Bİlal Dədəyev


Ermənistan-Azərbaycan Dağlıq Qarabağ



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə30/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   25   26   27   28   29   30   31   32   33

93. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsində Rusiyanın mövqeyi necədir?
ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə müqayisədə rəsmi 
Moskva  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə  daha 
əvvəl cəlb olunub. Sovet dövründə, xüsusilə 1990-1991-ci illərdə, İtti-
faqın  status-kvo  məsələləri  ilə  bağlı  respublika  rəsmilərinin  mövqeyi 
mərkəzin  mövqeyi  ilə  üst-üstə  düşdüyündən  Moskva  Azərbaycanın 
mövqeyini nisbətən dəstəkləyirdi.
802
 Sonralar, Sovet İttifaqı dağıldıqdan 
sonra  Rusiya  münaqişə  tərəfləri  arasında  tarazlığı  saxlamağa  çalışırdı. 
Lakin  Rusiyanın  müharibə  zamanı  Ermənistanı  birbaşa  dəstəkləməsi, 
hətta  qoşunlarının  Azərbaycan  torpaqlarının  işğalında  iştirakı  barədə 
faktlar var idi. Əslində, Rusiya Azərbaycanın ərazi bütövlüyünü rəsmən 
tanıyıb  və  münaqişənin  sülh  yolu  ilə  həll  olunmasını  fəal  dəstəkləyir 
və  tərəflər  arasında  birtərəfli  və  çoxtərəfli  formada  vasitəçilik  etməklə 
prosesə kömək edib. 
Sovet  İttifaqı  dağıldıqdan  sonra  atəşkəsə  nail  olmaq,  qaçqınların 
öz  evlərinə  qaytarılması,  yerli  seçkilərin  keçirilməsi  və  konstitusion 
idarəetmənin  yaradılması  kimi  məsələləri  həll  etmək  üçün  Rusiya  Qa-
zaxıstanla  birlikdə  tərəflər  arasında  danışıqların  başlamasına  təşəbbüs 
göstərsədə,
803
 müharibə artıq kəskin şəkil aldığından, danışıqlarda tərəflər 
faydalı sövdələşmə üçün üstün mövqe əldə etməyə çalışdığından Rusiya 
və Qazaxıstanın birgə səyləri nəticə vermədi. 
1992-ci ildə İran və Qazaxıstanın uğursuz vasitəçilik cəhdindən sonra 
ATƏM-in (ATƏT) Minsk qrupu münaqişənin əsas vasitəçisi oldu. Bu qru-
pun üzvü olmasına baxmayaraq, Rusiya münaqişənin həlli üçün birtərəfli 
vasitəçilik  cəhdlərini  davam  etdirirdi.  Faktiki,  1994-cü  ildə  Rusiyanın 
göstərdiyi səylər nəticəsində münaqişə tərəfləri arasında zorakılığa son qo-
yan atəşkəs sazişi imzalandı. 1994-cü ildə ATƏT-in Budapeşt görüşündə, 
Minsk qrupu çərçivəsində danışıqlar aparmaq üçün həmsədrlik formatı 
irəli sürüldü və Rusiya həmsədrlərdən biri təyin olundu. Xüsusilə, Fran-
802  a.k.ə. Cornell, Svante E (1999), p. 53.
803  a.k.ə. Başer, Bahar (2008), p. 90.

 313
QARABAĞ 
   
99 SUALDA
sa  və  ABŞ  qrupun  digər  həmsədrləri  təyin 
olunduqdan  sonra  Rusiyanın  məsələnin 
həlli prosesindəki səyləri çoxtərəfli formata 
əsaslanan vasitəçilik üsulu olaraq formalaş-
dı.  Rusiya  bu  format  çərçivəsində  Minsk 
qrupunun həmsədrindən biri kimi müxtəlif 
həll  planları  hazırlasa  da  münaqişənin 
həllinə  təsir  edə  biləcək  konkret  nəticəsi 
olmadı.  2008-ci  il  Rusiya-Gürcüstan 
müharibəsindən  sonra  Rusiya  Cənubi 
Qafqaz  münaqişələrinin  həll  edilməsində 
xoşməramlı  olduğunu  göstərmək  üçün 
Azərbaycan və Ermənistan prezidentlərinin 
görüşünü təşkil etdi. Görüşün nəticəsi ola-
raq  Moskva  bəyannaməsi  qəbul  edildi. 
Bəyannamədə beynəlxalq hüquq prinsipləri 
çərçivəsində münaqişənin həlli iki ölkə ara-
sında  əməkdaşlığın  inkişafına  təsir  edəcəyi 
vurğulanırdı.
804
Moskva  bəyannaməsi  imzalandıqdan  sonra,  danışıqların 
davam  etdirilməsi  və  bu  prosesin  gedişində  hər  hansı  bir  irəliləyiş  əldə 
olunması üçün 2011-ci ildə Rusiyanın vasitəçiliyi ilə prezidentlərin Kazan 
görüşü təşkil olundu. Təəssüf ki, bu son cəhd də uğursuzluqla nəticələndi. 
Faktiki olaraq, belə bir fikir mövcuddur ki, Rusiya özünün geostrateji ma-
raqlarını həyata keçirmək üçün danışıqlar prosesinə mənfi təsir göstərir.
805
Cənubi Qafqaz iki əsrdən artıqdır ki, ənənəvi olaraq bu ölkənin təsir 
dairəsi altındadır və onun cənub sərhədlərində bufer zonası rolunu oy-
nadığından Rusiya bu regionu üzərində nəzarəti hətta Sovet İttifaqı da-
ğıldıqdan sonra belə itirmək niyyətində deyil.
806
 Buna görə də, güman 
804  Pashayeva, Gulshan, “The Nagorno Karabakh Conflict In The Aftermath Of The Russia-Georgia 
War, Turkish Policy Quarterly, Vol. 8, No. 4, pp. 62-63.
805  Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil, “Beş günlük müharibənin Cənubi Qafqaz  dövlətlərinə 
təsiri”, Journal of Qafqaz University, No. 29, 2010, s. 47. 
806  Dekanozishvili, Mariam, “The EU in the South Caucasus: By What means, to What Ends?” Georgian 
Foundation for Strategic and International Studies, Occasion Paper #2, January 2004, p. 7. 
Rusiya məsələnin həlli 
prosesinə daha səmərəli 
kömək etməyə qadirdir 
və onun iştirakı olmadan 
uzunmüddətli sülhə 
nail olmaq çox çətindir. 
Azərbaycanın ərazi 
bütövlüyünü rəsmi 
olaraq tanıyan Rusiya 
münaqişə tərəfləri arasında 
tarazlaşdırılmış siyasət aparır. 
Lakin, Ermənistan ilə hərbi 
əməkdaşlığı da əhatə edən 
strateji tərəfdaşlıq səviyyəsində 
əlaqələrinə dair faktlar 
münaqişədə onun qərəzsiz 
mövqeyini şübhə altına alır.

 314
QARABAĞ 
   
99 SUALDA
edilir ki, regionda münaqişələrin həll olunması Rusiyanın maraqlarına 
təhlükə yaradır. 2008-ci ildə, Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə 
birbaşa müdaxilə etməsi bu fikrin doğru olduğunu sübut etdi.
807
 Əslində, 
BMT-nin  Effektli  Vasitəçilik  üçün  Təlimatına  əsasən,  münaqişələrin 
həllində öz maraqları olan dövlətlərə vasitəçilik prosesinə birbaşa cəlb 
olunmağa icazə verilə bilməz. Çünki vasitəçilik prosesinə cəlb olunmuş 
maraqlı  dövlətlər  danışıqların  gedişində  müxtəlif  spekulasiyalar  edə 
bilərlər ki, bu da sonda prosesi çıxılmaz vəziyyətə gətirib çıxara bilər. 
Bundan başqa, vasitəçilər bərabər, qərəzsiz və münaqişə tərəflərinə qar-
şı ədalətli olmalı və onların arasında tarazlığı saxlamalıdırlar.
808
 Əslində, 
Rusiya və Ermənistan arasında əlaqələr bütün sahələrdə, o cümlədən, 
hərbi sahədə ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsinə imkan 
verən  strateji  tərəfdaşlıq  səviyyəsindədir.  Bundan  əlavə,  Ermənistan 
Rusiyanın rəhbərliyi ilə yaradılmış və “kollektiv müdafiə” prinsiplərinə 
əsaslanan  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatının  üzvüdür. 
Aydındır  ki,  Rusiya  məsələnin  həlli  prosesinə  daha  səmərəli  kömək 
etməyə qadirdir və onun iştirakı olmadan uzunmüddətli sülhə nail ol-
maq çox çətindir. Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan 
Rusiya  münaqişə  tərəfləri  arasında  tarazlaşdırılmış  siyasət  aparır.  La-
kin, Ermənistan ilə hərbi əməkdaşlığı da əhatə edən strateji tərəfdaşlıq 
səviyyəsində əlaqələrinə dair faktlar münaqişədə onun qərəzsiz mövqe-
yini şübhə altına alır.
94. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsinə ABŞ-ın mövqeyi necədir?
Münaqişənin erkən mərhələlərində Konqresdə güclü erməni lobbi-
sinin təsiri ilə ABŞ ermənipərəst siyasət yeridirdi.
809
 ABŞ Ermənistanın 
807  a.k.ə. Mahmudlu, Ceyhun, və Əhmədov, Aqil (2010), s. 49. 
808  “UN Guidance for Effective Mediation”, United Nations Department of Political Affairs, September 
2012, p. 10. 
809  King, David, & Pomper, Miles, “The U.S. Congress and the Contingent Influence of Diaspora 
Lobbies: Lessons from U.S. Policy Toward Armenia and Azerbaijan”, Journal of Armenian Studies, Vol. 
VIII, No. 1, Summer 2004, pp. 8-10.

 315
QARABAĞ 
   
99 SUALDA
müstəqilliyini  Azərbaycandan  əvvəl  tanımışdı  və  Ermənistan  ABŞ 
səfirliyinin  açıldığı  ilk  beş  keçmiş  sovet  respublikalarından  biri  idi.
810
 
1992-ci  ilin  oktyabrda  erməni  lobbisinin  səyləri  ilə  ABŞ  Konqre-
si  Azərbaycan  Ermənistan  və  Dağlıq  Qarabağa  qarşı  “təcavüzkar 
siyasət”ini  dəyişməyincə  və  mühasirəni  aradan  qaldırmayanadək    ona 
birbaşa  hökumət  dəstəyini  məhdudlaşdıran  Azadlığa  Dəstək  Aktı-
na  907-ci  düzəlişi  qəbul  etdi.
811
  Bu  düzəlişin  nəticəsində  Azərbaycan 
uzun  müddət  ABŞ-ın  hökumət  yardımından  məhrum  qalan  yeganə 
post sovet dövləti, Ermənistan isə adambaşına ən yüksək yardım alan 
dövlət  oldu.
812
  Hələ  Sovet  dövründə  Ermənistan  1988-ci  il  dekabr 
zəlzələsindən sonra Konqresdəki erməni lobbisinin təzyiqi ilə ABŞ-dan 
dövlət yardımı alan yeganə sovet respublikası idi.
813
 Azərbaycana yardı-
mı məhdudlaşdıran bu düzəliş Konqresin gündəliyindən yalnız 11 sent-
yabrda terrora qarşı qlobal səfərbərlik çağırışından sonra çıxarıldı və bu 
prezident tərəfindən təsdiq edildi.
814
 O vaxtadək ABŞ-ın Azərbaycana 
yardım yalnız əsasən qaçqın və məcburi köçkünlərə ünvanlanmış huma-
nitar yardımla məhdudlaşırdı.
815
ABŞ  Dağlıq  Qarabağ  münaqişəsinə  dair  iki  zidd  siyasət  yürüdür.
816
 
Konqresin  və  Dövlət  Departamentinin  yürütdüyü  siyasət.  Konqreslə 
müqayisədə Dövlət Departamenti münaqişə tərəfləri arasında bitərəfliyi 
gözləməyə  və  münaqişənin  həllinə  kömək  etməyə  üstünlük  verir.
817
 
Əslində,  münaqişənin  ATƏT-in  gündəliyinə  çıxarılmasında  Dövlət  De-
partamenti  mühüm  rol  oynamışdı  və  danışıqların  formatı  Dövlət  kati-
bi  Beykerin  təklif  etdiyi  prinsiplər  əsasında  formalaşdırılmışdı.
818
  La-
810  “U.S. Relations with Armenia”, Department of State, Bureau Of European And Eurasian Affairs, 12 February 
2013; (http://www.state.gov/r/pa/ei/bgn/5275.htm). Accessed on January 2, 2014.
811  a.k.ə. King, David, & Pomper, Miles (2004), p. 10.
812  Cornell, Svante E., “Turkey and the Conflict in Nagorno Karabakh: A Delicate Balance” Middle 
Eastern Studies, Vol. 34, No. 1, January 1998, p. 58.
813  a.k.ə. Brill Olcott, Martha (2002), p. 65. 
814  Kotanjian, Hayk, “Armenian Security and U.S. Foreign Policy in the South Caucasus”, The 
Quarterly Journal, Vol. 3, No. 2, June 2004, p. 16.
815  Nichol, Jim, “Azerbaijan: Recent Developments and U.S. Interests”, Congressional Research 
Service, 22 February 2013, p. 28.
816  a.k.ə. Cornell,Svante E. (1998), p. 57.
817  a.k.ə. Brill Olcott, Martha (2002), p. 63.
818  a.k.ə. Baguirov, Adil. (2008), pp. 9-10.

 316
QARABAĞ 
   
99 SUALDA
kin  Cənubi  Qafqaz  regionu  ABŞ-ın  strateji 
maraq dairəsindən kənar olduğundan 90-cı 
illərin  ortalarına  kimi  danışıqlar  prosesinə 
az  qatılırdı.  Azərbaycanın  zəngin  karbo-
hidrogen  yataqları  və  əhəmiyyətli  geosi-
yasi  mövqeyi,  Amerikanın  artan  maraqla-
rı  sonda  onun  bu  ölkəyə  qarşı  siyasətinin 
dəyişməsinə,  bu  da  öz  növbəsində 
münaqişədə  onun  mövqeyinə  təsir  et-
di.
819
  Xüsusilə  də  1994-cü  ildə  Amerika 
şirkətlərinin  səhmlərinin  40%  təşkil  etdiyi 
“Əsrin müqaviləsi” imzalandıqdan sonra, hətta Konqresdə də Azərbaycan 
və  Ermənistana  qarşı  münasibət  dəyişərək  tarazlaşdı  və  ölkə  münaqişə 
ilə  bağlı  bitərəf  siyasət  yürütməyə  başladı.
820
  Bundan  əlavə,  enerji 
şirkətlərinin təhlükəsiz fəaliyyəti üçün bölgədə sabitlik tələb olunurdu ki, 
bu da vasitəçilik prosesində ABŞ-ı daha fəal olmağa təşviq edirdi. 1997-ci 
ilin yanvarında ABŞ ATƏT-in Minsk qrupunun üçüncü həmsədri oldu. 
Bu da ona prosesdə birbaşa iştirak etməyə və məsələnin sülh yolu ilə həlli 
üçün  təşəbbüs  irəli  sürməyə  imkan  yaratdı.  2001-ci  ilin  aprelində  ABŞ 
Key Vestdə münaqişə tərəflərinin prezidentlərinin görüşünü təşkil etdi.
821
 
Təəssüf ki, sülhün əldə edilməsində gözlənilən irəliləyiş olmadı. Bundan 
sonra, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ yalnız bu təşkilatın 
təşəbbüsü ilə danışıqlarda öz səylərini davam etdirdi. 
95. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsində Türkiyənin mövqeyi necədir?
Türkiyə  münaqişədə  Azərbaycanın  mövqeyini  tam  dəstəkləyən 
ölkələrdən  biridir.  Türkiyə  münaqişəni  dövlətlərarası  münaqişə  kimi, 
Ermənistanı isə Azərbaycan torpaqlarının 20%-ni işğal edən təcavüzkar 
819  a.k.ə. Brill Olcott, Martha (2002), p. 64. 
820  a.k.ə. Human Rights Watch (1994), p. 136.
821  a.k.ə. Brill Olcott, Martha (2002), p. 66.
Azərbaycanın zəngin 
karbo-hidrogen yataqları 
və əhəmiyyətli geosiyasi 
mövqeyi, Amerikanın artan 
maraqları sonda onun bu 
ölkəyə qarşı siyasətinin 
dəyişməsinə, bu da öz 
növbəsində münaqişədə 
onun mövqeyinə təsir etdi.

 317
QARABAĞ 
   
99 SUALDA
kimi  tanıyır.
822
  Beynəlxalq  aləmdə  Türkiyənin  yüksək  rəsmiləri  tez-tez 
münaqişə  ilə  bağlı  Azərbaycanın  mövqeyini  ifadə  və  müdafiə  edir  və 
beynəlxalq ictimaiyyəti mübahisənin həllinə yardımçı olmağa çağırır.
823
 
Bundan başqa, Azərbaycanla birlikdə Türkiyə də Ermənistana embarqo 
qoyub  və  Dağlıq  Qarabağ  münaqişəsinə  görə  Ermənistanla  diplomatik 
münasibətləri kəşmişdir.
824
Münaqişənin  əvvəlində  Türkiyə  bitərəf  siyasət  yürüdərək  məsələni 
ATƏT-in  gündəminə  gətirə  bilmişdi.
825
  Türkiyə  Ermənistanla  normal 
münasibətlər qurmuş və onun müstəqilliyini bir çox dövlətlərdən əvvəl 
tanıyan ölkələrdən biri idi. 1993-cü ildə Türkiyə Ermənistanı Qara Dəniz 
İqtisadi  Əməkdaşlıq  Təşkilatının  üzvüyünə  dəvət  etdi.  Bundan  baş-
qa, ölkə ciddi qıtlıqla qarşılaşdığı zaman Türkiyə Ermənistanı enerji və 
yüz  tonlarla  buğda  ilə  təmin  etmişdi.
826
  Lakin,  Türkiyənin  münaqişədə 
bitərəflik  siyasəti  uzun  sürmədi.  Xocalıda  Azərbaycanın  dinc  əhalisinin 
qırğını və Ermənistanın Azərbaycan ərazilərinə hərbi hücumları dövlətin 
münaqişə barədə mövqeyini dəyişməsinə təsir etdi. Bundan əlavə, ictimai 
rəy və daxili təzyiq də Türkiyənin tərəfsizliyini qoruyub saxlamasına im-
kan verməyən digər amillər idi.
827
, Kəlbəcərin işğaldan sonra bu ölkə ilə 
sərhədi bağlayan Türkiyə Ermənistana qarşı daha radikal addımlar atdı.
828
 
Türkiyə rəsmiləri həmçinin Azərbaycanla hərbi əlaqələri artıracaqlarını və 
bu ölkəyə silah göndərəcəklərini də söylədilər.
829
 Ermənistan təcavüzü da-
vam etdirdiyi dövrdə Türkiyə əsas tələblərini ödəmək üçün bu ölkə ilə im-
zalanmış bütün humanitar müqavilələri ləğv etdi.
830
 Ancaq, Türkiyə daim 
822  “Nagorno-Karabakh is Turkey’s problem too,’ says Erdoğan”, Today’s Zaman, 13 November 2013; 
(http://www.todayszaman.com/news-331310-nagorno-karabakh-is-turkeys-problem-too-says-erdogan.
html). Accessed on January 3, 2014.
823  a.k.ə. Cornell, Svante E. (1999), p. 66.
824  a.k.ə. Cornell, Svante E. (1998), p. 51.
825  a.k.ə. Cornell, Svante E. (1999), p. 68.
826  Mustafa, Gökçe, “Yukarı Karabağ Sorunu ve Türkiye-Ermenistan Ilişkileri Üzerine bir 
Değerlendirme”, Turkish Studies - International Periodical For The Languages, Literature and History of 
Turkish or Turkic, Vol. 6/1, Winter 2011, p. 1119.
827  a.k.ə. Cornell, Svante E. (1998), pp. 60-61.
828  a.k.ə. De Waal, Thomas (2003), p. 205.
829  Maharramzadeh, Akif, “Armenian-Azerbaijan Relations and the Nagorno-Karabakh Conflict in the 
Foreign Policy of Turkey”, Journal of Turkish Weekly, 14 February 2006; (http://www.turkishweekly.net/
article/105/). Accessed on January 3, 2014.
830  a.k.ə. Mustafa, Gökçe (2011), p. 1120.

 318
QARABAĞ 
   
99 SUALDA
Azərbaycana  dəstək  olmasına  baxmayaraq, 
münaqişəyə hərbi müdaxilə etmək niyyətini 
ifadə  etməyib.
831
  Azərbaycan  da  heç  vaxt 
Türkiyədən  rəsmi  olaraq  müdaxilə  etməyi 
xahiş  etməyib.  Faktiki  olaraq,  Türkiyə 
ATƏT-in Minsk qrupunun üzvüdür. Amma 
Münaqişədə  tutduğu  Azərbaycanpərəst 
mövqeyinə görə məsələnin həlli prosesinə birbaşa qoşula bilmir. Bütün 
bunlara baxmayaraq, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən son-
ra Türkiyə Cənubi Qafqazda daha fəal olmağa çalışdı və “Qafqaz Sabit-
lik  və  Əməkdaşlıq  Platforması”nı  təklif  etdi.  Sənədin  məqsədi  Türkiyə 
və  Rusiya  da  daxil  olmaqla  Cənubi  Qafqaz  dövlətləri  arasında  sabitlik, 
sülh  və  əməkdaşlıq  yaratmaq  idi.  Bu  sazişin  prinsipləri  çərçivəsində, 
Türkiyə Ermənistanla yaxınlaşmağa başladı ki, bu da iki dövlət arasında 
münasibətlərinin normallaşması haqqında protokolların imzalanması ilə 
nəticələndi.
832
Türkiyə  rəsmiləri  Ermənistanla  münasibətlərin  normal-
laşdırılmasının  Ermənistan-Azərbaycan
  Dağlıq  Qarabağ  münaqişəsinin 
həllinə  müsbət  təsir  göstərəcəyinə  inanırdılar.
833
  Lakin  Ermənistan 
Konstitusiya  Məhkəməsi  tərəfindən  protokolların  ratifikasiyasının  rədd 
edilməsi ölkələr arasında başlayan normallaşma prosesini iflasa uğratdı və 
dövlətlər arasında münasibətlər dəyişməz olaraq qaldı.
834
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyənin mövqeyi dəyişməz ola-
raq qalır. Hələ də bu ölkənin rəsmiləri Ermənistan qoşunları Azərbaycanın 
işğal  olunmuş  ərazilərindən  çıxarılmayana  qədər  Ermənistan  ilə 
sərhədlərin bağlı qalacağını və diplomatik münasibətlərin qurulmayaca-
ğını bildirirlər. 
831  a.k.ə. Cornell, Svante E. (1998), p. 51.
832  Welt, Cory, “Turkish-Armenian Normalisation and the Karabakh Conflict”, Perceptions, Vol. XVIII, 
No. 1, Spring 2013, p. 208.
833  Ahmet, Davutoglu, “Turkey’s Zero-Problems Foreign Policy”, Foreign Policy, 20 May 2010; (http://
www.foreignpolicy.com/articles/2010/05/20/turkeys_zero_problems_foreign_policy). Accessed on 
January 3, 2014.
834  a.k.ə. Welt, Cory (2013), p. 209.
Türkiyә münaqişәni 
dövlәtlәrarası münaqişә kimi, 
Ermәnistanı isә Azәrbaycan
torpaqlarının 20%-ni işğal 
edәn tәcavüzkar kimi tanıyır.

 319
QARABAĞ 
   
99 SUALDA
96. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 
münaqişəsində İranın mövqeyi necədir?
Regionun qonşu dövləti olan İran münaqişənin sülh yolu ilə həllində 
maraqlıdır və münaqişənin sülh yolu ilə həllinə kömək etmək niyyətini 
dəfələrlə bildirib.
835
 Həqiqətən də, İran münaqişə tərəfləri arasında sülh 
danışıqları  təşəbbüsü  irəli  sürən  ilk  ölkələrdən  biri  olmuşdur.  Rəsmi 
olaraq  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıyan  İran  münaqişənin 
bu  prinsip  çərçivəsində  həllini  dəstəkləyir.
836
  Ümumiyyətlə,  İran  tari-
xi  arqumentlər  əsasında  ərazi  iddialarının  legitimliyi  tanımır,  çünki  bu 
dəlillər münaqişələrin sonsuz uzanmasına səbəb ola bilər.
837
Ermənistan-Azərbaycan
 Dağlıq  Qarabağ  münaqişəsi  lap  başlanğıcdan 
İranın  milli  təhlükəsizliyi  üçün  təhlükə  olduğundan  bu  ölkənin  daxili  və 
xarici  siyasətinin  əsas  problemlərdən  biri  oldu.
838
  Buna  görə  də,  1992-ci 
ilin  martında  İran  Tehranda  vasitəçilik  etməyə  başladı  və  Azərbaycan  və 
Ermənistan nümayəndə heyətlərini aşağıdakı məsələlərin həlli barədə danı-
şıqlar aparmağa dəvət etdi: müvəqqəti atəşkəs müqaviləsi; Ermənistan blo-
kadasının aradan qaldırılması; əsirlərın dəyişdirilməsi və müşahidəçilərin 
yerləşdirilməsi.
839
 Görüşün nəticəsi olaraq, martın 15-də münaqişənin həlli 
ilə bağlı bəyannamə imzalandı və münaqişənin nizamlanması prosesində 
ilk addım kimi yeddi günlük atəşkəs barədə razılığa gəldilər.
840
 Təəssüf ki, 
İran tərəfinin vasitəçilik prosesi heç bir nəticə vermədi, müharibə dayan-
maq əvəzinə gücləndi və əsasən azərbaycanlıların yaşadığı Dağlıq Qaraba-
ğın  Şuşa  şəhərinin  işğalı  ilə  nəticələndi.  Əslində,  Tehran  bəyannaməsinə 
baxmayaraq  Azərbaycan  ərazilərinə  erməni  təcavüzünün  davam  etməsi 
İranın münaqişənin həllində vasitəçilik səylərinə maneçilik törədirdi. Bun-
835  R. K., Ramazani, “Iran’s Foreign Policy: Both North and South”, Middle East Journal, Vol. 46, No. 
3, Summer 1992, p. 404.
836  “Iranian Top Official: Talks On Nagorno-Karabakh Conflict Can Be Conducted More Effectively 
Inside Region”, Trend, 28 June; (http://en.trend.az/news/politics/1897526.html). Accessed on January 3, 
2014.
837  a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
838  a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
839  a.k.ə. Vaezi, Mahmoud (2008). 
840  a.k.ə. Vaezi, Mahmoud (2008). 

 320
QARABAĞ 
   
99 SUALDA
dan əlavə, 1992-ci ilin iyununda Azərbaycanda hakimiyyət dəyişiklikləri də 
İranı  vasitəçilik  prosesindən  uzaqlaşmasına  təsir  etdi.  Azərbaycanın  yeni 
hökuməti  münaqişənin  həllində  İranın  hər  hansı  bir  rolunu  rədd  etdi.
841
 
1993-cü  ilin  yayında,  Qarabağın  cənub  və  şərq  hissələrinin  Ermənistan 
tərəfindən  işğal  olunması  nəticəsində  minlərlə  azərbaycanlı  qaçqın  Aras 
çayını  keçərək  İrana  gəldi.  Lakin  İran  onları  uzun  müddət  saxlamaq 
istəmədiyindən  öz  ərazilərində  qaçqın  düşərgəsi  salmadı.  Əksinə,  qaçqın 
düşərgələri  Azərbaycanlı  qaçqınlar  öz  ölkələrinə  geri  qaytarıldıqdan  son-
ra Azərbaycanda yaradıldı.
842
 Ermənistanın işğalçı siyasəti genişlənməkdə 
davam  edirdi.  1993-cü  ilin  sentyabrında  Ermənistan  Naxçıvana  qarşı 
təcavüzkarlıq siyasəti yeridəndə İran Araz çayı üzərində “birgə idarə”olunan 
bəndlərin  qorunmasını  təmin  etmək  üçün  qoşun  göndərməklə  sərhədi 
keçməsinin qarşısını almağa çalışdı.
843
  İranın müdaxiləsi Naxçıvanda heç 
bir hərbi əməliyyat keçirilməyəcəyinə dair Ermənistan rəsmilərinin verdiyi 
zəmanəti ilə nəticələndi.
844
Din, ümumi adət-ənənələr, tarix və hər iki ölkədə yaşayan etnik soydaş-
ları kimi ortaq dəyərlərə sahib olduğu üçün gözləmək olardı ki, müharibə 
dövründə və atəşkəsdən sonra Türkiyə kimi İran da Ermənistan-Azərbaycan
 
Dağlıq  Qarabağ  münaqişəsində  Azərbaycanın  mövqeyini  dəstəkləyəcək. 
Lakin,  İran  Ermənistanla  münasibətlərini  yaxşılaşdıraraq  bu  ölkənin 
əsas ticarət tərəfdaşlarından biri oldu. Statistikaya görə, 2010-cu ildə İran 
Ermənistanın dördüncü ticarət tərəfdaşı olmuşdur.
845
 Bundan əlavə, Qara-
bağ ermənilərinin əsas tələbatları da İran tərəfindən ödənilir. Faktiki olaraq, 
İranla strateji tərəfdaşlıq Ermənistan üçün Azərbaycan və Türkiyə tərəfindən 
qoyulmuş iqtisadi embarqoya üstün gəlməkdə bir yol olmuşdur. 
Sonda  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  İran  münaqişənin  həllində 
maraqlıdır,  çünki  ölkənin  milli  təhlükəsizliyi  qonşularında  sabitlik  ol-
masını  tələb  edir.  Buna  görə  də,  münaqişənin  ilkin  mərhələsində  İran 
841  a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
842  a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
843  a.k.ə. Cornell, Svante E. (1999), p. 93.
844  a.k.ə. Ramezanzadeh, Abdollah (1996).
845  Moniquet, Claude & Racimore, William, “The Armenia Iranian Relationships: Strategic Implication 
for security in the South Caucasus Region”, European Strategic Intelligence and Security Center, 17 
January 2013, p. 10.

 321
QARABAĞ 
   
99 SUALDA
münaqişənin  həllinə  yardım  etməyə  çalışırdı.  Bu  ölkənin  ilk  vasitəçilik 
təşəbbüsünün uğursuz olmasına baxmayaraq, münaqişə tərəfləri arasında 
Atəşkəsə dair ilk saziş Tehran Bəyannaməsinin nəticəsində imzalanmışdı. 
Ermənistanla sıx əlaqələri olmasına baxmayaraq, İran Azərbaycanın ərazi 
bütövlüyünü  tanıyır  və  suveren  dövlətlərin  ərazi  bütövlüyü  prinsipləri 
əsasında münaqişənin həllini dəstəkləyir. 
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin