Bİlal Dədəyev


Münaqişənin həllində Qondarma “Dağlıq Qarabağ



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   25   26   27   28   29   30   31   32   33

90. Münaqişənin həllində Qondarma “Dağlıq Qarabağ 
Respublikası”nın mövqeyi necədir?
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  tərəfləri 
ATƏT-in  Minsk  qrupu  çərçivəsində  “Beyker  qaydaları”  ilə  tanınmış 
və  tənzimləməyə  görə,  Dağlıq  Qarabağ  erməniləri  münaqişənin  “ma-
759  “Why Armenia Cannot Recognize Abkhazia, South Ossetia Independence”, Press.am; (http://www.
epress.am/en/2011/01/27/why-armenia-cannot-recognize-abkhazia-south-ossetia-independence.html). 
Accessed on January 1, 2014.
760  a.k.ə. “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage”.
761  “By recognizing Karabakh’s independence, Yerevan would pass the red line–experts”, NEWS.AZ, 13 
November 2013; (http://news.az/articles/politics/84285). Accessed on January 1, 2014.

 303
QARABAĞ 
   
99 SUALDA
raqlı  tərəfi”  kimi  qəbul  edilmişdir.  Lakin, 
məsələnin  həlli  prosesinin  başlanğıcında 
qondarma  “Dağlıq  Qarabağ  Respublika-
sı”  danışıqlarda  bilavasitə  iştirakının  təmin 
olunmasında  israr  edirdi.  “Dağlıq  Qarabağ 
Respublikası” iddia edir ki, bütün tərəflərin 
iştirakı  olmadan  münaqişənin  həllində 
heç  bir  nailiyyət  əldə  etmək  mümkün  ol-
mayacaqdır.
762
  Bundan  əlavə,  tanınmamış 
respublika  1997-ci  ilədək  danışıqlarda  iştirak  edib  və  Azərbaycan  və 
Ermənistanla birgə 1994-cü ildə atəşkəs haqqında sazişi imzalayıb. 1998-ci 
ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş prezidenti Ro-
bert Koçaryan Ermənistan Respublikasının presidenti seçildikdən bəyan 
etmişdi ki, Ermənistan prezidenti kimi o da Dağlıq Qarabağın erməni ic-
masının maraqlarını təmsil edəcək və bundan sonra tanınmamış respub-
lika  danışıqlar  masasından  uzaqlaşdırılmışdı.  Hal-hazırda,  Ermənistan 
qondarma  “Dağlıq  Qarabağ  Respublikası”nın  danışıqlara  daxil  olunma 
niyyətini  dəstəkləyir,  Azərbaycan  isə  hələ  də  sülh  yaradılmasının  ilkin 
mərhələlərində  onun  iştirakını  rədd  edir,  lakin  tərəflər  Əsas  Prinsiplər 
barədə razılığa gəlsələr növbəti mərhələdə onun iştirakını istisna etmir.
763
“Dağlıq Qarabağ Respublikası”nın ehtimal olunan muxtariyyətin hər 
hansı bir forması çərçivəsində Azərbaycanın tərkibində olmağı rədd edir 
və Dağlıq Qarabağ xalqının 1991-ci il  referendumu ilə öz suverenliyini 
müəyyən etdiyini vurğulayır.
764
 Qondarma respublikanın rəsmiləri refe-
rendum və müstəqilliyin elan olunması ilə bağlı bütün proseslərin Sovet 
İttifaqı və Beynəlxalq hüquq qanunvericiliyinə əsaslandığını iddia edir.
765
 
Ermənilərin  iddiasına  görə,  son  iyirmi  ildə  qondarma  “Dağlıq  Qarabağ 
Respublikası”  de-fakto  mövcudluğunu  saxlayaraq  müstəqil  dövlət  kimi 
762  Sahakyan, Bako, “Artsakh will never be a part of Azerbaijan”, PanARMENIAN.Net, 4 February 
2009; (http://www.panarmenian.net/eng/world/interviews/43148/). Accessed on January 1, 2014.
763  a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
764  a.k.ə. “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.
765  “Independence or Reunification?”, Office of “NKR” in Washington D.C.; (http://www.nkrusa.org/
nk_conflict/independence_or_reunification.shtml). Accessed on January 1, 2014.
Qondarma respublikanın 
rəsmiləri referendum və 
müstəqilliyin elan olunması 
ilə bağlı bütün proseslərin 
Sovet İttifaqı və Beynəlxalq 
hüquq qanunvericiliyinə 
əsaslandığını iddia edir.

 304
QARABAĞ 
   
99 SUALDA
fəaliyyət  göstərir  və  heç  vaxt  Azərbaycan  suverenliyi  çərçivəsində  yaşa-
mamış yeni erməni nəsli meydana gəlib. Buna görə də, sülh prosesində 
hər  hansı  bir  nailiyyətə  nail  olmaq  üçün  ərazi  bütövlüyü  prinsipləri 
münaqişənin həllində ilkin şərt ola bilməz.
766
 Qondarma “Dağlıq Qara-
bağ Respublikası” rəsmi olaraq keçmiş DQMV və Şaumyan rayonunun 
əraziləri  üzərində  suverenliyini  iddia  edir,  Azərbaycanın  işğal  olunmuş 
yeddi rayonunun torpaqları isə “təhlükəsizlik kəmər”i kimi müəyyən olu-
nub və bu ərazilərin Azərbaycana qaytarılmaq məsələsi var.
767
Danışıqlar  prosesinə  gəlincə,  məsələnin  həlli  prosesində  ATƏT-in 
Minsk qrupunun təşəbbüsləri uğursuz olmasına baxmayaraq, qondarma 
“Dağlıq  Qarabağ  Respublikası”  hələ  də  bu  təşkilatın  vasitəçilik  rolunu 
dəstəkləyir.
768
 Bundan başqa, icmalar arasında düşmənçiliyi yumşaltmaq 
üçün, tanınmamış dövlət müxtəlif proqramlar təşkil etməklə potensialı-
nın  artırılması  üçün  tədbirlər  görmək  niyyətindədir.
769
  Lakin,  separatçı 
dövlət rəsmi səviyyədə münaqişənin yalnız sülh yolu ilə həlli üçün bü-
tün  imkanlardan  istifadə  edəcəyini  vurğulayır.
770
  Tanınmamış  respubli-
ka  hərbi  potensialını  gücləndirməkdə  davam  edir.  Müharibənin  birinci 
mərhələsindəki qələbə qondarma “Dağlıq Qarabağ Respublikası”nın güc 
mənbəyi olsa da qətiyyətsizlik və müharibənin yenidən başlama qorxusu 
rəsmi orqanları qələbəyə şübhə ilə yanaşmağa məcbur edir.
771
 Əslində, se-
paratçı dövləti  militarist olaraq xarakterizə etmək düzgün olmasada, onun 
hərbiləşməyə meyilli olduğunu da vurğulamaq lazımdır.
772
 
Nəticə olaraq, ümumiləşdirərək demək olar ki, qondarma “Dağlıq Qara-
bağ Respublikası” məsələnin həlli prosesində vilayətin statusunun müəyyən 
edilməsini ilkin vəzifə kimi önə çəkir. Bundan başqa, qondarma respubli-
kanın  rəhbərliyi  danışıqlarda  birbaşa  iştirak  etmədən  münaqişənin  həlli 
766  a.k.ə. Sahakyan, Bako (2009).
767  a.k.ə. “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.
768  “Prospects for Peace”, The Office of “NKR” to Washington D.C.; (http://www.nkrusa.org/nk_
conflict/prospects_peace.shtml). Accessed on January 2, 2014.
769  a.k.ə. “Prospects for Peace”.
770  a.k.ə. Sahakyan, Bako (2009).
771  Lynch, Dov, “Separatist States and post Soviet conflicts”, International Affairs, Vol. 78, No. 4, 2002, 
p. 840.
772  a.k.ə. Lynch, Dov (2002), p. 839. 

 305
QARABAĞ 
   
99 SUALDA
prosesində hər hansı bir naliyyətin əldə olunmasını mümkünsüz hesab edir. 
Qondarma respublikanın rəhbərliyi beynəlxalq hüquq normalarına məhəl 
qoymadan təkid edir ki, Azərbaycanın ərazi bütövlüyü münaqişənin həlli 
üçün ilkin şərt ola bilməz, çünki Qarabağ erməniləri heç vaxt Azərbaycanın 
suverenliyi altında yaşamağa razı olmayacaqlar.
91. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsində erməni diasporasının rolu nədir?
Sayı təxminən 7 milyon olan dünya Erməni diyasporasının,
773
 Dağlıq 
Qarabağ münaqişəsinin lap əvvəlindən münaqişəyə cəlb olunmuş siyasi 
və ictimai cəhətdən daha fəal qrupları ABŞ və Fransada
774
 məskunlaşıblar 
və  qondarma  erməni  soyqırımı  ilə  birlikdə  bu  məsələni  öz  lobbiçilik 
fəaliyyətlərinin əsas məsələləri sırasına daxil ediblər.
775
ABŞ-dakı  erməni  diasporu  bu  ölkənin  siyasi  mühitindən  lazımınca 
yararlanmaq üçün öz mənbələrindən istifadə etməkdə kifayət qədər ba-
carıqlıdırlar.  Ermənilər ABŞ-da əsasən Kaliforniya və Massaçusets ştat-
larında  məskunlaşmışlar.  Burada  onların  sayı  təxminən  bir  milyondan 
artıqdır.  Amerikadakı  digər  etnik  qrupların  diasporları,  məs:  yəhudi, 
irland  və  yunanlar  kimi  erməni  diasporu  da  maraq  qruplarının  xeyrinə 
lobbiçilik fəaliyyətinə imkan verən qanunvericilikdən faydalanır.
776
 Qon-
darma “erməni soyqırımı”nın tanınması üçün Vaşinqtonda, xüsusilə Ka-
pitolada lobbiçilik fəaliyyəti ilə məşğul olan və Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsində  Ermənistan  Respublikası  üçün  əlverişli 
mövqe  tutan  erməni  diaspora  təşkilatları  fəaliyyət  göstərir.    Bu  erməni 
diaspora  təşkilatlarının  ən  güclüsü  Amerika  Erməni  Assambleyasıdır. 
Bir  qayda  olaraq,  tarixi  vətən  münaqişəyə  cəlb  olunanda  diasporanın 
dəstəyi dövlətin yaşaması üçün həlledici amil olur.  Erməni diasporasının 
773  “Armenian Population in The World”; (http://www.armeniadiaspora.com/population.html). Accessed 
on January 2, 2014.
774  Cohen, Robin, Global Diasporas: An Introduction (Rutledge, 2008), p. 53. 
775  Shain, Yossi, & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International 
Organization, Vol. 57, No. 3, Summer 2003, pp. 468-471.
776  a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), pp. 455-457.

 306
QARABAĞ 
   
99 SUALDA
Ermənistan dövlətinə dəstəyi aşağıdakı for-
malarla təmin olunur: maliyyə və silah yardı-
mı; əlavə mənbələrin cəlb olunması; təbliğat 
platforması  kimi  fəaliyyət  göstərmək  və  ev 
sahibi olan ölkələrin hökumət və beynəlxalq 
təşkilatlarına  lobbiçilik  təsiri  göstərmək.
777
 
ABŞ-dakı erməni diasporasının Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsində 
Ermənistana  maliyyə  yardımı  göstərən  əsas  mənbə  olduğu  bir  fakt-
dır.
778
  Bundan  başqa,  diaspora  lobbiçilik  fəaliyyəti  vasitəsilə  demokra-
tik  təsisatların  qurulması  üçün  keçmiş  Sovet  İttifaqının  yeni  müstəqil 
dövlətlərə  maliyyə  yardımı  göstərən    “Azadlığa  Dəstək  Aktı”  vasitəsilə 
ABŞ hökuməti tərəfindən ən böyük yardım büdcəsinin ayrılmasına nail 
olub.
779
  Bundan  əlavə,  münaqişədə  erməni  diasporası  Ermənistanı  si-
lahla, həmçinin müharibənin davam etdirilməsi üçün onu döyüşçülərlə 
təmin edib.
780
 Diasporanın lobbiçilik fəaliyyətinin əsas nailiyyəti “Azad-
lığa Dəstək Aktı”  proqramı vasitəsilə Azərbaycanı ABŞ-ın birbaşa dövlət 
dəstəyindən məhrum edən 907-ci düzəlişin qəbul edilməsi olmuşdur.
781
  
Əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 
Azərbaycan  Ermənistanı  “təcrid”  etməsinə  görə  2002-ci  ilədək  birbaşa 
ABŞ hökumətinin maliyyə yardımını almayan yeganə keçmiş sovet res-
publikası idi. 
Erməni  diasporası  həmçinin  Ermənistan-Azərbaycan  Dağlıq  Qa-
rabağ  münaqişəsində  Ermənistanın  mövqeyini  təbliğ  edən  əsas 
mənbə  olmuşdur.
782
  O,  öz  fəaliyyətini  yalnız  mövcud  olduğu  ölkə  ilə 
məhdudlaşdırmayaraq müstəqilliyindən istifadə edərək Ermənistanın si-
yasi strukturuna da təsir edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinin həllinə dair qərar qəbul edilməsi prosesində də mühüm rol 
777  Shain, Yossi, “The Role of Diasporas in Conflict Perpetuation or Resolution”, SAIS Review, Vol. 22, 
No. 2, Summer-Fall 2002, p. 109.
778  a.k.ə. Cohen, Robin (2008), p. 57.
779  a.k.ə. Heather, Gregg (2002), p. 36. 
780  a.k.ə. De Waal, Thomas (2003), p. 207.
781  a.k.ə. Heather, Gregg (2002), p. 27.
782  a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), p. 469.
ABŞ-dakı erməni 
diasporasının Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsində Ermənistana 
maliyyə yardımı göstərən 
əsas mənbə olduğu 
bir faktdır.

 307
QARABAĞ 
   
99 SUALDA
oynayır. Belə ki, münaqişənin həllində diasporanın mövqeyi Ermənistanın 
keçmiş prezidenti Levon Ter-Petrosyanın mövqeyi ilə uyğun gəlməyəndə 
onu prezident vəzifəsindən istefa verməyə məcbur etdi.
783
 
1900-cü  ilin  əvvəllərində,    xüsusilə  I  dünya  müharibəsindən  son-
ra  Türkiyə  və  Yaxın  Şərq  ölkələrindən  ABŞ-a  köçmüş  erməni  di-
asporası  ilə  müqayisədə  Fransadakı  erməni  diasporasının  orada 
məskunlaşmasının  daha  uzun  tarixi  var.  Fransadakı  erməni  diasporası 
öz etnik mənsubiyyətini qorumaqla fransız cəmiyyətinə həddindən ar-
tıq inteqrasiya olunub və onlar Ermənistan dövlətinin xeyrinə Fransa-
nın xarici siyasətinə təsir etmək iqtidarında olan fəal etnik qruplarından 
biri kimi qəbul edilirlər.  1988-ci ildə Sovet Ermənistanında zəlzələdən 
sonra Fransadakı erməni diasporası ona yardım və pul göndərmək üçün 
səfərbər olmuşdu. Sovet İttifaqı dağıldıqdan sonra onlar səylərini daha 
da səfərbər etərək
784
 və yalnız maliyyə yardımı ilə məhdudlaşmayaraq, 
həm  də  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsində 
Fransa  hökumətinin  Ermənistana  siyasi  dəstək  verməsinə  çalışmışdı-
lar. Həqiqətən də, NATO-da Fransanın partnyoru olan Türkiyənin etira-
zına baxmayaraq Fransa Parlamenti tərəfindən qondarma erməni soyqı-
rımının tanınması açıq-aydın bu ölkədə erməni diasporasının lobbiçilik 
səyləri ilə həyata keçirilmişdir.
785
92. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını 
təyin etmək hüququ varmı?
Ermənistan və Dağlıq Qarabağ erməniləri münaqişənin həllinin xalqın 
öz müqəddəratını təyinetmə hüququ prinsipinə əsaslanaraq tam müstəqil 
şəklində  həll  olunmasını  tələb  edirlər.  Bundan  əlavə,  onlar  təkidlə 
bildirirlər ki, “Azərbaycanın Dağlıq Qarabağ üzərində nə hüquqi, nə siyasi, 
783  a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), p. 470.
784  a.k.ə. Cohen, Robin (2008), p. 55.
785  “How will Armenian genocide bill affect France-Turkey relations?”, CNN, 24 January 2012; (http://
edition.cnn.com/2012/01/23/world/europe/turkey-france-genocide-bill-q-and-a/). Accessed on January 2, 
2014.

 308
QARABAĞ 
   
99 SUALDA
nə də mənəvi iddia etməyə əsası yoxdur”.
786
 Azərbaycan isə əksinə, onun 
suverenliyi altında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin 
etmək hüququnu rədd etmir və problemin suveren dövlətin ərazi bütövlü-
yü prinsipi çərçivəsində həlli ilə bağlı praktikada mümkün olan ən yüksək 
muxtariyyət statusuna zəmanət verdiyini bəyan edir.
787
Aydındır  ki,  mübahisəli  bölgənin  gələcək  statusu  ilə  bağlı  münaqişə 
tərəfləri  arasında  mövcud  fikir  ayrılığı  münaqişənin  həllində  əsas 
maneədir.  Hər  iki  tərəf  problemin  beynəlxalq  ictimaiyyət  tərəfindən 
qəbul olunan beynəlxalq hüquq prinsipləri əsasında həllini iddia edirlər. 
Beynəlxalq hüququn iki çox mühüm “ərazi bütövlüyünə” hörmət və “öz 
müqəddəratını təyinetmə” hüququ prinsipi var ki, hər bir sülhsevər dövlət 
bunu gözləməyə borcludur. Dağlıq Qarabağın statusu ilə bağlı tərəflərin 
mövqeyini anlamaq üçün “öz müqəddəratını təyinetmə” prinsipinin tari-
xi, hüquqi və praktiki baxımdan həyata keçirilməsini təhlil etmək lazımdır. 
Tarixdə xalqların öz müqəddəratını təyin etməsi ideyası xüsusilə Fran-
sa  Burjua  inqilabından  sonra
788
  “milliyyətçilik”  ideologiyası  üzərində 
formalaşıb. Bu ilk dəfə ABŞ prezidenti Vudro Vilson tərəfindən Birinci 
Dünya  müharibəsinin  mübahisəli  məsələlərinin  həlli  ilə  bağlı  keçiril-
miş  Paris  Sülh  Konfransında    təklif  və  müzakirə    edilib.  Müharibədən 
sonra çar Rusiyası, Osmanlı, Alman, və Avstriya-Macarıstan kimi Avro-
pa  imperiyaları  dağıldı  və  Avropanın  bir  sıra  xalqları  öz  müqəddəratını 
təyinetmə prinsipindən yararlanaraq öz müstəqilliyini elan etdi. Lakin, öz 
müqəddəratını təyinetmənin və onun beynəlxalq hüquq normalarına daxil 
edilməsinin leqallaşdırılması İkinci Dünya müharibəsindən sonra BMT-
nin  yaradılması  ilə  mümkün  oldu.  Lakin,  BMT-nin  Nizamnaməsində 
“öz  müqəddəratını  təyinetmə”
789
  prinsipi  ilə  bağlı  məsələlər  ətraflı    ola-
raq  qeyd  edilməsə  də,    bu  prinsipin  əsas  anlayışlarını  müəyyən  edən 
maddələr  Baş  Assambleya  tərəfindən  hazırlanaraq  1966-cı  ildə  qəbul 
786  a.k.ə. “Position of Armenia on Nagorno-Karabakh conflict”.
787  a.k.ə. “Head of State Committee: After solving Nagorno-Karabakh conflict Armenians can become 
Azerbaijani equal citizens”.
788  Hroch, Miroslav, “National Self-Determination from a Historical Perspective”, Canadian Slavonic Papers 
/ Revue Canadienne des Slavistes, Vol. 37, No. 3-4, September-December 1995, p. 283.
789  Van Dyke, Vernon, “Self-Determination and Minority Rights”, International Studies Quarterly, Vol. 
13, No. 3, September 1969, p. 223.

 309
QARABAĞ 
   
99 SUALDA
edilmiş Mülki və Siyasi Hüquqlar haqqında 
Beynəlxalq  Pakta  daxi  edilmişdir.
790
  1960-
cı ildə İkinci Dünya müharibəsindən sonra 
müstəmləkə sisteminin dağılması prosesinin 
tənzimlənməsi üçün BMT-nin Baş Assamb-
leyası da “öz müqəddaratını təyinetmə” hü-
ququ  anlayışı  və  onun  həyata  keçirilməsi 
ilə  bağlı  məsələlər  daxil  olan  Müstəmləkə 
ölkələrinə  və  xalqlarına  müstəqillik 
verilməsi  barədə  Bəyannamə  qəbul  etdi.
791
 
“Öz  müqəddəratını  təyinetmə”  prinsipinin 
həyata keçirilməsi təcrübəsi baxımından, bu 
ifadənin çox mənaları olduğunu qeyd etmək 
lazımdır.  Həqiqətən,  öz  müqəddəratını 
təyinetmə, həmçinin “daxildə müqəddəratın 
təyinedilməsi”, “asılı ərazilərin xalqlarının öz müqəddəratını təyinetməsi” 
və “azlıqların öz müqəddəratını təyinetməsi” kimi təsnif edilirdi. Nəzərə 
almaq lazımdır ki, beynəlxalq hüquqa görə, “öz müqəddəratını təyinetmə” 
ayrılmaq hüququ demək deyil. 
792
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə  gəldikdə, 
Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın Sovet qanun-
vericiliyi  və  mövcud  beynəlxalq  hüquq  normalarına  uyğun  olaraq  öz 
müstəqilliyini elan etməsini və mövcud beynəlxalq hüquq normalarının 
Dağlıq Qarabağa tam müstəqillik şəklində öz müqəddəratını təyinetmə 
imkanı verdiyini iddia edir.
793
 1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi 
Azərbaycandan ayrılmaq üçün referendum keçirdi və bunun nəticəsi ola-
raq 1992-ci ildə öz müstəqilliyini elan etdi. Belə ki, artıq iyirmi ildən artıq-
790  “Article 1”, International Covenant on Civil and Political Rights, 1966.
791  “Declaration on the Granting of Independence to Colonial Countries and Peoples”, The United 
Nations and Decolonization, 14 December 1960; (http://www.un.org/en/decolonization/declaration.
shtml). Accessed on January 2, 2014.
792  Borge, Christopher J., “Is Kosovo a precedent? Secession, Self-determination, and Conflict 
Resolution, Wilson Center; (http://www.wilsoncenter.org/publication/350-kosovo-precedent-secession-
self-determination-and-conflict-resolution). Accessed on January 2, 2014.
793  a.k.ə. Avakian, Shahen (2010), p. 25.
Ermənistan qondarma 
“Dağlıq Qarabağ 
Respublikası”nın Sovet 
qanunvericiliyi və mövcud 
beynəlxalq hüquq 
normalarına uyğun olaraq öz 
müstəqilliyini elan etməsini 
və mövcud beynəlxalq 
hüquq normalarının Dağlıq 
Qarabağa tam müstəqillik 
şəklində öz müqəddəratını 
təyinetmə imkanı 
verdiyini iddia edir.

 310
QARABAĞ 
   
99 SUALDA
dır ki, Dağlıq Qarabağ müstəqil bir dövlət olaraq Ermənistan da daxil ol-
maqla heç bir müstəqil dövlət tərəfindən de-yure tanınmasa da, bir dövlət 
kimi  de-fakto  mövcuddur.    Ermənistan  və  qondarma  “Dağlıq  Qarabağ 
Respublikası” öz mövqelərinə haqq qazandırmaq üçün Dağlıq Qarabağın 
heç vaxt müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmadığını 
iddia edirlər. Amma, bu bir faktdır ki, Müttəfiq Dövlətləri təmsil edən ge-
neral V.Tomson 1918-ci ildə Bakıya daxil olarkən Qarabağ və Zəngəzuru 
Azərbaycanın inzibati-idarəçilik strukturuna daxil olan ərazilər kimi ta-
nıyıb.
794
 Bundan başqa, 1919-cu ildə Qarabağın erməni Assambleyası da 
Azərbaycanın hakimiyyətini rəsmən tanımışdı.
795
 Ermənistanın digər bir 
arqumenti DQMV-nin erməni əhalisinin öz müstəqilliyini elan etməsinə 
imkan  verən  “Müttəfiq  respublikanın  SSRİ-dən  çıxması  ilə  əlaqədar 
məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanu-
nudur.
796
Lakin, Sovet Konstitusiyasının 78 maddəsində göstərilir ki, müttəfiq 
respublikaların  sərhədləri  yalnız  ittifaq  dövlətlərinin  qarşılıqlı  razılığı 
əsasında  SSRİ  hökumətinin  bunu  qəbul  etməsindən  sonra  dəyişdirilə 
bilər.
797
  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  və    ya  onun 
Azərbaycanın  tərkibindən  çıxmasına  dair  Azərbaycan  tərəfindən  hər 
hansı bir razılıq olmadığından erməni iddialarının heç bir hüquqi əsası 
yoxdur.  Mövcud  beynəlxalq  hüquq  normaları  da  erməni  əhalisinin 
Azərbaycandan ayrılaraq tam müstəqil olaraq öz müqəddəratını müəyyən 
etməsinə imkan vermir. Yuxarıda qeyd olunduğu kimi, müstəqillik hüqu-
qu müstəmləkə altında olan xalqlara öz müqəddəratını təyin etmək üçün 
verilib. Amma Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın müstəmləkə 
hakimiyyəti altında deyil, ittifaq dövləti daxilində muxtariyyət statusu ilə 
yaşadığı  faktdır.  Bundan  başqa,  təcrübədən  məlumdur  ki,  müstəqilliklə 
794  “Legal Aspects Of The Nagorny Karabakh Conflict”, Embassy of Azerbaijan Republic to Korea
(http://www.azembassy.co.kr/v1/legal-aspects-of-the-conflict/). Accessed on January 2, 2014.
795  Swietochowski, Tadeusz, Russia and Azerbaijan: A Borderland in Transition (Columbia University 
Press, 1995), pp. 75-76.
796  “Law on Procedures for Resolving Questions Related to the Secession of Union Republics from 
the USSR (3 April 1990)”, in Hurst Hannum ed., Basic Documents on Autonomy and Minority Rights 
(Martinus Nijhoff Press, 1993), pp. 753-760.
797 “Article 78”, Constitution of USSR, 1977.

 311
QARABAĞ 
   
99 SUALDA
öz  müqəddəratını  təyinetmə  hüququ  ayrı-seçkiliyə  məruz  qalmış  etnik 
qruplara  verilə  bilər.
798
  Ermənistan  tərəfin  DQMV-dəki  etnik  qrupları-
nın ayrı-seçkiliyə məruz qalmaları barədə iddialarına baxmayaraq, bunu 
təsdiq edən hər hansı real sübut yoxdur. Bundan əlavə, Azərbaycan insan 
hüquqları və azlıqların hüquqlarının qorunması üzrə beynəlxalq konven-
siyalara qoşulduğundan bu normaları 1995-ci ildə qəbul edilmiş Kons-
titusiyasına  daxil  edib.  Azərbaycan  Respublikasının  Konstitusiyası  öz 
vətəndaşlarının hüquq və bərabərliyini tanıyır və xüsusi olaraq bəyan edir 
ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, 
əqidəsindən,  siyasi  və  sosial  mənsubiyyətindən  asılı  olmayaraq  şəxsin 
hüquq  və  azadlıqlarını  məhdudlaşdırıla  bilməz.
799
  Digər  tərəfdən, 
Azərbaycan Dağlıq Qarabağ ermənilərinin bu prinsipin daxili ölçülərinə 
əsaslanaraq  öz  müqəddəratını  təyin  etmək  hüququnu  rədd  etməyərək 
bölgəyə praktikada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə 
hazır olduğunu elan edib.
800
Nəzərə almaq lazımdır ki,  beynəlxalq hüquqa əsasən, “öz müqəddəratını 
təyinetmə”  ayrılmaq hüququ demək deyil.  BMT Təhlükəsizlik Şurası da 
“öz  müqəddəratını  təyinetmə”  hüququnu  ayrılma  hüququ  olmadığını 
qəbul edir.
801
 Beynəlxalq hüquq dövlətlərin beynəlxalq birlik tərəfindən 
tanınan  ərazi  bütövlüyünü  müdafiə  etdiyindən  etnik  qrupun  öz 
müqəddəratını təyinetmə iddiaları dövlətlərin sərhədləri daxilində həyata 
keçirilməlidir.  Əslində,  Azərbaycan  beynəlxalq  ictimaiyyət  tərəfindən 
DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri 
daxilində tanınıb. Bundan başqa, Azərbaycan ərazilərinin işğalı ilə bağlı 
BMT  Təhlükəsizlik  Şurasının  qətnamələri  və  bir  sıra  digər  beynəlxalq 
sənədlər də bu ölkənin ərazi bütövlüyünü təsdiq edib. Buna görə də, Dağ-
lıq  Qarabağ  ermənilərinin  öz  müqəddəratını  təyinetmə  hüququ  yalnız 
Azərbaycanın sərhədləri çərçivəsində mümkündür.
798  a.k.ə. Borge, Christopher J..
799  “Article 24”, The Constitution of AzerbaijanRepublic.
800  Tchilingirian, Hratch, “Nagorno Karabakh: transition and the elite”, Central Asian Survey, 1999, Vol. 
18 (4), p. 448.
801  a.k.ə. Van Dyke, Vernon (1969), p. 236.

 312
QARABAĞ 
   
99 SUALDA
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin