Bİlal Dədəyev


-cü il  mayın 8-də qəbul edilmiş



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

54. 1994-cü il  mayın 8-də qəbul edilmiş 
Bişkek protokolu nəyi nəzərdə tuturdu?
Bişkek protokolu 1994-cü il 4-5 may tarixində Rusiyanın dəstəklədiyi 
regional  təşkilatın  Parlamentlərarası  Assambleyası,  Müstəqil  Dövlətlər 
Birliyi  (MDB),  Qırğızıstan  parlamenti,  Federal  Məclis  və  Rusiya  Fede-
rasiyasının  Xarici  İşlər  Nazirliyinin  təşəbbüsü  ilə  Qırğızıstanın  paytaxtı 
Bişkekdə keçirilən iclas nəticəsində 1994-cü il mayın 8-də imzalanmışdır. 
Ermənistan və Azərbaycan Respublikaları arasında Dağlıq Qarabağ üzrə si-
lahlı hərbi münaqişənin yalnız respublika əhalisi üçün deyil, eləcə də digər 
regional  ölkələr  üçün  mənfi  təsiri  olduğundan  və  beynəlxalq  vəziyyəti 
ciddi  şəkildə  ağırlaşdırdığından,  bu  münaqişəni  dayandırmaq  üçün  bü-
tün mümkün variantları göstərən bu protokol MDB və Parlamentlərarası 
Assambleyanın  fəal  rolunun  xeyrinə  idi;  bu  münaqişə  tərəflərini  1994-
cü  il  8-9  may  tarixində  gecə  yarısı  atəşi  kəsməyə  çağırır;  və  MDB  üzv 
dövlətlərin parlamentlərinə MDB-nin sülhməramlı qüvvələrinin bölgəyə 
göndərmələrini təklif edirdi.
523
 
Mayın 4-5-də MDB ölkələri Parlament nümayəndə heyətləri Dağlıq 
Qarabağ münaqişəsini müzakirə etmək və Bişkek Protokolunu imzala-
maq üçün Bişkekə gəldilər. Azərbaycan Parlamentinin vitse-spikeri və 
Azərbaycanın  Bişkek  nümayəndə  heyətinin  rəhbəri  Afiyəddin  Cəlilov 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  razılığı  la-
zım  olduğunu  deyərək  sənədi  imzalamaqdan  imtina  etdi.  Thomas  de 
wal qeyd edir ki, “Azərbaycan rəhbərliyi qaçılmaz seçim ilə üzləşmişdi. 
Protokolu  imzaladığı  halda  ən  yaxşı  variant  olaraq  sülh  əldə  edəcək, 
hərbi ambisiyalardan vaz keçəcək, daxildə isə xalqın mənfi reaksiyası ilə 
üzləşəcəkdi”.
524
Azərbaycan nümayəndə heyəti Prezident Əliyevin razılığı olmadan 
Protokolu imzalamaqdan imtina etdiyi üçün danışıqlar tərəfi Bakıdan 
təsdiq alana kimi Cəlilov üçün ayrılmış imza yerinin boş saxlanılması 
523  “Bishkek Protocol”, 5 May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12.appendix-09.
shtml). Accessed on November 27, 2013.
524  a.k.ə. De Wall, Thomas (2003), p. 238.

 186
QARABAĞ 
   
99 SUALDA
qərarına gəldilər. Bişkek görüşü keçirilərkən 
Prezident  Heydər  Əliyev  Brüsseldə  rəsmi 
səfərdə  idi.  Mayın  8-də  Bakıya  qayıdanda 
Vladimir  Kazimirov  da  Bişkek  protokolu 
üzrə  Azərbaycan  prezidenti  ilə  danışıqlar 
aparmaq  üçün  Azərbaycana  gəldi.  Uzun 
danışıqlardan  sonra  Azərbaycan  tərəfi 
protokolda  iki  dəyişiklik  edildiyi  təqdirdə 
bu  sənədi  imzalayacağını  bildirdi.
525
  Buna 
görə  də,  1994-cü  il  mayın  8-də  Bişkek 
protokolu  imzalanan  zaman  sənəddə  aşa-
ğıdakı  dəyişiklik  edildi:  “bu  protokol  bu 
şərtlə  təsdiq  edilir  ki,  bu  mətnin  5-ci  ab-
zasında    yuxarıdan  üçüncü  sətirdə  “tu-
tulmuş  ərazilər”  sözləri  “işğal  olunmuş 
ərazilər” sözləri ilə əvəz edilir və atəşkəsdən 
sonra  cəbhə  xəttində  yerləşdiriləcək 
“müşahidəçilər”in 
isə 
”beynəlxalq 
müşahidəçilər missiyası” olması kimi qeyd 
edilir”.
526
 Bundan başqa, Azərbaycan tərəfi 
o  zaman  Dağlıq  Qarabağın  azərbaycanlı 
icmasının  lideri  Nizami  Bəhmənovun  da 
protokolu imzalamasını tələb etmişdilər, lakin o gün o Bakıda deyildi.
527
 
Beləliklə,  altı  nəfər,  habelə  iki  erməni,  bir  azərbaycanlı  rəsmisi,  Parla-
ment spikeri Bişkek Protokolunu imzaladılar.
Bişkek  Protokolunun  əhəmiyyətinə  gəlincə,  illər  sonra  Rusiya  səfiri 
Vladimir  N.Kazimirov  bildirmişdi  ki,  o  zamanlar  MDB-dən  başqa 
münasibətlərin normallaşdırılması və Azərbaycan və Ermənistan arasında 
silahlı münaqişənin dayandırılması ilə dərindən maraqlanan beynəlxalq 
qurum yox idi. O, həmçinin qeyd etmişdi: 
525  a.k.ə. De Wall, Thomas (2003), p. 238.
526  a.k.ə. “Bishkek Protocol”.
527  a.k.ə. De Wall, Thomas (2003), p. 238.
Azərbaycan tərəfi protokolda 
iki dəyişiklik edildiyi təqdirdə 
bu sənədi imzalayacağını 
bildirdi. Buna görə də, 1994-
cü il mayın 8-də Bişkek 
protokolu imzalanan zaman 
sənəddə aşağıdakı dəyişiklik 
edildi: “bu protokol bu şərtlə 
təsdiq edilir ki, bu mətnin 
5-ci abzasında  yuxarıdan 
üçüncü sətirdə “tutulmuş 
ərazilər” sözləri “işğal olunmuş 
ərazilər” sözləri ilə əvəz 
edilir və atəşkəsdən sonra 
cəbhə xəttində yerləşdiriləcək 
“müşahidəçilər”in 
isə ”beynəlxalq müşahidəçilər 
missiyası” olması 
kimi qeyd edilir”.

 187
QARABAĞ 
   
99 SUALDA
Çox  nahaq  yerə  Bişkek  görüşü  və  protokolu  mətbuatın  və 
tədqiqatçıların  diqqətini  daha  əhəmiyyətli  sənəddən  -  qırğına 
son  verilməsinin  aktuallığını  və  zəruriliyini  son  dərəcə  israr  və 
qətiyyətlə ön plana çəkən MDB Dövlət Başçıları Şurasının 15 ap-
rel 1994-cü il tarixli bəyannaməsindən yayındırdı. Əliyev və Ter-
Petrosyan bu sənəd üzrə razılığa gəlmişdilər və bu nadir hallarda 
baş verən bir hadisə idi. Bu bir ay sonra uğurla baş tutan Rusiya 
diplomatiyasının vasitəçilik səylərinin artmasına səbəb oldu.
528
Digər  tərəfdən,  Nikolas  Miller  Bişkek  Protokoluna  sonradan  bir 
sıra  məsələlərin  daxil  edilməsinə  baxmayaraq  bunun  Cənubi  Qafqa-
zın  iki  respublikası  arasında  Dağlıq  Qarabağ  münaqişəsinin  səbəblərini 
göstərmədiyini  və  ancaq  mübarizə  nəticələri  barədə  məlumat  verdiyini 
iddia edirdi. Onun sözlərinə görə, cənub sərhədlərində maraqlarını qoru-
maq üçün Rusiyanın dəstək olduğu bu protokol münaqişə tərəflərinə hərbi 
qarşıdurmanın  hər  iki  tərəfin  maraqlarına  zidd  olduğunu  göstərirdi.
529
 
Nəticədə, Rusiyanın dəstəkləyib dəstəkləmədiyindən asılı olmayaraq, Biş-
kek Protokolu 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasın-
da atəşkəs sazişinin imzalanmasına səbəb oldu ki, bu da münaqişə tərəfləri 
arasında  gedən  qızğın  hərbi  qarşıdurmaya,  azərbaycanlıların  öz  tarixi 
yurdlarından didərgin salınmasına son qoydu və erməni silahlı qüvvələri 
tərəfindən azərbaycanlıların soyqırımının qarşısını aldı. 
BİŞKEK Protokolu
(Qeyri-rəsmi tərcümə)
1994-cü  il  mayın  4-5-də  MDB-nin  Parlamentlərarası  Assambleyası, 
Qırğızıstan  Parlamenti,  Rusiya  Federasiyasının  Xarici  İşlər  Nazirliyi  və 
Federal Məclisinin təşəbbüsü ilə Bişkekdə keçirilən görüşün iştirakçıları:
528  Kazimirov, Vladimir N., “We Must Remove Artificial Obstacles to Settling the Karabakh Situation”, 
in Aldis, Anne C., ed., Shaping An Environment for Peace, Stability & Confidence in South Caucasus: the 
Role of International & Regional Security Organizations (Conflict Studies Research Centre, 2002), pp. 
63-64. 
529  Miller, Nicholas W., “Nagorno Karabakh: A War without Peace”, in Eichensehr, Kristen & Reisman, 
W. Michael ed., Stopping Wars and Making Peace: Studies in International Intervention (Martinus 
Nijhoff Publishers, 2009), p. 64.

 188
QARABAĞ 
   
99 SUALDA
-    hər hansı vasitə ilə olur olsun, Azərbaycan və erməni xalqına düzəlməz 
ziyan  vuran,  eləcə  də  regionun  digər  ölkələrinin  maraqlarına  əsaslı 
surətdə  toxunan  və  beynəlxalq  vəziyyəti  əhəmiyyətli  dərəcədə 
çətinləşdirən Dağlıq Qarabağ və onun ətrafında silahlı münaqişənin 
dayandırılmasında qətiyyətli olduqlarını bildirdilər; 
-   MDB  Dövlət  Başçıları  Şurasının  1994-cü  il  15  aprel  Bəyanatını 
dəstəkləyərək, mümkün qədər tez müvafiq müqavilə bağlamaqla silah-
lı münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırıl-
masında icra hakimiyyəti başçıları və nümayəndələrinin səylərinə tam 
yardıma hazır olduqlarını bildirdilər;
-   münaqişənin  dayandırılması  və  bununla  bağlı  BMT  və  ATƏM 
prinsipləri, məqsəd və vəzifələri və konkret qərarlarının (ilk növbədə 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874,  884  qətnamələrinin)  
həyata keçirilməsində MDB və Parlamentlərarası Assambleyanın fəal 
könüllü rolu barədə müsbət rəy bildirdilər
-   münaqişənin bütün tərəflərini rasional davranmağa çağıraraq: 1994-
cü il 18 fevral Protokolunu əsas tutaraq (müşahidəçilərin bir hissəsinin 
yerləşdirilməsi də daxil olmaqla) bu il mayın  8-dən 9-na keçən gecə 
atəşi dayandırmalı və ən qısa zamanda intensiv işlər görməklə  hərbi 
əməliyyatlar  və  düşmənçilik  əməliyyatlarının  yenidən  başlanmasına 
imkan verməyən, işğal olunmuş ərazilərdən  qoşunların çıxarılması və 
kommunikasiya fəaliyyətinin bərpa olunması, qaçqınların qaytarılma-
sı,  danışıqlar prosesinin davam etdirilməsi mexanizmini nəzərdə tutan 
etibarlı, yerinə yetirilməsi məcburi olan hüquqi müqavilənin imzalan-
ması yolu ilə bunu möhkəmlətmək;
 -  Parlamentlərarası Assambleya Şurasının sədri V.F.Şumeyko və Dağlıq 
Qarabağ  üzrə  sülhməramlılar  qrupunun  rəhbəri  M.Ş.Şerimkulovun
 
Birliyin  sülhməramlı  qüvvələrinin  yaradılması  barədə  təklifini 
müzakirə etmək üçün MDB üzv dövlətlərinin parlamentlərinə təklif 
vermək barədə razılığa gəldilər;
-   silahlı münaqişənin sülh yolu ilə həllini tapmaq naminə belə görüşlərin 
davam etdirilməsi məqsədəuyğun hesab edilsin;
-   əlverişli  iş  şəraiti  yaradılması,  səmimiyyət  və  qonaqpərvərliyə  görə 

 189
QARABAĞ 
   
99 SUALDA
Qırğızıstan xalqına və rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. 
Nümayəndələr adından:
A.Cəlilov                                                                                  
(Azərbaycan Ali Sovetinin sədri  R.Quliyev tərəfindən imzalanıb)
K.Baburyan 
([Qondarma] Dağlıq Qarabağ Respublikası Ali Sovetinin sədri)
B.Ararktsyan 
(Ermənistan Ali Sovetinin sədri)
V.Şumeyko 
(Rusiya Federasiya Şurasının sədri)
M. Şerimkulov 
(Qırğızıstan Ali Sovetinin sədri)
V.Kazimirov 
(Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi
Rusiya Vasitəçilik Missiyasının başçısı)
M.Krotov
(Üzv dövlətlərin Parlamentlərarası Assambleya Şurası Katibli yinin başçısı)
Bişkek, 5 May, 1994.
55. Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi 
nə zaman imzalanıb?
1994-cü  il  mayın  11-dən  12-nə  keçən  gecə  qüvvəyə  minən  atəşkəs 
müqaviləsi 1994-cü il mayın 8-də MDB ölkələri parlamentləri nümayəndə 
heyətlərinin iclasında imzalanmış Bişkek protokolunda qeyd olunan atəşkəs 
müraciətinə  cavab  idi.  Atəşkəsə  dair  sənəd 
üç  hərbi  rəhbər  tərəfindən  -  Azərbaycanın 
Müdafiə  naziri  Məmmədrəfi  Məmmədov 
tərəfindən mayın 9-da Bakıda, həmkarı Serj 
Sarkisyan tərəfindən mayın 11-də Yerevanda 
və “Qarabağ ermənilərinin komandiri” Sam-
vel Babayan tərəfindən 1994-cü il mayın 11-
də Xankəndində imzalanmışdı. Atəşkəs haq-
qında sazişə əsasən tərəflər atəşkəsi tam təmin etməli və 1994-cü il 12 may 
00:01-dən etibarən hərbi əməliyyatları dayandırmalı idilər. 
Atəşkəs haqqında sazişə 
əsasən tərəflər atəşkəsi 
tam təmin etməli və 1994-
cü il 12 may 00:01-dən 
etibarən hərbi əməliyyatları 
dayandırmalı idilər. 

 190
QARABAĞ 
   
99 SUALDA
Sənədə  əsasən,  “tərəflər  12  may  saat  23:00-dək  gələcəkdə  oxşar 
sənədlərə mümkün əlavələr edilməsi və əsas müddəalarının birləşdirilməsi 
məqsədilə  atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə etməli 
idilər”  və  münaqişə  tərəflərinin  səlahiyyətli  nümayəndələri  eyni  sənədi 
imzaladıqdan dərhal sonra saziş qüvvəyə minəcəkdi.
530
Atəşkəs Sazişi (Qeyri-rəsmi tərcümə)
RUSIYA  FEDERASİYASININ  MÜDAFİƏ  NAZİRİ  P.S.QRAÇOV, 
RUSİYA FEDERASİYASİNİN XARİCİ İŞLƏR NAZİRİ A.V.KOZIREV,
V.N.KAZİMİROV
1994-cü il mayın 5-də Bişkek protokolunda atəşkəsə dair müraciətə 
cavab  olaraq,  1994-cü  18  fevral  Protokolunu  rəhbər  tutaraq  münaqişə 
tərəfləri aşağıdakılar barədə razılığa gəldilər:
1.   atəşkəs sazişinin tamamlanmasından tam əmin olmaq və 1994-cü il 
mayın 12-də 00:01-dən başlayaraq hərbi əməliyyatların tam dayandı-
rılmasını təmin etmək.
  Atəşkəs  haqqında  müvafiq  sərəncamlar  veriləcək  və  1994-cü  il  ma-
yın 11-dən gec olmayaraq onların icrası üçün məsul hərbi hissələrin 
zabitlərinin nəzərinə çatdırılacaq.
  Tərəflər  12  may  saat  23:00-dək  gələcəkdə  oxşar  sənədlərə  mümkün 
əlavələr  edilməsi  və  əsas  müddəalarının  birləşdirilməsi  məqsədilə 
atəşkəs haqqında sazişə dair əmrlərin mətnini mübadilə edəcəklər.
2.  Rusiya  Federasiyasının  Müdafiə  nazirindən  xahiş  olunsun  ki,  bu  il 
mayın  12-dən  gec  olmayaraq    qoşunların  təmas  xətti,  digər  vacib 
hərbi-texniki məsələlər və beynəlxalq müşahidəçilərin ilk qrupunun 
yerləşdirilməsinə hazırlıqla bağlı məsələlərin razılaşdırılması məqsədi 
ilə Azərbaycan və Ermənistan Müdafiə nazirlərini və Dağlıq Qarabağ 
ordusunun komandirini təcili Moskvaya çağırsın.
3 . Bu müqavilə qarşıdakı 10 gün ərzində danışıqların başa çatması və bu il 
530  “The Cease-fire Agreement”, May 1994; (http://www.ca-c.org/dataeng/books/book-1/12.
appendix-10.shtml). Accessed on November 30, 2013. 

 191
QARABAĞ 
   
99 SUALDA
mayın 22-dən gec olmayaraq silahlı münaqişənin dayandırılması haq-
qında sazişin bağlanması üçün istifadə olunacaq.
4.  Vasitəçi  münaqişə  tərəflərinin  səlahiyyətli  nümayəndələri  tərəfindən 
imzalanmış tamamilə eyni sənədləri qəbul etdiyini bildirəndən sonra 
bu saziş dərhal qüvvəyə minəcək.
Azərbaycanın Müdafiə naziri 
Ermənistanın Müdafiə naziri
Dağlıq Qarabağ Ordusunun komandiri
May 1994
56. 1994-cü ilin may ayında atəşkəslə bağlı Rusiyanın 
vasitəçiliyi nə üçün uğurla nəticələndi?
1994-cü il may ayında bağlanmış atəşkəs sazişi əsasən Rusiya Fede-
rasiyasının  çox  çətin  vasitəçilik  səyi  nəticəsində  baş  tutdu.  Thomas  de 
Wallın da qeyd etdiyi kimi, “münaqişədə yeganə uğurlu vasitəçilik səyi, 
yəni 1994-cü ildə bağlanmış atəşkəs sazişi, yalnız bir şəxsin Rusiya Federa-
siyasının nümayəndəsi Vladimir Kazimirovun aparıcı dövlət rəsmiləri ilə 
uzun və gərgin, lakin nəticə etibarilə məhsuldar olan üzbəüz müzakirələri 
sayəsində mümkün olmuşdur”.
531
 Bununla belə, qeyd etmək lazımdır ki, 
atəşkəs  sülhməramlı  deyildi,  yalnız  müharibəni  dayandırmaq  məqsədi 
güdürdü və regionda münaqişə vəziyyətinə son qoymadı. Buna görə də, 
beynəlxalq  təşkilatların  və  digər  regional  dövlətlərin  əvvəlki  səylərinin 
uğursuz nəticələndiyi halda, Rusiyanın vasitəçilik etdiyi atəşkəs səyinin 
uğurlu nəticələnməsi ilə bağlı bir sıra tənqidlər yarandı.
Arqument  olaraq  hakim  regional  dövlət  olan  Rusiyanın  öz  “yaxın 
xaricində” (near abroad) milli maraqlarını qorumaq üçün Minsk qrupun-
da ikili rol oynaması irəli sürülürdü.
532
 Neo-imperialist qüvvələr 1993-cü 
531  De Waal, Thomas, “Remaking the Nagorno-Karabakh Peace Process”, Survival, Vol. 52, No. 4, 2010, p. 164. 
532  a.k.ə. Jacoby, Volker (2005), p. 31. 

 192
QARABAĞ 
   
99 SUALDA
ildə  Rusiyanın  siyasəti  ilə  maraqlanmağa  başladıqda,  onlara  aydın  oldu 
ki, Rusiya öz maraqları nəzərə alınmasa heç bir beynəlxalq və ya regio-
nal qurum və ya dövlətlərə Rusiyanın təsir dairəsi olan Cənubi Qafqazda 
sərbəst fəaliyyət göstərməyə imkan verməyəcəkdir. Buna görə də, məhz 
Rusiya Minsk qrupunun sülhməramlı səylərini pozaraq təktərəfli atəşkəs 
sazişinə vasitəçilik etdi. Rusiyanın Minsk Qrupuna qarşı ikili siyasətini sü-
but etmək üçün atəşkəs sazişi zamanı İsveç elçisi, sonralar isə BMT Baş 
Assambleyasının prezidenti, daha sonra isə Minsk Qrupunun sədri olan 
J.Eliassonun  ATƏT-in  sülh  planını  təşviq  etmək  üçün  regiona  səfərini 
qeyd  etmək  yerinə  düşərdi.  Azərbaycanın  müraciətinə  baxmayaraq,  o, 
Rusiyanın vasitəçilik etdiyi atəşkəs sazişində iştirak etməyə dəvət olun-
mamışdı.
533
 Bununla əlaqədar olaraq, ATƏM-in BMT nümayəndəsi Con 
Mareska Rusiya mövqeyini pisləyərək yazırdı: 
Əvvəlcə Rusiya Minsk Qrupunu tam dəstəkləyirdi. Lakin, 1993-
cü  ildə  Rusiya  beynəlxalq  ictimaiyyətlə  rəqabət  apararaq  və  on-
ların  işini  zəiflədərək  əvvəlki  müstəqil  vasitəçilik  səyini  yenidən 
bərpa  etdi.  Məqsəd  aydın  idi:  Rusiya  regionda  öz  hakimiyyətini 
bərpa etmək və xariciləri, xüsusilə də, ABŞ və Türkiyəni regiondan 
çıxartmaq istəyirdi.
 Bir sıra səbəblərə görə Rusiya Ermənistan və 
Azərbaycanı öz hakimiyyəti altında saxlamaq istəyir. Aydındır ki, 
Moskva Türkiyə və İranla keçmiş Sovet sərhədi üzrə nəzarəti bərpa 
etmək və Azərbaycanın neft sərvətlərini bölüşmək istəyir.
534
Con Mareska həmçinin onu da qeyd edir ki, məqsədinə nail olmaq 
üçün  Rusiya  hökuməti  Azərbaycanın  Elçibəyin  vaxtında  geri  çağırıl-
mış  Rusiya  hərbi  qoşunlarını  yenidən  Azərbaycan  torpaqlarında  ayırıcı 
qüvvələr və sərhədçilər kimi yerləşdirməyə icazə verməsinə təkid edirdi. 
“Təkanverici  vasitə”  kimi  ruslar  qeyd-şərtsiz,  lakin  dramatik  bir  hədə-
qorxudan istifadə etdilər: “Əgər Azərbaycan bu tələbə cavab verməzsə, Ru-
533  a.k.ə. Cornell, Svante E. (2011), p. 133. 
534  Maresca, John J., “Agony of Indifference in Nagorno-Karabakh”, The Christian Science Monitor, 27 
June 1994; (http://www.csmonitor.com/1994/0627/27191.html). Accessed on November 30, 2013. 

 193
QARABAĞ 
   
99 SUALDA
siya Ermənistanı dəstəkləyəcək (rus qoşunları artıq orada yerləşdirilmişdi) 
və bu azərbaycanlılar üçün fəlakətli hərbi nəticələr verəcəkdir”.
535
 Bununla 
belə, Rusiya diplomatı Kazimirovla təkbətək görüşündə Prezident Heydər 
Əliyev  bölgədə  Rusiyanın  “sülhməramlı”  qüvvələrinin  yerləşdirilməsi 
səylərinə qəti etiraz etdi. Onun sözlərinə görə, “Rusiya özü Azərbaycanda 
qoşunlarını yerləşdirə bilməz. Onlar əvvəlcə mənim cəsədimin üzərindən 
keçməlidirlər  (yalnız  mən  öldükdən  sonra  bu  mümkün  ola  bilər).  Rus 
qoşunları  ATƏM-in  təsis  edəcəyi  beynəlxalq  qüvvələrin  daxilində 
yerləşdirilə bilər”.
536
 Azərbaycan prezidentindən fərqli olaraq Ermənistan 
rəhbərliyi Rusiyanın bu təklifini qəbul etdi və 9 iyun 1994-cü ildə Rusi-
yanın  iki  hərbi  bazasının  Ermənistan  ərazisində  25  il  müddətinə  bərpa 
edilməsi haqqında hər iki tərəf hərbi müqavilə imzaladı.
537
Nəticədə,  əvvəldə  qeyd  edildiyi  kimi,  Rusiyanın  vasitəçilik  etdi-
yi  atəşkəs  sazişi  yalnız  müharibəyə  son  qoydu,  lakin  Azərbaycan  və 
Ermənistan arasında münaqişənin sülh və barışıq yolu ilə həllinə gətirib 
çıxarmadı. Atəşkəs sazişindən sonra Jan Eliasson qeyd etmişdi: “Bəli, biz 
atəşkəsə nail olduq. Bununla belə, yandırılmış torpaq siyasətinin aparıldı-
ğı bu regionda qaçqınların, sərhədin və işğal edilmiş ərazilərin geri qay-
tarılması kimi  əsas problemlərimiz hələ də vardır”.
538
 1994-cü ilin may 
ayında atəşkəs sazişi üzrə danışıqlar zamanı Rusiya münaqişəyə son qoya 
və Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə nail ola bilərdi, lakin regi-
onda öz mövqeyini qoruyub saxlamaq üçün status-kvo onun maraqlarına 
cavab verirdi. Atəşkəs sazişinin imzalanmasından iyirmi il keçməsinə bax-
mayaraq, nə Minsk Qrupu, nə də digər beynəlxalq və regional qurumla-
rın sülh sazişi üzrə səyləri uğurla nəticələnməmişdir. Ermənistan hələ də 
Dağlıq  Qarabağın  öz  müqəddəratını  təyinetmə  hüququ  üzrə  tələblərini 
irəli sürür və Azərbaycanın digər yeddi rayonunu öz nəzarəti altında saxla-
maqda davam edir. Azərbaycan isə Dağlıq Qarabağın Azərbaycandan ay-
rılmasını rədd edir, öz ərazi bütövlüyünü güzəştə getmir və münaqişənin 
535  a.k.ə. Maresca, John J. (1994).
536  a.k.ə. Croissant, Michael P. (1998), p. 111.
537  a.k.ə. Croissant, Michael P. (1998), pp. 111-112.
538  Eliasson, Jan, “Perspectives on Managing Intractable Conflict”, Negotiation Journal, Vol. 18, No. 
4, 
October 2002, p. 372. 

 194
QARABAĞ 
   
99 SUALDA
beynəlxalq normalara uyğun olaraq həll edilməsində təkid edir.
539
 Belə ki, 
atəşkəs sazişinin nəticəsi olaraq, Cornellin vurğuladığı kimi “münaqişə həll 
edilməyib, sadəcə zorakılıq tətbiq etmədən passiv formada saxlanılır”.
540
57. Atəşkəs Sazişinin Ermənistana verdiyi 
üstünlüklər nə idi?
1994-cü il may ayının 11-12-də gecəyarısı atəşkəs qüvvəyə mindikdə, 
Ermənistan  münaqişədən  artıq  qalib  kimi  çıxmış  və  Dağlıq  Qarabağ 
üzərində nəzarətini möhkəmləndirmişdi. Ermənistan Respublikası da da-
xil olmaqla hələ heç bir suveren dövlət Dağlıq Qarabağın müstəqilliyini 
tanımadığı halda, Dağlıq Qarabağ oradakı separatist qüvvələrin fəaliyyət 
orqanlarını və siyasi institutlarını yaratmışdı. Belə demək olar ki, separatist 
qrup beynəlxalq aləmdə tanınmadan ilk məqsədinə - “müstəqillik” əldə 
etməyə müvəffəq olmuşdur.
541
 Bu səbəbdən Thomas de Walla görə, atəşkəs 
haqqında  saziş  imzalandığı  zaman  “ermənilər  tarixin  onların  qələbəsini 
ratifikasiya edəcəyi və Kosovanın ardınca Dağlıq Qarabağın beynəlxalq 
legitimliyinin tanınacağı ümidi ilə status kvonun normalaşadırılmasına və 
de-fakto dövlət quruculuğunun təmin olunmasına yönəlmişdilər”.
542
 
Bundan əlavə Ermənistan yalnız Dağlıq Qarabağ və onu Ermənistanla 
birləşdirən  Laçın  rayonu  üzərində  nəzarəti  ələ  almamış,  eyni  zamanda 
Kəlbəcər, Qubadlı, Zəngilan və Cəbrayılı bütünlüklə, Füzuli, Tərtər və Ağ-
damın çox hissəsini və Azərbaycanın Xocavənd və Ağdərə rayonlarının ki-
çik bir hissəsini də işğal etmişdir. Dağlıq Qarabağla birlikdə Azərbaycanın 
beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-ni təşkil edən bu rayonlar 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  tamamilə  boşaldılmışdır.  Belə 
ki, atəşkəs haqqında sazişi imzalamaqla Ermənistan Dağlıq Qarabağdan 
kənarda yerləşən Azərbaycanın işğal olunmuş yeddi rayonunda təhlükəsiz 
539  Niftiyev, Efgan, “The Fragile Ceasefire and the Prospect of Reconciliation in Nagorno-Karabakh”, 
Caucasus Edition: Journal of Conflict Transformation, Vol. 3, Issue 1, 1 June 2010, p. 4.
540  Cornell, Svante E., “Peace or War? The Prospects for Conflicts in the Caucasus”, The Iranian 
Journal of International Affairs, Vol. 9, No. 2, Summer 1997, p. 210.
541  a.k.ə. Cornell, Svante E. (1997), p. 210.
542  a.k.ə. De Waal, Thomas (2010), p.163. 

 195
QARABAĞ 
   
99 SUALDA
bufer zonası yaratmışdır ki, bu da ona son-
rakı  danışıqlar  prosesində  bundan  siyasi 
təzyiq vasitəsi kimi istifadə etmək imkanı ve-
rirdi.
543
 Thomas de Wal ilə müsahibə zamanı 
Robert Koçaryan bu məsələ ilə bağlı vurğu-
lamışdı:  “Biz  Qarabağın  müdafiəsini  ciddi 
şəkildə təşkil edə biləcəyimiz sərhədlərə çat-
dıqda [atəşkəs] haqqında ciddi düşünməyə 
başladıq”.
544
 
Bundan əlavə, Ermənistan Azərbaycanın 
digər rayonlarının işğal olunmasının diplo-
matik səviyyədə ona baha başa gələcəyindən 
agah  idi.  1993-cü  ilin  sonunda  BMT 
Təhlükəsizlik  Şurasının  mövcud  qətnamələri  müharibənin  dayandırıl-
masını və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını 
tələb edirdi. Digər tərəfdən, münaqişəli şərait region dövlətlərini də nara-
hat edirdi. Türkiyə Ermənistanla sərhədlərini bağladı, hərbi qüvvələrini 
sərhəddə yerləşdirdi, İran və Rusiya da Ermənistana hərbi əməliyyatların 
dayandırılması  barədə  xəbərdarlıq  etdi.  Beləliklə,  Ermənistan  rəhbərliyi 
beynəlxalq ictimaiyyəti aldatmağın asan olmadığını anladı. Bu baxımdan, 
atəşkəs Ermənistan üçün münasib idi. Bundan başqa, atəşkəs haqqında 
saziş Rusiya  Ermənistan ərazisində onun Dağlıq Qarabağ üzərində hərbi 
nəzarətinə zəmanət verən əlavə iki hərbi bazasını yaratmaqla Ermənistana 
hərbi qüvvələrini gücləndirmək imkanı verdi.
545
 Bununla yanaşı, “1994-cü 
ilin yazında bağlanmış atəşkəs Ermənistana şəhərlərində mülki qayda ya-
ratmaq, iqtisadiyyatın bərpası üçün əsas qoymaq, xarici dostlar və yardım 
qazanmaq üçün şərait yaratmış oldu”.
546
543  MacFarlane, S. Neil, &Minear, Larry, Humanitarian Action and Politics: The Case of Nagorno-
Karabakh (The Thomas J. Watson Jr. Institute for International Studies, 1997), p. 19.
544  a.k.ə. De Wall, Thomas (2003), p. 240.
545  a.k.ə. Croissant, Michael P. (1998), pp. 111-112.
546  Laitin, David D. & Grigor Suny, Ronald, “Armenia and Azerbaijan: Thinking a way out of 
Karabakh”, Middle East Policy, Vol. 7, No. 1, October 1999, p. 154.
Atəşkəs haqqında sazişi 
imzalamaqla Ermənistan 
Dağlıq Qarabağdan kənarda 
yerləşən Azərbaycanın işğal 
olunmuş yeddi rayonunda 
təhlükəsiz bufer zonası 
yaratmışdır ki, bu da ona 
sonrakı danışıqlar prosesində 
bundan siyasi təzyiq vasitəsi 
kimi istifadə etmək imkanı 
verirdi.

 196
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin