Bİlal Dədəyev


Dağlıq Qarabağ münaqişəsinin həllində



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə28/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   25   26   27   28   29   30   31   32   33

85. Dağlıq Qarabağ münaqişəsinin həllində 
Azərbaycanın mövqeyi necədir?
Bir qayda olaraq, münaqişələrin həlli prosesində münaqişə tərəflərinin 
mövqeyi  onların  bu  münaqişədə  oynadığı  rola  görə  formalaşır.  Xüsusilə 
də ərazi münaqişələrində münaqişə tərəfləri təcavüzkar və təcavüz qurbanı 
və ya zərər çəkmiş tərəf olaraq iki hissəyə bölünməlidir.
730
 Dağlıq Qarabağ 
münaqişəsində, Azərbaycan Ermənistanın təcavüzü nəticəsində zərər çəkib, 
ərazisinin 20%-ni itirib; bir milyona qədər vətəndaşı məcburi köçkünə çev-
rilib; işğal olunmuş ərazilərin infrastrukturu dağılıb; iqtisadiyyata dəyən zi-
yan isə milyardlarla dollardır. Bu münaqişənin Azərbaycan tərəfindən rəsmi 
müəyyən  edilmiş  arqumentləridir  və  münaqişənin  həlli  prosesində  onun 
mövqeyi münaqişənin müharibə mərhələsinin nəticəsində meydana gələn 
reallığa əsaslanır.
Böyük  itkilərə  baxmayaraq,  məsələnin  həlli  prosesinin  ilkin 
mərhələsindən  Azərbaycan  münaqişənin  həllində  yalnız  sülhməramlı 
vasitələrdən  istifadə  etmək  niyyətini  nümayiş  etdirərək  son  iyirmi 
il  ərzində  Azərbaycan  ATƏT-in  Minsk  qrupu  tərəfindən  qəbul  edil-
miş  prinsiplərə  sadiq  qalıb.  Azərbaycan  münaqişənin  “əsas”  tərəfi  kimi 
ATƏT-in  Minsk  qrupu  tərəfindən  yaradılmış  sülh  formatına  qoşularaq 
münaqişənin həllində konstruktiv mövqe göstərib.
Azərbaycan  hökumətinin  rəsmi  strategiyası  bütün  işğal  olunmuş 
əraziləri azad etmək, məcburi köçkün düşmüş adamları öz torpaqlarına 
730  Dinstein, Yoram, War, Aggression and Self-Defence (Cambridge University Press, 2003), p. 106.

 294
QARABAĞ 
   
99 SUALDA
qaytarmaq və yalnız Dağlıq Qarabağ regio-
nunda deyil, eləcə də Cənubi Qafqazda da-
vamlı sülhü və sabitliyi bərqərar etməkdir.
731
 
Münaqişənin dövlətlərin ərazi bütövlüyünə 
hörmət prinsiplərinə əsaslanaraq həll olun-
masını tələb edən Azərbaycan işğal olunmuş 
Azərbaycan  rayonlarının  heç  birinin  güzəşt 
edilməyəcəyini dəfələrlə vurğulamışdır.
732
Azərbaycan  inanır  ki,  Dağlıq  Qaraba-
ğın  statusu  məsələnin  həll  prosesində  son 
mərhələdir və sülh şəraitində, vilayətin bütün əhalisinin birbaşa, tam və 
bərabər iştirakı ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyən 
edilməlidir.
733
Danışıqlar  prosesinə  görə,  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinin 
final mərhələsinə qədər, Dağlıq Qarabağın özünüidarə ilə bağlı statusu-
nun müzakirə prosesinə nail olmaq üçün bir sıra addımlar atılmalıdır. 
Bu baxımdan, rəsmi Bakı aşağıdakı addımları təklif edir: ilk növbədə, 
müəyyən  vaxt  çərçivəsində  Ermənistan  qoşunları  Azərbaycanın  işğal 
olunmuş ərazilərindən çıxarılmalıdır.
734
 İkincisi, regionda müharibəyə 
qədərki  demoqrafik  vəziyyəti  bərpa  etmək  üçün  qaçqın  və  məcburi 
köçkünlərin öz doğma torpaqlarına qaytarılması həyata keçirilməlidir. 
Üçüncüsü,  Dağlıq  Qarabağın  yekun  statusu  müəyyən  olunana  qədər 
Azərbaycan  hökuməti  ilə  erməni  icmasının  yerli  hakimiyyət  orqanla-
rı arasında qarşılıqlı əlaqə yaradılmalıdır. Dördüncüsü, icmaların dinc 
və  yanaşı  yaşaması  üçün  əlverişli  şərait  təmin  etmək  üçün  erməni  ic-
ması ilə Azərbaycanın yerli hakimiyyət orqanları arasında rabitə və iq-
tisadi  əlaqələr  bərpa  olunmalıdır.
735
  Beşincisi,  tərəflər  arasında  təhsil 
731  “Position of Azerbaijan towards the Conflict Settlement”, Embassy of Republic of Azerbaijan to 
Jordan; (http://www.azembassyjo.org/ConentPages/Contents.aspx?menuid=177&entryid=146). Accessed 
on December 30, 2013.
732  “Settlement of Karabakh conflict is most important issue for Azerbaijan-Aliyev”, NEWS.AZ, 21 
March 2011; (http://www.news.az/articles/politics/33268). Accessed on December 30, 2013.
733  a.k.ə. “Position of Azerbaijan towards the Confl ict Settlement”.
  a.k.ə. “Position of Azerbaijan towards the Conflict Settlement”.
734  a.k.ə. “Speech by Ilham Aliyev at the 65th session of the United Nations General Assembly”
.
735  “Official position of the Republic of Azerbaijan on conflict”, Garabagh.net; (http://garabagh.net/
content_178_en.html#sthash.U0lczP88.dpuf).Accessed on  30 December, 2013.
Münaqişənin dövlətlərin 
ərazi bütövlüyünə hörmət 
prinsiplərinə əsaslanaraq 
həll olunmasını tələb edən 
Azərbaycan işğal olunmuş 
Azərbaycan rayonlarının heç 
birinin güzəşt edilməyəcəyini 
dəfələrlə vurğulamışdır.

 295
QARABAĞ 
   
99 SUALDA
və  dözümlülük  proqramları  vasitəsilə  humanitar  əməkdaşlıq  həyata 
keçirilməlidir. Bu mərhələlər həyata keçirildikdən sonra Dağlıq Qara-
bağ vilayətinin hüquqi statusunun müəyyən edilməsi barədə danışıqla-
ra başlanmalıdır. Belə ki, Azərbaycanın münaqişəni diplomatik səylərlə 
həllinə yönəldilmiş rəsmi mövqeyi hələ ki, dəyişməz olaraq qalır, lakin 
artan hərbi büdcə, sürətlə silahlanma, milli müdafiə sənayesinin inkişa-
fı və yüksək vəzifəli şəxslərin intensiv şəkildə müharibə ilə bağlı ritorik 
çıxışları bu dövlətin hər hansı yolla olursa-olsun münaqişəni həll etmək 
niyyətinin ciddiliyini göstərir. 
86. Dağlıq Qarabağın Azərbaycan İcması nədir?
Bir təşkilat olaraq Dağlıq Qarabağın Azərbaycan İcması (DQAİ) rəsmi 
olaraq 1992-ci il martın 24-də keçirilmiş ATƏM Şurasının Helsinki Əlavə 
Görüşü  zamanı  qəbul  edilmiş  sənədin  9-cu  maddəsinə  uyğun  olaraq 
qəbul edilib. Sənədə əsasən, DQAİ Dağlıq Qarabağ erməniləri ilə yanaşı, 
münaqişənin “maraqlı” tərəflərindən biri kimi tanınıb.
736
 Beləliklə, 1992-ci 
ildən bəri İcma Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ATƏT 
tərəfindən təşkil edilən bir neçə görüşdə iştirak edərək danışıqlar prosesində 
Azərbaycan  Respublikası  ilə  birlikdə  Dağlıq  Qarabağın  azərbaycanlı 
icmasının  maraqlarını  təmsil  edib.  Köçkün  düşmüş  Şuşa  rayonu  icra 
hakimiyyətinin başçısı, DQAİ lideri statusunu özündə saxlayır.
737
 2006-cı 
ildə  İcma  Azərbaycan  Respublikası  Ədliyyə  Nazirliyi  tərəfindən  ictimai 
birlik kimi qeydiyyata alınmış və “Dağlıq Qarabağın Azərbaycanlı İcması 
İctimai Birliyi” kimi tanınmağa başlamışdır. Cəmiyyətin 2009-cu ildə keçi-
rilmiş I Qurultayı tərəfindən qərara alındığı kimi ictimai birliyin tərkibində 
yenidən təşkilatlanma nəticəsində təşkilatın adı Azərbaycan Respublikası-
nın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına dəyişdirilmişdir. 
İctimai  birlik  könüllülərin  üzvlüyünə  əsaslanan  qeyri-kommersiya 
təşkilatıdır. 65 min üzvü olan icma keçmiş DQMV-nin Azərbaycan icma-
736  “Article 9”, Helsinki Additional Meeting of the CSCE Council, 24 March 1992; (http://www.osce.
org/mc/29121). Accessed on December 30, 2013.
737  Huesynbala, A., “Leadership of Nagorno-Karabakh’s Azerbaijani community meets with OSCE chairman”, 
Trend, 2 July 2009, (http://en.trend.az/news/karabakh/1497604.html). Accessed on December 30, 2013.

 296
QARABAĞ 
   
99 SUALDA
sını deyil, eləcə də Azərbaycanın işğal olun-
muş ərazilərindən bütün məcburi köçkünləri 
təmsil  edir.  Onun  fəaliyyəti  ölkənin  bütün 
ərazisini əhatə edir. Birliyin təşkilati və inziba-
ti strukturunun əsas orqanları İcmanın qurul-
tayı, İcra (İnzibati) Şurası və Əlaqələndirmə 
Şurasıdır.
738
  İcmanın  əsas  məqsədləri  aşağı-
dakılardır: Azərbaycanın ərazi bütövlüyünün 
bərpasına  yardım;  məcburi  köçkünlərin  öz 
torpaqlarına  qayıtması;  və  mədəni  irsin  və 
məcburi köçkünlərin hüquqlarının müdafiəsi. Bundan əlavə, Birliyin digər 
vəzifələrindən biri müxtəlif tədbirlər, görüşlər və Birlik üzvlərinin fəallığını 
artırmaq  məqsədilə  Dağlıq  Qarabağ  məsələləri  ilə  bağlı  bir  sıra  digər 
tədbirlər təşkil etməkdir.
739
DQAİ-nin  öz  fəaliyyətini  gücləndirdiyi  bir  zamanda  münaqişənin 
həllində  tutduğu  mövqeyinə  görə  Azərbaycan  hökuməti  danışıqlar 
prosesində icmanın iştirakını lazım bilmir. Azərbaycan belə hesab edir ki, 
Azərbaycan və erməni icmaları danışıqların bu mərhələsində məsələnin həlli 
prosesinə cəlb olunsalar mövcud format pozulacaq. Lakin, Azərbaycan sülh 
yaratma  prosesinin  sonrakı  mərhələlərində,  xüsusilə  də  “Əsas  prinsiplər” 
üzrə razılıq əldə olunduqdan sonra Dağlıq Qarabağın hər iki icmasının işti-
rakının mümkünlüyünü də istisna etmir.
740
87. Azərbaycanın təklif etdiyi Dağlıq Qarabağın yüksək 
muxtariyyət statusu nəyi nəzərdə tutur?
Dağlıq Qarabağın gələcək statusu münaqişə tərəfləri arasında danışıq-
lar prosesinin ən vacib məsələlərindən biri olmuşdur. Ermənistan və qon-
738  “Article 6”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh 
region of Azerbaijan Republic.
739  “Article 2”, The Charter of Public Union of Azerbaijani Community of the Nagorno-Karabakh 
region of Azerbaijan Republic.
740  a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
İcmanın əsas məqsədləri 
aşağıdakılardır: Azərbaycanın 
ərazi bütövlüyünün 
bərpasına yardım; məcburi 
köçkünlərin öz torpaqlarına 
qayıtması; və mədəni irsin 
və məcburi köçkünlərin 
hüquqlarının müdafiəsi.

 297
QARABAĞ 
   
99 SUALDA
darma  “Dağlıq  Qarabağ  Respublika”ı  tam 
müstəqillik
741
 tələb etdiyi halda, Azərbaycan 
tərəfi mübahisənin ölkənin ərazi sərhədləri 
daxilində  həll  olunmasında  israrlıdır.
742
 
Bundan  əlavə,  Ermənistan  Dağlıq  Qa-
rabağın  müstəqilliyi  iddiasından  imtina 
etdiyi  təqdirdə  Azərbaycan  Dağlıq  Qara-
bağ  ermənilərinə  təcrübədə  mövcud  olan 
yüksək  muxtariyyət  statusu  verməyə  hazır 
olduğunu bəyan edib.
743
 Lakin, Azərbaycan 
rəsmiləri ən yüksək muxtariyyət statusuna aydınlıq gətirməyiblər.
Azərbaycan  Respublikasının  Konstitusiyası  Dağlıq  Qarabağa  gü-
man  edilən  muxtariyyət  verilməsi  üçün  başlıca  hüquqi  əsas  olmalıdır. 
Həqiqətən, Azərbaycan Respublikasının Konstitusiyası etnik, dini və si-
yasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına bərabər im-
kanlar verir.
744
 Bundan başqa, Konstitusiya dini azadlığa və azlıqların öz 
dilindən istifadə etməsini təmin edir. Həqiqətən, Azərbaycan Konstitusi-
yası etnik azlıqların hüquqlarının qorunması üçün qanunvericilik bazası-
nın mövcudluğunu sübut edir.
Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verilməsinin mümkün 
versiyası barədə düşünmək üçün xüsusi muxtariyyət statusunun mövcud 
olduğu və bu təcrübələrin digər məsələlər üçün presedent kimi istifadə 
edilə biləcəyi halları təhlil etmək vacibdir. 
Yüksək  muxtariyyət  statusu  haqqında  ümumi  beynəlxalq  qaydalar 
mövcud  olmasa  da,  təcrübədə  elə  müxtəlif  hallar  var  ki,  bunlar  yüksək 
muxtariyyət  statusuna  malik  qurumlar  kimi  müəyyən  edilməlidirlər. 
Məsələn, Tatarıstan, Başqırdıstan, Cənubi Tirol (Avstriyada), Honkong və 
741  “Position of Armenia on Nagorno-Karabakh conflict”, Ministry of Foreign Affairs of the republic of 
Armenia; (http://www.mfa.am/en/artsakh/#a5). Accessed on December 31, 2013.
742  “Settlement of Karabakh conflict is most important issue for Azerbaijan-Aliyev”, NEWS.AZ, 21 
March 2011; (http://www.news.az/articles/politics/33268). Accessed on December 30, 2013.
743  “Head of State Committee: After solving Nagorno-Karabakh conflict Armenians can become 
Azerbaijani equal citizens”, Trend, (http://en.trend.az/news/karabakh/2186913.html). Accessed on 
December 31, 2013.
744  “Article 24”, The Constitution of Azerbaijan Republic.
Ermənistan Dağlıq 
Qarabağın müstəqilliyi 
iddiasından imtina etdiyi 
təqdirdə Azərbaycan Dağlıq 
Qarabağ ermənilərinə 
təcrübədə mövcud olan 
yüksək muxtariyyət statusu 
verməyə hazır olduğunu 
bəyan edib.

 298
QARABAĞ 
   
99 SUALDA
s. Lakin əslində, bu hallar da bir-birindən fərqlidirlər; Buna baxmayaraq, 
onları təhlil edərək Dağlıq Qarabağ münaqişəsi kimi digər məsələlər üçün 
presedent  hesab  edilə  biləcək  yüksək  muxtariyyət  statusunun  ümumi 
cəhətlərini  ümumiləşdirmək  mümkündür.  Əslində,  muxtariyyət  statusu 
əksər hallarda beynəlxalq müqavilələr və onların metropoliyalarının Kons-
titusiyası ilə təmin olunur; muxtariyyət ərazisində ikili dövlət dili fəaliyyət 
göstərir; qanunvericilik, icra və məhkəmə məsələlərində mərkəzdən daha 
az asılılıq var; muxtariyyətlərin öz dövlət rəmzləri var; təhsil sistemində 
etnik  dil  üstünlük  təşkil  edir;  maliyyə  azadlığı  mərkəzi  hökumətin  xü-
susi  razılığı  olmadan  büdcəni  xərcləmək  imkanı  verir;  bu  qurumların 
bəzisinin  öz  polis  sistemi  var;  və  beynəlxalq  idman  turnirlərində  onlar 
mərkəzi hökumətdən artıq öz muxtariyyətlərini təmsil etmək hüquqları 
var. Aydındır ki, bütün bu güzəştlər yüksək statuslu muxtariyyətlər üçün 
ümumi xarakter daşımır. Çünki, onların öz xüsusiyyətləri, məsələn, tari-
xi hadisələr, etnikliyin saxlanılması, coğrafi cəhətdən yerləşməsi və s. var 
ki, bu da qurumun xüsusi status qazanmasına təsir göstərir. Buna görə də, 
Dağlıq Qarabağ üçün bu modellərin birini seçmək çətindir. Bu səbəbdən 
qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyası Dağ-
lıq Qarabağın gələcək statusu üçün başlıca hüquqi əsasdır. Dağlıq Qara-
bağın statusu ya beynəlxalq müqavilələr ya da Azərbaycan Respublikası 
Konstitusiyası ilə təmin edilə bilər. Mərkəzi hökumətlə muxtariyyət ara-
sında münasibətlər müəyyənləşdirilən zaman Dağlıq Qarabağ ilə daha ox-
şar müxtəlif halların mövcud qaydalarından istifadə etmək mümkündür.
88. Münaqişənin həllində Ermənistanın 
mövqeyi necədir?
Ermənistan  həmişə  Dağlıq  Qarabağ  münaqişəsində  özünün  iştira-
kını  Dağlıq  Qarabağ  ermənilərinin  hüquqlarının  qorunması  və  onların 
təhlükəsizliyinin  təmin  edilməsilə  bağlı  olduğunu  sübut  etməyə  çalışır. 
Lakin  münaqişənin  lap  erkən  mərhələlərindən  Ermənistan  müharibə 
vəziyyətinin  daha  da  inkişafında  mühüm  rol  oynamış  və  Ermənistanın 

 299
QARABAĞ 
   
99 SUALDA
bütün  Azərbaycanlı  əhalisini  zorla  yurd-
yuvalarını  tərk  etməyə  məcbur  etmişdir. 
Eyni zamanda, bu ölkənin Ali Soveti də Dağ-
lıq  Qarabağın  Ermənistanla  birləşməsinə 
dair  qətnamə  qəbul  etmişdir.
745
  Müharibə 
başladıqdan  sonra  Ermənistan  münaqişə 
ərazilərinə  hərbi  hücuma  keçərək  Rusiya-
nın dəstəyi ilə təkcə Dağlıq Qarabağı deyil, 
həm də Azərbaycanın yeddi qonşu rayonu-
nu  da  işğal  etdi.  Hal-hazırda,  Ermənistan 
münaqişənin  əsas  tərəflərindən  biri  kimi 
tanınır və sülh danışıqlarında Dağlıq Qara-
bağın erməni icmasını təmsil edir.
746
Münaqişənin həlli ilə bağlı Ermənistanın 
hazırkı  rəsmi  mövqeyi  aşağıdakılara 
əsaslanır: münaqişənin həlli Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını 
təyinetmə hüquqları əsasında olmalıdır; Ermənistanın yurisdiksiyası al-
tında olub Dağlıq Qarabağı birləşdirən birbaşa ərazi; və Dağlıq Qarabağın 
təhlükəsizliyi beynəlxalq zəmanət əsasında olmalıdır.
747
Bu  baxımdan,  Ermənistan  Dağlıq  Qarabağın  heç  vaxt  müstəqil 
Azərbaycanın bir hissəsi kimi tanınmadığını və Azərbaycanın Dağlıq Qa-
rabağ regionunda suverenlik haqqını tələb etmək üçün heç bir hüquqi, 
siyasi və mənəvi əsasının olmadığını iddia edir. O, beynəlxalq hüququn 
əsas prinsiplərinin və keçmiş Sovet qanunvericiliyinin də Dağlıq Qarabağ 
əhalisinin tam müstəqillik şəklində öz müqəddəratını təyinetməsi üçün 
zəmin olduğuna inanır.
748
 Buna görə də, Ermənistan regionunun hüquqi 
statusunun əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ vilayətində 
keçiriləcək referendum yolu ilə müəyyən olunmasında təkid edir.
749
 
745  a.k.ə. Fraser, Niall M., et al. (1990), p. 659.
746  a.k.ə. Baguirov, Adil. (2008), p. 10.
747  a.k.ə. “Position of Armenia on Nagorno-Karabakh conflict”.
748  a.k.ə. Avakian, Shahen (2010), p. 25. 
749  “Displacement and Status in the Nagorno Karabakh Conflict”, Chatham House: Russia and Eurasia 
Meeting Summary, 21 November 2012; (http://www.chathamhouse.org/events/view/187101). Accessed 
on December 31, 2013.
Münaqişənin həlli ilə bağlı 
Ermənistanın hazırkı rəsmi 
mövqeyi aşağıdakılara 
əsaslanır: münaqişənin həlli 
Dağlıq Qarabağ əhalisinin 
öz müqəddəratını təyinetmə 
hüquqları əsasında olmalıdır; 
Ermənistanın yurisdiksiyası 
altında olub Dağlıq Qarabağı 
birləşdirən birbaşa ərazi
və Dağlıq Qarabağın 
təhlükəsizliyi beynəlxalq 
zəmanət əsasında olmalıdır.

 300
QARABAĞ 
   
99 SUALDA
Bundan əlavə, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək məqsədi 
ilə Ermənistan öz yurisdiksiyası altında olan Dağlıq Qarabağla Ermənistan 
arasında  əlaqə  yaradacaq  ərazi  –  birbaşa  dəhliz  tələb  edir.  Bu  mənada, 
Dağlıq Qarabağ ərazisindən xaricdə yerləşən Azərbaycanın işğal olunmuş 
iki rayonu Laçın və Kəlbəcər mümkün olan dəhliz hesab edilir.
750
 Bundan 
başqa, Ermənistan onu Dağlıq Qarabağ ilə birləşdirən yeganə yol oldu-
ğundan Laçın dəhlizi barədə iddialarından heç vaxt imtina etməyəcəyində 
israrlıdır  və  1994-cü  ildən  başlayaraq  regionda  öz  mövcudluğunu 
gücləndirmək üçün maliyyə yardımı söz verməklə Ermənistandan və dün-
yanın digər yerlərindən erməni ailələri bura köçürülərək Laçın rayonunu 
məskunlaşdırmağa başlamışdır.
751
Ermənistan  rəsmən  bunun  münaqişənin  sülh  yolu  ilə  həll  edilməsi 
xeyrinə olduğunu elan etməsinə baxmayaraq, ölkə hələ də büdcənin artırıl-
ması və yeni silahlar alınması ilə hərbi arsenalının genişləndirilməsi hesa-
bına hərbi potensialını gücləndirməkdə davam edir. Müharibənin birinci 
mərhələsinin nəticələrinin eyforiyası altında olan Ermənistan Qarabağda 
yeni müharibə başlanacağı halda ölkənin özünü Azərbaycanın istənilən 
hücumlarından müdafiə etmək üçün kifayət qədər hazır olduğuna inanır. 
Ermənistanda kilsə ilə ordu əhali arasında ən etibarlı təşkilatlardır və bu 
ordunun regionda ən güclü ordu olduğuna bir inam var.
752
 Bu səbəbdən 
də,  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  Ermənistanın  mövqeyi  bu 
ölkənin qondarma (saxta) qələbəsi ilə sona çatmış müharibənin birinci 
mərhələsinin reallığı ilə formalaşır. 
89. Ermənistan nə üçün Qondarma 
“Dağlıq Qarabağ Respublikasını” tanımır?
Dağlıq  Qarabağın  Ermənistana  birləşmək  tələbinin  nəticəsi  olaraq 
Ermənistan  Ali  Soveti  qonşu  İttifaq  dövlətinin,  Azərbaycanın  muxtar 
750  Poghosyan, Tevan, The Armenian ENP and Conflict Resolution in Nagorno Karabagh (Crisis 
Management Initiative, 2009), p. 15.
751  “Petition for Lachin (lifeline corridor between Karabakh and Armenia)”, Coalition in Support of 
Kashatagh; (http://www.azad-hye.net/news/viewnews.asp?newsId=660sdk79). Accessed on December 
31, 2013.
752  a.k.ə. Poghosyan, Tevan (2009), p. 13.

 301
QARABAĞ 
   
99 SUALDA
vilayətiylə birləşməsini təsdiq edən qətnamə 
qəbul etdi.
753
 Münaqişənin güclənməsindən 
sonra  Ermənistan  ilə  birləşmə  barədə  çı-
xışlar  dayandırıldı  və  1992-ci  ildə  qon-
darma  “Dağlıq  Qarabağ  Respublikası”  öz 
müstəqilliyini  elan  etdi.
754
  Lakin  bu  indiyə 
kimi Ermənistan da daxil olmaqla hər hansı 
bir suveren ölkə tərəfindən tanınmayıb.
Əslində,  Ermənistan  qondarma  “Dağ-
lıq  Qarabağ  Respublikası”nı 
de  jure  tanı-
mır, lakin bu tanınmamış respublika ilə de 
-fakto  əlaqələr  yüksək  səviyyədə  davam 
edir.  Qondarma  “Dağlıq  Qarabağ  Respublikası”nın  ilk  nümayəndəliyi 
İrəvanda  açılıb  və  Ermənistanın  da  Xankəndidə  nümayəndəliyi  var.
755
 
Tərəflər  arasında  əməkdaşlığın  müxtəlif  sahələrini  əhatə  edən  100-dən 
çox  saziş  imzalanıb.
756
  Ermənistan  heç  bir  beynəlxalq  qanunvericiliyə 
əsaslanmadan
757
vətəndaşlarını Qarabağa hərbi xidmətə göndərir və qon-
darma  respublikanın  dövlət  büdcəsi  əsasən  qohum  dövlət  tərəfindən 
təmin edilir. 
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Ermənistan tərəfindən 
tanınması erməni cəmiyyətində geniş müzakirə olunan məsələdir. Həmişə 
məclis  üzvlərinin  səs  çoxluğu  ilə  rədd  edilməsinə  baxmayaraq  qondar-
ma  dövlətin  tanınması  məsələsi  vaxtaşırı  bu  dövlətin  Parlamentinin 
gündəliyində olub.
758
 Bundan başqa, ölkənin prezidenti Serj Sarkisyan da 
753  a.k.ə. Fraser, Niall M., et al. (1990), p. 659.
754  “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”, The Office 
of the Nagorno Karabakh Republic in the USA, 2 September 1991; (http://www.nkrusa.org/nk_conflict/
declaration_independence.shtml). Accessed on December 31, 2013.
755  “Permanent Representation”, Ministry of Foreign Affairs of “NKR”; (http://www.nkr.am/en/
permanent-representations/104/). Accessed on December 31, 2013.
756  “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage”, 12 November 2013; (http://www.
panorama.am/en/politics/2013/11/12/shavarsh-qocharyan/). Accessed on December 31, 2013.
757  Najafov, Farhad R., “Examining Armenian-Azerbaijani Territorial Relations and Self-
Determination”,  International Policy Digest, November 2013; (http://www.internationalpolicydigest.
org/2013/11/11/examining-armenian-azerbaijani-territorial-relations-self-determination/). Accessed on 
January 1, 2014.
758  “Armenian MP calls on parliament to recognize Nagorno-Karabakh”, tert.am, 22 October 2013; 
(http://www.tert.am/en/news/2013/10/22/zaruhi5/). Accessed on January 1, 2014.
Qondarma respublikanın 
müstəqilliyini tanıyan ilk 
suveren dövlət olmaq 
Ermənistanın maraqları 
çərçivəsində deyil. Lakin, bu 
da istisna deyil ki, qondarma 
respublıkanın müstəqilliyi 
başqa bir ölkə tərəfindən 
tanınandan sonra Ermənistan 
öz qərarını yubatmayacaq.

 302
QARABAĞ 
   
99 SUALDA
Azərbaycanla danışıqların davam etdiyi halda onların qondarma “Dağlıq  
Qarabağ  Respublikası”nın  müstəqilliyini  tanımayacağını  bildirmişdi.
759
 
Ermənistanın qondarma respublikanın müstəqilliyini de-yure tanımama-
sının digər səbəbləri ola bilər.
İlk  növbədə,  Ermənistan  özünü  qonşu  dövlətdən  ərazisi  tələb  edən 
bir  tərəf  kimi  deyil,  qohum  etnik  qrupun  hüquqlarının  qorunmasında 
maraqlı  olan  bir  dövlət  hesab  edir.  Bu  halda,  qondarma  “Dağlıq  Qara-
bağ  Respublikası”nın  müstəqilliyinin  Ermənistan  tərəfindən  tanınması 
münaqişədə onun roluna etiraz olunacaq və ölkə beynəlxalq ictimaiyyət 
tərəfindən təzyiqlə üzləşə  bilər.  Buna görə də, qondarma respublikanın 
müstəqilliyini tanıyan ilk suveren dövlət olmaq Ermənistanın maraqları 
çərçivəsində deyil. Lakin, bu da istisna deyil ki, qondarma respublıkanın 
müstəqilliyi  başqa  bir  ölkə  tərəfindən  tanınandan  sonra  Ermənistan  öz 
qərarını yubatmayacaq.
İkincisi,  Ermənistan  rəsmiləri  qondarma  respublikanın  tanınma-
sı  ilə  Azərbaycanın  ATƏT-in  Minsk  qrupunun  vasitəçi  rolundan  imti-
na edəcəyini və hətta danışıqları dayandıracağını
760
 və bunun sülh üçün 
təhlükənin artmasına səbəb olacağına inanır. Həmçinin qondarma “Dağ-
lıq Qarabağ Respublikası”nın tanınması Azərbaycanı daha da radikallaş-
dıracaq ki, sonda o təkcə qondarma respublikaya qarşı yox, eyni zamanda 
Ermənistana da qarşı müharibəyə başlayacaq .
761
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin