Bİlal Dədəyev


Yenilənmiş Madrid prinsipləri nədir?



Yüklə 5,49 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix06.09.2017
ölçüsü5,49 Mb.
#29008
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

73. Yenilənmiş Madrid prinsipləri nədir?
Yenilənmiş Madrid prinsipi 2007-ci ilin noyabrında ATƏT-in Minsk 
qrupu  tərəfindən  Azərbaycan  və  Ermənistan  Xarici  İşlər  nazirlərinə 
təqdim  edilmiş  Əsas  Prinsiplərə  əsaslanan  sülh  təşəbbüslərindən  biri-
dir.  10  iyul  2009-cu  il  İtaliyanın  L’aquilla  şəhərində  Səkkizlər  Qrupu-
nun (G8) sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin 
prezidentləri: ABŞ prezidenti Barak Obama, Rusiya Federasiyasının sa-
biq prezidenti Dmitri Medvedyev və Fransa Respublikasının sabiq pre-
zidenti Nikola Sarkozi danışıqlar prosesində 
növbəti addımın vacibliyinə və hərtərəfli sülh 
müqaviləsinin hazırlanmasına təkan verəcək 
işləri  başa  çatdırmağa  dair  razılıqlarını  əks 
etdirən  Dağlıq  Qarabağ  haqqında  Birgə 
Bəyanat  verdilər.  Minsk  Qrupu  həmsədr 
ölkələrinin  prezidentlərinin  bu  Bəyanatı 
Minsk  Qrupu  həmsədrlərinin  münaqişə 
tərəflərinə  təklif  etdikləri  2007-ci  il  noyabr 
tarixli əsl Madrid Prinsiplərində ziddiyyətli 
məsələ olan ərazi bütövlüyünə qarşı bərabər 
hüquqluluq  və  xalqların  öz  müqəddəratını 
təyinetmə  prinsipləri  haqqında  Helsinki 
Yekun  Aktına  əsaslanan  kompromisi  əks 
etdirəcək  Madrid  Prinsiplərinin  yenilənmiş 
versiyasını  hazırlamağa  və  tətbiq  etməyə 
məcbur edirdi. Bu bəyanat vasitəsi ilə onlar 
Orijinal Madrid prinsipləri 
Ermənistan silahlı 
qüvvələrinin Azərbaycanın 
işğal olunmuş ərazilərindən 
mərhələli çıxarılmasına sövq 
edirdisə, yeni versiyada 
mərhələli termini yoxdur. Eyni 
zamanda, orijinal versiyada 
Dağlıq Qarabağın yekun 
statusunun referendum 
yolu ilə təyin edilməsi 
göstərilirdisə, yenilənmiş 
Madrid Prinsiplərinə əsasən 
yekun status iradənin hüquqi 
yolla ifadə edilməsi ilə 
müəyyən ediləcəkdir.

 261
QARABAĞ 
   
99 SUALDA
həmçinin Azərbaycan və Ermənistan prezidentlərindən “aralarında olan 
bir sıra ziddiyyətləri həll etmələrini və hərtərəfli həll hesab ediləcək Əsas 
Prinsiplər üzrə razılığa gəlmələrini” xahiş edirdilər.
647
 Yenilənmiş Madrid 
prinsipləri aşağıdakılardır:
Dağlıq Qarabağın ətraf ərazilərinin Azərbaycanın nəzarətinə qaytarıl-
ması;
Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə hüququnu təmin edən 
müvəqqəti statusun verilməsi;
Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz;
İradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüqu-
qi statusunun gələcəkdə müəyyən edilməsi;
Bütün məcburi köçkünlərin və qaçqınların öz keçmiş yaşayış yerlərinə 
qayıtmaq hüququ; 
Sülhməramlı  əməliyyatların  daxil  olduğu  beynəlxalq  təhlükəsizlik 
zəmanəti.
648
Azadlıq Radiosunun (Radio Liberty) məlumatına əsasən, Yenilənmiş 
Madrid  prinsipi  və  orijinal  versiyası  arasında  fərqlər  çox  cüzi  olsa  da, 
münaqişə  tərəfləri  üçün  əhəmiyyətli  idi.  Orijinal  Madrid  prinsipləri 
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən 
mərhələli  çıxarılmasına  sövq  edirdisə,  yeni  versiyada  mərhələli  termini 
yoxdur. Eyni zamanda, orijinal versiyada Dağlıq Qarabağın yekun statusu-
nun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, yenilənmiş Madrid 
Prinsiplərinə əsasən yekun status iradənin hüquqi yolla ifadə edilməsi ilə 
müəyyən ediləcəkdir.
649
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin 
prezidentlərinin  birgə  bəyanatına  görə,  tərəflərin  bu  Prinsipləri  təsdiq 
etməsi gələcəkdə regional sülh, sabitlik və tərəqqi yaratmaq üçün tam həll 
variantını  hazırlamaq  imkanı  verir.  Münaqişə  tərəflərinin  prezident  və 
nazirlər səviyyəsində müxtəlif görüşlər keçirməsinə baxmayaraq, 2009-cu 
647  “Statement by the OSCE Minsk Group Co-Chair countries”, OSCE, 10 July 2009; (http://www.osce.
org/mg/51152). Accessed on December 20, 2013.
648  a.k.ə. “Statement by the OSCE Minsk Group Co-Chair countries”. 
649  “Armenian, Azerbaijani Presidents Agree On Preamble To ‘Madrid Principles’”, Radio Free Europe/
Radio Liberty, 26 January 2010; (http://www.rferl.org/content/Armenian_Azerbaijani_Presidents_Agree_
On_Preamble_To_Madrid_Principles/1940349.html). Accessed on December 20, 2013.

 262
QARABAĞ 
   
99 SUALDA
ildə  Yenilənmiş  Madrid  prinsiplərinin  dərc  edilməsindən  sonra  tərəflər 
hələ də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ üzrə öz 
mövqelərində  israr  edir  və  münaqişənin  həllində  heç  bir  irəliləyiş  əldə 
edilməmişdir.  İyirmi  ildə  ATƏT-in  Minsk  qrupunun  vasitəçilik  səyləri  
tərəflər arasında hərbi əməliyyatların bərpa edilməsinin qarşısını almaqda 
köməklik göstərmiş, lakin münaqişənin həlli ilə bağlı onları kompromisə 
gətirməkdə uğursuz olmuşdur. 
74. 2008-ci il 2 noyabr tarixli Moskva Bəyannaməsi nədir?
Moskva  Bəyannaməsi  (Dağlıq  Qarabağ  haqqqında  Azərbaycan, 
Ermənistan və Rusiya tərəfindən rəsmi Bəyannamə) 2008-ci il noyabrın 
2-də Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə onun Moskva-
dan kənarda yerləşən Meyendorf qalasındakı iqamətgahında Azərbaycan 
Respublikasının və Ermənistan Respublikasının prezidentləri arasında 
imzalanmışdır. Bu bəyannamə ilə prezidentlər bölgədə təhlükəsiz və sa-
bit mühit yaratmaq niyyətində olduqlarını ifadə etmiş və Dağlıq Qara-
bağ  münaqişəsinin  beynəlxalq  qanunların 
prinsip və normalarına, bu çərçivədə qəbul 
edilmiş qərarlar və sənədlərinə əsaslanacaq 
şəkildə  siyasi  həllini  tapmaqda  səylərini 
artırmağa  razılıq  vermişlər.  Bəyannamə 
münaqişə tərəflərinin ATƏT-in Minsk Qru-
punun həmsədr ölkələri olan Rusiya, ABŞ 
və Fransanın vasitəçilik səyləri nəticəsində 
başlanmış  2007-ci  il  noyabr  tarixli  Mad-
rid  prinsipləri  əsasında  danışıqlara  davam 
etmək  öhdəliklərini  təsdiq  edirdi.  Bu  o 
deməkdir  ki,  Azərbaycan  və  Ermənistan 
arasında  danışıqların  əsasını  Dağlıq  Qara-
bağın xaricində yerləşən Azərbaycanın işğal 
olunmuş  ərazilərindən  Ermənistan  silahlı 
Bu bəyannamə ilə 
prezidentlər bölgədə 
təhlükəsiz və sabit mühit 
yaratmaq niyyətində 
olduqlarını ifadə etmiş 
və Dağlıq Qarabağ 
münaqişəsinin beynəlxalq 
qanunların prinsip və 
normalarına, bu çərçivədə 
qəbul edilmiş qərarlar və 
sənədlərinə əsaslanacaq 
şəkildə siyasi həllini 
tapmaqda səylərini 
artırmağa razılıq vermişlər.

 263
QARABAĞ 
   
99 SUALDA
qüvvələrinin  mərhələli  çıxarılmasını,  məcburi  köçkünlərin  öz  yurd-
larına qaytarılmasını və sonradan referendum yolu ilə Dağlıq Qaraba-
ğın yekun statusunun müəyyən edilməsini göstərən Madrid Prinsipləri 
təşkil  edirdi.  Bəyannamədə  münaqişənin  həllində  silahlı  qüvvələrdən 
istifadə edilməməsi qeyd edilir və “danışıqlar prosesinin bütün qanuni 
aspektləri  və  mərhələlərində  beynəlxalq  zəmanətlə  müşayiət  edilməli 
olduğu” vurğulanırdı.
650
Dağlıq Qarabağ haqqında Azərbaycan, 
Ermənistan və Rusiya Bəyannaməsi
(Qeyri-rəsmi tərcümə)
2 Noyabr 2008-ci il, Moskva
Rusiya Federasiyası Prezidentinin dəvəti ilə 2008-ci il noyabrın 2-də 
Moskvada görüşmüş Azərbaycan və Ermənistan Respublikalarının və Ru-
siya Federasiyasının prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrləri, 
eləcə də, Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın vasitəçiliyi ilə 
Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsi 
yolu ilə siyasi vasitələrlə Dağlıq Qarabağ münaqişəsinin həllinin vəziyyəti 
və  perspektivləri  haqqında  konstruktiv  mühitdə  obyektiv  və  ətraflı 
müzakirə etmişlər: 
1.  Onlar  Cənubi  Qafqazda  vəziyyətin  təkmilləşdirilməsinə  və 
beynəlxalq hüquq prinsip və normaları, bu çərçivədə qəbul edilmiş qərar 
və sənədlər əsasında Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli yolu ilə re-
gionda iqtisadi inkişafı və  hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yara-
dacaq sabit və təhlükəsiz atmosferin təmin edilməsinə dəstək olacaqlarını 
bəyan edir;
2.  2007-ci  il  noyabrın  29-da  Madriddə  ATƏT-in  Minsk  Qrupu 
həmsədrlərinin tərəflərlə görüşməsini və məsələnin siyasi yolla həllində 
əsas prinsipləri təkmilləşdirməyə yönəldilmiş növbəti danışıqları nəzərə 
alaraq  ATƏT-in  Minsk  Qrupu  həmsədrlərinin  davam  edən  vasitəçilik 
səylərinin mühümlüyünü təsdiq edir;
3.  Sülh  yolu  ilə  həllin  əldə  edilməsinin  bütün  qanuni  aspektləri  və 
650  “Declaration by Azerbaijan, Armenia and Russia on Nagorno Karabakh”, 2 November 2008. 

 264
QARABAĞ 
   
99 SUALDA
mərhələlərində beynəlxalq zəmanətlə müşayiət edilməsinə razılıq verir;
4.  Dağlıq  Qarabağ  münaqişəsinin  siyasi  yolla  həll  edilməsinə  dair 
razılığa  gəlmək  üçün  Azərbaycan  və  Ermənistan  prezidentlərinin  ən 
yüksək  səviyyədə  gələcək  danışıqlarda  işlərini  davam  etdirməyə  razılıq 
verdikləri  və  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  ilə  birlikdə  danı-
şıqlar prosesində növbəti addımları intensivləşdirmək üçün Xarici İşlər 
nazirlərini yönəltdikləri qeyd edilir;
5.  Münaqişənin  həlli  kontekstində  etimadın  qurulması  üzrə 
tədbirlərinin həyata keçirilməsi üçün şərait yaratmağa yardım etmək mü-
hüm hesab edilir. 
İlham Əliyev
Azərbaycan prezidenti 
Serj Sarkisyan
Ermənistan prezidenti
Dmitri Medvedyev
Rusiya prezidenti
75. Moskva Bəyannaməsinin münaqişə tərəflərinə nə 
kimi təsiri oldu?
Bəzi  xarici  analitiklər  aşağıdakı  əsas  cəhətlərə  görə  güya  Moskva 
Bəyannaməsinin  ermənilərin  qələbəsi  hesab  edilə  biləcəyini  bildiriblər. 
Əvvəla,  Moskva  bəyannaməsini  imzalamaqla  tərəflər  qəbul  edilmiş 
beynəlxalq normalar və prinsiplər, bu günə qədər qəbul olunmuş qərar 
və  sənədlər  əsasında  münaqişənin  sülh  yolu  ilə  həlli  üçün  ümumi  razı-
lığa  gəlmişlər.  Eyni  zamanda,  bu  bəyannamə  vasitəsilə  onlar  regionda 
təhlükəsizliyi  və  sabitliyi  təmin  etməyə  söz  verirdilər.  Analitiklərə  görə, 
bu bəyannamə ilə Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk 
qrupunun  uğursuzluqları  ilə  əlaqədar  münaqişənin  həlli  kimi  dəfələrlə 
Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bildirilmiş müharibə va-
riantı  öz  qanuniliyini  itirirdi.  Bundan  başqa,  prezidentlər  münaqişənin 
həllində Madrid prinsiplərinə əsaslanaraq Minsk qrupunun nəzarəti altın-

 265
QARABAĞ 
   
99 SUALDA
da  danışıqlar  prosesinin  davam  etdirilməsi 
barədə  razılığa  gəlmişdilər,  bu  da  öz 
növbəsində,  Azərbaycanın  siyasi  və  strate-
ji  müttəfiqi  olan  Türkiyənin  münaqişənin 
həlli  üçün  alternativ  sülh  təklifini  təqdim 
etməkdə vasitəçilik səyini ləğv edirdi.
651
 
Bundan başqa, bu bəyannamə vasitəsilə 
prezidentlər  “münaqişənin  sülh  yolu  ilə 
həll  edilməsinin  qanunla  məsuliyyət  tələb 
edən beynəlxalq zəmanətlərin müşayiəti ilə 
həyata  keçirilməli”  olduğunu  bildirirlər.
652
 
Ermənistan  Madrid  Prinsiplərinə  əsasən 
işğal  olunmuş  yeddi  rayondan  öz  hərbi 
qüvvələrini çıxararsa, Azərbaycanın referendum yolu ilə Dağlıq Qaraba-
ğın  yekun  statusunun  müəyyən  edilməsini  əngəlləyəcəyindən  narahat-
dır. Buna görə də, Ermənistan yekun statusun məlum olmasından əvvəl 
öz  qüvvələrini  geri  çəkməkdən  imtina  edir.  Bununla  belə,  Ermənistan 
ümid edirdi ki, Azərbaycanın Dağlıq Qarabağın hüdudlarından kənarda 
yerləşən  digər  işğal  edilmiş  rayonlarından  öz  hərbi  qüvvələrini  geri 
çəkərsə,  Azərbaycan  bu  bəyannamə  ilə  “qanunla  məsuliyyət  tələb  edən 
beynəlxalq zəmanətlərin müşayiət edilməsi” prinsipinə əməl edəcəkdir.
653
 
Ümumiyyətlə,  çox  ehtimal  ki,  2008-ci  il  tarixli  Rusiya-Gürcüs-
tan  münaqişəsinə  görə  Azərbaycanın  milli  maraqları  üçün  əlverişsiz 
müddəalarla razılaşmalı olduğu qeyd edilir. Robert Śmigielskinin sözlərinə 
görə, “ölkə dövlətlərin ərazi bütövlüyü ilə əlaqədar istinad sənədini əlavə 
edə bilməmiş, silahlı qüvvələrdən istifadə etməkdən imtina etmiş və refe-
rendum yolu ilə Qarabağın tamamilə itirilməsinə razılaşmışdır”.
654
Lakin  Azərbaycan  elan  etmişdir  ki,  Moskva  Bəyannaməsi  ona 
651  Fuller, Liz, “‘Moscow Declaration’ A Victory for Armenia”, Radio Free Europe/Radio Liberty, 3 
November 2008; (http://www.rferl.org/content/Moscow_Declaration_A_Victory_For_Armenia/1337592.
html). Accessed on December 21, 2013. 
652  a.k.ə. “Declaration by Azerbaijan, Armenia and Russia on Nagorno Karabakh”.
653  a.k.ə. Fuller, Liz (2008).
654  Śmigielski, Robert, “Prospects for Nagorno-Karabakh Settlement Following the Russia–Georgia 
Conflict”, The Polish Institute of International Affairs BULLETIN, No. 10 (10), 16 February 2009, p. 20.
Moskva Bəyannaməsini 
imzaladıqdan dərhal sonra
Azərbaycan prezidenti 
İlham Əliyev Bəyannamənin 
münaqişənin həlli üçün 
müharibə variantını istisna 
etmədiyini bildirmişdi. O, 
qeyd etmişdi ki, “sənəddə 
Azərbaycanın münaqişəni 
hərbi yolla həll etməsini 
qadağan edən heç bir 
müddəa yoxdur”

 266
QARABAĞ 
   
99 SUALDA
münaqişəni  öz  ərazi  bütövlüyü  əsasında  həll  etmə  şansı  verir.  Bakının 
fikrincə,  bu  illər  ərzində  beynəlxalq  təşkilat  və  ya  regional  təşkilatlar 
tərəfindən  Azərbaycanın  ərazi  bütövlüyünü  tanımayan  heç  bir  sənəd 
yoxdur. Belə ki, münaqişənin başlanmasından bəri ATƏT, BMT, Avropa 
Şurası, İKT və digər təşkilatlar tərəfindən qəbul edilmiş bütün sənədlər 
münaqişəni  Azərbaycanın  ərazi  bütövlüyü  əsasında  həll  etmək  lazım 
olduğunu  vurğulamışdır.  Buna  görə  də,  münaqişəni  beynəlxalq  hüquq 
norma və prinsiplərinə, qərar və bəyannamələrə əsasən həll etmək üçün 
Moskva  Bəyannaməsində  qeyd  edilən  müddəalar  Azərbaycan  üçün 
bir  imtiyazdır.  Bundan  başqa,  Bəyannamə  sözdə  Dağlıq  Qarabağ  Res-
publikasının  münaqişənin  və  eyni  zamanda  Azərbaycan  və  Ermənistan 
arasında  imzalanmış  Moskva  Bəyannaməsinin  danışıqlar  prosesinin 
mövzusu  olmadığını  təsdiq  etmişdir.  Bu  beynəlxalq  səviyyədə  Dağlıq 
Qarabağ münaqişəsinin Qarabağ erməniləri ilə Azərbaycan arasında olan 
ölkə  daxili  münaqişə  olmadığını  və  əksinə,  Cənubi  Qafqazın  iki  qonşu 
ölkəsi Azərbaycan və Ermənistan arasında ölkələrarası bir münaqişə ol-
duğunu,  Ermənistanın  Azərbaycanın  20%  torpaqlarını  işğal  etdiyini  və 
minlərlə  Azərbaycanlını  tarixi  ata-baba  yurdlarından  didərgin  saldığını 
göstərməkdir.  Bəyannamənin  birinci  maddəsində  həmçinin  göstərilir 
ki,  münaqişənin  siyasi  yolla  həlli  “Azərbaycan  və  Ermənistan  arasında 
birbaşa dialoqların davamı” kimi həyata keçiriləcəkdir.
655
 Bu baxımdan, 
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bildirmişdir ki, bu 
Bəyannamə ilə “ Dağlıq Qarabağ həmişəlik olaraq münaqişə tərəfi olmaq 
şansını itirmişdir”.
656
 
Müvafiq olaraq, Moskva Bəyannaməsini imzaladıqdan dərhal sonra, 
Azərbaycan  prezidenti  İlham  Əliyev  Bəyannamənin  münaqişənin  həlli 
üçün müharibə variantını istisna etmədiyini bildirmişdi. O, qeyd etmişdi 
ki, “sənəddə Azərbaycanın münaqişəni hərbi yolla həll etməsini qadağan 
edən heç bir müddəa yoxdur”.
657
 
Nəticədə,  Bəyannamə  münaqişə  tərəflərindən  daha  çox  Rusiyanın 
655  a.k.ə. “Declaration by Azerbaijan, Armenia and Russia on Nagorno Karabakh”.
656  Ismailzade, Fariz, “Moscow Declaration on Nagorno-Karabakh: A View from Baku”, Turkish Policy 
Quarterly, Vol. 7, No. 3, Fall 2008, pp. 70-71.
657  a.k.ə. Ismailzade, Fariz (2008), p. 73.

 267
QARABAĞ 
   
99 SUALDA
maraqlarına  xidmət  edirdi.  Qeyd  edilməlidir  ki,  1994-cü  ilin  mayın-
da  atəşkəs  sazişindən  sonra,  bu,  Azərbaycan  və  Ermənistan  Respub-
likalarının  prezidentləri  arasında  imzalanmış  ilk  sənəddir  ki,  Minsk 
Qrupunun  həmsədr  ölkələrinin  iştirakı  olmadan  Rusiyanın  təktərəfli 
təşəbbüsü  ilə  başlanmışdı  və  Rusiya  yenidən  “sülh  prosesini”  öz  təsir 
dairəsində həll etməyə çalışırdı.
658
 Bu həmçinin Rusiyanın Cənubi Qaf-
qazda münaqişəni həll etməkdə maraqlı olduğunu dünyaya göstərmək 
məqsədilə Moskva üçün yaxşı piar və mübahisəsiz mətbuat uğuru idi. 
Bununla  yanaşı,  Rusiya  2008-ci  ilin  avqustunda  Rusiya  və  Gürcüstan 
arasında beş gün davam edən müharibə nəticəsində xələl gəlmiş nüfu-
zunu regionda sülhün təminatçısı kimi Qərb ölkələrinin gözündə bərpa 
etmək istəyirdi.
659
76. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 
62/243 saylı Qətnaməsi nədir?
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2008-ci il martın 14-
də özünün 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində 
vəziyyət”  adlı  62/243  saylı  Qətnaməsini  qəbul  etdi.
660
  Qətnamə 
lehinə-39,  əleyhinə-7  və  10  bitərəf  səslə  qəbul  edildi.
661
  Ermənistan 
silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Ağdam, Zəngilan rayonla-
rı və Horadiz şəhərini işğal etdikdən sonra BMT Təhlükəsizlik Şurası 
tərəfindən  qəbul  edilmiş  20  aprel  1993-cü  il  tarixli  822  (1993)  saylı, 
29  iyul  1993-cü  il  tarixli  853  (1993)  saylı,  14  oktyabr  1993-cü  il  ta-
rixli 874 (1993) saylı və 12 noyabr 1993-cü il tarixli 884 (1993) saylı 
Qətnamələrinə istinad edərək, Baş Assambleya Azərbaycanın suveren-
658  Abbasov, Shahin, “Azerbaijan: Reaction in Baku Muted to Moscow Declaration on Nagorno-
Karabakh”, EURASIANET.org, 2 November 2008; (http://www.eurasianet.org/departments/insight/
articles/eav110308.shtml). Accessed on December 21, 2013. 
659  a.k.ə. Ismailzade, Fariz (2008), pp. 69-70.
660  United Nations General Assembly, “Resolution 62/243”, 14 March 2008. Retrieved from; Krüger, 
Heiko, The Nagorno-Karabakh Conflict: A Legal Analysis (Springer, 2010), pp. 138-139.
661  “General Assembly calls for removal of Armenian forces from Nagorno-Karabakh”, UN News 
Centre, 14 March 2008; (http://www.un.org/apps/news/story.asp/html/story.asp?NewsID=25986&Cr=gen
eral&Cr1=assembly#.UrhwLbuXSRJ). Accessed on December 22, 2013.

 268
QARABAĞ 
   
99 SUALDA
liyi və ərazi bütövlüyünə onun beynəlxalq 
səviyyədə tanınmış sərhədləri çərçivəsində 
davamlı olaraq güclü dəstək verdiyini təsdiq 
edir  və  Azərbaycan  Respublikasının  Dağ-
lıq Qarabağ regionunda və onun ətrafında 
gedən silahlı münaqişənin beynəlxalq sülh 
və təhlükəsizliyi sual altına atması ilə bağlı 
öz ciddi narahatlığını bildirir. Baş Assamb-
leya həmçinin bu qətnamə ilə işğal olunmuş 
ərazilərdən  qovulmuş  əhalinin  öz  evlərinə 
qayıtmaq  hüququna  malik  olduqlarını  bir  daha  təsdiq  edir  və  heç  bir 
dövlətin  Azərbaycan  ərazilərinin  işğalı  nəticəsində  Dağlıq  Qarabağda 
yaranmış  vəziyyəti  qanuni  hesab  etməməli  və  bu  vəziyyəti  belə  saxla-
maqda köməklik göstərməməli olduğunu vurğulayırdı.
662
 
Qeyd  etmək  lazımdır  ki,  62/243  saylı  Qətnamə  Dağlıq  Qara-
bağ  münaqişəsi  ilə  əlaqədar  BMT-nin  5-ci  sənədi,  Birləşmiş  Millətlər 
Təşkilatının  Baş  Assambleyası  tərəfindən  qəbul  edilmiş  ilk  sənəddir. 
Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  bütövlüyünü  bir  daha 
təsdiq edən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən 
qəbul edilmiş əvvəlki 4 qətnamədə “Dağlıq Qarabağ ermənilərinin” hərbi 
qüvvələrinin  Azərbaycanın  işğal  olunmuş  bölgələrindən  çıxarılmasının 
göstərilməsinə  baxmayaraq,  burada  Ermənistan  Respublikasının  hərbi 
qüvvələri qeyd edilməmişdir.
663
Lakin, 62/243 saylı Qətnamə Azərbaycan Respublikasının bütün iş-
ğal  olunmuş  ərazilərindən  erməni  qüvvələrinin  tamamilə  çıxarılmasını 
tələb  edir  və  Azərbaycan  Respublikası  daxilində  səmərəli  demokratik 
özünüidarə sistemi qura biləcək Azərbaycan Respublikasının Dağlıq Qa-
rabağ regionunda yaşayan erməni və azərbaycanlı icmaları üçün normal, 
təhlükəsiz və bərabər yaşam tərzinin təmin edilməsi zərurətini qəbul edir-
di. Burada xüsusi diqqət “erməni qüvvələri” və “Azərbaycan Respublika-
sının Dağlıq Qarabağ rayonu” ifadələrinə verilməlidir, bununla BMT Baş 
662  a.k.ə. “Resolution 62/243”
663  UN Security Council, “Resolutions 822, 853, 874, & 884”.
Bununla BMT Baş 
Assambleyası Ermənistanı 
Azərbaycan ərazilərini işğal 
edən təcavüzkar dövlət kimi 
qəbul etdiyini və Dağlıq 
Qarabağı Azərbaycan 
Respublikasının bir hissəsi 
kimi qəbul etdiyini göstərir. 

 269
QARABAĞ 
   
99 SUALDA
Assambleyası  Ermənistanı  Azərbaycan  ərazilərini  işğal  edən  təcavüzkar 
dövlət kimi qəbul etdiyini və Dağlıq Qarabağı Azərbaycan Respublikası-
nın bir hissəsi kimi qəbul etdiyini göstərir. Nəhayət, BMT Baş Assamb-
leyasının 62/243 saylı Qətnaməsi Dağlıq Qarabağ münaqişəsinin nizam-
lanmasına səy göstərən beynəlxalq vasitəçilərə, xüsusilə də, problemləri 
beynəlxalq qanunların norma və prinsiplərinə uyğun olaraq həll etməyə 
çalışan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə öz minnətdarlığını bil-
dirir.
664
BMT Baş Assambleyası
62-ci sessiya, 86-cı plenar iclas,
Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət
QƏTNAMƏ
665
14 mart, 2008-ci il
Baş Assambleya,
Birləşmiş  Millətlər  Təşkilatının  Nizamnaməsinin  məqsədlərini, 
prinsiplərini və müddəalarını rəhbər tutaraq, 
Təhlükəsizlik Şurasının 822 (1993) saylı 30 aprel 1993-cü il tarixli, 853 
(1993) saylı 29 iyul 1993-cü il tarixli, 874 (1993) saylı 14 oktyabr 193-cü il 
tarixli və 884 (1993) saylı 12 noyabr 1993-cü il tarixli qətamələrini və As-
sambleyanın “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə 
beynəlxalq yardım” adlanan 48/114 saylı 20 dekabr 1993-cü il tarixli və 
“Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlanan 60/285 saylı 
7 sentyabr 2006-cı il tarixli qətnamələrini bir daha xatırladaraq,
Dağlıq  Qarabağ  ətrafındakı  Azərbaycanın  işğal  olunmuş  əraziləri 
üzrə  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının  fakt-araşdırıcı 
missiyasının hesabatını və Dağlıq Qarabağ ətrafındakı Azərbaycanın iş-
ğal  olunmuş  əraziləri  üzrə  Minsk  Qrupunun  fakt-araşdırıcı  missiyasına 
dair  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının  Minsk  Qrupu 
664  a.k.ə. “Resolution 62/243”
665  a.k.ə. Əhmədov, Elçin (2012), ss. 789-791.

 270
QARABAĞ 
   
99 SUALDA
Həmsədrlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Da-
imi Şurasına ünvanlanmış məktubunu həmçinin yada salaraq,
Yanğınlara  məruz  qalmış  Dağlıq  Qarabağ  regionu  və  onun  ətraf 
ərazilərində  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  tərəfindən 
aparılmış  ətraf  mühitin  qiymətləndirmə  missiyasının  hesabatını  nəzərə 
alaraq,
Münaqişə  tərəflərinin  bəynəlxalq  humanitar  hüququn  qaydala-
rına  dürüstcəsinə  riayət  etməyə  dair  götürdüyü  öhdəlikləri  bir  daha 
təqdiqləyərək,
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionu  və  onun  ətraf 
ərazilərində mövcud olan münaqişənin beynəlxalq sülh və təhlükəsizliyə 
təhdid  olmasından  ciddi  narahatlıq  duyaraq  və  onun  Cənubi  Qafqaz 
ölkələrindəki humanitar vəziyyətə və inkişafa etdiyi təsiri nəzərə alaraq:
1.  Azərbaycan  Respublikasının  beynəlxalq  səviyyədə  tanınan 
sərhədləri  daxilində  suverenliyinə  və  ərazi  bütövlüyünə  davam  edən 
hörmət və dəstəyi bir daha təsdiqləyir;
2. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal 
altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini 
tələb edir;
3.  Azərbaycan  Respublikasının  işğal  edilmiş  ərazilərindən  qovulmuş 
əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını  bir daha təsdiq 
edir və münaqişədən zərər görmüş ərazilərin bütünlüklə bərpası da daxil ol-
maqla bu qayıdış üçün müvafiq şəraitin yaradılmasının zəruriliyini vurğulayır;
4.  Azərbaycan  Respublikasının  tərkibində  qalacaq  Dağlıq  Qarabağ 
bölgəsində effektiv demokratik özünüidarə sisteminin yaradılması üçün 
imkan yaradacaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 
azərbaycanlı və erməni icmalarının normal, təhlükəsiz və bərabər şərtlər 
əsasında yaşamasının təmin edilməsinin zəruriliyini tanıyır;
5. Bir daha təsdiq edir ki, heç bir dövlət Azərbaycan Respublikasının 
ərazilərinin  işğalının  nəticələrindən  gələn  vəziyyəti  hüquqi  olaraq  tanı-
mamalı,  eləcə  də  bu  vəziyyətin  saxlanması  hər  hansı  yardım  və  dəstək 
göstərməməlidir;

 271
QARABAĞ 
   
99 SUALDA
6.  Beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  uyğun  şəkildə 
münaqişənin  sülh  yolu  ilə  həlli  məqsədi  daşıyan  beynəlxalq  vasitəçilik 
səylərinə,  xüsusilə  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının 
Minsk  Qrupunun  səylərinə  dəstək  ifadə  edir  və  yuxarıda  qeyd  olunan 
müddəalara uyğun şəkildə davamlı və dönməz sülhə nail olmaq məqsədilə 
bu səylərin intensivləşdirilməsi zəruriliyini tanıyır;
7.  Üzv  dövlətlər,  beynəlxalq  və  regional  təşkilatlar  və  strukturla-
rı  öz  səlahiyyətləri  çərçivəsində  münaqişənin  tənzimlənməsi  prosesinə 
səmərəli şəkildə töhfə verməyə çağırır;
8.  Baş  Katibdən  Baş  Assambleyanın  altmış  üçüncü  sessiyasında  bu 
qətnamənin  həyata  keçirilməsinə  dair  müfəssəl  hesabat  təqdim  etməyi 
xahiş edir;
9.  Altmış  üçüncü  sessiyanın  ilkin  gündəliyinə  “Azərbaycanın  işğal 
olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsini qərara alır.
Yüklə 5,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin