Bİlal Dədəyev


-cu il 20 may tarixli Avropa Parlamenti



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

77. 2010-cu il 20 may tarixli Avropa Parlamenti 
Qətnaməsi nədir?
Bolqarıstanın  Parlament  üzvü  cənab  Yevgeniy  Kirilovun  hesabatı-
na əsasən hazırlanmış Avropa Parlamentinin “Avropa İttifaqının Cənubi 
Qafqazda  strategiyasına  olan  ehtiyac”  adlı  qətnaməsi  20  may  2010-cu 
ildə qəbul edilmişdir. Qətnamədə Cənubi Qafqazda mövcud münaqişələr 
bölgədə Şərq tərəfdaşlığının tam həyata keçirilməsinə mane olan və regi-
onun iqtisadi və sosial inkişafı üçün əsas maneə olaraq vurğulanır. O regi-
onda sabitlik təmin edilməsi üçün münaqişələrin sülh yolu ilə həllini əsas 
gətirir. Buna görə də, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı üzrə 
Avropa Birliyinin təşəbbüsünü alqışlayan Avropa Parlamenti bu qətnamə 
ilə regionda davamlı sülh, sabitlik, inkişafı təmin etmək məqsədilə Cənubi 
Qafqazda mövcud münaqişəni həll etmək, digər hərbi toqquşmaların qar-
şısını almaq və Cənubi Qafqaz respublikalarının Avropa siyasətinə inteq-
rasiyasını təmin etmək üçün Avropa Birliyini bu sahədə rolunu artırmağa 

 272
QARABAĞ 
   
99 SUALDA
çağırır.
666
 
Avropa  İttifaqı  tərəfindən  Cənubi 
Qafqaz  dövlətlərinin  suverenliyi  və  ərazi 
bütövlüyünə  istinad  edən  qətnamə  Şərq 
Tərəfdaşlığının  əsas  niyyətlərindən  birinin 
Şərq  Tərəfdaşlığı  ölkələrinin  dövlətçilik  və 
ərazi  bütövlüyünün  möhkəmlənməsinə 
dəstək  olmaq  və  onların  suverenliyini 
və  ərazi  bütövlüyünü  təhlükə  altına  atan 
qəbuledilməz  vəziyyətləri  həll  etmək  ol-
duğunu  xatırladır.  Bu  baxımdan,  o  ATƏT-
in  Minsk  Qrupunun  vasitəçilik  səylərinə, 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ 
münaqişəsinin həlli üçün hazırlanmış Mad-
rid  Sənədində  yer  alan  Əsas  Prinsiplərə, 
L’Aquila G8 sammiti çərçivəsində 10 iyul 2009-cu il tarixdə verilmiş Minsk 
qrupunun həmsədr ölkələrinin bəyanatına tam dəstək verir. Bundan baş-
qa,  qətnamə  Azərbaycanın  işğal  olunmuş  ərazilərindən  bütün  erməni 
silahlı qüvvələrinin çıxarılmasını, BMT-nin Nizamnaməsinə uyğun ola-
raq  təşkil  ediləcək  beynəlxalq  qüvvələrin  bu  ərazidə  yerləşdirilməsini 
tələb  edir.  Qətnamə  həmçinin  1988-1994-cü  illər  arasında  Ermənistan 
və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibə zamanı ata-
baba  yurdlarını  tərk  etmiş,  hazırda  evsiz  qalmış,  geri  qayıtmaq,  əmlak 
və  şəxsi  təhlükəsizlik  hüququ  daxil  olmaqla  bütün  hüquqlarını  itirmiş 
yüz  minlərlə  məcburi  köçkün  və  qaçqınların  aqibətinə  dair  ciddi  nara-
hatlığını ifadə edir. Buna görə də, qətnamə münaqişə tərəflərini “gələcək 
aylarda  münaqişənin  həll  edilməsi  məqsədi  ilə  sülh  danışığı  səylərini 
gücləndirməyə, daha konstruktiv münasibətlər göstərməyə, zor gücü ilə 
və beynəlxalq legitimlik olmadan yaradılmış status-kvonun saxlanmasının 
üstünlüyündən imtina etməyə” çağırır.
667
666  “European Parliament resolution of 20 May 2010 on the need for an EU strategy for the South 
Caucasus (2009/2216(INI))”, Official Journal of the European Union, 31 May 2011, pp. 138-139.
667  a.k.ə. “European Parliament resolution of 20 May 2010”, p. 139. 
Avropa Parlamenti bu 
qətnamə ilə regionda 
davamlı sülh, sabitlik, inkişafı 
təmin etmək məqsədilə 
Cənubi Qafqazda mövcud 
münaqişəni həll etmək, digər 
hərbi toqquşmaların qarşısını 
almaq və Cənubi Qafqaz 
respublikalarının Avropa 
siyasətinə inteqrasiyasını 
təmin etmək üçün Avropa 
Birliyini bu sahədə rolunu 
artırmağa çağırır.

 273
QARABAĞ 
   
99 SUALDA
Avropa Parlamentinin Cənubi Qafqaz üçün
Avropa İttifaqının strategiyasına ehtiyac üzrə
QƏTNAMƏ
668
20 may 2010-cu il
Dağlıq Qarabağ münaqişəsi
Avropa Parlamenti
6.  Dağlıq  Qarabağ  münaqişəsi  üzrə  danışıqlarda  Ermənistan  və 
Azərbaycan Prezidentləri arasında Moskva Bəyannaməsi ruhunda 2009-
cu il ərzində keçirilən altı görüşdə öz əksini tapan dinamik tempi alqış-
layır; tərəfləri növbəti ayda münaqişənin həllinin məqsədləri üçün sülh 
danışıqları səylərini intensivləşdirməyə, daha konstruktiv yanaşma nüma-
yiş etdirməyə və güc yolu ilə yaradılmış və heç bir beynəlxalq legitimliyi 
olmayan  status-kvonu  saxlamağa  üstünlük  verməkdən  və  bu  yolla  qey-
ri-sabitlik  yaratmaq  və  müharibənin  təsirlərinə  məruz  qalan  insanların 
məşəqqətlərini uzatmaqdan çəkinməyə çağırır; hərb yolu ideyasını və ar-
tıq istifadə olunmuş hərbi gücün ağır nəticələrini pisləyir və hər iki tərəfi 
1994-cü il atəşkəsini bundan sonra pozmaqdan çəkinməyə çağırır;
7.  ATƏT-in  Minsk  Qrupunun  vasitəçilik  səylərini,  Madrid 
sənədindəki Əsas Prinsipləri və Böyük səkkizlik ölkələrinin Aakuil Sam-
miti çərçivəsində ATƏT-in Minsk Qrupu Həmsədr ölkələrinin 2009-cu il 
iyulun 10-da verilmiş bəyanatını tam olaraq dəstəkləyir; benəlxalq birliyi 
sazişin əldə edilməsinə mane olan məqamları aradan qaldırmağa yardım 
etmək üçün cəsarət və siyasi iradə nümayiş etdirməyə çağırır;
8.  Dağlıq  Qarabağ  müharibəsi  zamanı  və  ya  onunla  əlaqədar  öz 
evlərini  tərk  etmiş  minlərlə  qaçqın  və  məcburi  köçkündən  yüzlərlə  in-
sanın  hələ  də  köçkün  qalması  və  hüquqlarının,  o  cümlədən  geri  qayıt-
maq, mülkiyyət və şəxsi təhlükəsizlik hüquqlarının pozulmasından cid-
di  narahatdır;  bütün  tərəfləri  bu  hüquqları  şərtsiz  tanımağa,  onları  tez 
bir  zamanda  reallaşdırılmasına  və  bu  problemin  beynəlxalq  hüququn 
prinsiplərinə  hörmət  əsasında  tez  bir  zamanda  həllinə  çağırır;  bu  ba-
668  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 858-859.

 274
QARABAĞ 
   
99 SUALDA
xımdan  bütün  erməni  qüvvələrinin  Azərbaycanın  bütün  işğal  olunmuş 
ərazilərindən geri çəkilməsini və bunun ardınca Dağlıq Qarabağ əhalisinin 
təhlükəsizliyini təmin edəcək, məcburi köçkünlərə öz evlərinə qayıtma-
ğa  imkan  verəcək  və  evsizlikdən  doğan  münaqişələrin  qarşısını  alacaq 
keçid dövrü zamanı zəruri olan təhlükəsizlik təminatlarını təmin etmək 
üçün BMT Nizamnaməsinə əsasən təşkil edilmiş beynəlxalq qüvvələrin 
yerləşdirilməsini tələb edir; Ermənistan və Azərbaycanın rəhbərliklərini 
və  müvafiq  icmaların  rəhbərlərini  məcburi  köçkünlərin  geri  qayıtması 
üçün  praktiki  hazırlıqlar  yolu  ilə  sülhməramlı  etnik  münasibətlər  ya-
ratmaq öhdəliklərini nümayiş etdirməyə çağırır; hesab edir ki, məcburi 
köçkünlərin  və  qaçqınların  vəziyyətinə  beynəlxalq  standartlara,  o 
cümlədən  AŞPA-nın  “Avropanın  unudulmuş  insanları:  uzun  müddətli 
köçkün  düşmüş  insanların  insan  hüquqlarının  qorunması”  adlı  1877 
(2009) saylı tövsiyəsinə uyğun şəkildə baxılmalıdır.
9. Davamlı sülhə nail olmaq üçün real səylərə ehtiyac olduğunu vur-
ğulayır;  bütün  müvafiq  rəhbər  şəxsləri  provokativ  siyasətlərdən  və  ri-
torikadan,  qızışdırıcı  bəyanatlardan  və  tarixi  manipulyasiya  etməkdən 
çəkinməyə  çağırır;  Ermənistan  və  Azərbaycan  rəhbərlərini  məsuliyyətli 
davranmağa,  çıxışlarını  yumşaltmağa  və  ictimai  fikrin  münaqişənin 
hərtərəfli həllinin xeyirlərini tam olaraq qəbul etməsi və anlaması üçün 
əsas yaratmağa çağırır;
10.  Dağlıq  Qarabağ  da  daxil  olmaqla,  Dağlıq  Qarabağı  əhatə  edən 
bütün  işğal  olunmuş  Azərbaycan  torpaqlarının  tez  bir  zamanda  boşal-
dılması mövqeyinə inanır; qeyd edir ki, Dağlıq Qarabağın yekun statu-
sunun  müəyyənləşdirilməsinə  qədər  ona  müvəqqəti  statusun  verilməsi 
məsələnin həlli üçün çıxış yolu ola bilər və regionda erməni və Azərbaycan 
əhalisinin dinc yanaşı yaşaması və əməkdaşlığı üçün keçid çərçivəni təşkil 
edə bilər;
11.  Hamı  üçün  təhlükəsizliyin  istənilən  münaqişənin  həlli  üçün  va-
cib  element  olmasını  vurğulayır;  həm  hərbi,  həm  də  mülki  aspektləri 
özündə cəmləyən və beynəlxalq insan hüquqları standartlarına əsaslanan 
müvafiq sülhqoruma tədbirlərinin vacibliyini tanıyır; münaqişənin siyasi 
həlli tapıldığı halda Şuranı sülh prosesini Birgə Təhlükəsizlik və Müdafiə 

 275
QARABAĞ 
   
99 SUALDA
Siyasəti  (BTMS)  missiyaları  vasitəsilə,  o  cümlədən  beynəlxalq  sülhqo-
ruma  qüvvələrinin  yaradılmasını  asanlaşdıra  bilmək  üçün  əraziyə  bö-
yük  monitoring  missiyası  göndərmək  yolu  ilə  dəstəkləmək  imkanlarını 
müəyyənləşdirməyə çağırır.
78. Dağlıq Qarabağ münaqişəsinin həllində İlham 
Əliyevin mövqeyi və rolu necədir?
2003-cü  ildə  İlham  Əliyev  Azərbaycan  Respublikasının  Preziden-
ti seçilən zaman artıq Dağlıq Qarabağ münaqişəsi gündəlikdə duran ən 
vacib  məsələlərdən  birinə  çevrilmişdi.  2003-cü  ildə  andiçmə  mərasimi 
zamanı  İlham  Əliyev,  prezidentliyi  dövründə  münaqişənin  həllində 
Azərbaycanın mövqeyinin dəyişməyəcəyinə və Heydər Əliyevin formalaş-
dırdığı Azərbaycanın ərazi bütövlüyü prinsiplərinə əsaslanacağına təminat 
verərək,
669
 Azərbaycan prezidenti kimi münaqişənin sülh yolu ilə həllini 
alqışladığını və bu yolda üçüncü tərəfin bütün konstruktiv təşəbbüslərinə, 
ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunmuş birgə danışıqlara və 
digər xarici ölkələrin birtərəfli səylərinə tam dəstək verəcəyini bildirmişdi. 
Buna görə də, təkcə 2003-2007-ci illərdə, İlham Əliyev xarici ölkələrə etdi-
yi 78 səfər zamanı Ermənistan prezidenti ilə 8, ATƏT-in Minsk qrupunun 
həmsədrləri ilə 22, xarici ölkə liderləri ilə çoxsaylı görüşlər keçirmişdi.
670
İlham  Əliyev  inanır  ki,  münaqişənin  həlli  prosesi  mərhələli  şəkildə 
olmalıdır. Buna görə də o, bildirir ki, erməni qoşunları Azərbaycanın iş-
ğal  olunmuş  ərazilərindən  çıxarılmalı,  məcburi  köçkünlər  öz  evlərinə 
qayıtmalı,  icmalar  arasında  etimad  yaratmaq  üçün  rabitə  və  iqtisadi 
münasibətlər  qurulmalıdır.
671
  Bu  addımlar  atıldıqdan  sonra,  məsələnin 
həlli prosesində son mərhələ kimi Dağlıq Qarabağın bütün icmalarının iş-
669  “The Speech of Ilham Aliyev in InaugurationCeremony”, 2003; (http://www.preslib.az/eres1.html). 
Accessed on December 22, 2013.
670  “The President’s Attitude Towards the Problem”, State Commette of the Republic of Azerbaijan on 
Deals of Refugees and Internally Displaced Persons; (http://www.refugees-idps-committee.gov.az/en/
pages/3.html). Accessed on December 22, 2013.
671  “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”, 23 September 
2010; (http://en.president.az/articles/764). Accessed on December 22, 2013.

 276
QARABAĞ 
   
99 SUALDA
tirakı  ilə  Dağlıq  Qarabağın  statusunu 
müzakirə  etmək  olar.
672
  Lakin,  qeyd  olun-
malıdır ki, İlham Əliyevin Dağlıq Qarabağın 
gələcək statusu ilə bağlı fikirlərinin əsasında 
yüksək muxtariyyət statusu durur, bir şərtlə 
ki, Azərbaycanın ərazi bütövlüyünə ziyan to-
xunmasın. Bununla bağlı o qeyd etmişdir ki, 
Azərbaycan  öz  torpaqlarında  ikinci  erməni 
dövlətinin yaradılmasına imkan verməyəcək 
və  Dağlıq  Qarabağın  gələcəyi  yalnız 
Azərbaycanın  ərazi  sərhədləri  çərçivəsində 
mümkündür.
673
Bununla  belə  o,  münaqişənin  yenidən 
qeyri-müəyyən  müddətə  uzadılacağı  hal-
da  Azərbaycanın  ərazi  bütövlüyünü  bərpa 
etmək üçün güc tətbiq olunacağını da istis-
na etmir.
674
 Belə ki, o ölkənin hərbi poten-
sialının  gücləndirilməsi  üçün  kifayət  qədər 
səy  göstərir.  Buna  görə  də,  ordunun  döyüş 
qabiliyyətini  təkmilləşdirmək  və  müasir 
standartlara  uyğun  silahlarla  təmin  etmək 
üçün  Azərbaycan  hərbi  büdcəsini  əvvəlki 
illərlə  müqayisədə  dəfələrlə  artırmışdır.
675
 
Silahlı  Qüvvələrin  yaradılmasının  95  illiyi 
münasibətilə keçirilən təntənəli hərbi paraddakı nitqində, o, xüsusi ola-
raq vurğulamışdı: “Azərbaycan müharibə vəziyyətindədir. Müharibə hələ 
sona  çatmayıb,  hələlik  yalnız  ilk  mərhələsindədir...  Bizim  mövqeyimiz 
672  a.k.ə. “Speech by Ilham Aliyev…”, (2010). 
673  “President Ilham Aliyev’s Greetings to the Azerbaijani People on World Azerbaijanis’ Solidarity Day 
and the New Year”, 01 January 2011; (http://en.president.az/articles/1374). Accessed on December 22, 2013.
674  “President of Azerbaijan: ‘Our patience also has limits’”, Euronews, 02 February 2010; (http://www.
euronews.com/2010/02/02/interview-with-ilham-aliyev-president-of-azerbaijan/). Accessed on December 
22, 2013.
675  International Crises Group, “Armenia and Azerbaijan: Preventing War”, Europe Briefing, No. 60, 8 
February 2011, pp. 5-6.
2003-cü ildə andiçmə 
mərasimi zamanı İlham 
Əliyev, prezidentliyi dövründə 
münaqişənin həllində 
Azərbaycanın mövqeyinin 
dəyişməyəcəyinə və Heydər 
Əliyevin formalaşdırdığı 
Azərbaycanın ərazi bütövlüyü 
prinsiplərinə əsaslanacağına 
təminat verərək, 
Azərbaycan prezidenti kimi 
münaqişənin sülh yolu ilə 
həllini alqışladığını və bu 
yolda üçüncü tərəfin bütün 
konstruktiv təşəbbüslərinə, 
ATƏT-in Minsk qrupu 
çərçivəsində təşkil olunmuş 
birgə danışıqlara və digər 
xarici ölkələrin birtərəfli 
səylərinə tam dəstək 
verəcəyini bildirmişdi

 277
QARABAĞ 
   
99 SUALDA
güclü ordu tərəfindən qorunur. Bu səbəbdən də biz son illərdə ordu quru-
culuğuna ciddi diqqət yetirmişik”.
676
79. Dağlıq Qarabağ münaqişəsi “dövlətlərarası” yaxud 
“dövlətdaxili” münaqişədir?
Ermənistan  Dağlıq  Qarabağ  münaqişəsini  DQMV-də  yaşayan 
ermənilərin  Azərbaycan  tərəfindən  etnik  ayrı-seçkiliyə  məruz  qalması 
nəticəsində ortaya çıxmış bir etnik münaqişə kimi təqdim etməyə çalı-
şaraq  münaqişənin  dövlətdaxili  olduğunu  iddia  edir.
677
  Azərbaycan  isə 
münaqişənin qonşu dövlətin ona qarşı ərazi iddiaları səbəbindən  başladı-
ğına görə məsələni dövlətlərarası münaqişə hesab edir.
678
Ümumiyyətlə,  dövlətlərarası  münaqişə  ərazi  iddiaları  kimi  hər  han-
sı  bir  mübahisəli  məsələnin  nəticəsində  iki  dövlət  arasında  baş  verən 
münaqişədir;  dövlətdaxili  münaqişə  isə  suveren  bir  dövlətin  sərhədləri 
daxilində  müəyyən  bir  zəmində  baş  verən  münaqişə  deməkdir.
679
 
Münaqişənin  dövlətlərarası  və  ya  dövlətdaxili  olduğunu  müəyyən 
etmək üçün münaqişənin tərəfləri və onların münaqişəyə cəlb olunma-
sı  səviyyəsini  aydınlaşdırmaq  lazımdır.  Əslində,  sülh  danışıqlarındakı 
dövlətlərin, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin 
əsas tərəfləri kimi tanınması münaqişənin dövlətlərarası xarakterini açıq-
aşkar  sübut  edən  bir  dəlildir.
680
  Bundan  əlavə,  elmi  ədəbiyyatda  Dağlıq 
Qarabağ münaqişəsi dövlətlərarası bir münaqişə kimi müəyyən edilib və 
Fələstin-İsrail, Kəşmir və Qərbi Saxara kimi münaqişələrin aid olduğu ka-
teqoriyaya daxildir.
681
 Ermənistanın hüquqi cəhətdən münaqişənin əsas 
676  “Speech by Ilham Aliyev at the official military parade on the occasion of the 95th anniversary of the 
Armed Forces”; (http://en.president.az/articles/8574). Accessed on December 25, 2013.
677 “Armenia”, USDP Conflict encyclopedia, Upsala University; (http://www.ucdp.uu.se/gpdatabase/
gpcountry.php?id=6). Accessed on December 25, 2013.
678  Svensoon, Isak, “The Nagorno Karabakh Conflict, Lessons From The Mediation Effort”, Crises 
Management Initiatives, 2009, p. 9.
679  Açıkalın, Şuay Nihan, “Inter-state Conflicts as a Security Threat in a Globalized World with the Case 
of Cyprus”, Humanity and Social Sciences Journal, Vol. 6 (1), 2011, p. 23. 
680  a.k.ə. Baguirov, Adil (2008), p. 10.
681  Crocker, Chester A., et all.,  “Introduction: Mapping the Nettle Field”, in Crocker, Chester A., et all.,  
ed., Grasping the Nettle: Analyzing Cases of Intractable Conflict (US Institute of Peace Press, 2007), p. 13.

 278
QARABAĞ 
   
99 SUALDA
tərəfi  kimi  tanınması  ilə  yanaşı,  qon-
şu  dövlətin  ərazilərini  işğal  etməsi  onun 
münaqişədə  birbaşa  iştirakını  sübut  edən 
çoxsaylı faktlardandır.
İlk  növbədə  qeyd  olunmalıdır  ki,  bu 
münaqişə Dağlıq Qarabağın erməni əhalisinin 
sovet  Azərbaycanın  ərazisindən  ayrılaraq 
sovet  Ermənistanının  ərazisinə  birləşmək 
tələbi  nəticəsində  başlamışdır.
682
  Dağlıq  Qa-
rabağ  ermənilərinin  bu  addımı  rəsmi  İrəvan 
tərəfindən alqışlandı və Ermənistan parlamenti dərhal qonşu İttifaq dövlətinin 
ayrılmış ərazisinin özünə birləşdirilməsi barədə qərar qəbul etdi.
683
 Bundan 
əlavə, post-Sovet respublikasının əhalisi də bu ideyanı dəstəkləyərək paytaxt 
şəhərində nümayişlər təşkil etməklə münaqişə tərəfi kimi mübahisəyə cəlb 
olunmaq arzularını ifadə etdilər.
684
 Beləliklə, bu Ermənistanın münaqişəyə yal-
nız üçüncü bir tərəf kimi cəlb olunduğunu deyil, münaqişənin lap əvvəlindən 
onu münaqişədə əsas tərəf kimi müəyyən edən mühüm amil olduğunu sübut 
edir. 
İkincisi, müharibə zamanı, erməni qoşunları birbaşa döyüşlərdə işti-
rak edib və yalnız Dağlıq Qarabağın deyil, Azərbaycanın digər 7 ətraf ra-
yonunun da işğalında həlledici rol oynamışdır.
685
 Bundan əlavə, atəşkəsə 
dair  müqavilə  imzalanmasına,  hərbi  fəaliyyətini  həyata  keçirmək  üçün 
Ermənistana hər hansı bir beynəlxalq mandat verilməməsinə baxmaya-
raq, Ermənistan qoşunları hələ də bölgənin təhlükəsizliyini təmin etmək 
bəhanəsi ilə işğal olunmuş ərazilərdə yerləşməkdə davam edir.
686
 Aydındır 
ki, ermənilərin bölgədə qalmasının yeganə səbəbi işğal olunmuş ərazilərin 
təhlükəsizliyini qorumaqla öz milli maraqlarını təmin etməkdir. 
682  a.k.ə. Cornell, Svante E. (1999), p. 13.
683  a.k.ə. Fraser, Niall M., et all. (1990), p. 659.
684  a.k.ə. Cornell, Svante E. (1999), p. 13.
685  Huseynov, Tabib, “Mountainous Karabakh: Conflict Resolution through Power-sharing and Regional 
Integration”, Peace Studies Journal, No. 6, January 2005. Retrieved from; (http://www.bradford.ac.uk/
ssis/peace-conflict-and-development/issue-6/). Accessed on December 28, 2013.
686  “Foreign ministry: Armenian troops in occupied Azerbaijani territories biggest obstacle to 
settlement”, Trend; (http://en.trend.az/news/karabakh/2158538.html). Accessed on December 28, 2013.
Ermənistanın hüquqi 
cəhətdən münaqişənin 
əsas tərəfi kimi tanınması 
ilə yanaşı, qonşu dövlətin 
ərazilərini işğal etməsi 
onun münaqişədə birbaşa 
iştirakını sübut edən çoxsaylı 
faktlardandır.

 279
QARABAĞ 
   
99 SUALDA
Üçüncüsü, bu gün bu bir faktdır ki, qondarma “Dağlıq Qarabağ Respub-
likası” Ermənistan Respublikasına hərtərəfli inteqrasiya olunub. Ermənistan 
Respublikasının birbaşa iqtisadi, sosial və siyasi dəstəyi olmadan tanınma-
mış bir dövlət üçün inzibati vahid kimi movcudluğunu saxlamaq  qeyri-
mümkün olardı.
687
 Üstəlik, Dağlıq Qarabağ erməniləri Ermənistanın siyasi 
strukturunda üstünlük təşkil edən qrupdur və onlar dövlətin yüksək rəsmi 
vəzifələrində  təmsil  olunurlar.
688
  Beləliklə,  qondarma  “Dağlıq  Qarabağ 
Respublikası”-nın müstəqil dövlət kimi deyil, Ermənistanın bir hissəsi kimi 
fəaliyyət göstərməsini sübut etmək mümkündür.
80. Dağlıq Qarabağ münaqişəsi “etnik” yaxud “ərazi” 
münaqişəsidir?
Etnik münaqişə etnik qruplar, xüsusilə titullu etnik qrup ilə müəyyən 
ərazidə yaşayan azlıqların  arasında düşmənçilik yarandığı zaman baş verə 
bilər və bir çox hallarda bu zorakılıqla müşahidə olunur. Birgəyaşayışın 
çətinliklərindən yaranan problem də etnik münaqişələrə səbəb ola bilər. 
Bu prosesin gedişində mütəşəkkil siyasi hərəkat, kütləvi həbslər, separatçı 
hərəkətlər və vətəndaş müharibəsi müşahidə olunur.
689
 Etnik kimi təsnif 
olunan münaqişələr daha mürəkkəb xarakter daşıyır. Etnik münaqişələr 
hesab edilən çoxsaylı hallar da var ki, əslində, onlar etnikdən daha çox siyasi 
münaqişələrdir.
690
 İnstitusiaonal nəzəriyyəyə  görə bu cür münaqişələrdə 
“öz  hakimiyyətlərini  gücləndirmək  üçün  siyasətçilər  tarixən  yaddaşlar-
da  qalmış  inciklikləri  və  nifrəti  “qızışdırmaq”la  etnik  münaqişələrdən 
istifadə edirlər.
691
 Siyasi ambisiyalardan qaynaqlanmış bu münaqişələrin 
687  “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage”, Panaroma | Armenian 
News, 12  November  2013; (http://www.panorama.am/en/politics/2013/11/12/shavarsh-qocharyan/). Accessed 
on December 28, 2013.
688  De Wall, Thomas, “Nagorny Karbakh: Closer To War Than Peace”, Chatham House: Russia and 
Eurasia Summary, 25 July 2013. Retrieved from; (http://www.chathamhouse.org/events/view/193195). 
Accessed on December 28, 2013.
689  Tishkov, Valery A., “Ethnic conflicts in the context of social science theories”; (http://archive.unu.
edu/unupress/unupbooks/uu12ee/uu12ee08.htm). Accessed on December 28, 2013.
690  a.k.ə. Tishkov, Valery A.
691  Blagojevic, Bojana, “Causes of Ethnic Conflicts: A Conceptual Framework”, Journal of Global 
Change and Governance, Vol. 3, N. 1, Winter 2009, p. 3.

 280
QARABAĞ 
   
99 SUALDA
əslində etnik kimi pərdələndiyini də demək 
olar. Bir çox hallarda xarici amillərin iştira-
kı  ilə  resurslara,  xüsusilə  ərazilərə  nəzarət 
etmək üçün etnik qrupların siyasi cəhətdən 
səfərbər  olması  belə  fərqli,  məsələn,  “ərazi 
münaqişələri” kimi müəyyən edilə bilər.
Ümumiyyətlə,  ərazi  münaqişələri  bir 
tərəfin  digərinə  ərazi  iddiaları  səbəbindən 
baş  verən  mübahisələr  kimi  qəbul  edilir  və 
əksər  hallarda  müharibə  ilə  müşayiət  olu-
nur. Ərazi münaqişələri adətən, bir dövlətin 
müxtəlif  səbəb  və  maraqlardan  ilhamlanan 
hegemonluq  ambisiyaları  həddini  aşdığı 
zaman baş verir və özgə torpaqlarının işğalı 
ilə nəticələnir. Ümumiyyətlə, beynəlxalq ictimaiyyət bir millətin digərinə 
qarşı ərazi iddiaları səbəbindən törənmiş münaqişələrə qarşı tolerant de-
yil. Bu baxımdan, “təcavüz” və “bir millətin başqa birisinin ərazi bütövlü-
yünü təhdid etməsi” qadağandır və beynəlxalq hüquqla tənzimlənir.
692
 Ay-
dındır ki, münaqişənin ərazi münaqişəsi kimi qəbul edilərək “təcavüzkar” 
kimi tanınması ərazi iddiası ilə güc tətbiq edən iddialı tərəfin maraqlarına 
toxunur. 
Təcavüzə  haqq  qazandırmaq  üçün,  təcavüzkar  dövlət  münaqişənin 
xarakterini yanlış izah edir və bu mübahisənin real təbiətini pərdələmək 
üçün müxtəlif, məsələn, “etnik” kimi anlayışlardan istifadə edir.
Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  etnik  deyil,  ərazi 
münaqişəsi  olduğu  mövqeyindən  çıxış  edir.  Lakin,  Ermənistan  tərəf 
qonşu  ölkənin  ərazisini  işğal  etməsinə  dair  ittihamları  rədd  edərək 
münaqişəyə  müdaxilə  etməsini  Azərbaycanda  ayrı-seçkilik  və  zorakı-
lıqla  üzləşmiş  erməniləri  müdafiə  etmək  hüququ  ilə  izah  edir.  Əslində, 
Ermənistan  Respublikasının  Azərbaycana  birbaşa  ərazi  tələbi  yoxdur, 
onun məsələyə qarışması yalnız Dağlıq Qarabağ ermənilərinin “müdafiəsi 
692  Charter of UN, Chapter I, Article 2; (http://www.un.org/en/documents/charter/chapter1.shtml). 
Accessed on December 28, 2013.
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin etnik deyil, 
ərazi münaqişəsi olduğu 
mövqeyindən çıxış edir. 
Lakin, Ermənistan tərəf 
qonşu ölkənin ərazisini işğal 
etməsinə dair ittihamları 
rədd edərək münaqişəyə 
müdaxilə etməsini 
Azərbaycanda ayrı-seçkilik 
və zorakılıqla üzləşmiş 
erməniləri müdafiə etmək 
hüququ ilə izah edir.

 281
QARABAĞ 
   
99 SUALDA
ilə  məhdudlaşıb”.  Amma,  məlumdur  ki,  Azərbaycan  Sovet  Sosialist 
Respublikasının  tabeliyində  olan  Dağlıq  Qarabağ  Muxtar  Vilayətində 
ermənilərin ictimai vəziyyəti vilayətdə və onun hüdudlarından kənarda 
olan  azərbaycanlılarınkından  qat-qat  yüksək  idi.
693
  Dağlıq  Qarabağda 
ermənilərin hüquqi ayrı-seçkiliyə məruz qalması müzakirə mövzusu de-
yil. Əslində, muxtar vilayət əhalisinin əksəriyyətini onlar təşkil etdiyindən 
mühüm siyasi və iqtisadi təsisatlar onların nəzarətində idi. Lakin, qeyd 
etmək  vacibdir  ki,  münaqişənin  əvvəlindən  Ermənistan  Respublikası 
prosesə  cəlb  olunmuşdur  və  bu  dövlətin  hökuməti  fəal  şəkildə  Dağlıq 
Qarabağı  öz  ərazilərinə  ilhaq  etmək  siyasəti  yürüdürdü.  Buna  görə  də, 
Ermənistan Sovet Sosialist Respublikasının parlamenti Dağlıq Qarabağın 
Ermənistana  birləşdirilməsi  haqqında  qərar  qəbul  etmişdir.
694
  Bununla 
belə qeyd etmək yerinə düşər ki, bu günə qədər Ermənistan qondarma 
“Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımayıb. Ermənistan 
hökuməti bu vəziyyəti danışıqlar prosesinə xoşməramlı kömək məqsədilə 
edilmiş  cəhd  kimi  izah  etsə  də,  gələcəkdə  Ermənistanın  işğal  olunmuş 
əraziləri ilhaq edəcəyi də mümkündür.
695
Bundan əlavə, münaqişədə hər iki tərəf, eləcə də danışıqlar prosesində 
əsas vasitəçi kimi iştirak edən ATƏT-in Minsk Qrupu tərəfindən qəbul 
edilən  tərəflər  yalnız  Ermənistan  və  Azərbaycandır.  Dağlıq  Qara-
bağ  erməniləri  heç  vaxt  danışıqlarda  əsas  tərəf  olmayıblar  və  görünür 
Ermənistan tərəfi bu vəziyyətdən narahat deyil. Beləliklə, Azərbaycanla 
Ermənistan arasında gedən danışıqlar tərəflərin ərazi münaqişəsi üzrə da-
nışıqlar apardığı deməkdir. Bu baxımdan, qətiyyətlə demək olar ki, Dağ-
lıq  Qarabağ  münaqişəsi  etnik  deyil  ərazi  münaqişəsidir,  həm  də  yalnız 
Azərbaycan deyil, Ermənistan da vəziyyətin belə olduğunu qəbul edir. Ye-
kun olaraq, Ermənistan Respublikasının münaqişədə və Dağlıq Qaraba-
693  A., Yamskov, “Ethnic Conflict in Transcaucasus: The Case of Nagorno Karabakh”,
 
Theory and 
Society, Vol. 20 (5), 1999, pp. 631-60.
694  Keller, Bill, “Armenian Legislature Bakcs Calls For Annexing Disputed Territory”, New York Times
16 June1988; (http://www.nytimes.com/1988/06/16/world/armenian-legislature-bakcs-calls-for-annexing-
disputed-territory.html?scp=15&sq=armenia&st=nyt). Accessed on December 28, 2013.
695  Oskanyan, V., “Discrepancies in Sargsyan’s speech”, 23 June 2011; (http://www.a1plus.am/en/
politics/2011/06/23/vardan-oskanyan). Accessed on December 28, 2013.

 282
QARABAĞ 
   
99 SUALDA
ğın və Azərbaycanın suverenliyi altında olan ətraf ərazilərin işğalında bir-
başa iştirakı haqqında faktlar və bu məsələnin həlli prosesində erməniləri 
təmsil etməsi onu “etnik”dən daha çox “ərazi” münaqişəsi kimi tanımağa 
imkan verir. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin