minsk  Qrupuna  İtalyan  həmsədrin  qoşulması  ilə 
“3+1 təşəbbüsü” adlandırılan Rusiya, Türkiyə və ABŞ-ın iştirakı ilə üçtərəfli 
sülh danışıqlarını dəstəkləyirdi. Bu təşəbbüs Ermənistan hərbi qüvvələrinin 
Kəlbəcər  rayonundan  çıxarılmasını,  2  aylıq  atəşkəsin  başladılması  üçün 
462  a.k.ə. Sadigbeyli, Rovshan (2009), p. 354. 
463  a.k.ə. Bonner, Raymond (1993).
464  Shiriyev, Zaur & Davies, Celia, “The Turkey-Armenia-Azerbaijan Triangle: The Unexpected 
Outcomes of the Zurich Protocols”, Perceptions, Vol. XVIII, No. 1, p. 186.
465  a.k.ə. Sadigbeyli, Rovshan (2009), pp. 364-365. Həmçinin bax; letter from the Charge d’Affaires a.i. 
of the Permanent Mission of the Islamic Republic of Iran addressed to the Secretary-General, U.N. Doc. 
S/26387, 31 August 31, 1993. 

 162
QARABAĞ 
   
99 SUALDA
proqramın hazırlanmasını, yeni sülh danışıqlarının bərpasını tələb edirdi. 
Azərbaycan  və  Ermənistan  sülh  planını  qəbul  etsə  də,  1993-cü  ilin  may 
ayında Ermənistan Qarabağ ermənilərinin təhlükəsizliyinə təminatla bağlı 
heç bir maddənin qeyd edilməməsi bəhanəsi ilə bu sülh planını rədd etdi.
466
 
Dağlıq Qarabağ Dövlət Müdafiə Komitəsinin sədri Robert Köçəryan bunu 
belə şərh edir: 
...regionda sülh deyiləndə Qarabağ xalqının əsas maraqları nəzərə 
alınmalıdır…  Bu  səbəbdən,  üçtərəfli  təşəbbüsə  cavab  olaraq 
təşəbbüsdə təhlükəsizliyin zəif olduğunu görən Qarabağ rəhbərliyi 
dünya ictimaiyyətini Qarabağ xalqının hüququna hörmətlə yanaş-
mağa, onların təhlükəsizliyini təmin etməyə çağırır.
467
 
Svante  Cornell  Dağlıq  Qarabağ  erməniləri  tərəfindən  sülh 
təşəbbüsünün rədd edilməsini “öz məqsədlərini həyata keçirmək və diplo-
matik qınağı aradan qaldırmaq” üçün Ermənistan hökumətinin bəhanəsi 
kimi  şərh  edir.
468
  Sonralar,  Ermənistan  hökumətinin  təzyiqi  ilə  Dağlıq 
Qarabağ erməniləri 14 iyun tarixli planı qəbul etsələr də planın həyata 
keçirilməsi üçün bir aylıq möhlət istədilər. Lakin, 1993-cü ilin iyulunda 
erməni qüvvələri tərəfindən Ağdamın işğalı ilə BMT Təhlükəsizlik Şura-
sının 822 saylı qətnaməsi və “3 +1 təşəbbüs”ü bir tərəfdə tozlanıb qaldı.
469
 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin